AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Xalq təqvimi: yurdumuza bayramlar ayı Boz ay daxil olub

  15

Bu gün yurdumuza Boz ay daxil olur. Bu ay adətən görüləcək işlərin, keçirilən bayramların, həmçinin icra edilən mərasimlərin özünəməxsusluğu ilə seçilir.

Xalq təqviminə görə, Kiçik çillə fevralın 20-si ömrünü başa vurur, yerini Boz aya verir. Boz ay xalq arasında həm də "Alaçalpov", "Çilləbeçə", "Ağlar-gülər", "Cəmlələr" adları ilə tanınır. Boz ay Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə (martın 21-nə) qədər olan dövrdür. Aya bu cür ad verilməsi Boz ayda havanın buludlu, yağışlı, küləkli, bəzən günəşli - bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır.

Xalq arasında Boz ay haqqında bir deyim var: "Boz ay bozara-bozara keçər". Bu daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Boz ayın dəyişkən olması ilə əlaqədar bir rəvayətdə deyilir ki, nə vaxtsa Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün də götürüb Boz aya verib. Elə ona görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına işarədir. Bu ayın xalq arasında adının həm də "ağlar-gülər" adlanması havaların dəyişkən olması ilə əlaqədardır. Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında Boz aya "Bayram ayı" da deyilir.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən folklorşünas Ramazan Qafarlının Boz ay və qarşıdan gələn Novruz çərşənbələrinin mərasimləri ilə bağlı qeydlərini təqdim edir:

Xalq inancına görə Boz ay həm qışın, həm də ilin son ayıdır. Belə inanc mətnlərindən birində deyilir ki, qışda hər şey yatıb donur. Yaz gəlib dörd dəfəyə bunları ayıldır. Bunların ayılması Novruz bayramında olur. Ona görə də Novruz bayramı dörd həftədir və dörd İlaxır çərşənbə var: "Bu dörd çərşənbə xalq təqvimində qışın son ayı olan Boz ayın dörd çərşənbəsidir. Xalq təqvimində də qışın müddəti 3 aydır. Əvvəlcə dekabrın 20-dən yanvarın 30-dək davam edən 40 günlük Böyük çillə, ardı ilə fevralın 1-dən 20-dək davam edən Kiçik çillə, sonda fevralın 21-dən martın 21-dək davam edən Boz ay gəlir. Boz ay həm qışın, həm də ilin son ayıdır. Onun 4 çərşənbəsi köhnə ilin sonu - yeni ilin ərəfəsi kimi xalq arasında əlamətdar günlər kimi xüsusi fərqləndirilir və qeyd olunur.

Folklorşünas Azad Nəbiyev "İlaxır çərşənbələr" adlanan kitabında dörd çərşənbəni aşağıdakı adlar altında bu ardıcıllıqla sıralayıb:

Birinci çərşənbə - Su çərşənbəsi;

İkinci çərşənbə - Od çərşənbəsi;

Üçüncü çərşənbə - Yel çərşənbəsi;

Dördüncü çərşənbə - Torpaq çərşənbəsi.

Evatdı

İlaxır çərşənbələr müxtəlif mərasim ənənələri ilə zəngindir. Ev və çöllə bağlı çoxlu mərasimi xarakterli adət-ənənələr vardır. Ev adətləri ilə bağlı ən əsas adətlərdən biri ev təmizləmədir. Bəzi yerlərdə buna evatdı deyirlər. Bu ənənənin əsas mahiyyəti ev-eşik təmizliyi ilə bağlıdır. Lakin bu, adi günlərdə görülən təmizlik deyil. İlaxır çərşənbələrdə, əsasən, üçüncü çərşənbədə həyata keçirilən bu təmizlik mərasimi xarakterlidir. Bunun əsasında inanc durur. Burada aparılan təmizlik, əslində, təzələnmə, yenilənmə xarakterli mərasimi ənənədir. Evatdının əsas mahiyyəti ev-eşiyə aid nə varsa, onun təmizlənərək təzələnməsindən ibarətdir. Bu prosesdə ev-eşiyə aid heç nə və heç kəs prosesdən kənarda qala bilməz. Evin paltar-palazı, yorğan-döşəyi, mir-mitili çölə çıxarılır, yuyulan yuyulur, yuyulmayan günə verilir. Həyət-baca təmizlənir, səliqəyə salınır. Bütün bu prosesin əsasında iki mərasimi amil durur. 

Birincisi, təmizlik - təzələnmə elə aparılmalıdır ki, həyət-bacanın, ev-eşiyin təmizlənməsi, səliqə-sahmanı, gözəlliyi, bir sözlə, yeni il - Novruz üçün hazır olması dərhal nəzərə çarpsın. Bu məsələdə heç bir əyər-əskiklik ola bilməz. Çünki Novruz bayramı təkcə ilin təzələnməsi deyil, bütünlükdə köhnə ili yaşamış hər kəsin və hər şeyin təzələnməsi deməkdir. İnsanlar öz yaşadıqları məkanı təmizləyib təzələdikləri kimi, ruhlarını da hər cür çirkinliklərdən təmizləyib, yeni ilə yenilənmiş, ruhən, mənən yenidən doğulmuş halda keçirlər.

İkincisi, təmizlik - təzələnmə zamanı köhnə, sınıq, sıradan çıxmış, yararsız nə varsa atılmalı, evdən uzaqlaşdırılmalıdır. Köhnə, yararsız paltar atılır, sınıq qab-qacaq tullanırdı. Təzə pal-paltar ilin hansı dövründə alınmasından asılı olmayaraq, ilaxır çərşənbədə - Novruz ərəfəsində üzə çıxarılırdı. Köhnə, sınıq, yararsız olan evdən atılmalı idi ki, insanlar yeni ilə tam təzələnmiş, yenilənmiş halda keçə bilsinlər. Əgər sınıq, yararsız bir şey evdə qalardısa, bu, yeni ildə uğursuzluğa səbəb olardı. Bütün bunlar aydın şəkildə göstərir ki, ilaxır çərşənbələrlə bağlı ev təmizlənməsi adi günlərdə olan təmizlik olmayıb, öz inanc əsaslarına malik mərasimi ənənədir.

Ağacqorxutma

Əslində, ilaxır çərşənbələrlə bağlı bütün mərasimi adət- ənənələrin hamısı yenilənməyə - təzələnməyə xidmət edir. Belə ənənələrdən biri ağacqorxutma adətidir. Bu, ilaxır çərşənbələrin açıq formada magik mahiyyətli ənənələrindəndir. Ağacqorxutma ayrıca icra olunan adət-ayin olsa da, onu mahiyyətcə evatdı mərasimindən ayırmaq olmaz. Evatdıda ev-eşik təmizləndiyi, yeniləndiyi kimi, ağacqorxutma ayini də bağ-bağatın təzələnməsinə xidmət edir. Bəzən bağdakı bir ağac meyvə vaxtı bar vermir. Bu zaman xüsusilə axır çərşənbədə həmin ayin icra olunur. Bir nəfər əlinə balta alıb ağacın yanına gəlir və üzünü ağaca tutaraq deyir ki, "əgər bu il bar verməsən, meyvə gətirməsən səni bu balta ilə kəsəcəyəm". Bəzi bölgələrdə başqa bir nəfər ağacı qorxudan baltalı şəxsi dayandıraraq deyir ki, "kəsmə, gələn il bar verəcək".

Ev-eşikdən köhnə, sınıq, yararsız əşyalar atıldığı kimi, bağ-bağatda da quru ağaclar kəsilir, qurumuş budaqlar budanır. Bar verməyən, lakin sağlam olan ağaclar isə qorxudulur. Qorxutmaqda məqsəd təkcə bar almaq deyil. Bir ağacın bar verməməsi onun mal-qara kimi qısırlığı, sonsuzluğu deməkdir. Qısırlıq, sonsuzluq isə böyük uğursuzluq sayılırdı. Bu qüsuru aradan qaldırmaq üçün insanlar ağacı qorxudub, onu yeniləyir, sağaldır, qüsurunu aradan qaldırırdılar.

Üzərlik yandırma

Üzərliyin Azərbaycan inanclar sistemində nə qədər yayğın inanc olması hər kəsə məlumdur. Üzərlik yandırma Novruz mərasim kompleksində təmizlənmə - yenilənmə ilə bağlı icra olunan ayinlərdəndir. İnsanlar Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə, mal-qaraya, ev sakinlərinə yönəlmiş hər hansı mənfi nəzərin təsirini aradan qaldırarmışlar. Bunun üçün onlar üzərliyin tüstüsünü ev sakinlərinə, evə, mal-qaraya tərəf tutarmışlar. Bu adət indi də çox yayılıb. Üzərlikyandırma yenilənmənin mühüm ayinlərindəndir. Üzərlik vasitəsi ilə bəd nəzər, pis niyyətlər təmizlənir.

Tonqal qalama

İlaxır çərşənbənin və ümumiyyətlə 4 çərşənbənin dördünün də ən ayrılmaz və əvəzolunmaz atributu tonqal qalamadır. Xüsusilə ilaxır çərşənbədə tonqal qalanır, insanlar "ağırlığım-uğurluğum bu odda qalsın" deyib onun üzərindən tullanırlar. Bu, axır çərşənbənin ən mühüm və açıq magik xarakterli ayinlərindəndir. Bu zaman nəğmələr də oxunur. Həmin nəğmələr məzmun və mahiyyətcə odla, təmizlənmə ilə bağlı alqış-dualardır. Araşdırmalar zamanı odun müxtəlif funksiyaları üzə çıxır:

Od Günəşin yerdəki rəmzidir;

Od birlik, mehribanlıq rəmzidir (ailə ocağı);

Od canlı varlıqdır;

Od gələcəkdən xəbər verə bilir;

Od təmizləyici, paklaşdırıcı, saflaşdırıcı, qoruyucu gücə malikdir...

Bu izahdan da göründüyü kimi, tonqal qalama Novruz mərasim kompleksinin magik xarakterli ayinlərindəndir.

Danatma

Belə mərasimlərdən biri danatma adətidir. Mərasim Novruz gecəsi icra olunur. İnsanlar səhərə qədər oyaq qalır, Günəşi qarşılayırlar. Novruz bayramı mərasim kompleksi Od-Günəş ünsürü ilə sıx bağlıdır. Bu, acı, sərt, ölüm, aclıq, qıtlıq saçan qışın yola salınması, həyat verən, bolluq, ruzi-bərəkət gətirən yazın qarşılanması mərasimidir. Lakin yaz öz-özünə gəlmirdi. İnsanlar müxtəlif magik mərasimlərlə onu gətirir və qarşılayırdılar. Yazın ən mühüm atributu Günəş idi. İnsanlar Novruz gecəsi oyaq qalıb, səhər dan yeri söküləndə yeni ildə ilk dəfə doğacaq Günəşi gözləyirdilər. Bu, Günəşin hərgünkü kimi doğması yox, Yeni ildə el-obaya, dünyaya ilk gəlişi idi. Onu gülər üzlə, alqış-dualarla, sevinclə qarşılamaq lazım idi ki, böyük həvəslə gəlsin. Çünki soyuq qışdan sonra insanların, heyvanların, bitkilərin bütün həyatı Günəşin gəlişindən asılı idi. Bu gəlişin mifoloji-inanclarla, magik ayinlərlə bağlılığı danatma gecəsi icra edilən fallarda ifadə olunur. Bu gecə həm də bəxt gecəsi idi. Odur ki, qızlar su ilə fal açıb bəxtlərini yoxlayırdılar. Danatma iştirakçıların Günəş doğandan sonra su üstünə gedib əl-üzünü yumaları, suyun üstündən tullanaraq, "ağırlığım-uğurluğum bu sulara" deməsi ilə başa çatırdı.

Papaqatdı

Axır çərşənbənin əsas adətlərindən biri papaqatdı adətidir. Buna bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə papaq atıb, pay istəməkdir. Keçmişdə papaq yox, xurcun, torba, qurşaq atılmışdır: "Papaq qeyrət, namus, yaylıq abır-həya rəmzidir. Papaq və yaylıq insandan yuxarıda yerləşdiyi üçün Yaradana daha yaxındır. Papağın və yaylığın ayaqlar altına atılması, pay tələb edilməsi, əslində, aşağılıqdır. Qadının baş örpəyi ancaq savaşın, qan tökməyin qarşısı alınarkən araya atılırdı. Evin bacasından xurcun, torba sallamaq, yerə qurşaq sərməklə bağlı qədim adət ölkəmizin müstəmləkə çağlarında papaqla əvəz edilmişdir".

Folklorşünas Ağaverdi Xəlil yazır ki, Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Novruzla bağlı orta əsrlərə aid yazılı qaynaqlarda (o cümlədən Ömər Xəyyamın "Novruznamə"sində və Əbu Reyhan əl-Biruninin "Asar əl baqiyə" əsərində) bu adətlərin zərdüştilik dönəmində mövcud olduğu və onun xüsusi icraçılar - zərdüşt kahinləri tərəfindən yerinə yetirildiyi haqqında məlumat verilir. Sonrakı dövrlərdə "torba atmaq", "qurşaq atmaq" və ya "şal sallamaq"la əvəzlənmişdir. Əlbəttə, burada məişət mədəniyyətindəki dəyişikliklər öz təsirlərini göstərmişdir. Məsələn:

Məhəmmədhüseyn Şəhriyarın şeirində deyilir:

Ay nə gözəl qaydadı şal sallamaq,

Bayramlığı bel şalına bağlamaq.

Ən yeni dövrün "torba atmaq" mədəniyyətində "dəsmal atmaq" və "papaq atmaq" kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır.

Səməni nəziri

İlaxır çərşənbənin ayinləri çoxdur. Bunlardan bəziləri səməni ilə bağlıdır. Onlardan biri səməni nəziri adətidir. Qəlbində bir niyyəti olan adam böyük qablara buğda töküb göyərtdirirdi. Sonra cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadırdılar. Ona qoz-fındıq ləpəsi qatır, sonra xonça sinilərinə töküb yayırdılar. Xonçaları evə aparmayıb, həyətdə saxlayırdılar. Gecə yatmayıb niyyətin qəbul olması haqqında dua edirdilər. Səhər bişmişin dadına baxırdılar. Əgər bişmiş şirin çıxırdısa, demək, nəzir-niyyət qəbul olunmuşdur.

Səməni ovsunu

Səməni ovsunu adəti də magik xarakterlidir. Bu ayin uşağı olmayan qadınlardan ötrü icra olunurdu. Ayinin qaydası belədir: Oğul-qız böyütmüş qadın göyərdilmiş səmənini ilaxır çərşənbə günü uşağı olmayan və bununla da çilləyə düşmüş sayılan qadının başı üstə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş "çərşənbə suyu"ndan bu səməninin üstündən çilləli qadının üstünə axıdır. Yenə də oğul-uşaq böyütmüş başqa bir qadın çilləlinin üstünə axıdılan bu suyu əlinə aldığı qayçı ilə doğraya-doğraya: "A səmənini göyərdən, bu gəlini də göyərt", - deyir və yaxud: "Arpa, buğda dənidi, Göyərən səmənidi, Kəsdim, gəlin, çilləni, Övlad vermək dəmidi" - ovsun sözlərini deyir.

Əlbəttə, ilaxır çərşənbələrlə bağlı adət-ənənələr tarixən çox zəngin olub, zaman keçdikcə onlardan bəziləri daim müasirləşən həyatın təsiri ilə unudulub, bəziləri də şəklini dəyişərək yenilənib. Həmin ənənələrin inanc əsaslarına diqqət verilməsi iki əsas cəhəti üzə çıxarır:

Birincisi, ilaxır çərşənbənin adət-ənənələri mifik görüşlərlə bağlıdır. Onlarda qədim türk mifologiyasında dünyanın, kainatın, bütün varlıq aləminin və ümumiyyətlə, həyatın yaranmasının əsasını təşkil edən ilk ünsürlərin (Su, Od/Günəş, Bitki/Ağac, Torpaq, Hava və s.) izlərini görmək olur.

İkincisi, ilaxır çərşənbənin adət-ənənələri magik xarakter daşıyır. Onların, demək olar ki, hamısında magiya - sehr və ovsunla bağlı ayinlər icra olunur.

Bütün bunlar göstərir ki, ilaxır çərşənbələr, o cümlədən bütünlükdə Novruz bir mərasim kompleksi kimi xalqımızın qədim dünyagörüşünü, ilkin mifoloji-magik ənənələrini öyrənməkdən ötrü çox zəngin və əvəzsiz qaynaqdır.

Demokratikmusavat.com

Xəbər Lenti

ABŞ-da koronavirus daşıyıcıları xəstəliyi GİZLİ KEÇİRİR

Çexiyada COVID-19 barədə feyk xəbərlərin sayı artıb

Sürücülərə ŞAD XƏBƏR - Karantin rejimində buna görə cərimə olunmayacaqlar

Günün qoroskopu: yaxınlarınızı tələsdirməyin

Gürcüstanda koronavirusa yoluxanların sayı 134 nəfərə çatıb

Koronavirusun tüğyan etdiyi ABŞ-da silah satışları 800 dəfə artdı

Səhiyyə böhranı yaxınlaşır: Bu ölkədə koronavirus xəstələri ölümə tərk ediləcək

Tramp “tvitlədi”, neft sıçradı

Rusiyada qeyri-iş günləri uzadıldı

Ermənistanda koronavirusdan daha bir nəfər ölüb

İşçilər üçün elektron icazə sabahdan etibarən alınacaq - Rəsmi

Avropada koronavirusdan ölənlərin 95%-ni bu yaş qrupu təşkil edir

Kriştianu Ronaldo futbol tarixində yeni rekord vuracaq

Elmir Vəlizadə: Bəzi rayonlarda sərnişindaşımada azalma istədiyimiz səviyyədə deyil

Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatıb

Xaçmaz rayonunda tibbi-profilaktik tədbirlər davam etdirilir - FOTO

Yaxın qohumun vəfat etməsi ilə bağlı həkimin təsdiq etdiyi teleqram vacibdir - İbrahim Məmmədov

ABŞ-da koronavirusdan ölənlərin sayı 5,3 mini keçib

İbrahim Məmmədov: SMS-lər üçün operatorlara ödənilməsi nəzərdə tutulan vəsait dövlət hesabına ödəniləcək

Azərbaycanda xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Qərar qəbul olunub

Ülvi Mehdiyev: Vətəndaşlar SMS sisteminə aidiyyəti olmayan məzmunda informasiyalar verməkdən qəti surətdə çəkinsinlər

İtaliyada təqribən 14 min insan COVID-19 diaqnozu ilə həyatını itirib

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatıb

Azərbaycanın Rusiyadakı səfirliyi koronavirusla mübarizəyə ianə etdi

Tədris mərkəzindən oğurluq edən şəxs tutulub

Operativ Qərargahın növbəti iclası keçirilib

Hacıqabulda avtomobildən pul və qızıl qolbaq oğurlayan şəxs saxlanılıb

Məleykə Əsədova: Özünüzü və xalqımızı qorumaq üçün bu günlərdə evdə qalın - VİDEO

Küçəyə bu nömrəyə SMS yazıb çıxacaqsız

Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - Qərar qəbul edilib

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

Beynəlxalq Muğam Mərkəzi yeni onlayn layihələrə start verir

İran parlamentinin sәdri koronavirusa yoluxub

Tramp koronavirusa görə 1 milyard dollar itirib

Pandemiya dövründə qan donoru olmaq üçün tələblər açıqlanıb

Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub

Qusar polisi tərəfindən profilaktik tədbirlər davam etdirilir - FOTO

Bolqarıstan KİV-ləri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barəsində yazdı - FOTO

Gəncədə yeniyetmə ürəyindən bıçaqlandı

Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət etdi

Cinayətdə şübhəli bilinən 20 nəfər saxlanılıb

XİN səhiyyə işçiləri ilə bağlı VİDEOçarx hazırlayıb

Xanım UFC döyüşçüsü əri ilə çılpaq məşq etdi, FOTOsunu paylaşdı

104 yaşlı kişi koronavirusdan sağaldı

Belçikada koronavirusdan ölənlərin sayı min nəfəri ötdü

90-ların pop ulduzu koronavirusa yoluxdu - FOTO

Karantin günlərində kommunal idarələr necə işləyir? - VİDEO

Bakıda kişi qonşusunu bıçaqladı

Rusiyalı politoloq: "Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır"

Hüseyin Altınalan: "Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı"

Birinci vitse-prezident Mehriban Əliyeva: "Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" - FOTO

"Sağlamlığımız naminə bunu etməliyik" - Nadir Qafarzadə

"İnsanlar işindən, dolanışığından qalıb" - Nadir Qafarzadə

Klopp Almaniya milisinə gedir? - "Liverpul" narahatdır

Tacikistanda koronovirus niyə yoxdur- karantindəkilər evə gedib - gəlirlər!

Putin neft qiymətindən danışdı: "Biz ikiqat zərbə almışıq"

Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 12 minə çatıb - FOTO

Fransanın ən iri bazarı meyitxanaya çevriləcək

"Niyə hazırda pul önəmli, insanların sağlamlığı önəmsizdir?"

Bakı marketlərində un məmulatları “karantində” - FOTO

Məcburi köçkünlər üçün inşa ediləcək mənzillərin sayı açıqlandı

Xruşovun Amerikada qazlı su aparatı məcarəası - SSRİ rəhbərinin səfəri ölkədə yeniliyə səbəb olub - FOTO

Quldurluq yolu ilə avtomobili ələ keçirən Abşeron sakini saxlanıldı

90 yaşında virusdan dünyasını dəyişdi - Etdiyi fədakarlıq ÜRƏK DAĞLADI

UEFA pley-off matçlarının vaxtını dəyişdi

İtaliyada 10 mindən çox həkim koronavirusa yoluxub

Müdafiə Nazirliyindən 100 min cəsəd torbası istədilər - Trampın dediyi gerçəkləşir

Milli Məclis Aparatında və İşlər İdarəsində struktur islahatları aparılır

"Sabah"ın xorvatiyalı baş məşqçisi: "Futbolçuların hamısını nəzarətdə saxlamaq asan deyil"

“Yuventus” koronavirusa yoluxan futbolçu ilə müqaviləni uzatdı

Dünyada 200 mindən çox insan koronavirusdan sağalıb

"Valensiya" koronavirusdan qurtuldu

Azərbaycanda yeni tələbə yataqxanası istifadəyə veriləcək

"Argentinada Ronalduya nifrət edirlər"

“British Airways” əməkdaşlarının 80 faizini ixtisar edəcək

Falkao “Qalatasaray”dan gedir

Uhan sakini şəhərdəki vəziyyətdən danışdı

Azərbaycanın bu bölgəsində ictimai nəqliyyatdan istifadə azalıb - DANX

“NASA” Yer planetinə yaxınlaşan asteroidi məhv edəcək

Çexiya işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır

İki dəfə xərçəng xəstəliyinə qalib gələn şəxs koronavirusdan öldü

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 15 nəfər müəyyən edilib

Yerevanda 5 həbsxana mühafizəçisi koronavirusa yoluxub

Ötən il 599 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Korona səbəbiylə ilk cinayət - Həkimi boğaraq öldürdü - FOTO

Azərbaycanda qanunsuz dini təbliğat aparan 12 nəfər həbs edildi

Bakı küçələri karantin rejimində - FOTO

Aprelin 1-dən vahid bəyannamənin təqdim edilməsinə başlanılıb

"Barselona" Umtitinin qiymətini açıqladı

Kanada işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i tanımır

Səfir: "Azərbaycan ən çətin dövrdə Çinə müxtəlif yollarla güclü dəstək verdi"

"Onu gördükcə insanı dəhşət bürüyür" - Xatirə

Koronavirus təhlükəsinə görə Həcc ziyarəti təxirə salınıb - RƏSMİ AÇIQLAMA

Şirvanşahlar sarayında ilk dəfə online tamaşa nümayiş olunacaq

Tiryək satarkən tutuldu

XİN: Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqəti xarakter daşıyır

Bakı Ali Neft Məktəbinin tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

Çin Azərbaycana 5 min koronavirus test dəsti verib - FOTO

"Həbib məndən qorxur və qaçır" - Ferqyusondan Nurməhəmmədovun ünvanına ağır sözlər

Rusiyada bir gündə daha 771 nəfər koronavirusa yoluxdu

Azərbaycanlı müğənni izləyicilərini hiddətləndirdi - "Koronavirus vaxtı bu nə hərəkətdir?" - FOTO

Gürcüstanda koronavirusa yoluxanların sayı

Putin özünü koronavirusdan qorumağa çalışır

"İqtisadiyyata dəyən zərərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır"

Onlayn müsabiqəyə start verilib

DANX: Hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik

Azərbaycanın qeyri-neft sektoruna aid mal ixrac etdiyi əsas ölkələr açıqlanıb

Dağlıq Qarabağın azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb

İranda koronavirusa yoluxanların sayı 50 mini keçdi

Üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəldi - FOTO

Tokioda məktəblər mayadək bağlı qalacaq

"Real" Xames Rodriqeslə bağlı qərarını verdi

"Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi"

"Azərbaycanda qaldığım üçün şadam" - "Səbail"in legioneri

Kontakt Home-dan unikal xidmət - AZƏRBAYCANDA İLK DƏFƏ

Kıvanç Tatlıtuğun test nəticəsi açıqlandı

Koronavirusa yoluxan məşhur futbolçu: “Nəfəs ala bilmirdim”

ABŞ-da 6 həftəlik körpə koronavirusun ən gənc qurbanı oldu

Prezident İlham Əliyev: "Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi"

"Bacımı heç vaxt efirə çıxarmayacağam" - Zaur

Qubada 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

Azərbaycan XİN-dən Qarabağdakı qondarma “seçkilər”lə bağlı açıqlama

Qonşu dövlətdə koronavirusun bitmə tarixi açıqlandı

Daha bir epidemiya yayılır: ölənlər var - ÜST AÇIQLADI

Koronavirusa görə karyerasını daha 2 il uzatdı

Azərbaycanlı aparıcı tanınmaz dərəcədə dəyişib - Özünə bənzəmir - FOTO

Estoniyada koronavirusa yoluxanların sayı 779 nəfərə çatıb

"Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq" - Zülfiyyə Xanbabayeva

Hüquqi şəxsin ləğvi qaydası dəyişir

Bu ölkədə aprelin 5-də yeni mövsümə start veriləcək

ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib

Oğlunu karantin zamanı evdə saxlamaq istəyən ata qeyri-adi üsula əl atdı – FOTO

İqtisadiyyat nazirinə yeni müavin təyin edildi

Koronovirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələr

Türkiyə koronavirusun daha bir müalicə üsulunu tapdı: 15 dəqiqə ərzində...

Koronavirus yalanları yayanlarla nə edək?

Fitosanitar nəzarəti xidmətlərinin özəlləşdirilməsinə icazə verilir

Əliqismət Lalayev: "Koronavirusa qarşı mübarizədə hər bir vətəndaş səfərbər olmalıdır" - VİDEO

Neft bahalaşıb

İcarə və istifadə hüququ ilə avtomobilə malik olanlar daşıyıcı ola biləcəklər

“Yuventus”da yeni müqavilə

İsrailin Səhiyyə naziri koronavirusa yoluxub

Xarici ölkələrdə Dövlət Himninin ifa edilməsi qaydası təsdiqləndi

Yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq

ABŞ-da fizika üzrə Nobel laureatı vəfat edib

ABŞ-da koronavirusa yoluxanların sayı 200 min nəfəri keçib

İnyestanın komanda yoldaşı koronavirusa yoluxdu

Toronto əhalisi üç ay təcrid rejimində qala bilər

UEFA Avropa çempionatlarını bir il sonraya keçirib

Misirdə koronavirusa yoluxanların sayı çoxalıb

Koronavirus pandemiyası səbəbindən 80-dən çox ölkə BVF-dan kömək istədi

"Bavariya" anlaşdı - müqaviləsi yenilənir

Körfəz ölkələrində koronavirusa yoluxanların və ölənlərin sayında artım var

Rusiyada koronaviruslu körpə doğuldu

Fransada koronavirus pandemiyasından ölənlərin sayı daha da artıb

Evə basqın edən polis mənzərəni görəndə şoka düşdü – FOTO

İtaliyada koronavirus qurbanlarının ümumi sayı 13 mini ötüb

“Türk Hava Yolları” beynəlxalq uçuşları mayın 1-dək dayandırıb

Rusiyada koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistemin hazırlandığı bildirilir

ABŞ-da 1243 nəfər COVID-19-dan vəfat edib

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 4 il ötür

Fransa karantindən çıxmaqla bağlı müzakirələr aparacaq

Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb - FOTO

Ərdoğan və Zelenski koronavirusla mübarizəni müzakirə ediblər

Facebook, İnstagram və WhatsApp-ın işində problemlər yaranıb

ÜST dünyada koronavirusdan yoluxan və ölənlərin ümumi sayını açıqladı

Kəlbəcərin işğalından 27 il ötür