AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Londondan tarixi "bürünc”lə qayıdan 16 yaşlı gənc - Portret - FOTO

  15

Londondan tarixi Temza sahillərində qazanılan uğur, Tokionu fəth etmək üçün əla stimuldur

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Yay Olimpiya Oyunlarının üzgüçülük yarışlarına, adətən, "əsas iştirakdır" prinsipi ilə yanaşsaq da, dördilliyin növbəti möhtəşəm idman tədbiri olan paralimpiadalarda bu növ üzrə təmsilçilərimiz əsas medal ümidlərimiz hesab edilir. Qeyd edək ki, son iki Paralimpiya Oyunlarında ən yaxşı nəticəni cüdoda qazanmışıqsa, üzgüçülərimiz 1 qızıl, 7 gümüş medalla ikinci sıradadırlar. 5-16 sentyabr tarixində Londonda keçirilən dünya çempionatının yekunları, 7 il əvvəl elə Britaniya paytaxtında başlayan uğur ənənəsinin Tokioda da davam edəcəyinə əminlik yaradır. Belə ki, Temza sahillərinə 3 nəfərlik heyətlə yola düşən komandamız 73 ölkənin iştirakı ilə baş tutan mötəbər yarışı 1 gümüş və üç bürünc medalla 26-cı sırada başa vurdu. Bundan əlavə, "Tokio 2020"-yə ikinci lisenziyamız da rəsmiləşdi. Bu gün sözügedən mundialın əsas qəhrəmanlarından birindən - 16 yaşında dünya üçüncüsü olmaqla, Azərbaycanın paralimpiya tarixinə düşən Vəli İsrafilovdan geniş söhbət açacağıq.
 
Könülsüz döyüş macərası
 
Azərbaycanın ən gənc dünya mükafatçısı 2002-ci ilin oktyabrında Rusiya Federasiyasının Tümen şəhərində doğulub. Ailəsi ilə birgə vətənə gəlişi 4 yaşına təsadüf edib. Altı yaşında atasının istəyi ilə taekvondoya yazılan Vəli, Koreya döyüş təliminə qarşı həvəssiz olduğundan, heç bir il keçməmiş, dayanqla vidalaşıb. Beləcə, özündən böyük bacısı Rəfiqə ilə birgə üz tutub üzgüçülüyə. Hər bir uşaq kimi bu yola, sadəcə sağlamlıq naminə qədəm qoyan Vəli, zaman keçdikcə yarışlara qatılaraq, mükafata layiq yerlər tutub. İlk uğurunu 2014-cü ildə keçirilən "Şən delfin" açıq birinciliyində qazanan London qəhrəmanımız, brass üsulu ilə 100 metr məsafəyə üzmədə 1 dəqiqə 38 saniyə göstərici ilə ikinci yeri tutub. Yeri gəlmişkən, İsrafilovun üzgüçülük karyerasında əldə etdiyi uğurların əksəriyyəti məhz brassla bağlıdır. Səbəbini bir qədər sonra oxuyacaqsınız.

Sağlam idmançılar arasındakı nailiyyətləri
 
Vəli gözündəki zəifliyə görə, paralimpiyanın sıralarına qoşulanadək dəfələrlə sağlam idmançılar arasında keçirilən yarışlarda fərqlənib. Belə ki, o, respublikadaxili çempionatlarda qazandığı saysız-hesabsız uğurlarla kifayətlənməyib, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, beynəlxalq yarışlarda da ölkəmizi layiqincə təmsil edib. Mütəmadi olaraq, Türkiyə, Gürcüstan və Slovakiyada təşkil olunan turnirlərə qatılan İsrafilov, az qala, bütün yarışlardan vətənə medalla qayıdıb. Bunların arasında xüsusən Gürcüstan, Türkiyə, Slovakiyanın Kranj və Jilina şəhərlərində keçirilən ənənəvi beynəlxalq turnirləri qeyd etmək lazımdır. İslamiadada isə Vəli 200 metr məsafəyə brass üsulu ilə üzmədə 2 dəqiqə 28 saniyə göstərici ilə beşinci olub. Bu nəticələrə görə o, hələ 2017-ci ilin noyabrında İdman ustası dərəcəsinə də yüksəlib.
 
Şəxsi rekord və rəsmiləşməsini gözləyən lisenziya
 
Cari ilin aprelində Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən Qran Pri turnirində tibbi təsnifatdan keçən yeniyetmə idmançı, görmə məhdudiyyəti üzrə S12 kateqoriyasında ilk yarışını beşinci sırada tamamlayır. Bununla da, dünya çempionatına lisenziya alan İsrafilov, 1 dəqiqə 6.01 saniyə göstərici ilə həm şəxsi rekordunu yeniləyir, həm də ölkəmizin hesabına bürünc medal yazdırır. Birinci və ikinci pilləni müvafiq olaraq, ukraynalı Oleksey Fedina və belaruslu Vladimir İzotov tutur ki, 16 yaşlı yeniyetmə üzgüçümüz 33 yaşlı beşqat paralimpiya çempionundan 1 dəqiqə 39 saniyə geri qalırsa, "Rio 2016"-nın bu məsafəyə üzmə yarışının qalibindən onu, sadəcə 39 saniyə ayırır. Nəticə, ona həm də Tokio paralimpiadasının qapısını açdı. Belə ki, birbaşa lisenziyanı yalnız komandamızın Belarus əsilli üzvü Roman Saley qazansa da, reytinqdə yerini möhkəmlədən Vəli də artıq lisenziya məsələsinin öhdəsindən gəlib. Milli Paralimpiya Komitəsindən aldığımız məlumata görə, maksimum 2020-ci ilin yanvarınadək bu, rəsmiləşəcək.
 
Tsiklin əsas kəşfi
 
Konkretləşdirsək, Vəli cari paralimpiya tsiklinin əsas kəşflərindən biridir. O cümlədən, Rio Yay Paralimpiya Oyunlarının ikiqat vitse-çempionu Dmitri Saleyin yığmamızın sıralarını tərk etdiyini nəzərə alsaq, İsrafilovun bu uğuru ikiqat əhəmiyyət kəsb edir. Tokioda əsas "qızıl" ümidimiz təcrübəli Roman Saley olacaqsa, Vəlinin brass üsulu ilə üzmədə ən azından DÇ-dəki nəticəsini təkrarlayacağını gözləmək olar. "Gümüş və bürünc medalın elə bir fərqi yoxdur" deyən yeniyetmə qəhrəmanımız, yalnız birinciliyi hədəfləyib. Bu dəfə olmasa belə, ən azından 2032-ci ildə keçiriləcək paralimpiadaya qədər öz sevimli idmanına davam edəcəyini bildirir.
 
Genetik üstünlüyü

Adəti üzrə, bu dəfə də qəhrəmanımız haqqında mütəxəssis fikirlərinə ehtiyac duyduq. Artıq 10 ildir ki, para-üzgüçülük yığmamızın "sükan'ı arxasında olan "Şöhrət" ordenli Alavərdi Culfayev deyir ki, Vəlinin fiziologiyası brass üsulu ilə üzmə üçün ideal sayılır: "Fəxri kürsüyə diqqət etdinizsə, digər iki nəfərlə Vəli arasındakı yaş və boy fərqi açıq-aşkar idi. Üzgüçülükdə də boyun və təcrübənin əhəmiyyətini qeyd etməyə xüsusi gərək yoxdur, məncə. Vəlinin üstünlüyü onun iradəsində, mübarizə həvəsində, eyni zamanda da, ayaqlarının anadangəlmə brass üsulu ilə üzmə üçün ideal formada olmasındadır. Üçüncülük 16 yaşlı idmançı üçün əla nailiyyətdir, lakin necə deyərlər, general olmaq istəməyən əsgər, əsgər deyil. Çalışmaq, vuruşmaq lazımdır ki, Tokioda yeni tarix yazaq. Vəli elə ilk cəhdindən birinci ola bilər, potensialı buna tam imkan verir".

Bu arada, İsrafilov Tokioda qazanacağı hər hansı əyyarlı medalla Azərbaycanın idman tarixinə ən gənc paralimpiada mükafatçısı kimi düşə bilər. "17 yaşlı paralimpiya və dünya medalçısı"... Necə də möhtəşəm səslənir, deyilmi?

Onu da nəzərə çatdıraq ki, 16 yaşlı vunderkindin, sadəcə brass deyil, sərbəst növdə də "Tokio 2020"yə lisenziya qazanmaq şansı var.

Həm də tələbə
 
İdman, xarici səfərlər, saysız-hesabsız medallar öz yerində, Vəli təhsilində də uğurlu gənclərdəndir. Bu il məktəbi bitirən 16 yaşlı London qəhrəmanımız, yüksək balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. İdmanla təhsili bir araya gətirməyin çətinliklərindən danışan Vəli qeyd edir ki, zamanla buna görə, həm müəllimlərindən, həm də məşqçilərindən giley eşidib: "İdman və təhsilə birgə diqqət ayırmaq doğrudan da çətindir. Nə qədər olmasa, bir-birinə təsirsiz ötüşmür. Sadəcə təhsili seçsəydim, daha yuxarı bal toplayardımsa, yalnız idmana diqqət ayırsaydım, yəqin ki, indikindən daha yaxşı göstəricilərim olardı. Lakin heç nəyə görə peşman deyiləm".

Seçimdən söz düşmüşkən, paralel olaraq olimpiyaçılar arasında da çıxışlarını davam etdirən Vəli, iki yol ayrıcında qalsa, paralimpiyanı seçəcəyini deyir: "Görmə qabiliyyətimdəki məhdudiyyət mənə çətinlik yaradır. Lakin yenə də çalışıram özümü göstərim, müəyyən nəticələr qazanım. Görsəm ki, iki cəbhədə yarışmaq alınmır, əlbəttə, paralimpiya üzrə davam edəcəyəm".

Əyləncəyə qarşı meyilli deyil, "hobbim üzgüçülük və dərslərimdir" deyir. Öz idmanından başqa heç bir növlə yaxından maraqlanmır. Kumirinin kim olduğunu soruşduqda isə aldığımız cavab təəccübləndirmədi - "Maykl Felps".

Portret

Erkən yaşda gələn uğur nə qədər möhtəşəmdirsə, bir o qədər də təzadlıdır. Arxayınlığa, necə deyərlər, "ulduz xəstəliyinə səbəb ola bilər. Hər halda, tez parlayıb tez sönən ulduzları az görməmişik. Lakin Vəli haqqında nikbin danışmaq üçün xeyli əsasımız var. Göründüyü kimi, yetərincə məqsədli, ciddi hədəfləri olan gəncdir.

Demokratikmusavat.com

Xəbər Lenti

Bakıda sürücülük hüququ olmayan şəxs qəza törətdi, 22 yaşlı gənc öldü

Ehtiyat hissələrdə gizlədilən narkotik vasitə aşkar edildi

Sabirabadda avtomobillə vurulan qadın xəstəxanada öldü

Əkin sahəsində top mərmisi tapılıb - FOTO

"Beşiktaş" "Qalatasaray"la oyuna ciddi itkilərlə çıxacaq

ÇL oyunundan əvvəl spirtli içki qadağası

"Çelsi" Amsterdama itkilərlə getdi

“Qarabağ” APOEL qədər güclü deyil" - "Düdelanj"ın futbolçusu

Ronalduya ABŞ-dan 100 milyonluq təklif

"Qarabağ"ın oyununa 25 min bilet satılıb

Prezident İlham Əliyev: Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır

Səbinə Amerikaya ərinin yanına köçdü - FOTO

Prezident İlham Əliyev: "Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir"

"Arsenal" uşaq idi, uşaq da qalıb" - Patris Evra

Olimpiya Oyunlarının yeni loqotipi təqdim olundu - FOTO

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Pompeo: "ABŞ Türkiyəyə qarşı hərbi əməliyyatlara hazırdır"

Bakıda İNANILMAZ HADİSƏ - Azyaşlı qızı oğurlayıb başına oyun açdılar

Orta əsrlərə aid gəmi tapıldı

Əməkdar artist xəbəri olmadan qurbağa əti yedi: “Dadlı idi” - VİDEO - FOTO

Rusiyada atışma - 5 ölü, 2 yaralı

UEFA Serbiyanı cəzalandırdı

İradənin gücü: tanınmaz dərəcədə dəyişən 12 insan - FOTO

Terrorçular Suriya ordusuna hücum etdi - 3 şəhid, 18 yaralı

Hollandiya caz məktəbinin ən yaxşı musiqiçilərindən sayılan Yurian Honinqun Bakıda - VİDEO - FOTO

İndoneziya Prezidentinin inauqurasiyasını pozmaq istəyiblər - Meymunlarla

Ağdamda məhbus məhbusu telefon mağazasında ürəyindən bıçaqladı

Ronaldunun instaqram hesabına 100 milyon avroluq təklif

Rafael Nadal evləndi

"Qarabağ" - APOEL oyununa nə qədər bilet satılıb?

“Dedi ki, Muradı möhkəm döyün, zərbələr ona yox, cinə dəyir”

Türk futbolunda maraqlı olay: Baş məşqçi 2 qol vurdu, özünü əvəzlədi - VİDEO

Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvü Prezident İlham Əliyevə məktub göndərib

Beynəlxalq Qarabağ Kuboku müsabiqəsi keçiriləcək

Sabirabadda evdən oğurluq edən şəxs tutuldu

Polislər futbolçunu yandıraraq öldürüb

“Ancaq öpüşmək gözləyirlər” - Oksana yeni filmindən DANIŞDI - VİDEO - FOTO

Təcili yardım maşınını qaçırdı, adamların üzərinə sürdü - Yaralılar var

“47 yaşım var, amma başımda ağ tük yoxdur” - Poçettino

Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri

Siyəzəndə mağazadan 3500 manat oğurlayan şəxs tutulub

"Ərəb ölkələrindən real təkliflər almışam, amma..." - Ağabala Ramazanov

Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib

"Yenilməzlər" adlı beynəlxalq qala təqdimat keçiriləcək

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq

Buffon yenidən yığmaya çağırılır

Hesablama Palatasına yeni auditor təyin edilib

Tarix-mədəniyyət qoruqları yaradılır - SƏRƏNCAM

Hotellərin gəlirləri çoxalıb

Bacısını oğlanla görüşə göndərib sonra şantaj edirmiş - Bakıda UTANCVERİCİ CİNAYƏT

TANAP mükafata layiq görülüb

Xəyyamın ABŞ sərgüzəştləri - FOTOlar

KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" sərgisində - FOTO

Prezident İlham Əliyev macarıstanlı həmkarını təbrik etdi

Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə 2,3 milyon manat ayrıldı

Putin: “Rusiya və Türkiyənin Suriya ilə bağlı məsləhətləşmələrinə böyük tələb var”

Şahin Mustafayev Baş Nazirin müavini təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Şahin Mustafayevi nazir vəzifəsindən azad etdi

“3 dəfə dayanmadan üzümə sillə vurdu” - Zümrüd Qasımova - VİDEO - FOTO

Bu şou iflas deyilsə, bəs nədir?

Azərbaycan ağırlıqqaldıranı Avropa rekordu müəyyənləşdirdi

Pərvin sevgilisini rəfiqəsi ilə OTELDƏ "TUTDU" - Qızın xəbəri yoxdur ki, mən bilirəm - FOTO

"Qalmaqalların, brilyant alıb, kimisə tərifləməyin təməlini İlhamə Quliyeva qoyub"

Ərdoğan və Putin arasında görüş başladı - Soçidə

İran səfirinin qızı intihar etdi

AFFA-dan Təmkin Xəlilzadəyə sərt cəza

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Bakıda arvadını bıçaqladı, özü intihara cəhd etdi - TƏFƏRRÜAT

Tolik bahar qızı olacaq - "Rafael və Coşqundan artıq kişi deyiləm"

Hacıqabulda evdən məişət avadanlıqları oğurlanıb

Ermənilər Rusiyada keçirilən yarışda dava salıblar

Anardan plastik əməliyyat etirafı: "Yanaqlarımı çıxartdırmışam"

Futbolçunun arvadı çılpaq şəklini paylaşdı - FOTO

Venesuela prezidentinin Bakıda Qoşulmama Hərəkatının sammitində iştirakı gözlənilir

Bakıda radikallar iflasa uğradılar - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Azərbaycanda tikinti materiallarının istehsalı 70 faizdən çox artıb

Azarkeşlər arasında dava düşdü, futbolçular meydandan qaçdılar - VİDEO

Xuraman evindəki gizli kameraya düşən həmin kadrları PAYLAŞDI - Əri ... - VİDEO

Şəki sakinlərindən narkotik vasitə götürülüb

Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Elcan “Ər və arvad”dan getdi

HUAWEI şirkəti 2019-cu ilin III rübü üzrə maliyyə hesabatını dərc edib

Bakıda kişi tanışının boğazını kəsdi

Qız sevgilisinin telefonunda elə şəkillər gördü ki, özünü asdı - FOTO

Rüşvət alan vəzifəli şəxslərlə bağlı qərar verildi

Bir sıra aparıcı xarici KİV-lər AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini yayıb

“İnstaqramın hesabına məşhur olublar” - Xatun həmkarlarına söz ATDI - VİDEO - FOTO

Pərvin Abıyevanı QAÇIRMAQ İSTƏYİBLƏR - Bəxtimə ağ eşşəkli oğlan gəlib çıxıb - FOTO

Azərbaycanlı aktrisa İspaniyanın nüfuzlu kino festivalında - FOTO

Dünyanın DƏHŞƏTLİ ÜZÜ: Ana 11 yaşlı qızını 1 butulka arağa seks köləliyinə verir

Azərbaycanlı model soyunan həmkarlarını qınadı: "Tutuzdura bilmək üçün..." - MÜSAHİBƏ

Azərbaycanla Polşa arasında yeni saziş təsdiq edildi

Bahar Muradova: "Azərbaycan vətəndaşlarının həmrəyliyi okytabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özünü göstərdi"

Lev Yaşin mükafatına namizədlər - SİYAHI

Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Mərkəzi Seçki Komissiyasına yeni üzv seçilib

Vitse-spiker: "Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir"

Nazir müavini Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində PRİORİTETLƏRİ barədə

Bakıda Qoşulmama Hərəkatının sammitində dörd sənəd qəbul olunacaq

Azərbaycan XİN Ermənistanın Qoşulmama Hərəkatının sammitində iştirakı barədə

Əməkdar artist 30 il sonra arzusuna çatdı - VİDEO - FOTO

Bu gündən Formula 1 Azərbaycan Qran Prisinin biletlərinin satışına başlanılır

Səməd Seyidov: "Destruktiv elementlər Azərbaycanda bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular"

Ukraynada keçmiş nazir vertolyot qəzasında öldü - FOTO

Deputat: "Özləri aldıqları ianələrlə dəbdəbəli həyat sürür, başqalarını küçə yürüşünə çıxmağa vadar edirlər"

Ailə səhvən yeni doğulmuş körpəni dəfn etdi

Almaz Ələsgərlinin qızı yenə hamilədir

Siyavuş Novruzov: "Radikal müxalifət “Sərbəst Toplaşmaq Haqqında” qanunu və Konstitusiyanın maddələrini pozub"

Əli Kərimlinin qaragüruhu yeni saxtakarlığa əl atdı - Bu ağ yalana İNANMAYIN - FOTO

Bu ölkədə də zəlzələ oldu: 6 bal

Tünzalə Ağayeva: "Reytinqli verilişlərdə səviyyəsizliyi, ucuz söhbətləri görəndə utanıram" - MÜSAHİBƏ

Tolik intim görüntüsü yayılan məşhurla görüşmək istədi - PEŞİMAN OLDU - FOTO

Böyük rəzalət! Məşhur futbolçuların 18+ məclisi ilə bağlı şok faktlar açıqlandı

Təranə Qumral qızını PƏRT ETDİ: “Bu paltarı küçədə pis insanlar geyinmir” - VİDEO - FOTO

Siyavuş Novruzov: "Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi"

“Arsenal” “Şeffild Yunayted”ə məğlub oldu - VİDEO - FOTO

“Qalatasaray” Zidanı qovdura bilər

Azərbaycan hər hansı bir ölkənin və ya diplomatik nümayəndəliyin öz daxili işlərinə qarışmasını yolverilməz hesab edir

Üç azərbaycanlını öldürən şəxs ələ keçdi: 17 il sonra

“Çempionlar Liqasında qalib olmaq üçün hazır deyilik” - Qvardiola

Diş ağrılarından bezən kişi özünü asdı

“Qızıl top”a namizəd futbolçuların adları açıqlandı - SİYAHI

Rusiyada qadını öldürüb meyitini gizlədən azərbaycanlı tutuldu

"Qalatasaray" "Real" qarşısına Falkaosuz çıxacaq

İki dəfə boşanan Rəvanın BÖYÜK QIZI - Gözəlliyi ilə təəccübləndirdi - FOTO

Türkiyə futbol tarixində İLK: Qapıçı 20-ci saniyədə... - VİDEO

Adam öldürməkdə şübhəli bilinən aktyor itkin düşdü

Əminənin qatil ərinə ömürlük həbs cəzası verildi

İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir - FOTO

Politoloq: "Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu"

"Real"da həmişəlik qalmaq istəyirəm" - Zidan

Ana qızını oğullarına qısqanıb, boğub öldürdü - İyrənc cinayət - FOTO

"Qalatasaray" "Real"a, "Yuventus" "Lokomotiv"ə qarşı

"Final Yağları" finala qədər "Maşın Şou"nu dəstəklədi

"Qalatasaray" "Real"a, "Yuventus" "Lokomotiv" qarşı

"Səs uşaqlar"ın münsifləri bəlli oldu

Trüdonun Liberal partiyası parlament seçkilərində qalib gəldi

Çilidə hərbi yük maşını etirazçını vurub

"Final Yağları" finala qədər "Maşın Şou"-nu dəstəklədi

Bakıda yaddaş pozuntusu olan 58 yaşlı kişi itkin düşdü

Tramp Türkiyəni sanksiyalarla hədələyib

Türkiyədə avtomobil yolunda partlayış olub: 7 yaralı

Ərdoğan: Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur

Saatlıda minik avtomobili yanıb

Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq (

Pompeo lazım olduğu halda Turkiyə ilə muharibəyə hazır olduqlarını bildirib

Daha 11 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

ABŞ-Çin ticarət danışıqlarının yeni mərhələsi 25 oktyabrda keçiriləcək

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək

Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib - FOTO

Günün qoroskopu: Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın

Makron Suriyada atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulayıb

Frankonun nəşinin ekshumasiyası oktyabrın 24-də olacaq

Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi

Prezident İlham Əliyev: Sizin istefanız iqtidar komandasında təmsil olunan digər yoldaşlara da yaxşı bir örnək olacaqdır

Prezident İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib