Avropanın mərkəzində tədbir: Bakıdan kimlər gedir?

 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə noyabrın 4-8-də Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərində “Avropada diaspora və media lobbiçiliyi” layihəsinin icrasına başlayıb.

Axar.az xəbər verir ki, layihə çərçivəsində Brüssel şəhərində bir sıra silsilə tədbirlər və görüşlər keçiriləcək.

Noyabrın 4-də Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Belçika Türkcə Media Birliyi və Gent Türk Ocaqlarının birgə təşkilatçılığı ilə “Turkse Unie Brüksel” mərkəzində “Azərbaycan və Avropa KİV-ləri arasında əməkdaşlıq” mövzusunda dəyirmi masa təşkil olunacaq.

Noyabrın 5-də isə “Qreşam Belson Hotel”də Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə birgə “Azərbaycan diasporu və media; əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda tədbir keçiriləcək.

Tədbirlərdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və “Hədəf Qlobal” qrupunun rəhbəri, “Ustad” jurnalının baş redaktoru, dos.dr. Şəmil Sadiq iştirak edəcək.

 

0.24477291107178