AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Rüstəm Behrudi “Salam, dar ağacı”nı necə oğurlayıb? - Təvəkgül Boysunar yazır... - FOTO

  3

Demokratikmusavat.com kulis.az-a istinadən yazar, tərcüməçi Təvəkgül Boysunarın "Salam Sarvanın feysbuk statusu və Rüstəm Behrudinin "oğurladığı" "Dar ağacı"" yazısını təqdim edir:

Rüstəm Behrudinin "Salam, dar ağacı!" misrasını Akif Azalpdan necə "oğurladığı" ilə bağlı nə zamansa bir yazı yazacağımı əslində çoxdan düşünürdüm, amma bu səhər Salam Sarvanın feysbukda gördüyüm statusu bu istəyimi bir az tezləşdirdi və nəhayət bu yazını yazmağa başladım.

Haqq-ədalətə qarşı hər zaman həssas mövqe göstərən Salam Sarvan həmin haqq-ədaləti palçıqlı ayaqları ilə tapdalaya-tapdalaya öz feysbuk statusuna belə başlayır: "Düzü, Azərbaycan ədəbi mühitində yazarların bir-birini oğurluqda suçlamasının çox şahidi olmuşam. Hətta Orta Asiyada yaşayan bir şairimiz durub oradan bura dostum Rüstəm Behrudiylə "razborkaya" da gəlmişdi ki, guya "Salam, dar ağacı" şeirini Rüstəmdən qabaq o yazıb. Sonra məlum oldu ki, həmin adam 20 ildir, ayda bir dəfə təyyarəyə minib gəlir Bakıya ki, nəhayət, bu məsələnin axırına çıxsın. Vay-vaay."

Öz aləmində yumoristik səhnə canlandırmağa çalışan Salam Sarvan guya demək istəyir ki, Orta Asiyadan gələn bu şair niyə bir misradan ötrü özünü bu cür əziyyətlərə salırdı. Amma, Salam müəllim, görəsən, siz, doğrudan da, "oğru"suna böyük şöhrət qazandıran o misranın necə "oğurlandığını", misrası plagiata məruz qalmış şairin isə nəinki 20 il boyunca hər ay bu məsələdən ötrü Bakıya gəlmədiyini, hətta bu polemikalarda plagiatçı Rüstəm Behrudiyə, demək olar ki, heç vaxt cavab vermədiyini, bu məsələ ilə bağlı heç vaxt heç yerdə bir yazı yazmadığını bilsəydiniz vəbir-iki misranızı "oğurladığını" deyərək, Kənan MM-ə həsr elədiyiniz feysbuk müzakirələrini də xatırlasaydınız, statusunuzda yazdığınız o "VAY-VAAY" ın daha çox kimə, sizə, yoxsa haqqında danışdığınız o şairə yaraşdığını görə bilərdinizmi? Sizcə kim daha çox layiqdir o "Vay-vaay"lara? Əminəm ki, Akif Azalpın yaradıcılığı ilə tanış olsaydınız, buvay-vaylara yol verməzdiniz.

İndi keçək Rüstəm Behrudi məsələsinə.

Rüstəm Behrudinin bu "oğurluq" əməliyyatını necə yerinə yetirdiyini, görəsən, oxucular bilirmi? Bilmirlərsə, bu məsələ ilə bağlı həqiqətə və şeirin orijinal mətninə də bələd olan biri kimi mən onlara danışım.

Deməli, Akif Azalp 20-ci əsrin məşhur özbək aşığı Erqaş Cümənbülbülün ifasında yazıya alınan qədim "Gündoğmuş dastan"ından bir misranı epiqraf alıb, 1986-cı ilin sonunda özbəkcədəki adı təxminən "Əssalam əleyküm, darnın ağacı!" kimi səslənən bir şeir yazır. Şeir, eyni zamanda iki hadisəyə, həm SSRİ Prokraturası tərəfindən Özbəkistana göndərilən və "pambıq işi" adı altında özbəklərə zülm edən Qdlyan soyadlı bir erməniyə, həm də qazax xalqına amansız divan tutan Kremlin sitəminə qarşı yazıldığından və bütün Türküstan ruhunun üsyanı kimi qəbul olunduğundan çox tez məşhurlaşır. Söhbət "pambıq işi" adı altında aparılan o zülmdən gedir ki, ərləri, oğulları, qardaşları həbsə atılan və ağır işgəncələrə məruz qalan özbək qadınları sonda bu əzaba dözməyərək SSRİ hökumətinə səslərini çatdırmaq üçün özlərini yandırmaq aksiyasına başlayırlar. Bu aksiyanın gedişində neçə-neçə qadınlar özünü yandırır və nəhayət rus şairi Mixail Dudinin SSRİ parlamentindəki çıxışından sonra hökumət bu məsələyə əncam çəkir.

Qısa zaman içində məşhurlaşan şeirin şöhrəti o səviyyəyə gəlib çatır ki, 1987-ci ildə Özbəkistanın xalq şairi Rauf Pərfi Öztürk Akif Azalpın bu şeirinə nəzirə olaraq eyni adlı başqa bir şeir yazır və vicdanlı olduğu üçün, şeir ədəbini, poeziya mərifətini bildiyi üçün şeirin adından sonra "Akif Bağıra" (yəni Akif Azalp) sözlərini də qeyd etməyi unutmur. (Oxucu bunu öz gözləri ilə görmək istəyirsə, mətnin sonundakı şəkillərə nəzər salsın) Bunun ardınca bir sıra başqa şairlər də eyniadlı şeirlər yazır və Akif Azalpın adını nəzirənin ünvanında qeyd etməyi də yaddan çıxarmırlar.

Bəs bu vaxt Rüstəm Behrudi dostumuz, görəsən, harada və nə işlə məşğul idi?

Şeirin məşhurlaşdığı dönəmlərdə türklük və turançılıq sevdasının dəliqanlı havası təsadüfən Rüstəm Behrudini Özbəkistan tərəflərə atır.
Və yəqin ki, 1989-cu ildə bu səfərə yollanarkən Rüstəm Behrudi heç təsəvvürünə də gətirmirdi ki, bütün həyatını haram pullar üzərində quran dəllallar kimi, o da bu səfərdən sonra şeytanın pıçıltısına təslim olaraq bütün şöhrətini və bütün yaradıcılığını haram bir misranın üzərində quracaq.
Səfər əsnasında Rüstəm Behrudi, Akif Azalpın "Dar ağacı" şeirini görüşlərdə və məclislərdə müəllifin öz dilindən dəfələrlə eşidir. O şeiri eşidərkən Rüstəm Behrudinin nə hisslər keçirdiyini, şeirin hansı dəqiqəsindən sonra şeytanın Rüstəm Behrudiyə nələr pıçıldadığını, Rüstəm Behrudinin həmin şeytanı öz qulağının dibindən necə qovmağa çalışdığını və ya buna heç cəhd göstərmədiyini gözəl şəkildə təsvir eləmək üçün yazıçılıq bacarığı və vaxt lazımdır, amma bundan sonrakı prosesləri izləyərkən Rüstəm Behrudinin, doğrudan da, plagiata imza atdığını anlamaqdan ötrü bir az ağıl, şeirin nə olduğu ilə bağlı azacıq duyum və bir az da vicdan kifayətdir.

Bundan sonra baş verənlər isə ondan ibarətdir ki, Rüstəm Behrudi Özbəkistandan Azərbaycana qayıdır, sakit və səssiz halda, gizlin-gizlin öz masasının arxasına keçir və qulağında şeytanın təntənəsini eşidə-eşidə "Salam, dar ağacı!" adlı şeiri yazır. Əslində Rüstəm Behrudi o təntənəni birdəfəlik susdurmaq üçün şeirin adından sonra Akif Azalpın və ya Rauf Pərfinin adını qeyd etsəydi, yaxud öz şeirini onlara nəzirə kimi yazdığını göstərsəydi, bu qədər uduzmazdı. (Şeirin Özbəkistanda yazılması ehtimalı isə, yazı prosesində şeytan pıçıltılarının iştirak etmədiyinə dəlalət etmir)
Amma şeytanın son qələbəsi məhz burda olur ki, Rüstəm Behrudi "Salam, dar ağacı!" misrasının şöhrətini heç kimlə paylaşmaq istəmir, bu misranı yazılı ədəbiyyata ilk dəfə gətirən Akif Azalpı xatırlatmır və bununla da haram bir şöhrətin və yaradıcılığın əsası qoyulur.
Sərhəd məntəqələrindən qaçaqmalçılıq yolu ilə oğurluq siqaret və araq keçirən adamlar kimi, Rüstəm Behrudi də Özbəkistandan Azərbaycana qayıdarkən qaçaqmalçılıq yolu ilə beynində "Salam, dar ağacı!" misrasını gətirir.

Hörmətli Salam və Rüstəm müəllimlər, başqa bir faciəli məqam bilirsinizmi nədir?

Başqa faciəli məqam, sırf Rüstəm Behrudi ilə olan "dostluq"larına görə, başqa vaxt həqiqətdən dəm vuran bir sıra şairlərin, redaktorların və başqalarının həqiqətə göstərdiyi münasibət və atdıqları haqsız addımlardır. Lakin üzdəniraq maraqlara aldanmış yalanların xorunda səsləri aydın eşidilməsə də, həqiqəti hər iki tərəfdən bilən və yeri gəldikcə müxtəlif qaynaqlarda (antologiya, məqalə, kitab, müsahibə və.s) vurğulayan görkəmli ziyalılar da kifayət qədərdir. Və bu yazının yazılmasındakı bir məqsəd də onların hamısını ümumiləşdirib bir plagiatın tərcümeyi halını, bir yalanın xronologiyasını və miqyasını ortaya qoymaq idi.

Amma, hörmətli Rüstəm Behrudi! Bütün bunlardan daha faciəli olan başqa bir şey də var. Görəsən, bilsəydiniz ki, ətrafınıza dost kimi yığılan adamların arasında sizinlə münasibətini dostluq xatirinə yox, başqa təmənnalara görə quranlar var, o zaman nə düşünərdiniz? Məsələn o dostlardan birinin bir məclisdə bu sözləri dediyini eşitsəydiniz, nə hisslər keçirərdiniz:

"Mən nəyin nə olduğunu yaxşı bilirəm, amma neyniyim, o, arabir mənə pul verir."

Mən bu faciələr sırasına sizin yaradıcılığınızın əslində hansı poetik dəyərə malik olduğunu da əlavə edə bilərdim. Amma poeziyadan başı çıxanlar onsuz da bunu bilirlər və təkrarçılıq eləməmək üçün mən bunun əvəzində sizinlə bağlı ümidli bir məqamı yazmaq istəyirəm.

İllər öncə Naxçıvan aeroportunda sizinlə qurduğumuz "şair-oxucu" dialoqunda Akif Azalpın adını eşidərkən gözlərinizi necə qaçırdığınızı və üzünüzün sizdən asılı olmadan hansı ifadə aldığını xatırlayırsınızmı?

Aeroportdakı o söhbətimizi yəqin ki, xatırlamırsınız. Amma "Akif Azalp" adını eşidəndə gözlərinizi necə qaçırdığınızı və üzünüzün hansı ifadə aldığını mən çox yaxşı xatırlayıram. Çünki o gözlər və o mimika sizi ələ vermişdi. Çünki o gözlər və o mimika sizin də həqiqəti bildiyinizi göstərirdi.
Və o anları xatırlaya-xatırlaya yadıma bilirsinizmi nə düşür?

Quranın 41-ci surəsinin 22-ci ayəsi:

"Siz eşitmə gücünüzün, gözlərinizin, dərilərinizin sizin əleyhinizə şahidlik edəcəyi andan özünüzü qorumurdunuz. Əksinə, elə zənn edirdiniz ki, etdiklərinizin bir çoxunu Allah bilməyəcək."

Və həmin surənin 21-ci ayəsi:

"Onlar dərilərinə "niyə mənim əleyhimə şahidlik elədiniz?", deyərlər. Dəriləri isə belə cavab verər: O hər şeyi danışdıran Allah danışdırdı bizi. Sizi ilk dəfə yaradan Allah..."

Bəli, bu dünyadakı şərab, meyvə və digər nemətlər cənnətdəkinin "kopya"sı olduğu kimi, aeroportdakı o mənzərə də yuxarıdakı ayələrdə təsvir olunanın bu dünyada mövcud olan versiyası idi. Çünki sizin də gözləriniz və mimikalarınız sizin əleyhinizə şahidlik etmişdi.

P.S. Akif Azalpın "xüsusi olaraq heç kimə, ümumi olaraq ədəbi oğurluq edən hər kəsə..." həsr etdiyi, bir neçə il öncə bir məclisdə eşidib qeyd etdiyim "Karvanbasan" şeirini də bu yazının altına əlavə etmək fikrim var idi. Lakin hələlik həmin şeirin yalnız birinci və sonuncu bəndini yazmaqla kifayətlənirəm:

Bu yol, yükün Sözdən tutan,
Ulu karvanlar yoludu.
Çən-dumanda sağı şeytan,
Solu quldurla doludu.
Fürsətdi, düşüb əlinə,
Baxma kimin gövhəridi,
Qoy təpər versin dilinə,
Alıb onun cövhərini,
Cilvəsin özündən toxu,
Oxu, karvanbasan, oxu!

...Səndə günah yoxdu, düzü,
Mat qalan başlar dayazdı.
Seçəmmirsə ağla bozu,
Bu zümrəyə bu da azdı.
Odur ki, güc verib səsə,
Baxma ar deyilən şeyə.
Şərqdən gələnlər yetməsə,
Keç Rilkeyə, keç Nitşeyə!
Çırpışdırıb azın-çoxun,
Oxu, karvanbasan, oxu!

P.S.S. Bu şeirin bütöv variantını və "Salam, dar ağacı!" misrasının əsl müəllifi olan Akif Azalpın çox illər öncədən bu günə qədər yazılan, amma heç yerdə çap edilməyən azı "Dar ağacı" boyda digər şeirlərini, başda Salam Sarvan olmaqla, Kulis.az saytının oxucularına təqdim etmək bizim istəklərimiz arasında və imkanlarımız daxilindədir.

Demokratikmusavat.com

Xəbər Lenti

Tbilisidə etirazçılar parlament binasını mühasirəyə aldılar

AKP sorğu keçirdi - İlginc nəticə

PKK Suriyada məktəbi bombaladı - Ölənlər və yaralananlar var

Hindistanda təbii fəlakət 2400 can aldı

Balakəndə əl qumbaraları aşkarlanıb - FOTO

Gürcüstanda meşə yanğınının miqyası böyüyüb

"Azərbaycan millisi daha intizamlı oynadı" - Ruslan Rotan

"Futbolçularımız öz üzərilərində çox çalışmalıdırlar" - Vüqar Məmməd

"Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik" - Obradoviç

Slovakiya - Azərbaycan: Heyətlər açıqlandı

“Tofiq Yaqublu Milli Şuranın sədri olsa...” - Arif Hacılı

32 yaşlı qadın gecə saatlarında itkin düşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektində yerləşən parkda 10 tutuquşu buraxılıb - FOTO

İsgəndər Həmidov siyasətdən getdi

Dəm qazı daha bir can aldı

Taliban iki qərbli girovu azad edib

Netanyahu ABŞ-ın yaşayış məntəqələrinə dair qərarını alqışlayır

Honq Konqda universitetdə tələbələrlə polis arasında qarşıdurma davam edir

“İranda aksiya liderləri edam olunacaqlar”

Həkim: Trampın xəstəxana ziyarəti adi yoxlama prosedurudur

Bağdadın Əhrar körpüsü dəyişiklik tələb edən etirazçılara "ev" olub

Seul-Vaşinqton müzakirələri baş tutmayıb

Rəsmilər Şərqi Azərbaycan və Zəncanda 70 etirazçının saxlanıldığını bildirir

Çində nəhəng külək generatoru hazırlanıb

Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb

Ərtoğrul Sağlam 2-ci liqa klubunda

"Bu, Bakıdakından fərqli oyun olacaq" - Slovakiyalı futbolçu

Azərbaycan - Ukrayna oyununda heç-heçə

Anri yeni klubu ilə müqavilə bağladı

Hicablı Səidə aldığı zərbədən öldü

Skolariyə Çindən təklif

Millimiz Slovakiyaya qarşı - YENİLƏNİR

Zəncirvari qəza törədən avtobus sürücüləri hadisə yerindən qaçdılar: ölənlər var

Direktor: “Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”

Ronaldu onunla da sevgili olub - FOTO

Məktəbdə 60-a yaxın uşaq bağırsaq virusuna yoluxdu - Latviyada

Almaniya islam respublikasına çevrilir - Məşhur jurnaldan sensasiya

Səfir: "ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmasında kömək göstərməyə sadiqdir"

Boliviyada yenidən aksiyalar başladı - Müvəqqəti prezidentə qarşı

Suriyada cəhənnəm vadisi: 335 azərbaycanlı uşaq ölüm növbəsində - FOTO

"Qalatasaray"da növbəti şok - O da zədələndi

Sükanı 6 yaşlı oğluna verən qadın həbs edildi - VİDEO

Pulsuz ərzağa görə uşaqlar əzildilər

Millimiz Qazaxıstana da uduzdu

Marketdən oğurluq edən şəxs tutulub

Beynəlxalq Muğam Mərkəzində klassik cazın sevilən siması Ceymi Devis çıxış edəcək

Səfir: "Mən Bakını Azərbaycanın İsraildəki xoşməramlı səfiri kimi tərk edirəm" - MÜSAHİBƏ

Coğrafiya İnstitutunun direktoru: "Bakıda isti hava dalğalarının sayı xeyli artıb"

Millimizə 28 futbolçu çağırıldı

Paşinyan Romada: Ermənistan sülh istəyirmi?

Nömrəsini oğurlayıb başqa maşına taxdılar

Enrike İspaniya millisinə qayıdır - Moreno mətbuat konfransına qatılmadı

Sumqayıtın 70 illiyi qeyd olunub - FOTO

Muğam Mərkəzində " Macarıstan musiqisi axşamları "adli layihə-konsertlər maraqla qarşılanıb - FOTO

Nazir müavinindən ağacların kəsilib, yerində fındıq bağı salınmasına REAKSİYA

İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaqlar

Tbilisidə parlament binası qarşısında aksiya bərpa edildi

“Ramon” qasırğası Filippində 5,4 min adamı evindən didərgin saldı

Millinin futbolçusu etik qaydanı pozsa... - Ruslar cəzaları açıqladılar

Orta pensiya məbləği 293 manat olacaq - Nazirdən AÇIQLAMA

SOCAR və Equinor “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşırlar

“Nargis” Fondu Dünya Mehribanlıq gününə həsr edilmiş sosial VİDEOçarx təqdim edib

Bəslədiyi buğa müəllimi öldürdü - FOTO

Klopp "Qarabağ"ın oynayacağı stadiona nifrət edir

"Arif Hacılı hər gün özünü də, Müsavatı da daha çox batırır" - Rauf Arifoğlu

La Liqa təmsilçisində yeni müqavilə

Zaur Darabzadə: ""CinemaPlus"da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb"

Azərbaycan Prezidenti: "Gələn ilin investisiya proqramında yenə də əlavə vəsait nəzərdə tutulacaq ki, biz dəmir yolu şəbəkəsini genişləndirək"

NASA Yupiterin peykində su buxarı olduğunu təsdiqlədi

Qrizmann PSJ-yə keçmək istəyir - Messiyə görə

19 yaşlı qızı öldürən sevgilisi: Gördüm yaşayır, bıçaqla düz ürəyindən vurdum - FOTO

AFFA-nın iki əməkdaşı Avropa Liqasında eyni oyuna təyinat alıb

"Udines"nin futbolçusu top klubların hədəfində

Mərkəzi Bankda hərrac - Manat sabitdir

İspaniya millisində baş məşqçi dəyişikliyi - Rəsmi

"Türkiyə “erməni soyqırımı”nın qondarma olduğunu təsdiq edən bütün sənədləri ABŞ-a verib"

Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulmasına 5 milyon manat ayrılıb

“Ali təhsilli kimya-biologiya müəlliyəm, gözəl vizajistəm, yaxşı "şofer"əm” - Afət Fərmanqızı - VİDEO

Zöhrə Abdullayevadan oğlu ilə bağlı kövrək paylaşım - FOTO

Messidən möhtəşəm driblinq - VİDEO

Pərvin Abıyeva sevgilisindən DANIŞDI: “Məni qısqanmır” - VİDEO - FOTO

Bakı-Şamaxı yolunda çatlar əmələ gəlib

Sevgilisi tərəfindən öldürülən tələbə qızın FOTOLARI - Statusu DƏHŞƏTƏ GƏTİRDİ

Milli Məclisin sədri MDB Parlament Assambleyasının plenar iclasında iştirak edəcək

Qoyunun başını kəsən azərbaycanlıya cinayət işi açıldı

Ermənistan hərbi rəhbərliyində ciddi dəyişikliklər

Əksəriyyət oğlan olduğunu düşünürdü... Ləmanın inanılmaz dəyişimi - FOTO

Gürcüstanın sabiq Müdafiə nazirinə qarşı yeni ittihamlar irəli sürülüb

İrandan Azərbaycana düz bağırsağında narkotik keçirən şəxs saxlanıldı

İranda qatar relsdən çıxdı

Rusiyada avtomobil yerə batdı: 2 nəfər öldü

Xalq artisti səhnədən getdi

"LUKOYL-Azərbaycan"da yeni direktor

"Ölünün arxasıyca danışmayaq" - Sevda keçmiş əri haqda

22 yaşlı qız ehtirasına qurban gedibmiş - Ölümündən əvvəl girdiyi saytlar təəccübləndirir - FOTO

Əliyar Ağayevin idarə etdiyi oyunda Norveç qələbə qazandı

Azərbaycan millisi Ukrayna ilə üz-üzə

Metroda qapıları tutan 20 sərnişin cərimələndi - VİDEO

Brilliant şəffaf geyimdə - Artıq çəkiləri ilə diqqət çəkdi - VİDEO

Ermənistanda partlayış: hərbçi yaralandı

Narkoman övlad anasına 11 bıçaq zərbəsi vurdu, telefonunu oğurlayıb qaçdı - FOTO

İntim münasibətdən sonra sevgilisini öldürən qadından ağlasığmaz hərəkət - FOTO

20-22 noyabr Zəfəran Apteklərdə "Gözəllik günü"!

"Space TV"dən Elçin Əlibəyli ilə bağlı AÇIQLAMA

"Mən özümü sığortalayıram, ikinci dəfə evlənsəm..." - Tolik ETİRAF ETDİ - FOTO

Türkiyə-İran sərhədində zəlzələ olub, Naxçıvanda da hiss edilib

Ankara və İstanbul arasında yeni sütət qatarı işləyəcək

Millimizdə daha iki itki

13 yaşlı qız özünü binadan atdı - İntihar səbəbi dəhşətə gətirir - FOTO

Siyəzən - Dadlı toyuqdan növbəti innovativ addım!

"Duyğularımı çatdırmağa, sadəcə, onun səsinin qatqısı ola bilərdi...” - Aygün və Nigardan maraqlı ifa - VİDEO

Messi ilə Kavani arasında gərginlik - VİDEO

Atasının benzin töküb yandırdığı 22 yaşlı qızın son sözləri kövrəltdi - FOTO

İranda iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı öldürülüb

Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib

Slavçev "Qarabağ"dan ayrılır

Xuraman 4-cü qızı üçün Afrikada qurban kəsdirdi - VİDEO

Argentina - Uruqvay matçında 4 qol - VİDEO - FOTO

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Los Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb - FOTO

İstanbulda mebel fabriki yanır: ölən və yaralananlar var - VİDEO

Neftin ucuzlaşması davam edir

Bizə qarşı savaş gedir. Əsl, qaydasız və amansız savaş

Türkiyənin avtomobil ixrac etdiyi ölkələr arasında Azərbaycan birincidir

"Ötən ay abort etdirdim"

Əməkdar artistin 30 il əvvəlki FOTOsu - Tanınmaz dərəcədə DƏYİŞİB

İspaniya darmadağınla qalib gəldi - VİDEO - FOTO

İtaliyadan Ermənistana 9 qol - VİDEO - FOTO

İranı çalxalayırlar: baha benzinlə bağlı ucuz oyun

Azərbaycanın pambıq lifi və ipliyinin ixracı artıb

Suriyada kürdlər Rusiya hərbi texnikasını yandırdılar - VİDEO

Kamboca şahzadəsi vəfat etdi

2 avtomobil sığır ilə toqquşdu: 1 ölü, 3 yaralı

"Real"ın futbolçu üç həftə oynamayacaq

Aktrisa avtobusun altında qalıb öldü

Qvardiolanın menecerindən "Bavariya" açıqlaması

Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın olub

"Köln"də yeni baş məşqçi

Bu gün Beynəlxalq Kişilər Günüdür

Dayənin hamamda unutduğu körpə öldü - Ana xəstəxanalıq oldu

Malidə hərbi patrula hücum edilib, 20 nəfərdən çox ölən var

“Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdır” - Bəhlul Mustafazadə

Qobustanda yük avtomobili yanıb

Beyləqanda velosipedçini avtomobil vurub öldürdü

AVRO-2020: Son vəsiqə ilə seçmə mərhələ başa çatacaq

Səfir: IGB layihəsinin reallaşdırılması Cənub-Şərqi Avropanın təbii qaz bazarına böyük dəyişikliklər gətirəcək

Türkiyədə zəlzələ baş verib

Bakıda yol qəzası törədərək avtomobilini aşıran sürücü hadisə yerindən uzaqlaşıb - FOTO

Tbilisidə aksiyalar zamanı xəsarət alanların sayı 6-ya, saxlanılanların sayı 37-yə çatıb - FOTO

İtaliya Ermənistanı biabırçı hesabla uddu, “cırtdanlar” yenə uduzdu

Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkib - Türkiyə mətbuatı

Günün qoroskopu: çətin məsələləri həll etməyə və rəqiblərinizi geridə qoymağa nail olacaqsınız