AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ölkəni kilosu 3-4 manata satılan “kərə yağları” bürüyüb

  9

Azərbaycanda marketləri kərə yağı adı altında satılan ucuz yağlar bürüyüb. Mağazaların vitrinlərində kilosu 3-4 manata olan, markası rusca yazılmış yağların sayı-hesabı yoxdur.

Onların Bakıdakı sexlərdə istehsal olunduğu,  yoxsa Dağıstandan və ya  Gürcüstandan gətirildiyi məlum deyil. Sadəcə, sovet insanının təfəkküründə qalan “sliviçniy yağ”, yəni təmiz yağ anlayışından sui-istifadə edən bəzi iş adamları adı rus dilində etiketlər, markalarla bazara ucuz, guya kərə yağı olan məhsullar çıxarırlar. Halbuki onların palma yağı, onkoloji xəstəliklərə yol açan qidalar olduğu barədə ekspertlər, həkimlər tez-tez həyəcan təbili çalırlar.

Ancaq həmin məhsulların tərkibi, keyfiyyəti ilə bağlı əsaslı yoxlamalar aparılmır, laboratoriyalarda ekspertiza edilmir. Bu gün əhalini də narahat edən, hər birimizi maraqlandıran məhz ailələrimizə, uşaqlarımıza yedirdiyimiz yağların keyfiyyəti problemidir. Həftəsonu marketlərdə aparılan qısa araşdırmanı təqdim edirik.

Ucuz kərə yağları ilə yanaşı satılan Yeni Zelandiyadan idxal edilmiş məhsulların kilosu 16-18 manat civarında olduğu halda, haqlı sual doğur - bəs, bu yağların kilosu niyə 3-4 manatdır? 

 

“Kalinka”, “Tulçinskaya ekstra”, “Kərəm” və...

 

Məsələn, “Kulinarka” adlı yağın kilosu 3 manat 29 qəpikdir. “Kalinka” isə  4 manatdır. Halbuki məşhur “Doyaruşka” yağının 250-300 qramı elə 3 manat 60 qəpikdir. O zaman mağazalarda satılan “Zolatava” adlı yağın kilosu niyə 4 manat 20 qəpikdir? Araşdırma zamanı onun da şahidi olduq ki, “Buryonkin Luq” adlı bir yağ satılır. Kilosu cəmi 4 manat 46 qəpikdir. Satıcılar da etiraf edirlər ki, adını çəkdiyimiz bu yağlardan istifadə məsləhət deyil.

İnsafən, onların alıcıları da azdır. Çünki istehlakçılar bu yağların tərkibinin keyfiyyətli olmasına inanmırlar.

Baş çəkdiyimiz marketlərin vitrinlərinə qoyulmuş “Voloqodskiy” 4 manat 31 qəpik, “Tulçinskaya ekstra” 4 manat 30 qəpik, “Krestyanskoye” 4 manat 6 qəpikdir. Bu adlar adama heç nə demir. Habelə, “Kərəm” adlı yağın kilosu 2 manat 68 qəpik, "Xoman Lyuks" 6 manat 74 qəpik, “Maslo Dabroye” 5 manat 54 qəpik, “Alpen” -  6 manat 25 qəpikdir.

 

Marqarin, palma, iç yağı, piylər...

 

Ümumiyyətlə, ayrı-ayrı marketlərdə onlarla belə yağlara rast gəlmək, siyahını uzatmaq olar. Sadəcə, Zelandiya yağı ilə qiymət fərqi  o səviyyədədir ki, imkansız adamlar ucuz məhsullara tərəf qaçırlar.

Eyni zamanda, şirniyyat sexləri, tort bişirilən müəssisələrin əksəriyyətinin sözügedən ucuz yağlardan istifadə etdiyi bildirilir. Təəssüf ki, aztəminatlı ailələr məcburiyyət qarşısında mağazalardan həmin yağların kilosunu 4-5 manatdan alırlar, gündəlik qida rasionunda istifadə edirlər.

Amma əksəriyyəti marqarin, palma olan bu yağlardan uzaq durmaq lazımdır. İddialar var ki, yağların bir qismi heyvanların iç yağı, piylər və bitkilərdən hazırlanır, bəziləri isə kimyəvi tərkiblidir.  Onlara kərə yağının dadını və qoxusunu verən xüsusi qatqılar vurulur ki, bunlar da sağlamlığa təhlükə yaradır.

Hesablamalara görə, yüksək keyfiyyətli kərə yağının kiloqramının maya dəyəri heç olmasa 5 manata başa gələr. Bundan ucuz yağların isə tərkibindən şübhələnməyə dəyər. Bir sözlə, saxta kərə yağları istehsal edənlərin işi yağ kimi gedir.

Bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi kərə yağını digərlərindən fərqləndirən əsas əlamətləri açıqlamışdı. Qurum bazarda kərə yağı adı ilə satılan yağlar arasındakı qiymət fərqinin səbəblərini də açıqlamışdı.

AQTA-nın sektor müdiri Aynurə Rzayeva bildirmişdi ki, kərə yağında təmiz yağın həcmi digərlərindən çox olur. Onun sözlərinə görə, əgər hansısa kərə yağının üzərində yağ, su və quru süddən başqa maddə qeyd edilibsə, deməli, o təmiz kərə yağı hesab olunmur: “Bundan başqa kərə yağının bir hissəsini qaynar suya salaraq da yoxlamaq mümkündür. Əgər yağın həll olması bərabər gedirsə kərə yağıdır, yox əgər parçalanma gedirsə onda içərisində qarışıq maddələr mövcuddur. Kərə yağı soyuducuya qoyduqdan sonra çıxarılanda üzərində su damcıları olmamalıdır. Bu damcılar qatqı maddələrinin olmasına işarədir”.

Bu barədə “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda yağ bazarı kirlənmiş seqmentlərdən biridir.

Onun sözlərinə görə, xüsusən duru və kərə yağ sektorunda vəziyyət ürəkaçan deyil. İB sədri qeyd etdi ki, problem həmin yağların markalanmasındadır: “Burada istehlakçıların məlumatlılıq baxımdan aldadılmasına yol verilir. “Məsələn, üzərində ”Naturalnaya masla" yazılıb. Amma arxasında qeyd olunur ki, tərkibində bitki yağları, müxtəlif qarışıq qatqılar var. Yəni istehsalçı təmiz kərə yağı satmadığını demək istəyir, bu yolla vəziyyətdən çıxır. Ancaq üzərində təmiz yağ adı ilə markalanır. Bu da istehlakçı hüquqlarının pozulmasıdır".

E.Hüseynov hesab edir ki, istehlakçıların aldadılması hallarına yol verilməməlidir: “Jurnalistlər mənə illər boyu yağ sahəsindəki vəziyyətlə bağlı suallar veriblər. Biz Yeni Zelandiyaya getmişdik, orada Azərbaycana yağ idxal edilən zavodda olduq, markalanmanı gördüm. Deməliyəm ki, son dərəcə ekoloji cəhətdən təmiz yağ Azərbaycana göndərilir. Ancaq bir çox firmalar Yeni Zelandiyadan yağlar gətirirlər. Hətta Zelandiya yağı adı altında Gürcüstandan ölkəmizə mal idxal edirlər. İstehlakçılara tövsiyəm budur ki, kərə yağ istəyəndə məhsulu əlində sıxsın və ya əritsin. Əgər parçalanmırsa, o halda təmizliyinə inanmaq olar. Həmçinin, qoxusu və dadından da müəyyən etmək olur ki, bu yağın tərkibi nədən ibarətdir”.

E.Hüseynov bununla belə Azərbaycan Dövlət Qida Agentliyinin araşdırmalar aparmalı olduğunu vurğuladı: “Sizin adını çəkdiyiniz ucuz yağlar təbii ki, insan orqanizmi üçün uyğun deyil. Amma Dövlət Qida Agentliyi yağların keyfiyyəti məsələsi yox, təhlükəsizliyi ilə bağlı yoxlamalar apara bilir”.

 

Ürək, qan-damar, infarkt, şəkər...

 

Həkim-dietoloqların sözlərinə görə, saxta yağlar ürək, qan-damar, infarkt, şəkərli diabet kimi bir çox xəstəliklərin yaranmasına səbəb olur. Tərkibində olan yüksək sıxlıqlı yağ turşuları mədəyə zərər vurur. Bu gün ölkədə satılan yağların 80 faizini trans yağları təşkil edir. Həkimlər bildirirlər ki, bərk yağa bitki yağı əlavə edərək yeni yağ hazırlayıb satışa çıxarırlar. Bu da orqanizmə həddən artıq ziyandır. Doymuş və doymamış yağ turşularını bir-birinə qatışdıraraq hazırlanan kərə yağları orqaniz üçün zərərdən başqa bir şey deyil.

Bərk yağa bitki yağı əlavə edilir. Orijinal yağın tərkibi isə bir olmalıdır. Günümüzdə su qatılaraq hazırlanan saxta yağlar da var.

Ona görə nehrə, zeytun yağlarına, heç olmasa “Vest qold”, “Ankor” kimi yağlara nisbətən üstünlük verilməsi tövsiyə edilir. Yeri gəlmişkən, nehrə yağından gündəlik yeməklərin bişirilməsində istifadə olunur. Amma  satışda saxta nehrə yağları da var. Ona görə də bu yağları alarkən diqqətli olmaq lazımdır. Saxta nehrə yağı əldə etmək üçün onun içinə marqarin qatırlar ki, bunu da iyindən və dadından asanlıqla duymaq mümkündür.

 

musavat.com

Xəbər Lenti

Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkib - Türkiyə mətbuatı

Günün qoroskopu: çətin məsələləri həll etməyə və rəqiblərinizi geridə qoymağa nail olacaqsınız

Avropada evsizlər üçün sığınacaqlarda qalan qadınların və uşaqların sayı artmaqdadır

Bu elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq

Özbəkistanın aeroportları özəlləşdirilir

Belçikada qaçqın ailələrinin birləşməsi qaydaları sərtləşdirilir

ABŞ-da supermarketdə naməlum şəxs atəş açıb

İsveçdə iqlim dəyişikliyinə qarşı mübarizə fəalları aclıq aksiyasına başlayıblar

Nailə İslamzadə: "İnanclara görə şeytan yardımçısı hesab edilən..."

Heydər Əliyev Mərkəzində fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb - FOTO

Fransada asma körpü çökdü - Ölən və yaralananlar var

Bu ölkədə də məktəb bağlandı - Koksaki virusu

Gədəbəy sakini ağstafalını Qazaxda bıçaqladı

Xəstəxanada 5 xəstəyə QİÇS yoluxdurdular - Məhkəmə

Xameneinin yaxın adamına sui-qəsd...

Fransız qadın PKK-ya dərs verdi - VİDEO

Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Havaların yağmurlu keçməsi çılpaq ilbizlərin çoxalmasına səbəb olub - Onlardan necə qorunmalı?

Rusiya nəşri: SSRİ-də ən hay-küylü terror aktlarını Ermənistanlı millətçilər törədiblər - FOTO

Türk ölkəsi üçün böyük təhlükə - Sensasion iddia

Ayan Xatunun CAVABINI VERDİ: "Hünəri yoxdur..."

Andorralı futbolçudan dünya rekordu

“Lotu Quli”nin dəstəsinin üzvü Rusiyada yaxalandı - Ölüm işinə görə

Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış

İmişlidə qadının evinə silahlı basqın edildi - "Vertu" telefonu oğurlandı

“Qalatasaray”da 2 şok itki

Pərvin Abıyeva: "Heç bir kişinin başı üçün deyil ki, mənə nəsə aldığını desin" - VİDEOMÜSAHİBƏ

Britaniya ordusu İraq və Əfqanıstanda hərbi cinayətlər törədib: Sübutlar tapıldı

Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü - FOTO

İngiltərə millisindən tarixi göstərici

Mənsur Şərif NİŞANLANDI - FOTOlar

Atletika komandası ilə görüş keçirildi - FOTO

Xuraman 3 gün əvvəl doğulan övladı ilə - FOTO

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

20 ildir torpaqla qidalanır

Çevik, cavan hakimiyyət qoca müxalifəti üstələyir

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ

Onlardan öyrənməli!

Millimizlə oyunöncəsi növbəti itki - Bu dəfə qapıçı zədələndi

Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub - FOTO

Rusiya saxlanılan gəmiləri Ukraynaya təhvil verdi

Abşeronda evdən 53 min manatlıq oğurluq

Məşhur aktyorun qızını cəzalandırmasının görüntüləri yayıldı - FOTO

Aygün Kənanı çəkiliş meydançasında ziyarət etdi - FOTO

Məşhur xəbər agentliyinin redaktoru itdi

Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək

Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: Həyat yoldaşımın vəziyyəti pisdir

Nardaranda qətl törədən şəxs həbsdə ölüb

Braziliya millisi dünya çempionu oldu

Qarabağın Azərbaycanlı icmasının rəhbərliyi Türkiyəyə səfər edib - FOTO

Keçmiş polis yoldaşını öldürən rəislə bağlı qərar verildi

Müəllim sinifdə qız şagirdinə GÖRÜN NƏ ETDİ - Kameraya çəkdi - VİDEO

“Heç kimin ailəsini müzakirə etməyin” - "Fəlakət" həyat yoldaşından ayrılması barədə

Tbilisidə etirazı yatırmağa xüsusi təyinatlı polis dəstələri qarışdı - Polislər zirehli geyim və qalxanla təchiz edilib

Eldar da Damlanı bəyənmir

Avropaya "siyasi mühacir" kimi "sığınıb" Azərbaycanda "demokratiya" davası döyənlər sadəcə ucuz alverçilərdir - Azər Həsrət

Ad günündə sevgilisini və dostunu güllələdi

Azərbaycanın xarici siyasəti İsveçrə mətbuatında işıqlandırılıb

Deputat: "Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir"

Azərbaycan vətəndaşları Türkiyədə 900-dən çox daşınmaz əmlak əldə edib

“Əsl ana itkisini indi gördüm” - Şəbnəm Tovuzluya ağır itki - VİDEO - FOTO

Xatirə ərindən gileyləndi: “Bıçağa görə 3 ay məni dindirmədi” - VİDEO - FOTO

“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”

Azərbaycan təmsilçiləri “Avropa gimnastikası”nın baş toplantısında iştirak edib

İran hökumətinin sözçüsü: İğtişaşlar 80 faiz səngiyib

Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"

"Real"ın hücumçusu "Roma"nın hədəfində

Prezident İlham Əliyev: "Heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir"

Muğam Mərkəzində Rasim Abdullayevin yaradıcılığına həsr olunmuş konsert keçirilib

Azərbaycan Prezidenti: "Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik"

"Qarabağ" - "Düdelanj" matçının biletləri satışda

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib - FOTO

Azərbaycanın Trans-Xəzər boru kəməri layihəsinə qoşulması nə verəcək?

“Bu izdivac 10 il əvvəl olmalı idi, alınmadı...” - FOTO

Nüşabə Ələsgərli həyat yoldaşı ilə tanışlığından DANIŞDI: “Aşiq olmamışam” - VİDEO - FOTO

Rusiyada kişi azərbaycanlı hamilə arvadını döydü

İranda benzin bahalşamasına qarşı etirazlarda 180 nəfər saxlanılıb

“Tamaşadan sonra ər-arvad olduq” - FOTO

"Mühacir alverçilәri"nin həbsi Avropa üzrә genişlәnәcәk, sırada Hollandiya vә İsveçdir - Yafəz Əkrəmoğlu

Ermənistanın baş hərbi müfəttişi və müavinləri işdən çıxarılıblar

Azərbaycan Peşəkar Boks Federasiyası fəaliyyətini gücləndirir

"Sənin ərinin qeyrətinə ki, səni buraxıb kişilərə..." - Ona yazan qadını efirdə BİABIR ETDİ - FOTO

Avropa Gimnastika İttifaqı bundan sonra başqa adla tanınacaq - FOTO

"Cem Yılmazın kosnertinə 700 manat verə biliriksə, niyə kasıblıqdan gileylənirik, mitinqə gedirik?" - Nadir Qafarzadədən SƏRT AÇIQLAMALAR

Dost məclisi faciəylə bitdi: 4 ölü, 6 yaralı

Muğam Mərkəzinin fəaliyyəti Gürcüstanın televiziya kanalında geniş işıqlandırıldı - VİDEO

13 ilin ən yaxşısı Messi, Ronaldu isə… - SİYAHI

İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək

Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

"Qarabağ"ın futbolçusu Çexiya üzərində qələbəni kənardan izlədi

Elməddin: ""Fərda səndən gülməlidir" deyənlərin zövqü yoxdur"

"Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmalıyam, sadəcə iş üçün gəlmək yetmir"

İranda məktəblər bağlandı

Şəmkirdə qohum qohumu kürəyindən bıçaqladı

Komitə sədri: "Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir"

Van Dayk millinin düşərgəsini tərk etdi

Miri Yusif Cem Yılmazla görüşüb cavabını verdi - FOTO

9 rayonda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib - FOTO

Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Tünzalə yenə başını keçəl etdirdi - FOTO

Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım” - MÜSAHİBƏ - FOTO

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər - YENİLƏNİB

Türkiyənin məşhur aktrisası vəfat etdi

26 ölkədən batutçular, 48 ölkədən idman gimnastları Bakıdakı yarışlara hazırlaşır

AVRO-2020: Seçmə mərhələdə son tur davam edir

“Həci”nin içində Şəbnəmi itirmək qorxusu var”

Müsavatın "mühacir alveri" ilə bağlı yeni FAKT üzə çıxıb - Məhkəmə qərarı - FOTO

Baş nazirin müavini: "Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq"

Xalq artistinin arxiv görüntüləri - FOTO

Ramiz Novruz əməliyyat olundu

Cəlil Məmmədquluzadənin nəticəsi Bakıya gəldi

Hacı Nuran Portuqaliya kralının nəvəsi ilə - FOTO

"Mühacir alveri" məsələsi böyüyür - AXCP də növbədə...

Türkiyədə müalicə alan Xalq artistinin yeni görüntüsü - FOTO

Deputat: "Bu sammit Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir"

Bakıda 10 massivdə qazlaşma işləri davam edir - FOTO

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni təyinatlar bəlli oldu

Akkumulyator oğruları saxlanıldılar - FOTO

Rapid Solutions şirkəti Qaradağ rayonu ərazisində Təbiət = Ağac = Nəfəs lozunqu altında dahi şair İmadəddin Nəsiminin xatirəsini yad etdi

Şərqi Azərbaycanda yenə zəlzələ oldu

Türkiyədə dəniz reysləri təxirə salındı

Mühacir biabırçılığı: yüz minlərlə avroluq xəyanət - TƏFƏRRÜAT

Portuqaliyanı Avropa çempionatına aparan qələbə - VİDEO - FOTO

"Heç kim oyundan çıxarılmağı sevmir" - Ronaldu əvəzlənməyini şərh etdi

Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır - FOTO

Əməkdar artist qızının toyunda rəqsi ilə diqqət mərkəzində - VİDEO

Türkmənistandan Bakıya gələn onkoloji xəstə gəmidə öldü

TANAP-in açılacağı TARİX məlum oldu

İşləmədiyi müddətdə pul almaq istəyənlərin nəzərinə!

İngiltərədən darmadağın - VİDEO - FOTO

Azərbaycanlı aparıcı: "Kişi kişi ilə sevişir, kimə ərə gedim?"

Bakıda kişi arvadını öldürüb Gəncəyə qaçdı

Fransadan 2 cavabsız qol - VİDEO - FOTO

"Müsavat"ın çirkin mühacir biznesi: yeni faktlar üzə çıxır - TƏFƏRRÜAT - FOTO

Türkiyə seçmə mərhələni qələbə ilə başa vurdu - VİDEO - FOTO

Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub - FOTO

Məşhur futbolçu məşqçiliyə başladı - FOTO

Mirşahin Əli İnsanovun özəlləşdirdiyi mülklərin siyahısını açıqladı - VİDEO

Əqli qüsurlu sevgilisini öldürdü - Cəsədini səhrada gizlətdi

"Müxalifətin "miqrant alveri"ni gücləndirmək və bundan gəlir götürmək üçün daha bir vasitəsi qanunsuz aksiyalardır"

Fransada "sarı gödəkçələr"in nümayişlərinin ikinci günü iğtişaşlarsız keçib

Avstraliyada toyuq yumurtası boyüklüyündə dolu yağıb

Azərbaycanda kişi həkimlərin sayı azalıb

İran ABŞ-ın ölkədəki etirazlara aid bəyanatına münasibətini bildirib

Britaniya ordusunun İraq və Əfqanıstandakı hərbi cinayətlərinin gizlədilməsi ehtimal olunur

Afinada Amerika əleyhinə nümayişlər keçirilir

ABŞ İrandakı etirazları dəstəkləyib

Honkonqda etirazçılar universitetin yaxınlığındakı körpünü yandırıblar

Bələdiyyə seçkiləri ilə bağlı bu işlər başa çatır

Azərbaycanın əsas ticarət tərəfdaşları hansı ölkələrdir?

Tiflisdə nümayişlərə 5,5 min qatılıb

Portuqaliya millisi AÇ-2020-də, Türkiyədən qələbə

"Qulağımla musiqini dinləyib beynimə atırdım, gözümlə də kitab oxuyurdum və..." - Tələbəlik illəri

Elmin təməli

Kimlər elektron qaimə-faktura verməkdən azaddır?