AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Qara Qarayev: "Biz Qarabağın təbliğatçısı, əsgəri, fəhləsiyik" - MÜSAHİBƏ

  13

Dünyanın tanınmış futbolçularını işğal altındakı kəndimizə aparmaq istəyərəm...

Demokratikmusavat.com xəbər verir ki, modern.az saytının "Qarabağ söhbəti" layihəsi davam edir. Layihə çərçivəsində budəfəki müsahib "Qarabağ" klubunun oyunçusu Qara Qarayevdir.

Onunla müsahibəyə başlamazdan öncə qısa dialoqumuz oldu. Məlum oldu ki, tanınmış futbolçu siyasəti heç sevmir. Qarşılığında mən də futbolu sevmədiyimi bildirdim.

- Qara bəy, çox zaman futbolu  siyasətə qatırlar, "futbol da bir siyasətdir"deyirlər. Sizcə, bu fikirlər nə dərəcədə doğrudur?

- Düzü, siyasətə marağım olmadığı kimi, münasibətim də yoxdur. Məncə, siyasət daha fərqli oyundu.  Futbol siyasətə qarışmaz.

- Amma siyasətə qarışmayan heç nə yoxdur. Siyasəti sevməsək də ondan baş çıxartmaq lazımdı.

- Baş çıxartmaq istəyərəm, amma istəmirəm. Mənə görə, siyasətdə  dürüstlük yoxdur.

 - Bəlkə, insanların istəkləri dəyişib?! Necə fikirləşirsiniz?

- Doğrusu odur ki, dəyişən zaman deyil. Məncə, insanlar, onların düşüncələri, istəkləri dəyişib. Gənc olsam da, indiki dövrün şərtlərilə ayaqlaşmıram. Ancaq  geri qalmaq da mümkün deyil.

- Əslən Qarabağlısız. Klubdakı fəaliyyətinizdən başlayaq.  Necə oldu ki, Qarabağ klubunu seçdiniz?

- Futbola gəlməyim asan olmayıb. Ailəm futbolçu olmağıma qarşı idi. Çünki məcburi köçkün olaraq  ailəmin marağı daha çox dolanışığa diqqəti yönəltmək idi. Məşğuliyyətimiz isə heyvandarlıqla bağlı idi. Dədəm də bizim rayonda çox tanınmış çobanlardan olub. Bu gün də dədəmin çobanlıq etdiyini şərəflə səsləndirirəm. Çobanlıq işində bir dürüstlük var. Ümumiyyətlə, futbolçu olmağıma icazə vermirdilər, sonra gizli-gizli futbolla maraqlanmağa başladım. Ailəmizdə bunu biləndə evdə bir az mübahisə düşdü. Düşünmürəm ki, indi də o düşüncədədirlər. Sadəcə, o vaxt reallığı görüb futbolçu olmağımı istəmirdilər. Futbola başladığım dönəmlərdə qəssab işləyirdim. Bunu hər zaman deyirəm. Futbol sahəsindəki müəllimlərimə, məşqçilərimə bu gün də təşəkkürüm sonsuzdu. Elnur müəllim sağ olsun, elə bir anda mənə kömək etdi ki... Hardasa 3-4 ay  klubda oynamağa  başladım. Elə oldu ki,  mənim pulum olmadı . Bu o demək idi ki, oyunu yarımçıq saxlamalı idim. Mən Elnur müəllimə yaxınlaşıb artıq gələ bilməyəcəyimi dedim. Çünki biz Füzulidən məcburi köçkün olaraq gəlmişdik. Çətin dönəmlər yaşamışdıq. Və Bunlar davam edirdi. Hamısın ona söylədim. Həmin vaxt Elnur müəllim məndən davam etməm üçün pul istəsəydi, heç vaxt futbola geri qayıda bilməyəcəkdim. Onun sayəsində pulsuz olaraq oynamağı davam etdirdim. Düşünürəm ki, o hadisə mənim həyatımda dönüş nöqtəsi oldu. Elnur müəllimin o jesti mənim üçün əvəzsiz borcdu. Qara Qarayev olmağımda həmin anın rolu var. Həmin məqamda Elnur müəllim mənə qarşılıqsız olaraq imkan yaratmışdı. Beləcə, Elnur müəllimlə məşqlərimizi daha 3-4 ay davam etdirdik. Sonra Türkiyədən  Qarabağın  heyətinə məşqlər korpusu gətirdilər. Qarabağın oyunçusu olmaq mənim üçün xəyal idi. Biz azarkeş olaraq oyunlara gedirdik. Sonradan elə oldu ki, klub uşaq yığmağa başladı.  Deyirdilər ki, özünə inanan varsa gəlsin, yoxlanışdan keçsin. Mən də razılaşdım. Elnur müəllimə dedim, o, mənim getməyimə icazə verdi.  Birinci yoxlanışdan Qarabağa düşdüm. Futbol hekayəmiz belə başladı.

- Bizim bir çox futbol klubumuz var. Niyə məhz "Qarabağ" klubu?

- Əvvəla, hər şeydən öncə qarabağlıyam. Füzulidə doğulmuşam. Ancaq o vaxtlar orada oynamaq  mənim üçün xəyal idi. Böyüdükcə düşündüm ki, artıq bu mənim daxilimdən gələn bir istəkdir. Qarabağlı olaraq o klubun  nümayəndəsi olmaq, o kluba fayda vermək, içimdən gələn hiss idi. Böyüdükcə o hisslərimin adını daha rahat tapa bildim. Bu sadəcə bir yol idi. Bu yol olmaya da bilərdi. Amma Qarabağ klubunda oynamağımla bağlı xüsusi istəyim olub.

- Siz Qarabağ klubuna gedəndə orada tanınmışlardan kimlər  var idi?

- Əslində Qarabağ klubuna  2005-ci ildən  qoşuldum.  O zamanlar tanıdığım adamlar yox idi, sadəcə yoxlanışa gəlmişdim. Həmin vaxt mənimlə birlikdə səhv etmirəmsə, 365 nəfər qeydiyyatdan keçmişdi. Onlardan 2 nəfər kluba seçildi. Biri mən, biri Əli adlı oğlan idi. İndi o zamankı oyunçuların heç biri oynamır. Sadəcə mən pillə pillə bu mərhələyə gəldim.

- Onlar tab gətirə bilmədilər?

- Bilirsiz, hər birimizin qarşında bir şans var. O şansın arxasında da  böyük əziyyətlər, istəklər, xarakterlər var. Təbii, bu başqa mövzudu. Amma bəzən şans elə bir anda elə bir yerə gətirib çıxara  bilər ki,  hər şey fərqli olar. Biz buna  idman şansı deyirik. Baxın, məndə o baş verdi. Düşünürəm ki, müəyyən yerə gəlmək üçün o şansla bərabər daha çox çalışırdım. Baxmayaraq ki, 28 yaşım var, çox əziyyətlər çəkmişəm. Heç bir şey asan əldə olunmur.

- Qara bəy, xaricdə keçirilən oyunlarda sizin üçün daha çox yadda qalan məqamları sadalaya bilərsiniz?

- İndi də Qarabağ klubunun oyunçusu kimi bütün atributları evdə qoruyuram. Corab, şortik, mayka,  hər şeyi  özüm üçün saxlamışam. Düşünürəm ki, Qarabağ olaraq bizim 2015-ci ildə Çempionlar Liqasının qrupuna düşməyimiz həyatımın ən önəmli hadisələrdən biri oldu. Düzdür, bu oyunda məğlub olduq, amma biz Azərbaycana o qədər sevinc yaşatdıq ki... Əslində, sözdə deyil, işimdə, əməlimdə vətənpərvərəm. Birinci elim, obam, təmsil olunduğum  zona,  sonra isə Vətənim. Bu o demək deyil ki, Vətənim mənim üçün ikinci plandadır. Sadəcə, ailə üzvlərim, ya da dostlarla oturanda  Füzulini,  Qarabağ zonasını önə çəkirəm. Amma xaricdə olanda mənim üçün bölgə yoxdu. Artıq Azərbaycan və Qarabağ var. Qarabağda oynadığım dönəmdə hər zaman  nəsə bir borum olduğunu düşünürəm, bunu necə ödəyəcəm və neyniyəcəm kimi fikirlər mənə hakim olur. Qarabağ  klubu mənə futbol oynamağı deyil, Qarabağı sevməyi, Qarabağı təbliğ etməyi, Vətən , əxlaq məsələlərini, cəmiyyətdə özünü doğru, düzgün aparmaq, insanlara nümunə olmağı öyrətdi. Ona görə də mənim üçün Qarabağ klubunun əvəzsiz yeri var. Bunu klubda oynayanların əksəriyyəti bilir. Qarabağa olan  bu borcu qaytarmalıyam. Biz elə bir tarixə imza atmışıq ki, Qarabağın adını idmançı olaraq bütün dünyada tanıtmışıq. Bununla da müəyyən qədər borcumuzu ödəyə bildik. Ümumiyyətlə, Qarabağı, klubu, idmanı, idmanın faydalarını  hər yerdə təbliğ etmək istəyirik. Həyat yolum yəqin ki,  bununla tamamlanacaq. Əlimizdən gələni  edirik ki, bu yolda ən azından insanlara bir örnək olaq, nəyisə çatdıra bilək. Çünki biz idmanla azarkeşlər arasında əlaqə yaratmağı düşünürük. Bəzən əks təbliğatı da görürük. Baxın, "Qarabağ" Lüksemburqla oynayır. Biz Qarabağı, Ağdamı təmsil edirik. Amma düşmən orada Qarabağ barəsində təbliğat aparmaq istəyir. Qarabağın kimlə məxsus olduğunu artıq oyun göstərir. Düşünürəm ki, orada ermənilərin göstərdiyi bütün təbliğatların hamısı çirkinlikdən başqa bir şey deyildi.

- Müxtəlif vaxtlarda rəqibin qapısına qol vurmusuz. Bəs ermənilərin qapısından nə zaman qol keçirməyi düşünürsüz?

- Bilirsiz, idman elə bir oyundu ki bu dava deyil.

- Söhbət idman meydançasından getmir?

- Bilmirəm, ümid edək ki, siyasi gedişatlar öz bəhrəsini görər. Torpaqlarımız azad olunar.

- Qara bəy, Füzuli işğal ediləndə bir yaşınız olub. Amma doğulduğunuz yerləri qəribə şəkildə, 100 il orada yaşamış adam kimi xatırlayırsınız...

- 1992-ci ildə Füzulidə  anadan olmuşam. O yerləri  görməmişəm. Müəyyən yaş keçdikcə elə hiss edirəm ki, o yerlərdə olmuşam, küçələrdə gəzmişəm. Bilmirəm, bu bir bağlılıqdırmı, yoxsa, bir çağrıdırmı? Məni başa düşməyiniz üçün  gərək 1 milyon qaçqını danışdırasınız. O zaman biləcəksiniz ki, biz nələr çəkirik. Çünki biz də sizin doğulduğumuz yerlərə getmək istəyirik. Çox istəyirəm ki, yay vaxtı doğma vətənimə gedim, amma bu mümkün deyil.

- Sizinlə bərabər klubunuzda əcnəbi futbolçular da çalışır. Maraqlıdir, Qarabağ mövzusunu necə qarşılayırlar?

- Dünyada torpaq, Vətən problemi yaşayan xalqlar çoxdur. Məsələn, götürək bosniyalıları. Onlar da bizim kimi eyni taleyi yaşayıblar. Bosniyalı oyunçu İbrahim Şehiçlə söhbət zamanı həmişə biri-birimizi yaxşı anlamışıq. Şehiçin atası müharibədə dünyasını dəyişib. Demək istəyirəm ki, torpaq məsələsində əqidə, dini baxış olaraq bizə yaxın olanları vardı. Amma  braziliyalı, ispaniyalı futbolçular bu məsələdə yabançıdırlar. Çünki onlar müharibə görməyən idmançılardı. Bosniyalı Şehiç və biz bu müharibələrin mərkəzində olmuşuq.

- Qarabağ klubu Qarabağı necə təbliğ olunur?

- Bütün respublika əhəmiyyətli günlərdə məşqlərimizə başlayan zaman baş məşqçi iclas edir. Həmin tarixin önəmini danışır və günün Qarabağ üçün nə qədər əhəmiyyətli olduğunu  vurğulayır. Klub olaraq önəmli tarixi günlərimizin təbliğatı aparılır. Bizim üçün öncə Qarabağdı, sonra şəxsimiz.

- Nə zamansa fikrinizdən keçibmi ki, təbliğat məsələsində idmançı olaraq ələ düşən fürsətdən istifadə edəsiz?

- Bu məsələlər planlaşdırmaqla olmur, zaman özü yardımçı olur. Zaman bizə fürsət verirsə, biz o fürsətdən istifadə edirik. Məsələn, biz "Atletiko Madrid"lə oynayan zaman onların kapitanı var idi. Ölkəmiz və Qarabağ  haqqında o qədər xoş sözlər dedi ki... Bu da bizə sayğılarının olduğunu göstərdi. Oyun boyunca üzərimizə düşən işi hər fürsətdə təbliğ edirik. Bəzən danışmaq, kimlərəsə nəyisə başa salmaq, nəyisə göstərmək bizim işimiz olub.

- Sizin bu formada təbliğat aparmanıza düşmən tərəf necə baxır?

- Bizim üçün düşmən tərəfinin neqativ ya da pozitiv nəsə deməsi önəmli deyil. Mənim üçün qarşı tərəf yoxdur. Məsələn, son oyunumuzda Lüksenburqun idman naziri bizdən üzr istədi. Düşünürəm,  elə bir təbliğat etmək lazımdır ki başqa dövlətin idman naziri rəqibdən üzr istəməsin. Biz belə təbliğatlat aparmamalıyıq. Biz  açıq,şəffaf təbliğat aparmalıyıq. Hərdən də düşünürəm ki, bizim təbliğata ehtiyacımız yoxdur. Bizdə hər şey göz qabağındadır. Daha çox həqiqətləri işimizlə əməlimizlə tanıtmalıyıq. Hesab edirəm ki,  haradasa xüsusi bir şey edib dünyaya çatdırmaqdansa,  bir fikir, tarix ortaya qoyub dünyanı cəlb etmək daha faydalıdır. Çünki bir çox ölkələr artıq reklam olunan nəyəsə fərqli yanaşır. Harada işin sübutu varsa, ona daha ciddi və qəbuledilən yanaşılır. Düşünürəm biz gənclər özümüzü  o kateqoriyaya aid etməliyik. Təbliğatımızı  daha çox sübutlar, təhlillərüzərində qurmalıyıq. Qeyri-etik danışmaq bizə yaraşmaz.

- Maraqlıldır, bir futbolçu, bir vətəndaş olaraq Qarabağın azadlığını necə görürsüz? Sizcə, hansı yolla Qarabağ azad oluna bilər? Sülh, yoxsa müharibə?

- Ümumiyyətlə sülh ən yaxşısıdı. Hər zaman sülhün tərəfdarıyam. Artıq olanlar olubsa, vaxt keçibsə, müharibədə insanlar məhv olacaq. Mənə görə dünyanın xilası sülhdədi. Ölkənin sərhədlərinin açılmasıdır. Bilirəm ki, bu qeyri mümkündür. Amma bu bir arzudur mənim üçün. Düşünürəm ki, o torpaqları da almaq üçün Azərbaycanda lazımınca qeyrətli və döyüşkən oğullarımız, canından keçəcək əsgərlərimiz  var. Müharibə yolu ilə də məsələni həll edə bilərik. Amma yenə də sülh yolu ilə geri qaytarılmasının tərəfdarıyam.

- Maraqlı  bir məqam var.  1992-ci ildə Füzulidə doğulmusuz. Füzuli rayonu isə  1993-cü ildə işğal olunub. Yəni siz Füzulini heç cür xatırlaya bilməzsiz. Amma  Füzulini sanki görmüş kimi danışırsız.

- Fərqli görünə bilər. Çünki o torpaqlarda böyüməmişəm, oraları görməmişəm. Düşünürəm ki, bu hiss mənə vətənimin olmamasından irəli gəlir. Çünki indiki məqamda vətənim mənim ayaqlarım altında deyil. Sadəcə Füzulidə doğulmuşam. Düşünürəm ki,  içimdəki fikir məni ora daha çox cəlb edir, məni daha çox ora aparır. Sözsüz ki, ailəm hər zaman bu mövzuya toxunur. Evimizdə Füzulinin elə bir hissəsi yoxdur ki, o barədə danışılmasın. Mənim də təsəvvürümdə Füzuli əhatəli canlanıb. 5-6 il əvvəl mən də mövzuya fərqli yanaşırdım. Əslində fərqli yanaşmaq yox, dərk edə bilmirdim ki, mən ora getməliyəm, qalmalıyam, yoxsa,  burda daha yaxşıyam. Amma müəyyən mənada  zaman keçdikcə artıq o sualların cavabını anladım. Məsələn, bu yaxınlarda Cocuq Mərcanlıya getmişdik. Bizim kəndimiz həmin yerdən  bir az o tərəfdədi. Mən onu gözümlə gördüm.  O hisslər nə idi, məndə anlamadım. Yəni öz torpağına getmək niyə bu qədər əlçatmaz olsun ki?!..

- Bəlkə dünyanın tanınmış futbolçularına müraciət edib onları kəndinizə aparasınız. İşğal altında olan kəndinizə. Belə bir fikir keçibmi beyninizdən?

- Elə bir fikrim heç zaman olmayıb. Düşünmürəm ki, xarici futbolçularda belə maraq olsun. Açığını deyim, heç vaxt marağımda olmayıb. Münasibət olaraq hansısa bir idmançıyla münasibətimiz varsa, bu, real ola bilər, mənim dəyər verdiklərimə dəyər verər, hörmətlə yanaşar. Amma tanımadığımız  futbolçularla bu ideyanın paylaşılması real görünmür. Münasibətimiz olanlarla bu işi görmək olar.

- Sadəcə bunu kampaniya şəklinə salmaq olar. İstər idmançılar,  istərsə də sənətçilər olsun. Onlar çox vaxt belə kampaniyalara qoşulurlar və xalqı arxalarınca  apara bilirlər.

- Bu kampaniyanın razılığı asan bir şey deyil. Çünki bu kampaniya hansısa bir məktəbə, hansısa təhsil ocağına, hansısa bağçaya ziyarət deyil. Bu kampaniya xüsusi bir işdir. Əslində, bir təkilif olaraq çox yaxşıdır. Gələcəkdə etmək olar.

- Məsələn, sən idmanla məşğulsan, futbol oynayırsan. İndiki uşaqlar arasında sənin kimi olmaq istəyənlər də az deyil. O uşaqların içində vətənə sevgini hiss edə bilirsən? Balaca Qaralar varmı onların içində?

- Düşünürəm ki, uşaqların Qarabağ anlayışı, tərbiyələri, davranışları ,cəmiyyətdə özlərini aparmaları ailədən gəlir. İdmançı olaraq düşünürəm ki, lazım olanı uşaqlara verə bilirəm. Olub ki, qarşısına çıxdığım uşaq ağlayıb. Qucaqlamışam. Məncə onu vermişik, artıq o uşaqlar Qarabağın parçası olmağı çox istəyirlər, "Qarabağın oyunçusu olaq, Qarabağda oynayaq, Qarabağın oyunçuları ilə görüşək" kimi idealları var.

- Klubunuzun digər üzvlərinin də Qarabağ məsələsində fikirləri maraqlıdır.

- İşçilərimizdən tutmuş klubumuzun rəhbərinə qədər hər kəs bu fikirdədir. Hər kəs bu adın önəmini dərk edir. Bütün komanda yoldaşlarım məsələ, Rəşad, Maksim, Araz, Mahir və digərləri bu məsələlərə ciddi yanaşır. Bir az obrazlaşdırsaq, artıq biz idmançı deyilik. Biz idmançılıqdan çıxmışıq. Biz özümüzü cəmiyyətdə idmançı kimi aparmırıq.  Biz Qarabağın təbliğatçısı, Qarabağın əsgəri, Qarabağın fəhləsiyik. Eyni zamanda,  klubumuzun  prezidenti də  bu məsələlərə xüsusi önəm verir. Gələn oyunçularımıza da  birinci görüşlərimizdə Qarabaq nədir, Qarabağ hansı klubdur, Qarabağ hansı regiondu, Qarabağın əhəmiyyəti, Qarabağın cəmiyyətdəki rolu, Qarabağın oyunçularının cəmiyyətdəki rolu təbliğ olunur. Bizim komanda yoldaşlarımız da  bunları bilir. Bu məsələlər bizim üçün dəyişməz bir kodeksə çevrilib. Sizə bir söz deyim. Əynimdəki formanın arxasında Qarabağ yazılırsa, deməli, mən Qara deyiləm. Biz Qarabağ olduq deməkdir.

Xəbər Lenti

Səddam Hüseyndən girovları qurtaran, müharibədən imtina edən superqəhrəman - FOTO

Bakıda sərnişin taksi sürücüsünü bıçaqladı

Fransada keçmiş nazir koronavirusdan öldü

Dünyada koronavirusun ən çox yayıldığı ölkələr

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib

Şəmkirdə bıçaqlanma...

DİN vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirdi

Avstraliyada koronovirusa yoluxanların sayı 3800 nəfəri ötüb

"Tofiq Yaqublunun həbsini həddən artıq şişirib siyasiləşdirmək tam yanlışdır"

KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

Bakıda səbəbsiz olaraq şəxsi avtomobillərindən istifadə edənlər cərimələnəcəklər

İranda 35 günlük körpə koronavirusa yoluxdu

Koronavirus hansı temperaturda aktivləşdir, hansı temperaturda məhv olur? - Həkimlər müəyyənləşdirdilər

Mövsümün ən çox qazanan futbolçuları - TOP 10

""Yeni klinika"nın işə düşməsi koronavirusa qarşı mübarizədə əlavə imkanlar yaradacaq"

İsraildə 4 minə yaxın insan koronavirusa yoluxub

Dezinfeksiyaya görə pul ödənməlidir? - BŞİH məlumat yaydı

Koronavirusun daha bir əlaməti tapıldı

Polis yük maşınlarının sürücülərinə xəbərdarlıq etdi

Jack Ma və Alibaba Azərbaycana tibbi yardım göndərəcək

Qusarda oğul anasının boğazını kəsib qaçdı

İranın eks-prezidenti də koronavirusa yoluxdu

Koronavirusdan ilk dəfə azyaşlı öldü

“Bakıda işləyib hazırda rayonda olan şəxslər də bu gündən buraxılmayacaq”

1000 ailənin qida ehtiyacını o, qarşılayacaq - SİYAHI

Hindistanda koronavirusa yoluxanların sayı 979-a çatdı

Yeni Zelandiyada koronavirusdan ilk ölüm qeydə alındı

Amerikada ailə həkimi 500 koronavirus xəstəsini sağaltdı - FOTO

"Azərbaycan höküməti bazar iştirakçılarını dəstəkləməklə mümkün itkiləri minimallaşdırmaq xətti seçib"

"Hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir"

Koronavirusdan sağalan azərbaycanlı iş adamı: "Həyatımda bundan da pis qriplərə tutulmuşam"

Azərbaycanda teleaparıcı koronavirusa yoluxdu - FOTO

DİM şagirdlərə müraciət etdi

Manatın məzənnəsi açıqlandı

Azərbaycanda restoran, kafe və çayxanalar bağlandı

"Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir"

95 faizi yaşlılar imiş... - İtaliyada koronavirusdan ölənlərin statistikası

Jiru: "Çelsi" istəyimi reallaşdırmadı"

Şevçenko Londonda karantinə alındı

Bu gündən bütün ticarət obyektləri bağlandı - Ərzaq mağazaları və apteklər istisna olmaqla

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

Bakıda avtobus gözləmə yerlərində oturacaqlardan istifadəyə qadağa qoyuldu - FOTO

Bu gündən parklarda gəzmək qadağan edildi

Kanada Baş Nazirinin xanımı koronavirusdan sağaldı

Qeydiyyat saat 12-dən aktivləşəcək...

Hindistanda qatarlardan palatalar kimi istifadə ediləcək

Koronavirusdan ölənlərin sayı 30 mini keçib

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9583-ə çatıb

Azay Quliyev: ""Biz birlikdə güclüyük!" şüarı hamı üçün əsas şüar olmalıdır"

Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

Qazaxıstanda koronavirusa yoluxanların sayı 229 nəfərə çatıb

Tramp Nyu-Yorkda karantinin tətbiqi ilə bağlı qərarını açıqladı

"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb

Ukraynada koronavirusa yoluxanların sayı artıb

Qattuzodan xeyirxah addım

Çində koronavirusa yoluxanların sayı artıb

Daha bir yarış təxirə salınıb

Tramp Nyu-Yorkda karantinin tətbiq edilməsini nəzərdən keçirir

Məşhur idmançı koronavirusla əlaqədar ölkəsinə maddi yardım edib

ABŞ-da koronavirusa yoluxanların sayı 121 mini ötüb

Rüştü koronavirusa yoluxub

"Ən sevdiyim oyunçu Zidan bu nömrə ilə çıxış edirdi"

Fransada koronavirusdan ölənlərin sayı 2,3 mini ötüb

Millinin baş məşqçisi koronavirusa görə istefaya göndərildi

Türkiyə HHQ İraqın şimalında 8 terrorçunu zərərsizləşdirib

Azərbaycan xarici ölkələrə fındıq ixracını artıracaq

"Milan"dan imtina etdi

Qazaxıstanda fövqəladə vəziyyət rejimini pozanlar cəzalandırılıblar

"Mən gözlərimə inana bilmirəm, küçəyə bir dəfə çıxa bilirik"

İmmobile yeni müqavilə bağlaya bilər

Bu ölkədə koronavirusa yoluxanların sayı 645 nəfərə çatıb

"Milan"ın əfsanəsi koronavirusa görə karyerasına son qoyur

Belçikada koronavirusa yoluxanların sayı 9134 nəfərə çatıb

Yaponiyada 2020-ci maliyyə ili üçün ölkə tarixinin ən böyük büdcəsi qəbul edilib

İsveçrədə koronavirusa daha 1052 nəfər yoluxub

Nadir Qafarzadə: "Bilirdin də, kimə ərə gəlirsən"

ÜST: Dünyada koroanvirusa yoluxanların sayı 570 mini ötüb

Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir

Nəvəsi ilə oynamağa gələn uşağı zorladı - FOTO

Xaricdən gətiriləcək 20 minə yaxın rusiyalı koronavirus infeksiyasının daşıyıcısı ola bilər

Günün qoroskopu: xırda xoşagəlməz hadisələrin baş verməsi mümkündür

Nyu-Yorkda koronavirusdan hər 17 dəqiqədə 1 nəfər ölür

İtaliyada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb

İtaliyada koroanvirusdan ölənlərin sayı 10 min nəfəri ötüb

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı min nəfəri ötüb

Prezident İlham Əliyev həkimləri alqışladı - VİDEO

Ramin Bayramlı: Sabahdan “Yeni Klinika”da koronavirusa yoluxan ağır xəstələr müalicə alacaqlar

Alov Qüllələrində "Biz birlikdə güclüyük!", "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" sloqanları əks olunub - VİDEO

Almatı və Nur-Sultan şəhərlərində banklar karantinə bağlanacaq

Türkiyənin daha iki vilayətinin yaşayış məntəqələrində karantin rejimi elan olunub

COVID-19 pandemiyası fonunda Yaxın Şərq və Körfəz ölkələrində yeni geosiyasi münasibətlər formalaşır

Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir - FOTO

Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb - FOTO

Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb

Azərbaycan Prezidenti: Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq

Prezident İlham Əliyev: Bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar, qəbul edilmiş qaydaları pozmağa çalışırlar

UNEC rektoru: Distant ali təhsil: 3 addım

Azərbaycan Prezidenti: Elə adam var ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik

Prezident İlham Əliyev: Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz

Azərbaycan Prezidenti: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq

Dövlət Komitəsi “Ailələrə zəng” aksiyasını davam etdirir - FOTO

Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb - VİDEO

Prezident İlham Əliyev: Hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq

Prezident İlham Əliyev: Əgər biz bu sahəyə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi

Azərbaycan Prezidenti: Koronavirus xəstələri hazırda ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir

Xüsusi karantin rejimini pozaraq Bakıya gələn şəxslər həbs edildi - FOTO

Oynadıqları ölkələrdə qalan Azərbaycan voleybolçuları - ADLAR

Azərbaycanda 2 legioner qaldı – hamısı qayıdıb

Rauf Əliyev: "İçimizdə qorxu var" - MÜSAHİBƏ

Rusiya koronavirusa görə dövlət sərhədlərini bağlayacaq

Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər - FOTO

Karantin rejimində sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir

Sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir

Şou əhli yeni FOTOlarını yaydılar

Kapitandan 500 min avroluq yardım

Moskvada 69 yaşlı qadın koronavirusdan öldü

33 yaşında epidemiya qurbanı olan Sverdlov - Leninin "sağ əli" tarixdə çarı və ailəsini güllələtdirən adam kimi qalıb - FOTO

Türkiyəli müğənni koronavirusa yoluxdu

""Azərişıq" ASC sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır"

İsraildə BÖYÜK TƏŞVİŞ - Minlərlə yarasa...

Çindən ilginc qərar: dəmiryollarını Avropa üçün açdı - Uhandan ilk qatar Almaniyaya yola düşdü

Həbib Ferqyusonla döyüşə belə hazırlaşır - FOTO

Türkiyə Müdafiə Nazirliyi: İraqda 8 terrorçu məhv edilib

Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib

6 manata görə adam öldürən şəxsin məhkəməsi başlayıb

Xaçmazda xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu

Uşaqları koronavirusdan qorumaq üçün nələr edilməlidirlər?

Türkiyənin İranla sərhəd bölgəsi karantinə alınıb

Polis postlarından yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq - YENİ QAYDA

Erməni professor Rusiyada koronavirusdan öldü

Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı

Koronavirus Benyamin Netanyahunu hakimiyyətdə saxladı

Koronavirisun daha bir ağır fəsadı - Çin həkimləri açıqladı

Misirdə koronavirusdan ölənlərin sayı 30 nəfərə çatıb

Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar

Rusiya koronovirusa qarşı dərman hazırladı

Ukraynada koronavirusdan 8 nəfər ölüb

Almaniya kuboku təxirə salındı

Bakıda 54 yaşlı kişi bıçaqlandı

"Azəriqaz": Daha az işçi ilə maksimum iş imkanları səfərbər olunur

İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb

"Arsenal" Vengerə heykəl qoyacaq

Azərbaycan millisinin ölkə xaricində qalan voleybolçuları bəlli olub

Pandemiya nə qədər davam edəcək? - Harvard İnstitutu

Ölümün ağuşuna aldığı İtaliyada vəziyyət - Romada yaşayan rusiyalı qız yazdı - FOTO

Renka eyvanda rəqs edib "evdə qal" dedi - VİDEO

“Kommunal xərclərin ödənilməsinə güzəştlər tətbiq edilməlidir” - VİDEO

Daha bir qrup sənət adamı koronavirusla bağlı vətəndaşlara müraciət ediblər - VİDEO

İtaliya A seriyasında çempion olmayacaq

Azərbaycan klublarının legionerləri vətəninə yollanıb, ikisi Bakıda qalıb

Bakıda mağazadan 5 min manatlıq oğurluq olub

Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

Rusiyada daha bir nəfər koronavirusdan öldü

"Qalatasaray"ın daha bir vitse-prezidenti koronavirusa yoluxmasından şübhələnir

Penitensiar Xidmətdən dustaqların kəskin qızdırma, baş ağrısı və ürəkbulanmadan əziyyət çəkməsi xəbərinə reaksiya

Ronaldu maaşının azaldılmasna razılıq verdi

Fatih Terim sağalmağa başlayıb - Qızı atasının səhhətindən yazdı

Koronavirusa yoluxan məşhur futbolçu palatada məşq etdi - VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər - FOTO

Sensasion xəbər: Çin koronavirusaya qarşı vaksini insanlar üzərində tətbiq etdi!

Dibala və sevgilisi koronavirusa yoluxmaqlarından danışdı - FOTO

İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb

Sosial şəbəkədə bu ədviyyatın koronavirusa faydalı olduğu yazıldı, satışı sürətlə artdı

Ölkədə olma müddəti bitənlər haqda AÇIQLAMA

Ölkədə olma müddəti bitənlər haqda RƏSMİ AÇIQLAMA

Diskvalifikasiyası başa çatan idmançılar Tokio-2020-yə qatıla biləcək

Ermənistanda koronavirusa yoluxanların sayı 372-yə çatıb

Xaçmaz polisi karantin rejimi ilə bağlı gücləndirilmiş iş rejimində çalışır - FOTO

Dustaqlar təcridxanaya narkotik keçirmək istədilər - FOTO

İsmayıllı sakinindən odlu silah götürüldü

Bakıda hoteldən 2000 manatlıq samovarlar oğurlandı

Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm...” - VİDEO

Neftin qiyməti dəyişib

Türkiyədə 15 polis koronavirusa yoluxdu

Təşkilat Komitəsinin sədri Tokio-2020 üçün mümkün tarixi açıqladı

“Mən 2019-cu ildə söhbəti bilirdim” - Çingiz koronavirusdan yazdı

Psixoloq: "Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı"

Federasiya prezidenti koronavirusa qalib gəldi

Qüdrət Həsənquliyev: "Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı hazırda onun həbsini siyasiləşdirənlərdir"

Karantin qaydalarına nəzarət edən polislərdən diqqətçəkən addım - FOTO

Azərbaycan millisinin voleybolçuları karantinə alındılar

Atadan əlil oğluna qarşı dəhşətli əməl: baltayla...

Polşadan Azərbaycana çarter reysi ilə bağlı RƏSMİ AÇIQLAMA

Gizli koronavirus hesabatı üzə çıxdı: 1 milyon insan öləcək

İranda ötən sutka koronavirus daşıyıcılarının sayı 3 mindən çox artıb

İrşad Electronics müştərilərinin kredit ödəmələrinə fasilə verdi

“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib - FOTO

Ağdamda 21 yaşlı gənc həmyerlisini bıçaqladı

“Nyukasl”ın əfsanəsi koronavirusa görə həbs edildi