AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Xocalı soyqırımı – insanlığa qarşı amansız terror...!

  15

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırımı isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

Demokratikmusavat.com AZƏRTAC-a istinadən Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin Xocalı soyqırımı ilə bağlı hazırladığı yazını təqdim edir.

Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Kiçik bir tarixi haşiyə

XX yüzildə ermənilərin Osmanlı İmperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb olub. Bu torpaqların onlara məxsusluğunu iddia edən ermənilər əslində "Dənizdən-dənizə böyük Ermənistan" planını həyata keçirmək istəyirdilər. Bu amili nəzərdə tutan görkəmli ədib Ömər Faiq Nemanzadə hələ 1905-ci ildə "İrşad" qəzetində yazırdı: "Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər artıq itkisinə şərait yaradacaq və beləliklə, bütün Avropanın diqqətini əzabkeş bir xalq olmalarına cəlb edəcəklər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar". Bax, bu idi tarixən məkrli erməni niyyəti azərbaycanlılara qarşı. Səmimi və genişqəlbli olmaq həmişə Azərbaycan xalqını çətin vəziyyətlərə salıb, çörəyini yeyənlərin nankorluğu və namərdliyi ilə üz-üzə qoyub. Əsrlərdən bəri erməni mənfurlarının başımıza açmadığı oyun qalmadı. 1905-ci ildə də qanlar töküldü. 1918-ci ildə də həmin dəhşətləri yaşadıq. 1948-1953-cü ildə qərbi azərbaycanlıların deportasiyası, 1988-ci il isə bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir. Babalarımız demişkən "Qarı düşmən, dost olmaz", ona yalnız layiq olduğu cavabı vermək lazımdır.

Xocalı faciəsinə gedən yol

Artıq qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərdən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Onlar tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırdı.

Xocalı faciəsinə gedən yol 1988-ci ilin fevral ayından Xankəndində ermənilərin mitinqləri ilə başladı. Ermənilər müxtəlif tələblər irəli sürürdülər. Bu tələblərin içərisində isə Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi. 1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmışdı. Öz dədə-baba yurdlarından - Ermənistandan zorla, vəhşiliklə qovulan azərbaycanlıların harayını eşidən yox idi. Ermənilər isə kütləvi şəkildə silahlanır, vilayətdə yaşayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından didərgin salırdılar. Dağlıq Qarabağda vaxtilə azərbaycanlılar 78 kənddə yaşayıblar. Hadisələr başlayandan sonra məlum oldu ki, orada cəmi beş-on Azərbaycan kəndi qalıb.

Az qala yüz ildir ki, ermənilər tarixdə olmayan hadisəni dünya ictimaiyyətinə qəbul etdirmək üçün dəridən-qabıqdan çıxırlar. Erməni mənfurlarının dəyirmanına su tökən və onlara ağalıq edən bəzi havadarları isə təəssüf ki, bir çox hallarda əsl həqiqətləri bilərəkdən tarixin saxtalaşdırılmasının iştirakçısına çevrilirlər. Məhz bu səbəbdəndir ki, tarixdə baş verməyən bir olayı dünyanın bəzi dövlətləri "erməni soyqırımı" kimi tanıyırlar. Bununla fərqində olmaq istəmirlər ki, tarixin özünə böhtan atmış olurlar, əsl həqiqətlərə çirkab don geyindirilər.

Əliyalın insanların Xocalı sevgisi

Səbri tükənmiş əhali meydanı tərk etmirdi, hamı hücum əmrini gözləyirdi. Əgər bu əmr verilsəydi, nəinki könüllü dəstələrin döyüşçüləri, hətta əliyalın sakinlər belə çomaqla olsa da, Əsgəran üzərinə yeriyəcəkdi. Çünki artıq səbir kasası dolmuşdu, insanlar yağı düşmənə cavab verilməsinin vaxtı çatdığını anlayırdılar. Fevralın 25-də səhər tezdən meydana toplaşan camaat xoş bir müjdə gözləyirdi - nəhayət, Əsgərana hücum edilərək Xocalı azad olunacaq. Amma...

Xocalının tarixinə qara hərflərlə yazılan bir günü - 26 fevralı yaşamaq zorunda qoydu bizləri. Elə həmin gün Ağdam bir-birinə dəydi. Əsgəran istiqamətinə axışan könüllü əsgərlər, əliyalın camaat ermənilərin vəhşicəsinə Xocalı üzərinə yeridiyindən xəbər tutan kimi soydaşlarımızın dadına çatmağa, onları ölümün pəncəsindən xilas etməyə çalışırdılar. Bütün cəbhə xətti boyunca səpələnmiş insanlar müxtəlif istiqamətlərdə Xocalıdan qaçıb-qurtara bilmiş sakinlərə köməyə tələsirdilər. Bəlkə də bu axın olmasaydı, Xocalıdan heç kəs sağ çıxa bilməyəcəkdi.

Xocalı soyqırmının yetişməsi

Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. 1991-cı ilin oktyabrında isə şəhərin blokadası tam başa çatdırılmışdı. Artıq Xocalıya gedən bütün avtomobil yolları bağlandığından şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu helikopter isə 1992-ci il yanvarın 28-də endi. Şuşa səmasında çoxsaylı insan tələfatına səbəb olmuş helikopterin vurulması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatının dayandırılması, sanki yaxınlaşmaqda olan vahimədən, dəhşətli kabusdan xəbər verirdi. Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular.

Fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmış Xocalı hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Şəhərdə vəziyyət getdikcə ağırlaşırdı. Bütün bunlara baxmayaraq, ölkə rəhbərliyi Xocalının xilası üçün heç bir addım atmırdı. Yaranmış vəziyyətdən faydalanmağa çalışan ermənilər isə Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər.

Xocalı soyqırımı - qanlı gecə

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq "Qrad" və "Alazan" tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq tələfatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.

Azğınlaşmış ermənilər Qarqar çayı istiqamətində, "Donuzçuluq ferması" deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırımı törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər.

Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində soyqırımı Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, gümbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Xocalı şəhərində yerləşən dövlət və ictimai obyektlərin sayı və dəyəri ayrı-ayrılıqda müəyyən edilib. İstintaq komissiyası tərəfindən respublikanın 35 nazirlik və idarəsinin Xocalı şəhərində inşa etdikləri, balanslarında olan tikililər, qurğular, dəzgahlar, xammal və sair qiymətlilər barədə sənədlər toplanılmış, mütəxəssislərdən ibarət komissiya təşkil edilib. Komissiyanın gəldiyi nəticəyə görə, Xocalı şəhərinin işğalı nəticəsində dövlət idarə, müəssisə və təşkilatlarının, ictimai təşkilatların əmlakına 4 milyard 199 milyon 668 min 338 rubl məbləğində ziyan dəyib. Fakt bu idi ki, Xocalı soyqırımı artıq törədilmişdi. Qətlə yetirilənlərin sayı, cəsədləri üzərində vəhşiliklər törədilməsi, təhqir edilməsi, ermənilərin vəhşiliyi barədə ötən illərdə çox yazıldığından, yenidən təkrarlamağa lüzum yoxdur. Bu, Ermənistanın Qarabağı ələ keçirmək planının reallaşmasına şəriət yaradan ən böyük amillərdən biri idi. Bütün bunlar qarşıda bizi gözləyən daha böyük itkilərin başlanğıcı oldu. Yüzlərlə qəhrəman oğullarımızı buna vadar edən yalnız və yalnız vətənə məhəbbət hissi olub. Şəhidlik-vətənpərvərliyin ən uca zirvəsidir. Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək deyib: "Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır".

O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir...!

"Məkrli ermənilik, terrorçu millət...!"

Bəlli olduğu kimi, Qarabağ müharibəsinin ideoloqlarından biri, hadisələrin iştirakçısı, ermənilərin ən çox sevdiyi yazıçı Zori Balayan "Ruhumuzun canlanması" adlı kitab nəşr etdirib. Balayan "Ruhumuzun canlanması"nda ermənilərin Xocalıda törətdiyi soyqırımı haqqında yazır:

"Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk (Azərbaycan-C.Q.) uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək". Bu "İttihamnamə" ilə tanış olan hörmətli xanımlar və cənablar! Zori Balayan terrorçudur, canidir və öz əməllərini özü etiraf edir! Bu sualı haqqı tanıyan hər kəsə ünvanlayıram: beynəlxalq aləm nədən buna fikir vermir? Nədən ötən əsrdə faşist Almaniyasında, sonra Bosniya, Serbiya və başqa yerlərdə insanlara qarşı amansız qətllər həyata keçirən və ya təşkilatçılıq edənlər kimi o da mühakimə olunmur? Bu "həkim-yazıçı" hər iki peşənin estetikasına, fəlsəfəsinə qarşı çıxaraq, öz ixtisasına, sənətinə üzqaralığı gətirib, Qarabağda dinc əhaliyə qarşı nə qədər terror əməliyyatı həyata keçirib...

Azərbaycan dövləti İnterpol vasitəsilə Zori Balayanı terrorçu kimi axtarışa verib. Ermənilər bu işə siyasi don geyindirərək hamını inandırdılar ki, bu, "siyasi terror"dur... Və Zori Balayanı buraxdırdılar. İşgəncələri öz kitabında qeyd edən bir terrorçuya başqa daha nə qədər dəlil-sübut lazımdır?!

Samvel adlı erməninin dedikləri sübut edir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Xocalı soyqırımında şəxsən amansız qətllər törədib. "Ermənilər hadisələrin üçüncü günü meşədə Xocalıdan qaçsa da, getməyə yer tapmayan azərbaycanlılara rast gəlirdi. Qoca, qadın, uşaq olan bu dəstədə artıq son nəfəsini yaşayanlar, donub qalanlar və yaralılar var idi. Bizi görən kimi yalvardılar ki, onları öldürməyək. Biz də dedik ki, zinət əşyalarınızı, pullarınızı bəri verin, sizə dəyməyək. Qadınlardan biri dedi, "nəyimiz var, sizin olsun". Biz isə dedik ki, burda olanlar onsuz da bizimdir. Xocalıda nə gizlətmisiniz deyin, aparaq oradakı varidatı verin, sizi oradan Ağdama yola salacağıq.

Balayan aralıdan olanları izləyirdi. Əsirlər dedilər ki, nə var bunlardır, orda heç nələri qalmayıb. Zinət əşyaları, bank kartları, rus pasportları - nələri varsa, yığıb verdilər. Biz kənara çəkildik ki, aralıdan hamısını güllələyək, canımız qurtarsın. Bu vaxt Sarkisyan yaxınlaşdı ki, guya yoxladınızmı hamısını, bax, o qadının qulağında yeri qalıb sırğaların, yəqin udub. Göstəriş verdi ki, əllərini tutun. Biz qadının əllərini tutduq, müqavimət göstərmədi, gücü qalmamışdı. Özü qadının qarnını yardı, əlini salıb sırğaları və üzüyü çıxardı. Sonra avtomatı götürüb əsirləri güllələdi. Onun əynində kürk var idi. O qədər arıq idi ki, hərbi buşlatın yaxalığı onun çiyinlərinə keçirdi. Gözlərində eynək var idi. Başını bəlkə də illər idi ki, qırxdırmamışdı, qara, uzun saçı var idi.Əlinin qanını üstünə silib "bəri verin topladıqlarınızı" dedi. Sonra yığdıqlarımızı maşınına qoyub uzaqlaşdı. Yadımdadır, avtomobilinin nömrəsi NK 0001 idi".

Cinayətlərini ört-basdır etmək məqsədilə erməni silahlıları kütləvi qətliamın baş verdiyi yerə jurnalistləri gətirən helikopterləri atəşə tutublar. Buna baxmayaraq, televiziya müxbiri, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dünyanı sarsıdan görüntüləri lentə almağı bacarıb. Helikopterin pilotu Leonid Kravetsin Xocalıda şahidi olduğu hadisələrlə bağlı söylədikləri insanı dəhşətə gətirir: "Çingiz Mustafayev və onunla birlikdə gələn insanlar vertolyota bir neçə uşağın meyitini gətirə bildi. Ağdamda götürdüyümüz bir milis kapitanı burada 3 ya 4 yaşlı oğlunun meyitini tapdı. Uşağın meyiti tanınmaz hala salınmışdı. Bütün güllə darağı onun bədəninə boşaldılmışdı. Kapitan uşağı təyyarəyə qoydu, amma özünün qalxmağa artıq halı yox idi. Onu havaya qalxan vertolyota güclə salmaq mümkün oldu. Biz Ağdama uçana qədər bu kişi meyiti sinəsinə sıxıb ağladı. Şəhərə çatanda bilindi ki, qəmdən özünü itirən ata ağlını da itirib. O, Ağdamda vertolyotdan düşməyi də bacarmadı".

Soyqırımıdan bir neçə il sonra, o zaman özünü "Dağlıq Qarabağ Respublikasının müdafiə naziri" adlandıran, Ermənistan keçmiş prezidenti Serj Sarkisyan britaniyalı jurnalist və yazıçı Tomas de Vaala müsahibəsində həyasızcasına Xocalıda soyqırımı törətdiklərini etiraf edib: "Xocalıya qədər azərbaycanlılar elə düşünürdü ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Biz həmin stereotipi dağıtdıq. Və nə baş verdiyini gördünüz".

"Yüzlərlə insanın ölümünə görə təəssüflənirsinizmi?" sualına cavab olaraq Serj Sarkisyan kinlə deyib: "Heç bir peşmanlığım yoxdur. Bu cür sarsıntılar minlərlə insanın həyatı bahasına başa gəlsə də, zəruridir". İngilis publisisti Xocalıda cinayəti kimin törətdiyinə şübhə qoymayan bütün bu etirafları sonradan "Qara bağ" kitabına daxil etdi.

Xocalı dünya ictimaiyyətinin gözü ilə

Xocalıda baş verən dəhşətləri həmin dövrdə bir sıra xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələri də işıqlandırıb. Faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın "Libardion" qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpərdici mənzərələrlə rastlaşmadığını yazıb. O, "Libardion" qəzetində çap etdirdiyi "Erməni terrorizminin canlı şahidi oldum" sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan edib. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı məhz bu yolla "ram etməyə" çalışıb.

Amerika yazıçısı Samuel Vimsin "Ermənistan: böyük hiylə - terrorçu xristian dövlətinin sirləri" adlı kitabında qeyd etdiyi kimi, əslində bu "soyqırımı" ətrafında yaranan hay-küy ermənilərə Türkiyədən, Amerika və dünya xristianlarından böyük məbləğdə pul vəsaiti qoparmaq üçün lazımdır. Cənab Vims onu da diqqətə çatdırır ki, həqiqətdə ermənilərə qarşı heç bir kütləvi qətl hadisəsi törədilməyib, s adəcə, erməni yalan maşını dünyanı çaşdırmağa, özlərinin "məzlum" bir görüntüsünü yaratmağa çalışır.

Azərbaycan xalqının istəyi birdir - Xocalıya ədalət!

"Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir", - deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ümummilli liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Son illər Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində səmərəli fəaliyyəti ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur. "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi", -deyən Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Ötən illərdə dövlət başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu isə ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımzın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.

2009-cu ilin fevralından isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya Ədalət" kampaniyası isə ermənilərin cinayətkar əməllərin ifşa olunmasında müstəsna rola malikdir.

Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Yeri gəlmişkən, soyqırımına qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquqşünaslar tərəfindən araşdırılmalı, hər bir hüquqşünas ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir. Çünki hüquqi baxımdan Xocalıda baş vermiş qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir.

Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.

Demokratikmusavat.com

Xəbər Lenti

İbrahim Məmmədov: SMS-lər üçün operatorlara ödənilməsi nəzərdə tutulan vəsait dövlət hesabına ödəniləcək

Azərbaycanda xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Qərar qəbul olunub

Ülvi Mehdiyev: Vətəndaşlar SMS sisteminə aidiyyəti olmayan məzmunda informasiyalar verməkdən qəti surətdə çəkinsinlər

İtaliyada təqribən 14 min insan COVID-19 diaqnozu ilə həyatını itirib

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatıb

Azərbaycanın Rusiyadakı səfirliyi koronavirusla mübarizəyə ianə etdi

Tədris mərkəzindən oğurluq edən şəxs tutulub

Operativ Qərargahın növbəti iclası keçirilib

Hacıqabulda avtomobildən pul və qızıl qolbaq oğurlayan şəxs saxlanılıb

Məleykə Əsədova: Özünüzü və xalqımızı qorumaq üçün bu günlərdə evdə qalın - VİDEO

Küçəyə bu nömrəyə SMS yazıb çıxacaqsız

Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - Qərar qəbul edilib

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

Beynəlxalq Muğam Mərkəzi yeni onlayn layihələrə start verir

İran parlamentinin sәdri koronavirusa yoluxub

Tramp koronavirusa görə 1 milyard dollar itirib

Pandemiya dövründə qan donoru olmaq üçün tələblər açıqlanıb

Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub

Qusar polisi tərəfindən profilaktik tədbirlər davam etdirilir - FOTO

Bolqarıstan KİV-ləri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barəsində yazdı - FOTO

Gəncədə yeniyetmə ürəyindən bıçaqlandı

Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət etdi

Cinayətdə şübhəli bilinən 20 nəfər saxlanılıb

XİN səhiyyə işçiləri ilə bağlı VİDEOçarx hazırlayıb

Xanım UFC döyüşçüsü əri ilə çılpaq məşq etdi, FOTOsunu paylaşdı

104 yaşlı kişi koronavirusdan sağaldı

Belçikada koronavirusdan ölənlərin sayı min nəfəri ötdü

90-ların pop ulduzu koronavirusa yoluxdu - FOTO

Karantin günlərində kommunal idarələr necə işləyir? - VİDEO

Bakıda kişi qonşusunu bıçaqladı

Rusiyalı politoloq: "Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır"

Hüseyin Altınalan: "Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı"

Birinci vitse-prezident Mehriban Əliyeva: "Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" - FOTO

"Sağlamlığımız naminə bunu etməliyik" - Nadir Qafarzadə

"İnsanlar işindən, dolanışığından qalıb" - Nadir Qafarzadə

Klopp Almaniya milisinə gedir? - "Liverpul" narahatdır

Tacikistanda koronovirus niyə yoxdur- karantindəkilər evə gedib - gəlirlər!

Putin neft qiymətindən danışdı: "Biz ikiqat zərbə almışıq"

Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 12 minə çatıb - FOTO

Fransanın ən iri bazarı meyitxanaya çevriləcək

"Niyə hazırda pul önəmli, insanların sağlamlığı önəmsizdir?"

Bakı marketlərində un məmulatları “karantində” - FOTO

Məcburi köçkünlər üçün inşa ediləcək mənzillərin sayı açıqlandı

Xruşovun Amerikada qazlı su aparatı məcarəası - SSRİ rəhbərinin səfəri ölkədə yeniliyə səbəb olub - FOTO

Quldurluq yolu ilə avtomobili ələ keçirən Abşeron sakini saxlanıldı

90 yaşında virusdan dünyasını dəyişdi - Etdiyi fədakarlıq ÜRƏK DAĞLADI

UEFA pley-off matçlarının vaxtını dəyişdi

İtaliyada 10 mindən çox həkim koronavirusa yoluxub

Müdafiə Nazirliyindən 100 min cəsəd torbası istədilər - Trampın dediyi gerçəkləşir

Milli Məclis Aparatında və İşlər İdarəsində struktur islahatları aparılır

"Sabah"ın xorvatiyalı baş məşqçisi: "Futbolçuların hamısını nəzarətdə saxlamaq asan deyil"

“Yuventus” koronavirusa yoluxan futbolçu ilə müqaviləni uzatdı

Dünyada 200 mindən çox insan koronavirusdan sağalıb

"Valensiya" koronavirusdan qurtuldu

Azərbaycanda yeni tələbə yataqxanası istifadəyə veriləcək

"Argentinada Ronalduya nifrət edirlər"

“British Airways” əməkdaşlarının 80 faizini ixtisar edəcək

Falkao “Qalatasaray”dan gedir

Uhan sakini şəhərdəki vəziyyətdən danışdı

Azərbaycanın bu bölgəsində ictimai nəqliyyatdan istifadə azalıb - DANX

“NASA” Yer planetinə yaxınlaşan asteroidi məhv edəcək

Çexiya işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır

İki dəfə xərçəng xəstəliyinə qalib gələn şəxs koronavirusdan öldü

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 15 nəfər müəyyən edilib

Yerevanda 5 həbsxana mühafizəçisi koronavirusa yoluxub

Ötən il 599 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Korona səbəbiylə ilk cinayət - Həkimi boğaraq öldürdü - FOTO

Azərbaycanda qanunsuz dini təbliğat aparan 12 nəfər həbs edildi

Bakı küçələri karantin rejimində - FOTO

Aprelin 1-dən vahid bəyannamənin təqdim edilməsinə başlanılıb

"Barselona" Umtitinin qiymətini açıqladı

Kanada işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i tanımır

Səfir: "Azərbaycan ən çətin dövrdə Çinə müxtəlif yollarla güclü dəstək verdi"

"Onu gördükcə insanı dəhşət bürüyür" - Xatirə

Koronavirus təhlükəsinə görə Həcc ziyarəti təxirə salınıb - RƏSMİ AÇIQLAMA

Şirvanşahlar sarayında ilk dəfə online tamaşa nümayiş olunacaq

Tiryək satarkən tutuldu

XİN: Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqəti xarakter daşıyır

Bakı Ali Neft Məktəbinin tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

Çin Azərbaycana 5 min koronavirus test dəsti verib - FOTO

"Həbib məndən qorxur və qaçır" - Ferqyusondan Nurməhəmmədovun ünvanına ağır sözlər

Rusiyada bir gündə daha 771 nəfər koronavirusa yoluxdu

Azərbaycanlı müğənni izləyicilərini hiddətləndirdi - "Koronavirus vaxtı bu nə hərəkətdir?" - FOTO

Gürcüstanda koronavirusa yoluxanların sayı

Putin özünü koronavirusdan qorumağa çalışır

"İqtisadiyyata dəyən zərərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır"

Onlayn müsabiqəyə start verilib

DANX: Hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik

Azərbaycanın qeyri-neft sektoruna aid mal ixrac etdiyi əsas ölkələr açıqlanıb

Dağlıq Qarabağın azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb

İranda koronavirusa yoluxanların sayı 50 mini keçdi

Üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəldi - FOTO

Tokioda məktəblər mayadək bağlı qalacaq

"Real" Xames Rodriqeslə bağlı qərarını verdi

"Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi"

"Azərbaycanda qaldığım üçün şadam" - "Səbail"in legioneri

Kontakt Home-dan unikal xidmət - AZƏRBAYCANDA İLK DƏFƏ

Kıvanç Tatlıtuğun test nəticəsi açıqlandı

Koronavirusa yoluxan məşhur futbolçu: “Nəfəs ala bilmirdim”

ABŞ-da 6 həftəlik körpə koronavirusun ən gənc qurbanı oldu

Prezident İlham Əliyev: "Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi"

"Bacımı heç vaxt efirə çıxarmayacağam" - Zaur

Qubada 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

Azərbaycan XİN-dən Qarabağdakı qondarma “seçkilər”lə bağlı açıqlama

Qonşu dövlətdə koronavirusun bitmə tarixi açıqlandı

Daha bir epidemiya yayılır: ölənlər var - ÜST AÇIQLADI

Koronavirusa görə karyerasını daha 2 il uzatdı

Azərbaycanlı aparıcı tanınmaz dərəcədə dəyişib - Özünə bənzəmir - FOTO

Estoniyada koronavirusa yoluxanların sayı 779 nəfərə çatıb

"Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq" - Zülfiyyə Xanbabayeva

Hüquqi şəxsin ləğvi qaydası dəyişir

Bu ölkədə aprelin 5-də yeni mövsümə start veriləcək

ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib

Oğlunu karantin zamanı evdə saxlamaq istəyən ata qeyri-adi üsula əl atdı – FOTO

İqtisadiyyat nazirinə yeni müavin təyin edildi

Koronovirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələr

Türkiyə koronavirusun daha bir müalicə üsulunu tapdı: 15 dəqiqə ərzində...

Koronavirus yalanları yayanlarla nə edək?

Fitosanitar nəzarəti xidmətlərinin özəlləşdirilməsinə icazə verilir

Əliqismət Lalayev: "Koronavirusa qarşı mübarizədə hər bir vətəndaş səfərbər olmalıdır" - VİDEO

Neft bahalaşıb

İcarə və istifadə hüququ ilə avtomobilə malik olanlar daşıyıcı ola biləcəklər

“Yuventus”da yeni müqavilə

İsrailin Səhiyyə naziri koronavirusa yoluxub

Xarici ölkələrdə Dövlət Himninin ifa edilməsi qaydası təsdiqləndi

Yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq

ABŞ-da fizika üzrə Nobel laureatı vəfat edib

ABŞ-da koronavirusa yoluxanların sayı 200 min nəfəri keçib

İnyestanın komanda yoldaşı koronavirusa yoluxdu

Toronto əhalisi üç ay təcrid rejimində qala bilər

UEFA Avropa çempionatlarını bir il sonraya keçirib

Misirdə koronavirusa yoluxanların sayı çoxalıb

Koronavirus pandemiyası səbəbindən 80-dən çox ölkə BVF-dan kömək istədi

"Bavariya" anlaşdı - müqaviləsi yenilənir

Körfəz ölkələrində koronavirusa yoluxanların və ölənlərin sayında artım var

Rusiyada koronaviruslu körpə doğuldu

Fransada koronavirus pandemiyasından ölənlərin sayı daha da artıb

Evə basqın edən polis mənzərəni görəndə şoka düşdü – FOTO

İtaliyada koronavirus qurbanlarının ümumi sayı 13 mini ötüb

“Türk Hava Yolları” beynəlxalq uçuşları mayın 1-dək dayandırıb

Rusiyada koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistemin hazırlandığı bildirilir

ABŞ-da 1243 nəfər COVID-19-dan vəfat edib

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 4 il ötür

Fransa karantindən çıxmaqla bağlı müzakirələr aparacaq

Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb - FOTO

Ərdoğan və Zelenski koronavirusla mübarizəni müzakirə ediblər

Facebook, İnstagram və WhatsApp-ın işində problemlər yaranıb

ÜST dünyada koronavirusdan yoluxan və ölənlərin ümumi sayını açıqladı

Kəlbəcərin işğalından 27 il ötür

Günün qoroskopu: adətən ünsiyyətdən qaçan adamlar da bu gün dost məclisi axtaracaqlar

Bakıda ev yanıb

Putinlə Ərdoğan arasında telefon danışığı olub

Koronavirusdan pik ölüm həddi yaxınlaşır - Aprelin 15-də...

Yaşı 65-i keçmiş məşhur sənətkarlarımız karantin rejiminə əməl edirmi? - ÖZLƏRİ CAVABLAYIR

Koronavirusa görə bu şəxslərə 250 manat veriləcək - RƏSMİ

Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb