AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Mən aktrisayam, bu gün baş rolda çıxaram, sabah..."

  13

Günel Məmmədova: Tamaşaçıların sevgisini qazanmaq asandır, ancaq o sevgini layiqli şəkildə qoruyub saxlamaq çətindir

Noyabrın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli ədib Cəfər Cabbarlının "Oqtay Eloğlu" pyesi əsasında hazırlanan tamaşanın premyerası baş tutub. Quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov olan tamaşa böyük maraqla qarşılanıb. Demokratikmusavat.com bildirir ki, tamaşa sonrası əsərdə baş rolu - Firəngizi canlandıran Günel Məmmədova "Kaspi" yə danışdı. Teatrın sevilən aktrisası bizimlə söhbətində uzun müddətdən sonra qəhrəman obrazı canlandırmağın sevincini bölüşdü. Bir zamanlar teatrın repertuarında Əməkdar artist, teatrın istedadlı aktyoru Elnur Kərimovla birlikdə tərəf müqabili olan aktrisa indi onunla eyni tamaşada rol aldıqlarını deyir. 
 
- Sizə səhnəmizin "Sarı gəlini" deyirdilər. İndi isə bu, Firəngizlə əvəz olundu. Firəngiz obrazının Günelin yaradıcılığındakı yeri və rolu nədən ibarətdir?   
 
- Firəngiz mənim üçün fərqli bir obraz oldu. Mənim Firəngizlə ortaq bir istəyim, sevgim var, o da səhnəyə, sənətə olan sevgimizdir. Firəngiz də daim səhnəyə can atır, həm Oqtayı, həm də sənətini sevir. O dövrdə başqa millətin xanımlarının bizim teatrımızda oynayıb, öz xalqımızın xanımlarının isə oynamamağı Firəngizə pis təsir edirdi. Monoloqunda deyir ki, "xalqın nümayəndəsi mən özüm olmalıyam". Bugünə qədər oynadığım bütün obrazlarım mənim üçün əzizdir. Firəngiz də onlardan biridir. Canlandırdığım obrazlarımın bir çoxu mənim xarakterimə uyğun gəlməsə də, mən o tamaşalarda ürəyimi qoymuşam. Onları necə sevməyə bilərəm?

- Uzun müddətdir ki, sizi teatrın səhnəsində baş qəhrəman kimi görə bilmirdik. Xeyli vaxtdan sonra baş qəhrəmanı canlandırmaq necə bir hisdir? 
 
- Müəyyən səbəblərə görə bir neçə ildir ki, səhnədə yoxam. Bacardığım qədər mənə həvalə olunan obrazlarla səhnəyə çıxmağa çalışıram. Tamaşaçıların yaddaşda qaldığım Günel kimi yaradıclığımı davam etdirirəm. 6 il olar ki, yeni tamaşa oynamıram. Firəngiz obrazı ilə yenidən baş qəhrəman olaraq səhnəyə gəlmişəm. Hesab edirəm ki, belə gəlmək daha böyük məsuliyyətdir. Tamaşaçıların sevgisini qazanmaq asandır, ancaq o sevgini layiqli şəkildə qoruyub saxlamaq çətindir. Uzun müddət fasilədən sonra o sevgini, istəyi qoruyub saxlaya bilmək üçün əlimdən gələni etdim. Bu gün özümü xoşbəxt hiss edirəm ki, tamaşaçılar məni tək qoymadılar. Noyabrın 29-da tamaşanın premyerası günü çox təəccübləndim. Çünki bütün biletlər satılmışdı. Təvazökarlıqdan uzaq da olsa deyim ki, sosial şəbəkədən yazırdılar ki, "sizə görə bilet almışıq, yerlər olmadığından daxil ola bilmədik". Tamaşanın premyerasına belə böyük marağın olması məni çox sevindirdi. O gün məni sevənlər yanımda oldular və mənə çox dəstək oldular. Bunun özü mənim üçün böyük xoşbəxtlik idi. Düzdür, tamaşanın məşq prosesi və ondan sonrakı prosesdə müəyyən çətinliklərlə üzləşdim. Qarşımda nə qədər əngəl, çətinlik olursa-olsun, çevrəmdəki insanların, dostlarımın inamı mənə güc verdi. 
 
- Bir zamanlar Gənc Tamaşaçılar Teatrının tamaşalarının sevilən cütlüyü, tərəf müqabili kimi Elnur Kərimovla eyni tamaşada rol alsanız da, ancaq premyeraya birlikdə çıxmadınız. Bunun xüsusi bir səbəbi varmı?
 
- Mən Elnuru teatrda tanımamışam. Onunla eyni məktəbdə, eyni universitetdə təhsil almışıq, daha sonra uzun müddətdir ki, eyni teatrda çalışırıq. Elnurla çox yaxşı münasibətimiz var. Onunla birlikdə filmlərdə, seriallarda rol almışıq, irili-xırdalı bir çox tamaşada birlikdə rollar canlandırmışıq. Daha çox səhnədə baş rollarda tərəf müqabili olmuşuq. "Oqtay Eloğlu" tamaşasında Oqtay obrazını o da oynayırdı, ancaq bu dəfə Şövqü Hüseynov məni ondan oğurladı (gülürük). Elnur mənim üçün əvəzolunmaz tərəf müqabilidir. Onunla heç bir məşq etməsək belə, səhnəyə çıxıb oynaya bilərik. Bir-birimizə o qədər öyrəşmişik, o qədər yaxınıq ki, onun bir baxışından hər şeyi tuturam və biz bir-birimizi çox yaxşı tanıyırıq.
 
- Bəs Şövqü Hüseynovla necə tərəf müqabilisiniz? Onunla bir-birinizi duya bilirsinizmi?
 
- Əlbəttə ki. Şövqü Hüseynov çox istedadlı insandır, işinin peşəkarıdır. Bu mənim onunla ikinci işimdir. "Məhv olmuş gündəliklər" tamaşasında da onunla tərəf müqabili olmuşam. O insana  böyük hörmətim var və xətrini həqiqətən çox istəyirəm. Onunla tərəf müqabili olduğum üçün özümü şanslı hesab edirəm. Çünki o ustaddır. Ancaq Elnur Kərimov mənim əvəzolunmaz tərəf müqabilim kimi qalır. Baxmayaraq ki, Elnurla premyerada birlikdə oyanmadıq, ancaq məni ilk təbrik edən Elnur oldu. Mən də ayın 14-də, o səhnəyə çıxanda, yanında olacam.
 
- Bu gün teatrlarımızın repertuarında həddən ziyadə klassik əsərlər səhnələşdirilir. Sizcə, klassik əsər bu gün nə qədər aktual ola bilər?
 
- Teatrların repertuarında həm klassik, həm də müasir əsərlər olmalıdır. Mən klassikasız teatrı təsəvvür edə bilmirəm. "Oqtay Eloğlu"nu Vaqif Əsədov tam fərqli bir yozumda səhnələşdirib. İndiki dövr üçün səhnələşdirilib. Oqtayla Firəngizin sevgisini zəncirvari birləşdirmişdi və bu da tamaşaçılar tərəfindən sevildi. Müasir də olmalıdır. XXI əsrdir, dövran dəyişir, heç nə yerində durmur. İndi aktual mövzular, hərəkətli tamaşalar sevilir. Ancaq yenə də klassikləri unutmamalıyıq. Sözün düzü, "Oqtay Eloğlu"nu hazırlayanda, müzakirələr zamanı biri dedi ki, necə varsa, elə də səhnəyə qoyulsun, fərqli yozumda edək, ancaq Vaqif Əsədov elə bir üsul gətirdi ki, tamaşaya baxırsan və tuta bilmirsən ki, o dövrdür, yoxsa bu dövr. Mənə görə hər ikisi olmalıdır. Klassika bir məktəbdir, o bir tarixdir, onsuz olmaz. 
 
- Bu yaxınlarda "Qış nağılı" filmi təqdim olundu, siz də həmin filmdə əsas obrazlardan birini canlandırırsınız. 
 
- "Qış nağılı" çox möhtəşəm bir film oldu. Bu film iki ilə hazırlandı, çəkilişlərimiz çox ləzzətlə, keyflə baş tutdu. Burada əksər insanlar, aktyorlar, şou-biznes nümayəndələri ilə birlikdə olduq. Filmin baş prodüseri, ideya müəllifi, rejissorumuz  Cəfər Axundzadə həmişə mənə fərqli obrazlar həvalə edir. O, 3 film çəkib, onun hər birində mənə maraqlı obrazlar verib. Hamısı da bir-birindən fərqlidir. Bu filmdə isə mən varlı qadın rolunu canlandırıram. Murad Dadaşovun yoldaşını oynayıram. Belə ki, xanımın yoldaşı bir az lovğadır, pul onu düzgün yerlərə aparmır. Hər şey onun üçün puldur. Yoldaşı isə onun tam əksidir. Filmdə çox nağıl ab-havası var. Məncə, Azərbaycanda belə nağılvarı bir film çəkilməyib. Şəxsən özüm birinci dəfədir ki, tamaşaçı kimi böyük zövq aldım. 
 
- Tamaşaçı kimi hansı filmlərə baxırsınız və zövq alırsınız?
 
- Psixoloji dram və faciə janrında olan filmlərə daha çox üstünlük verirəm. Ən əsası, baxdığım film məni cəlb etməlidir. Hazırda dünya film sektorunda təkrarlanma başlayıb. Çəkilən bütün filmlər bir-birini təkrarlayır. Son illərdə elə bir film olmayıb ki, məni təəccübləndirsin. Bəlkə mövzu tükənib, hər şeyi ediblər, çəkməyə heç nə qalmayıb. Qorxulu filmləri daha çox sevirəm və çəkilmək də istəyərəm.
 
- Qarşıdan Yeni il gəlir. Biz uzun müddətdir ki, sizi Qar qız kimi görə bilmirik. Bəs bu il necə?  
 
- Bu dəfə də siz məni Qar qız kimi görməyəcəksiniz. Bu sualın cavabı məndə deyil. Bu il müəyyən səbəblərdən Yeni il tədbirlərində iştirak etməyəcəm. 
 
- Məşhur olduğunuz üçünmü Qar qızı olmaq istəmirsiniz?
 
- Bunun onunla heç bir əlaqəsi yoxdur. Uşaqlarla oynamağı, onlarla birlikdə zaman keçirməyi çox sevirəm. Aktrisa elədir ki, gərək ona obraz verilsin, o da oynasın. Səbəbini mən də bilmirəm. Bəlkə də teatrda aktyorlarımız çoxdur, ona görə mən bu layihədə yoxam. 

- Teatrda orta və epizodik rol verilsə, oynayarsınızmı? Yoxsa deyərsiniz ki, mən baş rolu oynayan aktrisayam?
 
- Mənə iki dəfə elə rol təklif olunsa da, imtina etmişəm. Mənə o rollar həvalə olunanda öyrəndim ki, həmin obrazlar tamamilə başqa bir obraz imiş. Həmin ərəfələr çəkilişlərim var idi, rejissora deyiblər ki, Günel çəkilişdə olduğu üçün məşqlərə gələ bilməyəcək. Halbuki, Lənkəranda film çəkilişində olduğum ərəfələrdə gəlib tamaşamı oynayıb gedirdim. Təbii ki, bunu biləndən sonra oynamaram. Qərəzsiz bir şey olsa, oynayaram. Mən aktrisayam, bu gün baş rolda çıxaram, sabah kütləvi rolda elə oynayaram ki, baş rolu oynayanı belə kölgədə qoyaram. Ancaq qərəz olarsa, oynamaram. 
 
- Qərəz deyəndə ki, kim sizinlə mübarizə aparır?
 
- Ola bilər ki, kiməsə mane oluram. Teatrda yəqin ki, elə biri var, belə hadisələr baş verir. Heç nə elə-belə baş vermir. Neçə il aktrisa obrazsız qalırsa, deməli nəsə baş verir. 
 
- Sizcə, əsas səbəb nədir?
 
- Əslində, bilirəm. Heç nə demək istəmirəm. Vaxtı gözləyirəm. Səbəbi hər kəs bilir. Firəngiz obrazı mənə həvalə olunanda, dedim ki, bir çox çətinliklərlə qarşılaşdım və hələ qarşılaşmaqda da davam edirəm. İşimə, mənə mane olmaq istəyənləri otuzdururam yerində. Bu yolda mənə inanan, arxamda duran insanlar da var.

Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: işgüzar münasibətlər həddən artıq ehtiyatlı davranış tələb edir

Pasiyentdən meyvə səbəti hədiyyə alan həkim işdən qovuldu

Uhanda xəstəxana müdiri koronavirusdan öldü

Dünyada bir ölkə belə koronavirusdan kənarda qalmayacaq - Dünya Səhiyyə Təşkilatından XƏBƏRDARLIQ

Şagirdləri ilə cinsi əlaqəyə görə cəzalandırılan 15 QADIN - FOTO

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib - FOTO

Dırnaqlarını yeyən 18 yaşlı qız ağır infeksiyaya yoluxdu - FOTO

Yaponiya İmperatoru Naruhitonun doğum günü ilə əlaqədar təbrik mərasimi təxirə salınıb

Təyyarə qəzaya uğrayıb

“Dennis” Britaniyada həyatı iflic etdi, ölənlər var

Böyük Füzulimizin yadigarı mən özüməm...

Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcəsi artırılıb

Azərbaycana idxal edilən avtomobillərin sayı koronavirusa görə azala bilər - Ekspert

“Aydın Xırdalanlının ölümü mənim belimi qırdı” - Məşhur meyxanaçı FƏRYAD ETDİ - VİDEO - FOTO

Sarri "Yuventus"un tarixinə düşdü

Ramil Şeydayevin "Sabah"a keçidi rəsmiləşdi

Baş məşqçi futbolçusunu vurdu, oyundan qovuldu - VİDEO

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası anşlaqla keçdi

Portuqaliyada irqçilik skandalı - Futbolçu meydanı tərk etdi - VİDEO

Çində günəş beş yerdə göründü - FOTO

On doqquz əqli qüsurlu şəxsi qətlə yetirənə ölüm hökmü verildi

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək

Reynaldo rəsmən Gürcüstan klubunda

Bacılar rəqqas İlhamın evinə "hücum çəkdilər" - VİDEO - FOTO

Ayazın səhhətində problem yaranıb

"Azərbaycan klubları bütün pulu yayda xərcləyirlər"

"Simeone ilə oxşar bir hekayəmiz var" - Klopp

Həmkarları Mətanətin oxumağını dəyərləndirdi: “Mən yox deyirəm” - VİDEO - FOTO

Bernardo Silva keçmiş klubuna qayıtmaq istəyir

Qara Qarayev: "Biz Qarabağın təbliğatçısı, əsgəri, fəhləsiyik" - MÜSAHİBƏ

Çində tibbi maska çatışmazlığı ilə mübarizə üçün yeni çarəyə baş vuruldu

"Bahalı həyatı xoşlayıram" - Fatimə

“Tottenhem” – “Leyptsiq” oyunu türklərə tapşırıldı

İranın qərbində zəlzələ olub

İran Azərbaycanı uğurlu parlament seçkiləri münasibətilə təbrik etdi

Suriyada kütləvi məzarlıq tapıldı - FOTO

Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş layihəsi müzakirə edilib

Parlament seçkiləri ilə bağlı MSK-ya 177 müraciət daxil olub

Tural Səfərov: "Prezident İlham Əliyev ermənilərin əsrlərdir uydurduqları “həqiqətləri” ifşa edərək onların iç üzünü bütün dünyaya göstərdi"

Türkiyədə Xocalı soyqırımının qurbanlarının xatirəsi anıldı - FOTO

Hacıqabul-Muğan yolunun tikintisi üçün 4,9 milyon manat ayrılıb

Səkkiz yaşlı uşaq qocalıqdan öldü - FOTO

Pozuntuların qeydə alındığı məntəqələrdə səsvemənin nəticəsini ləğv etsək də ümumi nəticələrə təsir göstərməyəcək - Məzahir Pənahov

Bizim fəaliyyətimizi şübhə altına almayın - Məzahir Pənahov

Özünüzü təbliğ edin, amma bizi də gözdən salmağa meyil etməyin - Məzahir Pənahov

“Elə pişiyim var ki, arvaddan yaxşıdır” - Niyam Salami

Seçkilərlə bağlı 385 videogörüntü yayılıb

“Burada vuracağım hər qolu ona həsr edəcəyəm"

Arvadını döydü, qayınatasını güllələdi

MSK 7 məntəqə üzrə səsvermənin nəticələrini ləğv etdi

MSK bu Seçki Dairələri ilə bağlı QƏRAR VERDİ - YENİLƏNİB

Türkiyədə ana azyaşlı övladını döyərək öldürdü - FOTO

Faiq Ağayev “Tarqovı”da dalaşanları ayırıb, başa salıb - VİDEO

UEFA yeni mükafat təsis etdi

MSK daha bir Seçki Dairəsi ilə bağlı QƏRAR VERDİ

Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı müraciətlərə baxır

Ən azı 7 klubda qol vuran 12-ci futbolçu

Qaqarinin Ermənistandakı avtomobilini hərracda alan olmadı

Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb

Azərbaycanlı məşhur aktyorun QIZ TOYU OLDU - VİDEO - FOTO

Azərbaycanla Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər

Vüqar Rəhimzadə: "Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi"

İrəvan Bakıya uduzur: münaqişədə yeni mərhələ başlanır

Toy kortejində olan "Lamborghini" külə döndü - VİDEO

İradə İbrahimovanın mahnısı plagiat çıxdı

Pərvin Kərimzadə: "Prezident İlham Əliyev Münxen debatında ermənilərə tarixi və siyasi dərs keçdi"

Keçmiş məmurun həyat yoldaşından əməkdar artistə BAHALI HƏDİYYƏ - FOTO

Cəlil Xəlilov: "Münhen debatı Prezident İlham Əliyevin parlaq siyasi qələbəsi kimi dəyərləndirilməlidir"

"Rəqsanə pulumu istədiyimə görə mənə acıq etdi" - Aqşin Fateh etiraf etdi - VİDEO - FOTO

“Qalib əvvəlcədən bilinir” - “Altın kelebek”də qalmaqal

Amerikalı alimdən Paşinyana sərt cavab - FOTO

İstanbul derbisi öncəsi hər iki klubda ciddi itkilər

Rəqsanənin qızının şıltaqlığı ona baha başa gəldi - Zaur Aysunu PƏRT ELƏDİ - FOTO

Minaya "Malakan bağı"nda evlilik təklif olundu - VİDEO

Şahzadə Harrinin keçmiş sevgilisi intihar etdi

Türkiyədə məktəbə silahlı hücum: yaralılar var

Azərbaycan Premyer Liqasında mövsümün rekordu

"Münhen debatı Ermənistanın acizliyinin nümayişi oldu"

Oğlunun gözü qarşısında arvadını öldürüb, intihar edən şəxs azərbaycanlı imiş - VİDEO - FOTO

“Gələn il bu vaxt ana olum” - Mətanət Əsədovanın ən böyük arzusu - VİDEO - FOTO

"Azərbaycanın Türkiyəyə göstərdiyi dəstək əvəzsizdir" - Türkiyəli diplomat

"Real" qələbəni əldən verdi - VİDEO - FOTO

50 yaşlı satıcının çörək almağa gələn uşağa əxlaqsızlığı kameraya düşdü - VİDEO

"Paşinyan Azərbaycan Prezidentinin yanında aciz görünürdü" - Professor

AZE Nakhcivan-Köln SK Futbol Klubu rəsmən fəaliyyətə başladı - FOTO

Bu da ağır xəstəlikdən əziyyət çəkən Xalq artistinin oğlu - İlk dəfə göründü - FOTO

Tanınmış aparıcı intihar etdi - FOTO

"Latsio" "İnter"i xalsız yola saldı - VİDEO - FOTO

Doqquz yaşlı qız hovuzda batan iki yaşlı uşağı xilas etdi - VİDEO

Əməkdar artistin sürprizi həyat yoldaşını ağladıb

Zidanın ağzına təpik vurdu - FOTO

"Arsenal"dan 4 cavabsız qol - VİDEO - FOTO

Koronavirusa görə təşvişə düşən soyğunçular tualet kağızlarını oğurladılar

"Qalatasaray"a bir qol bəs etdi - VİDEO - FOTO

Norm Ustalar Klubu 2019-cu ilin Milli KSM layihəsi mükafatına layiq görüldü

Nazarovdan Almaniyada 8-ci qol

Dünyanın ən güclü boksçusuna meydan oxudu - FOTO

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb

Pərviz "Survivor"dakı ilk yarışında QALMAQALA DÜŞDÜ - Uğursuz start - VİDEO - FOTO

Aydın Səfixanlı: "Paşinyanın çıxışları Prezident İlham Əliyevdə, panel iştirakçılarında gülüş doğururdu"

Şəbnəm Tovuzlunun arxiv VİDEOosu yayılıb

Qaradağlı qətliamından 28 il ötür

Təyyarə başqa səmtə uçdu

"Prezident İlham Əliyev faktlarla, məntiqlə Paşinyanın bütün iddialarını darmadağın etdi"

Ramil Şeydayevin yeni klubu müəyyənləşdi

Pakistanda gəlinin qohumları bəyi toydan qovublar

"Kişilər də “tupoy”dular ki, onları "sağan" qadınlara inanırlar" - FOTO

Xalq artistinin modellərə bənzəyən yeganə qızı da ƏRƏ GEDİR - VİDEO - FOTO

Meksika mətbuatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunub

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi

Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürülüb

Şimali Makedoniya parlamenti buraxıldı

Rusiya və Türkiyə diplomatları və hərbçiləri Moskvada İdlibdəki vəziyyəti müzakirə edəcəklər

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 1696 nəfərə çatdı

Salyanda təhlükəli tapıntı - FOTO

Pakistanda naməlum zəhərli qazın sızması nəticəsində ölənlər var

Azərbaycanın sərbəst güləş üzrə komandası Avropa ikincisi oldu

BƏƏ-də koronavirusa yeni yoluxma hadisəsi qeydə alındı

Avropa çempionatında Azərbaycan güləşçisi ermənini məğlub edərək medal qazandı

"Mənim motivasiyam məqsədlərimdir" - Uğur hekayəsi - FOTO

"7-ci sinfə qədər danışmamışam" - Keçmişdəki mən - FOTO

Böyük Vətən Müharibəsi iştirakçılarının övladlarına hansı növ vergi güzəşti tətbiq edilir?

"İndi Amerikada aldığım maaşı Azərbaycandan çıxanda qazanırdım" - FOTO

Bu avtomobili görənlərin yadına Aşıq Pənah düşür - VİDEO - FOTO