AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"7-ci sinfə qədər danışmamışam" - Keçmişdəki mən - FOTO

  20

Xalq rəssamı Xanlar Əhmədov: "Məqsədim sənət arxasınca getmək yox, pul qazanmaq olsaydı, indi milyoner idim"

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

5-6 yaşında danışığında kəkələmə yaranır. Problem o qədər ağır olur ki, bundan çox utanır və artıq danışmamağa qərar verir. 7-ci sinfə qədər danışmır, məktəbdə bütün imtahanlarını yazılı formada verir. Ancaq bir gün qərar verir ki, bu problemi həll etməlidir və məşq edərək bir neçə ay içərisində buna nail olur.

Söhbət rəssam-heykəltəraş, xalq rəssamı Xanlar Əhmədovdan gedir. "Keçmişdəki mən" rubrikamızın qonağı olan X.Əhmədovla bu dəfə onun uşaqlıq, gənclik illərinə nəzər saldıq.

Qeyd edək ki, X.Əhmədov 1946-cı ildə Bakı şəhərində anadan olub.

"Uşaqlıq illərindən danışaq" dediyimdə ilk olaraq məhz danışa bilmədiyi dönəmləri xatırladı: "5-6 yaşım olardı, atamı şərləyib tutdular, 3 il iş verdilər. 3 ildən sonra onun qayıdacağını gözləyirdik. Elə oldu ki, 6-7 ayın tamamında onu buraxdılar. Evə girdiyi an o qədər sevindim ki, danışığımda kəkələmə yarandı. Belə bir hal var ki, uşaq çox sevinəndə, yaxud çox üzüləndə onda kəkələmə problemi yarana bilir. Mən də böyük sevinc qarşısında bu problemə düçar oldum. Əslində, danışa bilirdim, amma çox ağır kəkələmə olduğu üçün utanırdım, ona görə, özümü söndürmüşdüm və danışmırdım. Bu səbəbdən 7-ci sinfə qədər danışmamışam. Orta məktəbdə bütün imtahanlarımı - coğrafiya, tarixdən belə -  yazılı verirdim".

7-ci sinifdə oxuyanda isə kəkələmə problemini özü həll edir: "7-ci sinifdə oxuyanda, sənədlərimi Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə vermək qərarına gəldim. Ancaq danışa bilməməyim məni narahat edirdi, utanırdım. Öz-özümə deyirdim ki, məktəbdə hamı bilir ki, danışmıram, indi də texnikumdakılar bunu görəcək. Bu da mənə ağır gəlirdi. Öz üzərimdə eksperiment etməyə başladım. Gördüm ki, dərindən nəfəs alıb danışanda, kəkələmə olmur. Hamıdan xəbərsiz, tək bir yerə çəkilib davamlı olaraq bu cür danışmağı məşq etdim. 3 aya artıq rahat danışdım. Bu üsulla sonra bir neçə kəkələməsi olan uşağın problemini həll etmişəm".

"Acından ölüm, amma rəssam olum"

Uşaqlıqdan rəsmə marağı olduğu üçün bu sahəyə yönəlmək qərarı verir: "Dayılarım başqa sahələrdə çalışsalar da, gözəl rəsm çəkmək qabiliyyətləri var idi. Rəsmə marağım olduğu üçün hər dəfə bizə gələndə deyirdilər ki, gəlin rəsm yarışı keçirək. Həmişə də qalib məni elan edirdilər. Belə-belə rəsm çəkirdim. 5-6-cı sinifdə oxuyanda gördüm ki, sinif yoldaşım Eldar Məmmədovla (əməkdar mədəniyyət işçisi, Aztv-nin baş operatoru) Sadıq Hüseynov (əməkdar rəssam) dərsdən sonra tələsik harasa gedirlər. Sonra özləri dedilər ki, rəsm dərnəyinə gedirik, istəsən, sən də gəl. Mən də onlara qoşulub getdim. Düzü, atam rəssamlığa yönəlməyimi istəmirdi. Onun elektronika ustası olan bir dostu var idi. Deyirdi ki, get onun çamadanını daşı, yanında işlə, öyrən. Dedim ki, acından ölüm, amma rəssam olum".

Rəssamlıq dərnəyində heykəltəraşlıqla tanış olur və bu iş onu öz təsiri altına salır: "Deməli, rəsm dərnəyinə rəssamlığı öyrənmək niyyəti ilə getmişdim. Rəsm müəllimimiz Nadir Axundov arada fasilə verirdi, deyirdi ki, çıxın dəhlizdə gəzin, o biri siniflərdəki dərslərə baxın, qayıdın. Beynimizin açılması üçün bunu edirdi. Fasilə vaxtı açıq qapısı olan bir otağa yaxınlaşdım, gördüm ki, həmyaşıdlarım hamısı heykəl düzəldir. Vaxt mənim üçün dayandı, bilmədim nə qədər orda dayanmışam. Bir də gördüm ki, sinifdən yaşlı bir qadın mənə "Gəl-gəl" dedi. Elə o gəl, bu gəl, mən heykəltəraşlığa bağlandım. Nadir müəllimə dedim ki, həvəsim heykəltəraşlığadır və sonra o sinfə keçdim".

Sonra isə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində heykəltəraşlıq üzrə oxuyur: "Bizdən aşağı və yuxarı kurslardan bir-iki nəfər rəssam ancaq yetişirdi, bizdən isə 90 faizi indi üzdədir. Xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, xalq rəssamı, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, 10-a qədər əməkdar rəssam məhz bizim kursda oxuyanlar idi".

Qabiliyyət imtahanında birinci oldum, amma...

İnstitut dönəmində ailəsinə yük olmamaq üçün texnikumda oxuduğu müddətdə pul qazanmağa başlayır: "Texnikumda oxuyanda yay tətillərində rəngsaz işləyirdim. Təmir-tikinti idarəsinə yazılırdım, gedib evləri, balkonları, qapıları rəngləyirdik. Bundan pul qazanırdım ki, gələn dərs ilində özümə nə isə alım. Valideynlərimi xərcə salmayım. İlk qazancım o idi. Texnikumu bitirmək üzrə idim, o ərəfədə qrafik əsərlər çəkməyə başladım. O əsərlərimi görüb "Molodyoj Azerbaydjana" qəzetindən dəvət etdilər ki, gəl sənə vəsiqə verək, təzə rubrika açaq, onu işlə. "Rəssam şəhəri gəzir" adlı rubrika açıldı. O vaxtı Bakıda metro tikintisi yeni başlamışdı. Birinci metroya getdim. Tikinti ərazisinə gedib orda qrafik əsərlər çəkirdim. Həmin əsərlər rubrika ilə yayımlanırdı. Ordan xeyli pul qazandım. Pul yığırdım ki, institut oxuyanda evə əziyyət verməyim".

Ancaq ilk ali təhsil almaq cəhdi uğursuzluqla nəticələnir: "Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən 7-8 tələbə birləşib Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutuna sənəd vermək üçün Moskvaya getdik. Sənəd verəndə, əsərlərimizi də təqdim edirdik. Əsərlərimi görəndə dedilər ki, siz hazır rəssamsınız, niyə institut oxumaq istəyirsiniz? O mənada dedilər ki, instituta qəbulda yer sayı məhdud idi, başqa tələbələr orda öyrənə bilərlər. Nəysə, sənədləri qəbul etdilər, imtahan verməli olduq. Hərəmiz bir sahə üzrə imtahan verirdik. Mən heykəltəraşlıq üzrə qabiliyyət imtahanında birinci oldum, institutda hamı məni təbrik edirdi, evlə əlaqə saxlayıb qəbul olduğumu demişdim. İkinci mərhələdə isə, rus dilində ifadə yazmalıydıq. Mənimlə gedən yoldaşlardan İsmayıl Məmmədov rus sektorunu qurtarmışdı, mən Azərbaycan dilində oxumuşdum. İsmayıl dedi ki, mən onsuz da keçmirəm, qiymətim aşağıdır, sən birinci yerdəsən, gəl sənin adından mən yazım, mənim adımdan da sən. Yazdıq, o 4 aldı, mən 3. Yenə birinciliyimi saxlayırdım. Növbəti mərhələdə isə SSRİ tarixindən imtahan verdik. Biletə Sovet İttifaqı Kommunist Partiyasının 6-cı qurultayı düşdü. Cavablandıra bilmədim, "2" yazdılar.

5 nəfəri elə adamlar tapşırmışdı ki...

Sənədlərimizi götürməyə gedəndə, institutun işlər müdiri olan qadın dedi ki, sən sənədlərini götürmə. Əsəbi idim, dedim sənədlərimi verin, bir də gəlməyəcəm. Bakıya qayıtdım, ancaq elə həmin il qışda Moskvaya sərgiyə gedəndə dedim ki, orda bizimlə imtahan vermiş yoldaşlara da baş çəkim. İnstitutda işlər müdiri qadınla qarşılaşdıq, tanıdı. Dedi ki, sənə dedim axı sənədlərini götürmə. Bildirdi ki, həmin vaxt qəbul yeri 5 olub, sona isə 6 nəfər qalıbmış. Dedi ki, o 5 nəfəri elə adamlar tapşırmışdı ki, onları qoyub səni keçirə bilməzdilər. Hətta dedi ki, tarixi əzbər də desəydin, sənə 2 yazılacaqdı. Ancaq universitetdə bilirmişlər ki, onlardan yarımçıq qoyanlar olacaq, ona görə təklif ediblər ki, sənədlərimi götürməyim. Həqiqətən də 2 nəfər qısa müddətdə təhsilini yarımçıq qoyub, ona görə də məni axtarıblar, sənədlərimi götürdüyüm üçün əlaqə saxlaya bilməyiblər. Dedilər ki, gələn il gəl, ola bilər ki, səni imtahansız qəbul etdik. Ancaq sonra ürəyimdə problem yarandı deyə, həkimlər dedilər ki, Rusiya tərəfə getmək olmaz. Məcburən Daşkənd Teatral-Bədii İnstitutunda təhsil aldım. Daha sonra Moskva Rəssamlıq Akademiyasında aspirantura təhsili aldım. Həmin müddətdə də Rusiyada çalışdım".

Tələbəlik dövründə nəinki ailəsinə yük olmur, eyni zamanda evdəkilərə pul cəhətdən yardım edir:"Həmişə deyirəm ki, tələbəlik illərim yaxşı keçib, pambıq yığmaq olmasaydı. 5 il oxudum, 4 il bizi pambıq yığmağa göndərdilər. Ancaq ordan pul qazanırdım. O vaxt mis üzərində döymə işlər dəbdə idi, mən o işi görüb pul qazanırdım. Sifarişlər də olurdu, tələbə yoldaşlarımla birləşib işləyirdik. Deyirlər ki, Daşkənd çörəkli şəhərdir. Tələbə üçün yaxşı idi. Bir şiş kababı bir manata alırdıq. Valideynlərim mənim üçün aylıq təqaüd kimi 30 manat göndərirdilər. Günə 1 manat müəyyən etmişdilər. Mən özüm deyirdim ki, artıq göndərməyin, çünki qardaşlarım balaca idilər, dedim onlara xərcləsinlər. Tətildə evə pulla dönürdüm, qardaşlarıma pul verirdim".

İnstitutu bitirəndə, rektor ona Özbəkistanda qalmağı təklif edir, ancaq razı olmur: "Dedi ki, aktiv tələbəsən, qal səni Nəvahi şəhərinə baş rəssam göndərək. 3 otaqlı ev, xidməti maşın, emalatxana təklif etdilər. Dedim ki, Bakıya qayıdıram. Bakıda ev, maşın, emalatxanam olduğunu soruşdu. Heç biri olmadığını bildirdim. Dedi ki, bəs hara gedirsən? Dedim ki, ora və qayıtdım".

Tanışlığımız 8-ci sinifdən olub

Deyir ki, pul arxasınca getsəydi, indi sənətdə bu yerlərə gəlməzdi: "Məqsədim sənət arxasınca getmək yox, pul qazanmaq olsaydı, indi milyoner idim. Amma heç vaxt pul dalınca qaçmamışam. Pul özü gəlib məni tapıb. Pul arxasınca gedən, sonra əli boşda qalan istedadlı adamları çox görmüşəm".

23 yaşında ailə qurub. "Evləndiyiniz xanımı özünüz seçdiniz, yoxsa valideynlər?" deyə sualımıza belə cavab verdi: "Təbii ki özüm. Gül kimi bulvarımız var, orda görüşdük, danışdıq, razılaşdıq. Tanışlığımız 8-ci sinifdən olub. O vaxtdan tanıyıb bir-birimizi sevirdik. 23 yaşımda da evləndik. Bu il evlənməyimizin 50 ili tamam olur".

İki övladlar olur, ancaq birini gənc yaşlarda itirirlər: "İki övladımız oldu. Biri heykəltəraş idi. Özünə qəsd etdi. Evli idi, bir yadigarı qalıb. 3 nəvəm var. Böyük nəvəm qızdır, 2-ci kursda oxuyur. Ortancıl nəvəm oğlandır, 8-ci sinifdə oxuyur. Hərdən ona deyirəm ki, nənənlə mən 8-ci sinifdən tanış idik, tərpən (Gülür). Oğlumun yadigarı isə 4-də oxuyur. Gözəl skiripka çalır".

Müəllim kimi fəaliyyətə isə 60 yaşından sonra başlayır. Bu gün tələbələrindən çox şey öyrəndiyini deyir: "Müəllimliklə bağlı çox yerdən təklif gəlirdi, amma getmirdim. Deyirdim ki, hələ öyrənirəm. 60-dan sonra Mədəniyyət və İncəsənət Universitetinin keçmiş rektoru Timuçin Əfəndiyev dəvət etdi, dedim ki, indi müəllimlik edə bilərəm. 12-13 ildir müəllim işləyirəm. Gənclərlə işləmək çox yaxşıdır, bəzən onlar bilmədən elə bir şey edirlər ki, onu götürürəm. Məsələn, universitetdə heykəltəraşlıq ixtisası yoxdur, rəsm və rəngkarlıqdan dərs keçirəm. Rəssamlıqda elə rənglər var ki, onları yan-yana vurmaq olmaz, bu, qəti qadağandır. Bəzən gənclər elə vururlar ki, o rənglər bir-biriylə yaxşı qonşuluq edirlər. Mən artıq ondan öyrəndim. O, mənim qədər bilsəydi, o rəngləri yan-yana qoymazdı, amma bilməməzlikdən etdi, uyumlu oldu və mən öyrəndim".

Özümü 30 yaşda hiss edirəm

X.Əhmədov hazırda emalatxanasında yaşayır. Deyir ki, bu, onun üçün uğurlu variantdır: "Şəhərdə ayrı-ayrı vaxtlarda, ayrı-ayrı yerlərdə evim olub. Sonra ürəyimdə problem yarananda evləri satıb emalatxanada yaşadım. Emalatxanada yaşamaq çox yaxşıdır. Baltikyani ölkələrdə dostlarımda bu təcrübəni görmüşdüm. Düzdür, emalatxanam Bakıda ən yaxşılardan, böyüklərdən biridir. Eyni zamanda ölkə başçısı mənə ev verdi, hələ ki orda təmir gedir. İşləmək cəhətdən mənim üçün ən rahatı emalatxanada yaşamaqdır. Səhər tezdən də durub işləyə bilirəm, gecə yatmağa gedənə qədər də".

Deyir ki, tərəddüd və sərbəst zaman onun işi üçün önəmlidir: "Emalatxanada hazırda 200-ə yaxın iş var. Ona baxmayaraq, bir neçə aydan bir emalatxanada saf-çürük edirəm. İşlərin bir qismini sındırıb atıram. Bəzən bunu görənlər deyirlər ki, onu sındırdığına ver biz evə qoyaq. Deyirəm ki, bu, mənim adımdır, o işin mənim adımla qalmasını istəmirəm. Bəzən iş görürəm, bir az keçəndən sonra deyirəm ki, gərək filan cür edərdim. Tərəddüd önəmlidir, yoxdursa, orda yaxşı işdən söhbət gedə bilməz.

Bir də zaman sərbəst olanda daha yaxşıdır. Heykəl mənə "dayan, bəsdir, hazıram" deməlidir ki, ondan əl çəkim. Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlini işləyirəm. Mart ayında təhvil verilməlidir. Amma fikirləşirəm ki, əlavə 5 ay da verilsəydi, daha yaxşı olardı. İndi mən sırf o işə fokuslanmışam, vaxt cəhətdən təbii ki çatdıracam. Bizim iş sərbəstliyi sevir".

73 yaşı olsa da, "özümü 30 yaşda hiss edirəm" deyir: "Mən çox cavanam, elə bilirəm ki, 30 yaşı keçmirəm. Hamısı ürəyə bağlıdır. Özü də bunu (ürəyini göstərir) 14 ildir qoydurmuşam. Yaşı 14-dür. Bu ürək dünyada nə görüb? Ən qorxulu şey qocalmaqdır. Ruhun, ürəyin qocalmasını deyirəm. Elə gənclər tanıyıram ki, həvəssizdilər, enerjiləri yoxdur".

Demokratikmusavat.com

Xəbər Lenti

Qazaxıstanda koronavirusa yoluxanların sayı 229 nəfərə çatıb

Tramp Nyu-Yorkda karantinin tətbiqi ilə bağlı qərarını açıqladı

"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb

Ukraynada koronavirusa yoluxanların sayı artıb

Qattuzodan xeyirxah addım

Çində koronavirusa yoluxanların sayı artıb

Daha bir yarış təxirə salınıb

Tramp Nyu-Yorkda karantinin tətbiq edilməsini nəzərdən keçirir

Məşhur idmançı koronavirusla əlaqədar ölkəsinə maddi yardım edib

ABŞ-da koronavirusa yoluxanların sayı 121 mini ötüb

Rüştü koronavirusa yoluxub

"Ən sevdiyim oyunçu Zidan bu nömrə ilə çıxış edirdi"

Fransada koronavirusdan ölənlərin sayı 2,3 mini ötüb

Millinin baş məşqçisi koronavirusa görə istefaya göndərildi

Türkiyə HHQ İraqın şimalında 8 terrorçunu zərərsizləşdirib

Azərbaycan xarici ölkələrə fındıq ixracını artıracaq

"Milan"dan imtina etdi

Qazaxıstanda fövqəladə vəziyyət rejimini pozanlar cəzalandırılıblar

"Mən gözlərimə inana bilmirəm, küçəyə bir dəfə çıxa bilirik"

İmmobile yeni müqavilə bağlaya bilər

Bu ölkədə koronavirusa yoluxanların sayı 645 nəfərə çatıb

"Milan"ın əfsanəsi koronavirusa görə karyerasına son qoyur

Belçikada koronavirusa yoluxanların sayı 9134 nəfərə çatıb

Yaponiyada 2020-ci maliyyə ili üçün ölkə tarixinin ən böyük büdcəsi qəbul edilib

İsveçrədə koronavirusa daha 1052 nəfər yoluxub

Nadir Qafarzadə: "Bilirdin də, kimə ərə gəlirsən"

ÜST: Dünyada koroanvirusa yoluxanların sayı 570 mini ötüb

Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir

Nəvəsi ilə oynamağa gələn uşağı zorladı - FOTO

Xaricdən gətiriləcək 20 minə yaxın rusiyalı koronavirus infeksiyasının daşıyıcısı ola bilər

Günün qoroskopu: xırda xoşagəlməz hadisələrin baş verməsi mümkündür

Nyu-Yorkda koronavirusdan hər 17 dəqiqədə 1 nəfər ölür

İtaliyada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb

İtaliyada koroanvirusdan ölənlərin sayı 10 min nəfəri ötüb

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı min nəfəri ötüb

Prezident İlham Əliyev həkimləri alqışladı - VİDEO

Ramin Bayramlı: Sabahdan “Yeni Klinika”da koronavirusa yoluxan ağır xəstələr müalicə alacaqlar

Alov Qüllələrində "Biz birlikdə güclüyük!", "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" sloqanları əks olunub - VİDEO

Almatı və Nur-Sultan şəhərlərində banklar karantinə bağlanacaq

Türkiyənin daha iki vilayətinin yaşayış məntəqələrində karantin rejimi elan olunub

COVID-19 pandemiyası fonunda Yaxın Şərq və Körfəz ölkələrində yeni geosiyasi münasibətlər formalaşır

Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir - FOTO

Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb - FOTO

Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb

Azərbaycan Prezidenti: Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq

Prezident İlham Əliyev: Bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar, qəbul edilmiş qaydaları pozmağa çalışırlar

UNEC rektoru: Distant ali təhsil: 3 addım

Azərbaycan Prezidenti: Elə adam var ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik

Prezident İlham Əliyev: Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz

Azərbaycan Prezidenti: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq

Dövlət Komitəsi “Ailələrə zəng” aksiyasını davam etdirir - FOTO

Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb - VİDEO

Prezident İlham Əliyev: Hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq

Prezident İlham Əliyev: Əgər biz bu sahəyə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi

Azərbaycan Prezidenti: Koronavirus xəstələri hazırda ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir

Xüsusi karantin rejimini pozaraq Bakıya gələn şəxslər həbs edildi - FOTO

Oynadıqları ölkələrdə qalan Azərbaycan voleybolçuları - ADLAR

Azərbaycanda 2 legioner qaldı – hamısı qayıdıb

Rauf Əliyev: "İçimizdə qorxu var" - MÜSAHİBƏ

Rusiya koronavirusa görə dövlət sərhədlərini bağlayacaq

Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər - FOTO

Karantin rejimində sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir

Sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir

Şou əhli yeni FOTOlarını yaydılar

Kapitandan 500 min avroluq yardım

Moskvada 69 yaşlı qadın koronavirusdan öldü

33 yaşında epidemiya qurbanı olan Sverdlov - Leninin "sağ əli" tarixdə çarı və ailəsini güllələtdirən adam kimi qalıb - FOTO

Türkiyəli müğənni koronavirusa yoluxdu

""Azərişıq" ASC sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır"

İsraildə BÖYÜK TƏŞVİŞ - Minlərlə yarasa...

Çindən ilginc qərar: dəmiryollarını Avropa üçün açdı - Uhandan ilk qatar Almaniyaya yola düşdü

Həbib Ferqyusonla döyüşə belə hazırlaşır - FOTO

Türkiyə Müdafiə Nazirliyi: İraqda 8 terrorçu məhv edilib

Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib

6 manata görə adam öldürən şəxsin məhkəməsi başlayıb

Xaçmazda xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu

Uşaqları koronavirusdan qorumaq üçün nələr edilməlidirlər?

Türkiyənin İranla sərhəd bölgəsi karantinə alınıb

Polis postlarından yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq - YENİ QAYDA

Erməni professor Rusiyada koronavirusdan öldü

Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı

Koronavirus Benyamin Netanyahunu hakimiyyətdə saxladı

Koronavirisun daha bir ağır fəsadı - Çin həkimləri açıqladı

Misirdə koronavirusdan ölənlərin sayı 30 nəfərə çatıb

Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar

Rusiya koronovirusa qarşı dərman hazırladı

Ukraynada koronavirusdan 8 nəfər ölüb

Almaniya kuboku təxirə salındı

Bakıda 54 yaşlı kişi bıçaqlandı

"Azəriqaz": Daha az işçi ilə maksimum iş imkanları səfərbər olunur

İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb

"Arsenal" Vengerə heykəl qoyacaq

Azərbaycan millisinin ölkə xaricində qalan voleybolçuları bəlli olub

Pandemiya nə qədər davam edəcək? - Harvard İnstitutu

Ölümün ağuşuna aldığı İtaliyada vəziyyət - Romada yaşayan rusiyalı qız yazdı - FOTO

Renka eyvanda rəqs edib "evdə qal" dedi - VİDEO

“Kommunal xərclərin ödənilməsinə güzəştlər tətbiq edilməlidir” - VİDEO

Daha bir qrup sənət adamı koronavirusla bağlı vətəndaşlara müraciət ediblər - VİDEO

İtaliya A seriyasında çempion olmayacaq

Azərbaycan klublarının legionerləri vətəninə yollanıb, ikisi Bakıda qalıb

Bakıda mağazadan 5 min manatlıq oğurluq olub

Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

Rusiyada daha bir nəfər koronavirusdan öldü

"Qalatasaray"ın daha bir vitse-prezidenti koronavirusa yoluxmasından şübhələnir

Penitensiar Xidmətdən dustaqların kəskin qızdırma, baş ağrısı və ürəkbulanmadan əziyyət çəkməsi xəbərinə reaksiya

Ronaldu maaşının azaldılmasna razılıq verdi

Fatih Terim sağalmağa başlayıb - Qızı atasının səhhətindən yazdı

Koronavirusa yoluxan məşhur futbolçu palatada məşq etdi - VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər - FOTO

Sensasion xəbər: Çin koronavirusaya qarşı vaksini insanlar üzərində tətbiq etdi!

Dibala və sevgilisi koronavirusa yoluxmaqlarından danışdı - FOTO

İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb

Sosial şəbəkədə bu ədviyyatın koronavirusa faydalı olduğu yazıldı, satışı sürətlə artdı

Ölkədə olma müddəti bitənlər haqda AÇIQLAMA

Ölkədə olma müddəti bitənlər haqda RƏSMİ AÇIQLAMA

Diskvalifikasiyası başa çatan idmançılar Tokio-2020-yə qatıla biləcək

Ermənistanda koronavirusa yoluxanların sayı 372-yə çatıb

Xaçmaz polisi karantin rejimi ilə bağlı gücləndirilmiş iş rejimində çalışır - FOTO

Dustaqlar təcridxanaya narkotik keçirmək istədilər - FOTO

İsmayıllı sakinindən odlu silah götürüldü

Bakıda hoteldən 2000 manatlıq samovarlar oğurlandı

Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm...” - VİDEO

Neftin qiyməti dəyişib

Türkiyədə 15 polis koronavirusa yoluxdu

Təşkilat Komitəsinin sədri Tokio-2020 üçün mümkün tarixi açıqladı

“Mən 2019-cu ildə söhbəti bilirdim” - Çingiz koronavirusdan yazdı

Psixoloq: "Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı"

Federasiya prezidenti koronavirusa qalib gəldi

Qüdrət Həsənquliyev: "Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı hazırda onun həbsini siyasiləşdirənlərdir"

Karantin qaydalarına nəzarət edən polislərdən diqqətçəkən addım - FOTO

Azərbaycan millisinin voleybolçuları karantinə alındılar

Atadan əlil oğluna qarşı dəhşətli əməl: baltayla...

Polşadan Azərbaycana çarter reysi ilə bağlı RƏSMİ AÇIQLAMA

Gizli koronavirus hesabatı üzə çıxdı: 1 milyon insan öləcək

İranda ötən sutka koronavirus daşıyıcılarının sayı 3 mindən çox artıb

İrşad Electronics müştərilərinin kredit ödəmələrinə fasilə verdi

“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib - FOTO

Ağdamda 21 yaşlı gənc həmyerlisini bıçaqladı

“Nyukasl”ın əfsanəsi koronavirusa görə həbs edildi

Rusiyada koronavirusa yoluxanların sayı 1264-yə yüksəlib

Bu ölkə də koronavirusa TƏSLİM OLDU - İlk ölüm faktı QEYDƏ ALINDI

UEFA “Ayaks”ı cəzalandırdı

Ərdoğan naziri vəzifəsindən azad edib

“Napoli” rəsmisi koronavirusdan öldü

ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar yardım ayırıb

Fədayə Laçın adam döydüyü vaxtlarının FOTOsunu paylaşdı: Pis qalmamışam, hə?

Teymur Rəcəbovla Maqnus Karlsen arasında gərginlik

UEFA milli çempionatlara daha 15 gün vaxt verir

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Türkiyədə koronavirus hüquq-mühafizə işçiləri arasında sürətlə yayılır

"Yuventus"un futbolçusu karantində sevgilisi ilə əylənir - FOTO

Bakıda qadın qaynı tərəfindən qətlə yetirildi

Britaniya kraliçası da koronaya yoluxdu

Bakı metrosunda cibgirlik edən 22 yaşlı oğlan saxlanıldı

Satıcıya bıçaq çəkib bir qutu siqaret apardılar - Bakıda

Noyer İngiltərə klubuna keçir?

Ronaldu 9,6 milyona maşın alır

“Başını divara çırpıb, 12 bıçaq vurub” - Piriyev onu məhkəməyə verən keçmiş arvadını öldürmək istəyib

İranda koronavirusla mübarizəyə 23,8 milyard dollar ayrıldı - YENİLƏNİB

Aybəniz Haşımova xəstələndi - "Hamı evdə otursun, özünü qorusun" - FOTO

Aşıq Əli Samirə ilə əlaqə qurub görüntülərini PAYLAŞDI - Biz evdəyik... - FOTO

Avropada koronavirusdan ölən ilk məktəbli - FOTO

8 ölkə BMT-yə çağırış etdi: Sanksiyaları dayandırın!

Həkimlərdən Kloppu ağladan təsirli səhnə - VİDEO

“Beşinci kolon”dan ağaları da üz döndərir - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Uhan şəhər metrosu iki aylıq fasilədən sonra fəaliyyətini bərpa edib

Dünyanın 12 ən zəngin gənc milyarderi - FOTO

Premyer Liqa aprelin 30-dan tez başlamayacaq

QORXUNC MƏNZƏRƏ: Yollarda ölənlər üçün soyuducular quraşdırıldı

Britaniyada koronaviruslu xəstələri müəyyən etmək üçün itlərdən istifadə ediləcək

Koronavirusla bağlı SON STATİSTİKA - Ölənlərin sayı durmadan artır

Səhiyyə sistemi çökən ABŞ xaricdən həkim axtarır

Gənc qızın boğazını kəsib öldürən taksi sürücüsü məhkəmə qarşısında - TƏFƏRRÜAT

Qəzza bölgəsindən İsrail ərazisinə raket atıldı