AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Çikaqoda Xocalı faciəsi anıldı - FOTO

  18

ABŞ-ın əsas siyasi və mədəniyyət mərkəzlərindən biri olan Çikaqo şəhərində, İllinois Ştatının Holokost Muzeyi və Təhsil Mərkəzinin binasında Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 28-ci il dönümünə həsr edilmiş tədbir keçirlib.

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ölkəmizin ABŞ-dakı səfirliyinin iştirakı ilə baş tutub.

Tədbir çərçivəsində "Xocalı faciəsi - qanlı yaddaş və anım" mövzusunda fotosərgi və seminar təşkil edilib.

Tədbirdə ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov və ACMA-nın idarə heyətinin sədri Mehriban Məmmədova, Türkiyənin Çikaqo şəhərindəki baş konsulu Ayşe Selcan Şanlı, Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşı Şəlalə Vəliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Lalə İsmayılova, amerikalı konqresmen Mayk Quiqlinin nümayəndəsi Cenni Herman, "Orta Asiya Səmərəliliyi" tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski, Northeastern Illinois Universitetinin soyqırım və müharibə fəlakətləri üzrə tədqiqatçı professoru Jenin Ntihirageza, İlinoys ştatnın Holokost və Soyqırım Komissiyasının İdarə Heyətinin üzvü professor Maria Korkatsch-Groszko və Ukrayna Amerika konqresinin direktorlar şurasının sədri - Roman Yatskovskiy və Amerika Yəhudi İcmasının Çikaqo nümayəndəsi Fenni Sempson-Kohen, həmçinin xüsusi qonaq qismində Holokost şahidi Canin Oberrotman iştirak edib.

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Fərid Məmmədov çıxış edərək tədbirin proqramı haqqında danışıb, Xocalı faciəsi barədə ətraflı məlumat verib.

Çikaqo şəhərində yaşayan azərbaycanlı icmasının nümayəndəsi Nigar Çaybasarski də Xocalı faciəsi barədə geniş təqdimatla çıxış edib. Daha sonra tədbir iştirakçıları Xocalı qətliamına həsr edilmiş qısa videoçarxa baxıblar.

Ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşı Şəlalə Vəliyeva çıxış edərək görüş iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət, xalqımıza qarşı törədilən etnik təmizləmə faktları və soyqırım cinayətləri barədə ətraflı məlumat verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan "Xocalıya Ədalət" beynəlxalq kompaniyası barədə söz açaraq, kompaniyanın fəaliyyət istiqamətləri və məqsədi barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Lalə İsmayılova çıxış edərək, Xocalı faciəsi barədə danışıb, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu kimi tədbirlərin keçirilməsinin olduqca vacibliyini vurğulayıb.

"Orta Asiya Səmərəliliyi" tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski Cənubi Qafqaz bölgəsində olan durum və Xocalı faciəsinin dəhşətləri barədə çıxış edib.

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin İdarə Heyətinin sədri Mehriban Məmmədova çıxış edərək vurğulayıb ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi təcavüz və Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti çərçivəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədiblər. İşğal edilmiş şəhəri tərk etməyə çalışan dinc əhali qırğına məruz qalıb. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib. Bəzi ekspertlərin Xocalı faciəsini "Azərbaycan Srebrenitsası" adlandırdıqlarını qeyd edib.

Ukrayna Amerika Konqresinin Direktorlar Şurasının sədri Roman Yatskovsky tarixdə insanlıq əleyhinə olan cinayətlərin oxşarlığından bəhs edib, bu kimi cinayətlərin təkrarlanmaması üçün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və cinayət iştirakçılarının məsuliyyətə cəlb olunmasının vacibliyindən danışıb. Azərbaycan ərazilərinin bu günədək işğal altında olduğunu qeyd edib, bir ukraynalı kimi xalqımızın dərdinə şərik olduğunu bildirib.

Northeastern Illinois Universitetinin soyqırım və müharibə fəlakətləri üzrə araşdırıcı professoru Cenin Ntihiraqeza çıxış edərək Burundidə baş vermiş soyqırım haqqında danışıb, bu mövzunun Xocalı faciəsi ilə əlaqələndirərək, daha çox diqqət və araşdırma mövzusu olduğunu vurğulayıb.

Tədbirdə xüsusi qonaq qismində iştirak edən, yəhudi xalqına qarşı törədilmiş Holokostun canlı şahidi olan xanım Canın Oberrotman çıxış edərək şahidi olduğu olaylar barədə söhbət açıb, Holokost və Xocalı faciəsinin oxşarlığından və insanların əziyyət çəkməsindən danışıb. O, valideynlərinin Holokost zamanı qətlə yetirildiyini bildirərək insanlıq əleyhinə cinayət törədən şəxslərin bağışlanmasının mümkünsüzlüyünü qeyd edib.

Daha sonra, Azərbaycan icmasının nümayəndəsi Cavad İsmayilbəyli "Ney" musiqi alətində alətində ifa edərək, təsirləndirici - qəmli musiqi parçalar səsləndirib. İfa tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımız üçün ehsan verilib.

Qeyd edək ki, İllinois ştatını ABŞ Senatında təmsil edən Temmy Dakuors və konqresmen Bobbi Raş tərəfindən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanmış məktubda Xocalı faciəsinin xatirəsinin anılması üçün mərkəzə minnətdarlıq ifadə edilib. Bobbi Raşın Çikaqoda yerləşən ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanan məktubunda deyilir ki, mülkü əhaliyə, qadınlara, uşaqlara və qocalara qarşı törədilmiş bu soyqırımı aktı bəşəriyyətin üzərinə vurulmuş bir ləkədir. Bu cür dəhşətli insan qırğını nəinki sülh vaxtı, heç müharibə vaxtı da törədilməməlidir. Temmi Dakuortun məktubunda qeyd edilir ki, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi yerli sakinləri Azərbaycan mədəniyyəti, irsi, adət-ənənələri, habelə Azərbaycana qarşı törədilmiş tarixi ədalətsizliklər haqqında məlumatlandırır.

Həmçinin Xocalı faciəsinin 28-ci il dönümü ilə əlaqədar ABŞ-ın İllinoys Ştatının Skoki şəhərinin meri Corc Van Dusen Xocalı qətliamının 28-ci ildönümü ilə bağlı bəyannamə imzalayıb.

Demokratikmusavat.com

Xəbər Lenti

"Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır " - Səfirlik

Günün qoroskopu: ciddi maliyyə problemləriniz ola bilər

Nyu-York ştatında koronavirusa yoluxmuş 630 insan ölüb

"Liverpul" çempion elan edilməyəcək

Türkiyədə koronavirus qurbanlarının sayı 500 nəfərdən çox olub

Əhaliyə güzəştli işıq limiti artırılacaq

Kənd təsərrüfatı ilə məşğul olanlar karantin dövründə necə hərəkət edəcək? - Qərar

Taksi sürücülərinin fəaliyyətinə hansı halda icazə veriləcək?

Bu tələbələrin təhsil haqqı xərclərini dövlət ödəyəcək

Azərbaycanda tikinti sektoru üzrə yeni mexanizm yaradılır

Azərbaycanda təşviq institutları və fondlarının fəaliyyətini əlaqələndirən Koordinasiya Şurası yaradılacaq

Azərbaycanda bu məhsulların idxalı gömrük rüsumundan azad ediləcək

Azərbaycanda birdəfəlik ödənişin məbləği məlum oldu

Sahibkarlıq subyektlərinə ediləcək güzəştlər açıqandı

Azərbaycanda işsiz vətəndaşlar üçün 50 min ictimai iş yeri yaradılır

Azərbaycanda fərdi sahibkarlara ayrılan kompensasiyanın məbləği məlum oldu

Baş nazir Tədbirlər Planını təsdiqlədi

Muzdlu işçilərə 215 manat kompensasiya veriləcək

İcazəsiz evdən çıxanlara ilkin olaraq xəbərdarlıq ediləcək

Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə növbəti dəstək - VİDEO - FOTO

Azərbaycana giriş-çıxış dayandırıldı - Operativ Qərargah

Azərbaycana giriş-çıxış dayandırıldı

Füzulidə 4 ədəd tank əleyhinə raketlər tapılıb - FOTO

AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət edib

OPEC+ nazirlərinin görüşünün vaxtı dəyişdirildi

Koronavirusla mübarizə aparan həkimlər danışdı - VİDEO

Naxçıvanda döyüş atışlı taktiki təlim keçirilib - VİDEO - FOTO

Koronavirus pandemiyası ərzaq təchizatına təsir göstərir

Çində asimptomatik COVID pasientlərinin 75 faizində daha sonra simptomlar əmələ gəlib

Qubada karantin rejimini pozan şəxs aşkarlanıb - VİDEO

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 700 nəfərdən çox artıb

İranda koronavirus nəticəsində ölənlərin sayı artıb

Suriya ərazisində 24 terrorçu zərərsizləşdirilib

"Barselona"da maaşlar yenidən azaldılır?

Mətanət İsgəndərli qızı Ülkərlə Fatimənin evində - VİDEO

Ukraynada koronovirus: 1096 nəfər yoluxub, 28 nəfər ölüb

Fransada 600 hərbçi koronavirusa yoluxdu

ÜST-ün nümayəndəsi koronavirusun gənclər üçün təhlükəsindən danışdı

Bakıda "Rais" ləqəbli narkotacir saxlanıldı: Onlayn yolla narkotik satırmış - FOTO

Damlanın çöldə çəkdirdiyi FOTO izləyiciləri qəzəbləndirdi

Pərvin Kərimzadə: "Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyacımız var"

"Roma"nın sabiq baş məşqçisi “Fənərbaxça”nı çalışdıra bilər

İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib - SƏRƏNCAM

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib - SƏRƏNCAM

Vüqar Səfərli vəzifəsindən azad edildi - SƏRƏNCAM

Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib

Bəxtiyar Əliyev: "Hökumətin gördüyü tədbirlər koronavirusla bağlı çətin vəziyyətdən az itkilərlə çıxmağa şərait yaradır"

Türkiyədə yaşayan azərbaycanlı aktrisa: “Son dəfə küçəyə çıxdım” - FOTO

Şarapova nömrəsini yaydı - “Mənə yazın”

Yazıçı Anar vətəndaşları evdə qalmağa çağırır

Bakıda daha bir Qran-pri təxirə salındı

“Atamı şair kimi ölümündən sonra anladım” - Nüsrət Kəsəmənlinin oğlu

PFL çempionatımızı başa vumaq niyyətindədir

Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Səməd Seyidov: "AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər"

Çin kosmosa "Uhan" peykini buraxacaq

Miri Yusif evində klip çəkdirdi - VİDEO

"Latsio" İmmobilenin qiymətini açıqladı

Rusiyada koronavirusa yoluxanların sayı 4,7 mini keçdi

Korifeylərimizin yaradıcılığından bəhs edən onlayn mühazirələr

Koronavirusun səbəb olduğu qorxunc xəstəlik üzə çıxdı: bu orqanı məhv edir və insan... - ŞOK AÇIQLAMA

Milli Məclisin plenar iclasının vaxtı dəyişdirilib

Super Liqa nə vaxt bərpa olunur? - TFF-dən açıqlama

Tofiq Yaqublunu zorla "qurban" və "siyasətçi" etmək istəyən kimlərdir? - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Hikmət Babaoğlu: "Hazırlanan proqramlar postpandemiya dövründə inkişafa hesablanıb"

Doqquz güləşçimiz TOP-10-da

Azərbaycanda müəllimdən şok əməl: 15 yaşlı şagirdinə dəfələrlə təcavüz etdi, nişanlısını isə...

Almaniyanın 12 klubu müflis ola bilər

Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin görüşünə qatılacaq

Antalyada qalan Əməkdar artist: Qanunlar çox ciddiləşib...

İranda 106 yaşlı kişi koronavirusdan sağalıb

Məşhur klub stadionunu xəstəxanaya çevririr

"Türk Hava Yolları" bütün daxili reysləri dayandırır

Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə dəstək - VİDEO - FOTO

Reanimasiyadan qorxunc görüntülər - Koronavirus dünyanı çalxalayır - FOTO

Koronavirusdan ölənləri gözləyən qəbiristanlıq - FOTO

Az yatanların koronavirusa yoluxmaq riski daha çoxdur

Bekhemin yeni imici izləyicilərini təəccübləndirdi - FOTO

Uhanda koronavirusun ikinci dalğası başlaya bilər - Ölənlər var, qərar dayandırıldı

Türk PA: Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” şiddətlə qınayırıq

Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı

17 yaşında Olimpiya çempionu olmuş gözəl model - FOTOlar

Mərkəzi Bank 200 milyon manat cəlb edəcək

Maska taxmaq məcburi deyil - Tramp

Avropa Çinin köməyindən asılıdır - Marin Le Pen

Koronavirusun ağciyərdən başqa digər vacib orqana da təsiri məlum oldu - Yeni fakt

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Bavariya" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

BVF-dən şok: Tarixdə ilk dəfədir iqtisadiyyat bu cür...

Pərvin Abıyeva qiymətləri açıqladı - Ən aşağısı 500 manat... - FOTO

Fransız həkimin korona təklifi dünyanı silkələdi - VİDEO

BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır

"Miss Azerbaijan 2019” alt paltarını satışa çıxardı - FOTO

Emin Hacıyev: "Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür"

Koronavirusa görə dünyanı aclıq gözləyə bilər

Koronavirus Astara sakininin vecinə deyilmiş - Küçədə narkotik satırdı...

Azərbaycanın regionlarında bank kreditləşməsi artıb

Koronavirusun hava ilə yoluxma ehtimalı haqda YENİ FİKİR - Maykl Rayan da bunu istisna etmir

Məşhur müğənni koronavirusa yoluxub

Terim futbolçuları ilə görüntülü danışdı

ABŞ-dakı vətəndaşlarımız üçün onlayn konsulluq xidməti layihəsinə start verilib

Koronavirusa yoluxan Daniel Maldini sağaldı

Pentaqonda HƏYƏCAN: Koronavirus orduya yayılır

Koronavirusa yoluxmuş şəxs polisə qılıncla hücum etdi - VİDEO

Fransada epidemiyanın pik dövrü hələ qabaqdadır

Maskaların bu hissəsində virus daha çox yaşayır

Litvada da koronavirusa yoluxanların sayı artır

Gəncədə əl qumbarası aşkarlanıb - FOTO

Misirdə son sutkada koronavirusdan 8 nəfər dünyasını dəyişib

Son sutkada dünyada 76 min nəfər koronavirusa yoluxub

Selena Gomez bipolyar pozuntudan əziyyət çəkdiyini etiraf edib

Gürcüstanda daha 7 nəfər koronavirusa yoluxub

Qazaxda partlamamış mərmi tapıldı - FOTO

A Seriyası qeyri-müəyyən müddətə kimi təxirə salındı

Latviyada koronavirusa yoluxanların sayı artır

Surinamda koronavirusdan ilk ölüm qeydə alınıb

İngiltərə Premyer Liqası nə vaxt bərpa olunacaq?

Qaranlıq tunelin sonunda işıq görürük..

ANAMA Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım vəsaiti ayırıb

Çin COVID-19 qurbanlarının xatirəsini yad edib

Gəncədə yaşayış binasında yanğın baş verib

104 yaşlı müharibə veteranı koronavirusa qalib gəldi

Folklend adalarında ilk koronavirusa yoluxma halı aşkarlanıb

"Instagram"ın işində problemlər müşahidə olunub

Nyu-Yorkda COVİD-19 qurbanlarının sayı sutka ərzində 300 nəfəri ötüb

ABŞ-da koronavirusa yoluxanların sayı 276 minə çatıb

Tramp tibbi maska taxmamağının səbəbini açıqladı

Çində koronavirus yalnız sakinlərin 2 faizində qalıb