AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Mənim motivasiyam məqsədlərimdir" - Uğur hekayəsi - FOTO

  15

Ülviyyə Cəfərzadə: "Bu günü dəyərləndirməliyik ki, sabah peşman olmayaq"

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Xəyal qurmağı sevir. Çünki xəyalların, arzuların bir gün mütləq reallaşacağına inanır. Hər bir qaranlıqda işıq axtarır və tapacağına da əmindir. Özünü hansı həyatın içində görürsə də, reallaşdırmağa çalışır: "Həyatlarını sıfırdan quran insanların eniş-çöküşləri çox olur. Məhz həmin o çöküşlər stabil gedən həyatı kökündən dəyişir. Bir gün özünüzə kənardan baxmaq şansınız olsa idi, özünüzü hansı həyatın içində görmək istəyərdinizsə, reallaşdırmağa çalışın. Qaranlığın içində belə, rəngli işıq var. Onu tapmaq baxacağın küncə bağlıdır".

Müsahibimiz Amerikada IBM şirkətində Cloud Computing üzrə developer Ülviyyə Cəfərzadədir.

Qafqaz Universitetinin Ərəb dili və Ədəbiyyatı fakültəsində təhsil alıb. Bakalavr təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasında MBA üzrə təhsilini davam etdirib. Azərbaycanda özəl şirkətlərdə yüksək maaşla işləsə də, karyerasını dondurub və xəyalının ardınca Amerikaya yollanıb. Özünün də dediyi kimi sıfırdan başlayıb. Amerikada hazırda çalışdığı sahə üzrə təhsil aldıqdan sonra planlarını addım-addım həyata keçirib. Gənc həmyerlimiz texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış ilk transmilli kompüter şirkətlərindən biri, kompüter texnologiyaları sahəsində satış həcminə görə dünya lideri olan İBM şirkətində developer kimi çalışır.

- Stabil həyatınızı kökündən dəyişdiniz. Bakalavr, magistr təhsili və yaxşı iş... Nə üçün xaricə üz tutdunuz?

- Azərbaycanda çox yaxşı iş imkanlarım oldu. Sadəcə, mən tələbəlik illərindən Amerikaya getmək, orada yaşamaq barədə düşünürdüm. Amma buna risk etmirdim. 27 yaşımda gələcəyimi dəyişməyə qərar verdim və yola çıxdım. Arzularımı reallaşdırmaq üçün özümə şans verdim. Uşaq olanda hər kəsin xəyalları olur və öz xəyallarının arxasınca getmək istəyir. Amma mən artıq xəyal qurmur, qarşıma məqsədlər qoyurdum. Hədəflərimə getmək yolunda tək əngəlim risk idi. Peşman olsam belə, qorxmurdum. Çünki peşmanlıq da mənim üçün bir dərs olacaqdı. Anladım ki, yeni hədəflərə çatmaq üçün heç bir vaxt hansısa əngəllərə ilişib qalmaq lazım deyil. Həyatda nə çətinlik yaşayırıqsa, mütləq və mütləq onun həll yolları var. Sadəcə, ümidinizi itirməyin və inanın.

- Əcnəbi ölkədə sıfırdan başlamaq asan deyil. Yəqin ki, planlarınız hər zaman istədiyiniz kimi getməyib. Peşmanlığı belə, özünə dərs götürən bir xanım çətinliklərdən necə çıxır?

- Hər bir insanın həyatında bəzən hansısa nüanslar istədiyi kimi getməyə bilər. Ona görə də, insan güclü xarakterə sahib olmalı, vəziyyətdən asılı olmadan özünü motivasiya etməlidir. Bunun üçün insanın özünü yaxşı tanıması vacibdir. Yəni zəif və güclü tərəflərini bilməli, hədəflərinə gedən yolda demotivasiya olub gecikdirməməlidir. Əksinə, çətinliklərin üstünə gedərək, "qalib gələcəyəm" deyib özünü daha da ruhlandırmalıdır. Amerikada demotivə olmaq vaxt itkisidir. Mənim heç vaxt zaman itirmək fikrim olmayıb, əksinə, başqa alternativ tapıb yoluma davam etmişəm. Mənim motivasiyam məqsədlərimdir. Hər birimizin bu dünyada vaxt limitimiz var. Nə qədər aktiv həyat tərzi sürə bilməyə imkanımız varsa, ondan səmərəli istifadə etməliyik. Vaxt itirmədən məqsədlərimizə çatmalıyıq.

- İnsanların çoxu vaxt çatışmazlığından şikayət edir. Sizdə şikayətçisinizmi?

- Tez keçməsindən şikayətçiyəm. Zaman ən çox bizim əleyhimizə işləyən və hər zaman arxasınca qaçdığımız məfhumdur. Bir anlıq geri qayıda bilsək, nələri dəyişərdik deyə düşünürəm. Məsələn, hər kəs səhər durur işə gedir, çalışır və gəlir. Sürətlə gedən həyatda bəzən çox şeyi unuduruq. Mən indi zamanımın dəyərini bilirəm. Ətrafıma və özümə faydalı olmağa çalışıram. Özüm üçün yedim, yatdım, üstümü örtdüm deməklə, həyatın gözəlliyini dərk etmirik. İllərin tez keçməsi hər zaman kefimi pozur. Amma keçmişdə edə bilmədiklərimizi etmək üçün bu günümüz var. Bu günü dəyərləndirməliyik ki, sabah peşman olmayaq.

- Bəzi qadınlar düşünür ki, onların karyera yolu kişilərə nisbətən daha keşməkeşlidir. Sizcə, qadın karyera yolunda hansı çətinliklərlə üzləşə bilər?

- Mən heç vaxt düşünməmişəm ki, qadınsansa kişidən daha çətin bir yol keçib karyera qurursan. Hər bir insana görə karyera anlayışı dəyişir. Bu, qadın, ya kişi olmağına görə deyil, gözləntilərinə, hədəflərinə görə fərqlənir. Həyatda asan əldə edilən heç bir uğur, nəticə yoxdur. İstər kişi olsun, istərsə də qadın, heç biri uğuru asan əldə etmir. Sadəcə, insan nə istədiyini bilməli, getdiyi yolda yaxşı analiz etmək xüsusiyyətinə malik olmalı, fürsəti imkanlara çevirməyi bacarmalıdır. Bunları edə bilən kişi də, qadın da uğur qazanır. Ən əsası isə heç vaxt nə olursa olsun, əmin olduğun, inandığın yolda dönməməlisən. Qadın insanların, ətrafın onun fikirlərinə təsir etməsinə imkan verəndə, hədəfinə çatmaya bilər. İmkan vermirsinizsə, özünüzə sərhədlər qoymursunuzsa, qadın da çətinliklərlə üzləşməz.

- Təhsil, dil bilikləri... Bunlarla yanaşı, uğurlu karyera qurmaq istəyən insanda "bu xüsusiyyət mütləq olmalıdır" dediyiniz nüans varmı?

- Bu nüanslar bəzi hallarda vacib ola bilər. Bəzən isə heç bir halda önəm daşımır. Amma çox çalışqanlıq, hədəfə meyillilik, güclü ünsiyyət qurmaq bacarığı, dünyagörüşü məncə, ən vacib amillərdəndir. Ümumiyyətlə, azərbaycanlılar ən çox dil bilən insanlar kimi təqdim olunurlar. Biz daim əlavə dil öyrənmək arzusundayıq. Hətta ingilislərin özlərindən belə daha qrammatik danışmağa çalışırıq. Düzdür, bəzi işlər üçün dil biliyi vacibdir. Amma bütün işlər belə deyil. Məsələn, mühasib yerli sistemlə işləyir ona ingilis dili mütləq olmamalıdır. Ətrafımda bilikli , yaradıcı, kommunikasiyası güclü olan çox insanlar var, amma dil biliyi yoxdur. Qarşı tərəf məhz dil baryerinə görə, potensiallı işçiləri itirir. Çünki sən dili öyrənə bilərsən. Amma yaradıcılıq səni toxumunda olur. Sən yaradıcı insanı dil baryeri ilə itirirsən. Yaradıcı və işini sevən adam dili 1 ilə öyrənə bilər. İşçiyə sərmayə qoymaqla bunu əldə etmək olar. Lakin şans tanınılmır. İngilis dilini bilib yaradıcı olmayan insanlar daha öncül sayılır. Ona görə də düşünürəm ki, biz bir çox güclü kadrları dil baryeri ilə kölgədə qoymuşuq.
 
- Sizcə, gənclərin fəal olmasında, karyera qurmasında ailənin önəmi nə qədərdir? Məsələn, ata və ananızın hansı sözünü "qulağınızda sırğa" etmisiniz?

- Valideyn dəstəyi və anlayışı hər zaman vacibdir. Uşaq müəyyən yaşa dolduqdan sonra deyil, məhz uşaqlıqdan valideynin dəstəyini hiss etməlidir. Ailəm mənə məsləhətlər verib, amma seçimlərimə təzyiq olmayıb. Elə tərbiyə veriblər ki, uşaqlıqdan başa düşmüşəm ki, son qərar mənimdir və məsuliyyətini özüm daşıyacağam. Valideynlərim fərd olaraq, fikirlərimə hörmət edib, hər zaman bacaracağıma inanıblar. Atam və anamın "Səhv qərar versən belə, yanındayıq" sözü mənə hər zaman güc verib. Amerikada ən çox sevdiyim nüanslardan biri odur ki, valideynlər uşaqlarına həmişə özgüvənli olmağı, fikirlərini aydın formada izah etməyi öyrədir. Övladlarına imkan yaradırlar ki, özlərini tapa bilsinlər. Burada uşaqlar çox rahat istəklərini reallaşdıra bilirlər. Ailə ilə yanaşı, insanın ətrafında güvənə biləcəyi dostlarının olması karyerada çox əhəmiyyətlidir.

Ailədən sonra estafeti dostlar alır. Lakin bizdə uğursuz olan kimi ilk olaraq ailə günahlandırılır. Amma yenə də düşünürəm ki, hər günahı ailənin çiyinlərinə atmaq olmaz. Gənclərin fəallığı özlərindən asılıdır. Ailə rol oynaya bilər, amma istisnalar həmişə var. Yəni hər şey qaydaya uyğun getsə, möhtəşəm olacaq deyə, bir qanun yoxdur... Karyerada bəzən qanunları özün yazırsan.

- Ətrafına güvənə biləcəyin insanlar toplamaq da bir uğurdur...

- Hər kəs özünə öz enerjisinə uyğun ətraf cəlb edir. Mənim demək olar ki, uğurlarımda yaxın dostlarımın da payı var. Onlar getdiyim yolda həm maddi, həm mənəvi baxımdan mənə işıq olublar. Ona görə də doğru insanlara yoldaşlıq etmək lazımdır. Sizə inanan, hər zaman dəstək verən insanlarla özünüzü əhatə etməlisiniz. Dibə vurduğunuzda sizə əlinizi uzada biləcək insanlara hər zaman həyatınızda yer verməlisiniz.

- Ənənəvi sualımız. Uğur sirriniz nədir?

- Uğurun sirri mənə görə inanmaq və yaşadığın hər ana mütəşəkkil olmaqdır. İnsan inananda addımlamaq üçün ona daxili güc, enerji gəlir. Daim irəli gedirsən, gedirsən, bir də baxırsan ki, artıq istədiyin yerdəsən. Gördüyün işə inanmaq bütün çətinliklərin açarıdır. Əlbəttə ki, köməkçi vasitələr: çox çalışmaq, vaxtı düzgün idarə etmək, hər bir situasiya üçün A,B,C variantlarının olması mühümdür. Amma inanmasan, çalışmarsan...

Demokratikmusavat.com

Xəbər Lenti

Bakıda avtobus gözləmə yerlərində oturacaqlardan istifadəyə qadağa qoyuldu - FOTO

Bu gündən parklarda gəzmək qadağan edildi

Kanada Baş Nazirinin xanımı koronavirusdan sağaldı

Qeydiyyat saat 12-dən aktivləşəcək...

Hindistanda qatarlardan palatalar kimi istifadə ediləcək

Koronavirusdan ölənlərin sayı 30 mini keçib

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9583-ə çatıb

Azay Quliyev: ""Biz birlikdə güclüyük!" şüarı hamı üçün əsas şüar olmalıdır"

Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

Qazaxıstanda koronavirusa yoluxanların sayı 229 nəfərə çatıb

Tramp Nyu-Yorkda karantinin tətbiqi ilə bağlı qərarını açıqladı

"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb

Ukraynada koronavirusa yoluxanların sayı artıb

Qattuzodan xeyirxah addım

Çində koronavirusa yoluxanların sayı artıb

Daha bir yarış təxirə salınıb

Tramp Nyu-Yorkda karantinin tətbiq edilməsini nəzərdən keçirir

Məşhur idmançı koronavirusla əlaqədar ölkəsinə maddi yardım edib

ABŞ-da koronavirusa yoluxanların sayı 121 mini ötüb

Rüştü koronavirusa yoluxub

"Ən sevdiyim oyunçu Zidan bu nömrə ilə çıxış edirdi"

Fransada koronavirusdan ölənlərin sayı 2,3 mini ötüb

Millinin baş məşqçisi koronavirusa görə istefaya göndərildi

Türkiyə HHQ İraqın şimalında 8 terrorçunu zərərsizləşdirib

Azərbaycan xarici ölkələrə fındıq ixracını artıracaq

"Milan"dan imtina etdi

Qazaxıstanda fövqəladə vəziyyət rejimini pozanlar cəzalandırılıblar

"Mən gözlərimə inana bilmirəm, küçəyə bir dəfə çıxa bilirik"

İmmobile yeni müqavilə bağlaya bilər

Bu ölkədə koronavirusa yoluxanların sayı 645 nəfərə çatıb

"Milan"ın əfsanəsi koronavirusa görə karyerasına son qoyur

Belçikada koronavirusa yoluxanların sayı 9134 nəfərə çatıb

Yaponiyada 2020-ci maliyyə ili üçün ölkə tarixinin ən böyük büdcəsi qəbul edilib

İsveçrədə koronavirusa daha 1052 nəfər yoluxub

Nadir Qafarzadə: "Bilirdin də, kimə ərə gəlirsən"

ÜST: Dünyada koroanvirusa yoluxanların sayı 570 mini ötüb

Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir

Nəvəsi ilə oynamağa gələn uşağı zorladı - FOTO

Xaricdən gətiriləcək 20 minə yaxın rusiyalı koronavirus infeksiyasının daşıyıcısı ola bilər

Günün qoroskopu: xırda xoşagəlməz hadisələrin baş verməsi mümkündür

Nyu-Yorkda koronavirusdan hər 17 dəqiqədə 1 nəfər ölür

İtaliyada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb

İtaliyada koroanvirusdan ölənlərin sayı 10 min nəfəri ötüb

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı min nəfəri ötüb

Prezident İlham Əliyev həkimləri alqışladı - VİDEO

Ramin Bayramlı: Sabahdan “Yeni Klinika”da koronavirusa yoluxan ağır xəstələr müalicə alacaqlar

Alov Qüllələrində "Biz birlikdə güclüyük!", "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" sloqanları əks olunub - VİDEO

Almatı və Nur-Sultan şəhərlərində banklar karantinə bağlanacaq

Türkiyənin daha iki vilayətinin yaşayış məntəqələrində karantin rejimi elan olunub

COVID-19 pandemiyası fonunda Yaxın Şərq və Körfəz ölkələrində yeni geosiyasi münasibətlər formalaşır

Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir - FOTO

Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb - FOTO

Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb

Azərbaycan Prezidenti: Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq

Prezident İlham Əliyev: Bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar, qəbul edilmiş qaydaları pozmağa çalışırlar

UNEC rektoru: Distant ali təhsil: 3 addım

Azərbaycan Prezidenti: Elə adam var ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik

Prezident İlham Əliyev: Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz

Azərbaycan Prezidenti: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq

Dövlət Komitəsi “Ailələrə zəng” aksiyasını davam etdirir - FOTO

Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb - VİDEO

Prezident İlham Əliyev: Hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq

Prezident İlham Əliyev: Əgər biz bu sahəyə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi

Azərbaycan Prezidenti: Koronavirus xəstələri hazırda ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir

Xüsusi karantin rejimini pozaraq Bakıya gələn şəxslər həbs edildi - FOTO

Oynadıqları ölkələrdə qalan Azərbaycan voleybolçuları - ADLAR

Azərbaycanda 2 legioner qaldı – hamısı qayıdıb

Rauf Əliyev: "İçimizdə qorxu var" - MÜSAHİBƏ

Rusiya koronavirusa görə dövlət sərhədlərini bağlayacaq

Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər - FOTO

Karantin rejimində sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir

Sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir

Şou əhli yeni FOTOlarını yaydılar

Kapitandan 500 min avroluq yardım

Moskvada 69 yaşlı qadın koronavirusdan öldü

33 yaşında epidemiya qurbanı olan Sverdlov - Leninin "sağ əli" tarixdə çarı və ailəsini güllələtdirən adam kimi qalıb - FOTO

Türkiyəli müğənni koronavirusa yoluxdu

""Azərişıq" ASC sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır"

İsraildə BÖYÜK TƏŞVİŞ - Minlərlə yarasa...

Çindən ilginc qərar: dəmiryollarını Avropa üçün açdı - Uhandan ilk qatar Almaniyaya yola düşdü

Həbib Ferqyusonla döyüşə belə hazırlaşır - FOTO

Türkiyə Müdafiə Nazirliyi: İraqda 8 terrorçu məhv edilib

Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib

6 manata görə adam öldürən şəxsin məhkəməsi başlayıb

Xaçmazda xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu

Uşaqları koronavirusdan qorumaq üçün nələr edilməlidirlər?

Türkiyənin İranla sərhəd bölgəsi karantinə alınıb

Polis postlarından yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq - YENİ QAYDA

Erməni professor Rusiyada koronavirusdan öldü

Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı

Koronavirus Benyamin Netanyahunu hakimiyyətdə saxladı

Koronavirisun daha bir ağır fəsadı - Çin həkimləri açıqladı

Misirdə koronavirusdan ölənlərin sayı 30 nəfərə çatıb

Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar

Rusiya koronovirusa qarşı dərman hazırladı

Ukraynada koronavirusdan 8 nəfər ölüb

Almaniya kuboku təxirə salındı

Bakıda 54 yaşlı kişi bıçaqlandı

"Azəriqaz": Daha az işçi ilə maksimum iş imkanları səfərbər olunur

İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb

"Arsenal" Vengerə heykəl qoyacaq

Azərbaycan millisinin ölkə xaricində qalan voleybolçuları bəlli olub

Pandemiya nə qədər davam edəcək? - Harvard İnstitutu

Ölümün ağuşuna aldığı İtaliyada vəziyyət - Romada yaşayan rusiyalı qız yazdı - FOTO

Renka eyvanda rəqs edib "evdə qal" dedi - VİDEO

“Kommunal xərclərin ödənilməsinə güzəştlər tətbiq edilməlidir” - VİDEO

Daha bir qrup sənət adamı koronavirusla bağlı vətəndaşlara müraciət ediblər - VİDEO

İtaliya A seriyasında çempion olmayacaq

Azərbaycan klublarının legionerləri vətəninə yollanıb, ikisi Bakıda qalıb

Bakıda mağazadan 5 min manatlıq oğurluq olub

Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

Rusiyada daha bir nəfər koronavirusdan öldü

"Qalatasaray"ın daha bir vitse-prezidenti koronavirusa yoluxmasından şübhələnir

Penitensiar Xidmətdən dustaqların kəskin qızdırma, baş ağrısı və ürəkbulanmadan əziyyət çəkməsi xəbərinə reaksiya

Ronaldu maaşının azaldılmasna razılıq verdi

Fatih Terim sağalmağa başlayıb - Qızı atasının səhhətindən yazdı

Koronavirusa yoluxan məşhur futbolçu palatada məşq etdi - VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər - FOTO

Sensasion xəbər: Çin koronavirusaya qarşı vaksini insanlar üzərində tətbiq etdi!

Dibala və sevgilisi koronavirusa yoluxmaqlarından danışdı - FOTO

İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb

Sosial şəbəkədə bu ədviyyatın koronavirusa faydalı olduğu yazıldı, satışı sürətlə artdı

Ölkədə olma müddəti bitənlər haqda AÇIQLAMA

Ölkədə olma müddəti bitənlər haqda RƏSMİ AÇIQLAMA

Diskvalifikasiyası başa çatan idmançılar Tokio-2020-yə qatıla biləcək

Ermənistanda koronavirusa yoluxanların sayı 372-yə çatıb

Xaçmaz polisi karantin rejimi ilə bağlı gücləndirilmiş iş rejimində çalışır - FOTO

Dustaqlar təcridxanaya narkotik keçirmək istədilər - FOTO

İsmayıllı sakinindən odlu silah götürüldü

Bakıda hoteldən 2000 manatlıq samovarlar oğurlandı

Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm...” - VİDEO

Neftin qiyməti dəyişib

Türkiyədə 15 polis koronavirusa yoluxdu

Təşkilat Komitəsinin sədri Tokio-2020 üçün mümkün tarixi açıqladı

“Mən 2019-cu ildə söhbəti bilirdim” - Çingiz koronavirusdan yazdı

Psixoloq: "Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı"

Federasiya prezidenti koronavirusa qalib gəldi

Qüdrət Həsənquliyev: "Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı hazırda onun həbsini siyasiləşdirənlərdir"

Karantin qaydalarına nəzarət edən polislərdən diqqətçəkən addım - FOTO

Azərbaycan millisinin voleybolçuları karantinə alındılar

Atadan əlil oğluna qarşı dəhşətli əməl: baltayla...

Polşadan Azərbaycana çarter reysi ilə bağlı RƏSMİ AÇIQLAMA

Gizli koronavirus hesabatı üzə çıxdı: 1 milyon insan öləcək

İranda ötən sutka koronavirus daşıyıcılarının sayı 3 mindən çox artıb

İrşad Electronics müştərilərinin kredit ödəmələrinə fasilə verdi

“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib - FOTO

Ağdamda 21 yaşlı gənc həmyerlisini bıçaqladı

“Nyukasl”ın əfsanəsi koronavirusa görə həbs edildi

Rusiyada koronavirusa yoluxanların sayı 1264-yə yüksəlib

Bu ölkə də koronavirusa TƏSLİM OLDU - İlk ölüm faktı QEYDƏ ALINDI

UEFA “Ayaks”ı cəzalandırdı

Ərdoğan naziri vəzifəsindən azad edib

“Napoli” rəsmisi koronavirusdan öldü

ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar yardım ayırıb

Fədayə Laçın adam döydüyü vaxtlarının FOTOsunu paylaşdı: Pis qalmamışam, hə?

Teymur Rəcəbovla Maqnus Karlsen arasında gərginlik

UEFA milli çempionatlara daha 15 gün vaxt verir

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Türkiyədə koronavirus hüquq-mühafizə işçiləri arasında sürətlə yayılır

"Yuventus"un futbolçusu karantində sevgilisi ilə əylənir - FOTO

Bakıda qadın qaynı tərəfindən qətlə yetirildi

Britaniya kraliçası da koronaya yoluxdu

Bakı metrosunda cibgirlik edən 22 yaşlı oğlan saxlanıldı

Satıcıya bıçaq çəkib bir qutu siqaret apardılar - Bakıda

Noyer İngiltərə klubuna keçir?

Ronaldu 9,6 milyona maşın alır

“Başını divara çırpıb, 12 bıçaq vurub” - Piriyev onu məhkəməyə verən keçmiş arvadını öldürmək istəyib

İranda koronavirusla mübarizəyə 23,8 milyard dollar ayrıldı - YENİLƏNİB

Aybəniz Haşımova xəstələndi - "Hamı evdə otursun, özünü qorusun" - FOTO

Aşıq Əli Samirə ilə əlaqə qurub görüntülərini PAYLAŞDI - Biz evdəyik... - FOTO

Avropada koronavirusdan ölən ilk məktəbli - FOTO

8 ölkə BMT-yə çağırış etdi: Sanksiyaları dayandırın!

Həkimlərdən Kloppu ağladan təsirli səhnə - VİDEO

“Beşinci kolon”dan ağaları da üz döndərir - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Uhan şəhər metrosu iki aylıq fasilədən sonra fəaliyyətini bərpa edib

Dünyanın 12 ən zəngin gənc milyarderi - FOTO

Premyer Liqa aprelin 30-dan tez başlamayacaq

QORXUNC MƏNZƏRƏ: Yollarda ölənlər üçün soyuducular quraşdırıldı