AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Məhərrəm Əliyev: "Türkiyə və Azərbaycan arasında hərbi-siyasi və strateji əməkdaşlıq ölkələrimizin tərəqqi prosesini daha da sürətləndirəcək"

  14

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezideninin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin Trend-ə müsahibəsi

- Məhərrəm müəllim, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri və cənab Prezident İlham Əliyevlə müxtəlif istiqamətlərdə müzakirələr inkişafın növbəti strategiyasını müəyyənləşdirdi. Azərbaycanla Türkiyə arasında mövcud olan hərbi-strateji əməkdaşlıq və bu əməkdaşlığın perspektivi barədə nə deyə bilərdiniz?

- Bildiyimiz kimi, Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər etdi və bu səfər çərçivəsində Prezident İlham Əliyev cənabları ilə çox mühüm müzakirələr aparıldı, ölkələrimiz arasındakı münasibətləri daha da möhkəmləndirəcək sənədlər imzalandı. Həmin sənədlərdən biri də "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş" sənədi idi ki, həmin sənədə əsasən, Azərbaycan strateji tərəfdaşı olan qardaş Türkiyədən ən yeni və müasir standartlara cavab verən silahlar alacaq. Bu, eyni zamanda, ölkələrimiz arasında uzun illərdir ki, davam etdirilən hərbi əməkdaşlığın daha da şaxələndirilməsi və əsaslı olmasının bariz göstəricisidir.

Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşündə də vurğulanıb ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir, o cümlədən, Azərbaycan və Türkiyə dövlətlərinin həyata keçirdikləri birgə qlobal layihələrin hər biri istər regionda, istərsə də dünyada mühüm əhəmiyyət daşıyır. Məhz bu əhəmiyyətlərdən biri də hərbi-strateji əməkdaşlıq reallığıdır. Sirr deyil ki, buna qədər də ölkələrimiz arasında birgə hərbi strategiya bazası formalaşdırılıb və müxtəlif vaxtlarda hərbi xarakterli layihələr həyata keçirilib. O cümlədən, iki ölkə arasında müdafiə sənayesi sahəsində də yüksək səviyyəli əməkdaşlıq qurulub. Onu da bildirim ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqədar şirkətlər arasında, beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilir. Bu baxımdan, Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında çoxsaylı mühüm müqavilələr imzalanıb və bu müqavilələr dediyimiz kimi, hərbi-strateji əməkdaşlıq mühitimizi daha da möhkəmləndirməkdədir.

O cümlədən, istər Azərbaycanda, istər Türkiyədə geniş miqyaslı hərbi təlimlər baş tutub, Artıq Naxçıvanda hərbi kontingentlər arasında keçirilən təlimlər də ənənə halını alıb. Bütün bunlar qeyd etdiyim fikirlərin məntiqi təzahürləridir ki, öz dinamikliyi, ardıcıllığı ilə seçilməkdədir.

Biz bir reallıqlardan çıxış edərək, belə qənaətə gəlirik ki, ümumiyyətlə, hər iki ölkənin müxtəlif sahələrdə inkişafı, coğrafi mövqeyini gücləndirməsi, eyni zamanda, iki qardaş dövlət arasında hərbi sahədəki əməkdaşlıq regional təhlükəsizliyi təmin etmək baxımından önəmlidir. Çünki, Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər. Hərbi kontingentlərimiz beynəlxalq terrorizmlə mübarizədə də çox mühüm addımlar atıblar, hətta birgə şəkildə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəliblər. Bu mənada, həm ikitərəfli səviyyədə, həm də NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkiyənin hərbi-streteji sahədəki əməkdaşlığının davamlı inkişafı isə bu müttəfiqliyin ayrılmaz hissəsidir.

- Bəs hərbi-texniki əməkdaşlıq səviyyəsi nə dərəcədədir?

- Qeyd edim ki, ölkələrimiz arasında mövcud olan hərbi-strateji əməkdaşlığın bazasında hərbi-texniki əməkdaşlıq da dayanır. Qarşılıqlı səfərlər zamanı tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edir və hərbi sənaye sahəsində maraq doğuran məsələlər ətrafında geniş fikir mübadilələri aparılır, qərarlar verilir. Yeni silahların, zenit-raket komplekslərinin, müxtəlif iriçaplı və başqa silahların alınması, onların tətbiqi və s. ətrafında hərbi-texniki əməkdaşlıq səviyyəsi müəyyən olunur.

Xüsusilə, Prezident İlham Əliyev cənab Ərdoğanla görüşündə də bəyan etdi ki, Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək. Həmçinin, birgə hərbi təlimlər barədə də danışan dövlət başçımız həmin təlimlərin sayının artırılması ilə yanaşı, birgə istehsalın təşkili haqqında da danışıqların aparıldığını vurğulayıb. Artıq belə qənaətə gəlmək olar ki, qarşılıqlı intensiv görüşlər nəticə etibarı ilə bu istiqamətdə növbəti yeni zolaq açdı ki, bu da Azərbaycan və Türkiyə hərbi-texniki əməkdaşlığında birgə silah istehsalı faktorunu önə çıxarır.

- Məhərrəm müəllim, Prezidentlərin görüşləri zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında fikirlər səsləndirildi, ümumiyyətlə, siz bu münaqişədə Azərbaycanın hərbi gücünü necə dəyərləndirirsiniz?

- Bilirsiniz, Azərbaycan Prezidenti cənab İlham Əliyev müxtəlif xarici səfərlərində daim bu məsələyə toxunur, xalqımızın, dövlətimizin Ermənistanın torpaqlarımızı işğal etməsi faktı ilə heç vaxt barışmayacağını bəyan edir. Təəssüf ki, ikili standartlar və bu kimi yanaşmalar artıq uzun illərdir ki, əzəli torpaqlarımızın hələ də işğal altında qalmasına səbəb olmaqdadır. Əgər qarşı tərəf buna son qoymasa, Azərbaycan ərazi bütövlüyünü təmin etmək, işğal altındakı torpaqları azad etmək üçün məhz onun tərəfində olan beynəlxalq norma və hüququndan tam istifadə etmək qüdrətindədir. Bu, həm də o deməkdir ki, artıq Azərbaycanın güclü ordusu, ən müasir standartlara malik, eləcə də silahlarla təchiz olunmuş Silahlı Qüvvələri var. Azərbaycan Silahlı Qüvvələri öz gücünü 2016-cı ilin aprelində və 2018-ci ilin mayında Cünnüt zəfərində düşmənə göstərdi və işğalçının layiqli cavabını ən sərt şəkildə verdi. Lakin hərbi sahə ilə yanaşı, diplomatik sahədə də işğalçı Ermənistan hakimiyyətinin cavabı verilib. Buna qədər də qeyd etmək istərdim ki, müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan və Türkiyə daim bir-birinə davamlı dəstəklərini nümayiş etdirib. Əbəs deyil ki, prezidentlərin birgə bəyanatlarında ölkə başçımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə edildiyini xatırlatmaqla yanaşı, Türkiyənin Azərbaycanın haqq işinə daim dəstək göstərdiyini də vurğulayıb, Türkiyənin Azərbaycanın, Azərbaycanın da Türkiyənin yanında olduğunu bildirib. Həmçinin, Prezident İlham Əliyev cənabları qeyd edib ki, bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Dövlət başçımızın "Qarabağ Azərbaycanındır və nida" tarixi bəyanatı, eləcə də, Münhendə Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi və onu bütün mənalarda sarsıtdığı arqumentli cavabları Azərbaycanın yalnız hərbi deyil, həm də diplomatik cəhətdən işğalçılar üzərindəki üstünlüyünü ən bariz şəkildə isbatlayıb. Bu baxımdan, cənab Ali Baş Komandanımız münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalı olduğunu inamla bəyan edib. Bax, bu inam amili də belə deməyə zəmin yaradır ki, Azərbaycan dövləti bilavasitə öz hərbi gücünə, hərbi potensialına güvənir. Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğu faktını da unutmamalıyıq.

Azərbaycan yalnız qardaş Türkiyə ilə deyil, hərbi-texniki bazasını, potensialını artırmaq üçün digər bir sıra ölkələrlə də əməkdaşlığını davam etdirir, Rusiya, İsrail, Pakistan, Belarusiya və s. ölkələrlə hərbi xarakterli mübadilələr, silah təchizatları üzrə anlaşmalar aparır. Elə də uzağa getməyərək, cənab Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı Azərbaycan və İtaliya dövlətlərinin hərbi sahədəki əməkdaşlıqlarını genişləndirmək üçün növbəti addımlarını qeyd edə bilərik. Məsələn, həmin səfər çərçivəsində iki ölkə arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalandı. Bütün bu faktlar ölkəmizin hərbi potensialının nə qədər yüksək səviyyədə dayandığını göstərməkdədir.

Mən, "Global Firepower" təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı hesabatına da istinad edərək xatırlatmaq istərdim ki, ötən ilin siyahısına görə, Azərbaycan Ordusu gücünə görə 52-ci yeri tutub, Gürcüstan dünyada 85-ci sırada qərarlaşıb, Ermənistan isə 96-cı yerdədir.

Lakin qardaş Türkiyənin hərbi potensialının ən yüksək mərtəbələrdə yer alması faktı əlbəttə ki, bizi çox sevindirir. Belə ki, Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu güclü ordusudur. Türkiyə hərbi potensialına görə, NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir. Bax bu reallıq bizləri daha böyük birgə uğurlara imza atmağa doğru yönləndirməkdədir.

Hesab edirəm ki, bu qardaşlıq, bu hərbi-siyasi və strateji əməkdaşlıq ölkələrimizin tərəqqi prosesini daha da sürətləndirəcək və ölkələrimizin nəinki region, həmçinin dünya səviyyəsindəki gücünü daha da artıracaq. Bu potensial var və bundan sonra da olacaq.

Müsahibə üçün çox sağ olun.

Demokratikmusavat.com

Xəbər Lenti

Bura ön cəbhədir - Koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanadan VİDEO

Koronavirusun əlamətlərini daşımayan xəstələri belə TAPIRLAR

PSJ İkardi ilə bağlı qərarını verdi

Evdə sağlamlıq üçün bunları etmək vacibdir! - 5 TÖVSİYƏ

Lalə 40 günlük övladının üzünü göstərdi - FOTO

“Barselona” “Real”ın sabiq futbolçusuna “elçi düşdü”

54 yaşlı Romarionun 23 yaşlı sevgilisi - FOTO

Bəzi ölkələrdə koronavirusa görə ölənlərin sayının çox, bəzilərində isə az olmasının səbəbi

Sahil Kərimli: "Koronavirusla effektli mübarizə Azərbaycan dövlətinin qüdrətini göstərir"

"Koronavirus gənclərin də ölümünə səbəb olub" - Nazir

"Koronavirus gənclərin də ölümünə səbəb olur" - Nazir

Təranə və Musa dəbdəbəli evini nümayiş etdirdi - VİDEO

"Xüsusi karantin rejiminə əməl olunmasa, çətin günlərimizin ömrünü uzadacağıq"

Aygün Kazımova karantin günlərini belə keçirir - VİDEO

“Messi La Liqadan getsə, dünyanın sonu olmayacaq”

FIFA-dan tarixi qərarlar - transfer pəncərəsinin vaxtı dəyişildi

Amerikalı müğənni koronavirusdan vəfat etdi

Ermənilər atəşkəs rejimini 24 dəfə pozub

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - VİDEO - FOTO

"Kiməsə virus yoluxdurmamışam"

Qazaxıstanda koronavirusa yoluxanların sayı 704 nəfərə çatıb

Tramp neftin qiymətini bilməyən jurnalistin sualını cavablandırmayıb

Çin Kubaya koronavirusla mübarizə üçün 200 min dollar ayırıb

Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alınıb

Tramp növbəti həftənin ABŞ üçün ağır olacağını bildirib

ABŞ-da sutka ərzində 1,7 min nəfər koronavirusdan ölüb

Çində koronavirusa yoluxanların 95 faizə qədəri sağalıb

ABŞ-ın müdafiə naziri HDQ-yə yeni rəhbər təyin edib

ABŞ ÜST-ün büdcəsinə ödənişləri dayandıra bilər

Özbəkistanda koronavirusa yoluxanların sayı 520 nəfərə çatıb

Netanyahu bir daha koronavirus testindən keçib

"Mançester Yunayted" 16 yaşlı qapıçı ilə müqavilə imzalayıb

Aşıq Əhliman Rəhimov: Həyat yarıda qırılmasın deyə...

Psixoloq: Belə mübarizədə həmişə insan qalib gəlir

Koroğlu, Cavanşir və Şah İsmayıl Xətainin şərəfinə Xaçmazda ucaldılan heykəllər - FOTOLENT

Pentaqon koronavirusa qarşı vaksinin sınağına başladı

Karantin müddətində smart-kart tipli sayğaclarda problem olarsa... - AÇIQLAMA

Koronavirusdan ölənlərin cəsədlərini küçəyə atırlar və gözləyirlər ki... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Hindistanda qatar vaqonları xəstəxanaya ÇEVRİLDİ - FOTO

Günün qoroskopu: bu gün yalançı ümidlər, yersiz gözləntilər gətirəcək

Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb

ABŞ-da koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib

Musa Quliyev: Ölkəmizdə koronavirus müayinəsi aparmaq üçün geniş imkanlara malik laboratoriyalar var

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Çox narahat idim, çünki 8 il yaşayacağıma ümidim yox idi - Əfv edilən məhkum

Rusiyada 3 yaşadak uşağı olan ailələrə maddi yardım ediləcək

“Fənərbaxça”nın baş məşqçi postuna əsas namizəd müəyyənləşib

Fransada koronavirusdan ölənlərin sayı 10,3 mini ötüb

Qəbələyə 15 sm qar yağıb - FOTO

Arzu Nağıyev: Dövlət koronavirusla mübarizəni kompleks şəkildə həyata keçirir - VİDEO

Nazirlər Kabineti işsizlərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasını təsdiq edib

Koronavirusla mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb

İşsizlikdən sığorta ödənişinin verilməsi müddəti uzadılıb

Heydər Əliyev Mərkəzindən İrana dəstək - VİDEO

Lerikdə ferma yandı

Bakıda cibgirlik edən şəxs tutulub

İtaliyada koronavirusdan ölənlərin sayı 17 mini keçib

Əfv edilən məhkum: Cənab Prezidentin əfv sərəncamı mənə və ailəmə əsl sevinc yaşatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb

Şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş şəxslər birdəfəlik ödəməni ala bilməyəcək

Aleksandr Lukaşenko: Koronavirusa yoluxanları şəxsən müalicə etməyə hazıram

Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını tənqid edib

Norveç Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır

"Qızım ərindən ayrı düşüb" - Mətanət İsgəndərli

Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb

Futbolçu hərbi xidmətə başladı - 24 kq sursatla 7 km yürüş etdi

İşğal altındakı Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alındı

Koçaryan Paşinyanı məhkəməyə verib

Ekstrasens dünyanın koronavirusdan nə vaxt yaxa qurtaracağından danışdı - MÜSAHİBƏ

FİFA-da yeni rüşvət qalmaqalı - DÇ-2018 və DÇ-2022...

Dünyanın ən varlı insanları 2 aya 408 milyard dollar itirib

Sevinc Fətəliyeva: "Dövlətin belə məhkumları əfv etməsi onların özlərinə olan inamını artırır"

Tramp xahiş etdi: Boris Consona yardım edin...

İstanbulda koronavirusa yoluxanlar üçün xəstəxana tikilir

80 və 89 yaşlı cütlük koronavirusa qalib gəldi - VİDEO

Sahil Babayev: "Xüsusi karantin rejimi uzansa, birdəfəlik ödəmələr davam etdiriləcək"

Koronavirusa görə Premyer Liqa nəhənglərinə dəyəcək zərər bilindi

"Napoli"nin futbolçusu "Real"ın hədəfində

Sahil Babayev: "Fərdi sahibkarlar üçün DSMF-yə ödəmələr müəyyən qədər yüngülləşdirilə bilər"

"Vulverhempton"un Renatla bağlı yeni planı

Norveçdən koronavirusla bağlı xoş xəbər

"Karantindən sonra toydur"

"İndi cinsi əlaqə təhlükəlidir" - Maral Tahirqızı koronavirusdan BELƏ QORUNURMUŞ

Bekhamın 450 milyon dollarlıq yeni evi - FOTOlar

Azərbaycan Ordusunun növbəti qrupu Cənubi Sudanda fəaliyyətə başlayıb

Alıcılar "hə", satıcılar "yox" deyirlər - Dövlət qurumları qiymət artımına nə deyir? - VİDEO

“Instagram”da məşhurlaşmaq üçün ev yandırdılar

Valideynlərinin əl-qolunu bağlayıb evə od vurdu

Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb

Karantində başına un kisəsi keçirib, küçəyə çıxdı - VİDEO - FOTO

Almaz Ələsgərli ikinci dəfə nənə olub

Türkiyədə "Roketsan”ın hərbi zavodunda partlayış olub

"Qızımla kürəkənim əvvəl bir-birindən kimin övladı olduqlarını gizlədiblər"

İstanbulda partlayış olub, xəsarət alanlar var

"Bavariya" Müllerlə yeni müqavilə imzaladı - FOTO

Azərbaycanda hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxana quraşdırılacaq - SƏRƏNCAM

UFC döyüşləri özəl adada keçirilə bilər

OPEK+ ölkələri nazirlərinin iclasının vaxtı açıqlandı

Nəriman Abbasovun Moskvadakı döyüşü təxirə salındı - RƏSMİ

AFFA-dan Di Françesko açıqlaması

SOCAR Rumıniyada 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib

ÜST-dən pandemiya zamanı məhdudiyyətlər barədə çağırış

Yaponiya 20 ölkəyə koronavirusa görə dərman təhvil verəcək

İranda bu gündən ictimai distansiya başlanır

Alimlərdən koronavirus haqqında DAHA BİR YENİLİK - Bu yolla ölümün qarşısı alına bilər

Alimlərlərdən koronavirus haqqında DAHA BİR YENİLİK - Bu yolla ölümün qarşısı alına bilər

Hikmət Babaoğlu: "Milli Şura" adlandırılan marginal qrupun bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır

Polis Runi və Uokeri saxladı

"Bu mövsüm avrokuboklar bərpa olunmaya bilər" - UEFA prezidenti

Britaniyada daha bir yüksək çinli məmur koronavirusdan karantinə alındı

"Anam məhkəmə zalında infarkt oldu, nənəm həbsxananın qarşısında öldü" - Ömrlük məhkum - VİDEO - FOTO

Adil Əliyev: "Əfv sərəncamı həssas qrupa daxil olan insanlara münasibətdə humanist bir addımdır"

Vüqar İskəndərov: "Məhkum edilmiş şəxslərin əfv edilməsi ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisədir"

İranda Ordu Günü paradı ləğv edildi

Vüqar Rəhimzadə: "Azərbaycan dövlətinin bu addımları demokratik dəyərlərə sadiqliyin nümunəsi kimi də qiymətlidir"

Pərvin Kərimzadə: "Əfv aktı dövlətin humanist siyasətinin daha bir göstəricisidir"

Kamil "20 gündür balalarım acdır" deyən qadının evinə getdi - VİDEO

Azay Quliyev: Prezident İlham Əliyevin əfv sərəncamı hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür

Naqif Həmzəyev: "Ölkə başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir"

Ərdoğan aparıcını məhkəməyə verdi

Bu Avropa ölkəsində həyat bərpa olunur

“COVID-19-la mübarizəyə əlavə 5,9 milyon tibb bacısı cəlb edilməlidir” - ÜST

Emin Hacıyev: "Ermənistanın fəlakətdən qaçması mümkün deyil"

Ermənistanda koronavirusa yoluxanların sayı 850 nəfəri ötdü

Evinə iki fahişə çağıran futbolçuya pis xəbər

Könül Kərimova yeni villasını canlı efirdə göstərdi - VİDEO

İspaniyada koronavirusdan ölənlərin sayı yenidən artdı

Koronavirusa yoluxan rus müğənni komaya düşdü

Əfvin icrası başa çatdı

Yaponiyada fövqəladə vəziyyət elan edilib

Natavandan Röya və Elnarə paylaşımı - FOTO

Siyavuş Novruzov: "Prezident İlham Əliyevin növbəti əfv sərəncamı vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir"

"Tüpürüm sizin missiyanıza" - Rövşanə ilə vəkil arasında qalmaqal

İranda epidemiya qurbanlarının sayı artıb

Yeni Zelandiyanın səhiyyə naziri karantin rejimini 2 dəfə pozdu, üzr istədi

Özünüzü, övladlarınızı qoruyun ki...

Çörəyi ucuz qiymətə almaq üçün 386 km yol qət etdi - FOTO

Holand Ronaldunun çellencinə qoşuldu və onu məğlub edə bilmədi - VİDEO

Ana 4 yaşlı oğlunu boğub öldürdü

Tibb bacıları koronavirusa görə soyunub, etiraz etdilər - FOTO

Almaniya klubu Nazarovla yeni müqavilə imzalayacaq

İtaliyada daha bir futbolçu koronavirusa yoluxdu

“Toyota” maska istehsalına başlayacaq

Koronavirusun sonu yaxınlaşır? - 3 ay sonra Çində bir ilk - FOTO

"Səninlə cinsi əlaqədə olub, koronavirus yoluxdurdum" - 42 yaşlı qadından ağılasığmaz əməl

"Prezidentin əfv sərəncamı dövlətimizin humanizm siyasətini göstərdi və sevinclə qarşılandı"

Sabiq "Qarabağ"lı 21-ci əsrin ən yaxşısı seçildi

"Koronavirus mətbuatın uydurmasıdır" deyən keşiş bu virusdan öldü - FOTO

Rusiyada son sutkada mindən çox şəxs koronavirusa yoluxdu, 11 nəfər öldü

Azərbaycanlı aktyor koronavirusa yoluxdu

Bank Respublika NFC ödənişlərin tətbiqinə başladı!

Cazibədar idmançı qolfu sinəsiylə oynadı - VİDEO