Deputat: "Dünya dini liderlərin II Sammitinin Azərbaycanda keçirilməsi din xadimlərinin ölkəmizi yaxından tanımasına səbəb olacaq"
19
Dünya dini liderlərinin II Sammitinin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir.
Demokratikmusavat.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar, aparıcı demokratik dövlətlər Azərbaycanda dinə olan münasibəti, ayrı-ayrı dinlərin mehriban münasibətlər şəraitində yaşamasını xüsusi qeyd edirlər.
Deputat hesab edir ki, bu Sammitin Azərbaycanda keçirilməsi nəticəsində din xadimləri bir çox vacib məsələləri - dünyada dinə olan münasibəti, dindən siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməsini, ən əsası isə dinin bu gün bəşəriyyət qarşısında duran problemlərin həllində oynaya biləcəyi rolları ciddi şəkildə müzakirə edə biləcəklər: "Bu tədbirin keçirilməsi həm də dünya din xadimlərinin Azərbaycanı bir daha yaxından tanımasına səbəb olacaq. Sammit iştirakçılarının əksəriyyəti ölkəmizdə olub. Amma iştirakçıların bir qismi Azərbaycanın müstəqil dövlət quruculuğunu, dövlətin insanların probleminə olan yanaşmasını, ölkəmizdə dinə olan münasibəti, dini ayinlərin keçirilməsinə dövlətin münasibətini bir daha görəcəklər".
A.Mirzəzadə Azərbaycanın bundan sonra da bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməyə həmişə hazır olduğunu nəzərə çatdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində dünya dini liderlərinin II Bakı sammitinin keçirilməsinə qərar verilib. Sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın iştirakçı qatılıb.
İkigünlük Sammitdə "Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu", "Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi", "Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə", "Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti" mövzuları ətrafında müzakirələr aparılacaq.
Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.
Demokratikmusavat.com
Xəbər Lenti
Günün qoroskopu: insanların bir-birinə rəğbəti qarşılıqlı olacaq
Günün qoroskopu: rəhbərliklə münaqişədən qaçın
Ev almaq istəyənlərə BÖYÜK MÜJDƏ: Bakının bu rayonlarında mənzillər... - Ekspert açıqladı
Fransada hökumət yeni təqaüd sistemi layihəsini təqdim edib
Mixail Qusman: Heydər Əliyevin qoyduğu özül müasir Azərbaycanın parlaq uğurlarının təməl daşıdır
Azərbaycanda qadınlar kişilərdən çox yaşayır - STATİSTİKA
Özbəkistanın dövlət orqanlarında kağız üzərində sənədləşmə ləğv ediləcək
Finlandiya parlamenti ən gənc Baş Nazirin namizədliyini təsdiq edib
"Lonely Travel": Azərbaycan 2020-ci ildə səyahətlər üçün ən yaxşı istiqamətlərin ilk onluğuna daxildir
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir - FOTO
Aysel evlənmək istəyir
Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaqla Azərbaycanı müxtəlif feodallıqlara parçalanmaqdan xilas etdi - Arzu Nağıyev
Ali Radadakı davaya görə cinayət işi açıldı
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İsveçrədə qadın prezident oldu
İlahiyyat İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - FOTO
Həbib Məkkə ziyarətində - FOTOlar
Mikayıl Cabbarov: "Azərbaycan investorlarını dəstəkləyir"
Azərbaycan investorlarını dəstəkləyir - Nazir
İlk dəfə “Tövrat” orijinaldan Azərbaycan dilinə tərcümə edilib
ADU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib - FOTO
Azərbaycana 5 kq narkotik keçirilməsinin qarşısı alındı - FOTO
Məşhurlarımız 31 il öncə - VİDEO
Diasporla İş üzrə Dövlət Komitəsində qüdrətli dövlət xadimi Heydər Əliyevin anım günü keçirilib - FOTO
Gecə klubunun sahibi azadlığa buraxıldı
Mağazaya getdiyinə görə xanımını dindirməyən, qızlarını ölümlə hədələyən, oxuyub-yaza bilməyən aktyor - Maraqlı faktlar - FOTOlar
Türkiyə XİN: Aİ ikili standartların tətbiqini dayandırmalıdır
Uşağını ölənəcən yedirtdi
İnam vacib amildir
Azərbaycan Türk fəlsəfəsinin problemləri və həll yolları
Seçki!
Şiddətdən deyil, şəfqətdən güc almaq...
“Öz qarnından çıxanın vəfası budur” - Brilliantdan oğluna - VİDEO
Azərbaycan-Rusiya İşgüzar Şurasına 145 şirkət və təşkilat daxildir
Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb
"Prava" bazarı
SEVGİ VƏ CAMALDA MAHİYYƏT