AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

18 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis

  7

Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini elan etməsinin 28-ci ili tamam olur. 1991-ci il avqustun 30-da Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edildi. Bununla yanaşı, parlamentdə qəbul olunmuş qərarda Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün Konstitusiya Aktının hazırlanması nəzərdə tutulurdu. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası bir neçə günlük müzakirələrdən sonra, oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. İstiqlaliyyətə gedən yola nəzər salaraq, bu dövrdə yaşanmış proseslər haqqında aşağıdakı beş tezisi hörmətli oxucularımın diqqətinə çatdırmaq istəyirəm.

Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun "18 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis" sərlövhəli məqaləsində yer alıb.

Demokratikmusavat.com TREND-ə istinadən məqaləni təqdim edir.

Birinci tezis: 1988-ci ildən Azərbaycan cəmiyyətində SSRİ rəhbərliyinin, xüsusən də M.Qorbaçovun Dağlıq Qarabağda başlanan erməni separatizmini dəstəkləməsinə və yürütdüyü ermənipərəst siyasətə qarşı ciddi narazılıq yetişməkdə idi. Bu narazılıq fonunda, elə meydanlarda mitinqlərin gedişi zamanı Azərbaycan Xalq Cəbhəsi (AXC) adlı hərəkat yaranmış, sonrakı illərdə tədricən formalaşdırılaraq vahid bir quruma çevrilmişdi. AXC sonrakı mərhələdə getdikcə genişlənən xalq hərəkatına rəhbərliyi öz əlinə almış və onu idarə etməyə çalışmışdır. Xalq hərəkatı ilk dövrdə daha çox narazı əhalinin mərkəzi və yerli hakimiyyət strukturlarının qərarlarına qarşı pərakəndə etiraz çıxışları formasında ifadə olunurdu. Hərəkat iştirakçıları SSRİ rəhbərliyindən Dağlıq Qarabağla bağlı ədalətli və obyektiv mövqe tutmasını, Azərbaycanın suveren hüquqlarının qorunmasını və s. tələb edirdilər. AXC həmin dövrdə kütlələr arasında müəyyən populyarlıq qazansa da, əhalinin bir çox təbəqələri, xüsusilə də ziyalılar, texnokratlar və təsərrüfat fəalları ona o qədər də etibar etmirdilər. Ona görə ki, bu qurumun əsasən radikal dünyagörüşlü insanlardan ibarət rəhbərliyi ölkə ziyalılarını, xalqın intellektual kəsimini öz sıralarına o qədər də həvəslə buraxmırdı. Nəticədə, AXC o dövrdə getdikcə güclənən xalq hərəkatını səmərəli şəkildə idarə edərək, onun gələcək fəaliyyət istiqamətləri ilə bağlı aydın strategiya və çevik taktika ortaya qoya bilmədi. Elə bu səbəbdən də Sovet İttifaqı rəhbərliyi Azərbaycanda artmaqda olan narazılığın qarşısını almaq, mərkəzdənqaçma meyillərini söndürmək və kütləvi cəza vasitəsilə xalqı qorxutmaq üçün 1990-cı il yanvarın 20-də Bakıda qanlı faciə törətdi, özü də bu zaman AXC-dən, onun bəzi rəhbərlərinin radikal addımlarından "vasitə" kimi istifadə etdi.

İyirmi Yanvarda sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciədən sonra Azərbaycan xalqının həm SSRİ, həm də respublika rəhbərliyinə qarşı narazılığı və nifrəti daha da gücləndi. O vaxta qədər ölkə və respublika rəhbərliyindən əsasən haqqın və ədalətin, qanunvericiliyin qorunmasını tələb edən narazı kütlə yavaş-yavaş genişlənən yeni mübarizə dalğasının - milli azadlıq hərəkatının hərəkətverici qüvvəsinə çevrildi. 20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlişi və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi Heydər Əliyevin bu prosesə fəal qoşulmasından sonra vüsət aldı. Onun 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, kəskin bəyanat səsləndirməsi, kütləvi qırğınının səbəbkarı kimi SSRİ və Azərbaycanın yerli rəhbərlərini ittiham etməsi xalq hərəkatına yeni nəfəs və istiqamət verdi. Bu aksiyanın ardınca, Heydər Əliyevin heç bir hədə-qorxu və təxribatdan qorxmayaraq, 1990-cı il iyulun 20-də Vətənə qayıtması Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının, başqa sözlə, sistemli milli azadlıq hərəkatının başlanmasına ciddi təkan verdi.

İkinci tezis: Heydər Əliyev 1990-cı ildə öz doğma vətəninə - Azərbaycana qayıtdı. Ayaz Mütəllibov hökuməti ona Bakıda yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun 22-də, yəni, Moskvadan qayıtdıqdan iki gün sonra paytaxtı tərk edərək Naxçıvana üz tutmağa məcbur oldu. Az sonra - 1990-cı ilin avqust ayında qədirbilən Naxçıvan əhalisinin kütləvi dəstəyi ilə Heydər Əliyev həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinə deputat seçildi. Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına deputatlar tərəfindən iclasa sədrlik Heydər Əliyevə həvalə edildi. İclasda onun təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "sovet" və "sosialist" sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında o da analoji qərarlar qəbul etsin. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən bu tarixi qərarlar və müstəqillik istiqamətində həyata keçirilən sonrakı proseslər, o cümlədən 1991-ci il sentyabrın 3-də onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi belə deməyə əsas verir ki, həmin dövrdə Heydər Əliyevin Naxçıvana gəlişi ilə milli azadlıq hərəkatının mərkəzi də Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri də məhz Heydər Əliyev oldu. Heydər Əliyevin deputat kimi ardıcıl nümayiş etdirdiyi əsil və mübariz vətəndaşlıq mövqeyi, Azərbaycanın müstəqilliyi uğrunda ölkə parlamentinin tribunasından etdiyi qətiyyətli çıxışlar, ümummilli problemlərin həllinə xidmət edən səmərəli təklifləri onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi.

Üçüncü tezis: Milli azadlıq hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin - görkəmli siyasi və dövlət xadiminin dayanması qısa zaman kəsiyində Azərbaycan cəmiyyətində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu. Belə ki, əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi dünyagörüşlü ziyalılar, hətta ciddi təqibə məruz qalmış AXC fəallarının özü belə Heydər Əliyevin ətrafında cəm oldular. Bu reallıq xalq hərəkatına ciddi mütəşəkkillik və ardıcıllıq gətirdi, Azərbaycan xalqı milli müstəqilliyin əleyhinə məqsədyönlü fəaliyyət göstərən Mütəllibov rejiminə qarşı vahid cəbhədən çıxış etməyə başladı. Heydər Əliyev Azərbaycan Ali Sovetindəki "demblok" nümayəndələrini də öz ətrafında, milli azadlıq hərəkatı ideyası altında birləşdirərək, yerli kommunist hökumətinin iradəsinin ziddinə olaraq, oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə və müstəqillik məsələsinə dair yeni referendumun təyin edilməsinə nail oldu.

Dördüncü tezis: 1991-ci il 18 oktyabra gedən yol gərgin ictimai-siyasi proseslər və o zamankı hakimiyyətin yaratdığı süni maneələrlə müşayiət olunmuşdur. O dövrdə Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibov hökumətinin üzvləri və Ali Sovetin kommunist korpusu Azərbaycanın müstəqil dövlət statusunu təsəvvür belə etmir, milli-demokratik qüvvələrin müstəqillik uğrunda gündən-günə güclənən mübarizəsinə kommunist hakimiyyətinin sonu kimi baxır və ciddi müqavimət göstərirdilər. Azərbaycanın kommunist rəhbərliyi xalqın yüksələn müstəqillik əzmini hər vəchlə qırmağa çalışır, respublika həyatında bu istiqamətdə müşahidə olunan bütün ictimai fəaliyyət və hərəkətlərə mane olur, xüsusən parlament tribunasından milli müstəqillik uğrunda əsil mübarizə aparan Heydər Əliyevin, digər müstəqil düşüncəli deputatların Ali Sovetdəki çıxışlarını pozur, hətta Heydər Əliyevə qarşı qeyri-etik hücumlar təşkil edərək, ölkədə onun siyasi fəaliyyətinə qadağa qoymağa cəhd göstərirdilər. Elə bunun nəticəsi kimi, Azərbaycan Kommunist Partiyasının o vaxtkı bütün rəhbərliyi 1991-ci il martın 17-də SSRİ-nin saxlanması ilə bağlı respublikada saxta referendum təşkil edərək, guya əhalinin 75 faizinin müstəqilliyin əleyhinə səs verdiyini elan etmişdi. O zaman yalnız Heydər Əliyev başda olmaqla Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu saxta və anti-milli referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsindən imtina etmiş və qarşısını almışdı. Heydər Əliyev SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə də hamıdan qabaq - 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışında ciddi etiraz etmiş və Mütəllibov hakimiyyətinin Azərbaycanı yeni ittifaqın tərkibinə daxil etməsinin, bunun üçün respublikada xüsusi referendum keçirilməsinin qəti əleyhinə olduğunu birmənalı şəkildə bəyan etmişdi.

Beşinci tezis: AXC-Müsavat dairələri 1992-ci ilin mayında xarici qüvvələrin təhriki ilə və silahlı yolla o zaman üçün tam nüfuzdan düşmüş Mütəllibov hökumətini devirərək siyasi hakimiyyəti ələ keçirdilər. Əslində bu, həm milli azadlıq hərəkatına, həm respublikada yeni-yeni yaranmaqda olan demokratiya prinsiplərinə, həm də şəxsən Heydər Əliyev kimi təcrübəli bir liderin demokratiya və milli azadlıq mübarizəsi istiqamətindəki xidmətlərinə qarşı ədalətsiz bir gediş idi. 1992-ci il mayın 18-də Ali Sovetə sədr seçkisində AXC rəhbərliyi deputatların böyük hissəsinin və ölkə ictimaiyyətinin tələbinə baxmayaraq, Heydər Əliyevin namizədliyinin irəli sürülməsinə, hətta parlamentdən onunla əlaqə yaradılmasına belə mane oldular. Onlar öz namizədlərinin sədr "seçilməsinin" hansısa doqquz xarici dövlətlə razılaşdırılması barədə cəfəng antidemokratik fikirlər səsləndirməkdən belə çəkinmədilər. Hakimiyyətə tam yiyələndikdən sonra bu dairələr gələcəkdə Heydər Əliyevi özlərinə ciddi rəqib sayaraq, bütün vacib işlərini bir kənara qoyub onunla qeyri-qanuni və antikonstitusion mübarizəyə başladılar, dəfələrlə Naxçıvanda dövlət çevrilişinə, Ali Məclis sədrinin fiziki varlığına son qoymağa cəhd göstərdilər. Belə qeyri-demokratik və antimilli vasitələrlə fəaliyyət göstərən AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə böyük zərbə vuruldu, ölkə vətəndaş müharibəsi astanasına gətirildi.

1992-ci il oktyabrın 16-da cəbhə-müsavat dairələrinin yarıtmaz hakimiyyətinin nəticəsi olaraq gündən-günə kəskinləşən vətəndaş qarşıdurmasını açıq şəkildə müşahidə edərək, yaxınlaşan milli fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli böhrandan çıxarmaq məqsədilə ölkədə bütün vətəndaşları, sağlam düşüncəli qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir siyasi partiyanın yaradılması və ona rəhbərlik etmək məsələsinə münasibət bildirməsini Heydər Əliyevdən xahiş edirdilər. Respublikada gündən-günə kəskinləşən və getdikcə daha da fəlakətli vəziyyət alan daxili ictimai-siyasi və milli vətəndaş qarşıdurması fonunda Azərbaycanı canı qədər sevən bir lider kimi Heydər Əliyev əlbəttə ki, çoxsaylı ölkə ziyalılarının, geniş xalq kütlələrinin tələblərini cavabsız qoya bilməzdi. Belə də oldu, cəmi bir həftə sonra - oktyabrın 24-də o, "Səs" qəzetində ölkə ziyalılarına cavab verdi. Bu, əslində adi bir cavab deyildi, Azərbaycanın mövcud fəlakətli vəziyyətinin hərtərəfli təhlili və ondan çıxış yollarını göstərən dəqiq milli fəaliyyət proqramı idi. Sonrakı prosesləri, hörmətli oxucular yaxşı bilir, Bakıda qurultay keçirməsinə imkan verilməyən ziyalılar və partiya qurucuları soyuq və şaxtalı Naxçıvana axışdı və noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilatı yaratdılar. Cəmi 7 ay sonra, 1993-cü ilin iyununda xalqın tələbi ilə YAP-ın sədri, Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi potensialı hakimiyyətin ətrafında səfərbər olaraq Azərbaycanı sonrakı labüd iflasdan xilas etdilər. Beləliklə, müstəqillik dövrünün tarixi, yaşadığımız hər bir gün Ulu Öndərin söylədiyi "Müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir" fikrini bir daha təsdiq edir.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor

Xəbər Lenti

Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkib - Türkiyə mətbuatı

Günün qoroskopu: çətin məsələləri həll etməyə və rəqiblərinizi geridə qoymağa nail olacaqsınız

Avropada evsizlər üçün sığınacaqlarda qalan qadınların və uşaqların sayı artmaqdadır

Bu elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq

Özbəkistanın aeroportları özəlləşdirilir

Belçikada qaçqın ailələrinin birləşməsi qaydaları sərtləşdirilir

ABŞ-da supermarketdə naməlum şəxs atəş açıb

İsveçdə iqlim dəyişikliyinə qarşı mübarizə fəalları aclıq aksiyasına başlayıblar

Nailə İslamzadə: "İnanclara görə şeytan yardımçısı hesab edilən..."

Heydər Əliyev Mərkəzində fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb - FOTO

Fransada asma körpü çökdü - Ölən və yaralananlar var

Bu ölkədə də məktəb bağlandı - Koksaki virusu

Gədəbəy sakini ağstafalını Qazaxda bıçaqladı

Xəstəxanada 5 xəstəyə QİÇS yoluxdurdular - Məhkəmə

Xameneinin yaxın adamına sui-qəsd...

Fransız qadın PKK-ya dərs verdi - VİDEO

Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Havaların yağmurlu keçməsi çılpaq ilbizlərin çoxalmasına səbəb olub - Onlardan necə qorunmalı?

Rusiya nəşri: SSRİ-də ən hay-küylü terror aktlarını Ermənistanlı millətçilər törədiblər - FOTO

Türk ölkəsi üçün böyük təhlükə - Sensasion iddia

Ayan Xatunun CAVABINI VERDİ: "Hünəri yoxdur..."

Andorralı futbolçudan dünya rekordu

“Lotu Quli”nin dəstəsinin üzvü Rusiyada yaxalandı - Ölüm işinə görə

Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış

İmişlidə qadının evinə silahlı basqın edildi - "Vertu" telefonu oğurlandı

“Qalatasaray”da 2 şok itki

Pərvin Abıyeva: "Heç bir kişinin başı üçün deyil ki, mənə nəsə aldığını desin" - VİDEOMÜSAHİBƏ

Britaniya ordusu İraq və Əfqanıstanda hərbi cinayətlər törədib: Sübutlar tapıldı

Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü - FOTO

İngiltərə millisindən tarixi göstərici

Mənsur Şərif NİŞANLANDI - FOTOlar

Atletika komandası ilə görüş keçirildi - FOTO

Xuraman 3 gün əvvəl doğulan övladı ilə - FOTO

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

20 ildir torpaqla qidalanır

Çevik, cavan hakimiyyət qoca müxalifəti üstələyir

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ

Onlardan öyrənməli!

Millimizlə oyunöncəsi növbəti itki - Bu dəfə qapıçı zədələndi

Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub - FOTO

Rusiya saxlanılan gəmiləri Ukraynaya təhvil verdi

Abşeronda evdən 53 min manatlıq oğurluq

Məşhur aktyorun qızını cəzalandırmasının görüntüləri yayıldı - FOTO

Aygün Kənanı çəkiliş meydançasında ziyarət etdi - FOTO

Məşhur xəbər agentliyinin redaktoru itdi

Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək

Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: Həyat yoldaşımın vəziyyəti pisdir

Nardaranda qətl törədən şəxs həbsdə ölüb

Braziliya millisi dünya çempionu oldu

Qarabağın Azərbaycanlı icmasının rəhbərliyi Türkiyəyə səfər edib - FOTO

Keçmiş polis yoldaşını öldürən rəislə bağlı qərar verildi

Müəllim sinifdə qız şagirdinə GÖRÜN NƏ ETDİ - Kameraya çəkdi - VİDEO

“Heç kimin ailəsini müzakirə etməyin” - "Fəlakət" həyat yoldaşından ayrılması barədə

Tbilisidə etirazı yatırmağa xüsusi təyinatlı polis dəstələri qarışdı - Polislər zirehli geyim və qalxanla təchiz edilib

Eldar da Damlanı bəyənmir

Avropaya "siyasi mühacir" kimi "sığınıb" Azərbaycanda "demokratiya" davası döyənlər sadəcə ucuz alverçilərdir - Azər Həsrət

Ad günündə sevgilisini və dostunu güllələdi

Azərbaycanın xarici siyasəti İsveçrə mətbuatında işıqlandırılıb

Deputat: "Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir"

Azərbaycan vətəndaşları Türkiyədə 900-dən çox daşınmaz əmlak əldə edib

“Əsl ana itkisini indi gördüm” - Şəbnəm Tovuzluya ağır itki - VİDEO - FOTO

Xatirə ərindən gileyləndi: “Bıçağa görə 3 ay məni dindirmədi” - VİDEO - FOTO

“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”

Azərbaycan təmsilçiləri “Avropa gimnastikası”nın baş toplantısında iştirak edib

İran hökumətinin sözçüsü: İğtişaşlar 80 faiz səngiyib

Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"

"Real"ın hücumçusu "Roma"nın hədəfində

Prezident İlham Əliyev: "Heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir"

Muğam Mərkəzində Rasim Abdullayevin yaradıcılığına həsr olunmuş konsert keçirilib

Azərbaycan Prezidenti: "Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik"

"Qarabağ" - "Düdelanj" matçının biletləri satışda

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib - FOTO

Azərbaycanın Trans-Xəzər boru kəməri layihəsinə qoşulması nə verəcək?

“Bu izdivac 10 il əvvəl olmalı idi, alınmadı...” - FOTO

Nüşabə Ələsgərli həyat yoldaşı ilə tanışlığından DANIŞDI: “Aşiq olmamışam” - VİDEO - FOTO

Rusiyada kişi azərbaycanlı hamilə arvadını döydü

İranda benzin bahalşamasına qarşı etirazlarda 180 nəfər saxlanılıb

“Tamaşadan sonra ər-arvad olduq” - FOTO

"Mühacir alverçilәri"nin həbsi Avropa üzrә genişlәnәcәk, sırada Hollandiya vә İsveçdir - Yafəz Əkrəmoğlu

Ermənistanın baş hərbi müfəttişi və müavinləri işdən çıxarılıblar

Azərbaycan Peşəkar Boks Federasiyası fəaliyyətini gücləndirir

"Sənin ərinin qeyrətinə ki, səni buraxıb kişilərə..." - Ona yazan qadını efirdə BİABIR ETDİ - FOTO

Avropa Gimnastika İttifaqı bundan sonra başqa adla tanınacaq - FOTO

"Cem Yılmazın kosnertinə 700 manat verə biliriksə, niyə kasıblıqdan gileylənirik, mitinqə gedirik?" - Nadir Qafarzadədən SƏRT AÇIQLAMALAR

Dost məclisi faciəylə bitdi: 4 ölü, 6 yaralı

Muğam Mərkəzinin fəaliyyəti Gürcüstanın televiziya kanalında geniş işıqlandırıldı - VİDEO

13 ilin ən yaxşısı Messi, Ronaldu isə… - SİYAHI

İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək

Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

"Qarabağ"ın futbolçusu Çexiya üzərində qələbəni kənardan izlədi

Elməddin: ""Fərda səndən gülməlidir" deyənlərin zövqü yoxdur"

"Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmalıyam, sadəcə iş üçün gəlmək yetmir"

İranda məktəblər bağlandı

Şəmkirdə qohum qohumu kürəyindən bıçaqladı

Komitə sədri: "Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir"

Van Dayk millinin düşərgəsini tərk etdi

Miri Yusif Cem Yılmazla görüşüb cavabını verdi - FOTO

9 rayonda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib - FOTO

Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Tünzalə yenə başını keçəl etdirdi - FOTO

Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım” - MÜSAHİBƏ - FOTO

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər - YENİLƏNİB

Türkiyənin məşhur aktrisası vəfat etdi

26 ölkədən batutçular, 48 ölkədən idman gimnastları Bakıdakı yarışlara hazırlaşır

AVRO-2020: Seçmə mərhələdə son tur davam edir

“Həci”nin içində Şəbnəmi itirmək qorxusu var”

Müsavatın "mühacir alveri" ilə bağlı yeni FAKT üzə çıxıb - Məhkəmə qərarı - FOTO

Baş nazirin müavini: "Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq"

Xalq artistinin arxiv görüntüləri - FOTO

Ramiz Novruz əməliyyat olundu

Cəlil Məmmədquluzadənin nəticəsi Bakıya gəldi

Hacı Nuran Portuqaliya kralının nəvəsi ilə - FOTO

"Mühacir alveri" məsələsi böyüyür - AXCP də növbədə...

Türkiyədə müalicə alan Xalq artistinin yeni görüntüsü - FOTO

Deputat: "Bu sammit Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir"

Bakıda 10 massivdə qazlaşma işləri davam edir - FOTO

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni təyinatlar bəlli oldu

Akkumulyator oğruları saxlanıldılar - FOTO

Rapid Solutions şirkəti Qaradağ rayonu ərazisində Təbiət = Ağac = Nəfəs lozunqu altında dahi şair İmadəddin Nəsiminin xatirəsini yad etdi

Şərqi Azərbaycanda yenə zəlzələ oldu

Türkiyədə dəniz reysləri təxirə salındı

Mühacir biabırçılığı: yüz minlərlə avroluq xəyanət - TƏFƏRRÜAT

Portuqaliyanı Avropa çempionatına aparan qələbə - VİDEO - FOTO

"Heç kim oyundan çıxarılmağı sevmir" - Ronaldu əvəzlənməyini şərh etdi

Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır - FOTO

Əməkdar artist qızının toyunda rəqsi ilə diqqət mərkəzində - VİDEO

Türkmənistandan Bakıya gələn onkoloji xəstə gəmidə öldü

TANAP-in açılacağı TARİX məlum oldu

İşləmədiyi müddətdə pul almaq istəyənlərin nəzərinə!

İngiltərədən darmadağın - VİDEO - FOTO

Azərbaycanlı aparıcı: "Kişi kişi ilə sevişir, kimə ərə gedim?"

Bakıda kişi arvadını öldürüb Gəncəyə qaçdı

Fransadan 2 cavabsız qol - VİDEO - FOTO

"Müsavat"ın çirkin mühacir biznesi: yeni faktlar üzə çıxır - TƏFƏRRÜAT - FOTO

Türkiyə seçmə mərhələni qələbə ilə başa vurdu - VİDEO - FOTO

Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub - FOTO

Məşhur futbolçu məşqçiliyə başladı - FOTO

Mirşahin Əli İnsanovun özəlləşdirdiyi mülklərin siyahısını açıqladı - VİDEO

Əqli qüsurlu sevgilisini öldürdü - Cəsədini səhrada gizlətdi

"Müxalifətin "miqrant alveri"ni gücləndirmək və bundan gəlir götürmək üçün daha bir vasitəsi qanunsuz aksiyalardır"

Fransada "sarı gödəkçələr"in nümayişlərinin ikinci günü iğtişaşlarsız keçib

Avstraliyada toyuq yumurtası boyüklüyündə dolu yağıb

Azərbaycanda kişi həkimlərin sayı azalıb

İran ABŞ-ın ölkədəki etirazlara aid bəyanatına münasibətini bildirib

Britaniya ordusunun İraq və Əfqanıstandakı hərbi cinayətlərinin gizlədilməsi ehtimal olunur

Afinada Amerika əleyhinə nümayişlər keçirilir

ABŞ İrandakı etirazları dəstəkləyib

Honkonqda etirazçılar universitetin yaxınlığındakı körpünü yandırıblar

Bələdiyyə seçkiləri ilə bağlı bu işlər başa çatır

Azərbaycanın əsas ticarət tərəfdaşları hansı ölkələrdir?

Tiflisdə nümayişlərə 5,5 min qatılıb

Portuqaliya millisi AÇ-2020-də, Türkiyədən qələbə

"Qulağımla musiqini dinləyib beynimə atırdım, gözümlə də kitab oxuyurdum və..." - Tələbəlik illəri

Elmin təməli