AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Məqsədim şagirdlərimə düşünməyi öyrətməkdir" - Örnək - FOTO

  16

Ucqar kənd müəllimi Faiq Şıxəlizadə: Ayaqqabılarımızı məktəbdə qoyur, evdən məktəbə və geriyə rezin qaloşla, çəkmə ilə gedirik

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Lənkəranın ən ucqar kəndlərindən birində coğrafiya müəllimidir. Hava şəraiti, düşüncə fərqliliyi onu incitsə də, təhsilli uşaqlar yetişdirməyi özünə borc bilir. Məqsədi öz düşüncələrini şagirdlərə öyrətmək deyil, onlara düşünməyi öyrətməkdir. Müsahibimiz kənd müəllimi Faiq Şıxəlizadədir.

Faiq Lənkəranda anadan olub. Lənkəran Dövlət Universitetinin Tarix və Coğrafiya müəllimliyi ixtisasını bitirib. Hərbi xidməti bitirdikdən sonra MİQ (Müəllimlərin işə qəbul) imtahanı ilə Lənkəranın ən ucqar kəndi Türkəncil kənd orta məktəbində coğrafiya müəllimliyinə təyinat alıb.

Kənd rayon mərkəzindən 47 km aralıda və 1200 metr yüksəklikdə yerləşir. Müəllim deyir ki, maşınlar qış aylarında kəndə gedə bilmir. Vacib hallarda xüsusi maşınlardan istifadə edirlər. Müsahibimiz də gedib-gəlməkdə çətinlik çəkdiyi üçün kənddə kirayə evdə yaşayır.

Faiq müəllim deyir ki, imtahanlardan yaxşı nəticə toplasa da, könüllü şəkildə dağ kəndi məktəbini seçib. Düşünür ki, müəllim öz rahatlığı üçün deyil, təhsil vermək, ehtiyacı olana faydalı olmaq üçün çalışmalıdır: "Müəllimlik müqəddəs sənətdir. Mən də ilkin mərhələdə kənd məktəbini seçdim ki, ixtisasımın çətinliyini dərk edim. Kəndlərdə müəllimlərə daha çox ehtiyac var. Şəhər məktəblərində isə şagirdlərin çətinliyi olmur. Əslində oranı seçənə qədər necə kənd olduğu, şəraiti barədə məlumatım az idi. Sadəcə, ucqar kənd olduğunu bilirdim. İnternetdə araşdıranda yazılmışdı ki, asfalt çəkilib. Düşündüm ki, rahat gedib-gələcəm. Lakin infrastruktur imkan vermədiyi üçün asfalt sadəcə işlək yola çəkilib. Qeydiyyat zamanı da direktorla söhbət etdik. Direktor dedi ki, hər gün geri qayıtmaq mümkün olmayacaq. Kəndə ilk dəfə gedəndə, bizim maşın yolun yarısında dayandı. Yol yox idi. Kənddə qalmalı olduq".

"Şəhərdən gələn müəllim ümid işığı idi"
 
Həmsöhbətimiz deyir ki, kənddə müəllimə hörmət edir, xilaskar hesab edirlər: "İlk dəfə sinfə girəndə şagirdləri çox sevdim, ədəb-ərkanlı idilər. Həm də fərqli yerdən gələnlərə qəribə baxışla baxırdılar. İstər valideynlər, istərsə də şagirdlər üçün şəhərdən gələn müəllim ümid işığı idi. Məktəbə gedəndə yolda tanıyan-tanımayan hər kəs o qədər doğma salam verirdi ki... Kənddə şagirdlər kənd təsərrüfatı ilə məşğul olur, qayğını ancaq məktəbdə görürdülər. Kəndin şagirdləri də zəhmətkeşdirlər. Səhər məktəbə gəlir, dərsdən çıxıb işləməyə gedir, axşam dərsini öyrənir, səhər yenə də məktəbə gəlirlər. Müəllimdən qayğı gördükdə, məktəbə gəlməyə can atırlar".

Faiq uşaqlıqdan müəllim olmaq istəyib. Deyir ki, uşaqlıqdan müəllimlərində gördüyü yaxşı xüsusiyyətləri özündə cəmləyib ki, gələcəkdə şagirdlərinə aşılasın: "Şagird olduğum dövrdən bu peşəyə marağım, sevgim var idi. Müəllimlərimə baxır, hər müəllimdən yaxşı xasiyyət götürürdüm. Deyirdim, müəllim olsam, bunu tətbiq edəcəm. Yaxud özümə xoş gəlməyən hansısa müəllimin hərəkətlərini gələcəkdə etməyəcəyimə qərar verirdim. Daha sonra kurs müəllimimdən motivasiya aldım. İdealım idi ki, mən də belə müəllim olacam. Şagirdlərə yorulmadan izah edəcəm. Artıq universitet illərində daim araşdırır, öyrənir, bildiklərimi kiməsə öyrətmək istəyirdim. Ucqar kəndə də gəlməkdə məqsədim o idi ki, şagirdlərin dünyagörüşlərini inkişaf etdirim, həyata baxış tərzlərini dəyişim. Həm onların, həm də öz xalqımın gələcəyini arzuladığım kimi görmək istəyirdim. Bunun da özəyi, əsası şagirddən və müəllimlikdən başlayır. Gələcəyi ancaq müəllimlər dəyişə bilər. Mən də düşünürdüm ki, şagirdlərə örnək olacam. Məqsədim öz düşüncələrimi şagirdlərə öyrətmək deyil, onlara düşünməyi öyrətməkdir". 

"6-cı sinifdə oxuyur, amma xarici ölkə anlayışı yoxdur"
 
Faiq müəllim ilk dərs günü təəssüratlarını bizimlə bölüşdü. Deyir ki, şagirdlərin dünyagörüşlərinin zəif olması onu incidib: "6-cı sinfin şagirdlərinə sual verdim ki, hansı xarici ölkədə olmusunuz? 3 nəfər əlini qaldırdı. Biri dedi ki, Lənkəranda olmuşam. Mənə çox təsir etdi. 6-cı sinifdə oxuyur, amma xarici ölkə anlayışı yoxdur. 8-ci siniflər saat anlayışını bilmirdilər. Rəngləri belə ayıra bilmirdilər. Bu məni çox təəccübləndirirdi. Sistem dəyişdiyi üçün indiki şagirdlərin dünyagörüşü çox fərqlidir. Qızlar da təhsil almağa can atır. Amma ilk günlər bu hallar məni məyus etmişdi. Sonra başa düşdüm ki, bu insanlar meşədə qoz, palıd yığır, evdə təsərrüfatla məşğul olur, səhər yenə durub məktəbə gəlirlər. Məktəbdə də yorğun olurlar. O qədər kompleksli olurlar ki, müəllimlə söhbət etməkdən çəkinirlər. Mən çalışırdım ki, onlarla dərsdən əlavə ünsiyyət qurum. Başa düşmədikləri mövzuları soruşmurdular, sual verməkdən qorxurdular. Bu günün çox sual verən şagirdi gələcəyin biliklisidir. Onlara azadlıq verəndə qəribə olurdular. Sonra imkan yaradırdım ki, özləri dərs keçsinlər. Öyrəndiklərini öyrədirmiş kimi danışırdılar. Tədbir nədir - bilmirdilər. Çox utancaq idilər. Qarşıma məqsəd qoymuşdum ki, onları dəyişəcəm və dünyagörüşlü, özlərini ifadə edə bilən uşaqlar yetişdirəcəm. Onlarla qartopu oynayırdım. Bütün müəllimlər mənə qəribə baxırdılar. "Uşaqsan, qartopu oynayırsan?" deyib gülürdülər. Müəllimlər müəllim otağında olanda, mən şagirdlərlə vaxt keçirirdim ki, yanımda sərbəst olsunlar. Şagirdlərdə etiraz anlayışı yox idi. Hər şeylə razı idilər. "Yox" deyə bilmirdilər. Artıq 3 ildir ki, orada işləyirəm. Şagirdlərimi komplekssiz görmək məni sevindirir. Az da olsa, istədiyimə nail oluram".

"Toy üçün paltarı ağ-qara rəngdə alın ki, məktəbə də geyinə biləsiniz"
 
Müəllim işindən zövq alsa da, ucqar kənddə yaşamağın müəyyən çətinlikləri var. Deyir ki, evdən məktəbə rezin qaloş, çəkmə ilə gedir: "Hündürlükdə olduğumuz üçün təzyiqlə bağlı problemlər yaşayırıq. Havaya öyrəşmək problemimiz olur. Soyuğa dözümüm yoxdur. Biz şəhərdən gələn müəllimlər çox qalın geyinirik, amma daim üşüyürük. Şagirdlər isə qısaqol paltarda gəzirlər, onlar soyuğu hiss etmir. Kəndə qaz çəkilmədiyi üçün odun sobası yandırırıq. Külək əsəndə, soba tüstü verir. Yol problemi var. Məsələn, yağış, ya qar yağanda palçıq olur. Ayaqqabılarımızı məktəbdə qoyur, evdən məktəbə və geriyə rezin qaloşla, çəkmə ilə gedirik. Məktəbdə ayaqqabını geyinib sinfə daxil oluruq. Məktəbdə istilik sistemi çox zəifdir. İndi təzə məktəb tikilib, "kombi" var, amma qaz olmadığı üçün işıqla işləyir. İşıq da zəif olduğu üçün yaxşı qızdıra bilmir. Valideynlərlə bağlı da çətinliklərimiz olur. Valideynlərin düşüncə tərzi çox fərqlidir. Məsələn, mən imtahan keçirirəm. İmtahanda nəticəsi normal olana hədiyyələr verirdim. Kimin ki uşağı az bal toplayıb, narazılıq edirdi ki, mənim uşağım yaxşı cavab verib. Bu il təzə məktəb tikildi. Şagirdlərin maddi vəziyyəti çox zəif idi. Facebook səhifəmdə kampaniya başlatdım ki, çantası, dəftər-qələmi olmayanlara yardımı etsinlər. Özüm də öz maaşımla alırdım, amma hamıya verə bilmirdim. Kampaniyamıza qoşulanlar oldu və qələmlər, dəftərlər yığdıq. Maddi vəziyyəti zəif olanlara payladıq. Məsələn, valideyn məktəbə zəng edirdi ki, məktəbə dəftər, çanta gəlib, mənim uşağıma da verin. İzah edə bilmirdik ki, bu, imkanı zəif olanlar üçündür. Özü də deyirdi ki, mənim almağa imkanım var, amma bu, məktəbə gəlibsə, mənim də uşağıma verin. Geyimlə bağlı çətinliklər var. Məktəbli forması yoxdur və almağa çətinlik çəkirlər. Rəngarəng geyinib məktəbə gəlirlər. Hətta bəziləri toy üçün aldığı paltarı məktəbə geyinmək məcburiyyətindədir. Təbliğat aparırıq ki, toy üçün paltarı ağ-qara rəngdə alın ki, məktəbə də geyinə biləsiniz".

"Qızlar ailə qurur, həyatlarını təsərrüfata həsr edirlər"
 
Ucqar kənd məktəblərinin ən böyük problemlərindən biri də qız uşaqlarının təhsildən yayındırılmasıdır. Faiq müəllim deyir ki, ilk günlər kənddə təhsilli qızlar yox dərəcəsində imiş: "Qız uşaqlarının təhsili ilə bağlı çox əziyyət çəkdik. Bir ingilis dili müəllimi gəlmişdi və deyirdi ki, mən imkan verməyəcəm, qız uşaqlarını oxutmasınlar. Hətta valideynlərlə də narazılıqları olmuşdu. Amma yenə də bununla baş etmək çətindir. Məsələn, burada 9-cu sinfə qədər oxuyurlar. Sonra ən pis halda, kollecə getməlidir. Qızları evdən buraxmırdılar. 9-a qədər oxuyur, sonra ailə qururdular. İndi vəziyyət nisbətən dəyişib. Hətta əvvəllər kənddə həkim olmaması səbəbindən dünyasını dəyişənlər olurdu. Kənddə tibb bacısı yox idi. Bir tibb işçisi var idi, o da 3 kəndə baxırdı. İzah edirdik ki, öz müəllimləriniz, həkimləriniz olmalıdır. Buraya gələn müəllimlər əbədi qalmırlar. Qadınlar xəstələnəndə, kişi həkimə iynə vurdurmursunuzsa, bəs nə üçün qızlarınızı oxutmursunuz? Əvvəl qəribə baxırdılar. Amma şükür ki, bu il 3 qız qəbul imtahanına getdi. Biri kollecə qəbul oldu, oxuyur. Digəri kollecə qəbul olsa da, imtina edib, universitetə hazırlaşır. Üçüncüsü isə pulluya düşdüyü üçün oxumadı. Bu çox sevindiricidir. Biz buna nail olduq. Onlara pulsuz hazırlıq keçirdik. Hətta coğrafiya müəllimi ola-ola, riyaziyyatdan, Azərbaycan dilindən hazırlaşdırmağa çalışırdım. Kənddə ingilis dili bilən yox idi, əziyyət çəkirdilər. Mən də özüm evdə oxuyub onları hazırlaşdırırdım. Hər fəndən bacardığım qədər dəstək olmağa çalışırdım. Çünki qızlar tez ailə qurur və ailə qurduqdan sonra həyatlarını təsərrüfata həsr edirlər".

Sonda həmkarlarına səslənən Faiq bildirdi ki, ucqar kənddə dərs deməkdən çəkinməsinlər. Çünki məhz belə kəndlərdə müəllimlərə ehtiyac var: "Müəllimlərə kənd əhalisi həddən artıq dəstək olur. İstəyirlər orada qalaq, təhsil verək. Şagird var idi, valideynini məcbur edirdi ki, Faiq müəllimi qonaq çağıraq. Hətta kirayə qaldığım evdə ödənişi götürmürdülər. Evimin ödənişini məcbur ödəyirdim. Xoş o müəllimin halına ki, ucqar yerdə dərs keçir. Çünki ordakı şagirdlər müəllim sevgisini görür".

Demokratikmusavat.com

Xəbər Lenti

Fransada keçmiş nazir koronavirusdan öldü

Dünyada koronavirusun ən çox yayıldığı ölkələr

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib

Şəmkirdə bıçaqlanma...

DİN vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirdi

Avstraliyada koronovirusa yoluxanların sayı 3800 nəfəri ötüb

"Tofiq Yaqublunun həbsini həddən artıq şişirib siyasiləşdirmək tam yanlışdır"

KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

Bakıda səbəbsiz olaraq şəxsi avtomobillərindən istifadə edənlər cərimələnəcəklər

İranda 35 günlük körpə koronavirusa yoluxdu

Koronavirus hansı temperaturda aktivləşdir, hansı temperaturda məhv olur? - Həkimlər müəyyənləşdirdilər

Mövsümün ən çox qazanan futbolçuları - TOP 10

""Yeni klinika"nın işə düşməsi koronavirusa qarşı mübarizədə əlavə imkanlar yaradacaq"

İsraildə 4 minə yaxın insan koronavirusa yoluxub

Dezinfeksiyaya görə pul ödənməlidir? - BŞİH məlumat yaydı

Koronavirusun daha bir əlaməti tapıldı

Polis yük maşınlarının sürücülərinə xəbərdarlıq etdi

Jack Ma və Alibaba Azərbaycana tibbi yardım göndərəcək

Qusarda oğul anasının boğazını kəsib qaçdı

İranın eks-prezidenti də koronavirusa yoluxdu

Koronavirusdan ilk dəfə azyaşlı öldü

“Bakıda işləyib hazırda rayonda olan şəxslər də bu gündən buraxılmayacaq”

1000 ailənin qida ehtiyacını o, qarşılayacaq - SİYAHI

Hindistanda koronavirusa yoluxanların sayı 979-a çatdı

Yeni Zelandiyada koronavirusdan ilk ölüm qeydə alındı

Amerikada ailə həkimi 500 koronavirus xəstəsini sağaltdı - FOTO

"Azərbaycan höküməti bazar iştirakçılarını dəstəkləməklə mümkün itkiləri minimallaşdırmaq xətti seçib"

"Hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir"

Koronavirusdan sağalan azərbaycanlı iş adamı: "Həyatımda bundan da pis qriplərə tutulmuşam"

Azərbaycanda teleaparıcı koronavirusa yoluxdu - FOTO

DİM şagirdlərə müraciət etdi

Manatın məzənnəsi açıqlandı

Azərbaycanda restoran, kafe və çayxanalar bağlandı

"Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir"

95 faizi yaşlılar imiş... - İtaliyada koronavirusdan ölənlərin statistikası

Jiru: "Çelsi" istəyimi reallaşdırmadı"

Şevçenko Londonda karantinə alındı

Bu gündən bütün ticarət obyektləri bağlandı - Ərzaq mağazaları və apteklər istisna olmaqla

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

Bakıda avtobus gözləmə yerlərində oturacaqlardan istifadəyə qadağa qoyuldu - FOTO

Bu gündən parklarda gəzmək qadağan edildi

Kanada Baş Nazirinin xanımı koronavirusdan sağaldı

Qeydiyyat saat 12-dən aktivləşəcək...

Hindistanda qatarlardan palatalar kimi istifadə ediləcək

Koronavirusdan ölənlərin sayı 30 mini keçib

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9583-ə çatıb

Azay Quliyev: ""Biz birlikdə güclüyük!" şüarı hamı üçün əsas şüar olmalıdır"

Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

Qazaxıstanda koronavirusa yoluxanların sayı 229 nəfərə çatıb

Tramp Nyu-Yorkda karantinin tətbiqi ilə bağlı qərarını açıqladı

"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb

Ukraynada koronavirusa yoluxanların sayı artıb

Qattuzodan xeyirxah addım

Çində koronavirusa yoluxanların sayı artıb

Daha bir yarış təxirə salınıb

Tramp Nyu-Yorkda karantinin tətbiq edilməsini nəzərdən keçirir

Məşhur idmançı koronavirusla əlaqədar ölkəsinə maddi yardım edib

ABŞ-da koronavirusa yoluxanların sayı 121 mini ötüb

Rüştü koronavirusa yoluxub

"Ən sevdiyim oyunçu Zidan bu nömrə ilə çıxış edirdi"

Fransada koronavirusdan ölənlərin sayı 2,3 mini ötüb

Millinin baş məşqçisi koronavirusa görə istefaya göndərildi

Türkiyə HHQ İraqın şimalında 8 terrorçunu zərərsizləşdirib

Azərbaycan xarici ölkələrə fındıq ixracını artıracaq

"Milan"dan imtina etdi

Qazaxıstanda fövqəladə vəziyyət rejimini pozanlar cəzalandırılıblar

"Mən gözlərimə inana bilmirəm, küçəyə bir dəfə çıxa bilirik"

İmmobile yeni müqavilə bağlaya bilər

Bu ölkədə koronavirusa yoluxanların sayı 645 nəfərə çatıb

"Milan"ın əfsanəsi koronavirusa görə karyerasına son qoyur

Belçikada koronavirusa yoluxanların sayı 9134 nəfərə çatıb

Yaponiyada 2020-ci maliyyə ili üçün ölkə tarixinin ən böyük büdcəsi qəbul edilib

İsveçrədə koronavirusa daha 1052 nəfər yoluxub

Nadir Qafarzadə: "Bilirdin də, kimə ərə gəlirsən"

ÜST: Dünyada koroanvirusa yoluxanların sayı 570 mini ötüb

Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir

Nəvəsi ilə oynamağa gələn uşağı zorladı - FOTO

Xaricdən gətiriləcək 20 minə yaxın rusiyalı koronavirus infeksiyasının daşıyıcısı ola bilər

Günün qoroskopu: xırda xoşagəlməz hadisələrin baş verməsi mümkündür

Nyu-Yorkda koronavirusdan hər 17 dəqiqədə 1 nəfər ölür

İtaliyada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb

İtaliyada koroanvirusdan ölənlərin sayı 10 min nəfəri ötüb

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı min nəfəri ötüb

Prezident İlham Əliyev həkimləri alqışladı - VİDEO

Ramin Bayramlı: Sabahdan “Yeni Klinika”da koronavirusa yoluxan ağır xəstələr müalicə alacaqlar

Alov Qüllələrində "Biz birlikdə güclüyük!", "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" sloqanları əks olunub - VİDEO

Almatı və Nur-Sultan şəhərlərində banklar karantinə bağlanacaq

Türkiyənin daha iki vilayətinin yaşayış məntəqələrində karantin rejimi elan olunub

COVID-19 pandemiyası fonunda Yaxın Şərq və Körfəz ölkələrində yeni geosiyasi münasibətlər formalaşır

Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir - FOTO

Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb - FOTO

Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb

Azərbaycan Prezidenti: Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq

Prezident İlham Əliyev: Bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar, qəbul edilmiş qaydaları pozmağa çalışırlar

UNEC rektoru: Distant ali təhsil: 3 addım

Azərbaycan Prezidenti: Elə adam var ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik

Prezident İlham Əliyev: Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz

Azərbaycan Prezidenti: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq

Dövlət Komitəsi “Ailələrə zəng” aksiyasını davam etdirir - FOTO

Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb - VİDEO

Prezident İlham Əliyev: Hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq

Prezident İlham Əliyev: Əgər biz bu sahəyə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi

Azərbaycan Prezidenti: Koronavirus xəstələri hazırda ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir

Xüsusi karantin rejimini pozaraq Bakıya gələn şəxslər həbs edildi - FOTO

Oynadıqları ölkələrdə qalan Azərbaycan voleybolçuları - ADLAR

Azərbaycanda 2 legioner qaldı – hamısı qayıdıb

Rauf Əliyev: "İçimizdə qorxu var" - MÜSAHİBƏ

Rusiya koronavirusa görə dövlət sərhədlərini bağlayacaq

Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər - FOTO

Karantin rejimində sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir

Sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir

Şou əhli yeni FOTOlarını yaydılar

Kapitandan 500 min avroluq yardım

Moskvada 69 yaşlı qadın koronavirusdan öldü

33 yaşında epidemiya qurbanı olan Sverdlov - Leninin "sağ əli" tarixdə çarı və ailəsini güllələtdirən adam kimi qalıb - FOTO

Türkiyəli müğənni koronavirusa yoluxdu

""Azərişıq" ASC sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır"

İsraildə BÖYÜK TƏŞVİŞ - Minlərlə yarasa...

Çindən ilginc qərar: dəmiryollarını Avropa üçün açdı - Uhandan ilk qatar Almaniyaya yola düşdü

Həbib Ferqyusonla döyüşə belə hazırlaşır - FOTO

Türkiyə Müdafiə Nazirliyi: İraqda 8 terrorçu məhv edilib

Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib

6 manata görə adam öldürən şəxsin məhkəməsi başlayıb

Xaçmazda xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu

Uşaqları koronavirusdan qorumaq üçün nələr edilməlidirlər?

Türkiyənin İranla sərhəd bölgəsi karantinə alınıb

Polis postlarından yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq - YENİ QAYDA

Erməni professor Rusiyada koronavirusdan öldü

Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı

Koronavirus Benyamin Netanyahunu hakimiyyətdə saxladı

Koronavirisun daha bir ağır fəsadı - Çin həkimləri açıqladı

Misirdə koronavirusdan ölənlərin sayı 30 nəfərə çatıb

Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar

Rusiya koronovirusa qarşı dərman hazırladı

Ukraynada koronavirusdan 8 nəfər ölüb

Almaniya kuboku təxirə salındı

Bakıda 54 yaşlı kişi bıçaqlandı

"Azəriqaz": Daha az işçi ilə maksimum iş imkanları səfərbər olunur

İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb

"Arsenal" Vengerə heykəl qoyacaq

Azərbaycan millisinin ölkə xaricində qalan voleybolçuları bəlli olub

Pandemiya nə qədər davam edəcək? - Harvard İnstitutu

Ölümün ağuşuna aldığı İtaliyada vəziyyət - Romada yaşayan rusiyalı qız yazdı - FOTO

Renka eyvanda rəqs edib "evdə qal" dedi - VİDEO

“Kommunal xərclərin ödənilməsinə güzəştlər tətbiq edilməlidir” - VİDEO

Daha bir qrup sənət adamı koronavirusla bağlı vətəndaşlara müraciət ediblər - VİDEO

İtaliya A seriyasında çempion olmayacaq

Azərbaycan klublarının legionerləri vətəninə yollanıb, ikisi Bakıda qalıb

Bakıda mağazadan 5 min manatlıq oğurluq olub

Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

Rusiyada daha bir nəfər koronavirusdan öldü

"Qalatasaray"ın daha bir vitse-prezidenti koronavirusa yoluxmasından şübhələnir

Penitensiar Xidmətdən dustaqların kəskin qızdırma, baş ağrısı və ürəkbulanmadan əziyyət çəkməsi xəbərinə reaksiya

Ronaldu maaşının azaldılmasna razılıq verdi

Fatih Terim sağalmağa başlayıb - Qızı atasının səhhətindən yazdı

Koronavirusa yoluxan məşhur futbolçu palatada məşq etdi - VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər - FOTO

Sensasion xəbər: Çin koronavirusaya qarşı vaksini insanlar üzərində tətbiq etdi!

Dibala və sevgilisi koronavirusa yoluxmaqlarından danışdı - FOTO

İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb

Sosial şəbəkədə bu ədviyyatın koronavirusa faydalı olduğu yazıldı, satışı sürətlə artdı

Ölkədə olma müddəti bitənlər haqda AÇIQLAMA

Ölkədə olma müddəti bitənlər haqda RƏSMİ AÇIQLAMA

Diskvalifikasiyası başa çatan idmançılar Tokio-2020-yə qatıla biləcək

Ermənistanda koronavirusa yoluxanların sayı 372-yə çatıb

Xaçmaz polisi karantin rejimi ilə bağlı gücləndirilmiş iş rejimində çalışır - FOTO

Dustaqlar təcridxanaya narkotik keçirmək istədilər - FOTO

İsmayıllı sakinindən odlu silah götürüldü

Bakıda hoteldən 2000 manatlıq samovarlar oğurlandı

Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm...” - VİDEO

Neftin qiyməti dəyişib

Türkiyədə 15 polis koronavirusa yoluxdu

Təşkilat Komitəsinin sədri Tokio-2020 üçün mümkün tarixi açıqladı

“Mən 2019-cu ildə söhbəti bilirdim” - Çingiz koronavirusdan yazdı

Psixoloq: "Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı"

Federasiya prezidenti koronavirusa qalib gəldi

Qüdrət Həsənquliyev: "Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı hazırda onun həbsini siyasiləşdirənlərdir"

Karantin qaydalarına nəzarət edən polislərdən diqqətçəkən addım - FOTO

Azərbaycan millisinin voleybolçuları karantinə alındılar

Atadan əlil oğluna qarşı dəhşətli əməl: baltayla...

Polşadan Azərbaycana çarter reysi ilə bağlı RƏSMİ AÇIQLAMA

Gizli koronavirus hesabatı üzə çıxdı: 1 milyon insan öləcək

İranda ötən sutka koronavirus daşıyıcılarının sayı 3 mindən çox artıb

İrşad Electronics müştərilərinin kredit ödəmələrinə fasilə verdi

“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib - FOTO

Ağdamda 21 yaşlı gənc həmyerlisini bıçaqladı

“Nyukasl”ın əfsanəsi koronavirusa görə həbs edildi

Rusiyada koronavirusa yoluxanların sayı 1264-yə yüksəlib