AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Pompeonun postsovet turnesi: qlobal və regional geosiyasi trendlərin kəsişməsində (II yazı)

  15

Demokratikmusavat.com newtimes.az-ın yazısını təqdim edir:

ABŞ dövlət katibinin dörd postsovet ölkəsinə səfərinin təhlilini davam etdiririk. İndi konkret olaraq onun Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistanla bağlı ifadə etdiyi fikirlərin məzmunu üzərində dayanmağa çalışacağıq. Onların müqayisəsi göstərir ki, Amerika doğrudan da yeni geosiyasi xəttə hazırlaşır və burada postsovet məkanı xüsusi yer tutur. Məsələyə Yaxın Şərqdə müşahidə edilən proseslər fonunda baxsaq, görərik ki, burada da risk və qeyri-müəyyənlik ehtimalı artır. Xüsusilə Çinə daha yaxın olan Mərkəzi Asiyada proseslər daha kəskin xarakter ala bilər.

İkinci nəfəs: Vaşinqtonun növbəti gedişi

Birinci yazıda Mayk Pompeonun səfər etdiyi dörd postsovet məkanı ölkəsinin Rusiya və Çinlə münasibətlərində fərqli məqamlar olduğu vurğulanmışdı. Konkret olaraq Ukrayna Rusiya ilə birbaşa və açıq münaqişədədirsə, Belarus və Qazaxıstan Rusiyanın KTMT və Aİİ-də müttəfiqidir. Bundan başqa, Qazaxıstanla bərabər Özbəkistan da Şanxay Əməkdaşlıq Təşkilatında Çin və Rusiya ilə tərəfdaşdır. Hər iki ölkə "Yeni İpək Yolu" layihəsinin iştirakçısıdır. İndi M.Pompeonun səfəri kontekstində bu cür fərqli və oxşar cəhətlərə malik mürəkkəb münasibətlər sistemində Amerikanın həmin ölkələrlə münasibətləri necə sinxronlaşdıra biləcəyi üzərində dayanaq.

Ukraynada dövlət katibinin əvvəlcədən müəyyən edilmiş mövzuları müzakirə edəcəyi məlum idi. Vaşinqton Ukrayna-Rusiya münasibətləri ilə yanaşı, məlum impiçment olayında rəsmi Kiyevin iştirakı üzərində də dayanmalı idi. Bu proqnoz özünü doğrultdu. Ekspertlərə görə, M.Pompeo Ukraynaya yardımları davam etdirəcəklərini ifadə edib. Bu zaman konkret rəqəmlərdən də bəhs edilib. Bununla Donald Trampın Ukraynaya yardımın kəsilməsi ilə bağlı məlum telefon danışığının acısını unutdurmağa çalışdıqları duyuldu. Bəs bunun səbəbi nə ola bilərdi?

Ekspertlər hesab edirlər ki, Vaşinqton təşəbbüsü Rusiya və Avropa İttifaqına buraxmaq fikrində deyil. Əsas hədəf Çin olsa da, Ukrayna problemində Rusiyanın başını qatmaq olar. Bunun üçün Kiyevə dəstəyi artırmaq gərəkdir. Ukraynanın ayaqda qalması üçün kənardan yardım mütləq lazımdır. Belarus faktoru baxımından da Vaşinqton üçün bunun əhəmiyyəti çoxdur. Çünki ekspertlər onu da açıq ifadə edirlər ki, Vaşinqton Belarusun Rusiya ilə əlaqələrini zəiflətməyə cəhd göstərir. Bunun üçün Amerika Minskə hətta qazla təminata da söz verib.

Bu gedişatın fonunda Ukraynanın tək buraxılması nə demək olardı? Əlbəttə, kimsə ABŞ-ın səmimiyyətinə inanmazdı. Deməli, bütün hallarda Vaşinqtonun Kiyevə dəstəyi artırması təəssüratı yaranmalı idi. Hətta Amerikanın Mərkəzi Asiya üçün yeni strategiya hazırlamasını da bu faktorla əlaqələndirmək mümkündür.

Belə çıxır ki, ABŞ-ın dövlət katibi Ukrayna və Belarus səfərlərini uyğunlaşdırmağa çalışıb. Baxmayaraq ki, həmin ölkələrin Rusiya ilə münasibətləri kəskin fərqlənir. Obrazlı desək, onlardan biri (Ukrayna) Rusiyadan uzaqlaşır, digəri isə (Belarus) daha da yaxınlaşır. Bir-birinə əks olan bu geosiyasi istiqamət üçün Amerika "kəsişmə sahəsi" təklif edib. O isə hər iki dövlətin Vaşinqtonun maraqlarına üstünlük verməsi şərti ilə bağlıdır.

M.Pompeonun bir tərəfdən Minskə enerji məsələsində, diplomatik münasibətlərin qurtulmasında yardım edəcəyini vəd etməsi ilə yanaşı, Belarusa qarşı sanksiyaların qalacağını da vurğulamasının arxasında məhz həmin geosiyasi məqsəd dayanır. Bununla Amerika deyir ki, başlıca şərt geosiyasi istiqaməti bütövlükdə Qərbə tərəf gətirməkdən ibarətdir. Belarus bunu etməyincə, onunla münasibətlərin tam normallaşması mümkün deyildir. Hərçənd, məhz Amerika ilk olaraq qarşı tərəfə doğru addım atıb.

Belə çıxır ki, ABŞ faktiki olaraq Aİ-nin Ukrayna və Belarusa yanaşması formuluna oxşar üsul seçib. Brüssel də Belarusla Ukraynaya "yeni müstəqil Şərqi Avropa dövlətləri" statusunda yanaşır. Ancaq bu dəfə Vaşinqtonun işi çox ağırdır. Çünki Rusiya çox güclənib və istər Belarusla yaxınlaşmada, istərsə də Ukrayna ilə ixtilafda Qərbdən daha çox potensiala malikdir. Həmin səbəbdəndir ki, hələlik həmin ölkələrlə münasibətlərdə Moskva "birinci skripka" rolunu oynaya bilir. Ekspertlər bu kimi faktorları nəzərə alaraq vurğulayırlar ki, M.Pompeo Kiyev və Minskdə daha çox "söz verən tərəfdaş" statusunda göründü. Yəni onun dediklərinin real məzmunu haqqında indi bir söz demək çətindir.

"5+1"dən sonra: yeni formulun arxa məqamları

Mərkəzi Asiya da Amerika üçün sadə region deyil. Burada beş il əvvəl Vaşinqton "5+1" formulu üzrə əməkdaşlıq etməyə çalışmışdı. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan xarici işlər nazirləri səviyyəsində bu formatda bir neçə dəfə ABŞ dövlət katibləri ilə görüş də keçiriblər. Lakin aydın oldu ki, Rusiya və Çinin atdığı addımlar fonunda "Mərkəzi Asiya-ABŞ" ("C5+1") formatı daha çox kağız üzərində mövcuddur. Qərbin bu istiqamətdə uğurları olmadı.

M.Pompeo son səfərində həmin formatı yeni strategiya ilə canlandırmaq niyyətlərini ifadə edib. Bunun üçün region dövlətlərinə yeni iqtisadi-maliyyə yardımları təklif edilib. Əlavə olaraq təhlükəsizliklə bağlı bir sıra məsələlərə diqqət çəkilib. Ancaq hər iki aspektin arxasında bir məqam dayanıb: region dövlətləri Rusiya və Çinlə əlaqələri arxa plana atmalıdırlar. Vaşinqton hesab edir ki, Moskva və Pekin Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə təhdidlər yaradır. Məsələn, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Çinin etnik təzyiqinə məruz qala bilərlər. Çində yaşayan türk xalqlarına qarşı Pekin radikal addımlar atır. Ancaq Mərkəzi Asiya ölkələrinin rəhbərləri, deyəsən, bu iddianı qəbul etmirlər. Onlar Çinlə ziddiyyətə getməyəcəkləri ilə bağlı fikirlər ifadə ediblər. Lakin ekspertlər hesab edirlər ki, M.Pompeonun bu barədə danışması müsbət cavab almaq üçün olmaya bilər. Yəni bu bir xəbərdarlıqdır ki, "əgər Amerikanın dediyini eşitməsəniz, etnik zəmində münaqişələrlə qarşılaşa bilərsiniz".

Bu isə faktiki olaraq daha təhlükəli bir yanaşmadır. Hər şeydən öncə o deməkdir ki, Mərkəzi Asiya region kimi süni yaradılmış münaqişələr məkanına çevrilə bilər. Bu, sırf həmin regionda yerləşən dövlətləri cəzalandırmaq üçün deyil, sonrakı mərhələdə Çində aranı qarışdırmaq üçün ola bilər. Mərkəzi Asiyada ixtilafların yaradılması bəri başdan Çinin iqtisadi, maliyyə və enerji-tranzit fəaliyyətini məhdudlaşdırmaq deməkdir. O, reallıqda Sakit okean istiqamətindən başlayan "mühasirə qövsü"nü tamamlayan xətt olur.

Digər tərəfdən, Mərkəzi Asiya "Bir kəmər, bir yol" layihəsində mühüm məntəqədir. Həmin region Cənub-Qərbi Asiyaya, Xəzər hövzəsinə, Qafqaza, Qara dənizə, Türkiyəyə və nəhayət, Avropaya gedən yolun başlanğıcıdır. Rusiya baxımından da həmin region strateji rol oynayır. Ayrıca, Xəzər hövzəsinin enerji resursları ciddi geosiyasi faktor olaraq nəzərə alınmalıdır.

Bütün bunlar M.Pompeonun postsovet məkanı ölkələrinə səfərinin nəticələrini ümumiləşdirməyə imkan verir. Öncə, aydın olur ki, Vaşinqton postsovet məkanına əsas olaraq Rusiya və Çinlə mübarizəsi kontekstində yanaşır. Yəni həmin region Amerika üçün Moskva və Pekinlə geosiyasi rəqabətdə qalib gəlmək üçün lazımdır. Bu məqsədə çatmaq üçün isə Vaşinqton müxtəlif üsullardan istifadədən çəkinir. Həmin prizmadan baxdıqda, M.Pompeonun dörd ölkəyə səfərinin növbəti addım üçün baza yaratmaq məqsədi daşıdığı nəticəsini çıxarmaq olar.

Bu məqam bir tərəfdən narahatlıq yardır, digər tərəfdən isə, ümumiyyətlə, postsovet məkanında yerləşən dövlətlərin ehtiyatlı olması zərurətini ortaya çıxarır. Çünki bu dalğa daha geniş məkanı əhatə edə bilər. Avrasiya geosiyasi məkanında XX əsrin 90-cı illərindən bu yana cərəyan edən proseslərə səthi də olsa, nəzər saldıqda, görürük ki, getdikcə daha geniş məkanı əhatə edən münaqişələrin sayı durmadan artmaqdadır.

Bu zaman münaqişələrin məzmunu və məqsədi böyük dövlətlərin maraqlarına uyğun dəyişir. Yəni proses reallığa deyil, kənardan qurulan oyuna görə müəyyən edilir. Bu isə çox təhlükəlidir. İstisna deyil ki, müəyyən həddən sonra həmin ziddiyyət qlobal miqyasda partlayışla həll edilsin.

Daha konkret desək, M.Pompeo Cənubi Qafqaz ölkələrinə bu dəfə baş çəkməsə də, onun gətirdiyi "geosiyasi külək" burada da müəyyən dəyişikliklərə səbəb ola bilər.

Demokratikmusavat.com

Xəbər Lenti

Koronavirusa qalib gələn İLK ÖLKƏ - Səhiyyə naziri necə bacardıqlarını açıqladı

İtaliyaya yeni həkimlər gəlib

3 yaşlı uşaqda koronavirus aşkarlandı

"Brent" markalı neftin qiyməti 33,84 dollara yüksəlib

Avropada yeni böhran: Dərman çatışmır

Türkiyədə koronavirusdan ölənlərin sayı 812-ə çatıb

Koronavirusun ortaya çıxdığı Uhan şəhəri qapılarını açdı: İLK GÖRÜNTÜLƏR

Evdən oğurluq edən qadın saxlanılıb

Yeni epidemiya yayılır - 254 nəfər öldü

Fransa: COVID-19 virusu içməli su vasitəsilə yayıla bilərmi?

Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir

İtaliyada koronavirusa qarşı immun testi hazırlanıb

Həbs yerlərində ödənişsiz psixoloji yardım təşkil ediləcək

Türkiyədə COVID-19 xəstələrinin müalicəsində "immun plazma" üsulunun tətbiqinə başlanılıb

Küçələrdən 500 cəsəd yığdılar - Koronavirus DƏHŞƏTİ

Bu ölkədə gündə 3 min insan koronadan öləcək - Şok iddia

Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi - VİDEO

Maldinidən sevindirici xəbər

"Barselona" Ter Ştegenə əvəzləyici tapdı

İtaliyada üzərində yük maşını olan körpü uçub - FOTO

Türkiyəli generalın xanımı da koronavirusdan öldü

Aprelin 9-dan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur

Kontakt Home qiymətləri 60%-dək endirdi - ALMAQ ÜÇÜN ƏN SƏRFƏLİ VAXT

Aybəniz Haşımova: Sağlamlığımızı qorumaq, rahatlığımıza qovuşmaq üçün məsuliyyətli və səbrli olmalıyıq

PSJ-nin müdafiəçisi "Barselona"da

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanıldı

Klopp Mane ilə ilk tanışlığından danışdı - “Reperə oxşayırdı”

Əməkdar artist evdar kişilərə ŞEİR DEDİ - Yaşmaqlı kişilər, nətərsiniz? - VİDEO

Türk professordan sensasiyalı iddia: Virusun mənbəyi bu heyvandır, qidalarda da...

Koronavirus GPS peykinin buraxılışını təxirə saldı

Elxan Ələsgərov: Azərbaycan işğal olunmuş Dağlıq Qarabağda karantin rejimi elan edə bilər

Fransa hökuməti insanları bu yolla izləyəcək - Kim koronavirusa yoluxsa...

Xalq artisti başına örpək atıb, iranlılar üçün oxudu

Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu

Yaponiyada 40-dan çox şirkət müflis olub

"Roma" Cengiz Ünderi göndərir

Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

"Real" Ronaldunu qaytarmaq istəmir

Azərbaycan martda gündəlik 763,9 min barel neft hasil edib

Qadağaları yumşaltmağın vaxtı deyil - ÜST

Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib

"Liverpul"un sabiq futbolçusu qızı ilə birlikdə qəzaya düşüb

Bütün oyunlar Romada keçirilə bilər - 45 günə 124 matç

“Kaş ki, xoşbəxt olardın, bədbəxtsən” - Röyadan Natavana cavab - VİDEO

Hikmət Hacıyev: Bütün dünya koronavirusdan əziyyət çəkdiyi halda Ermənistan öz çirkin siyasi oyunlarına davam edir

Hələ ki fövqəladə vəziyyətə əsas yoxdur - Operativ Qərargah

İbrahim Məmmədov: Vətəndaşlara saxta vəsiqə satan və icazə alan şəxslər cəzalandırılacaq

Azərbaycanda maskaların qiyməti artmayacaq - İbrahim Məmmədov

"Sevilya" maaşları azaltdı

İranda koronavirusdan ölənlərin sayı 4 mini keçdi

"Pərvizin birinci olmağı ədalətsizlik olardı" - Acun Ilıcalıdan GÖZLƏNİLMƏZ AÇIQLAMA - VİDEO

Türkiyəli aktyor öldü

Barışdıqlarını bu görüntülərlə sübut etdilər - VİDEO

Hikmət Hacıyev: ÜST koronavirusla bağlı Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir

Harvard professoru koronavirusu hazırlayıb, Çinə satıb? - Reutersdən açıqlama

İranda spirtli içkilərdən ölənlərin sayı 700-ü keçib

ABŞ-da 50 il evli olmuş cütlük eyni gündə koronavirusdan vəfat etdi

Çempionlar Liqasının davam etdirilməsi üçün 2 plan təklif edildi

“Kobra” Pərviz “Survivor”u tərk etsə də, koronavirusa görə Bakıya gəlməyəcək

“Ölənlərin hamısı kişi xəstələridir” - Spirtlə dezinfeksiya edənlər - VİDEO - FOTO

UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqladı

Koronavirusun yayıldığı şəhərdə həyat normala döndü - KARANTİN LƏĞV EDİLDİ

Futbolda yeni qaydalar qəbul olunub

Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırıldı - FƏRMAN

ÜST koronavirusla mübarizədə Azərbaycana fəal dəstək göstərir

Koronavirusun əsas simptomu qızdırma deyil, budur... - Mütəxəssislər AÇIQLADILAR

Baş Nazir Əli Əsədovun Milli Məclisdə videohesabatı dinləniləcək

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

Koronavirusun şokedici dəlili kimi paylaşılan fotoların saxta olduğu üzə çıxdı

"Xanıma deyirəm ki, gəl "hindiyski" görüşək" - Rasim Balayev

Qarabasma görən kişi üç dostunu qətlə yetirdi

İlham Məmmədov: "Yeni xəstəxanalar koronavirusun yayıldığı bir vaxtda əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına şərait yaradacaq"

Mourinyo parkda məşq keçdi - FOTO

İran Heydər Əliyev Mərkəzinin koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirib

"Evdən işləyin" - Koronavirus porno sahəsini də "vurdu"

Samuxda 15 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

Rusiyada koronavirusdan daha 5 nəfər ölüb

""Qızıl top" yalnız Messiyə verilməlidi"

Rusiya Serj Sarqsyanın qardaşını ekstradisiya edir

Avstraliya kruiz gəmilərini ərazi sularından çıxarır

Saxta icazə arayışı satan şəxslər iş başında saxlanıldılar - FOTO- VİDEO

"Barselona" Koutinyoya 90 milyon qiymət qoydu

Bank Respublika həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verdi

Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır

Türkiyədə odun yığmağa gedənlər minaya düşdülər: ölənlər var

Ermənistanda koronavirusa yoluxanların sayı artıb, 9 nəfər ölüb

Teymur Rəcəbov İddiaçılar Turnirinin hazırlığına 100 min dollardan çox xərcləyib

"Ərə gedəndə sənətimin zirvəsində idim"

Karantində depressiyaya düşən yeniyetmə özünü öldürdü - FOTO

Əksəriyyət səhv bilir: 96 faizlik spirt virusu öldürmür - Bəs nə etməli? - VİDEO

Azərbaycanlı vəkil koronavirusu məhv edən elektron maska hazırladığını iddia edir - VİDEO

OPEC+ ölkələrinin görüşü ərəfəsində neft bahalaşır

İngiltərə kubu futbolçularını maaşsız tətilə göndərdi

Xatundan QALMAQALLI SÖZLƏR: Axırda ... tapacaqsınız, sevib-sevilməyə qadağa yoxdu - VİDEO

Xatundan QALMAQALLI SÖZLƏR: Axırda p...x tapacaqsınız, sevib-sevilməyə qadağa yoxdu - VİDEO

“PKK-da 38 nəfər koronavirusa yoluxub”

Bura ön cəbhədir - Koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanadan VİDEO

Koronavirusun əlamətlərini daşımayan xəstələri belə TAPIRLAR

PSJ İkardi ilə bağlı qərarını verdi

Evdə sağlamlıq üçün bunları etmək vacibdir! - 5 TÖVSİYƏ

Lalə 40 günlük övladının üzünü göstərdi - FOTO

“Barselona” “Real”ın sabiq futbolçusuna “elçi düşdü”

54 yaşlı Romarionun 23 yaşlı sevgilisi - FOTO

Bəzi ölkələrdə koronavirusa görə ölənlərin sayının çox, bəzilərində isə az olmasının səbəbi

Sahil Kərimli: "Koronavirusla effektli mübarizə Azərbaycan dövlətinin qüdrətini göstərir"

"Koronavirus gənclərin də ölümünə səbəb olub" - Nazir

"Koronavirus gənclərin də ölümünə səbəb olur" - Nazir

Təranə və Musa dəbdəbəli evini nümayiş etdirdi - VİDEO

"Xüsusi karantin rejiminə əməl olunmasa, çətin günlərimizin ömrünü uzadacağıq"

Aygün Kazımova karantin günlərini belə keçirir - VİDEO

“Messi La Liqadan getsə, dünyanın sonu olmayacaq”

FIFA-dan tarixi qərarlar - transfer pəncərəsinin vaxtı dəyişildi

Amerikalı müğənni koronavirusdan vəfat etdi

Ermənilər atəşkəs rejimini 24 dəfə pozub

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - VİDEO - FOTO

"Kiməsə virus yoluxdurmamışam"

Qazaxıstanda koronavirusa yoluxanların sayı 704 nəfərə çatıb

Tramp neftin qiymətini bilməyən jurnalistin sualını cavablandırmayıb

Çin Kubaya koronavirusla mübarizə üçün 200 min dollar ayırıb

Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alınıb

Tramp növbəti həftənin ABŞ üçün ağır olacağını bildirib

ABŞ-da sutka ərzində 1,7 min nəfər koronavirusdan ölüb

Çində koronavirusa yoluxanların 95 faizə qədəri sağalıb

ABŞ-ın müdafiə naziri HDQ-yə yeni rəhbər təyin edib

ABŞ ÜST-ün büdcəsinə ödənişləri dayandıra bilər

Özbəkistanda koronavirusa yoluxanların sayı 520 nəfərə çatıb

Netanyahu bir daha koronavirus testindən keçib

"Mançester Yunayted" 16 yaşlı qapıçı ilə müqavilə imzalayıb

Aşıq Əhliman Rəhimov: Həyat yarıda qırılmasın deyə...

Psixoloq: Belə mübarizədə həmişə insan qalib gəlir

Koroğlu, Cavanşir və Şah İsmayıl Xətainin şərəfinə Xaçmazda ucaldılan heykəllər - FOTOLENT

Pentaqon koronavirusa qarşı vaksinin sınağına başladı

Karantin müddətində smart-kart tipli sayğaclarda problem olarsa... - AÇIQLAMA

Koronavirusdan ölənlərin cəsədlərini küçəyə atırlar və gözləyirlər ki... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Hindistanda qatar vaqonları xəstəxanaya ÇEVRİLDİ - FOTO

Günün qoroskopu: bu gün yalançı ümidlər, yersiz gözləntilər gətirəcək

Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb

ABŞ-da koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib

Musa Quliyev: Ölkəmizdə koronavirus müayinəsi aparmaq üçün geniş imkanlara malik laboratoriyalar var

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Çox narahat idim, çünki 8 il yaşayacağıma ümidim yox idi - Əfv edilən məhkum