AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycan siyasətində sosial şəbəkələr: nə baş verir? - ARAŞDIRMA

  13

Facebook - 2,5 milyard, YouTube - 2 milyard, WhatsApp - 1,6 milyard. Planetimizin təxminən yarısı gerçək dünyadan fərqli qaydalarla yaşayan sosial şəbəkələrin, virtual aləmin hissəsidir.

Sosial medianın yaratdığı yeni virtual media siyasətlə bağlı təsəvvürlərimizi tam dəyişdi. Hakimiyyətlə cəmiyyət arasındakı təmaslar daha sürətli, bilavasitə olub. Hər halda, zahirən belədir.

Siyasətçilər, siyasətlə məşğul olmaq istəyənlər və ya özlərini siyasətdə sınamaq fikrinə düşənlər ideyalarını yaymaq, həmfikirlərini tapmaq üçün sosial şəbəkələrdən aktiv istifadə etməyə başlayıblar. Azərbaycanda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri də sosial şəbəkələrdəki botlar və trolların aktivliyi ilə müşahidə olundu. Onlar bu və digər namizəd üçün "çalışdılar".

Çağdaş dünyanın reallıqlarından biri də budur ki, sosial media və messencerlər vasitəsilə insanların siyasi baxışlarına, mövqelərinə təsir etmək olar. "Brexit"dən Donald Trampa və Jair Bolsonaruyadək siyasətçilərin populyarlığına Facebook-da bir status belə, təsir edib.

Facebook və ya YouTube kimi platformalardan siyasi kommunikasiyalar üçün istifadə ediləndə insanlar siyasi prosesə cəlb olunurlar: yayılan məlumatlar yalan və ya konspiroloji olmasa belə.

Bu səbəbdən sosial media yeni siyasi diskursun həlli üçün çözüm vasitəsinə çevrilir.

Hələ 2016-cı ildə ABŞ-dakı prezident seçkilərində sübut olunmuşdu ki, Facebook-un istifadəçilər üçün tərtib etdiyi xəbər lenti onların siyasi baxışlarına görə formalaşır. Belə "informasiya köpük"ləri də təbii ki, seçicilərin bu və digər namizədi dəstəkləməsi baxımından onlara təsir edib.

2018-ci ilin noyabrında Facebook rəhbərliyi etiraf etdi ki, Myanmada müsəlman rohincalara qarşı nifrətin təbliğinin qarşısını almaq üçün gərəkli addımlar atmayıb. Xatırladaq ki, Myanmada rohincalar faktiki soyqırıma məruz qalıblar.

Facebook illərdir ki, siyasi reklama görə tənqib olunur. Bu səbəbdən 2019-cu ilin əvvəlində sosial şəbəkədə yeni qayda tətbiq olundu: siyasi reklam sifarişçiləri kim olduqlarını, hansı maraqların təminatı üçün bu reklama pul verdiklərini açıqlamalıydılar.

Fəqət, bu məhdudiyyəti də biznes-akkauntlar vasitəsilə asanlıqla aşmaq olur.

Azərbaycana gəldikdə isə, sosial şəbəkələr, xüsusilə də Facebook siyasi və sosial proseslərə bilavasitə təsir edən amillərdən birinə çevrilib.

Parlament seçkiləri əsnasında Facebook-da qapalı qruplar xüsusilə aktivləşmişdi.

Facebook rəhbərliyinin sosial şəbəkədə dezinformasiya ilə mübarizəsi nəzarət və tənzimlənmə sxemlərinin təkmil, hətta normal olmaması cəhdlərin uğursuzluğuna səbəb oldu. Seçkilərə qatılmış subyektlər də bundan gen-bol istifadə etdilər.

Nəticədə Facebook-un Azərbaycan seqmentində saxta və yalan xəbərlərin sayı dəfələrlə artdı.  "Lamestream", yəni saxta xəbərlərin yayğınlığı indi az qala təhlükəli həddə çatıb.

YouTube-a gəldikldə isə, bu videoservisdə istifadəçilərə təklif olunan videolar siyahısının hansı alqoritmlər əsasında formalaşdığı bəlli deyil. Bu bir yana: videoların avtomatik işə salınması mexanizmi əksər halda radikal və ya konsprioloji məzmunlu kadrları göstərir.

Son illər YouTube məhz bu alqoritmdən qidalanan siyasi radikallaşmanın sakit dayverinə çevrilib. İş o yerə çatıb ki, sözügedən videoservis istifadəçilərə və abunəçilərə daha radikal kontent təklif edib.

Sağ radikal və xüsusilə də Azərbaycanda mövcud hakimiyyətə düşmən mövqe tutmuş "bloqer"lər bəhs etdiyimiz alqoritmdən yararlanmağa, "məhsul"larının servisin "baxılması məsləhət bilinən" videolar və "trenddəki videolar" bölmələrinə düşmələrinə nail olmağı öyrəniblər.

Təbii ki, bu da əsasən reklama yatırılan vəsait hesabına əldə olunur.

Azərbaycanda siyasətçiliyin klassik davranışına sədaqətli olanlar az deyil. Onlar əmindirlər ki, vətəndaşlarla birbaşa ünsiyyəti heç nə əvəzləyə bilməz. Lakin son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da onlayn, əsasən də sosial şəbəkələr vasitəsilə vizual kommunikasiya verbal kommunikasiyanı bir çox nüanslar baxımından üstələyib.

Adi siyasətdən fərqli olaraq sosial şəbəkədə orta statistik vətəndaşın özü sosial mediaya can atır, boş vaxtı ilə bahəm, iş vaxtının xeyli hissəsini məhz onlayn xəbərlərdən məlumatlı olmağa sərf edir.

Məhz bu səbəbdən indi sosial şəbəkələr asudə vaxt siyasətinə çevrilib və bilavasitə istifadəçi tərəfindən kontrolda saxlanılır.

Ənənəvi, klassik siyasət verilən iinformasiyanın və ya yayılan bəyanatın çeşidlənməsinə, "yanlış" və "səhih" bölünməsinə söykənən xarici senzuranı ehtiva edirdi. İndisə siyasət şərti senzoru sosial şəbəkə istifadəçinin "daxili"nə köçürüb və konkret insan onlayn mediada oxuduğu məlumatların hansının yalan, hansının da dürüst olduğuna qərar verir.

Məhz bu səbəbdən çağdaş siyasət effektivliyini başqa sahələrdə sübut etmiş istənilən vasitələri dərhal əxz edir. Məsələn, hazırda Azərbaycanda da siyasətçilərin Facebook-da istifadə etdikləri "mikrotarqetinq" anlayışı biznesdən gəlib.

Sosial şəbəkələr ənənəvi siyasəti dəyişərək onu texnologiyaya meyillənmiş yeni əməliyyatlar səviyyəsinə köçürüb və bu, seçki kampaniyalarında seçicilərlə kommunikasiyaları əsaslı şəkildə dəyişməyə imkan verib.

Azərbaycada da sosial şəbəkələrin belə populyarlığının əsas səbəbləri istənilən böyük auditoriyaya ani və sürətli çıxış, "yad" kommunikasiyaların seçicinin fərdi kommunikasiyalar sisteminə uyğunlaşdırılmasının təminatı, habelə məlumatların elə seçicilər tərəfindən yayılmasıdır. İstənilən siyasi kampaniyada olduğu kimi, ölkəmizdə də seçkilər prosesində mənfi, neqativ xəbərlər pozitiv məlumatlarla müqayisədə daha sürətlə yayılıb. Seçici də sosial şəbəkədə formalaşan yeni sistemdə onun səsi olduğunu hesab edərək kommuniksiyanın müasirliyindən, ikitərəfli olmasından, idarəetmənin asanlığından faydalanır.

Bu isə yeni, aktiv auditoriya fenomenidir. Sosial şəbəkələr siyasəti "evcilləşmə" prosesinə məruz qoyublar və sonucda seçicilərin özləri dəstəklədikləri namizəd barədə məlumatları paylaşırlar. Səbəb sadədir: orta statistik seçici ənənəvi medianın və ya küçələrdəki siyasi reklamların təsirindən qurtulmaq üçün azadlıq hissini yaşamaq istəyir.

Fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri göstərdi ki, sosial şəbəkələr bu kampaniyada maraqlı olan, bu və digər seçici qrupunun eşidib görmək istədiyi məumatları yayan, onları daha aktiv edəcək xəbərləri paylaşan adamlar daha öndə olurlar. Beləliklə, sosial şəbəkələr siyasətə ani reaksiya, vədlər paylaşıb ittihamlar tirajlamaq və suçlamaları çoxaltmaq imkanları verdi.

Sosial şəbəkələr konkret seçiciyə çox yaxındır. Çünki vətəndaşda məhz onun prosesi idarə etməsi, aktiv iştirakçı olması kimi illüzor hisslər yaradır.

Sosial şəbəkələrdə aktiv olan insana siyasətçinin obrazının fərqli, yeni məcahları gərəkdir.

Məsələn, hansısa obyektin istifadəyə verilmə mərasimində qırmızı lenti kəsən anda çəkilmiş foto adi insana, daha doğrusu, sosial şəbəkə istifadəçisinə maraqsızdır. O, dəstəklədiyi siyasətçidən - konkret halda namizəddən - yadda qalan davranış və bəyanatlar gözləyirdi.

Facebook-un virus yayımı kimi xüsusiyyəti var: yəni istənilən adamın paylaşımı haqqında çox qısa zamanda on minlərlə, yüz minlərlə insan xəbər tuta bilər.

Ona görə də Facebook-dakı post əksər hallarda ənənəvi medianın reaksiyasını işə salan triqqerə çevrilir.

Azərbayycanda siyasətlə sosial şəbəkələr arasındakı qarşılıqlı əlaqələrin məğzi belədir:

1.  Sosial media axınlarında emosionallıq rasionallığı üstələyir, "rasio" ənənəvi davranışın aləti olaraq qalır

2. Sosial medianın bütün palitrasından istifadə olunur. İnstagram artıq peşəkarların və şou-biznes ulduzlarının xitab məkanı yox, adi vətəndaşların xəbər mənbəyinə dönür. Facebook orta yaşlıların siyasi mübarizə vasitəsi olmaqdan çıxaraq bütün yaş qruplarını cəlb edir.

3. Siyasi kampaniyaların mənfi, neqativ çalarları artıb. Səbəb - "dirty politics"lərin istənilən adam və ya sayt tərəfindən asanlıqla yayılmasıdır.

4. Vətəndaşlarla kommunikasiya xüsusi səhifələr və qruplar vasitəsilə aparılmağa da başlanıb.

.... Azərbaycanın daxili siyasətində sosial şəbəkələr aktiv, bir sıra olaylarda isə həlledici "oyunçu"ya çervilməkdədir. Lakin qaliblər və məğlublar oyun qaydalarına riayət etməlidirlər. İstənilən halda, sosial şəbəkələr daha çevik olduğundan, ənənəvi medianı bir sıra hallarda qabaqlamağa başlayıblar.

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: ətrafınızdakılarla münasibətlərdə maraqlı təzad yaranır

"QAZ" markalı avtomobil yanıb

Kanadada "maskaları atmayın" təlimatı

Radomir Antiç dünyasını dəyişdi

ABŞ-da koronavirus qurbanlarının sayı 10 mini keçib

Bakıda evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Türk alimləri bir neçə xəstəyə kömək edə biləcək tənəffüs aparatı hazırlayıblar

Çinli alimlər elektrostatik maskalar hazırlayır

Məşədi İbadın hambalı hansı tanınmış aktrisa ilə sevgiliymiş - ARAŞDIRMA - FOTO

İlyas Hüseynov: Yerli istehsal maskalarla bağlı süni qiymət artımının qarşısını alacaq

Şəkili müəllimdən örnək addım

Arzu Nağıyev: Hər bir vətəndaş koronavirusla mübarizədə öz vicdanı qarşısında imtahan verməlidir

Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək - VİDEO

Karantinlə bağlı zarafatlar həqiqətə çevrildi - BMT açıqlama yaydı

COVID-19: Parisin Orly Hava Limanı sanitar bazaya çevrilib - VİDEO

Türkiyədə tibbi maskalar pulsuz paylanacaq

Tahir Kərimli: Əfv fərmanı bir daha sübut etdi ki, dövlət başçısı həmişə vətəndaşının qayğısına qalır, öz humanistliyini davam etdirir

"Qızlarım ailələri ilə öz evlərində oturublar"

Berlin: məhdudlaşdırıcı tədbirləri yumşaltmaq hələ tezdir

Su kanalında batan ata və oğlunun meyiti tapıldı

Musa Qasımlı: Prezident İlham Əliyevin siyasətində insanların sağlamlığı, təhlükəsizliyi və rifahı hər şeydən üstündür

Ramil Həsən: Dövlət başçısının bu humanist addımından əfv olunan şəxslərin düzgün nəticə çıxaracağına əminəm

İranda koronavirusla mübarizə aparan 10 həkim həyatını itirib

"Ford" 49 min avtomobili geri çağırır

Quldurluqda şübhəli bilinən Bakı sakinləri saxlanılıblar

Hərəkətin məhdudlaşdırıldığı Sumqayıt özünə xas olmayan sükuta qərq olub FOTOREPORTAJ

Hikmət Babaoğlu: Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır

Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk!

Fransa Çindən 2 milyarddan çox maska sifariş edib

Karantin rejimi ilə bağlı internat müəssisələrində yaşayan uşaqlar ailələrinə verilib

Bu həftə ərzində muzdlu işçilərə ödəmələrin həyata keçirilməsinə başlanacaq

"Liverpul"un 6 oyunçusu simvolik yığmada

"Azərbaycan dövləti "beşinci kolon" təmsilçilərinə vəziyyətdən istifadə edib təxribat törətməyə imkan verməyəcək"

Karantin dövründə özünə toy edən cütlük bölməyə aparıldı - VİDEO - FOTO

"Ölkə Prezidentinin göstərişi ilə çox vacib olan daha bir məsələ çox qısa zamanda həllini tapdı"

"Təhlükədən az zərərlə çıxmaq üçün üzərimizə düşən işi yerinə yetirməliyik"

Türkiyəli alim koronavirusun pik həddə çatacağı tarixi açıqladı

Zidanı tənqid etdi - "Bir qadınla iki dəfə evlənməzlər"

Karantin günündə yerli məşhurlar nələr paylaşdılar? - FOTO

Poqba "Real"a gedir?

"O, dünyanın ən yaxşı yarımmüdafiəçisi idi"

Cənubi Koreyada koronavirus testlərinin təhlükəsiz keçirilməsi üçün kapsullar hazırlanıb

Qvardiolanın anası koronavirusdan öldü

"Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin"

İspaniyada 19 mindən çox tibb işçişi koronavirusa yoluxub

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı iki ayda 4 faizdən çox artıb

"Real" 7 oyunçusunu satmağı planlaşdırır - ADLAR

Namiq əzələ şişirən məşhurları bəyənmir

Qazaxıstanda 100 tibb qardaşı koronavirusa yoluxdu

"Barselona" Qrizmannı satmaq niyyətində deyil

Saxta yolla karantin rejimini pozanlar barəsində ölçü götürüləcək - Operativ Qərargah

Çernobılda meşə yanğınları radiasiya səviyyəsini artırıb

"Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir"

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır

PSJ Neymar və Mbappe barədə nə düşünür?

Azərbaycanda "evdeqal.az" portalı istifadəyə verilib

Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb - RƏSMİ

Dünya çempionundan cazibədar paylaşım - FOTO

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların qrafikində dəyişiklik edildi - YENİ CƏDVƏL

Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur - FOTO

Karantin rejimində azyaşlılar və yeniyetmələrin hərəkəti necə təmin olunur? - AÇIQLAMA

Müsəlman icmasının rəhbəri də koronadan öldü

Putin və Netanyahu koronavirusla mübarizədə birgə səyləri dəstəkləyib

Nuşirəvan Məhərrəmli vəzifəsindən azad edildi

"Ronaldinyo Messini balaca qardaşı kimi görürdü"

Karrasko İtaliya nəhənginin hədəfində

Ermənistanda ərzağın qiyməti bahalaşır - Nazir müavini

"18 yaşında "Real"ın təklifini qəbul etmədi"

Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi

Şəhidin məkanı, yurdu, diyarı VƏTƏNdir - FOTO

Prezident İlham Əliyev: "Aprelin 20-dən sonra biz koronavirusa qarşı mübarizədə addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq"

İranın Səhiyyə Nazirliyi: Koronavirus “donuz qripi"ndən daha təhlükəlidir

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib

Azərbaycanda iki ayda qida məhsullarının istehsalında artım müşahidə olunub

İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq?

“Regional İnkişaf” İctimai Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır

"Yuventus" Pyaniçin qiymətini açıqladı

Rusiyalı futbolçu nişanlısına görə karantin qaydasını pozdu

"Pokemonlarını basdırdılar" - Aparıcı canlı yayımda çinliləri təhqir etdi - VİDEO

XİN: Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənib və rədd edilib

Azərbaycan Prezidenti: "Əgər maskaların satışında süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq"

ABŞ-da dəhşətli yanğın: 3500 avtomobil kül oldu

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI

"Liverpul"un qərarı narazılığa səbəb olub

Aptekonline.az xidməti artıq 2225 sifarişi uğurla yerinə yetirmiş və ünvanlara çatdırmışdır

Prezident İlham Əliyev: "Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək"

Prezident İlham Əliyev: "Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik"

Azərbaycan Prezidenti: "Yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur"

Prezident İlham Əliyev: "Azərbaycanda bu günə qədər görülmüş bütün qabaqlayıcı tədbirlər öz səmərəsini verdi"

Prezident İlham Əliyev: "Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək"

Prezident İlham Əliyev: "Koronavirusla mübarizə başa çatandan sonra Azərbaycan artıq tibbi maska idxalından asılı olmayacaq"

Yaşı 65-dən yuxarı şəxslər pensiyalarını belə alacaqlar

“Həyatı boyu botoks etdirmərəm” - Mələkxanım Əyyubova - VİDEO

Sosial ödənişlərə görə bankomatlarda əlavə faiz tutulmayacaq

Pensiya və təqaüdlərin verilmə vaxtı dəyişdi - YENİ QRAFİK

"Liverpul"un əfsanələrindən biri olmaq istəyirəm"

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Qeyr-sabit hava nə vaxta qədər davam edəcək?

İranda daha 136 nəfər koronavirusdan ölüb

Virus yayan naməlum mesajlar - Ehtiyatlı olmaq tövsiyə edilir - VİDEO

Ronaldu "Real"a qayıtmağı düşünür

Amerikalı baş infeksiyaçı: "Koronarivus mövsümi xarakter daşıya bilər"

Namiq Abdullayev: "Gəlin, həyatımızı riskə atmayaq, bu virusla birgə mübarizə aparaq" - VİDEO

Təhsil Nazirliyi: ""Virtual məktəb" portalında yenidən qeydiyyatdan keçmək mümkündür"

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Koronavirus bəlası nə zaman bitəcək? Fəlakətin sonunun 4 SSENARİSİ

Koronavirus bəlası nə zaman bitəcək? Fəlakətin bitməsinin 4 SSENARİSİ

Ermənistanda qadın minaya düşdü

Rüştü Rəcbər evə buraxıldı

Rüştü Rəncbər evə buraxıldı

Dünyaca məşhur musiqiçi də koronavirusa yoluxdu

"Bavariya" məşqləri bərpa edir

Koronavirus haqda ilk film çəkildi - FOTO

ARDNF-nin 2020-ci il üzrə büdcə xərclərinin təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı

Daha bir aktyor koronavirusdan öldü - FOTO

1 dəqiqə ərzində 4 avtomobillə toqquşdu - VİDEO

Rusiyada koronavirusa yoluxanların sayı 6 mini keçdi

Yaponiyanın bəzi şəhərlərində fövqəladə vəziyyət 6 ay davam edə bilər

Koronavirus tibbi maskalarda, əskinaslarda və parçalarda nə qədər yaşayır? - ARAŞDIRMA - VİDEO

Almaniyada yaşayan azərbaycanlı həkim koronavirusla bağlı SİRLƏRİ AÇDI: 1 uşaq 600 nəfəri... - FOTO

Aztv-də "görünməz düşmən" ilə müsahibə - Koronavirus sualları cavablandırdı - VİDEO

“Apple” qoruyucu maskalar istehsal edəcək

"Bank Respublika"dan koronavirusa qarşı mübarizədə daha bir dəstək

"Mançester Sİti"nin futbolçusu seks partisi təşkil edib, “evdə qal” dedi

Türkiyə və Azərbaycan balabanla bağlı UNESKO-ya müraciət edib

Pərvizə "Survivor"da komanda yoldaşları XƏYANƏT ETDİLƏR - ŞOK PLAN - VİDEO

Komendant saatını pozan futbolçuya 3 aylıq ev həbsi verildi

Koronavirusa yoluxan azərbaycanlı idmançı öldü - FOTO

Koronavirusa yoluxan insan ölümündən qabaq başqasının üzünə tüpürdü - FOTO

100 il əvvəlki pandemiyaya da qalib gəldi, koronavirusa da - 104 yaşı var - FOTO

Koronavirusdan qorunmağın yeganə effektiv üsulu açıqlandı

AFFA "Roma"nın sabiq baş məşqçisinə təklif göndərib

“Fiorentina”nın 3 futbolçusu koronavirusa qalib gəldi

"Pulun varsa sağalırsan, yoxdursa, küçədə ölürsən, meyitini də yandırırlar"

Sloveniya “Cənub Qaz Dəhlizi”ni Avropanın enerji təhlükəsizliyini möhkəmləndirən element kimi nəzərdən keçirir

Koronavirusa görə odekolon içən kişi öldü

BMT-nin Baş katibi ölkələrə çağırış etdi

Zoparkdakı pələng də koronavirusa yoluxdu - FOTO

Hindistanda koronavirus qurbanlarının sayı 100-ü keçib

Azərbaycanda koronavirus xəstələrinin adı niyə açıqlanmır sualına RƏSMİ CAVAB

Kanadada koronavirusa yoluxanların sayı 15,5 mini ötüb

Həbib UFC turnirində iştirak etməyəcək

Çində güclü zəlzələ baş verib

Cənubi Koreyada gün ərzində koronavirusa 47 nəfər yoluxub

"Atalanta" Paşaliçə görə "Çelsi"yə 15 milyon avro ödəyəcək

Abe Tokio və Osakada fövqəladə vəziyyət rejimi elan edəcək

Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxanların sayı 1799-a çatdı

Mərakeşdə koronavirusa yoluxanların sayı mini keçib

Brent markalı neftin qiyməti 9 faizdən çox ucuzlaşıb

Koronavirusa yoluxan həkim intihar edib

İtaliya çempionatı payızda başa çata bilər

Britaniyanın baş naziri koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilib

Karantin dövrünü necə keçirmək lazımdır? - Psixoloq danışır...