AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Heç kim bizə mane ola bilməz

  10

Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz.

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

Müzakirələrdə Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Əli Əsədov, Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Şahin Mustafayev, Vergilər naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov  da çıxış ediblər.

Doqquz ayın sosial-iqtisadi göstəricilərinin topyekun nəzərdən keçirilib təhlil edildiyi toplantı, əslində, Azərbaycanın yaxın və orta perspektivdə inkişaf istiqamətlərinin bəlirlənməsi, həm də ölkə iqtidarının cəmiyyətdəki proseslərə konkret, aşkar və dəqiq münasibəti idi.

İlham Əliyev həmişəki kimi, açıq danışdı. Onun sözlərinə görə, ölkə iqtisadiyyatında irəliləyiş var.

Digər iqtisadi göstəricilərimiz də çox müsbətdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik.

Bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması, əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik.

Dövlət başçısı vurğuladı: "Hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur".

İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı - 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Yəni, bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir.

Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaqmüqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Hazırda kifayət qədər çox ehtiyatlarımız var və hökumət qarşısında vəzifə qoyulub ki, biz bütün bu ehtiyatları aşkarlayaq və həm büdcə gəlirlərimizi artıraq, həm də büdcə xərclərimiz məqsədyönlü və şəffaf olmalıdır.

Prezident Baş nazir təyinatından da bəhs etdi. Bir neçə gün əvvəl dövlət başçısının sərəncamı ilə Əli Əsədov Baş nazir vəzifəsinə təyin olunub.

Əli Əsədov uzun illər İlham Əliyevin köməkçisi kimi fəaliyyət göstərib.

"Əminəm ki, Baş nazir kimi o, mənim tərəfimdən qarşıya qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir", - dövlət başçısı dedi.

O da deyildi ki, Azərbaycanda islahatlar davam etdiriləcək, problemlərin həlli istiqamətində aparılan işlər daha da sürətlənəcək.

Eyni zamanda, "kölgə iqtisadiyyatı" və qara mühasibatla mübarizə də intensivləşəcək.

Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır.

İlham Əliyev daha sonra bildirdi ki, vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli "sahibkarlara" qarşı çox ciddi tədbirlər görməlidirlər. Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz: "Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir".

Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır.

Prezident bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verdi.

Əlbəttə ki, əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir.

"Doing Business" hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır.

Hesabatdan bəzi məqamları mən Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıraq.

Burada rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar mövcuddur, həm ictimai-siyasi vəziyyət, həm də cinayətkarlığa qarşı mübarizə, iqtisadi islahatlar, sosial islahatlar, infrastruktur və sair.

Beləliklə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir. Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu yerdədir. Yəni, bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik.

Son illərdə bu qədər elektrik stansiyalarının, yarımstansiyaların, ötürücü xətlərin tikilməsi, bax, bizi dünya miqyasında ikinci yerə gətirib çıxardı. Fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu yerdəyik. Bu, xalqımızın istedadını və mütərəqqi meyillərə yaxın olduğunu göstərir. Biznesi başlamaq baxımından biz 8-ci yerdəyik və bu rəqəmlər əlbəttə ki, həqiqəti əks etdirir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyanın aparıcı beynəlxalq maliyyə qurumlarından biridir və çox mötəbər forumdur. Bildiyiniz kimi, Azərbaycan Prezidenti müntəzəm olaraq forumun iclaslarında iştirak edir.

Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir. Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq. Ancaq buna baxmayaraq, əlbəttə, bir daha demək istəyirəm ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik.

"Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır" deyən dövlət başçısı daha sonra vurğulayıb ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq".

Azərbaycanda genişmiqyaslı, radikal kadr islahatları da davam etdiriləcək.

İlham Əliyev deyib: "Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin".

Toplantıda diqqət yetirilən digər məqam isə kütləvi informasiya vasitələrindən məmurlar arasındakı kompromat savaşları, "haqq-hesab" çəkmək üçün istifadə olunmasıdır.

Dövlət başçısı bununla bağlı sərt danışdı: "Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz".

Maliyyə naziri Samir Şərifovun sözlərindən bəlli olur ki, gələn il üçün dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" qanununa uyğun olaraq hazırlanıb və büdcə hesablamaları aparılarkən 2019-cu ildə artıq tətbiq olunan büdcə qaydasına istinad olunub.

Büdcə daxilolmaları üçün mühüm əhəmiyyətə malik olan neftin qiyməti ilə bağlı xeyli müzakirələr aparılıb və neftin 55 dollar/barrel qiyməti üzərində dayanılıb. Bunun əsasında isə büdcə qaydasına uyğun olaraq xalis maliyyə aktivlərinin dəyəri və eyni zamanda, icmal büdcənin yuxarı həddi müəyyən edilib.

Lakin ciddi bir məsələ var ki, o da ibarətdir orta və uzunmüddətli dövr üçün büdcə qaydasında xərclərin spontan artım ehtimalından.

Maliyyə Nazirliyi bu məqamları mütləq nəzərdən keçirməli, inflyasiya səviyyəsini tam nəzərə almalı, onu dövlət büdcə hesablamalarında əks etdirməlidir.

Digər problem isə sosial-iqtisadi proqnoz, makro-iqtisadi proqnozlardır.

Məsələn, İqtisadiyyat Nazirliyi növbəti ildə 4,6 faizlik inflyasiya səviyyəsini proqnozlaşdırıb.

Amma ötənilki proqnoz özünü doğruldubmu? Bunun təhlili aparılıbmı? Proqnozlar özünü nə dərəcədə doğruldur? Axı hökumət planlarını məhz bu proqnozlar əsasında qurur. Əfsuslar olsun ki, Maliyyə və İqtisadiyyat nazirliklərinin proqnozlarında ciddi yanılmalar müşahidə olunur.

Təbii, proqnozlar riyazi dəqiqliklə reallaşa bilməz və onlara təsir edən amillər var.

Amma istənilən halda illik iqtisadi inkişafın artım səviyyəsi mütləq şəkildə, maksimum dərəcədə proqnozlaşdırılmalıdır.

Qeyri-neft sektoruna gəldikdə isə, bu sahəyə qoyulan investisiyalar hələ də gərəkli səviyyədə deyil. Rəqəmlərə baxsaq, həmin investisiyaların tam yarısı xarici sərmayədir. Həmi pullar da qeyri-neft sektoruna yox, neft-qaz hasilatı və nəqli sahələrinə yönəlib.

Dövlət büdcəsindən qeyri-neft sektoruna 1,4 milyard manatlıq güzəştli şərtlərlə kreditlər ayrılıb.

Həmin kreditlərin ümumdaxili məhsula və xüsusilə də qeyri-neft sektoruna təsiri hesablanırmı?

Əgər hesablanırsa, onda nə üçün Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda artım hələ də bunca azdır? Güzəştlər təqdim olunur, subsidiyalar verilir, texnika alınır infrastruktur layihələri həyata keçirilir, dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədədir. Bütün bu amillər özlüyündə iqtisadi artımı daha da böyük rəqəmlərə gətirib çıxarmalıdır. Amma biz bunu görmürük.

Niyə?

Səbəblərə nəzər salaq.

Məsələn, Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130 milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə tutulub və icra olunacaq. Amma 130, ya 170 milyon manat sahibkarlığın maliyyələşdirilməsi üçün əsla və əsla kifayət qədər vəsait deyil, çünki bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir.

Bank sektorundakı vəziyyət çox ciddi nəzarətə götürülməli, əməliyyatlar və ümumiyyətlə, bankların davranışları, siyasəti və taktikaları təhlil olunmalıdır.

Faktlar sübut edir ki, bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır.

Halbuki Azərbaycanın bank sektorunda yaşanmış böhranın başlıca səbəblərindən biri də istehlak kreditləri portfelinin həddən ziyadə şişmiş olması idi.

Həmin meyl indi də davam edir.

Kreditləmənin əsas hissəsi hələ də iqtisadiyyatın real sektoruna yox, istehlak mallarını alınmasına yönəlib.

Bunun qarşısı alınmazsa, müvafiq dövlət qurumları təxirəsalınmaz və ciddi tədbirlərə əl atmazlarsa, ciddi problemlər yaşanacaq.

Halbuki əsas diqqət məşğulluğun artmasına, işsizliyin azalmasına və qeyri-neft sektorunun inkişafına yönəlməlidir.

Və ən nəhayət, bu ildən etibarən inflyasiyanın bizim büdcə qaydasında nəzərə alınması üçün "Büdcə sistemi haqqında" müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub. Halbuki bu, əvvəldən edilməliydi.

... Şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün, bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət, əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər.

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkib - Türkiyə mətbuatı

Günün qoroskopu: çətin məsələləri həll etməyə və rəqiblərinizi geridə qoymağa nail olacaqsınız

Avropada evsizlər üçün sığınacaqlarda qalan qadınların və uşaqların sayı artmaqdadır

Bu elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq

Özbəkistanın aeroportları özəlləşdirilir

Belçikada qaçqın ailələrinin birləşməsi qaydaları sərtləşdirilir

ABŞ-da supermarketdə naməlum şəxs atəş açıb

İsveçdə iqlim dəyişikliyinə qarşı mübarizə fəalları aclıq aksiyasına başlayıblar

Nailə İslamzadə: "İnanclara görə şeytan yardımçısı hesab edilən..."

Heydər Əliyev Mərkəzində fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb - FOTO

Fransada asma körpü çökdü - Ölən və yaralananlar var

Bu ölkədə də məktəb bağlandı - Koksaki virusu

Gədəbəy sakini ağstafalını Qazaxda bıçaqladı

Xəstəxanada 5 xəstəyə QİÇS yoluxdurdular - Məhkəmə

Xameneinin yaxın adamına sui-qəsd...

Fransız qadın PKK-ya dərs verdi - VİDEO

Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Havaların yağmurlu keçməsi çılpaq ilbizlərin çoxalmasına səbəb olub - Onlardan necə qorunmalı?

Rusiya nəşri: SSRİ-də ən hay-küylü terror aktlarını Ermənistanlı millətçilər törədiblər - FOTO

Türk ölkəsi üçün böyük təhlükə - Sensasion iddia

Ayan Xatunun CAVABINI VERDİ: "Hünəri yoxdur..."

Andorralı futbolçudan dünya rekordu

“Lotu Quli”nin dəstəsinin üzvü Rusiyada yaxalandı - Ölüm işinə görə

Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış

İmişlidə qadının evinə silahlı basqın edildi - "Vertu" telefonu oğurlandı

“Qalatasaray”da 2 şok itki

Pərvin Abıyeva: "Heç bir kişinin başı üçün deyil ki, mənə nəsə aldığını desin" - VİDEOMÜSAHİBƏ

Britaniya ordusu İraq və Əfqanıstanda hərbi cinayətlər törədib: Sübutlar tapıldı

Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü - FOTO

İngiltərə millisindən tarixi göstərici

Mənsur Şərif NİŞANLANDI - FOTOlar

Atletika komandası ilə görüş keçirildi - FOTO

Xuraman 3 gün əvvəl doğulan övladı ilə - FOTO

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

20 ildir torpaqla qidalanır

Çevik, cavan hakimiyyət qoca müxalifəti üstələyir

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ

Onlardan öyrənməli!

Millimizlə oyunöncəsi növbəti itki - Bu dəfə qapıçı zədələndi

Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub - FOTO

Rusiya saxlanılan gəmiləri Ukraynaya təhvil verdi

Abşeronda evdən 53 min manatlıq oğurluq

Məşhur aktyorun qızını cəzalandırmasının görüntüləri yayıldı - FOTO

Aygün Kənanı çəkiliş meydançasında ziyarət etdi - FOTO

Məşhur xəbər agentliyinin redaktoru itdi

Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək

Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: Həyat yoldaşımın vəziyyəti pisdir

Nardaranda qətl törədən şəxs həbsdə ölüb

Braziliya millisi dünya çempionu oldu

Qarabağın Azərbaycanlı icmasının rəhbərliyi Türkiyəyə səfər edib - FOTO

Keçmiş polis yoldaşını öldürən rəislə bağlı qərar verildi

Müəllim sinifdə qız şagirdinə GÖRÜN NƏ ETDİ - Kameraya çəkdi - VİDEO

“Heç kimin ailəsini müzakirə etməyin” - "Fəlakət" həyat yoldaşından ayrılması barədə

Tbilisidə etirazı yatırmağa xüsusi təyinatlı polis dəstələri qarışdı - Polislər zirehli geyim və qalxanla təchiz edilib

Eldar da Damlanı bəyənmir

Avropaya "siyasi mühacir" kimi "sığınıb" Azərbaycanda "demokratiya" davası döyənlər sadəcə ucuz alverçilərdir - Azər Həsrət

Ad günündə sevgilisini və dostunu güllələdi

Azərbaycanın xarici siyasəti İsveçrə mətbuatında işıqlandırılıb

Deputat: "Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir"

Azərbaycan vətəndaşları Türkiyədə 900-dən çox daşınmaz əmlak əldə edib

“Əsl ana itkisini indi gördüm” - Şəbnəm Tovuzluya ağır itki - VİDEO - FOTO

Xatirə ərindən gileyləndi: “Bıçağa görə 3 ay məni dindirmədi” - VİDEO - FOTO

“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”

Azərbaycan təmsilçiləri “Avropa gimnastikası”nın baş toplantısında iştirak edib

İran hökumətinin sözçüsü: İğtişaşlar 80 faiz səngiyib

Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"

"Real"ın hücumçusu "Roma"nın hədəfində

Prezident İlham Əliyev: "Heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir"

Muğam Mərkəzində Rasim Abdullayevin yaradıcılığına həsr olunmuş konsert keçirilib

Azərbaycan Prezidenti: "Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik"

"Qarabağ" - "Düdelanj" matçının biletləri satışda

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib - FOTO

Azərbaycanın Trans-Xəzər boru kəməri layihəsinə qoşulması nə verəcək?

“Bu izdivac 10 il əvvəl olmalı idi, alınmadı...” - FOTO

Nüşabə Ələsgərli həyat yoldaşı ilə tanışlığından DANIŞDI: “Aşiq olmamışam” - VİDEO - FOTO

Rusiyada kişi azərbaycanlı hamilə arvadını döydü

İranda benzin bahalşamasına qarşı etirazlarda 180 nəfər saxlanılıb

“Tamaşadan sonra ər-arvad olduq” - FOTO

"Mühacir alverçilәri"nin həbsi Avropa üzrә genişlәnәcәk, sırada Hollandiya vә İsveçdir - Yafəz Əkrəmoğlu

Ermənistanın baş hərbi müfəttişi və müavinləri işdən çıxarılıblar

Azərbaycan Peşəkar Boks Federasiyası fəaliyyətini gücləndirir

"Sənin ərinin qeyrətinə ki, səni buraxıb kişilərə..." - Ona yazan qadını efirdə BİABIR ETDİ - FOTO

Avropa Gimnastika İttifaqı bundan sonra başqa adla tanınacaq - FOTO

"Cem Yılmazın kosnertinə 700 manat verə biliriksə, niyə kasıblıqdan gileylənirik, mitinqə gedirik?" - Nadir Qafarzadədən SƏRT AÇIQLAMALAR

Dost məclisi faciəylə bitdi: 4 ölü, 6 yaralı

Muğam Mərkəzinin fəaliyyəti Gürcüstanın televiziya kanalında geniş işıqlandırıldı - VİDEO

13 ilin ən yaxşısı Messi, Ronaldu isə… - SİYAHI

İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək

Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

"Qarabağ"ın futbolçusu Çexiya üzərində qələbəni kənardan izlədi

Elməddin: ""Fərda səndən gülməlidir" deyənlərin zövqü yoxdur"

"Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmalıyam, sadəcə iş üçün gəlmək yetmir"

İranda məktəblər bağlandı

Şəmkirdə qohum qohumu kürəyindən bıçaqladı

Komitə sədri: "Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir"

Van Dayk millinin düşərgəsini tərk etdi

Miri Yusif Cem Yılmazla görüşüb cavabını verdi - FOTO

9 rayonda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib - FOTO

Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Tünzalə yenə başını keçəl etdirdi - FOTO

Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım” - MÜSAHİBƏ - FOTO

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər - YENİLƏNİB

Türkiyənin məşhur aktrisası vəfat etdi

26 ölkədən batutçular, 48 ölkədən idman gimnastları Bakıdakı yarışlara hazırlaşır

AVRO-2020: Seçmə mərhələdə son tur davam edir

“Həci”nin içində Şəbnəmi itirmək qorxusu var”

Müsavatın "mühacir alveri" ilə bağlı yeni FAKT üzə çıxıb - Məhkəmə qərarı - FOTO

Baş nazirin müavini: "Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq"

Xalq artistinin arxiv görüntüləri - FOTO

Ramiz Novruz əməliyyat olundu

Cəlil Məmmədquluzadənin nəticəsi Bakıya gəldi

Hacı Nuran Portuqaliya kralının nəvəsi ilə - FOTO

"Mühacir alveri" məsələsi böyüyür - AXCP də növbədə...

Türkiyədə müalicə alan Xalq artistinin yeni görüntüsü - FOTO

Deputat: "Bu sammit Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir"

Bakıda 10 massivdə qazlaşma işləri davam edir - FOTO

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni təyinatlar bəlli oldu

Akkumulyator oğruları saxlanıldılar - FOTO

Rapid Solutions şirkəti Qaradağ rayonu ərazisində Təbiət = Ağac = Nəfəs lozunqu altında dahi şair İmadəddin Nəsiminin xatirəsini yad etdi

Şərqi Azərbaycanda yenə zəlzələ oldu

Türkiyədə dəniz reysləri təxirə salındı

Mühacir biabırçılığı: yüz minlərlə avroluq xəyanət - TƏFƏRRÜAT

Portuqaliyanı Avropa çempionatına aparan qələbə - VİDEO - FOTO

"Heç kim oyundan çıxarılmağı sevmir" - Ronaldu əvəzlənməyini şərh etdi

Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır - FOTO

Əməkdar artist qızının toyunda rəqsi ilə diqqət mərkəzində - VİDEO

Türkmənistandan Bakıya gələn onkoloji xəstə gəmidə öldü

TANAP-in açılacağı TARİX məlum oldu

İşləmədiyi müddətdə pul almaq istəyənlərin nəzərinə!

İngiltərədən darmadağın - VİDEO - FOTO

Azərbaycanlı aparıcı: "Kişi kişi ilə sevişir, kimə ərə gedim?"

Bakıda kişi arvadını öldürüb Gəncəyə qaçdı

Fransadan 2 cavabsız qol - VİDEO - FOTO

"Müsavat"ın çirkin mühacir biznesi: yeni faktlar üzə çıxır - TƏFƏRRÜAT - FOTO

Türkiyə seçmə mərhələni qələbə ilə başa vurdu - VİDEO - FOTO

Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub - FOTO

Məşhur futbolçu məşqçiliyə başladı - FOTO

Mirşahin Əli İnsanovun özəlləşdirdiyi mülklərin siyahısını açıqladı - VİDEO

Əqli qüsurlu sevgilisini öldürdü - Cəsədini səhrada gizlətdi

"Müxalifətin "miqrant alveri"ni gücləndirmək və bundan gəlir götürmək üçün daha bir vasitəsi qanunsuz aksiyalardır"

Fransada "sarı gödəkçələr"in nümayişlərinin ikinci günü iğtişaşlarsız keçib

Avstraliyada toyuq yumurtası boyüklüyündə dolu yağıb

Azərbaycanda kişi həkimlərin sayı azalıb

İran ABŞ-ın ölkədəki etirazlara aid bəyanatına münasibətini bildirib

Britaniya ordusunun İraq və Əfqanıstandakı hərbi cinayətlərinin gizlədilməsi ehtimal olunur

Afinada Amerika əleyhinə nümayişlər keçirilir

ABŞ İrandakı etirazları dəstəkləyib

Honkonqda etirazçılar universitetin yaxınlığındakı körpünü yandırıblar

Bələdiyyə seçkiləri ilə bağlı bu işlər başa çatır

Azərbaycanın əsas ticarət tərəfdaşları hansı ölkələrdir?

Tiflisdə nümayişlərə 5,5 min qatılıb

Portuqaliya millisi AÇ-2020-də, Türkiyədən qələbə

"Qulağımla musiqini dinləyib beynimə atırdım, gözümlə də kitab oxuyurdum və..." - Tələbəlik illəri

Elmin təməli