AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Stalini heyran qoyan azərbaycanlı aktrisanın sirlərini nəvəsi açdı - FOTO

  13

Stalin özü onu Azərbaycanın ən gözəl qadını tituluna layiq görmüşdü. Həyat verdiyi istənilən obrazı ən az özü qədər əvəzsiz, təkrarsızdır. Çoxsaylı mükafatlarını sadalamağa ehtiyac yoxdur. O, xalqın sevimlisi Leyla Bədirbəylidir.

Demokratikmusavat.com Publika.az-a istinadən Mehin Cavanşirlə söhbəti təqdim edir:

Leyla xanımı Amerikada yaşayan nəvəsi Mehin Cavanşirlə birgə yad etdik.

 Mehin xanım, Leyla Bədirbəylini sizin xatirələrinizdən dinləmək istərdik.

- Nənəm dünyasını dəyişəndə, mən universitetdə oxuyurdum. Uşaqlığımız, yeniyetməliyimiz onunla birgə keçib. Hər bazar günü nənəmgilə gedirdik. Çünki həmin gün bizə çox gözəl proqram hazırlayırdı. Əvvəlcə birgə verilişlərə baxırdıq. Sonra nahar və onun hazırladığı çox dadlı şirniyyatları yeyirdik. Leyla xanım peşəkar qənnadçı idi. Özü də sovet vaxtı indiki mətbəx ləvazimatları çox çətin tapılardı. Onun evində isə hər şey var idi. Yəqin ki, xaricdən gətirirdi. Hazırladığı tortlara elə gözəl bəzəklər verirdi ki, saatlarla baxmaq istəyirdin. Bir də bizə gözəl donlar tikirdi. Mən, bacım və bibim qızı onlarda olanda, ölçülərimizi götürürdü ki, növbəti həftə sonu üçün paltarımız hazır olsun. İstəyirdi ki, bizim donlarımızdan heç kimdə olmasın. Bir parçadan müxtəlif formalı libaslar tikirdi. Üstünü də toxuduğu fiqurlarla bəzəyirdi. Masasında hər zaman dəb jurnalları olurdu. Onlara baxıb bizə gözəl sviterlər, jaketlər toxuyardı. Hamı bizdən soruşurdu ki, bu gözəl geyimləri haradan alırsınız?!

Yayda isə bizi Qubaya aparardı. Qəçrəş meşələrini çox sevərdi. Elə biz də meşədə oynamağın həvəsindən gedərdik. Şəmkiri də çox sevirdi. Tətil gələn kimi ata yurdu Şəmkirə gedərdi. Mən anama çox bağlı olduğum üçün uzaq səfərlərə onsuz getməzdim. Amma bacımı və bibim qızını özü ilə aparardı. Bacım danışırdı ki, Şəmkirə çatan kimi insanlar sıraya düzülüb Leyla xanımı alqışlayırdı. Çünki hər kəs onu çox sevirdi. Olduqca sadə və təvazökar insan idi. Heç kim haqda pis danışmazdı.

- Bildiyim qədər, sovet vaxtı ən çox xarici səfərlərə gedən sənətkarlarımızdan biri də Leyla xanım idi.

- Hər Yeni il öncəsi xaricə, əsasən də Moskvaya üz tuturdu. O, xaricə səfər edəndə çox sevinirdik. Çünki bilirdik ki, bizə dadlı şirniyyatlar, konfetlər gətirəcək. Çox gözəl zövqü var idi. Standart olmayan şeylər gətirirdi.

- Amma yəqin ki, nənəlik missiyası tək sadaladıqlarınızla bitmirdi.

- Bilirsiniz, Leyla xanım üçün etika-estetika hər şeydən öncə gəlirdi. Bizə öyrədirdi ki, səhər oyananda, özünüzü tam səliqəyə salın. Hətta evdən çıxmasanız belə səhər yeməyinə oturanda elə bilməlisiniz ki, indi qonaq gələcək. Geyiminiz, saçınız həmişə səliqəli olmalıdır. Masanın bəzədilməsindən tutmuş, yerişimizədək hərşeyi ondan öyrənirdik. Çünki zadəgan ailəsində böyümüşdü. Adi davranışlarında, maneralarında da aristokratlıq duyulurdu. Artıq hərəkətlərdən xoşu gəlməzdi. Bizə də deyirdi, hər şeyə gülməyin, özünüzü adınıza layiq aparın. Bu baxımdan bir az sərt idi. Hətta gəzəndə də qəddimizi düz saxlamağı öyrədirdi.

- Leyla xanım kolleksiya toplamağı da sevirdi...

- Evinin çox maraqlı dizaynı var idi. Miniatür suvenirlər toplayırdı. Evi sanki muzey idi. Farfor fiqurlar, rəsm əsərləri, miniatürlər... Hətta pərdələrini də özü tikərdi.

- Milyonların həsədlə, həsrətlə baxdığı Leyla Bədirbəyli məhəbbətinə qovuşmuşdu?

- Babam Kamil bəy onu uşaq kimi əzizləyərdi. Evdə bir vaz var idi. İçərisində həmişə tər qızılgüllər olardı. Heç vaxt o güllərin solduğunu görməzdik. Çünki babam 2-3 gündən bir nənəmə qızılgül alardı. Biz ona heç vaxt nənə deyə müraciət etmirdik. Həmişə "mama Leyla" çağırırdıq. Bir dəfə dedim, "mama Leyla", axı gülləri ancaq bayramlarda hədiyyə edirlər. Cavab verdi ki, yadında saxla, insan sevdiyinə qarşılıq gözləmədən dəyər verirsə, onu sevindirməyə çalışır. Babam hər gün tezdən oyanıb təndir çörəyi alıb gətirirdi. O vaxtlar da çörəyi qəzetə bükürdülər. Bu, nənəmin xoşuna gəlmirdi ki, zərərlidir axı... Şriftin rəngi çörəyin üzərində qalır. Ona görə babam ağ kağıza bükürdü isti çörəyi. Şəkərburanı, paxlavanı hamıdan gözəl bişirirdi. Hətta rəhmətlik Rəşid Behbudov deyirdi ki, respublikada ən gözəl paxlavanı Leyla xanım bişirir. Şəkərburaya elə naxış vururdu ki, sanki üstündə memar işləyib. Elə bil Allah onu qüsursuz yaratmışdı. Sözün əsl mənasında gözəl idi. Çox mükəmməl nitq qabiliyyəti də vardı.

- Amma gözəl qadınların taleyi çox vaxt nəs gətirir.

- O qədər gözəl, xoşbəxt ömür sürmüşdü ki, bu nağıl bir gün bitməli idi. Sevimli qızı Lalə (bibim) 48 yaşında avtomobil qəzasına uğrayıb dünyadan köçdü. Bu, hamımız üçün çox böyük itki idi. Ondan öncə də babam eyni faciə ucbatından Almaniyada vəfat etmişdi. Bu iki zərbə Leyla xanımı çökdürdü. Dərin depressiyaya düşdü. Həyat yoldaşı ona həm də ata əvəzi idi. Bütün bu nəvazişi, qayğını bir anda itirdi, üstəlik də qızının eyni səbəbdən ölümü... Bu, çox ağır faciə idi. Nənəm ağır stress yaşadı. Nə jurnalistlər, nə sənət yoldaşları... Hər kəslə əlaqəni kəsib evinə qapandı. Yalnız biz doğmalar onu ziyarət edirdik. Mütləq öncədən zəng edirdik ki, yanına gəlmək istəyirik. Deyirdi, filan saatda qapını açıq qoyacam, gələrsən. Çox vaxt heç telefona da cavab vermirdi. Qapını örtüb, evdən çıxmırdı. Bəziləri düşünürdü ki, bu itkilər ona təsir etməyəcək. Amma qəlbi o qədər incə idi ki, dərindən sarsılmışdı. Valideynlərini də çox sevirdi Leyla xanım. Hətta onları tez-tez kurortlara yollayırdı. Anam danışırdı ki, atasının ayağını da özü yuyurdu.

- Nə vaxt dərk etdiniz ki, nənəniz həm də xalqın sevimli sənətkarıdır?

- Uşaq vaxtı anlamırdım. Amma artıq məktəb vaxtlarımda onunla gəzməyə çıxanda hər kəs dönüb heyrətlə baxırdı. Rəfiqələrim də deyirdi ki, bilirsən, sən Azərbaycanın ən gözəl qadınının nəvəsisən. O, bizə tapşırırdı ki, heç kimə deməyin nəvəm olduğunuzu. Qoy, sizi özünüzə görə sevsinlər. Hətta həyat yoldaşımın ailəsi bizə elçi gələndə, nənəmin portretini gördü. Onda bildilər ki, Leyla xanım nənəmdir. Bizə deyirdi, mən mənəm, siz, siz olmağa çalışın. Bir dəfə universitetdə rəfiqəm hamıya dedi ki, Mehin Leyla Bədirbəylinin nəvəsidir. Yadımdadır, auditoriyanın qapısı tez-tez açılardı. Hər kəs mənə baxmağa gəlirdi. Təbii ki, nənəmə görə... Bir də çox balaca bir iti var idi. Onu gəzdirməyə çıxarırdıq. İndiki Heydər Əliyev sarayının yanında yaşayırdı. Evindən şəhərin mərkəzinədək hamı arxamızca gəlirdi ki, ona bir daha baxsın.

- Sənət dostları vardımı?

- Onun ən yaxın rəfiqəsi Sara Qədimova idi. Barat Şəkinskaya ilə də doğma münasibəti vardı. Amma bir cəhəti vardı. Ev, onun üçün müqəddəs idi. Hər kəsi evinə çağırmazdı. Bu baxımdan mən də ona bənzəmişəm. Babam diş həkimi idi. Həmişə ziyalılar qonaq gəlirdi onlara. Sara xanımın oğlu Akif İslamzadə də atamla son günədək yaxın dost idi.

- Məndə olan məlumata görə "Arşın mal alan" filminin son səhnəsində oğlu, yəni atanız da qısa fraqmentdə çəkilib. Ümumiyyətlə övladlarına, yaxud nəvələrinə aktyorluq qadağası qoymuşdu, yoxsa dəstəkləyirdi?

- Bəli həmin səhnədə atam kiçik səhnəcikdə çəkilib. Yadımdadır, məktəbdə oxuyanda heç kim bilmirdi kimin nəvəsiyəm. Amma məni tez-tez kino seçimlərinə çağırırdılar. Qız Qalasının yanında görüş təyin edirdilər ki, valideyn gətirsin. Oradan isə avtobusla telestudiyanın binasına ikinci mərhələdə iştirak etməyə yollanmalı idik. Atam əlimdən tutub Qız Qalasının yanına gətirərdi. Yarı yoldan da geri qaytarardı ki, bir aktrisamız var, bəsimizdir. Ailədə heç kim yolunu davam etdirmədi.

- Nənənizin ifasında hansı obrazını daha çox sevirsiniz?

- Məncə, "Arşın mal alan" filmindəki Gülçöhrə obrazı. Maraqlı bir əhvalat danışacam. Biz Amerikaya köçməzdən öncə 1 ay müddətində Nyu-Yorkda yaşamalı olduq. Həyat yoldaşımın Quba yəhudisi olan dostugilə qonaq gəlmişdik. Elə ilk gün idi, gördüm ki, televizorda "Arşın mal alan" filmini izləyirlər. Altdan isə rus və ingilis dillərində titr gedir. Düşündüm ki, disk vasitəsilə baxırlar. Sən demə, filmi Bruklin televiziyası nümayiş etdirir. Bir az keçməmiş ev sahibinin anası zəng etdi ki, televizoru qoşun, "Arşın mal alan"ı göstərirlər. Oğlu isə cavab verir ki, ana, təsəvvür edirsən, nəvəsi də bizdə qonaqdır. Bruklində rusdilli əhali çoxdur. Film onlar üçün nümayiş olunurdu. Hətta bu yaxınlarda Kaliforniyada da "Arşın mal alan" festivalı keçirildi. Təəssüf ki, iştirak edə bilmədim.

- Leyla xanımın gözəlliyi Stalini də heyran etmişdi...

- Bəli, bu, faktdır. Stalin filmə baxandan sonra, demişdi ki, bu qız Azərbaycan gözəlidir. Elə o vaxtdan Leyla Bədirbəylinin adı Azərbaycan gözəli qalmışdı. Nənəmin evində İosif Stalinin çox gözəl portreti var idi.

- Çox maraqlıdır, Leyla xanımla hansı qərb aktrisası arasında bənzərlik görürsünüz?

- Jurnalların birində görmüşdüm ki, Leyla xanımı Azərbaycanın Elizabet Teyloru adlandırmışdılar. Onların arasında bir bənzərik duyuram. Hər ikisinin xəfif baxışları, təbəssümləri var. Hətta bədən quruluşları da bir-birinə bənzəyir. Amma Leyla xanım daha incə idi.

- Sizcə, aktrisa olmasaydı, hansı sahədə bu qədər qüsursuz iz qoyardı?

- Düşünürəm ki, aktrisa olmasaydı, özünü tam ailəsinə həsr edərdi. Çünki peşəsindən başqa aşiq olduğu ikinci sənət yox idi.

- Leyla xanım haqda film çəkilsə, onun obrazı kimə həvalə olunardı?

- Çətin sualdır. Ağlıma heç kim gəlmir.

- Uzun müddətdir, Amerikada yaşayırsınız, fud-blogersiniz. Bu sevgi də yəqin nənənizin mirasıdır.

- ABŞ-ın Luiziana ştatında yaşayırdıq. Azərbaycanlılar çox az idi. Mən də ünsiyyətcil adam olduğum üçün darıxırdım. Bruklinli rəfiqələrim məsləhət gördülər ki, "odnoklassniki" saytında qeydiyyatdan keçim. Onda hələ feysbuk yox idi. Bir dəfə gördüm ki, ermənilər xörəklərimizi öz adlarına çıxarırlar. Çox vətənpərvər insanam. Bu haqsızlığa susa bilməzdim. Almaniyada yaşayan rəfiqəmə təklif etdim ki, gəl, biz də qrup yaradıb, milli mətbəximizi tanıdaq. Bir neçə dəfə qrupumuz bloklandı. Bu hadisə hər dəfə mövcud olmayan erməni soyqırımının ildönümünə təsadüf edirdi. Hər şeyi yenidən bərpa edib növbəti qrup yaradırdım. Hazırda qrupumuzun 83 min üzvü var və eyni adlı qrupu feysbukda da yaratmışıq. Mən Pənahəli xan Cavanşirin nəslindənəm və bununla qürur duyuram. Harada yaşasam da, ölkəm üçün əlimdən gələni etməyə hazıram.

Demokratikmusavat.com

Xəbər Lenti

"Qızlar düşünür ki, Həcinin pulu var"

Keçmişdən gələcəyə nə daşıyırıq? - ALTINCI YAZI - YUNUS OĞUZ YAZIR

PSJ baş məşqçini dəyişir

İranda koronavirusa yoluxanların sayı artıb

"Prezidentin İtaliyaya dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan regionda nüfuz dairəsini genişləndirir" - Tahir Mirkişili

Ana öz oğlunu oğurladı

Çin koronovirusa tam qalib gələcəyi tarixi AÇIQLADI

Tramp "Oskar" alan "Parazitlər" filmini tənqid edib

Hüseynov-Məmmədov duetinin ATƏT zavallılığı

Muğam Mərkəzində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş “Söz” ədəbi layihəsi keçiriləcək

Paşinyan erməni əsgərlərin intiharını bazara bənzətdi

"Prezident İlham Əliyevin İtaliyaya uğurlu səfəri yeni bir mərhələnin əsasını qoydu" - Bəxtiyar Əliyev

Elçin qalmaqallı “Kelebek” statusunu niyə silib?

Bakıda prokuror ərindən boşanan müğənniyə gecə saat 3-də SEVGİ ETİRAFI EDİB - FOTO

"İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib" - Sona Əliyeva

İtinə görə Çindən ayrılmadı - Zelenski ona zəng vurdu - FOTO

"Buna görə nazirliyə müraciət edəcəm" - Fərda

Elza: "Mənim adımdan siyasi məzmunlu şeirlər yayırlar"

Avroliqada həftənin ən yaxşı futbolçusu kim olacaq?

"İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır" - Tahir Kərimli

İranda parlament seçkiləri keçirilir

“Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi

Rəqsanənin qızından GÖZLƏNİLMƏZ AÇIQLAMA: Sevdiyim insan mənə ... - FOTO

Avroliqa matçında maraqlı hadisə: Babel yerə yıxılan rəqibini təqlid etdi - VİDEO

İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olunub - FOTO

Bacısı işdə olanda onun əri ilə sevişən qadından dəhşətli əməl - FOTO

"İtaliya ilə əlaqələrin inkişafı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin genişlənməsinə kömək edə bilər" - Musa Qasımlı

Müxalifətin dalana düşmüş zavallıları çıxış yolu arayır - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

“Hoffenhaym”ın futbolçusu Azərbaycan millisinə çağırıldı

Ət sousunda bişmiş kartof, şaftalı cemi və dondurma... - Silsilə qətllər törədən qatilin son istəyi - FOTO

Qayınata toy günü bəyin boğazını kəsib öldürdü - FOTO

İtaliya Prezidenti: "Azərbaycan regionun ən çiçəklənən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etmişdir"

Prezident İlham Əliyev: "Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir"

Kontakt Home Masallıda ilk mağazasını açdı - 50%-dək ENDİRİM, ƏYLƏNCƏ, HƏDİYYƏLƏR

Cazibədar model futbolçularla münasibətdən bezib - FOTO

""Qarabağ”da hər şey əla idi" - Asmir Beqoviç

Ərdoğanın Azərbaycana səfərinin vaxtı açıqlandı

Koronavirusa qarşı vaksinin sınaqdan keçiriləcəyi tarix açıqlandı

"Prezidentin rəsmi səfərindən sonra İtaliya Azərbaycan sahibkarları üçün Avropada əsas bazarlardan biri ola bilər" - Vüqar Bayramov

“Real” Ramosla anlaşa bilmir – Yeni müqavilə üçün

Cəbhədə növbəti TƏXRİBAT: mövqelərimiz snayperlərdən atəşə tutuldu

Renat Dadaşov kənarda qaldı

Meksikada zəlzələ baş verib

İranda parlament seçkiləri keçiriləcək

Türkiyədə tekstil şirkətində yanğın olub

Səudiyyə Ərəbistanı istiqamətində ballistik raketlər buraxılıb

AFR-də iş axtaran əcnəbilər üçün xüsusi xidmət yaradılıb

ABŞ-da təyyarə qəzaya uğrayıb - ölənlər var

Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı

Çində koronavirusdan ölənlərin sayı 2236-a çatıb

Məktəbli rekorda imza atmaq istəyir - Azərbaycanda - VİDEO - FOTO

"UAZ" yanıb

Avropa Liqası: "Ayaks"la "Başakşəhər" uduzdu, "Arsenal"la "İnter" qalib gəldi Avropa Liqası, 1/16 finalın ilk oyunları

Özbəkistan, Tacikistan və İran Buxara urialının nəsli kəsilməkdə olan heyvanlar siyahısına salınmasını təklif ediblər

Afinada tikilən ilk məscidin açılışı olacaq

Yeni avtomobillərin intensiv satışına görə ön sıralardadır

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

Sorğu: Raşida Dati Parisin meri vəzifəsi uğrunda mübarizədə daha şanslıdır

Günün qoroskopu: işləri qaydaya salmaq üçü əlverişli gündür

Prezident İlham Əliyev: Azərbaycanın texnoloji cəhətdən yenilənməsi bizim prioritetimizdir

Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bakıda "Kia" reklam lövhəsinə çırpılıb - Ölənlər var

Dəniz quldurları 4 gürcü dənizçini qaçırıb

Ziyad Səmədzadənin dairəsi ilə bağlı qərar açıqlandı

11 məntəqə ləğv edildi, nəticə belə oldu

Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib

Rivaldo "Barselona"nı tənqid etdi - "Bu transferi başa düşmədim"

Masazırda avtomobil təmiri sexi yanıb

Mariya Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib - FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romada naməlum əsgər abidəsini ziyarət etdilər - FOTO

Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının səlahiyyətlərindən biri ləğv edilib

"Ronaldo sərhəddə dayandırılmalıdır" - "Lion"un baş məşqçisi

“Mançester Yunayted”də Reşford şoku

"Sabah"la oyuna xüsusi münasibət bəsləmirəm" - Ekşteyn

Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar

Çində koronavirusa yoluxma hallarında azalma müşahidə edilir

"Gücümü, enerjimi, ümidimi, inamımı saxladım" - azad edilən keçmiş baş nazir

Cənubi Koreya koronavirus səbəbindən ilk ölüm xəbərini təsdiqlədi

Almaniyada silahlı hücum - 11 ölü

İran-Pakistan sərhədində 5 pakistanlı əsgər öldürülüb

Rejissor Rza Siyami: İranda türkcə film sahəsində sürətli bir irəliləyiş var

"Anam, yaxşı ki, vaxtında dünyadan köçdün" - Nadir Qafarzadə

KİV: Türkiyə ABŞ-dan “Patriot” zenit-raket kompleksləri istəyib

Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb - FOTO

Moskvada qışın ən isti günü qeydə alınıb

Sercio Mattarella: "2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub"

Prezident İlham Əliyev İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə birgə işçi nahar edib - FOTO

Daha 4 məntəqənin nəticəsi etibarsız sayıldı

Prezident İlham Əliyev: "Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib"

Prezident İlham Əliyev: "İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir"

"Ayrılmağı heç vaxt düşünmədim, indi də fikirləşmirəm" - Messi

Harvard Universitetinin saytında Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib

Dünyanın ən iri heyvanının sayı kəskin artıb

Cazın bahar sədaları Beynəlxalq Muğam Mərkəzindən səslənəcək

Fatimə aparıcılara xəbərdarlıq etdi - Heç kimə paltar verməyəcək

Əhalinin banklarda olan əmanətlərinin məbləği açıqlanıb

Dodaqlarını böyütdürən Səmra bəyənilmədi - "Heç yaraşmadı" - FOTO

Binəqədi birinci seçki dairəsi üzrə 1 seçki məntəqəsinin nəticəsi etibarsız sayılıb

FİFA reytinqi açıqlandı - Millimiz Mozambikdən geri qalır

Sən demə həqiqətən ölməyibmiş... - MSK videogörüntünü araşdırıb

"Sevilya"nın futbolçusu koronovirusun olduğu şəhərin komandasına keçdi

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb - FOTO

DSK-nın qərarı qüvvədə saxlanıldı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub - FOTO

Heç kim məni məcbur etməyib: Qoşulub qaçan Lalə - VİDEO - FOTO

MSK Kürdəmir seçki dairəsi üzrə 5 məntəqədə seçkilərin nəticələrini ləğv edib

"Qəbələ" toqolu yarımmüdafiəçi transfer etdi

Azərbaycan-İtaliya sənədləri mübadilə edilib - FOTO

Özil Londonda qaldı - Ata olacaq

Beyl infeksiyaya yoluxdu - Evə göndərildi

Rüstəm "Meşəbəyi" olacaq

MSK daha 1 seçki məntəqəsində nəticələri ləğv etdi

MSK-da parlament seçkiləri ilə bağlı iclas - Bu məntəqələrin nəticələri ləğv edildi - YENİLƏNİB

İsmayıl Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

İtaliyalı hücumçu 6 aylıq zədələndi

MSK daha 11 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi

"Mbappe futbolun bugünü və gələcəyidir" - Ronaldu

Yeni xalq artistləri duet oxuyacaq

SOCAR və SNAM dayanıqlı enerjini təbliğ etmək üçün saziş imzaladılar - FOTO

Pompeonun postsovet turnesi: qlobal və regional geosiyasi trendlərin kəsişməsində

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub

Xoşagəlməz hallardan sui-istifadə etməyə çalışanlar var - Məzahir Pənahov

Verilişinə çağırmadığı müğənni Zauru efirdə PƏRT ETDİ - İndi mən sizə bir... - FOTO

Bakıda idman jurnalistlərinin respublika toplantısı keçirilib - FOTO

MSK-da parlament seçkiləri ilə bağlı iclas keçirilir - Müraciətlərə baxılır - YENİLƏNİB

MSK daha bir məntəqədə səsvermənin nəticələrini ləğv etdi

Türkiyə qoşunları İdlibə hücuma keçdi

Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

“Mançester Yunayted”də şok itki - Mövsümü erkən başa vurdu

MSK-da parlament seçkiləri ilə bağlı iclas başladı - Müraciətlərə baxılır - YENİLƏNİB

Kartof vermək adı ilə qadını evinə çağırıb zorladı

MSK-da parlament seçkiləri ilə bağlı iclas başladı - Müraciətlərə baxılır

"Neftçi"nin keçmiş futbolçusu öldü

Bakıda yerli şirkətlərin məhsullarından ibarət sərgi keçirilir - FOTO

Hacıbaba Hüseynovun bu bacarığını bilirdinizmi? - Qadınlardan yaxşı bacarırmış

Səfir: "Danimarka ilə Azərbaycanın liman sahəsində əməkdaşlıq üçün böyük perspektivləri var"

Azərbaycan siyasətində sosial şəbəkələr: nə baş verir? - ARAŞDIRMA

Köçəryan erməni kəşfiyyatının şefi ilə birləşir