AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Müəllim, nənəm sizə təndir çörəyi göndərib..." - Örnək - FOTO

  10

Şahid Muradlı: "İbtidai sinif müəllimi olduğum üçün azyaşlılarda məktəbə, təhsilə, mütaliəyə həvəs yaratmağın məndən asılı olduğunu bilirəm"

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaqları çox sevir. Elə bu sevgisi də onu müəllimliyə gətirib. Uşaqların ona sevgisi isə bəlkə daha da çoxdur. Ondan qollarındakı düymələri bağlamağı xahiş edəcək, evdən onun üçün təndir çörəyi gətirəcək qədər... Deyir ki, seçdiyi ixtisasın maddi qazancından çox, ona verəcəyi mənəvi zənginliyini düşünür və müəllim adı ilə qürur duyur.

Müsahibimiz ucqar kənd müəllimi Şahid Muradlıdır.

Şahid 1990-cı ildə Bakıda anadan olub. 2011-ci ildə Qafqaz Universitetinə (Bakı Mühəndislik Universiteti) daxil olub. 2015-ci ildə məzun olduqdan sonra "Müəllimlərin işə qəbulu imtahanında" iştirak edərək müəllim adını qazanıb. Şahid öz istəyi ilə Bakıdan İsmayıllı rayonunun İstisu kəndinə ibtidai sinif müəllimi kimi yollanıb. Artıq 5 ildir ki, bu kənddə müəllim kimi fəaliyyət göstərir.

- Şahid bəy, nə üçün müəllimlik? Bu peşə sizin üçün nə ifadə edir?

- Uşaqlarla işləməyi çox sevirəm. O qədər saf, təmiz hisslərə malik olurlar ki... Biz böyüklərdən fərqli olaraq qarşılaşdıqları hadisələrə özünəməxsus reaksiya göstərirlər. Bəzən sadəcə, gülümsəməklə onlara dünyaları verə bilirsən. Uşaqlara, onları öyrətməyə və ən əsası, onlarla birgə öyrənməyə həvəsim olduğu üçün müəllimliyi seçdim.

- Əvvəllər müəllimlik, adətən "qadın sənəti" kimi qiymətləndirilirdi. Kişi müəllimlər bu sahəyə daha az gəlirdi. Hətta psixoloqlar da bu məsələ ilə bağlı həyəcan təbili çalmışdılar. Bu qərarı necə verdiniz?

- Təəssüf ki, belə idi. Çünki məişət qayğıları kişi müəllimləri bu ixtisasdan uzaqlaşdırırdı. Ali təhsil aldığım müddətdə qrupda tək oğlan idim və seçdiyim ixtisasın maddi qazancından daha çox mənə verəcəyi mənəvi zənginliyini düşünürdüm. Ölkəsinə, xalqına xeyir vermək istəyən biri istənilən sahədə bunu edə bilərdi. Mən isə yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində iştirak edərək sağlam bünövrə yaradılmasında iştirak şansı əldə etmişdim. Bu səbəbdən müəllim adını qürurla daşıyıram.

- Yerindən-yurdundan, rahatlığından imtina edib ucqar kənddə işləmək yəqin ki, asan deyil...

- Əlbəttə, asan olmadı. Şəhər mühitində böyümüş, ailəsi ilə birgə yaşayan gənc üçün ucqar kəndə yollanmaq, təbii olaraq, bir sıra çətinliklər yaşadır. Ailənin, dostların əhatəsindən tanımadığın insanların əhatəsinə düşürsən. Təkbaşına həm məktəbdə olan vəzifələrini icra etməli, həm də evdə yerinə yetirməli olduğun gündəlik məişət qayğılarının öhdəsindən gəlməlisən.

- Kənddə ilk dəfə sizi necə qarşıladılar?

- Kənd əhalisi qonaqpərvər, mehriban və istiqanlı insanlardır. Onların dəstəyi ilə kəndə adaptasiya müddətini daha tez keçə bildim. Ləzgi camaatı olan yerli əhalinin, şirin ləhcə ilə "Bakıdan bizim övladlarımıza dərs demək üçün gəlmisən, hər hansı çətinliyin olsa, hər zaman yanındayıq, can" deməsi mənə motivasiya olur.
 
- Şahid müəllim, uşaqlarla çox gözəl münasibətiniz var. Bunun sirri nədir? Necə olur ki, uşaqlar sizi sevir, doğmaları kimi münasibət göstərir, hətta sizinlə qartopu belə oynayırlar.

- Uşaqları sevdiyiniz və onlarla dost olmağı bacardığınız zaman onlar da sizi öz doğmaları kimi qəbul edirlər. Qarşılaşdıqları çətinliklər zamanı onları anladığımı və birlikdə bunun öhdəsindən gələ biləcəyimizi hiss etdirirəm. Beləliklə, öz rəngarəng dünyalarına məni də daxil edirlər. Uşaqların ən rahat anlaşdığı və yaradıcılıqlarını, zəkalarını üzə çıxardığı an oyun prosesidir. Bu prosesi müşahidə etmək əvəzinə, mən də onlara qoşulmağı seçdim. Beləcə, aramızda səmimi və doğma münasibət yarandı.

- Təhsil sahəsində bəzi kəndlərdə vəziyyət ürəkaçan deyil. Kənddə dərs deyən müəllim kimi, sizcə, hansı məsələlər həll olunsa, təhsilin keyfiyyəti artar?

- Ötən illərə nisbətən, son illərdə ən ucqar kəndlərdə də şəraitin yaxşılaşdırılmasına başlanılıb. Neqativ hallar mövcud olsa da, zamanla belə halların aradan qaldırılacağına inanıram. Məktəblilərin asudə vaxtlarını keçirməsi üçün dərnəklərin, yaradıcı fəaliyyətlə məşğul ola bilməsi üçün məkanların yoxluğu kəndlərin ən böyük problemlərindən biridir. Bildiyiniz kimi, şəhər mühitində bu kimi məkanlar uşaqlara xidmət edir. Və uşaqlar dərsdən sonra özlərini inkişaf etdirə biləcək fəaliyyətlərlə məşğul ola bilirlər.

- Kənddəki şagirdlərlə şəhərdəkilər arasında hansı fərqlər var?

- Fərqlərin olması təbii haldır. Belə ki, şəhər mühitindən fərqli olaraq, daha kiçik coğrafi məkan olan kənd ərazisində yaşayan insanlar bir-biri ilə sıx əlaqə və ünsiyyətdə olurlar. Sevincli və çətin günlərində bir-birilərinin yanında olan insanların əhatəsində böyüyən şagirdlər də öz milli adət-ənənələri haqqında daha məlumatlı, ailə dəyərlərinə isə daha bağlı olurlar. 

- Bəs qız uşaqlarının təhsilə yanaşması necədir?

- Kənd sakinləri öz qızlarının təhsilinə xüsusi önəm verir. İşlədiyim bu illər ərzində apardığım müşahidələrə görə deyə bilərəm ki, valideynlər oğulları ilə qızları arasında heç bir fərq qoymurlar. Təsadüfi deyil ki, bu il İstisu kəndindən ali və orta ixtisas məktəblərinə 14 nəfər daxil olub ki, onların 9-u qızlardır.

- Kənddə başınıza gələn, unutmadığınız hadisələri bizimlə bölüşərdiniz.

- Bir neçəsini qeyd edim. İlk dərs günümdə 2-ci sinif şagirdlərimi evə yola saldığım zaman kiminsə məni israrla çağırdığını eşitdim. Arxaya çevrilib baxanda, gördüm ki, balaca qız "müəllim, qolumun düyməsini bağlaya bilmədim, bunu bağlayın da..." deyir. Onun məsum xahişini hələ də unuda bilmirəm. Bunu biz nə universitetdə, nə də təcrübədə olduğumuz zaman öyrənirik. Sadəcə, yaşayaraq öyrənə bilirik. 

Bir dəfə isə şagirdlərimdən birinin bütün dərs boyu mənə nə isə demək istədiyini hiss etdim. Nəhayət, evə gedəndə yaxınlaşdı və çantasından çıxardığı təndir çörəyini mənə uzatdı: "Müəllim, bunu nənəm bişirib, sizə göndərdi".

Bir dəfə isə, müəllim yoldaşımı əvəz etdiyim üçün 2-ci növbəyə qalmışdım. Əvvəlcədən planda olmadığı üçün nahar etməmişdim və axşam evə qayıdarkən yorğun halda necə yemək bişirəcəyimi düşünürdüm. Evə çatan kimi, qaldığım evin sahibi öz nəvəsi ilə mənə isti yemək göndərmişdi: "müəllim bütün günü nahar etmədən məktəbdə olub, apar, isti xörək yesin". 

Tətil başlayacağı üçün Bakıya, evə qayıtmalı idim. Axşam yola çıxdığım üçün maşın olmadı. Kənddən əsas yola qədər məsafə çox uzaqdır. Piyada gedərkən qarşıdan gələn maşının saxladığını gördüm. "Müəllim, gəl əyləş, səni aparım" dedi. Mənə görə gəldiyi yolu yenidən qayıtmalı olacaqdı. Xeyli məsafə idi. Nə qədər israr etsəm də, məni yolda qoymağa razı olmadı və böyük məsafəni təzədən qayıdaraq məni əsas yola çıxardı.

Düşünürəm ki, ən sadə məqamlarda müəlliminə bu cür dəyər verən xalqımız hər zaman təhsil almaq, inkişaf etmək iqtidarında olacaq.

- Müəllim kimi əsas qayəniz, məqsədiniz nədir?

- Məqsədim Azərbaycanı elm və mədəniyyət sahəsində daha da inkişaf etdirəcək gənclər yetişdirməkdir. İxtisasım ibtidai sinif müəllimliyi olduğu üçün təhsildə ilk addımlarını atan azyaşlılarda məktəbə, təhsilə, mütaliəyə həvəs yaratmağın məndən asılı olduğunu bilirəm. Öz milli, mənəvi dəyərlərinə sadiq, xalqını, vətənini sevən, yeniliklərə açıq olan gənclər yetişdirmək ən böyük məqsədimdir.

Demokratikmusavat.com

Xəbər Lenti

Tanrıya şükür, Lujkov indi öldü... - Jirinovski

Zaqatalada kafedə işləyən üç uşaq anasını əri öldürdü - İş məhkəmədə

Bakıda kişi arvadını döyüb, diri-diri yandırdı

Niyam Salami dünyasın dəyişən anasının FOTOsunu paylaşdı

Nobel Sülh Mükafatı təqdim edilib

ABŞ qərarını verdi: Türkiyəyə satılan F-35-lər alınacaq

İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO

"Dedilər, sevgilim ərəb şeyxidir" - Aygün Kazımova

Xəstəxanada kütləvi qətl törədən şəxs intihar etdi

Xatundan Rüfətə etiraf: “Sənə qədər...” - VİDEO

AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırıldı

Ova gedən təqaüdçü başqa təqaüdçünü vurdu

Rabitəbankdan 16%-lik Nağd Pul krediti! Yeni il üçün xüsusi təklif!

Bakıda "İnformasiya təhlükəsizliyi" mövzusunda konfrans keçirilib

Fərqanə Qasımovanın “Nəva” muğamı Fransada - VİDEO

Azərbaycanlı məşqçi "Sevilya"ya gedir

Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Ağcabədidə polisə tabe olmayan şəxs özünü bıçaqladı

Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib

Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibində dəyişiklik edilib

Tramp bu gün Lavrovu qəbul edəcək

Əli Kərimli siyasi sistemdə özünü yoxetmə yolundadır və bu seçimin bütün məsuliyyəti şəxsən onun öz üzərindədir - Ekspert

Dani Kintana ən yaxşı oyunçu seçildi

Bakı sakininin 4 evini, ticarət obyektini və 165 min manatını ələ keçirən şəxs tutulub

Bank VTB (Azərbaycan) Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında iştirak edib

"Bakıya tez getmək üçün icazə almışıq" - Vladimir Petkoviç

Azərbaycanlı modeldən Dubayda seksual FOTOSESSİYA

“Cavan oğlanlar, əgər qızın keçmişi əhəmiyyətlidirsə...”

Rusiyada kişi qıza sataşdı, müdafiəçilərini və onu öldürdü - FOTO

"Neftçi"nin 5 futbolçusu rəmzi komandada - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib - FOTO

Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub - FOTO

Rusiyada avtomobil oğurlayan azərbaycanlı tutuldu

"Bu qədər aşağı salmazlar..." - Aytən kələğayı ilə fotosessiya etdirən modelləri tənqid etdi

"Muğanbank" ASC-də yeni təyinat

Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətləri cəlb edir

Məşhur futbolçu həbs edilə bilər

İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub

Çexiyada xəstəxanada atışma - 6 ölü

Gənc sahibkarlara güzəştli kreditlər üzrə faiz dərəcəsi nə qədər olacaq?

BP vitse-prezidenti: "Təhlükəsizlik göstəricilərinin yaxşılaşması üçün yeni yanaşmalar lazımdır"

Heydər Əliyev – xalqın ehtiram ünvanı

KOBİA və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb

I Gənc Sahibkarlar Forumu keçirilib - FOTO

Təyyarədəki çatı yapışqan lentlə bağladı - FOTO

YAP növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edib

“Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

İranda zəlzələ oldu: 4,6 bal

Türkiyədə bina çökdü - Ölənlər var - FOTO

Moskvanın sabiq meri Yuri Lujkov vəfat edib

Xalqdan heç bir dəstək ala bilməyən radikal müxalifət... - Arzuman Abdulkərimov

"Onda hələ atam anamı almamışdı, mənim findamentim qurulmamışdı" - FOTO

“Gənclər bizim səhvlərimizi təkrarlamasın” - Nisə Qasımova

KOBİA və Gənclər Fondu arasında anlaşma memorandumu imzalanıb

Bu günə qədər 15 mindən çox şəxsə pensiya e-qaydada təyin olunub

Uşağını dodağından öpən valideynlərin NƏZƏRİNƏ! - Gələcək həyatda... - FOTO

“Açıq geyindiyimə görə, məni alan olmayacaq” - Türkan Vəlizadə - VİDEO - FOTO

Uels nümayəndə heyəti Azərbaycanda

Azərbaycanda gənc sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi gözlənilir

Moskvada Heydər Əliyevin anım mərasimi keçiriləcək

Əməkdar artist rayonda özünə MALİKANƏ TİKDİRDİ: Halal evimdir - FOTO

Qulam İsaqzai: "Ekstremizm sərhədlər tanımayan bir təhdiddir"

Balayında bədbəxt hadisə - Yeni evlənən cütlüyün faciəsi - FOTO

KOBİA il ərzində gənc sahibkarlardan 200-dən çox müraciət alıb

2040-cı ilədək dünyada enerji daşıyıcılarına tələbat 30 faiz artacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib - FOTO

"İşlədiyim telekanallara milyonlar qazandırmışam, amma, 500 manat maaş alırdım" - Xoşqədəm

Bakıda ögey ananın 2 azyaşlıya işgəncə verməsilə bağlı cinayət işi başlandı

SOCAR və "Baker Hughes" arasında bir sıra sənədlər imzalanıb

“Bir allahsız, şeytan, ona insan adı vermək olmaz..." - Mətanət İsgəndərli - VİDEO

Messi zirvədə, Ronaldu "20-lik"dən kənarda

Formula 1 Azərbaycan Qran Prisi 5-7 iyun 2020-ci il tarixlərində baş tutacaq - Biletlər satışdadır

Bu şəxslərə Prezidentin aylıq təqaüdü elektron qaydada aparılacaq

Nazir müavini: "Yüngül hasil oluna bilən neft yataqlarının olmaması..."

"Arsenal" London derbisində belə qalib gəldi - VİDEO - FOTO

Uşaq 4 saat xəstəxanada betonun üstündə qaldı - İşə Baş nazir qarışdı - FOTO

"Qarabağ"ı qrupda saxlayan komanda baş məşqçini istefaya göndərdi

"Bunu efirə görə tərgitmişdim. Ayağımı yerə vurub..." - Nanə AĞLADI - FOTO

Qızının sinif yoldaşına vurulan yaşlı qadın hislərinə qurban getdi - FOTO

Qeyri-sabit hava 6 nəfərin canını aldı - Tailandda

Rövnəq Abdullayev: "Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib"

“Traktor” Təbriz derbisindən məğlub ayrıldı

Vladimir Putin: "WADA-nın qərarı Olimpiya Xartiyasına ziddir"

Ana oğlunu televizoru söndürdüyünə görə döyüb, öldürdü - FOTO

Yeni yaradılan sənaye parkında istehsal edilən məhsullar çox ucuz qiymətə olacaq

“Traktor”un prezidenti istefa verib

Elnarə Abdullayeva özünə altı mərtəbəli villa tikdirir

Tanınmış aktyor xərçəngə məğlub oldu

Çili Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi radarlardan itib

Azərbaycanda hüquqi şəxslərin əmanətləri 14,5 milyard manatı keçib

"Borussiya"nın futbolçusu evində yıxıldı

Kimyəvi maddədən zəhərlənmə olub, ölən və yaralananlar var

“Arsenal”dan əzmkar qələbə

Tripolidə iğtişaşlarda 40 nəfər yaralanıb

“Rusiyada təşkil olunacaq turnirlərin yeri dəyişdirilməyəcək” - FİDE prezidenti

Türkiyədə 65 qanunsuz miqrant saxlanılıb

"Çamadanlarımı artıq yığmışam" - Ançelotti

Parisdə Putin və Zelenski arasında danışıqlar keçirilib

Azərbaycanlı rəssam xorvatiyalı səfirə ərə getdi - FOTO

Sonuncu turun hakim təyinatları - Çempionlar Liqası

Bakıda ilk dəfə Senya Sonun solo konserti keçirildi - VİDEO - FOTO

Şəki sakini Natəvanda dəm qazından boğuldu

"Poqbanın sevgiyə ehtiyacı var"

Bakıda gölməçədə avtomobil batıb

Qaradağda gənc mübahisə zəminində bıçaqlanıb

İran 2020-ci il büdcəsində neft qiymətlərinə dair gözləntiləri azaldıb

Ağır atletimiz Avropa birinciliyində bürünc medal qazanıb

Rüfət Dadaşov qol vurdu

İbrahimoviç "Bolonya"nın təklifini rədd etdi - Başqa seçim edib

ÇL: 1/8 finala 6 vəsiqə sahibini tapacaq

Günün qoroskopu: bu narahat günün çox hissəsini ailə qayğılarına və problemlərə həsr etməli olacaqsınız

Rusiyada soydaşımızı siqaretə görə Azərbaycana buraxmayıblar

2018-ci ildə dünyada silah satışının həcmi 4,6 faiz artıb

Gürcüstanda 2 nəfərdə "donuz qripi" tapıldı - Biri uşaqdır

"Qatıldığım müsabiqələr məndə özümə inam yaradıb" - Debüt - FOTO

“Qarabağ” - “Düdelanj” matçına nə qədər bilet satılıb?

Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Futbolçu forma nömrəsini unutdu - VİDEO

İməkləyib evdən çıxan körpə DONARAQ ölüb

ABŞ Avropaya 20 min əsgər göndərir - 25 ildə ilk

ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib

Azərbaycanda şok hadisə: Kişini ağzından güllələdilər

Hadisə yerini təmizləyərkən oğlunun meyitini gördü - AİLƏ FACİƏSİ - FOTO

Firuzə İbadova: "İlhamə Quliyevanın oğlu Orxan mənə borcunu qaytarmadı"

İran hərbi donanması yeni pilotsuz uçuş aparatı ilə təchiz olunub

Elmar Məmmədyarov Əlcəzairin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

YAP ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır - FOTO

Dinq Liren "Grand Chess Tour 2019"un qalibi olub

Maskeranonun yeni klubu müəyyənləşdi

Ölkəyə daxili orqanında narkotik keçirmək istədi, "ilişdi"

Zelenski Administrasiyasının rəhbərinə qarşı cinayət işi açıldı

Azərbaycanlı futbolçu “Spartak”dan ayrılır

Çəkisi artıq gələn qadın döyüşçü lüt soyundu

Həbsdə olarkən beş nəfərin qətlini sifariş verdi

Elman koreyalı modellə evləndi - FOTO

Vaşinqtonda Pompeo və Lavrov arasında görüş keçiriləcək

İran və Azərbaycan arasında ticarət dövriyyəsi 100 faiz artacaq

Telman İsmayılovun əmlakları satışa çıxarıldı

"Artıq söyüşləri qəbul edirəm" - Fərda

Bakıda ənənəvi beynəlxalq ŞAHMAT FESTİVALI keçiriləcək

Ölkənin xidmət sektoru hansı vəziyyətdədir?

Siyasi gündəmin Eybəcərlikləri

Qurban Qurbanovun oğlu 4 qol vurdu

“Xalça diyarına səyahət” festivalı başa çatıb - FOTO

Azərbaycançılıq ideyasının təbliği

"25 ildir villamın təmiri bitmir" - Xalq artisti

Əli Kərimli ilə Arif Haclı niyə dalaşır?

Ruhi xəstə satıcıları hədələyib pul apardı

Uyğur türklərinə qarşı soyqırım davam edir

Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi

Beynəlxalq Muğam Mərkəzində Bakıda ilk dəfə olaraq Senya Sonun solo konserti keçirildi

Arvadının boğazını kəsərək öldürən kişinin məhkəməsi başlayır

Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirib

Azərbaycanda məmurun evinə basqın edən şəxs hakim qarşısına çıxarılır

Bu da Roza Zərgərlinin nəvəsi - FOTO

Klub 98 illik tarixində ilk dəfə aşağı liqaya düşdü, azarkeşlər çılğına döndü - FOTO