AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

13 yaşlı aktyor, rəqqas və... - Portret - FOTO

  8

Uşaq paralimpiyasının məşhur simasını hansı çempionumuza bənzədirlər?

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Odur ki, idman aləmini paralimpiya dəyərləri olmadan təsəvvür etmək mümkün deyil. Neyrocərrah Lüdviq Quttman tərəfindən irəli sürülən, 1960-cı ildən bu yana ali səviyyədə əksini tapan paralimpiya maraqları ötən dövr ərzində böyük hərəkata səbəb olub, günümüzdə dünyanın hər bir tərəfindən milyonlarla insanı ətrafına toplamaqdadır. Bu dəyərlər respublikamızda da yüksək səviyyədə qorunaraq, təbliğ edilir. Respublikamızın nümayəndələri cəmi altı Yay Paralimpiya oyunlarında iştirak etsələr də, az qala bir əsrlik fəaliyyəti ifadə edən uğurlara imza atıblar. Eyni zamanda, idmançılarımız ayrı-ayrı növlərdə Avropa, dünya rekordlarına, hər iki miqyas üzrə unikal hesab edilən nəticələrə sahibdirlər. 1996-cı ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə cəmi iki idman növü (pauerliftinq və güllə atıcılığı) üzrə fəaliyyətə başlayan Azərbaycan Milli Paralimpiya Komitəsi hazırda 16 növ üzrə idmançı hazırlayır. Komitənin sıralarında 1000-dən çox fiziki məhdudiyyətli idmançı var ki, onların 240-dan çoxu beynəlxalq yarış təcrübəsinə malikdir. Qabaqcıl milli paralimpiya qurumlarından sayılan AMPK-nin son illər gördüyü işlər arasında dünyada ilk olan Uşaq Paralimpiya Komitəsinin yaradılması xüsusi diqqət çəkir. Əlilliyi olan uşaqların idman vasitəsilə cəmiyyətə inteqrasiyası və beləliklə, ehtiyat qüvvənin hazırlanması məqsədi güdən UPK-nin təşkilatçılığı ilə 2015-ci ildən etibarən mütəmadi olaraq Uşaq Paralimpiya Oyunları keçirilir. Bu günə qədər dörd belə yarış baş tutub ki, onlardan sonuncusunda yerli uşaqlarla yanaşı, qonşu Gürcüstan təmsilçiləri də mübarizə aparıb. Beləliklə, "Portret" rubrikasının budəfəki buraxılışında uşaq paralimpiyasının məşhur siması Rəsuldan bəhs edəcəyik. Əfsanəvi paralimpiyaçımızla eyni soyadı daşıyan kiçik qəhrəmanımız, bu vaxtadək üç dəfə Uşaq Paralimpiya Oyunlarının qalibi olub.
 
"Deyirdilər ki, sizin kimi valideyn yoxdur"
 
Rəsul Zəkiyev 2006-cı ildə Bakıda anadan olub. Doğuşdan gəzmə məhdudiyyətlidir. Belə ki, ayaqları inkişafını tamamlamayıb. Bununla belə, sağlam yaşıdlarının çoxundan aktiv həyat tərzi keçirib. Lap kiçik yaşlarından şahmat və rəqslə məşğul olan Rəsul, əlil arabasında rəqs üzrə iki, pauerliftinq üzrə bir dəfə Uşaq Paralimpiya Oyunlarının qalibidir. O, eyni zamanda "Əsa" inklüziv teatrının aktyorudur. 

Sözsüz ki, onun erkən yaşlarından cəmiyyətə adaptasiya olması valideynlərinin mükəmməl dəstəyi sayəsində baş verib. Əlilliyi olan uşaqlarını evə qapadan əksər insanlardan fərqli olaraq, Rəsulun ata-anası övladlarına görə zərrə qədər utanıb çəkinməyiblər. Əksinə, bir yaş kiçik qardaşı Rəhimdən daha çox onun aktiv həyat tərzi keçirməsinə çalışıblar. Mehriban Zəkiyeva deyir ki, bir müddət oğlunu məktəbə kürəyində aparıb-gətirib: "İlk sinfini Rəsul ev rejimində oxumalı oldu. Gördüm ki, Rəhimin dərsə gedib-gəldiyini görüb, pis olur. Bir ara hətta dərman da içirdi. Dedim, nəyin bahasına olur-olsun, onu məktəbə qoymalıyam. İkinci sinifdən məktəbə getdi. Əvvəl otaqları ikinci mərtəbədə idi, ora qucağımda çıxarıb-endirirdim. Çox adam mənə qəribə nəzərlərlə baxırdı, bəzən yaxınlaşıb deyirdilər ki, halal olsun, sizin kimi valideyn yoxdur. Düzü, bu, məni həmişə narahat edib. Məsuliyyətini dərk edən hər bir valideyn övladının hansı durumda olmasından asılı olmayaraq, ona dəstək olmalı, onun üçün ən yaxşısını etməyə çalışmalıdır. Mən tez-tez Nik Vuyçiçin videolarına baxır, onun həyat hekayəsini təqib edirəm. Beləcə, daha dərindən anlayıram ki, əlillik arzulara doğru gedən yolda keçilməz  sədd deyil".

Boyuna biçilən ağırlıqqaldırma

Valideynləri Rəsulun fərdi inkişafı üçün əlindən gələni əsirgəməsələr də, uzun müddət paralimpiya hərəkatı haqqında məlumatlı olmayıblar. Belə ki, ailənin paralimpiya ilə tanışlığı dörd il əvvələ təsadüf edib. İlk ilindəcə uşaq paralimpiya oyunlarının əlil arabasında rəqs yarışının qalibi olan balaca qəhrəmanımız, növbəti il də birinciliyi heç kimə güzəştə getməyib. 2016-cı ildə baş tutan ikinci oyunlarda Rəsul yaşına xas olmayan fiziki göstəriciləri ilə pauerliftinq üzrə yeniyetmələrdən ibarət paralimpiya komandamızın baş məşqçisi Taleh Məhərrəmovun diqqətini çəkir. Rəsul tezliklə onunla hazırlıqlara başlayır, ilk ilindəcə ikinci nəticə göstərir, növbəti il isə yarışın qalibi olur. Məhərrəmov deyir ki, bu növ tam olaraq onun boyuna biçilib: "Görən kimi dedim ki, bu uşaq gələcəyin paralimpiya çempionudur. İlk cəhddən 20 kiloluq ştanqı qaldıranda isə buna lap əmin oldum. Fiziologiyası ağırlıqqaldırmanın tələblərinə uyğundur. Düzdür, indidən konkret danışmaq olmur, amma qalıb davam eləsə, çox uğurlu idmançılardan biri olacaq. Hazırda 65 kilo qaldırır, 16-17 yaşlı uşaqlar bu çəkini güclə qaldırırlar. Bir çoxu heç bacarmır".
 
Gələcəyin Oluxanı
 
Rəsulu paralimpiya cameəsində Oluxan Musayevə bənzədir, onu gələcəyin Oluxanı adlandırırlar. Bəli, o, ilk baxışdan tamamilə "Pekin-2008" Yay Paralimpiya Oyunlarının çempionunu xatırladır. Fitrətdən gələn güc və bacarıqları, idmana qarşı böyük, get-gedə daha da alovlanan sevgisi "ikinci Oluxan yetişir" deməyə sövq edir. Bu arada, anası, Rəsulu gələcəkdə hər hansı atma növündə də görə biləcəyimizi istisna etmir: "Fikirlər var ki, ağırlıqqaldırmanın ona zərəri toxuna bilər. Görsək ki, həqiqətən belədir, Oluxanın növünə (red: nüvə itələmə və lövhə atmanı nəzərdə tutur) yönləndirəcəyik. Paralimpiyaçılardan kim onu görür, deyir ki, sanki Oluxandır". Yeri gəlmişkən, Oluxan Musayev ilk olaraq məhz para-pauerliftinqlə məşğul olub. Bununla belə, Taleh Məhərrəmov və onunla yanaşı, Rəsulun üzərində zəhməti olan böyüklərdən ibarət komandamızın baş məşqçisi İlqar İbişovla söhbətimizdən bu nəticəyə gəldik ki, onlar balaca qəhrəmanımızı heç yana buraxmaq istəmirlər. Hər iki çalışdırıcı artıq bu növə öyrəşdiyini, səhhəti ilə bağlı hər hansı təhlükənin olmadığını qeyd elədi. 

T. Məhərrəmov: "Belə baxanda, bütün idman növlərində risklər istisna deyil. Lakin Rəsul üçün hər hansı ciddi təhlükə görmürəm. Maksimum diqqət edirik ki, məşqlər onun səhhətinə təsir etməsin. Bu günədək də heç bir şikayəti olmayıb". 

16 ölkənin təmsilçiləri arasında beşinci
 
İki ildən çoxdur ağırlıqqaldırma ilə məşğul olan, bu ildən isə özünü həm də aktyor kimi sınayan Rəsul, rəqslə də vidalaşmayıb. Bu günlərdə o, əlil arabasında rəqs üzrə Sankt- Peterburqda keçirilən Dünya Kubokunda fərqlənib. Tərəf müqabili Diana Batakova ilə "Сombi Freestyle Class 2" növündə yarışan balaca qəhrəmanımız, 16 ölkənin təmsilçiləri arasında final mərhələsinə yüksəlib, burada beşinci nəticə göstərib.

Cəmi 13 yaşı olsa da, xeyli futbol azarkeşliyi təcrübəsi var. Sevimli klubu da "Barselona"dır. Lionel Messini özünə kumir seçən Rəsul, yerli klublardan "Qarabağ"a pərəstiş edir. Anasının dediyinə görə, Ağdam komandasının bəzi oyunlarını birbaşa stadiondan da izləyib. "Ən böyük arzularımdan biri ölkəmizin bayrağını qaldırmaq və Messini görməkdir" - deyir, Rəsul.
 
Portret

Gülərüz, sevimli, istedadlı Rəsulumuzun potensialına inam hədsizdir. Qarşıda onu uzun, şərəfli səhifələrlə bol həyat yolu gözləyir. Kim bilir, bəlkə də, neçə-neçə rekordlar qıracaq. Axı, o, "Portret" rubrikamızın ən gənc qəhrəmanıdır.

Demokratikmusavat.com

Xəbər Lenti

Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür

Günün qoroskopu: çox enerjilisiniz, bir yerdə dayanmaq bilmirsiniz

Polis ondan taksi pulu istəyən turisti xəstəxanaya göndərdi - FOTO

Putin: "ABŞ NATO müttəfiqlərinə qarşı münasibətini dəyişməli olacaq"

Almanlar etiraz edirlər

Mourinyo Poçettinodan 2 dəfə çox maaş alacaq

Ölkəyə narkotik keçirmək istəyirdi, tutuldu

Azərbaycanın qızıl-gümüş bazarında bahalaşma var

"Gəmilərimizin unitazlarını oğurlayıblar"

Avropadan Azərbaycana 1 000-dən çox insan deportasiya olunacaq - Dövlət Miqrasiya Xidmətinin rəisi ilə müsahibə - VİDEO

Millimizin futbolçuları arasında dava

Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb

Rayondan Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü

"Müğənnilər evli kişilərlə gəzir, ailə dağıdırlar" - Zaur Kamal

Mobil operatorlar nə qədər qazanıb?

Rüfət Axundovun dəbdəbəli evi - FOTO

Azərbaycanda polis əməkdaşı bıçaqlandı

“Ehtiyatlı olun, qanlı plan hazırlanır” - Türkiyəyə qorxunc xəbərdarlıq

Lavrov: "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb"

Futbolçunun keçmiş arvadından şok açıqlama: "Ronaldudan təklif gəlsə..." - FOTO

QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı

Siqaret çəkən adamın ağciyərinin qorxunc görüntüsü yayıldı - FOTO

Pərviz Bülbüləni bəyənməyən Aytac: “Zövqləri korlayır” - VİDEO - FOTO

“Sumqayıt” - “Qarabağ” oyunundan əvvəl konsert olacaq

“Dəvə yunu bütün əzələ ağrılarına xeyirdir, bel və qol ağrılarını kəsir" - Xalq artistinin xanımı

Pişiyə görə oyun yarımçıq dayandırıldı - VİDEO

Bəy anası Baharı təəccübləndirdi... - VİDEO

UEFA səbətləri açıqladı: Türkiyə millisi üçüncü səbətdə - Avro-2020

Luis Suaresə 8 milyon avroluq əvəzləyici

“Traktor”un oyunu təxirə salındı - İrandakı etirazlara görə

Səfir: "AZƏRTAC və Hindistanın xəbər agentlikləri arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq"

İran Prezidenti bəyan etdi: "Qalib gəlmişik"

Bəhram Bağırzadənin “Keçmişə səyahət”i FOTOLARDA

Mahsunla şəkli bir yana qaldı, geyimi müzakirə edildi - FOTO

Zərdabda dəmirçi sexindən pul oğurlayan şəxs tutuldu

“İlk görüşdə dedi ki, səninlə evlənəcəm”

Erməni deputat Sarqsyanın kriminal avtoritetlərlə əlaqəsindən danışdı

Əfqanıstanda İŞİD-çi Azərbaycanlılar saxlanılıb - Əşrəf Qani

Xalqa kim yaxındır deputatlar, yoxsa mətbuat?

Öyünən var-dövlət və oğul-uşaqla yox, Rəbb ilə öyünsün!

Biomüxtəlifliyi pozan obyektiv və subyektiv səbəblər

İtki...

İstirahət mədəniyyəti

Sumqayıt Dövlət Dram Teatrında Cəfər Cabbarlı həftəsi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gedib - FOTO

Gözdən əlil tələbəni zaldan zorla çıxardı

Britaniya ruslara viza verməkdən imtina etdi

Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adlar verilib - SİYAHI

Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib - SİYAHI

Azərbaycanlı hakim Braziliyanın oyununu idarə edəcək

Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər təltif edilib

"Buna necə kişi demək olar?" - Elçin efirdə həmkarını BİABIR ETDİ - FOTO

Planetimizdəki ilk quşun qalıqları tapıldı - FOTO

Fədayə Laçının Tacirlə duet oxumağına qadağa qoyulub? - Özü açıqladı - VİDEO - FOTO

QMİ sədri: "Erməni dini liderləri razılaşmalara əməl etmir"

"Mən klounlar tanıyıram ki, Azərbaycanda çox hörmətli oğlanlardır" - FOTO

Ov itləri hamilə qadını öldürdü

Vüqar Rəhimzadə: "Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir"

Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib - FOTO

Hitlerin doğulduğu bina polis bölməsinə çevriləcək

Azərbaycanda oynamış futbolçu həbs olundu - 1 ton narkotik...

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarları bir araya gətirdi

Braziliyadan 3 cavabsız qol - VİDEO

Zeynəb Xanlarovanın yeni görüntüsü - VİDEO

Azərbaycan Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Prezidentinin fəaliyyəti barədə ictimai rəyi araşdırıb

Könül bu dəfə Tunisdə filmə çəkilir - FOTO

Mayk Pompeo Mövlud Çavuşoğlu ilə görüşəcək

Sabunçuda avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıb

Siyavuş Novruzov: "Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük fenomendir"

Almaniyanın sabiq prezidentinin oğlunu bıçaqlayıb öldürdülər

İsrailin yeni səfiri Azərbaycana gəlir - Vaxt açıqlandı

İsrail Suriyada İranın hərbi obyektlərinə hava zərbələri endirib

Bəhruz Quliyev: "YAP Heydər Əliyevin nəhəng nüfuzu və ideyası ətrafında yarandı"

"Yuventus"da yeni müqavilə

Əməkdar artist 7 aylıq körpəsini itirdi

Ruhani: "İran xalqı tarixi sınaqdan başıuca çıxdı"

Rusiyada azərbaycanlıya hökm oxundu

Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib

"Mən Instagram-da paylaşıram, amma sizə icazə vermirəm"

“Rahat olmaqdan ötrü adalara gedirəm”

Çində kömür mədənində qəza: işçilər mədəndə qaldılar

Dəfn zamanı dirilən qadın xəstəxanada öldü

İcma sədri Ankarada səfirlərə Ermənistanın təcavüzü haqda danışıb

Prezident İlham Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Ukraynada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu

“Xocalı” futbol klubu yaradılıb

Qadının CV-sinə qoyduğu bu ŞƏKİL karyerasını məhv etdi

İsrail ordusu Suriyanı vurduğunu rəsmən elan edib

Əfqanıstanda hərbi bazaya hücum: 13 hərbçi həlak oldu

Maradona Argentina klubundan qovuldu

Azərbaycanda bank kartı sahəsində "inqilab" - Rebrendinq edən "Rabitəbank"dan yeni məhsullar - FOTO

İsrail təyyarələri Suriyada onlarla mövqeyə zərbələr endirdi

"Onları bağışlamıram" - Flora Kərimova

Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?

Məşhur diktorla vətəndaş nikahında yaşayan Hüseynağa Hadıyev - Arxiv FOTOlar

Rusiyada yanğında 2 uşaq, 1 kişi öldü

Zərif sərhədlər: İranın görün(məy)ən sərhədlərinə baxış

Ana 2 yaşlı balasını öldürüb, parçalayıb, kimyəvi turşuda əritdi - FOTO

Bakıda "Professor"u "Təzə Bəy"lə dəyişirlər: həbsdən sonrakı qumar

“Traktor”un oyunu təxirə salındı - Etirazlara görə

Nikola Yurçeviç istefaya göndərilir?

“AFFA prezidenti olmaq istəmirəm” - Elxan Məmmədov

"Ərinin müəyyən bir hissələrinin şəkilini çəkib göndərir" - FOTO

Millinin Slovakiyaya uduzduğu oyun - VİDEO - FOTO

Meksikada güclü zəlzələ oldu

Şimali İrlandiya Almaniyaya qol vurmağa peşman oldu - VİDEO - FOTO

Niderlanddan 5 cavabsız qol - VİDEO

"Yadımdan çıxıb, yubkamı geyinməmişəm" - Günel efirə BELƏ ÇIXDI - FOTO

"Yadımdan çıxıb, yubkamı geyinməmişəm" - Günel efirə BELI ÇIXDI - FOTO

Bir obrazın məşhurlaşdırdığı əfsanələr - Makedon, Afət, Cəbiş müəllim, Maya bacı... - FOTO

Joze Mourinyo Premyer Liqa klubunun baş məşqçisi təyin olundu - SON DƏQİQƏ

Azərbaycan Avropanın ən zəif 5 komandasından biridir

Prezident İlham Əliyev Bakı sakininin kredit problemini həll etdi - VİDEO

"Xoşbəxt deyiləm" - Nikola Yurçeviç

Axtarışa verilən azərbaycanlı məşhur "TAPILDI" - HƏBS OLUNACAQ - FOTO

Parisdə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub - FOTO

Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə ŞOK FAKTLAR - FOTO

İvan Pyatibratov: "Azərbaycan qlobal əhəmiyyətli layihələrin reallaşmasında vacib rol oynayır"

"Tottenhem" Poçettinonu istefaya göndərdi

Avropa çempionatına vəsiqə qazanan 20 milli komanda - SİYAHI

Boliviyada toqquşmalar zamanı 3 nəfər ölüb, 30 nəfər yaralanıb

Uels Avro-2020-nin final mərhələsində, Almaniya və Belçikadan darmadağın

Rusiya və Çin Koreya yarımadasında vəziyyətin nizamlanması üzrə planın yeni layihəsini razılaşdırıblar

Türkiyə-İran sərhədində zəlzələ olub

Tusk: Aİ genişlənmə siyasəti ətrafında birliyi bərpa etməlidir

Kalın: Ərdoğan Britaniya, Almaniya və Fransa liderlərinin iştirakı ilə dördtərəfli görüşdə iştirak edəcək

Bakıda tuneldə qəza - yük maşını belə aşdı - ANBAAN VİDEO

Tramp: "Bu qüvvələrin bir hissəsi artıq..."

Balakəndə təhlükəli tapıntı - FOTO

Danimarka öz vətəndaşı olan silahlılara konsul dəstəyi göstərməyəcək

Xəzər dənizinin səviyyəsi ilə bağlı gözlənilən PROQNOZ

Yaponiyada İqtisadiyyat Nazirliyinin binası yanır

Azərbaycan yığması AVRO-2020-də növbəti oyunun keçirib

Alim Qasımov nəvəsi ilə duet oxudu - VİDEO

Almaniyada fobiyalar əmsalı azalıb

Yaşar Nurinin ailə arxivindən ÖZƏL VİDEO - Həyat yoldaşıyla rəqs edir