AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Vüqar Rəhimzadə: "Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi"

  13

"Azərbaycan və dünya ictimaiyyəti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı, necə deyərlər, daşdan keçən tutarlı faktlarla çıxılmaz vəziyyətə və aciz duruma salınmasının şahidi oldu".

Bu sözləri Demokratikmusavat.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

"İki sahil" qəzetinin baş redaktoru bildirib ki, Prezident İlham Əliyev Nikol Paşinyana tarix dərsi keçdi: "Müzakirələrdən aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin kimə mənsubluğu ilə bağlı tarixi həqiqətləri əks etdirən faktlar Ermənistanın işğalçı olduğunu açıq-aşkar bir daha təstiq etdi. Bu mənada Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi, təkzibolunmayan faktlara əsaslanan tarixi həqiqətlər qarşısında Paşinyanın əsl erməni xislətinə xas olan eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu və digər sayıqlamaları beynəlxalq auditoriyanı və dünya ictimaiyyətini çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan həqiqətən də Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsdiq edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı. Açıq-aydın göründü ki, Nikol Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər, təqdim etdiyi tutarlı faktlar və dəlillər qarşısında aciz durumda qaldı".

"Prezident İlham Əliyevin Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması və münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi beynəlxalq norma və prinsiplərə əsaslanan hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument gətirə bilmədi" deyən Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev XlX əsrin əvvəlindən başlayaraq 200 il ərzində imzalanmış çoxsaylı saziş və müqavilələri xronoloji ardıcıllıqla sadaladığı halda, Paşinyan bir dənə də olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoya bilmədi. Bununla da Prezident İlham Əliyev Dağlıq Qarabağın həm hüquqi, həm də coğrafi baxımdan Azərbaycana məxsus olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Vüqar Rəhimzadə əlavə edib ki, siyasi cəhətdən savadsız və korafəhm fiqur olduğunu dəfələrlə nümayiş etdirmiş Paşinyan bu debatın gedişində də özü-özünü ifşa və təkzib etdi: "Bir tərəfdən Dağlıq Qarabağın münaqişə tərəfi olduğunu, özünün silahlı qüvvələrə malik olduğunu deyən Ermənistanın baş naziri, digər tərəfdən də öz oğlu da daxil olmaqla Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçdiyini etiraf etməli oldu. Bununla da Paşinyan bu fikri ilə əyani şəkildə təsdiq etdi ki, "Dağlıq Qarabağ ordusu" deyilən mif heç bir real fakta əsaslanmır və Azərbaycan ərazilərini işğal edən də, bu gün ərazilərimizi işğal altında saxlayan da Ermənistan silahlı qüvvələridır. Düşmən ölkənin rəhbəri dolayı yolla etiraf etməli oldu ki, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın silahlı qüvvələri var, Ermənistan vətəndaşları hərbi xidmətlərini burada keçirlər, "Dağlıq Qarabağ respublikası" adlanan qondarma qurum Ermənistan büdcəsindən maliyyələşdirilir".

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Prezidenti Ermənistan rəhbərinə növbəti dəfə tarix və hüquq dərsi keçdi: "Dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi, eyni zamanda, digər beynəlxalq təşkilatların bəyanatları, qəbul etdikləri sənədlər bunu deməyə əsas verir. Azərbaycan Prezidenti Ermənistan rəhbərliyi ilə hər müzakirədə əsaslı tarixi faktlarla çıxış edərək, haqlı, ədalətli mövqe ortaya qoyur, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu real faktlara və dəlillərə əsaslanmaqla beynəlxalq ictimaiyyətə sübut edir. Paşinyan isə əksinə, tarixi faklar və həqiqətlər qarşısında rəzil vəziyyətə düşür, əzilir-büzülür, susur, bəzən də ağ yalanlarla sudan quru çıxmağa çalışır. Lakin onun yalana və böhtana əsaslanan bütün cəhdləri uğursuz alınır. Çünki erməni baş nazirin fikirləri heç vaxt heç bir fakta söykənmir."

"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, Ermənistan tərəfinin nə üçün çox vaxt danışıqlar prosesindən imtina etməsi və bunun üçün müxtəlif bəhanələr gətirməsi Münxen müzakirələri zamanı bir daha özünü göstərdi: "Möhtərəm Prezidentimizin hər sözü, cümləsi Paşinyana endirilən ağır zərbələr idi. Dövlət başçımız Ermənistanın ölkəmizə qarşı törətdiyi soyqırımları, Xocalı faciəsini, digər işğalçılıq və vandalizm faktlarını bir-bir tərs şillə kimi Paşinyanın üzünə vurdu. Erməni baş nazir isə yalnız Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun fikirlərini təhrif edilmiş formada dilə gətirərək vəziyyətdən çıxmağa çalışdı.

Müzakirələr zamanı ən çox yadda qalan məqamlardan biri də Paşinyanın böyük çaşqınlıq içində "Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın ... yox üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi" kimi gah nala, gah da mıxa vuran, bununla da özü də bilmədən həqiqətin aşkara çıxarılmasıına kömək edən etirafı "Yalançının yaddaşı olmaz" məşhur Azərbaycan atalar məsəlinin nə qədər doğru olduğunu beynəlxalq aləmə bəyan etdi. Bu fakt bir daha belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, Ermənistanın baş naziri sanki Münxenə müzakirə aparmağa yox, beynəlxalq ictimaiyyət qarşısında biabır olmağa gəlmişdi və bunu zatən bacardı da".

"İki sahil" qəzetinin baş redaktoru söyləyib ki, fevralın 15-də Münxen Konfransında keçirilmiş müzakirələr zamanı Prezident İlham Əliyev əsl peşəkar, müdrik siyasəti ilə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı. Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi: "Beləliklə, Prezident İlham Əliyev təkzibolunmaz faktlar və dəlillərlə, dəmir məntiqlə Paşinyanın bütün əsassız və çürük iddialarını darmadağın etdi, onu çıxılmaz vəziyyətə və aciz duruma saldı, bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi, ona indiyədək rastlaşmadığı tarix və hüquq dərsi keçdi. Beləliklə, Nikol Paşinyan növbəti dəfə tarixi həqiqətlər və beynəlxalq hüququn tələbləri qarşısında seytnot vəziyyətinə düşdü".

Demokratikmusavat.com

Xəbər Lenti

Tibbi ləvazimat çatışmazlığından zibil torbası geyinən həkimlər koronavirusa YOLUXDU - FOTO

Karantindən çıxan Uhanda minlərlə insan ailə həyatı qurmaq istəyir

Günün qoroskopu: gün ailə üzvləri və yaxın dostlarla ünsiyyət üçün münasibdir

Fransada koronavirusdan ölənlərin sayı 12 mini ötüb

Türkiyədə koronavirusdan ölənlərin sayı kəskin artdı

OPEC + ölkələri neft hasilatını sutkada 10 milyon barel azaltmağa dair razılığa gəliblər

Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır - Zaxarova

Britaniyanın Baş Naziri reanimasiyadan çıxıb

Elektron imza istifadəçilərinə yeniləməni yükləmək tövsiyə olunur

Bu gün Azərbaycanda 3656 nəfər koronavirusla bağlı test olunub

10 min işsizə birdəfəlik ödəmə köçürülüb

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb

Heydər Əliyev Mərkəzindən Rusiyaya həmrəylik mesajı - VİDEO

Qoruqların gəlirləri 15 dəfə artıb

Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə ünvanlı yardım çatdırıblar - FOTO

Məzahir Əfəndiyev: Postpandemiya dövründə əhalinin həssas qruplarının dəyişikliklərə hazırlılığına xüsusi diqqət yetirilməlidir

Ötən il 102 ixtiraya patent verilib

Koronavirusa görə zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb

Avtomobildən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar

Gəncədə əxlaqsızlıq yuvası təşkil edən Vidadinin işi MƏHKƏMƏDƏ

BMT dünya ölkələrinə çağırış etdi: ÜST-ü dəstəkləyin!

ATƏT PA-nın Bürosu Dağlıq Qarabağda keçirilən “seçkiləri” qeyri-qanuni və təhlükəli adlandırdı

FIDE Avropa və dünya çempionatlarının vaxtını dəyişir

“OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başlayıb

Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərin köçürülməsi mexanizmləri necədir? - ŞƏRH

Əşrəf Hakimi Premyer Liqa klublarının hədəfində

Cənubi Koreya qısamüddətli viza rejimini ləğv etdi

Moskvada biznes-mərkəzin binasında partlayış olub, 1 nəfər yaralanıb

Pərvin də soyunaraq "pillow challenge"ə qoşuldu FOTO

Nömrəsinə 40 saata 2,2 milyon mesaj gəldi

Türkiyə millisinin futbolçusu karantinə alındı

"Kənan heç dram da çəkə bilmir" - İlkin

Türkiyədən həyəcanlandıran xəbər: peyvənd bu tarixdə hazır olacaq - GÜNLƏR QALDI - FOTO

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək

İranda sel 26 nəfərin həyatına son qoydu

Azərbaycan millisinin hücumçusu karantindən evə buraxılıb

Könül Kərimova 8 aylıq nəvəsinə ev alıb

İngiltərədən şok hesabat: 4 milyard insan...

Boris Consonun vəziyyəti yaxşılaşır

“Səsim batsa sürücülük edərəm” - Afət Fərmanqızı - VİDEO - FOTO

Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edib - FOTO

İtaliyada koronavirusdan ölən həkimlərin sayı 100-ə çatıb

"Ərə getməyə hazırlaşırdım ki, dünya dağılmağa başladı"

Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb

Polşada prezident seçkiləri elektron poçt vasitəsilə keçirilə bilər

Məşhur həkim koronavirusdan ölən insanın ağciyərinin görüntüsünü paylaşıb - FOTO

"Hamiləyəm, uşağıma nəsə olmasını istəmirəm, çox narahatam"

Daha bir məşhur koronavirusdan ÖLDÜ

Bakıda bir evdən 4500 manat oğurlanıb

La Liqanın adalarda keçirilməsi təklif olundu

Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb

"Koronavirus mədəniyyət gətirdi, pintilər təmizlənir" - Əməkdar artist

Azərbaycanlı aparıcı yarıçılpaq görüntüsünü yaydı, TƏNQİD EDİLDİ

Ronaldinyonun lüks ev dustaqlığı - FOTO

Qazaxıstanda güclü külək 2 nəfərin həyatına son qoydu

ATƏT PA: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” qeyri-legitim idi

FİFA-nın yeni reytinqi açıqlandı - Millimiz neçəncidir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrıldı - SƏRƏNCAM

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib

Futbolçuların qiyməti düşdü

Avropa çempionatına ev sahibliyi edən şəhərlər azala bilər

İtalyan alimlər: “Böyük ölüm” yaxınlaşır

İnanılmazı bacardılar: koronavirus xəstələrinin yarısını bu dərmanla sağaltdılar

Xalq artisti: "Bu finti-firuş qızları ora kim çıxarır?"

Əfqanıstanda NATO aviabazasına raket zərbələri endirildi

Koreyadan ŞAD XƏBƏR: 48 gün sonra...

Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır - VİDEO

Baş Nazir: "Ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin vacib şərtlərindəndir"

Sahil Babayev: "Sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur" - VİDEO

Baş Nazir Milli Məclisdə hesabat verib - YENİLƏNİB

"Bir gün "Real"a qayıdacağam" - Kasilyas

Koronavirus dünyanı və bizi dəyişəcək. Amma necə?

Xalq artisti arxiv FOTOsunu paylaşdı - Artıq neçə ildir ki, ürəkdən gülə bilmirəm

Premyer Liqanın 10 ən yaxşı transferi

"Koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır"

"Ermənistanın Təl-Əvivdə səfirlik açması regionun təhlükəsizliyinə mənfi təsir göstərəcək" - RƏYLƏR

Türkiyəli elm adamları koronavirusun “barmaq izini” çıxardılar

Koronavirusdan qorunmaq üçün alış-verişdən sonra bunları edin!

İranda epidemiyadan daha 117 nəfər öldü

Zabit Səmədov: “Sərhədlər bağlandığı üçün Belarusda qalmışam”

Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır

Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər

Kosta və sevgilisi maşınla ərzaq payladı FOTO

Səməd Seyidov: "2019-cu il Azərbaycanın xarici siyasətində bir çox uğurlarla yadda qaldı"

Daha bir tibb işçisi koronavirusdan öldü - FOTO

Parkda məşq keçən Mourinyo səhvini etiraf etdi

"Yaxşı ki siqareti tərgitmişəm" - Rüştü Reçber

“Yıxılmağım bədbəxtləri sevindirib, yazığım gəldi"

Koronavirus pandemiyasının dünya iqtisadiyyatına vuracağı zərərin məbləği açıqlandı

"Acam, zibil eşirəm" deyən qadına "Gəbər" yazan vəzifəli şəxs işdən qovuldu - VİDEO - FOTO

Baş bankirdən bank kreditləri ilə bağlı VACİB AÇIQLAMA

Aybəniz Haşımova arxiv FOTOlarını paylaşdı

"Messi olmaq çox çətindir" - Krespo

Karantində faydalı alış-veriş Maxi.az da. Bir klik məsafəsindəyik.

"Barselona" "Çelsi"nin futbolçusundan imtina etdi

Almaz Ələsgərlinin yeni doğulan nəvəsi - FOTO

Rusiyada koronavirusa yoluxanların sayı 10 min nəfəri keçdi

66 yaşlı əkiz bacılar koronavirusdan öldülər - FOTO

MMA döyüşçüsü güllələndi

Kavani PSJ-ni Uruqvay klubuna dəyişir

Ermənistanda koronavirusa yoluxanların sayı 900-ü keçdi

Serbiya prezidentinin oğlu koronavirusa yoluxub

Baş nazir Milli Məclisdə hesabat verir

Məşhur professordan koronavirusla bağlı maraqlı müsahibə: "Bu dəhşətlər hamısı saxtadır, əslində..." - FOTO

Koronavirusa qarşı Azərbaycanda aparılan mübarizə tədbirlərinə dair Malayziyada geniş yazı dərc edilib

Saxta jurnalist kimi tutulan şəxs dünya çempionu imiş

Azərbaycanlı aparıcı yıxılan Xalq artisinə gülənləri TƏNQİD ETDİ - VİDEO

Çempionatın ləğvi səsverməyə çıxarılacaq

Ölüm faktları şişirdilir, yoxsa... - Koronavirus mifi haqda gerçəklər - FOTO

Koronavirusa yoluxan Mirvari Fətəliyeva Dadaşlinskinin qonağı olub - VİDEO

"Toyota Motor" Şimali Amerikada zavodlarının işini dayandıracaq

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib - STATİSTİKA

"10 il öncə telefonumun üz qabığında idin" - Murad həyat yoldaşının arxiv FOTOsunu yaydı

"Real" maaşları aşağı endirdi

Tünzalə Ağayeva canlı yayımda yıxıldı - VİDEO

İsraildə koronavirusdan effektiv müalicə üsulu tətbiq edilir

Koronavirus səbəbindən Tel-Əviv parklarına çaqqallar doluşdu

Məşhur amerikalı müğənni Qloria Qaynor Trend BİA-nın #EvdəQal videolayihəsini dəstəklədi - FOTO - VİDEO

“Baсılarımın ailəmizə uyğun olmayan həyat yoldaşları...” - Brilliant Dadaşova

Yaponiyanın daha bir prefekturunda fövqəladə vəziyyət tətbiq edildi

“Atletiko”nun sabiq futbolçusu koronovirusdan ölüb

Səudiyyə Ərəbistanının Fondu dörd neft-qaz şirkətinin 1 milyard dollarlıq səhmlərini alıb

Misir parlamenti pandemiya ilə əlaqədar hökumətə müraciət edib

ABŞ-da sutka ərzində koronavirusdan rekord sayda ölüm faktı qeydə alınıb

Britaniyada karantinin uzadılması planlaşdırılır

“MotoGP” üzrə İtaliya və Kataloniya Qran-Priləri təxirə salınıb

Meksikada son sutkada 33 nəfər koronavirusdan ölüb

İngiltərə Premyer Liqasının futbolçuları koronavirusla mübarizəyə yardım Fondu yaradıblar

Fransada pandemiyanın növbəti dalğası gözlənilir

İsrail həkimləri COVID-19-un effektiv müalicə üsulunu hazırlayıblar

ABŞ-da sutka ərzində koronavirusdan rekord sayda insan öldü

Ukraynada karantin dövründə evlənən cütlüklərin sayı artıb

Moskvada qocalar evində baş vermiş yanğın zamanı ölənlərin sayı artıb - YENİLƏNİB

Ərdoğanla Cinpin arasında telefon danışığı keçirilib

İbrahim Məmmədov: Ölkəmizdə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb

BMT-nin COVID-19 virusuna yoluxan əməkdaşlarının sayı 175-ə çatıb

Avropa İttifaqı koronavirus ilə mübarizə üçün 20 milyard avro ayıracaq

TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur

Braziliyada koronavirusa yoluxma hallarının sayı ilk dəfə sutka ərzində 2 mini ötüb

Airbus təyyarələrin istehsalını azaldır

Pompeo: İrana və Venesuelaya humanitar yardım ABŞ-ın sanksiyalarına məruz qalmayacaq

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı artıb

Ağdamda tikili yanıb

Fransada koronavirusdan ölənlərin sayı 10,8 mini ötüb