AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübə və radikal müxalifətin antimilli mövqeyi

  11

Demokratikmusavat.com Trend-ə istinadən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzovun yazısını təqdim edir:

Dayanıqlı inkişafın və ictimai-siyasi sabitliyin təmin olunduğu müasir, müstəqil Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm strateji amillərdən biri bütün sahələrdə kompleks xarakterli, sistemli və məqsədyönlü islahatlatın həyata keçirilməsidir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında icra strukturlarında aparılan ardıcıl reformalar, eləcə də məhkəmə-hüquq islahatları idarəetmənin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun artmasına xidmət edir, daha qüdrətli Azərbaycan naminə qarşıya qoyulan strateji əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan verir. Təbii ki, bu islahatlar davamlı, hərtərəfli xarakter daşıyır. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında belə bir qənaət ifadə olundu ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənarda qalmamalıdır. Eyni zamanda, Azərbaycanın parlamentinin də müasirləşməsi, yeniləşməsi, islahatlar sferasına cəlb olunması Prezident İlham Əliyevin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsinə mühüm töhfə kimi qiymətləndirilə bilər.

Əfsuslar olsun ki, hər zaman milli maraqlara zidd mövqedən çıxış edən, xalqın və dövlətin mənafeyini heçə sayan, anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edən radikal müxalifət öz ampluasına sadiq qalaraq bu məsələni də manipulyasiya predmetinə çevirməyə çalışır. Məqsəd cəmiyyətdə ictimai rəyi yanıltmaq, islahatlar konsepsiyasının üzərinə kölgə salmaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaqdır. Halbuki, parlament islahatları milli maraqlara, yeni dövrün çağırışlarına adekvat olmaqla yanaşı, milli qanunvericiliyə, Azərbaycan Konstitusiyasına tam uyğundur. 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsi-referendum vasitəsilə Konstitusiyada edilmiş əlavə və dəyişikliklərdə ölkə Prezidentinin parlamenti müəyyən şərtlər daxilində buraxmaq səlahiyyətləri təsbit edilib.

PARLAMENTİN BURAXILMASI VƏ NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİ TƏCRÜBƏSİ MÜXTƏLİF DEMOKRATİK ÖLKƏLƏRİN TİMSALINDA TEZ-TEZ MÜŞAHİDƏ EDİLƏN HALDIR

Bununla yanaşı, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi müxtəlif demokratik ölkələrin timsalında beynəlxalq təcrübədə tez-tez rast gəlinən haldır. Bu kontekstdə bir sıra Avropa ölkələrinin son zamanlar müşahidə olunan təcrübəsinə nəzər yetirmək məqsədə müvafiq olar.

Cari ilin noyabr ayında Böyük Britaniyada növbədənkənar seçkilərin keçirilməsi qərarı çərçivəsində parlament buraxılıb. Baş nazir Boris Conson növbədənkənar seçkilərin keçirilməsi səbəbi ilə kraliça II Elizabetə müraciət edib. Bundan başqa, bu ilin yanvar ayında koalisiya höküməti qurulmuş Xorvatiyada hökumətdə təmsil olunan partiyaların münasibətlərində yaranmış yeni situasiyanın nəticəsi olaraq parlamentin buraxılması qərarı verilib. Bu qərar həm ölkə prezidenti, həm də parlament nümayəndələrinin əksəriyyəti tərəfindən təsdiq edilib. 2019-cu ildə Ukraynada da analoji proseslərə şahidlik etdik. Bu ölkənin prezidenti Vladimir Zelenski Ali Radanın səlahiyyətlərinə xitam verən qərar imzaladı və növbədənkənar parlament seçkiləri təyin olundu.

İtaliyada isə 2012-ci ilin dekabr ayında baş nazir Mario Montinin istefasından sonra ölkə prezidenti Giorgio Napolitano parlamentin buraxılması qərarını vermişdi. 2016-cı ildə Makedoniyada qanunvericilik orqanının 114 nümayəndəsinin səsverməsi nəticəsində parlamentin buraxılması qərarı verilmişdi. Bolqaristanda isə 2017-ci ilin mart ayında prezident Rumen Radevin qərarı ilə parlament buraxılmış və növbədənkənar parlament seçkiləri təyin olunmuşdu. Daha bir nümunə İspaniya ilə bağlıdır. Bu ölkənin baş naziri Pedro Sançes parlamentin hər iki palatasının buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb. Bu təcrübəni Yunanistana da aid etmək mümkündür. Prezident Prokopis Pavlopulosun parlamenti buraxıb növbədənkənar seçkilər təyin etmək barədə Aleksis Tsiprasın təklifini qəbul etməsi faktdır. Moldovada isə prezident vəzifəsini icra edən Pavel Filip parlamenti buraxmış, növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar fərman imzalamışdı.

Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, müxtəlif ölkələrdə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi hüquqi xarakterli deyil, siyasi hadisələrlə əlaqədar olur. Yuxarıdakı faktların timsalında bir sıra nümunələrə nəzər yetirək. İspaniyada parlamentin cari il üçün Nazirlər Kabinetinin təklif etdiyi büdcə layihəsini dəstəkləməməsi səbəbindən bu ölkənin baş naziri Pedro Sançes növbədənkənar seçkilərin keçirilməsini elan etməyi qərara almışdı. Eyni zamanda, Ukraynada dövlət başçısı Vladimir Zelenski parlamentin xalqın istəyi əsasında mövcud çağırışlara cavab vermədiyini və son 3 ildə koalisiyanın formalaşdırıla bilmədiyini bəyan edərək növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarını vermişdi. Böyük Britaniyada isə hökumət parlamentin Breksit məsələsində razılığa gələ bilməməsi səbəbindən növbədənkənar seçkilərin keçirilməsi təklifini irəli sürmüşdü. Ana Müxalifət İşçi Partiyası da bu qərarı dəstəkləmişdi.

RADİKAL MÜXALİFƏT ƏNƏNƏVİ AMPLUASINDA...

Əlbəttə, bu cür nümunələrin sayını istənilən qədər artırmaq olar. Amma təkcə bu faktlardan da görünür ki, təkmil və mütərəqqi siyasi sistemə malik olan ölkələrdə, demokratik dəyərləri mənimsəmiş cəmiyyətlərdə islahatlar konsepsiyasının tərkib hissəsi kimi parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ənənəsi mövcuddur. Radikal müxalifətin bu məsələni spekulyasiya vasitəsinə çevirmək cəhdləri isə dağıdıcı düşərgənin müasir demokratik dəyərlərdən, qabaqcıl dünya təcrübəsindən xəbərsiz olduğunu, eyni zamanda, qərəzli niyyət və antimilli mövqe ortaya qoyduğunu göstərir.

RADİKAL MÜXALİFƏT PARTİYALARININ UCUZ BƏHANƏLƏRİ ONLARIN SEÇKİLƏRDƏ UĞUR QAZANMAQ ÜÇÜN YETƏRLİ RESURS VƏ POTENSİALA MALİK OLMAMALARI İLƏ ƏLAQƏDARDIR

Ümumiyyətlə, siyası partiyanın funksiyası seçkilərdə iştirak etmək, elektoratın istəyi və maraqları əsasında aktiv fəaliyyət göstərməkdir. Azərbaycanda 50-dən artıq siyasi partiya mövcuddur. Onların böyük əksəriyyəti-təxminən 90 faizi parlament seçkilərində iştirak etməklə bağlı bəyanat verib. Bu məsələ ilə əlaqədar mövqeyini ortaya qoymayan siyasi partiyalar isə xarici qüvvələrin, anti-Azərbaycan dairələrin maliyyəsi və direktivləri əsasında hərəkət edənlərdir. Ona görə də həmin partiyalar bağlı olduqları xarici dairələrdən müvafiq tapşırıqlar almadıqlarından seçkilərdə iştirak edib-etməməklə bağlı konkret münasibət ortaya qoymayıblar.

Digər tərəfdən, ''Milli Şura''da yer alanların, AXCP, Müsavat kimi partiyaların parlament seçkilərində uğur qazanmaq üçün yetərli potensial və resursları mövcud deyil. Hətta həmin siyasi partiyalar ölkə üzrə seçki dairələrinin yarısında belə layiqli namizəd irəli sürmək iqtidarında deyillər. Buna görə də onlar müxtəlif bəhanələr irəli sürməklə seçkilərin üzərinə kölgə salmağa çalışırlar. Amma bu cür vasitələrlə ictimai rəyi manpulyasiyaya məruz qoymaq, xalqın öz iradəsini ifadə etməsinə, ölkənin demokratik inkişafına mane olmaq mümkün deyil!

Demokratikmusavat.com

Xəbər Lenti

"Real" 1700-ə çatdı

Nigar Camal milli futbolçumuzla görüntüləndi - VİDEO

Bank Respublika müştərilərinə illik 16% və komissiyasız kreditlər təklif edir

Məşhur reper aeroportda öldü

"Ramiz Əzizbəylini bağışlayıram" - Afaq Bəşirqızı

Əliyar Ağayev elit kateqoriyalı hakimlərin seminarında

"Kişilər Damladan qorxur"

Azərbaycanlı məşhur 14 yaşlı UŞAQLA NİŞANLANIB: Sözümüz üst-üstə düşdü - FOTO

Ermənistandan növbəti həyasızlıq: Türkiyənin 20 rayonunu...

“Nargis” Fondunun və Macarıstan səfirliyinin birgə təşkil etdiyi növbəti xeyriyyə konserti keçirilib

"Lester"dən ardıcıl 8-ci qələbə - VİDEO - FOTO

Şəxsiyyət vəsiqəsində qadının burnunu qəsdən böyütdülər - Qalmaqal - FOTO

Dəhşətli qəza: Qırğızıstan vətəndaşları diri-diri yandı - VİDEO

"Beşiktaş" son dəqiqə qolu ilə qalib gəldi - VİDEO - FOTO

Müğənninin oğlu qəzaya düşdü, xəstəxanaya yerləşdirildi - VİDEO

"Milan" səfərdə 3 qolla qalib gəldi - VİDEO

Kapital Bank beynəlxalq "Baku DevFest 2019" tədbirinə dəstək göstərib

İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal - "Bir şəxs ki, siyasi tacir statusu ala..."

Xələf Xələfov: "Rusiya ilə sərhədin demarkasiyası prosesi 2-3 il ərzində başa çata bilər"

Prezident İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Aytən Səfərova oğullarına toy etdi - FOTO

Cinsi əlaqədə olmaq adı ilə evinə getdiyi kişilərin başına elə oyun açdı ki... - FOTO

"Mənim verilişimi Çimnazın əndamına görə bağlayacaqlar" - FOTO

İranda avtobus aşdı, yaralananlar var - FOTO

Xələf Xələfov: "Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək"

Xalq artisti titullarını saymayan aparıcıya etiraz etdi

Suriyada “Su-35”lər İsrail təyyarələrini ələ keçirdi

“Bu, karyeramın ən yaxşı qolu idi” - Luis Suares

Afaq Bəşirqızı deputatlığa namizəd olacaqmı? - Son qərarını açıqladı

"Boykot" oyunu alınmadı: müxalifətə xəyanət edən kimdir?

Əli Əhmədov: "Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır"

Milli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarında iştirak edirlər

Meksika hökuməti Argentinadakı səfirini geri çağırır

Əli Əhmədov: "Azərbaycan cəmiyyəti bütövlükdə İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir" - MÜSAHİBƏ - FOTO

38 yaşında La Liqanın tarixinə düşdü

Dehlidəki faciənin səbəbi bilindi

Meksikada atışma: ölənlərin sayı 5-ə çatdı

Finlandiya sənayesi tətilə başlayır

CAR-da mədəndə qəza nəticəsində 4 fəhlə öldü

Bu ölkədə ən gənc baş nazir seçilib

Röya robotla birgə mahnı oxuyub

Kənd yumurtaları alarkən diqqətli olun: Çoxu eyni ölçüdə olmamalıdır

Hacı Zeynalabdin Tağıyevin Türkiyədəki malikanəsi satışa çıxarılır

Azərbaycan AYİB-in investisiya yatırdığı ölkələrin ilk onluğunda yer alıb

"Uşaqları leylək gətirir" nağılı - Araşdırma

Bu il Türkiyədə son 39 ilin ən quraq payızı müşahidə edilib

Övladınız sizinlə səyahət edirsə...

Məhsullar maya dəyərindən aşağı qiymətə satılarkən hansı ƏDV öhdəliyi yaranır?

Şəkixanovların evi və ya Şəkixanovlar sarayı... - FOTO

Günün qoroskopu: sözü insanların üzünə çırpırsınız və bu, çoxlarının xoşuna gəlmir

Tovuzda iki qadın dəm qazından zəhərlənib

Bakıda marşrut avtobusu piyadanı vurub

Donald Tramp demokratlara qarşı yeni ittiham irəli sürüb

İş yerlərində bu qaydalara əməl edilməlidir - Agentlik

Müsavat mühacir alveri ilə bağlı yaratdığı komissiyada qoyunu qurda tapşırıb - Yafəz Əkrəmoğlu

Türkiyə NATO-a ya güzəştə getməyib – Anlaşmanın detalları açıqland

Bakıda "Pompey" təhlükəsi – Hər an baş verə biləcək faciə ilə üz-üzəyik - FOTO

Azərbaycanda zəlzələ oldu- FOTO

Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Azərbaycanda ŞOK HADİSƏ

6 yaşlı qız dəm qazından öldü, anası xəstəxanalıq oldu

Çayın faydaları və zərərləri

Messi Ronaldonu geridə qoydu

Maşın aşdı, sürücü yaralandı

Bakıda intihar edən qız millimizin futbolçusunun bacısı imiş

Litvada idman təyyarəsi qəzaya uğrayıb, ölənlər var - FOTO

Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb - FOTO

İraqda etirazlar zamanı saxlanılan 2,6 min insan sərbəst buraxılıb

Hava şəraiti ilə bağlı yollarda sürət həddi endirilib

Bakıda mənzildə kişi meyit aşkarlanıb

İranda parlament seçkilərinə 16 mindən çox şəxs qeydiyyatdan keçib

Ruhani: Yeni büdcə "təzyiq və sanksiyalara maksimum" müqavimət göstərəcək

Evsizlərə dəstək aksiyası- Minlərlə insan küçələrdə gecələyib

Dehlidə 43 adamın ölümü ilə nəticələnən fabrik yanğınının səbəbləri araşdırılır

Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin sayı artıb

İraq ruhanisinin evinə dron hücumu olub

Suriyanın şimal-şərqində hava hücumu: azı 18 ölü

ABŞ Talibanla sülh danışıqlarını bərpa edib

"Tapşırıblar ki, daha gənc oyunçulara şans verək" - Aftandil Hacıyev

"Onların cəzasını özümüz verəcəyik" - Elmar Baxşıyev

"Eyni heyətlə davam edəcəyik" - Ayxan Abbasov

"Komanda zəifdirsə, baş məşqçinin daha çox ürəyi ağrıyır" - Zaur Həşimov

Premyer Liqada mövsümün ilk yarısı bitdi

PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah - Video layihə - 08.12.2019 tarixli bölüm

"Mançesteri qırmızı rəngə boyadıq” - Sulşer

"Yaxşı qız tapmaq çətindir" - Nadir

İran rejimi mindən çox vətəndaşı öldürüb - ABŞ

Kollecdə yanğın nəticəsində ölənlərin sayı 10-a çatdı

Dünya suyun altında qala bilər - Qorxunc proses başladı - FOTO

Naməlum təyyarələr İranın hərbi düşərgəsinə hava zərbələri endirib

16+ qeydi varsa, hələ o demək deyil ki... - Psixoloqdan açıqlama

Kişilərin azlıq təşkil etdiyi ölkələr

Elşən Məmmədov ağır atletika üzrə Avropa birinciliyinin ikiqat qalibi olub

“Avropanın ürəyi” - 3000 şokolad dükanı olan “Benilüks ölkəsi”ndən REPORTAJ

Britaniyanın ən böyük qızıl külçəsi tapıldı

Sutka ərzində Suriyaya mindən artıq qaçqın qayıdıb

Yer kürəsinə qorxunc təhlükə: İki dünya nəhəngi gücünü birləşdirdi

Azərbaycan XİN Ukraynada yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib

Elvin bu dəfə ailəsi ilə fotosessiya etdirdi

"İnter" futbolçusunun müqaviləsini yeniləyir

İran Prezidenti Yaponiyaya səfər edir - ABŞ-dan reaksiya

Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar

“Oğlum Sona Sonaldo deyir” - Mourinyo

İsrailli nazirdən şok: İranı bombalamağa hazırıq

Filippin Prezidenti Rodriqo Duterte növbəti seçkilərə qatılmayacaq

ABŞ tanınmış iranlı alimi azad etdi

Həmasdan İsrailə xəbərdarlıq: Səbrimiz daşır

"Qarabağ"ın üzvü ilə 3 Premyer Liqa və Hollandiya klubu maraqlanır - İddia

"Ajax"dan İspaniya nəhənginə

Azərbaycan BMT-yə növbəti dəfə müraciət etdi - Ermənistanla bağlı

"W-trio" qrupunu mən dağıtdım" - Röya