AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Qürbətdə vətənlə bağlı hər bir duyğu şirindir"

  12

BMT və NATO-nın iqamətgahında fərdi sərgisi keçirilən ilk azərbaycanlı rəssam

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Onunla çoxdan tanışıq. Amma Əşrəf bəy bu dəfə mənimlə ilk dəfə harada görüşdüyünü çətin xatırladı. Bundan mütəəssir olmadım. Çünki o, qırx ilə yaxındı Bakıdan uzaqlarda yaşayır və təbii ki, o qədər insanlarla oturub-durub ki... Əşrəf Heybətov müasir təsviri sənətimizin ən istedadlı nümayəndələrindəndir. O, uzun illər Rusiyada və Almaniyada yaşasa da, əsərlərinin başlıca mövzusu Azərbaycanın gözəl guşələri, Abşeronun sağlamlıq mənbəyi olan qumlu sahilləri, bu torpağın insanlarının mənəvi dünyası, vətənin yaxın tarixi ilə bağlıdır. Əsərləri qırxdan çox ölkədə sərgilənib. O, YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. "Azərbaycan-Almaniya" Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə kuratorudur. 2006-cı ildə "Tərəqqi" medalı ilə təltif olunub. Ə. Heybətov 2001-ci ildə Azərbaycanın Əməkdar rəssamı, ötən il isə Xalq rəssamı adına layiq görülüb. Həmyerlimiz hazırda Bakıdadır. Onunla telefonla əlaqə saxladıq və bizi evinə dəvət etdi.

- Əşrəf bəy, xeyli vaxtdır buradasınız. Budəfəki gəlişinizin başqa məqsədi var, yoxsa yenə gəzməyə, dincəlməyə gəlibsiniz?

- Çalışıram ki, hər il yazda və payızda Bakıya gəlim. Budəfəki gəlişim, əsasən 11-ci Beynəlxalq Humanitar Forumla bağlıdır. Həmin tədbirə dəvətli idim. Sonra 43-cü Beynəlxalq Mədəniyyət Forumunda iştirak etmişəm. Məlumat üçün deyim ki, həmin forum üçün çap olunmuş almanaxın üz qabığında mənim əsərim verilib. Sonra da Şəkiyə getdim. Əvvəllər də Şəkidə olmuşdum. Belə ki, 33 üç il əvvəl Şəki rayonu ərazisində sifarişlə 25 mənzərə işləmişdim. O əsərlər Yuxarı Karvansarada asılıb. Ancaq bəziləri müxtəlif təsirlərdən aşınmışdı. Həmin tabloların bəzisini bərpa elədim və daha 10 əsər işləyib Heydər Əliyev Mərkəzində sərgi açdım. Avqustda isə Şüvəlanda, bağda 30 kvadratmetrlik ərazidə panomozaika işləmişəm. Şamaxı şəhərində sənətsevərlərlə görüşüm oldu və əsərlərimin sərgisi keçirildi. Keçən illərdə Naxçıvanda, Masallıda, Zaqatalada, Xızıda sərgilərim olub. Bu sərgilərdən maddi qazancımız olmasa da, mənəvi qazancımız çox olur. Hər şeydən əvvəl, bu sərgilər mənə yeni ruh, enerji və yeni mövzular verir. Vətənimi daha yaxşı tanıyıram. Eyni zamanda Azərbaycanın mənzərələrini çəkir, xarici ölkələrdə sərgiləyirəm. Mənə görə, Azərbaycan İsveçrədən də gözəldir.
 
-  Siz Bakıdan gedəndən sonra on beş il Moskvada yaşayıbsınız. Səhv etmirəmsə, artıq iyirmi üç ildir Almaniyadasınız. Bu səbəbdən sizi respublikamızda əsasən sənət adamları, xüsusilə rəssamlar tanıyırlar. Buna görə də, istərdik ki, əvvəlcə oxuculara özünüz haqda məlumat verəsiniz.

- Bakıda doğulmuşam. İlk evimiz İçərişəhərdə olub. Sonralar o yerdə Milli Ensiklopediya üçün bina tikdilər. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşam. Amma rəssamlığa olan həvəsim universitet təhsilimi yarımçıq qoyub. Tələbəlikdə tez-tez görkəmli fırça ustası Mikayıl Abdullayevin emalatxanasına gedərdim. İkinci kursdan çıxıb Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olundum. 1980-ci ildə Moskvada Yay Olimpiya Oyunları keçiriləcəkdi. Olimpiadaya hazırlıqla əlaqədar Moskvada Gənclərin Beynəlxalq Moda Mərkəzində bir əsər işlədim. Əsəri yüksək qiymətləndirdilər. Elə o vaxtdan Moskvada qalıb yaşadım, Rəssamlar İttifaqının üzvü oldum və emalatxana aldım. Moskva illərində çoxlu sərgilərdə uğurlu çıxışlarıma görə, 1991-ci ildə mənə Azərbaycanın Əməkdar rəssamı adı verdilər. İlk fərdi sərgim Moskva Beynəlxalq Münasibətlər İnstitutunda keçirilib. O zaman indiki Prezidentimiz İlham Əliyev həmin institutda dərs deyirdi. Sərgim də onun köməyi ilə baş tutub. 1995-ci ildə ailəmlə Almaniyaya köçdüm. 
 
- Almaniyaya gedişiniz necə oldu?

- Sovetlər dövründə iki-üç dəfə Almaniyada sərgilərimiz olmuşdu. O vaxtlar SSRİ-də "perestroyka" dövrü idi. Siyasi və sosial problemlər çox idi, aləm qatışmışdı bir-birinə. Mənim xanımım iqtisadçı alimdir.  Getdik, bizə ev verdilər, kömək etdilər. Çətinlikdən qurtardıq.  Koblents şəhərində yaşayırıq. Ora kurort şəhəridir. Təbii ki, həmin şəhərə gələndə məni tanımırdılar. Bir dəfə şəhər üçün divar üzərində 450 kvadratmetr olan tablo işlədim. Bu iş altı ay çəkdi. Yəqin bilirsiniz ki, Almaniya 16 torpağa bölünüb. Biz Rayland-Pfalzin torpağında yaşayırıq. Divar üzərində işlədiyim əsərə də "Rayland-Pfalzin sinfoniyası" adı vermişdim. O işimdən sonra həmin şəhərdə məni rəssam-monumentalist kimi tanımağa başladılar. Almaniyada ilk fərdi sərgim 1993-cü ildə Kölndə - Türk Kültür Mərkəzində təşkil olunub.
 
- Orada azərbaycanlı sənət adamlarından kimlər var, kimlərlə dostluq edirsiniz?

- Mənim çox yaxın dostum İsaq Dəvəlidi. O, istedadlı rejissor, aktyor və ozandır. Vətənpərvər insandır. Sonra sənətşünas Samirə xanım İsmayılova. Bariton səsli opera müğənnisi Elxan Ağaquliyev. Bu yaxınlarda xərçəng xəstəliyindən vəfat edən rəssam Gündüz Əlizadə ilə yaxın dost idik.
 
- Emalatxananız ürəyinizcədir?

- Bəli. Emalatxanam genişdir, işləmək üçün rahatlıq var. Oranı Azərbaycan mədəniyyəti mərkəzi də saymaq olar. Çünki emalatxananın divarlarında Azərbaycanla bağlı əsərlərlə yanaşı, vətənimizə aid zəngin kolleksiya da yaratmışam. Azərbaycanın xəritəsi, bayrağı, gözəl mənzərələri, suvenirləri bəzəyir oranı. Gələn qonaq özünü bir anlığa Azərbaycandakı kimi hiss edir. Qonaqlarım olanda, onlara Azərbaycan haqqında söhbət açır, ölkəmizə aid hədiyyələr, kitablar bağışlayıram. 2006-cı ildə mən Mədəniyyət Xadimlərinin Avropa Assosiasiyası təşkil etmişəm və həmin quruma azərbaycanlı sənət adamları da daxildir. 
 
- Bəs Azərbaycanın Almaniyadakı diasporunun üzvü kimi nə kimi işlər görürsünüz?

- Bizim əsas işimiz orada Azərbaycanı tanıtmaq, tariximizi, mədəniyyətimizi, iqtisadiyyatımızı təbliğ etməkdi. Bu məqsədlə də müxtəlif sərgilər, görüşlər, müzakirələr keçiririk. Qeyd edim ki, Bakıda keçirilən Dünya Azərbaycanlılarının hər iki Konqresində iştirak etmişəm. İşimizin yaxşı səmərə verməsi üçün bu tədbirlərdə bizə lazımi istiqamət verilib.
 
- Sizin Azərbaycanla bağlı əsərləriniz çoxdur. Həmin tablolarda, qrafik əsərlərdə yurdumuzun gözəl yerləri, milli-mənəvi dəyərlərimiz, bayramlarımız, tanınmış insanlarımız, xüsusilə Bakının çoxsaylı tarixi məkanları, muğamımızın insanda yaratdığı ovqat və sair öz əksini tapıb. Bu əsərlərdə bütövlükdə Azərbaycanımızın keçmişi, bu günü, eyni zamanda insanlarımızın mənəvi dünyası əksini tapıb. Bu, sizin vətəndən uzaqlarda - Avropanın göbəyində də vətənlə nəfəs aldığınızı sübut edir. Ancaq biz sizin yaxın tarixi keçmişdə xalqımızın müstəqillik uğrunda mübarizəsini əks etdirən və bu yolda başımıza gətirilən fəlakətlərlə bağlı əsərləriniz olduğunu da bilirik. Yaxşı olar ki, bu barədə məlumat alaq.

- 2016-cı ildə Taleh Heydərovun köməkliyi ilə Berlinin məşhur Şults qalereyasında  Xocalı faciəsi ilə bağlı 25 əsərim və üç metrlik pannom sərgiləndi. Bu ilin fevral ayında məni Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinə dəvət etdilər. O mərkəzin rəhbəri Nigar xanım Qasımovadır. Nigar xanımın təşəbbüsü ilə həmin mərkəzdə Xocalı ilə bağlı geniş bir sərgi açdıq. Həmin əsərlərim hələ də oradadır.
 
- Sizin 20 yanvar faciəsi ilə bağlı da əsəriniz var. Həmin panno sənətçilərlə yanaşı, ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.

- Bilirsiniz o əsər necə yaranıb? 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda böyük terror aktı həyata keçiriləndə minlərlə insan həlak oldu. Bu faciə bir insan kimi mənə də çox pis təsir elədi. Buna görə də, 10 gün ərzində həmin mövzuda böyük panno işlədim. Həmin əsər beş il emalatxanamda qaldı. Sonra ABŞ-ın Almaniyadakı baş konsulu o əsəri öz ölkəsinə göndərdi. Bir müddət sonra Nyu-York şəhərinin merindən mənə təşəkkür məktubu gəldi. Hazırda həmin panno Nyu-Yorkdakı faciə qurbanlarının xatirə muzeyindədir. Rəhmətlik politoloq Vəfa Quluzadə bizim bağ qonşumuz olub. Çox səmimi insan idi. Onunla arabir söhbətlərimiz olurdu. O eşitmişdi ki, mənim 11 sentyabr faciəsi ilə bağlı əsərim ABŞ-da nümayiş olunur. Bir gün mənə dedi ki, Əşrəf, sən azərbaycanlısan, bəs niyə öz xalqının başına gətirilən faciələrlə bağlı əsər işləmirsən? Doğrusu, onun bu sözləri mənə təsir etdi. Bu söhbətdən sonra İstiqlal Muzeyinə təqdim etdiyim əsəri işlədim. Sonra Novruz bayramına aid də böyük panno işləmişəm. 
 
- Böyük yazıçı Çingiz Aytmatovla dostluğunuz necə başlanıb?

- Çingiz Aytmatov mənim həyatımda, dünyagörüşümdə böyük rol oynayıb. O, məşhur yazıçı olsa da, çox sadə insan idi. Biz onunla Moskvada sərgidə tanış olmuşduq. Sonra xaricə köçəndən sonra da dəfələrlə görüşdük. Onda Çingiz Aytmatov Brüsseldə səfir idi. Sonra Benilüksün səfiri oldu. Lüksemburqda mənim sərgimi Çingiz Aytmatov açıb. Mən onu bütün əsərlərini sevə-sevə oxumuşam. Çingiz ağanın bir portretini də işləmişəm. Onun mənə yazdığı bir neçə məktubu indi də qiymətli sənəd kimi saxlayıram. Çox yerdə deyirdi ki, Əşrəf mənim ruhumun dostudur. Bu sözləri mən həmişə çox böyük fəxrlə dilə gətirirəm... Kölndə, Bonnda onun bir sıra görüşlərinin təşkilatçısı mən olmuşam. O, məna həyat tərbiyəsi verib... Sənətdə isə Səttar Bəhlulzadəni əsas müəllim sayıram.
 
- Xaricdə indiyədək neçə sərginiz olub?

- 40-dan çox ölkədə olub. Əsasən Avropa ölkələrində. Bundan əlavə, Misirdə, İordaniyada, Mərakeşdə, Tunisdə keçirilib. İki dəfə də Hindistanda. Moskvada isə altı dəfə. Azərbaycanda da elə il olur iki-üç dəfə əsərlərim sərgilənir. Sərgiləri doğma yurdumun sənətsevərləri qarşısında hesabatım kimi qiymətləndirirəm.
 
- Hansı ölkədə keçirilən sərginiz daha çox yadda qalıb?

- Rumıniyada keçirilmiş sərgim daha unudulmaz olub. O vaxt Azərbaycanın həmin ölkədəki səfiri Eldar Həsənov Rumıniya  prezidentini də  açılışa dəvət etmişdi. Sərgi Prezident Sarayında keçirildi. Ancaq həmin gün prezidentin vacib işi olduğu üçün əvəzinə vitse-prezident iştirak elədi. Sərgi böyük təntənə ilə başa çatdı. Bundan əlavə,  2006-cı ildə Nyu-Yorkda BMT-nin, sonra isə NATO-nın Brüsseldəki iqamətgahında fərdi sərgim keçirilib. Onu da deyim ki, həmin qurumlarda sərgisi təşkil olunan ilk azərbaycanlı rəssamam.
 
- Daha çox hansı saatlarda işləyirsiniz?

- Əvvəlcə deyim ki, mən çox pis yatıram - gün ərzində təxminən 3-4 saat. Daha çox gecələr - sübhədək işləyirəm. İşləyəndə də xalq  və bəstəkar mahnılarımıza dönə-dönə qulaq asıram. Belə demək olarsa, gecələr zəngin musiqimiz mənim həmdəmim olur. Qürbətdə vətənlə bağlı hər bir duyğu şirindir... 
 
- Əsərlərinizdə, belə demək olarsa, qırmızı rəng hakimlik edir. Niyə belə?

- Mənə görə, qırmızı mübarizlik, azadlıq rəmzidir. Daha işıqlı rəngdir. 
 
- İnsan yaşa dolduqca, istər-istəməz, uşaqlıq illərinə qayıtmaq istəyir. Bayaq dediniz ki, İçərişəhərdə doğulubsunuz. O illərdən nələri dilə gətirmək istərdiniz?

- Bilirsiniz, mənim uşaqlığım o qədər də xoş keçməyib. O illərdən ürəyimdə daha çox ağrılı-acılı xatirələr qalıb. Buna görə də, uşaqlığımdan danışmağı xoşlamıram. Amma İçərişəhərə dair əsərlərimdə uşaqlıq arzularım müəyyən qədər öz əksini tapıb.  Onu da deyim ki, İçərişəhər bu gün ütülənmiş şəkildədir. Səliqə-sahman var, ancaq elə bil, orada hər şey turistlərə xidmət edir: restoranlar, otellər, müxtəlif ölçülü budkalar.
 
- Heç uşaqlıq dostlarınızla əlaqə saxlayırsınız?

- Əlbəttə. İnsan dostsuz qanadsız quş kimidir. Uşaqlıq dostlarımdan daha çox, ehtiyatda olan polkovnik, vəkil Mürvət Əliyevlə görüşürük.  Mənim bacım, qardaşım yoxdur, ancaq o, mənə qardaş kimidir. 
 
- Əşrəf bəy, deyirlər, dostunu mənə göstər, sənin kim olduğunu deyim. Bu söhbət zamanı da daha çox həyatda qismətiniz olan, dostluq etdiyiniz xeyirxah adamlardan danışdıq. Əsərləriniz barədə isə kifayət qədər söhbət aça bilmədik. Ümid edirəm ki, Bakıda keçiriləcək növbəti sərgilərinizdə bu barədə daha geniş söhbət açacağıq. Onu da deyim ki, iki il sonra 70 illik yubileyiniz olacaq. Harada yaşamağınızdan asılı olmayaraq, Siz və sizin kimi insanlar bu yurdun qürbətdə yanan işıqlarıdır. Biz belə soydaşlarımızla fəxr edirik!

Demokratikmusavat.com

Xəbər Lenti

Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür

Günün qoroskopu: çox enerjilisiniz, bir yerdə dayanmaq bilmirsiniz

Polis ondan taksi pulu istəyən turisti xəstəxanaya göndərdi - FOTO

Putin: "ABŞ NATO müttəfiqlərinə qarşı münasibətini dəyişməli olacaq"

Almanlar etiraz edirlər

Mourinyo Poçettinodan 2 dəfə çox maaş alacaq

Ölkəyə narkotik keçirmək istəyirdi, tutuldu

Azərbaycanın qızıl-gümüş bazarında bahalaşma var

"Gəmilərimizin unitazlarını oğurlayıblar"

Avropadan Azərbaycana 1 000-dən çox insan deportasiya olunacaq - Dövlət Miqrasiya Xidmətinin rəisi ilə müsahibə - VİDEO

Millimizin futbolçuları arasında dava

Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb

Rayondan Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü

"Müğənnilər evli kişilərlə gəzir, ailə dağıdırlar" - Zaur Kamal

Mobil operatorlar nə qədər qazanıb?

Rüfət Axundovun dəbdəbəli evi - FOTO

Azərbaycanda polis əməkdaşı bıçaqlandı

“Ehtiyatlı olun, qanlı plan hazırlanır” - Türkiyəyə qorxunc xəbərdarlıq

Lavrov: "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb"

Futbolçunun keçmiş arvadından şok açıqlama: "Ronaldudan təklif gəlsə..." - FOTO

QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı

Siqaret çəkən adamın ağciyərinin qorxunc görüntüsü yayıldı - FOTO

Pərviz Bülbüləni bəyənməyən Aytac: “Zövqləri korlayır” - VİDEO - FOTO

“Sumqayıt” - “Qarabağ” oyunundan əvvəl konsert olacaq

“Dəvə yunu bütün əzələ ağrılarına xeyirdir, bel və qol ağrılarını kəsir" - Xalq artistinin xanımı

Pişiyə görə oyun yarımçıq dayandırıldı - VİDEO

Bəy anası Baharı təəccübləndirdi... - VİDEO

UEFA səbətləri açıqladı: Türkiyə millisi üçüncü səbətdə - Avro-2020

Luis Suaresə 8 milyon avroluq əvəzləyici

“Traktor”un oyunu təxirə salındı - İrandakı etirazlara görə

Səfir: "AZƏRTAC və Hindistanın xəbər agentlikləri arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq"

İran Prezidenti bəyan etdi: "Qalib gəlmişik"

Bəhram Bağırzadənin “Keçmişə səyahət”i FOTOLARDA

Mahsunla şəkli bir yana qaldı, geyimi müzakirə edildi - FOTO

Zərdabda dəmirçi sexindən pul oğurlayan şəxs tutuldu

“İlk görüşdə dedi ki, səninlə evlənəcəm”

Erməni deputat Sarqsyanın kriminal avtoritetlərlə əlaqəsindən danışdı

Əfqanıstanda İŞİD-çi Azərbaycanlılar saxlanılıb - Əşrəf Qani

Xalqa kim yaxındır deputatlar, yoxsa mətbuat?

Öyünən var-dövlət və oğul-uşaqla yox, Rəbb ilə öyünsün!

Biomüxtəlifliyi pozan obyektiv və subyektiv səbəblər

İtki...

İstirahət mədəniyyəti

Sumqayıt Dövlət Dram Teatrında Cəfər Cabbarlı həftəsi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gedib - FOTO

Gözdən əlil tələbəni zaldan zorla çıxardı

Britaniya ruslara viza verməkdən imtina etdi

Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adlar verilib - SİYAHI

Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib - SİYAHI

Azərbaycanlı hakim Braziliyanın oyununu idarə edəcək

Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər təltif edilib

"Buna necə kişi demək olar?" - Elçin efirdə həmkarını BİABIR ETDİ - FOTO

Planetimizdəki ilk quşun qalıqları tapıldı - FOTO

Fədayə Laçının Tacirlə duet oxumağına qadağa qoyulub? - Özü açıqladı - VİDEO - FOTO

QMİ sədri: "Erməni dini liderləri razılaşmalara əməl etmir"

"Mən klounlar tanıyıram ki, Azərbaycanda çox hörmətli oğlanlardır" - FOTO

Ov itləri hamilə qadını öldürdü

Vüqar Rəhimzadə: "Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir"

Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib - FOTO

Hitlerin doğulduğu bina polis bölməsinə çevriləcək

Azərbaycanda oynamış futbolçu həbs olundu - 1 ton narkotik...

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarları bir araya gətirdi

Braziliyadan 3 cavabsız qol - VİDEO

Zeynəb Xanlarovanın yeni görüntüsü - VİDEO

Azərbaycan Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Prezidentinin fəaliyyəti barədə ictimai rəyi araşdırıb

Könül bu dəfə Tunisdə filmə çəkilir - FOTO

Mayk Pompeo Mövlud Çavuşoğlu ilə görüşəcək

Sabunçuda avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıb

Siyavuş Novruzov: "Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük fenomendir"

Almaniyanın sabiq prezidentinin oğlunu bıçaqlayıb öldürdülər

İsrailin yeni səfiri Azərbaycana gəlir - Vaxt açıqlandı

İsrail Suriyada İranın hərbi obyektlərinə hava zərbələri endirib

Bəhruz Quliyev: "YAP Heydər Əliyevin nəhəng nüfuzu və ideyası ətrafında yarandı"

"Yuventus"da yeni müqavilə

Əməkdar artist 7 aylıq körpəsini itirdi

Ruhani: "İran xalqı tarixi sınaqdan başıuca çıxdı"

Rusiyada azərbaycanlıya hökm oxundu

Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib

"Mən Instagram-da paylaşıram, amma sizə icazə vermirəm"

“Rahat olmaqdan ötrü adalara gedirəm”

Çində kömür mədənində qəza: işçilər mədəndə qaldılar

Dəfn zamanı dirilən qadın xəstəxanada öldü

İcma sədri Ankarada səfirlərə Ermənistanın təcavüzü haqda danışıb

Prezident İlham Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Ukraynada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu

“Xocalı” futbol klubu yaradılıb

Qadının CV-sinə qoyduğu bu ŞƏKİL karyerasını məhv etdi

İsrail ordusu Suriyanı vurduğunu rəsmən elan edib

Əfqanıstanda hərbi bazaya hücum: 13 hərbçi həlak oldu

Maradona Argentina klubundan qovuldu

Azərbaycanda bank kartı sahəsində "inqilab" - Rebrendinq edən "Rabitəbank"dan yeni məhsullar - FOTO

İsrail təyyarələri Suriyada onlarla mövqeyə zərbələr endirdi

"Onları bağışlamıram" - Flora Kərimova

Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?

Məşhur diktorla vətəndaş nikahında yaşayan Hüseynağa Hadıyev - Arxiv FOTOlar

Rusiyada yanğında 2 uşaq, 1 kişi öldü

Zərif sərhədlər: İranın görün(məy)ən sərhədlərinə baxış

Ana 2 yaşlı balasını öldürüb, parçalayıb, kimyəvi turşuda əritdi - FOTO

Bakıda "Professor"u "Təzə Bəy"lə dəyişirlər: həbsdən sonrakı qumar

“Traktor”un oyunu təxirə salındı - Etirazlara görə

Nikola Yurçeviç istefaya göndərilir?

“AFFA prezidenti olmaq istəmirəm” - Elxan Məmmədov

"Ərinin müəyyən bir hissələrinin şəkilini çəkib göndərir" - FOTO

Millinin Slovakiyaya uduzduğu oyun - VİDEO - FOTO

Meksikada güclü zəlzələ oldu

Şimali İrlandiya Almaniyaya qol vurmağa peşman oldu - VİDEO - FOTO

Niderlanddan 5 cavabsız qol - VİDEO

"Yadımdan çıxıb, yubkamı geyinməmişəm" - Günel efirə BELƏ ÇIXDI - FOTO

"Yadımdan çıxıb, yubkamı geyinməmişəm" - Günel efirə BELI ÇIXDI - FOTO

Bir obrazın məşhurlaşdırdığı əfsanələr - Makedon, Afət, Cəbiş müəllim, Maya bacı... - FOTO

Joze Mourinyo Premyer Liqa klubunun baş məşqçisi təyin olundu - SON DƏQİQƏ

Azərbaycan Avropanın ən zəif 5 komandasından biridir

Prezident İlham Əliyev Bakı sakininin kredit problemini həll etdi - VİDEO

"Xoşbəxt deyiləm" - Nikola Yurçeviç

Axtarışa verilən azərbaycanlı məşhur "TAPILDI" - HƏBS OLUNACAQ - FOTO

Parisdə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub - FOTO

Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə ŞOK FAKTLAR - FOTO

İvan Pyatibratov: "Azərbaycan qlobal əhəmiyyətli layihələrin reallaşmasında vacib rol oynayır"

"Tottenhem" Poçettinonu istefaya göndərdi

Avropa çempionatına vəsiqə qazanan 20 milli komanda - SİYAHI

Boliviyada toqquşmalar zamanı 3 nəfər ölüb, 30 nəfər yaralanıb

Uels Avro-2020-nin final mərhələsində, Almaniya və Belçikadan darmadağın

Rusiya və Çin Koreya yarımadasında vəziyyətin nizamlanması üzrə planın yeni layihəsini razılaşdırıblar

Türkiyə-İran sərhədində zəlzələ olub

Tusk: Aİ genişlənmə siyasəti ətrafında birliyi bərpa etməlidir

Kalın: Ərdoğan Britaniya, Almaniya və Fransa liderlərinin iştirakı ilə dördtərəfli görüşdə iştirak edəcək

Bakıda tuneldə qəza - yük maşını belə aşdı - ANBAAN VİDEO

Tramp: "Bu qüvvələrin bir hissəsi artıq..."

Balakəndə təhlükəli tapıntı - FOTO

Danimarka öz vətəndaşı olan silahlılara konsul dəstəyi göstərməyəcək

Xəzər dənizinin səviyyəsi ilə bağlı gözlənilən PROQNOZ

Yaponiyada İqtisadiyyat Nazirliyinin binası yanır

Azərbaycan yığması AVRO-2020-də növbəti oyunun keçirib

Alim Qasımov nəvəsi ilə duet oxudu - VİDEO

Almaniyada fobiyalar əmsalı azalıb

Yaşar Nurinin ailə arxivindən ÖZƏL VİDEO - Həyat yoldaşıyla rəqs edir

10 yaşlı pəhləvan - VİDEO - FOTO