AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Keçmişdən gələcəyə nə daşıyırıq? - ALTINCI YAZI - YUNUS OĞUZ YAZIR

  15

Fəlsəfi-tarixi-publisist düşüncələrim

Yunus Oğuz

Epiqraf

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

Yunus Oğuz

Altıncı yazı

Birinci yazını buradan oxuya bilərsiniz  https://olaylar.az/news/siyaset/365495
İkinci yazını buradan oxuya bilərsiniz  https://olaylar.az/news/sosial/366212
Üçüncü yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/sosial/367202
Dördüncü yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/368146
Altıncı yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/369204

Niyə? Cavabı məlum idi: Növbəti ərazi boşaldılması Qarabağda olacaq. Bu hamıya gün kimi aydın olsa da A. Mütəllibova aydın deyildi. Adam bir dəfə televizorda çıxıb bəyan etmədi ki, mən Moskvaya etiraz edirəm. Əvəzində guya rus ordusunun köməyilə  ermənilərlə mübarizə aparacaqdı. Maraqlı vəziyyət yaranmışdı. İmperiya dərin iqtisadi və siyasi böhran içində idi. Ən adi tələb olunan malları tapmaq belə mümkün deyildi. Ət, yağ və digər ərzaqlar talonla verilirdi. Zavod, fabrik işçiləri maaş ala bilmirdilər, çünki iqtisadi sistem pozulmuşdu. Bu sistem belə idi ki,  əgər bir zavodda iş dayanırsa, ölkənin o biri başında, məsələn Kamçatkada da iş dayanacaq, çünki hazır malın bir hissəsini burada hazırlayırdılarsa, digər hissəsini SSRİ-nin başqa bir şəhərində istehsal edirdilər. Hələ mən demirəm ki, rubl çox sürətlə ucuzlaşır, devolvasiya olurdu. İmperiyada işbazlar, yaxud iş adamları ya bir ayın içində çox varlı olurdular, ya da müflisləşirdilər. Kimin adamı vardı, bir günün içində bir neçə milyon subsidiya götürürdü. Əgər bu pul əmtəəyə qoyulurdusa, yaxud buna mal alınırdısa adam milyoner olurdu, çünki rubl çox tezliklə dəyərinə görə konfet kağızına bənzəyirdi. Belə dövrdə pul-əmtəə-pul deyil, əmtəə-pul-əmtəə prinsipi böyük rol oynayırdı.

Bax, belə şəraitdə Qarabağda və onun ətrafında yerləşən ordu hissələri məvacibsiz qalmışdılar və komandanlıq əsgərlərini yedirtməli, zabitlərin maaşlarını verməli idi.  Qarabağ və ətraf rayonlarda yaşayan azərbaycanlılardan  ov tüfənglərini yığışdırdıqları, yaxud müsadirə etdikləri halda, ordu ermənilərə silah və başqa hərbi ləvazimatlar satırdı. Yeri gəlmişkən, bir haşiyə də çıxım.  Silah alış-veriş məsələsinə, azərbaycanlıların başlarının altına balış qoyan birinci növbədə  1989-cu ilin yanvarında Moskva tərəfindən yaranmış Qarabağ üzrə "Xüsusi komitə" oldu.  Bu komitənin də başına ermənipərəst  Arkadi Volski təyin edildi. Moskva bu komitəni yaratmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin tabeçiliyini Bakının səlahiyyətindən çıxarıb birbaşa özünə tabe etdi.  Bu imperiya üçün non-sens idi və Azərbaycanın o zamankı rəhbərliyinin üzünə tüpürmək idi. Bu təhqir idi və bunu xalqının psixologiyasını zərrə qədər bilməyən və M. S. Qorbaçova sonsuz inanan Ə. Vəzirov heç nə olmayıbmış kimi qəbul etdi.

Qayıdaq pulsuz qalan ordu hissələrinə. Hərbi hissə komandiri pul qazanmaq üçün, təbiidir, Moskvanın razılığı ilə həm Azərbaycan, həm də Ermənistan rəhbərliyilə danışıqlar aparırdılar ki, bəs filan kəndi sizin üçün boşaldacağıq. Pulunu alıb kəndi boşaldırdı, guya hücum edib kəndi ermənilərdən alıblar. Sonra da erməni tərəfilə danışıqlar aparırdılar. Razılaşdıqdan sonra yenidən kəndi ermənilərə qaytarırdılar. Hər iki tərəfin rəhbəri də xalqın qarşısında çıxış edib deyirdilər ki, bəs imkan verin işimizi görək, artıq rus ordusu ilə hər şey danışılıb. Ancaq mahiyyət bəlli idi, bu ərazilərdə yaşayan bütün azərbaycanlılar ya qırılmalı, ya da əynində nə vardısa eləcə köçürülməlidirlər.

Biz isə hələlik könüllü batalyonlar yaratmaqla  məşğul idik. Zatən, yaranan bəzi batalyonlar kifayət qədər özlərini doğrulda bildilər. Şuşa, Laçın, Ağdam və başqa batalyonlar buna misal ola bilərlər. Ermənilərlə döyüş və qarşıdurma təkcə Qarabağda və onun ətrafında getmirdi. Bura Naxçıvanı, Qazaxı, Tovuzu, Gədəbəyi və başqa rayonları da aid etmək lazımdır. Bu bədnam qonşumuzla nə sərhəd sərhəd rayonlarımız vardı, hamısından həyəcanlı xəbərlər gəlirdi.

Digər tərəfdən də 1991-ci ilin 21 noyabrında siyasi elitamızın, vətənpərvər insanların, Qazaxıstan nümayəndəsinin və rus zabitinin oturduğu vertolyot Qarakənd üzərində vurulması və hamısının faciəli surətdə həlak olması Azərbaycan siyasi boşluğu daha da dərinləşirdi və bununla Ermənistanla Azərbaycan arasındakı böhran özünün növbəti mərhələsinə qədəm qoydu. Artıq boşluq vardı və Mütəllibov respublikanı idarə edə bilmirdi. Azərbaycan Xalq Cəbhəsi isə getdikcə güclənirdi. Bu ərəfədə də yaranmış bütün könüllü dəstələr demək olar ki, Xalq Cəbhəsinə tabe idilər. Xarizmatik liderin rəhbərlikdə olmaması, Moskvaya bağlılıq, son nəticədə 26 fevral 1992-ci il Xocalı qətliamına gətirib çıxartdı.

Əvvəlcə, artıq prezident adını daşıyan Mütəllibov rəsmi elan verdi ki, Xocalıda heç nə baş verməyib, yalnız bir-iki nəfər şəhəri müdafiə edən zaman həlak olub. Həqiqətdə isə Xankəndində (əvvəlki adı Stepanakert) yerləşən və heyətinin yarısı erməni əsgəri  və zabiti olan 316-cı  alay Xocalıda uşaq, qoca, qadın demədən, qarşılarına kim çıxıbsa qətlə yetirdi. Bunu yaxşı ki, o zaman ANS-in yaradıcısı olan, sonradan Milli Qəhrəman adına layiq görülən  Çingiz Mustafayevin yanındakı operator lentə aldı və bütün dünyaya göstərdi. Sən demə, 800-ə yaxın insan qətlə yetirilmiş, minlərlə əsir düşmüşdü. Bircə gündə xalqın qəzəbi və nifrəti görünməz həddə çatdı və bu çəkiliş Milli Məclisdə nümayiş olunduqdan sonra Ayaz Mütəllibovun istefası məsələsi gündəmə gəldi. Bu istefa məsələsi 6 mart  1992-ci ildə baş verdi.

Buna qədər isə 1991-ci ildə maraqlı hadisələr baş verdi.

Məhz bu ildə bütün imperiya qaynayırdı. Artıq Moskvada  oturanlar da başa düşürdülər ki, bu yenidənqurma və aşkarlıq dövləti qısa müddətdə bütün sahələrdə çökdürüb. Moskvada B.N.Yelsinlə M. S. Qorbaçovun amansız mübarizəsi  gedirdi və xalq, onun aparıcı hissəsi olan ziyalılar Yelsin tərəfində idi. Faktiki olaraq Yelsin özünü  Rusiyanın mütləq hakimi sayırdı və buna haqqı da çatırdı, çünki Moskvada ikihakimiyyətlilik yaranmışdı.

SSRİ parçalanmağa doğru gedirdi və  siyasi proseslər getdikcə dərinləşirdi. Görünən bu idi ki, 1991-ci ildə respublikalar Moskvanın tabeçiliyindən uzaqlaşırdılar. Bunun bariz nümunəsi kimi sosialist bayraqlardan imtina sürətlənirdi. Azərbaycanda ilk dəfə rəsmi olaraq  üçrəngli bayrağımız 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin rəhbərlik etdiyi Ali Sovetdə qəbul olundu. Bu bir növ Naxçıvanın müstəqillik uğrunda apardığı mübarizənin başlanğıcı idi. Ümumiyyətlə o zamanlar Naxçıvan azadlıq uğrunda mübarizədə poliqon hesab olunurdu. Bu yolda orada hansı addımlar atılırdısa, sonradan bunlar Bakıda tətbiq olunurdu.

Baxmayaraq ki, Bakıda H. Əliyev A. Mütəllibov və onun tərəfdarları tərəfindən təqib və təhdid  olunurdu, buna rəğmən Naxçıvanın addım səsləri Bakıda daha çox eşidilməyə  başlayırdı. Bununla yanaşı ermənilərin də Naxçıvana hücumları səngimirdi. Bir sözlə, bu "kiçik torpaq"da xalq həm müstəqilliyinə doğru addım atır, həm də torpaqlarını ermənilərdən qoruyurdu.

Bunun ardınca 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət bayrağı haqqında" qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.

Bəli, 1918-ci ildə noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli (göy, qırmızı, yaşıl rənglər bərabər ölçüdə) bayrağımız üstündə hilal (ay) və səkkiz guşəli ulduzla yenidən dövlət bayrağımız oldu. Buna qədər, yəni iyunun 26-dan noyabrın 9-na qədər bayrağımızın rəngi, üstündə ay və səkkiz güşəli ulduz olmaqla al qırmızı idi.

Hadisələr çox sürətlə gedirdi. Faktiki olaraq Bakıda ikihakimiyyətlik idi. Bir tərəfdən Moskvanın paytaxtda otuzdurduğu A. Mütəllibov (yeri gəlmişkən A. Mütəllibov özünü Qorbaçov kimi prezident təyin etdirmişdi), digər tərəfdə isə xalqdan güc alan Azərbaycan Xalq Cəbhəsi  və onun Tətil Komitəsi yaranmışdı. Xalq Cəbhəsi də içindən parçalanmaya meylli idi. Bir tərəf özünü demokrat, digər tərəfsə radikal millətçi adlanırdı. Əslində burada demokratiyaya yer olmamalı idi, çünki xalq Ermənistanın timsalında böyük güclərlə mübarizə aparırdı. Ölkədə müharibə gedirdi. Azərbaycan qaçqın və köçkünlər torpağına çevrilmişdi.  Özü də gələnlər təkcə Ermənistandan deyildi, həm də döyüşlər nəticəsində Qarabağın içindən gələnlər getdikcə çoxalırdı.

Tətil komitəsi istədiyi vaxt fabrik, zavodları və dəmir yollarını bağlayır, sadə camaatı mitinqlərə çağırırdı. 1991-ci il ən çox mitinqlər keçirilən il oldu. Bakıda ikihakimiyyətliliyə bir səbəb o idi ki, demokrat və kommunistlərdən  (hər tərəfdən 25 beş deputat olmaq şərti ilə) ibarət Ali Sovet tərəfindən Milli Şura yaradılmışdı və bu qurum öz səlahiyyətlərini 50 nəfərdən ibarət Milli Şuraya həvalə etmişdi.

İmperiyanın son nəriltisi gəlirdi. M. S. Qorbaçovun Forosda istirahətindən istifadə edərək bir qrup yüksək çinli insan 1991-ci ilin 19 avqustunda fövqəladə vəziyyətlə bağlı komitəsi yaratdı.  Xalq arasında bu komitəyə QKÇP (qosudarstvennıy komitet no çerezvıçoynomu polojeniyu) deyilirdi. Bu komitənin sədri Qorbaçovun müavini Gennadi Yanayev idi və imperiyanı idarə etmək  üçün bütün səlahiyyətlər bu komitəyə verildi. Yanayevdən əlavə bura DTK sədri V. Kryuçkov, daxili işlər naziri B. Puqo, baş nazir V. Pavlov, müdafiə naziri D. Yazov və başqaları daxil idi. Bunun ardınca SSRİ Ali Sovetinin sədri A. Lukyanov QKÇP-ni dəstəklədiyini bəyan etdi.

Qorbaçov Krımın Foros adlı rezidensiyada faktiki olaraq ev dustağına çevrilmişdi və bu dövlət çevrilişi idi. Komitə düşünürdü ki, 1964- cü ildə N. S. Xruşşovu necə devirmişdilərsə elə də olacaq.

Ardı var...

Demokratikmusavat.com

Xəbər Lenti

"Brent" markalı neftin qiyməti 33,84 dollara yüksəlib

Avropada yeni böhran: Dərman çatışmır

Türkiyədə koronavirusdan ölənlərin sayı 812-ə çatıb

Koronavirusun ortaya çıxdığı Uhan şəhəri qapılarını açdı: İLK GÖRÜNTÜLƏR

Evdən oğurluq edən qadın saxlanılıb

Yeni epidemiya yayılır - 254 nəfər öldü

Fransa: COVID-19 virusu içməli su vasitəsilə yayıla bilərmi?

Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir

İtaliyada koronavirusa qarşı immun testi hazırlanıb

Həbs yerlərində ödənişsiz psixoloji yardım təşkil ediləcək

Türkiyədə COVID-19 xəstələrinin müalicəsində "immun plazma" üsulunun tətbiqinə başlanılıb

Küçələrdən 500 cəsəd yığdılar - Koronavirus DƏHŞƏTİ

Bu ölkədə gündə 3 min insan koronadan öləcək - Şok iddia

Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi - VİDEO

Maldinidən sevindirici xəbər

"Barselona" Ter Ştegenə əvəzləyici tapdı

İtaliyada üzərində yük maşını olan körpü uçub - FOTO

Türkiyəli generalın xanımı da koronavirusdan öldü

Aprelin 9-dan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur

Kontakt Home qiymətləri 60%-dək endirdi - ALMAQ ÜÇÜN ƏN SƏRFƏLİ VAXT

Aybəniz Haşımova: Sağlamlığımızı qorumaq, rahatlığımıza qovuşmaq üçün məsuliyyətli və səbrli olmalıyıq

PSJ-nin müdafiəçisi "Barselona"da

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanıldı

Klopp Mane ilə ilk tanışlığından danışdı - “Reperə oxşayırdı”

Əməkdar artist evdar kişilərə ŞEİR DEDİ - Yaşmaqlı kişilər, nətərsiniz? - VİDEO

Türk professordan sensasiyalı iddia: Virusun mənbəyi bu heyvandır, qidalarda da...

Koronavirus GPS peykinin buraxılışını təxirə saldı

Elxan Ələsgərov: Azərbaycan işğal olunmuş Dağlıq Qarabağda karantin rejimi elan edə bilər

Fransa hökuməti insanları bu yolla izləyəcək - Kim koronavirusa yoluxsa...

Xalq artisti başına örpək atıb, iranlılar üçün oxudu

Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu

Yaponiyada 40-dan çox şirkət müflis olub

"Roma" Cengiz Ünderi göndərir

Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

"Real" Ronaldunu qaytarmaq istəmir

Azərbaycan martda gündəlik 763,9 min barel neft hasil edib

Qadağaları yumşaltmağın vaxtı deyil - ÜST

Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib

"Liverpul"un sabiq futbolçusu qızı ilə birlikdə qəzaya düşüb

Bütün oyunlar Romada keçirilə bilər - 45 günə 124 matç

“Kaş ki, xoşbəxt olardın, bədbəxtsən” - Röyadan Natavana cavab - VİDEO

Hikmət Hacıyev: Bütün dünya koronavirusdan əziyyət çəkdiyi halda Ermənistan öz çirkin siyasi oyunlarına davam edir

Hələ ki fövqəladə vəziyyətə əsas yoxdur - Operativ Qərargah

İbrahim Məmmədov: Vətəndaşlara saxta vəsiqə satan və icazə alan şəxslər cəzalandırılacaq

Azərbaycanda maskaların qiyməti artmayacaq - İbrahim Məmmədov

"Sevilya" maaşları azaltdı

İranda koronavirusdan ölənlərin sayı 4 mini keçdi

"Pərvizin birinci olmağı ədalətsizlik olardı" - Acun Ilıcalıdan GÖZLƏNİLMƏZ AÇIQLAMA - VİDEO

Türkiyəli aktyor öldü

Barışdıqlarını bu görüntülərlə sübut etdilər - VİDEO

Hikmət Hacıyev: ÜST koronavirusla bağlı Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir

Harvard professoru koronavirusu hazırlayıb, Çinə satıb? - Reutersdən açıqlama

İranda spirtli içkilərdən ölənlərin sayı 700-ü keçib

ABŞ-da 50 il evli olmuş cütlük eyni gündə koronavirusdan vəfat etdi

Çempionlar Liqasının davam etdirilməsi üçün 2 plan təklif edildi

“Kobra” Pərviz “Survivor”u tərk etsə də, koronavirusa görə Bakıya gəlməyəcək

“Ölənlərin hamısı kişi xəstələridir” - Spirtlə dezinfeksiya edənlər - VİDEO - FOTO

UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqladı

Koronavirusun yayıldığı şəhərdə həyat normala döndü - KARANTİN LƏĞV EDİLDİ

Futbolda yeni qaydalar qəbul olunub

Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırıldı - FƏRMAN

ÜST koronavirusla mübarizədə Azərbaycana fəal dəstək göstərir

Koronavirusun əsas simptomu qızdırma deyil, budur... - Mütəxəssislər AÇIQLADILAR

Baş Nazir Əli Əsədovun Milli Məclisdə videohesabatı dinləniləcək

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

Koronavirusun şokedici dəlili kimi paylaşılan fotoların saxta olduğu üzə çıxdı

"Xanıma deyirəm ki, gəl "hindiyski" görüşək" - Rasim Balayev

Qarabasma görən kişi üç dostunu qətlə yetirdi

İlham Məmmədov: "Yeni xəstəxanalar koronavirusun yayıldığı bir vaxtda əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına şərait yaradacaq"

Mourinyo parkda məşq keçdi - FOTO

İran Heydər Əliyev Mərkəzinin koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirib

"Evdən işləyin" - Koronavirus porno sahəsini də "vurdu"

Samuxda 15 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

Rusiyada koronavirusdan daha 5 nəfər ölüb

""Qızıl top" yalnız Messiyə verilməlidi"

Rusiya Serj Sarqsyanın qardaşını ekstradisiya edir

Avstraliya kruiz gəmilərini ərazi sularından çıxarır

Saxta icazə arayışı satan şəxslər iş başında saxlanıldılar - FOTO- VİDEO

"Barselona" Koutinyoya 90 milyon qiymət qoydu

Bank Respublika həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verdi

Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır

Türkiyədə odun yığmağa gedənlər minaya düşdülər: ölənlər var

Ermənistanda koronavirusa yoluxanların sayı artıb, 9 nəfər ölüb

Teymur Rəcəbov İddiaçılar Turnirinin hazırlığına 100 min dollardan çox xərcləyib

"Ərə gedəndə sənətimin zirvəsində idim"

Karantində depressiyaya düşən yeniyetmə özünü öldürdü - FOTO

Əksəriyyət səhv bilir: 96 faizlik spirt virusu öldürmür - Bəs nə etməli? - VİDEO

Azərbaycanlı vəkil koronavirusu məhv edən elektron maska hazırladığını iddia edir - VİDEO

OPEC+ ölkələrinin görüşü ərəfəsində neft bahalaşır

İngiltərə kubu futbolçularını maaşsız tətilə göndərdi

Xatundan QALMAQALLI SÖZLƏR: Axırda ... tapacaqsınız, sevib-sevilməyə qadağa yoxdu - VİDEO

Xatundan QALMAQALLI SÖZLƏR: Axırda p...x tapacaqsınız, sevib-sevilməyə qadağa yoxdu - VİDEO

“PKK-da 38 nəfər koronavirusa yoluxub”

Bura ön cəbhədir - Koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanadan VİDEO

Koronavirusun əlamətlərini daşımayan xəstələri belə TAPIRLAR

PSJ İkardi ilə bağlı qərarını verdi

Evdə sağlamlıq üçün bunları etmək vacibdir! - 5 TÖVSİYƏ

Lalə 40 günlük övladının üzünü göstərdi - FOTO

“Barselona” “Real”ın sabiq futbolçusuna “elçi düşdü”

54 yaşlı Romarionun 23 yaşlı sevgilisi - FOTO

Bəzi ölkələrdə koronavirusa görə ölənlərin sayının çox, bəzilərində isə az olmasının səbəbi

Sahil Kərimli: "Koronavirusla effektli mübarizə Azərbaycan dövlətinin qüdrətini göstərir"

"Koronavirus gənclərin də ölümünə səbəb olub" - Nazir

"Koronavirus gənclərin də ölümünə səbəb olur" - Nazir

Təranə və Musa dəbdəbəli evini nümayiş etdirdi - VİDEO

"Xüsusi karantin rejiminə əməl olunmasa, çətin günlərimizin ömrünü uzadacağıq"

Aygün Kazımova karantin günlərini belə keçirir - VİDEO

“Messi La Liqadan getsə, dünyanın sonu olmayacaq”

FIFA-dan tarixi qərarlar - transfer pəncərəsinin vaxtı dəyişildi

Amerikalı müğənni koronavirusdan vəfat etdi

Ermənilər atəşkəs rejimini 24 dəfə pozub

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - VİDEO - FOTO

"Kiməsə virus yoluxdurmamışam"

Qazaxıstanda koronavirusa yoluxanların sayı 704 nəfərə çatıb

Tramp neftin qiymətini bilməyən jurnalistin sualını cavablandırmayıb

Çin Kubaya koronavirusla mübarizə üçün 200 min dollar ayırıb

Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alınıb

Tramp növbəti həftənin ABŞ üçün ağır olacağını bildirib

ABŞ-da sutka ərzində 1,7 min nəfər koronavirusdan ölüb

Çində koronavirusa yoluxanların 95 faizə qədəri sağalıb

ABŞ-ın müdafiə naziri HDQ-yə yeni rəhbər təyin edib

ABŞ ÜST-ün büdcəsinə ödənişləri dayandıra bilər

Özbəkistanda koronavirusa yoluxanların sayı 520 nəfərə çatıb

Netanyahu bir daha koronavirus testindən keçib

"Mançester Yunayted" 16 yaşlı qapıçı ilə müqavilə imzalayıb

Aşıq Əhliman Rəhimov: Həyat yarıda qırılmasın deyə...

Psixoloq: Belə mübarizədə həmişə insan qalib gəlir

Koroğlu, Cavanşir və Şah İsmayıl Xətainin şərəfinə Xaçmazda ucaldılan heykəllər - FOTOLENT

Pentaqon koronavirusa qarşı vaksinin sınağına başladı

Karantin müddətində smart-kart tipli sayğaclarda problem olarsa... - AÇIQLAMA

Koronavirusdan ölənlərin cəsədlərini küçəyə atırlar və gözləyirlər ki... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Hindistanda qatar vaqonları xəstəxanaya ÇEVRİLDİ - FOTO

Günün qoroskopu: bu gün yalançı ümidlər, yersiz gözləntilər gətirəcək

Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb

ABŞ-da koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib

Musa Quliyev: Ölkəmizdə koronavirus müayinəsi aparmaq üçün geniş imkanlara malik laboratoriyalar var

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Çox narahat idim, çünki 8 il yaşayacağıma ümidim yox idi - Əfv edilən məhkum