AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

38 yaşında professor olan millət vəkili - Keçmişdəki mən - FOTO

  9

Elman Nəsirov: "Satıcının uşaqlara satdığı dondurmalara həsrətlə baxdım"

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Ziyalı ailəsində dünyaya göz açıb. Elə bir mühitdə böyüyüb ki, təhsil onun həyatında hər zaman əsas prioritet olub. Deyir ki, uşaq vaxtı həmyaşıdlarından fərqli olaraq dəcəllik etdiyinə görə yox, həddən artıq dərs oxuduğuna görə danlanırmış. Amma iş elə gətirir ki, məktəbi bitirdikdən sonra universitetə qəbul ola bilmir. Amma bu hadisə onu hədəfindən yayındırmır. Söhbət millət vəkili Elman Nəsirovdan gedir.
 
Söhbətimizdə ilk olaraq millət vəkilinin uşaqlıq və gənclik illərinə qiyabi səfər etdik. 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində dünyaya gələn Elman Nəsirov deyir ki, atası orta məktəbdə riyaziyyat müəllimi, anası isə üzümçülük sovxozunda aqronom işləyirmiş: "Bizim ailədə təhsilə, elmə maraq həmişə böyük olub. Ailədə 6 uşaq idik, iki qardaş, dörd bacı. Atam o vaxtkı Neft və Kimya İnstitutunda il yarım oxuduqdan sonra, sənədlərini geri götürərək Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. İki il də orada oxuduqdan sonra ürəyincə olmadığını düşünərək, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Mən belə mühitdə böyümüşdüm. Hamı kimi mənim də uşaqlıq illəri yaddaşımdan heç vaxt silinmir. İndiki dövrdən fərqli olaraq bizim uşaqlığımız küçələrdə keçirdi. Gün ərzində çoxlu oyunlar oynayar, bütün günü əylənərdik. Futbol oynadığıma görə həmişə şalvarımın dizləri gömgöy olurdu. Buna görə anam evdə həmişə məni danlayırdı".

"Gördüyü mənzərə anamı çox kövrəldib"

Millət vəkili uşaq illərindən maraqlı bir xatirəsini də bizimlə bölüşdü: "İndi addımbaşı böyük marketlər var, şükür ki, uşaqlar hər istədiyini ala bilir. Amma bizim vaxtımızda hər şey belə əlçatan deyildi. Kəndimizdə ZİL maşınında dondurma satırdılar. Biz o maşının siqnalını eşidən kimi arxasınca qaçırdıq. Bir dəfə maşın gələndə evə qaçıb anamdan pul istədim ki, özümə dondurma alacam. Anam da xəmir hazırlayırdı. Dedi ki, hər gün dondurma pulu istəyirsən, daha yordun bizi, boğazın da ağrıyır. Beləcə öz işinə davam etdi. Mən də çox təkid etmədən, maşının yanına qayıdıb, satıcının uşaqlara satdığı dondurmalara həsrətlə baxdım. Anam birdən əllərini yuyub maşının yanında məni gördü. Sən demə, gördüyü mənzərə onu çox kövrəldib. Buna görə mənə bir yox, iki dondurma aldı. Hətta o, illər sonra da bu hadisəni xatırlayıb kövrəlir". 
 
E.Nəsirov deyir ki, sakit təbiətli, oxumağa meylli uşaq olduğu üçün evdə çox danlanmayıb: "Bəzən saatlarla tənlik həll edirdim, bacımgil deyirdi ki, çıx bir az hava al, biz də ev-eşiyi təmizləyək. Amma nəticə əldə etməyənədək yerimdən durmurdum. Ən çox buna görə danlanırdım. Orta məktəbə də elə Təzəkənddə getmişəm. Birinci sinifdən on birinci sinfə kimi əlaçı şagird idim, həmişə də ön sırada əyləşirdim. Şərəf lövhəsində hər zaman şəklim olduğuna görə, bu məndə vərdiş halını almışdı. Biz xüsusi ixtisas bölgüsü etmədən oxuyurduq. O vaxt repetitor anlayışı yox idi. Hər kəs imtahana özü evdə hazırlaşırdı. Mən, bibimoğlu və dayımqızı BDU-nun tarix fakültəsinə birgə hazırlaşırdıq. İmtahandan əvvəl biz bir-birimizlə xeyli sorğu-sual edirdik. Məktəbdə öyrəndiklərimiz və fərdi çalışqanlığımız hesabına ali məktəbə qəbul olurduq". 
 
Yüksək bal toplasam da, universitetə qəbul olmadım
 
Orta məktəbi bitirən millət vəkili qəbul imtahanında yüksək bal toplamasına baxmayaraq, həmin il universitetə qəbul ola bilmir: "Hüquq və tarix fakültəsi arasında qərarsız qalmışdım. İş elə gətirdi ki, Əfqanıstanda xidmət edən gənclər konkursdan kənar qəbul edildi. Həmçinin, iş stajı olanlar da asanlıqla universitetə qəbul olurdu. Bizim kimi abituriyentlərin universitetə qəbul olması çox çətin idi. Mən çox yüksək bal toplasam da, qəbul olmadım və  hərbi xidmətə yollandım".
 
Həmsöhbətim hərbi xidmət illərini Moskvada keçirib: "Tikinti batalyonuna düşmüşdüm. Onu da deyim ki, yüksək bal toplayıb universitetə qəbul olmamağım əsgərlikdə karıma gəldi. Orada siyasi məşğələlər keçirilirdi və mən əksər sualları cavablaya bildim. Buna görə yoldaşlarımdan seçilirdim. Nəticədə məni Moskvanın bütün tikinti batalyonlarının tabe olduğu idarəyə yolladılar. Orada bir il işlədim. Sonrakı bir ili isə Moskva yaxınlığında yerləşən bir zavodda dispetçer vəzifəsində işlədim. Orada olduğum müddətdə vaxt tapdıqca imtahanlara hazırlaşırdım. O zaman hərbi hissə rəhbərliyi mənə Moskva Dövlət Universitetində göndərişlə oxuya biləcəyimi dedi. Soruşdum ki, Bakıda qəbul ola bilməsəm Moskvada oxuya bilərəm? Dedilər ki, nə vaxt istəsən, sənə şərait yarada bilərik".

Yataqxana mühitində ciddi elmlə məşğul ola bilməzdim
 
Hərbi xidmətdən qayıtdıqdan sonra BDU-nun tarix fakültəsinə qəbul olan müsahibim deyir ki, əslində, onun uşaqlıq arzusu diplomat olmaq idi. Ancaq seçdiyi ixtisas bu gün onun bütün arzularını reallaşdırıb: "Dayılarım Bakıda yaşadığına görə bu şəhərin mühiti mənim üçün yad deyildi. Hər dəfə gələndə onlarda qalıb imtahanlara hazırlaşırdım. Yadıma gəlir ki, Zabitlər bağında bir küncə çəkilib oxuyurdum. 1989-cu ildə tarix fakültəsinə daxil oldum. Düzü, universitetə daxil olduqdan sonra yataqxanada qala bilərdim, lakin orada çox səs-küy olduğuna görə rahat mütaliə edə bilmirdim. Atam mənə Montində kirayə ev tutdu. Tələbə yoldaşlarım çox vaxt bizə gəlirdi ki, dərslərimizi oxuyaq. Çünki evdə sakit mühit var idi. Bu evin sonradan mənim təhsildə uğur qazanmağıma çox köməyi dəydi. Yəqin ki, yataqxana mühitində ciddi elmlə məşğul ola bilməzdim". 
 
Elman müəllim deyir ki, ali məktəbi də əla qiymətlərlə başa vurub: "Bizim dekanımız Yaqub Mahmudlu idi. Yaqub müəllimin o dövrlərdə böyük nüfuzu var idi. O, ən çətin dövrlərdə belə öz tələbələrini ciddi şəkildə müdafiə edirdi. Həmin dövrdə BDU-dan tələbələr xaricə oxumağa göndərilirdi. Mənim də Lomonosov adına Moskva Dövlət Universitetinə getmək şansım yaranmışdı. Ancaq o dövrdə baş verən siyasi təlatümlər, Qarabağ hadisələri buna imkan vermədi. Yəni iki dəfə Moskvada təhsil almaq imkanım olsa da, bu, baş tutmadı. Amma buna görə peşman deyiləm. Universiteti əla qiymətlərlə oxudum, beş il ərzində cəmi bir dördüm oldu. Bir dəfə elə oldu ki, məndən imtahanı dekan götürdü. Onun bütün kitablarını oxuyub konspekt hazırlamışdım. Həmçinin, özlüyümdə ona verəsi xeyli suallarım var idi. Belə bir fürsət axtarırdım ki, onun özünə bu sualları ünvanlayım. İmtahan bitdikdən sonra dedim ki, Yaqub müəllim, mənim sizə suallarım var. Bu yanaşmam çox xoşuna gəlmişdi və bütün suallarımı səbirlə cavabladı. Tələbələr tez-tez qapını açıb görürdülər ki, imtahanda mən yox, Yaqub müəllim özü danışır. İmtahan bitəndən sonra tələbə yoldaşlarım məndən soruşdular ki, biz başa düşmədik imtahanı sən verirdin, yoxsa dekan"?
 
"Yaqub müəllimə hər zaman minnətdar olmuşam"
 
Elə bu hadisə həyatında dönüş nöqtəsi olur: "Bu imtahandan sonra dekanımız məni hər zaman diqqətdə saxlayırdı. Universiteti bitirdikdə fakültənin böyük elmi şurasında dedi ki, bu tələbə mənə dərs keçməyə imkan vermir, onun sualları məni yorur. Beləliklə, mən BDU-da saxlanıldım. 1995-ci ildən başlayaraq, Amerika və Avropa ölkələrinin müasir tarixi kafedrasında baş laborant kimi işə başladım. İşlədiyim müddətdə müdafiəmi etdim, kitablarım çap olundu. Bu hadisə elmə gəlişim və sonrakı karyeramda müstəsna rol oynadı. Buna görə Yaqub müəllimə hər zaman minnətdar olmuşam". 
 
Həmsöhbətim deyir ki, indiki dövrün gəncləri çox şanslıdır. Çünki texnologiyanın inkişafı onlar üçün geniş imkanlar yaradır: "1997-ci ildə Təhsil Nazirliyi, BDU və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə "Azərbaycan neftinin dünəni, bu günü və sabahı" adlı olimpiada keçirilirdi. O dövrlərdə hər evdə kompüter yox idi. Mən Kibernetika İnstitutuna gedib 50 səhifəlik tədqiqat işimi orada işləyən bir xanıma verdim ki, onu yığsın. Bir gün əvvəl xanıma yaxınlaşdım ki, yazımı təhvil alım. Gördüm qanı çox qaradı. Sən demə, bütün yazılarım silinibmiş. Bu materialı yazmaq isə ən yaxşı halda 4-5 gün vaxt aparır və sabah da sənədlərin təqdim etməyin sonu günü idi. Artıq hamı öz sənədlərini təhvil vermişdi. Bilmədim nə edim, çarəsizlikdən gəlib komissiyaya əhvalatı olduğu kimi danışdım. Onlar məni başa düşdülər və vaxtı əlavə bir gün də uzatdılar. Nəticələr 6 aydan sonra açıqlandı və mən birinci yerə layiq görülmüºdüm. Mənə 500 dollar mükafat verdilər. Bu, o dövr üçün çox böyük pul idi. Sonralar bu tədqiqat işim əsasında kitabım dərc olundu". 
 
Müsahibim ilk gəliri haqda da söz açdı: "Atamgil mənim üçün kirayə qaldığım evə pul ödəyirdilər. İlk dəfə maaş aldığım gün evdəkilərə dedim ki, daha mənə ev pulu göndərməyin, özüm ödəyəcəyəm. Həmin gündən ev pulumu özüm verməyə başladım".

Kitab ən yaxşı tərbiyə üsuludur
 
Millət vəkili deyir ki, böyük şairlərin təsvir etdiyi sevgi anlayışı ona yad olub: "Əsərlərdə, şeirlərdə təsvir edilən böyük sevgi yaşadığımı desəm, yalan olar. Pərvanələr, şam işığı, yuxusuz gecələr kimi epitetlər mənə yad idi. Mən Əli Kərimin "İki sevgi" şeirini çox sevirdim. Bu şeiri deyəndə hər kəs elə bilirdi ki, eşqdən dəli-divanə olmuşam. Əslində şeirin özünü çox sevirdim. Təhsil məsələləri vaxtımı çox aldı, artıq 38 yaşımda professor adı almışdım. İnsan eyni vaxtda həm sevgidə, həm karyerada uğur qazana bilmir. Buna görə də bir qədər gec ailə qurdum. Üç övladım - iki qızım, bir oğlum var. Kiçik qızım göz həkimi olmaq istəyir. Böyük qızım isə ADA-da oxumağı arzulayır. Onların təhsili, tərbiyəsində xüsusi istiqamət seçməmişəm. Çünki məncə, kitab ən yaxşı tərbiyə üsuludur. İstəyirəm ki, öz istədikləri sahədə uğur qazansınlar".
 
Sonda Elman müəllimdən gənclərə tövsiyəsini də soruşduq: "Təmsil etdiyim partiyada çoxsaylı gənclər də var. Bu, məni çox sevindirir. Bu gün ermənipərəst qüvvələr Azərbaycanda siyasi sabitliyi pozmağa çalışır. Bunun üçün də gənclərdən istifadə etməyə çalışırlar. Düzdür, bizim gənclər çox savadlı, vətənpərvərdirlər. Onların özünü təsdiq etməsi üçün bütün imkanlar səfərbər edilib. Üzümü gənclərə tutub deyirəm ki, bizim gələcəyimiz sizdən asılıdır. İnqilablardan çıxan gənclik heç nə qazanmır. Ona görə də gənclər ayıq-sayıq olmalı, dövlətimizi, siyasi sabitliyimizi göz-bəbəkləri kimi qorumalıdır".

Demokratikmusavat.com

Xəbər Lenti

Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkib - Türkiyə mətbuatı

Günün qoroskopu: çətin məsələləri həll etməyə və rəqiblərinizi geridə qoymağa nail olacaqsınız

Avropada evsizlər üçün sığınacaqlarda qalan qadınların və uşaqların sayı artmaqdadır

Bu elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq

Özbəkistanın aeroportları özəlləşdirilir

Belçikada qaçqın ailələrinin birləşməsi qaydaları sərtləşdirilir

ABŞ-da supermarketdə naməlum şəxs atəş açıb

İsveçdə iqlim dəyişikliyinə qarşı mübarizə fəalları aclıq aksiyasına başlayıblar

Nailə İslamzadə: "İnanclara görə şeytan yardımçısı hesab edilən..."

Heydər Əliyev Mərkəzində fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb - FOTO

Fransada asma körpü çökdü - Ölən və yaralananlar var

Bu ölkədə də məktəb bağlandı - Koksaki virusu

Gədəbəy sakini ağstafalını Qazaxda bıçaqladı

Xəstəxanada 5 xəstəyə QİÇS yoluxdurdular - Məhkəmə

Xameneinin yaxın adamına sui-qəsd...

Fransız qadın PKK-ya dərs verdi - VİDEO

Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Havaların yağmurlu keçməsi çılpaq ilbizlərin çoxalmasına səbəb olub - Onlardan necə qorunmalı?

Rusiya nəşri: SSRİ-də ən hay-küylü terror aktlarını Ermənistanlı millətçilər törədiblər - FOTO

Türk ölkəsi üçün böyük təhlükə - Sensasion iddia

Ayan Xatunun CAVABINI VERDİ: "Hünəri yoxdur..."

Andorralı futbolçudan dünya rekordu

“Lotu Quli”nin dəstəsinin üzvü Rusiyada yaxalandı - Ölüm işinə görə

Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış

İmişlidə qadının evinə silahlı basqın edildi - "Vertu" telefonu oğurlandı

“Qalatasaray”da 2 şok itki

Pərvin Abıyeva: "Heç bir kişinin başı üçün deyil ki, mənə nəsə aldığını desin" - VİDEOMÜSAHİBƏ

Britaniya ordusu İraq və Əfqanıstanda hərbi cinayətlər törədib: Sübutlar tapıldı

Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü - FOTO

İngiltərə millisindən tarixi göstərici

Mənsur Şərif NİŞANLANDI - FOTOlar

Atletika komandası ilə görüş keçirildi - FOTO

Xuraman 3 gün əvvəl doğulan övladı ilə - FOTO

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

20 ildir torpaqla qidalanır

Çevik, cavan hakimiyyət qoca müxalifəti üstələyir

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ

Onlardan öyrənməli!

Millimizlə oyunöncəsi növbəti itki - Bu dəfə qapıçı zədələndi

Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub - FOTO

Rusiya saxlanılan gəmiləri Ukraynaya təhvil verdi

Abşeronda evdən 53 min manatlıq oğurluq

Məşhur aktyorun qızını cəzalandırmasının görüntüləri yayıldı - FOTO

Aygün Kənanı çəkiliş meydançasında ziyarət etdi - FOTO

Məşhur xəbər agentliyinin redaktoru itdi

Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək

Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: Həyat yoldaşımın vəziyyəti pisdir

Nardaranda qətl törədən şəxs həbsdə ölüb

Braziliya millisi dünya çempionu oldu

Qarabağın Azərbaycanlı icmasının rəhbərliyi Türkiyəyə səfər edib - FOTO

Keçmiş polis yoldaşını öldürən rəislə bağlı qərar verildi

Müəllim sinifdə qız şagirdinə GÖRÜN NƏ ETDİ - Kameraya çəkdi - VİDEO

“Heç kimin ailəsini müzakirə etməyin” - "Fəlakət" həyat yoldaşından ayrılması barədə

Tbilisidə etirazı yatırmağa xüsusi təyinatlı polis dəstələri qarışdı - Polislər zirehli geyim və qalxanla təchiz edilib

Eldar da Damlanı bəyənmir

Avropaya "siyasi mühacir" kimi "sığınıb" Azərbaycanda "demokratiya" davası döyənlər sadəcə ucuz alverçilərdir - Azər Həsrət

Ad günündə sevgilisini və dostunu güllələdi

Azərbaycanın xarici siyasəti İsveçrə mətbuatında işıqlandırılıb

Deputat: "Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir"

Azərbaycan vətəndaşları Türkiyədə 900-dən çox daşınmaz əmlak əldə edib

“Əsl ana itkisini indi gördüm” - Şəbnəm Tovuzluya ağır itki - VİDEO - FOTO

Xatirə ərindən gileyləndi: “Bıçağa görə 3 ay məni dindirmədi” - VİDEO - FOTO

“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”

Azərbaycan təmsilçiləri “Avropa gimnastikası”nın baş toplantısında iştirak edib

İran hökumətinin sözçüsü: İğtişaşlar 80 faiz səngiyib

Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"

"Real"ın hücumçusu "Roma"nın hədəfində

Prezident İlham Əliyev: "Heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir"

Muğam Mərkəzində Rasim Abdullayevin yaradıcılığına həsr olunmuş konsert keçirilib

Azərbaycan Prezidenti: "Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik"

"Qarabağ" - "Düdelanj" matçının biletləri satışda

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib - FOTO

Azərbaycanın Trans-Xəzər boru kəməri layihəsinə qoşulması nə verəcək?

“Bu izdivac 10 il əvvəl olmalı idi, alınmadı...” - FOTO

Nüşabə Ələsgərli həyat yoldaşı ilə tanışlığından DANIŞDI: “Aşiq olmamışam” - VİDEO - FOTO

Rusiyada kişi azərbaycanlı hamilə arvadını döydü

İranda benzin bahalşamasına qarşı etirazlarda 180 nəfər saxlanılıb

“Tamaşadan sonra ər-arvad olduq” - FOTO

"Mühacir alverçilәri"nin həbsi Avropa üzrә genişlәnәcәk, sırada Hollandiya vә İsveçdir - Yafəz Əkrəmoğlu

Ermənistanın baş hərbi müfəttişi və müavinləri işdən çıxarılıblar

Azərbaycan Peşəkar Boks Federasiyası fəaliyyətini gücləndirir

"Sənin ərinin qeyrətinə ki, səni buraxıb kişilərə..." - Ona yazan qadını efirdə BİABIR ETDİ - FOTO

Avropa Gimnastika İttifaqı bundan sonra başqa adla tanınacaq - FOTO

"Cem Yılmazın kosnertinə 700 manat verə biliriksə, niyə kasıblıqdan gileylənirik, mitinqə gedirik?" - Nadir Qafarzadədən SƏRT AÇIQLAMALAR

Dost məclisi faciəylə bitdi: 4 ölü, 6 yaralı

Muğam Mərkəzinin fəaliyyəti Gürcüstanın televiziya kanalında geniş işıqlandırıldı - VİDEO

13 ilin ən yaxşısı Messi, Ronaldu isə… - SİYAHI

İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək

Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

"Qarabağ"ın futbolçusu Çexiya üzərində qələbəni kənardan izlədi

Elməddin: ""Fərda səndən gülməlidir" deyənlərin zövqü yoxdur"

"Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmalıyam, sadəcə iş üçün gəlmək yetmir"

İranda məktəblər bağlandı

Şəmkirdə qohum qohumu kürəyindən bıçaqladı

Komitə sədri: "Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir"

Van Dayk millinin düşərgəsini tərk etdi

Miri Yusif Cem Yılmazla görüşüb cavabını verdi - FOTO

9 rayonda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib - FOTO

Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Tünzalə yenə başını keçəl etdirdi - FOTO

Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım” - MÜSAHİBƏ - FOTO

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər - YENİLƏNİB

Türkiyənin məşhur aktrisası vəfat etdi

26 ölkədən batutçular, 48 ölkədən idman gimnastları Bakıdakı yarışlara hazırlaşır

AVRO-2020: Seçmə mərhələdə son tur davam edir

“Həci”nin içində Şəbnəmi itirmək qorxusu var”

Müsavatın "mühacir alveri" ilə bağlı yeni FAKT üzə çıxıb - Məhkəmə qərarı - FOTO

Baş nazirin müavini: "Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq"

Xalq artistinin arxiv görüntüləri - FOTO

Ramiz Novruz əməliyyat olundu

Cəlil Məmmədquluzadənin nəticəsi Bakıya gəldi

Hacı Nuran Portuqaliya kralının nəvəsi ilə - FOTO

"Mühacir alveri" məsələsi böyüyür - AXCP də növbədə...

Türkiyədə müalicə alan Xalq artistinin yeni görüntüsü - FOTO

Deputat: "Bu sammit Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir"

Bakıda 10 massivdə qazlaşma işləri davam edir - FOTO

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni təyinatlar bəlli oldu

Akkumulyator oğruları saxlanıldılar - FOTO

Rapid Solutions şirkəti Qaradağ rayonu ərazisində Təbiət = Ağac = Nəfəs lozunqu altında dahi şair İmadəddin Nəsiminin xatirəsini yad etdi

Şərqi Azərbaycanda yenə zəlzələ oldu

Türkiyədə dəniz reysləri təxirə salındı

Mühacir biabırçılığı: yüz minlərlə avroluq xəyanət - TƏFƏRRÜAT

Portuqaliyanı Avropa çempionatına aparan qələbə - VİDEO - FOTO

"Heç kim oyundan çıxarılmağı sevmir" - Ronaldu əvəzlənməyini şərh etdi

Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır - FOTO

Əməkdar artist qızının toyunda rəqsi ilə diqqət mərkəzində - VİDEO

Türkmənistandan Bakıya gələn onkoloji xəstə gəmidə öldü

TANAP-in açılacağı TARİX məlum oldu

İşləmədiyi müddətdə pul almaq istəyənlərin nəzərinə!

İngiltərədən darmadağın - VİDEO - FOTO

Azərbaycanlı aparıcı: "Kişi kişi ilə sevişir, kimə ərə gedim?"

Bakıda kişi arvadını öldürüb Gəncəyə qaçdı

Fransadan 2 cavabsız qol - VİDEO - FOTO

"Müsavat"ın çirkin mühacir biznesi: yeni faktlar üzə çıxır - TƏFƏRRÜAT - FOTO

Türkiyə seçmə mərhələni qələbə ilə başa vurdu - VİDEO - FOTO

Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub - FOTO

Məşhur futbolçu məşqçiliyə başladı - FOTO

Mirşahin Əli İnsanovun özəlləşdirdiyi mülklərin siyahısını açıqladı - VİDEO

Əqli qüsurlu sevgilisini öldürdü - Cəsədini səhrada gizlətdi

"Müxalifətin "miqrant alveri"ni gücləndirmək və bundan gəlir götürmək üçün daha bir vasitəsi qanunsuz aksiyalardır"

Fransada "sarı gödəkçələr"in nümayişlərinin ikinci günü iğtişaşlarsız keçib

Avstraliyada toyuq yumurtası boyüklüyündə dolu yağıb

Azərbaycanda kişi həkimlərin sayı azalıb

İran ABŞ-ın ölkədəki etirazlara aid bəyanatına münasibətini bildirib

Britaniya ordusunun İraq və Əfqanıstandakı hərbi cinayətlərinin gizlədilməsi ehtimal olunur

Afinada Amerika əleyhinə nümayişlər keçirilir

ABŞ İrandakı etirazları dəstəkləyib

Honkonqda etirazçılar universitetin yaxınlığındakı körpünü yandırıblar

Bələdiyyə seçkiləri ilə bağlı bu işlər başa çatır

Azərbaycanın əsas ticarət tərəfdaşları hansı ölkələrdir?

Tiflisdə nümayişlərə 5,5 min qatılıb

Portuqaliya millisi AÇ-2020-də, Türkiyədən qələbə

"Qulağımla musiqini dinləyib beynimə atırdım, gözümlə də kitab oxuyurdum və..." - Tələbəlik illəri

Elmin təməli