AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Tarixdə iz qoyanlar: Cazı Azərbaycana gətirən BƏSTƏKAR

  13

Demokratikmusavat.com bildirir ki, Modern.az "Tarixdə iz qoyanlar" rubrikasında maraqlı yazı ilə çıxış edib:

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınır. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Ötən əsrdə "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Ögey ana", "Görüş", "Bəxtiyar" filmləri müasir Azərbaycan tamaşaçısına yaxşı tanışdır. Hər dəfə bu filmləri seyr etdikcə, İsmayılın və Kamilin mahnıları, neftçi Bəxtiyarın ifa etdiyi "Zübeydə", "Bakı", "Üzüyümün qaşı firuzədəndir" və digər mahnılar uzun müddət yaddaşlarımızdan silinmir. Bəs "Möcüzələr adası" filmindəki şanlı Bakı neftçilərinin fədakar əməyini tərənnüm edən "Neftçi mahnısı"nı dinləyib sevməyən varmı? Bu mahnılar indi də yeni tərtibatda müasir Azərbaycan dinləyicisinə təqdim olunur, sevilir. Dərin ideya məzmunu, əlvanlığı və melodiya gözəlliyi ilə diqqəti cəlb edən bütün bu mahnıların müəllifi isəötən əsrdə Azərbaycan bəstəkarlar pleyadasının görkəmli nümayəndələrindən olmuş Tofiq Quliyevdir.

Tofiq Quliyev mahnı janrında yaratdığı şedevr əsərləri ilə sadəcə olaraq bu sahədəki ənənələri davam etdirməklə kifayətlənməyib, eyni zamanda musiqisevərlərin çox sevdikləri bu janrı öz qəlbinin hərarəti ilə zənginləşdirib, yeni axtarışlardan, musiqi boyalarından cəsarətlə istifadə edib. Buna görə də görkəmli bəstəkarın yaratdığı istənilən mahnı canlı obraz və əsl həyat lövhəsi kimi nəzərimizdə canlanır.

Uşaqlıq illərindən Tofiqin ilk xatırladığı piano idi. Onun ixtisasca mühəndis-iqtisadçı olan atası musiqini çox sevir, fortepianoda çalmağı bacarırdı. O, ailənin ilki olan oğlu Tofiqin də pianoçu olmasını arzu edirdi. Tofiqin üç qardaşı və iki bacısı həvəslə musiqi müəlliminin rəhbərliyi altında saatlarla məşğul olsalar da, gələcək bəstəkar itaətkar olmaqdan qəti şəkildə imtina edir. O, cansıxıcı qammalarla məşğul olmaq istəmir, bütün məhdudiyyətlərdən kənar yazıb-yaratmaq, improvizə etmək istəyirdi.

On yaşı olanda yeniyetmə Tofiq artıq özünün ilk mahnılarını bəstələməyə başlayır. 1931-ci ildə 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə M.Ə.Sabirin "Uşaq və buz" şeirinə mahnı bəstələyir. Buna görə də məktəbi bitirdikdən sonra onun konservatoriyaya daxil olması gözlənilməz qarşılanmır. O eyni zamanda iki fakültədə - dirijorluq və fortepiano fakültələrində təhsil almağa başlayır.

Üçüncü kursa keçərkən Tofiq Moskvaya - P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına oxumağa göndərilir. Lakin Tofiqin "itaətsizlik" göstərməsinə nədən olan uşaqlıq arzusu zaman-zaman qəlbində boy qaldırırdı. Tofiq  öz musiqisini bəstələməyə hər zaman cəhd edir, ancaq özünün yaradıcılıq məhsulunu dostlarının, tanışlarının mühakiməsinə vermirdi.

1939-cu ildə Moskvada təhsilini dayandıraraq, Bakıya dönən gənc musiqiçi Azərbaycanda Amerika zəncilərinin musiqisi hesab edilən caz təşkil etməklə yenidən öz dostlarını təəccübləndirir. Həmin illərdə bu, çox riskli bir iş idi, sadəcə "caz" sözünün özü çoxlarını təşvişə salırdı. 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə çıxış edən Dövlət Estrada Orkestri milli cazın yaranma tarixinin təməlini qoydu. Onun rəhbəri Tofiq Quliyevin adı musiqi tariximizə Azərbaycan estrada və caz musiqisinin banisi kimi yazıldı.

Konservatoriyada təhsili başa vurmaq müharibədən sonraya qalır.

1941-ci ildə Hitler Almaniyası ilə müharibənin başlanması gələcək bəstəkarın yaradıcılıq planlarına öz düzəlişlərini edir. Tofiq kiçik orkestr təşkil edərək onunla cəbhə bölgələrini gəzib-dolanır, əsgərlər qarşısında çıxış edir. Məhz burada ilk dəfə bəstəkarın sərt və həyəcanlı "Yürüş mahnısı" səslənir. Burada ilk dəfə Tofiq hiss edir ki, onun musiqisi insanlar tərəfindən bəyənilir, qəlblərə hakim kəsilir.

Tofiq Quliyev Moskva Konservatoriyasında təhsini başa vurduqdan sonra həmin konservatoriyada dirijorluq üzrə aspiranturanı da bitirir.

Hələ Moskva Konservatoriyasında oxuyarkən dirijor-bəstəkar Tofiq Quliyevin adına o zamankı Sovetlər Birliyinin başkəndinin konsert afişalarında tez-tez rast gəlmək olardı. Onun adı görkəmli sovet ifaçılarının adı ilə birlikdə çəkilirdi. Tofiq bu konsertləri yüksək temperamentlə idarə etdiyi kimi, solistləri də pianoda məharətlə müşayiət edirdi.

1954-cü ildə T.Quliyev Bakıya qayıtdıqdan sonra müxtəlif musiqi janr və formalarına müraciət edir. O, "Azərbaycan süitası", simfonik rəqslər, fortepiano üçün variasiyalar, prelüdlər, nəfəsli çalğı alətləri ansamblı üçün pyeslər, romanslar və s. yazır. Lakin ilk bəstəkarlıq təcrübəsindən onun yaradıcılığında həmişə mahnı janrı mühüm yer tutub.

1941-ci ildə ilk dəfə "Səbuhi" filminə musiqi bəstələmiş Tofiq Quliyev bütün yaradıcılığı boyu bu janra müraciət etmiş və 40-dan çox kinofilmin musiqisinin müəllifi olmuşdu. O, eyni zamanda onlarla operettanın da müəllifidir.

Lakin bəstəkar özünün çox sevdiyi mahnı janrınabütün yaradıcılığı boyu sadiq qalmış, bu sahədə məhsuldar fəaliyyət göstərmişdir. 200-dən artıq mahnı yazan Tofiq Quliyevin mahnılarında poetik obraz hər zaman ön planda olub.  O, publikanın mühakiməsinə verdiyi musiqilərində xalqımızın qədim və əbədiyaşar incəsənətini müasir dünyaya münasibət prizmasından keçirərək, ikisini bir arada birləşdirməyi bacarıb. Bəstəkar hər bir mahnısında melodik və ritmik xallarla dinləyicilərin qəlbini oxşayır. Bu mahnılar uydurma hisslərdən uzaq olub, cəlbedici və səmimidir.

1966-cı ildə məşhur fransız bəstəkarı, şair və müğənnisi Fransis Lemark Bakıda qastrolda olarkən Tofiq Quliyevlə görüşür. Qonağı evinə dəvət edən Tofiq Quliyev öz əsərlərindən melodiyaları ona ifa edir. Bu melodiyalar fransalı qonağın o qədər xoşuna gəlir ki, F.Lemarkhəmin melodiyalara fransız dilində mətn yazmaq və onları fransalı dinləyicilərə təqdim etmək üçün özü ilə Fransaya aparmaq qərarına gəlir. Beləcə Tofiq Quliyevin altı mahnısı Xəzərin sahillərindən Senanın sularına qədər uzaq bir səfərə yollanır. Yarım ildən sonra isə bu mahnılar ikinci həyat qazanaraq və bu dəfə artıq fransız dilində vallarda vətənə qayıdır.

İstedadlı bəstəkarın yaradıcılığında Azərbaycan xalq mahnı və melodiyalarını işləyib tərtib etmək və onları nota köçürmək işi də əhəmiyyətli yer tutur. Tofiq Quliyev bəstəkar Zakir Bağırovla birlikdə  ilk dəfə 1936-cı ildə  "Rast", "Dügah", "Segah zabil" muğamlarını məşhur tarzən Mirzə Mənsur Mənsurovun ifasında nota yazıb. Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyov o vaxt yazırdı: "Muğamların nota yazılması Azərbaycanın musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir".

1990-cı ildə Tofiq Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib və ömrünün sonuna kimi bu vəzifədə çalışıb. Tofiq Quliyevin Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi illərdə respublikanın musiqi sənətinininkişafında mühüm rol oynayan musiqi festivalları, Ümumittifaq və  respublika  müsabiqələri,  "Musiqi baharı", "Bakı payızı" festivalları keçirilirdi. Bu tədbirlərdə Tofiq Quliyev həmişə münsiflər heyətinin üzvü, sədri olub.

1998-ci ildə Tofiq Quliyev Azərbaycanın yüksək dərəcəli ordenlərindən biri - "İstiqlal ordeni" ilə təltif olunub. Səhhəti ilə əlaqədar xəstəxanada olan bəstəkara bu ordeni Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev şəxsən özü təqdim etmişdi.

İllər ötür,  zaman, dövran dəyişir, yeni zövqlər, yeni tələblər meydana çıxır. Lakin Tofiq Quliyevin böyük ilham və yaradıcılıq eşqi ilə bəstələdiyi, Azərbaycan xalqının ən gözəl hiss və arzularını tərənnüm edən mahnıları hafizələrdən silinmir, yaddaşlarda əbəd iməskən salır.  Bu ecazkar könül mahnıları ilə bərabər dahi bəstəkarda unudulmur, gözəl pianoçu, təkrarsız mahnıların müəllifi kimi daim xalqımızın qəlbində yaşayır.

Demokratikmusavat.com 

Xəbər Lenti

2025-ci ildən sonra...

Məktəblilərin payız tətili başladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamına baxıblar - FOTO

Günün qoroskopu: həm işgüzar, həm şəxsi münasibətlər baxımından əla gündür

Bakıda çoxmərtəbəli binada yanğın: 10 nəfər təxliyə olunub

Gəncədə oğul atasını qətlə yetirdi

Gəncədə daha bir qətl - Bu dəfə ər arvadını öldürdü

Avtovağzalda oğurluq edən keçmiş məhkum tutulub

Gürcüstan prezidenti etiraz aksiyalarından danışdı

General plyonka ilə bağlı göstəriş verdi

Əməkdar artistin qızının toyu bu dəfə Ağdamda oldu

Bakıda 25 yaşlı gənc küçədə bıçaqlandı

Bakıda ikimərtəbəli bina yanıb

Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir - FOTO

Azərbaycan əhalisi ticarət şəbəkələrində 31 milyard manatdan çox pul xərcləyib

"Qələbə qazanmağa çalışacağıq” - Şəhriyar Rəhimov

"Nikbinik və yaxşı olacağına ümid edirik" - Yurçeviç

"Qəbələ" "Səbail"lə qarşılaşacaq

Avro-2020-nin oyunlarının göstərəcək kanallar - Siyahı

İspaniyanın ev, İtaliyanın səfər sınağı - YENİLƏNİR

Zərdabda 4 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub - FOTO

Bakıda Hollivud ulduzları ilə tarixi yarış - VİDEO- FOTO

Prezident İlham Əliyev: Rusiya Prezidenti ilə mənim çoxsaylı, məzmunlu görüşlərim bir-birimizə səmimi münasibətin təzahürüdür

Sarayda samovar oğrusu tutuldu

Bütün gecəni mobil telefonla oynayan qız kor oldu

Dünyanın ən bahalı küçələri - SİYAHI

Nəhəng dalğa turistləri “yuyub apardı” - VİDEO

Azərbaycandakı konsertləri ləğv olundu

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib - FOTO

İranda benzinin qiyməti qalxdı - Kasıblara yardım etmək üçün

Moskvada Xalidənin saunasında kişi müştərilərlə... - Şok təfərrüat

Qızdırıcı cihazla polis idarəsindən qaçdı - VİDEO

Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb

ABŞ Misiri hədələdi: Rusiyadan qırıcı alınarsa…

“Sarı jiletlilər”in aksiyaları Fransa büdcəsinə 2,5 milyard avro ziyan vurub

22 yaşlı qızı cinsi əlaqə zamanı boğaraq öldürdü: "Mənə dedi ki..."

Qoxumuş cəmiyyət

Ömrünə balta çalan...

4 kirayənişin 1 nəfərə zor tətbiq etdi, 98 manat aldı

"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu

Tənqidə dözüm müsbət keyfiyyətdir

Devrilmiş prezident parlamenti ələ keçirdi - Yeni gəlişmə

Ukraynada silah anbarı partladı - Ölənlər var

İcra başçılarında çınqıl Bazarda limon boldur

Türkiyə millisində dəyişiklik - 9 futbolçu heyətdən çıxarıldı

Prezident İlham Əliyev: "Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı"

Prezident İlham Əliyev: "Bugünkü Azərbaycan Heydər Əliyevin qəhrəmancasına fəaliyyətinin nəticəsidir"

Azərbaycan Prezidenti: "Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir"

Köpəkbalığı dalğıcın qolunu qopardı

Aygün Kazımova ölüm ayağında olan məhbus qardaşına baş çəkdi - FOTO

Türkiyə millisinin sevinci - VİDEO

Bakıda gəlinin başını divara çırpdılar - TOYDAN 10 GÜN SONRA - TƏFƏRRÜAT

İşğal başa çatdıqdan sonra Qarabağda tolerantlıq mühiti yenidən bərpa olunacaq - Tural Gəncəliyev

Fransadan Almaniyaya gətirilən Rəfail Priyev deportasiya ediləcək

Uels millisinə Bakıda möhtəşəm dəstək - 1200 azarkeş gəlib

"Anasızlığımı işimlə unuduram" - Hacı Nuran

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI - FOTO

Prezident İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib - FOTO

Xocalıda sağ qalmış azərbaycanlı ABŞ-da Xolokostun şahidi ilə görüşdü - Unikal kadrlar - FOTO

Övladlarını gizlədən Elnarə Xəlilova: “Bir az səbr edin, görəcəksiz” - VİDEO - FOTO

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

"Dövlət marağında düşmən ölkə vətəndaşlarının ölkəyə gətirilməsi normaldır, amma..." - QAT sədri

XİN Azərbaycanın Krımla bağlı BMT qətnaməsinin səsverməsində iştirak etməməsinə münasibət bildirib

Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı

“Özümü niyə ucuz seriallarda xərcləməliyəm?” - Əməkdar artist

"Mən, Elnarə hara, Miri Yusif hara?" - Manaf

Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb

Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib

Qadın Sahibkarların II Beynəlxalq Forumu Bakının mühüm mədəniyyət və turizm hadisəsi olacaq

Arif Hacılı jurnalistlərdən qorxdu, partiya qərargahına gəlmədi - FOTO

Pivə oğurlayan kişiyə ölüm cəzası verdilər - FOTO

Radikal müxalifətin xəstəliyi ağırdır - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Bakıda 14 yaşlı qız ANA OLDU - Nadirdən SƏRT REAKSİYA: Qızını satan... - FOTO

Premyer Liqamızda oyunların vaxtı açıqlandı

Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO

Azərbaycan qaz ixracını 55% artırıb

Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib - FOTO

Siyavuş Novruzov: "Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir"

İngilis agentini İstanbulda kim öldürüb? - Bəşər Əsəddən şok ittiham

Müxalifətçi gənc Müsavatı yıxıb-sürüdü: Xəyanət edirsiniz və buna uyğun da cavabınızı alacaqsınız

Abşeronda iki dost 30 evi soydu - FOTO

Hamilə qadın huşunu itirənə qədər döyüldü - FOTO

Rüfət Dadaşov millidən kənarlaşdırıldı

Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO

Ronaldo rekorda yaxınlaşdı

“Prodüserlərin qulları şərəfindən keçənlərdir” - Aktyordan sərt tənqid

Vüqar Rəhimzadə: "Azərbaycan unikal qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib"

Gürcüstandan gələn avtomobildə xeyli miqdarda dərman preparatı aşkarlandı - FOTO

Uşaqların ölüm müəmması: İki övlad eyni yaşda eyni yerdən yıxılıb öldü

Selfi sevgisi daha bir turisti öldürdü

Riqada Azərbaycanın mətbuat sahəsində nailiyyətlərinin təqdimatı keçirilib - VİDEO - FOTO

Dünən toy aparırdı, bu gün ana oldu

Almaniya Azərbaycanlıları Alyansının BƏYANATI - Qanunsuz mühacirlər...

Atletico Madrid-də Kosta şoku

Qazaxıstanlını öldürən azərbaycanlıya hökm oxundu

Uels yığmasında daha iki futbolçu heyətdən çıxarıldı

Türkiyədə daha bir ailənin üzvləri SİANİDDƏN zəhərlənərək ölüblər

Keyni rekorddan 1 qol ayırır

“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” - Tacir Şahmalıoğlu - VİDEO - FOTO

Ekspert: "Trans-Xəzər boru kəməri layihəsinin Avropa üçün üstünlükləri aşkardır"

Kiprdə sevgilisini soyub qaçan azərbaycanlı haqqında qərar verildi

Hansı oyun, hansı kanalda?

Elmar Məmmədyarov BƏƏ-də Sir Bani Yas Forumunda iştirak edəcək

Efirdə QEYRƏT DAVASI: Siz nəyi reklam edirsiniz? - FOTO

“Kimsə ləkəsiz, təmiz, ağ qaşıq deyil” - İradə İbrahimova

Ümidlər və proqnozlar: Ərdoğanın Vaşinqton səfərinin nəticələri

Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

Azərbaycanlı şagird ermənini döydü - FOTO

Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz? - FOTO

Rob Sobhani: "Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir"

Aygün Kazımovanın yeni mahnısı plagiat çıxdı

Müsavat ictimai qınaq altında: Partiyanı "makler" yuvasına çevirdiniz!

"Meyxana deyənlər mənim çörəyimi yeyirlər" - Sərxandan SƏRT AÇIQLAMA - FOTO

"Zlatan İbrahimoviçə hörmət etməmək olmur" - Klopp

Sumqayıtda kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilir

Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO

"Plastik həkimlərə ehtiyacım qalmır" - Zülfiyyə Xanbabayeva

Deport edilən 61 azərbaycanlı Bakıya gəldi - Rəsmi

İngiltərədən 7 cavabsız qol - VİDEO

Pavel Zarifullin: "Azərbaycan bir sıra xalqların və dinlərin birliyinin mərkəzinə çevrilib"

"Sənə hansı kişi dözər" - Zaurdan aktrisaya

Vaşinqtonda erməni deputatlar sual atəşinə tutuldu

"Xəyalımızı gerçəkləşdirdik” - Şenol Günəş

Mətanətin fotoşopdan üzü əyildi - FOTO

Məktəbli öz ad günündə qanlı olay törətdi - VİDEO

Ərli qadın müəllim şagirdini evə çağırıb, onunla cinsi əlaqədə oldu - FOTO

"Röya ilə Aygünü artıq toya dinləmək üçün çağırmırlar" - FOTO

Bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar olacaq

Facebook "Milli Şura"nı cəzalandırdı

Şeremetyevo aeroportunda 2 təyyarə toqquşdu

"Mənim oğlanlarım mənə qulaq asmır" - Manafdan GÖZLƏNİLMƏZ ETİRAF - FOTO

“Toya görə vergi ödəməli deyiləm” - Brilliant şikayətləndi

Müxalifətin "miqrant alveri" cəmiyyət qarşısında ifşa edildi - Deputat

Dünyanın din liderləri Bakıya toplaşdı

Bakıda dəhşət: ata və oğul bıçaqlandı

Neftin bahalaşması davam edir

Güclü qar bu ölkədə 140 min evi işıqsız qoydu

Bakıda Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası olacaq

"Qarabağ"ın futbolçusu Paraqvaya qarşı oynamadı

ABŞ-ın neft ehtiyatları bir həftə ərzində təxminən 2,22 milyon barel artıb

"Tobol"da qalıram" - Emil Balayev

Bakıda çoxmərtəbəli evin dayanacağında aksiz markasız spirtli içkilər aşkarlanıb

6 PKK terrorçusu məhv edildi

Bakıda qayda pozan sürücü qəza törədib - FOTO

NATO ölkələri 5 ədəd "Global Hawk" dronu alıb

Ərdoğan: Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq münasibətlərini qorumaq istəyir

İsrail "İslam cihadı"nı vurdu

Bakıda macar musiqiçilərin konserti olub - FOTO

AVRO-2020: Daha üç komanda final mərhələsinə yüksələ bilər

İsveçrənin Turqau kantonunun ən böyük Botanika bağında Azərbaycana həsr olunan ağac üçün yer ayrıldı - FOTO

Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dünyada sülh və sabitliyə növbəti mühüm töhfəsidir - RƏYLƏR

ABŞ-da yeniyetmə məktəbdə silahlı insident törədib, ölənlər var

Etirazçılar Gürcüstan parlamentinin binası qarşısında çadırlar qurur

"Rəqiblərimizin qorxulu yuxusu ola bilirik" - Ərdoğandan təbrik

Əhmədlidə kafe yandı

"Ölkə kimi bir xəyalımız var idi ki, nəticədə ona da çatdıq" Şenol Günəş

Bakıda 20 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Türkiyə və daha üç milli komanda Avro-2020-də, Portuqaliyadan darmadağın - YENİLƏNİB

Türkiyə millisi Avro-2020-də - YENİLƏNİB

Bakıda 18 mərtəbəli binada baş vermiş yanğın zamanı 6 mənzil yanıb, yanğın söndürülüb - YENİLƏNİB - FOTO