AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Görün, kimlər bizi azad "saymır" - "Freedom House"un bisavad hesabatında NƏLƏR VAR?

  4

Ədalətsizlik ədalət, yalan həqiqət, ağ qara, qara da qırmızı kimi təqdim olunursa, bunu gerçək və obyektivlik saymaq olarmı? Saxtakarlığı dəqiqlik, dəqiqliyi də əyrilik hesab etmək doğrudurmu? Cavab verməyə tələsməyin, çünki işə siyasət qarışırsa, hər şey tərsinə olur, yalanlar həqiqət kimi sırınır.

ABŞ-ın "Freedom House" təşkilatının hazırladığı "Freedom on the Net 2019. The Crisis of Social Media" ("İnternetdə azadlıq 2019. Sosial mediaların böhranı") adlı reytinq-hesabatınu oxuduqca, absurdun səviyyəsinə təəccüblənməyə bilmədim.

Özünü "müstəqil beynəlxalq təşkilat" kimi təqdim edən "Freedom House"un büdcəsinin 88,02 faizi ABŞ Dövlət Departamentinin ayırdığı maliyyə vəsaiti hesabına formalaşır.

Xərclədiyi hər 100 dolların 88 dollarını Ağ Evdən alan təşkilatın "azad, sərbəst və müstəqil fəaliyyət"indən bəhs etməsi ya həyasızlıqdır, ya da çox inadkar saxtakarlıq.

Təşkilat özünü "ABŞ hökumətinin yaratdığı qeyri-hökumət təşkilatı" (U.S. government-funded non-governmental organization, NGO) kimi göstərir.

Bu ifadənin özü absurddur: hökumətin yaratdığı təşkilat necə qeyri-hökumət struktur ola bilir, bu kainat sirridir yəqin.

Olsun, fərz edək ki, bu fani dünyada hər şey baş verə bilər.

Yaxşı, belədirsə, onda nədən elə həmin "Freedom House" Azərbaycanda dövlət büdcəsindən adda-budda maliyyə vəsaiti alan QHT-ləri "dövlətin qeyri-hökumət təşkilatı" (GONGO) sayır?

Məntiq varmı? Yox.

Xüləs, keçək əsas məsələyə.

Təşkilata son illəri Devid Kramer rəhbərlik edir.

Əvvəllər Almaniyadakı "German Marshall Fund"a başçılıq etdiyi Kramer həmin illərdə Berlin mediasında lağlağı və ələsalma obyekti idi. Çünki o, 2x2-nin 4 yox, 7 olduğunu sübut etməyə çalışırdı.

"German Marshall Fund"ın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən yaradıldığı və indi də kontrolda saxlandığı, fondun fəaliyyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən tənzimləndiyi bəllidir. Bundan başqa, "German Marshall Fund" hazırda Almaniya iqtisadiyyatına ABŞ-ın təzyiq və təsir rıçaqlarından biridir.

Və belə bir struktura rəhbərlik etdiyi dönəmdə Devid Kramer "dünya bazarında ədalətli münasibətlər"dən danışırdı.

Corc Vaşinqton Universitetində professor olmasından qürurla bəhs edən Kramer nədənsə əvvəllər ABŞ Dövlət Departamentinin siyasi analiz və situasiya kəşfiyyatı bölməsində çalışdığını söyləmirdi.

Harvard və Tafts universitetlərini bitirən, ixtisasca sovetoloq olan Devid Kramer postsovet məkanında "ABŞ-ın maraqlarının tam icra etməyən ölkələr" adlı sürrealist siyasi təyinin müəllifidir.

D.Kramerin bir zamanlar direktor olduğu təşkilatın yeni "meqareytinq"inə görə, sən demə, Azərbaycan da "internetin və sosial şəbəkələrin azad olmadığı" ölkələr siyahısındadır.

"Freedom House"a indi ABŞ-ın sabiq prezidenti Uilyam Hovard Taftın nəticəsi Uilyam Taft rəhbərlik edir. O, 2005-ci ilədək təşkilatı idarə etmiş, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Ceyms Vulsinin fanatik ardıcılı hesab olunur.

Uilyam Taftın ABŞ-ın kəşfiyyat strukturları ilə çox sıx, intensiv əlaqələri var.

Reytinqin hansı kriterilər əsasında, necə hazırlandığı, hesabatın ərsəyə gətirilmə metodologiyası isə ümumiyyətlə, tragikomediyadır.

Belə ki, Avropa ölkələrinin əksəriyyəti "meqareytinq"də ümumiyyətlə, əks olunmayıb. Yunanıstan, Albaniya, Kosovo, Xorvatiya, Çexiya, Slovakiya, Polşa, Latviya, Litva, Rumıniya, Finlyandiya, İsveç, Norveç, Danimarka, Hollandiya, Belçika, Portuqaliya, İspaniya, Bolqarıstan, Avstriya, Sloveniya, İsveçrə, İrlandiya, Moldova, Bosniya-Hersoqovina, Monteneqro, Serbiya barədə "müfəssəl, peşəkar və çox nüfuzlu" hesabatda "No Data", yəni məlumat yoxdur yazılıb.

Avropa Birliyi ölkələrindən yalnız 6 (!) dövlətdə internet və sosial şəbəkələrlə bağlı situasiya araşdırılıb.

İndisə gələk hesabatın ən absurd, daha doğrusu, sarsaq, primitiv və maymaq məqamlarına.

İlk əvvəl Azərbaycanda sosial şəbəkələrdə söz azadlığının təqibi ilə bağlı statistikaya nəzər saldıq.

Qərb standartlarına görə, sosial şəbəkələrdə söz və düşüncə azadlığının təqibinin əsas göstəricisi nədir?

Müxtəlif zəminlərdə ayrı-seçkilik və nifrətin təbliği, bu cür səciyyələndirilə biləcək açıqlamalar.

"Freedom House"nin "internetin və söz azadlığının azad olmadığı ölkə" hesab etdiyi Azərbaycanda son iki ildə sosial şəbəkələrdə söyüş, təhqir, habelə ayrı-seçkilik və nifrət yaratmaq, şərəf və ləyaqətin alçaldılması, habelə dini, irqi və s. zəmində ayrı-seçkiliyə çağırışlarla bağlı cəmi 2 (!) cinayət işi qaldırılıb.

Onlardan biri gündəmə gələn gənc psixoloq Nərmin Şahmarzadə ilə bağlıdır.

Ötən ilin dekabrın 5-də Facebook profilində Milli Qəhrəman Mübariz İbrahimov barədə "... Öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır" və "... Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman" yazmış N.Şahmarzadə sonradan İbrahimovun valideynlərindən üzr istəmişdi.

Fəqət, Xətai Rayon Məhkəməsinin qərarı ilə N. Şahmarzadə 400 saat islah işlərinə məhkum edilib.

Vəssəlam.

Bunun müqabilində sosial şəbəkələrdə, xüsusilə də Facebook və YouTube-da onlarla "müstəqil bloqer", yüzlərlə səhifə və kanal fasiləsiz olaraq Azərbaycan dövlətinə qarşı yönəlmiş paylaşımlar edir, video, mətn və audio materiallar yayır. Azərbaycanın hakimiyyət mənsubları, siyasətçiləri, dövlət xadimləri, sənətçiləri, media mənsubları - bir sözlə, şəbəkələşmiş və trollaşmış "mini-sistem"də olmayan hər kəs ən ağır sözlərlə təhqir olunur.

Onların özləri ilə bahəm, ailə üzvləri də aşağılayacı və alçaldıcı ifadələrə tuş edilir.

Facebook və YouTube-nin müvafiq texniki servisləri nə isə edirlərmi? Yox.

Vidadi İsgəndərli, Qabil Məmmədov, Rafael Piriyev və s. kimi imbesilliyi müxaliflik kimi anlayan reneqatların Facebook səhifələri, YouTube kanalları bağlanıbmı? Yox.

Tam əksinə, Facebook-da Azərbaycan vətəndaşlarından kimsə paylaşımlarından birində rus, ingilis, fransız və ya başqa xarici dildə "erməni işğalçıları", "Qarabağdakı erməni separatçıları", "erməni terrorizmi", "işğalçı Ermənistan" yazarsa, sosial şəbəkənin texniki servisi onu dərhal cəzalandırır, bloklayır, əksər hallarda səhifəni və ya profili ümumiyyətlə, qapadır.

"Həqiqət müqayisədə aşkarlanır" - britaniyalılar belə deyir.

Britaniyanı "Freedom House" internetin və sosial şəbəkələrin tam azad olduğu ölkə sanır, 2019-cu illə bağlı hesabatında belə göstərir.

Britaniyada sosial şəbəkələrdə nifrət və təqibetmə ilə bağlı açılmış cinayət işlərinin (Hate Crime Annual Report) statistikasına baxaq. Məlum olur ki, "internetin və sosial şəbəkələrin tam azad olduğu" Dumanlı Albionda hər il minimum 13 min faktla, yəni sosial şəbəkələrdəki status, yaxud paylaşımlarına görə cinayət işi açılır.

Hər il orta hesabla 400 nəfər "hate crimes", yəni sosial şəbəkələrdə paylaşımlarında nifrət və ayrı-seçkilik yaratmağa görə həbs olunur.

Yəni Britaniya ilə müqayisədə, Azərbaycanda sosial şəbəkələrdə və interntedə fikir, mövqe izharına görə azadlıqdan məhrum edilənlərin sayı 400 dəfə (!) azdır.

"Qəddar və amansız Azərbaycan hakimiyyəti"nin əməllərini gördünüzmü?

Ciddi olsaq, "Freedom House"nin davranışında və hesabatında gözlənilməz, qeyri-adi heç nə yoxdur. 10 il əvvəl, amerikalılar müxtəlif sosial media-platformalarını işə salanda Birləşmiş Ştatlar virtual aləmdə qüdrətin zirvəsində idi.

Çünki sosial şəbəkə məkanının ələ alınması, idarə olunması və yönləndirilməsi istiqamətində amerikalıların təcrübələri vardı - başqa ölkələrin yox.

Məhz bu səbəbdən 2010-cu illərdə Qərb mediası vəcdə gəlmişdi: "Ax, Facebook inqilabı!", "Ax, azad sosial şəbəkələr və qruplar avtoritar rejimlərə qarşı!", "Ax, insanların internet, mobil proqram əlavələri və sosial şəbəkələr vasitəsilə birləşərək, siyasi mövqelərini izhar etmələri nə qədər gözəldir..."

"Ərəb baharı", "rəngli inqilablar" - Qərb mediası Facebook, Twitter, YouTube, WhatsApp-ın şəninə təriflər yağdırmaqdan usanmırdı.

Sonra qəfil ayılma prosesi başlandı və əvvəlcə ABŞ rəsmiləri, sonra da Qərb mediası anladılar ki, sən demə, artıq tək amerikalılar yox, ərəblər, çinlilər, malaylar, zuluslar belə, sosial şəbəkədən bəs deyincə yararlanmağı öyrəniblər.

Anladılar ki, internet və sosial şəbəkələr vasitəsilə "yaramaz rejimlərə qarşı mübarizə" çağırışları və modellərin yarıçılpaq fotoları ilə yanaşı, nə gəldi paylaşılır. O cümlədən söyüş, təhqir, aşağılanmalar.

Və indi "azadlıq hökmdarları, demokratiya nəğməkarları" nə edəcəklərini bilmirlər. Çaşıb qalıblar.

Bir tərəfdən qüdrətli və nüfuzlu sosial şəbəkələr hələ də əllərindədir.

Digər tərəfdən həmin sosial şəbəkələrdə ABŞ-ın nəzarət edə bilmədiyi elə yaşam formaları var ki, Vaşinqton az qalır təşvişə düşüb kənara çəkilə.

Absurd, irreal, antiutopik mənzərə yaranıb.

İnterneti və sosial şəbəkələri "qorumaq" adı ilə sosial şəbəkələr sərt nəzarətə götürülür, fikrini izhar edənlərlə bağlı Facebook-un texniki servisinə hər gün yüz minlərlə şikayət yazılır, xüsusilə "azad olmayan" adamları və media strukturlarını susdurmaq üçün onların profilləri qapadılır, səhifələri bağlanır.

Bu, sən demə, azad internet və sərbəst sosial şəbəkələrdir.

Corc Oruellin "1984" romanında olduğu kimi.

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

Gecə klubunun sahibi azadlığa buraxıldı

Mağazaya getdiyinə görə xanımını dindirməyən, qızlarını ölümlə hədələyən, oxuyub-yaza bilməyən aktyor - Maraqlı faktlar - FOTOlar

Türkiyə XİN: Aİ ikili standartların tətbiqini dayandırmalıdır

Uşağını ölənəcən yedirtdi

İnam vacib amildir

Azərbaycan Türk fəlsəfəsinin problemləri və həll yolları

Seçki!

Şiddətdən deyil, şəfqətdən güc almaq...

“Öz qarnından çıxanın vəfası budur” - Brilliantdan oğluna - VİDEO

Azərbaycan-Rusiya İşgüzar Şurasına 145 şirkət və təşkilat daxildir

Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb

"Prava" bazarı

SEVGİ VƏ CAMALDA MAHİYYƏT

"Çempionlar Liqasını qazana biləcəyimizi düşünürük” – Valverde

Zərgərlik məmulatının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alındı

Kənandan Çimnaza: "Mən bu yaşdan sonra durub kiməsə öpüşmək öyrədəcəm?"

Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı

Vüqar Rəhimzadə: "Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir"

Məşhur şahmatçı da deputatlığa namizəd olacaq

“Azərbaycan Rəqs Açıq Kuboku 2019” adlı rəqs müsabiqə keçirilib - FOTO

Məleykə Əsədova bədənini estetik etdirib?

Rusiyalı ekspert: "Azərbaycan Cənubi Qafqazda vacib iştirakçı statusunu qazanıb"

Nicat Gürcüstanda 2 vacib qol vurdu - Komandası yüksək liqaya çıxdı

Ceyhun Osmanlı "Euronews"da seçkilərdən yazdı

Bakı şəhər prokurorluğunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib - FOTO

Ansu Fati Çempionlar Liqasının tarixinə düşdü

Jurnalistin sualından qaçan Baş nazir soyuducuda gizləndi

PKK terror təşkilatından çıxanların sayı artır

Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmi 31 faiz artıb - FOTO

Bakıda 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edildi

Beynəlxalq Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib

Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşüb

Azərbaycan və Ermənistan milliləri eyni qrupda

Sanksiya olsa, İncirlik və Kürəcik bazaları gündəmə gələcək - Çavuşoğlu

Müsavatın bu addımı söz vә ifadә azadlığına hücumdur - Yafəz Əkrəmoğlu

2 saylı texniki-hümanitar liseyin kollektivi Ümummilli Liderin məzarını ziyarət etdi - FOTO

Bir zamanların məşhur azərbaycanlı müğənnisi 20 ildən sonra EFİRƏ ÇIXDI - FOTO

"Mən azarkeş olsaydım, stadiona gələrdim" - Maksim Medvedev

Bakıda gənc oğlan sevgilisi ilə öpüşən şəxsi öldürüb - “Mənim anam, bacım..”

Sampaoli istefaya göndərildi

Müsabiqə elan edilir - Yeni loqotipin hazırlanması

Polis 39 yaşlı kişini borca görə bıçaqlayıb - FOTO

Məleykə Əsədova ilə Rövşanə arasında QALMAQAL: Əlimizdə səsyazılar var - VİDEO - FOTO

Bu gün Asyayla Əmrahın toyudur

PSJ Neymarın transfer qiymətini aşağı saldı

Parlament seçkilərində iştirak üçün indiyə qədər neçə namizəd müraciət edib?

MSK sədri Bələdiyyə seçkiləri ilə bağlı bü günə qədər görülən tədbirlərdən danışdı

Stalini heyran qoyan azərbaycanlı aktrisanın sirlərini nəvəsi açdı - FOTO

“Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza verildi

“Yaxşı ana deyiləm” - Elnarə Xəlilova

"Neftçi"nin bəyənmədiyi futbolçu "Trabzonspor"da - 1 milyon avroya

Neftçalanın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb

"Barselona"nın futbolçusu "Ayaks"ın məğlubiyyətinə belə üzüldü - VİDEO

“Azarkeşlərimizi də başa düşürəm” - Qurban Qurbanov

Aynişan Quliyeva: “Camaata işgəncə verməyin”

Bu partiyalar növbədənkənar parlament seçkilərində iştirak edəcək

Məleykə Əsədova qızı Gülər ilə - FOTO

Elmar Məmmədyarov Riqaya rəsmi səfərə gedib

Sərnişin avtobusunda iki sürücü arasında əlbəyaxa dava - VİDEO

Elmar Məmmədyarov: "Azərbaycan Niderlandı yaxın müttəfiqi və etibarlı tərəfdaşı hesab edir"

Müğənni Murad Sadıxın konserti unudulmaz anlarla yadda qaldı - Beynəlxalq Muğam Mərkəzində

Hərbi bazalara hücum edildi - TERROR

Xanımından boşandığı deyilən Rəşad Dağlı oğlu ilə - FOTO

Yeganənin saçları yandı, pariklə gəzir - FOTO

"Muğanbank" ASC "Mastercard" Beynəlxalq Kart Təşkilatı tərəfindən mükafatlandırılıb

"Keşlə" Özbəkistan millsinin üzvünü transfer etdi

Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Bakıda daşınmaz əmlak noyabrda ucuzlaşıb

Bolqarıstan IGB tikintisini TAP-la eyni zamanda bitirmək niyyətindədir

4 aylıq hamilə olan azərbaycanlı məşhur körpəsini ABORT ETDİRDİ - FOTO

Nailə İslamzadə millət vəkili olmaq istəyir? - FOTO

Paşinyan Yeni il mahnısı yazmağı tapşırdı, tənqid olundu

Azərbaycanlı tanınmış efirdə olanda bacısı öldü

Nobel ətrafında müsəlman gərginliyi - İsveçli jurnalistdən qəribə addım

Çoxlarının gözlədiyi mənzillərin satışa çıxarılmasına günlər qalır

Prezident İlham Əliyev: "Azərbaycanın bugünkü sürətli inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı"

Merkeldən şok etiraf: Parisdə qalib Putin oldu

2019-cu ildə itirdiklərimiz - Siyahı - FOTOlar

"Ərim məndən 4 yaş kiçikdir" - Rəqqasə Fatimə

Bu il “Twitter”in ən çox müzakirə edilən komandası hansıdır?

Naqif Həmzəyev: "Heydər Əliyev hər zaman gənclərin himayədarı olub"

Qar bir yolda 20-yə yaxın qəzaya səbəb oldu - VİDEO

“Boşanmış qadına intim obyekt kimi baxırlar” - Lalə Məmmədova

Azərbaycanla Koreya arasında "Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalandı - FOTO

"Lion" heç-heçə ilə mərhələ adladı - VİDEO

AB Dağlıq Qarabağ münaqişəsini həll edən deyil, lakin müəyyən mexanizmləri var - BMTM

BP-nin hazırkı və gələcək rəhbərləri Azərbaycanda səfərdədirlər

Məktəbin idman zalında biabırçılıq - Qadın müəllim şagirdi ilə sevişərkən tutuldu - FOTO

Səfir: "Koreya Azərbaycanla bir çox sahələr üzrə əlaqələrini möhkəmləndirir"

ATV-də dava - VİDEO

Fərid Şəfiyev: "Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərindən müsbət nəticə görmürəm"

Azərbaycanlı dizayner dünya şöhrətli müğənni üçün geyimlər tikir - FOTO

Nazir: "İrihəcmli məlumatlara böyük maraq var"

Mələkxanım Əyyubova bu dəfə oğlunun FOTOlarını paylaşdı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəsmi saytı fəaliyyətə başladı - İki dildə

Azərbaycanda aparılan islahatlar Avropa Birliyi tərəfindən alqışlanır - Fərid Şəfiyev

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə zəruri yardım göstərməkdədir

"Zenit" qrup sonuncusu oldu - VİDEO

Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanıldı

"Napoli"dən 4 cavabsız qol - VİDEO - FOTO

"Liverpul" "Zalsburq"a qalib gəldi - VİDEO - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib - FOTO

Azərbaycan və Koreya arasında yeni əməkdaşlıq sazişi imzalanacaq

İranda ağır avtobus qəzası - Ölən və yaralananlar var

"Borussiya"nı 1/8 finala yüksəldən qələbə - VİDEO - FOTO

Arvadının maşın sürməyini bəyənmədi, özü minən kimi aşırtdı - FOTO

"Barselona" İtaliyadan qələbə ilə dönür - VİDEO - FOTO

Noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı açıqlandı

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur

Arif Hacılı "siyasi mühacir"lərə satmaq məqsədilə Almaniyaya 72 ədəd "diplom" aparıb

YAP nümayəndələri Fəxri xiyabanda umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən...” mahnısı sağlamlıq imkanları məhdud gənclərin ifasında - VİDEO

Filarmoniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil olunub - FOTO

Azərbaycan hədəflərə nail olmaq bunu etməlidir - Koreya Statistika Komitəsinin sədri

ŞOK! Məşhur idmançı robotla evlənir - FOTO

Suriyada döyüşən azərbaycanlılara hökm oxundu

"Ayaks" 10 xalla qrupda qaldı - VİDEO - FOTO

Əli Əhmədov: "Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır"

"Çelsi"ni 1/8 finala yüksəldən qələbə - VİDEO - FOTO

İntim şəkilləri yayılan siyasətçi intihar etmək istədi - FOTO

“Pejo” “Mercedes”ə çırpılıb “VAZ”la toqquşdu: 5 ölü, 2 yaralı - FOTO

“Napoli” Karlo Ançelottini qovdu

MasterCard Azərbaycan BeynəIxalq Bankına 2 mükafat verdi

Otel fahişəxana çıxdı - 12 qız saxlanıldı: ARALARINDA TƏLƏBƏLƏR DƏ VAR - FOTO

Gülnarə Məmmədzadə: "Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfəri əməkdaşlığımızın prioritetlərini aydın şəkildə nümayiş etdirir" - VİDEO

NATO-nun avtomobil karvanı yaxınlığında partlayış: insident nəticəsində...

Yunanıstanda zəlzələ oldu, 4,7 bal

Tramp Rusiyaya çağırış etdi: Dəstəkləyin

Mərkəzi Nəbatat bağında "Ekoloji problemlər gənclərin gözü ilə" adlı sərgi keçirilib - FOTO

Bakıda iki tələbənin öldüyü dəhşətli qəzanın görüntüsü - ANBAAN VİDEO

Krit sahillərində zəlzələ olub

Kömür mədənində qaz sızması 4 nəfərin ölümünə səbəb olub - Qırğızıstanda

ABŞ-da atışma olub, ölənlər var

Sərnişin təyyarəsi təcili eniş edib

Vaşinqtonda Tramp və Lavrov arasında görüş baş tutub

Çempionlar Liqası: "Liverpul", "Napoli", "Valensiya" və "Borussiya Dortmund" 1/8 finalda

Bəzi Türkiyə vətəndaşları gələn ildən Avropaya səyahət edərkən xüsusi "icazə" alacaqlar

"Mən aktrisayam, bu gün baş rolda çıxaram, sabah..."

İnsan haqlarına ən ciddi təhlükə

Günün qoroskopu: uzun müddət sizi irəliləməyə qoymayan emosional problemləri həll etməyin zamanı gəldi

"Çelsi"yə 3 milyardlıq müştəri çıxdı

Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ olub

Putindən xəbərdarlıq: İkinci Serebrenitsa yaşana bilər

"İkinci beyin"i necə işlədək? - Bu dərmanlardan imtina edin

Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb - FOTO

Keçmiş məhkum qətl törətdi

Portuqaliya Futbol Federasiyasında 10 028 qadın futbolçu qeydə alınıb

Stokholmda 2019-cu il üzrə Nobel mükafatları təqdim edilib

Kukla Teatrında “O qadın” - FOTO

Sabiq müdafiə naziri güllələndi

ABŞ-dan daha bir ölkəyə qarşı sanksiyalar

Britaniya səfiri Şəkidə

“Mbappe komanda yoldaşlarına hörmət etməlidir” – Tuheldən etiraz

"Lester" türk oyunçuya yeni müqavilə təklif etdi

“EuroHome”un qarşısında bədbəxt hadisə - İki nəfər öldü

Demokratlar Trampın impiçment prosesinin növbəti addımlarını nəzərdən keçirir

Yeni Zelandiya polisi vulkan püskürməsi ilə bağlı təhqiqatı davam etdirir

Çexiyada silahlı hücum: 6 nəfər ölüb

Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edir

“Spartak” Ayazdan imtina edir

PSJ Neymarı satmağa hazırdır – Qiymətini aşağı saldı

Deşamla yeni müqavilə bağlandı

Paytaxt sakinini aldadaraq evini və ticarət obyektini mənimsəyən şəxs saxlanılıb

İlahiyyat İnstitutu doktoranturaya və dissertanturaya qəbul elan edir

Misirdə 2 il əvvəl kilsəyə hücum edən terrorçu edam olundu

Çexiya Sarkisyanın qardaşı oğlunu Yerevana ekstradisiya edəcək

ABŞ rəsmilərinin Əfqanıstan müharibəsi barədə məxfi sənədləri üzə çıxıb

Hərbi hissədə Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib - FOTO

Narkotik dövriyyəsi ilə məşğul olan dəstə ələ keçdi - FOTO

Noyabrda gündəlik neft hasilatı 776 min barrel olub

Əfqanıstanda “Taliban” 40 qəbilə ağsaqqalını oğurladı

"Qarabağ" - "Düdelanj": son məşqlər və mətbuat konfransları

Ərdoğan “S-400”lə bağlı mübahisələrə son qoydu