AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Prezident İlham Əliyev: "Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq"

  18

Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2" yaşayış kompleksinin açılışında bildirib.

Dövlət başçısı qeyd edib:

"Bu gün sizin həyatınızda çox əlamətdar bir gündür. Siz yeni mənzilə köçürsünüz. Bu münasibətlə sizi və digər bacı-qardaşlarınızı təbrik edirəm. Bu iki yaşayış kompleksinin istifadəyə verilməsi çox gözəl, əlamətdar hadisədir. Burada 1300 köçkün ailəsi ən müasir şəraitdə yaşayacaq. Burada gözəl binalar tikilib, infrastruktur yaradılıb, bütün təchizat təşkil olunub - qaz, su, işıq, istilik, gözəl həyət. Ona görə bu kompleksin istifadəyə verilməsi, əlbəttə ki, ölkəmiqyaslı bir hadisədir.

"Qobu-1" yaşayış kompleksi keçən il istifadəyə verilmişdir və biz açılışda iştirak etmişdik. Orada artıq 1000-dən çox ailə yaşayır, burada isə 1300 ailə və "Qobu-3" yaşayış kompleksində də 1300 ailə yaşayacaq. Beləliklə, 4000-ə yaxın ailə bu gözəl şəraitlə təmin olunub. Məktəblər, uşaq bağçaları, ticarət mərkəzi, tibb məntəqəsi - yaşayış üçün bütün lazımi şərait yaradılıb. Bu qəsəbəyə gözəl yollar da çəkilib, ona görə nəqliyyat problemləri də olmayacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti ağır vəziyyətdə yaşayan vətəndaşların problemlərinin həllində çox böyük addımlar atır. Bildiyiniz kimi, yüz minlərlə köçkün ailəsi evlərlə təmin edilib, yüzdən çox şəhərcik salınıb. Çadır şəhərciklərinin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatıb və hazırda köçkünlərin yaşayışı üçün çox gözəl şərait yaradılıb. Eyni zamanda, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız var, - yataqxanalarda, məktəblərdə, uyğun olmayan binalarda, - onların da problemləri həll olunacaq. Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq. Orta hesabla hər bir ailədə 5 nəfər vardır, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər tikib təhvil veririk. Yəni, bu, əslində bir şəhərdir. İndi Qobu qəsəbəsində yeni bir şəhər yaradılıb. Bütün infrastruktur var. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT Azərbaycanda məcburi köçkünlərə göstərilən qayğı və diqqətin səviyyəsini çox yüksək qiymətləndirir, bir çox ölkələr üçün Azərbaycanda bu sahədə aparılan siyasət bir nümunə kimi göstərilir. Eyni zamanda, bildiyiniz kimi, bu il məcburi köçkünlərə dövlət tərəfindən ayrılan müavinətin həcmi də 50 faiz artıbdır. Hər bir köçkünə bu məbləğ verilir, baxmayaraq ki, o, işlə təmin olunub, təmin olunmayıb. Bu da bizim sosial siyasətimizin nəticəsidir. Biz bundan sonra da ardıcıl olaraq bu siyasəti aparacağıq, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın yaşayış problemlərini həll edəcəyik.

Ancaq əlbəttə ki, əsas məsələ bu gün hələ də işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır. Bunu da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb. Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb - Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür. Uzun illər evlərlə təmin edilmiş soydaşlarımız, - onların bir çoxu Biləsuvarda salınmış köçkün şəhərciyində yaşayıb, - böyük həvəslə öz doğma torpaqlarına qayıdıblar. Bu gün orada həyat qaynayır, əkin-biçin prosesi gedir, abadlıq işləri aparılır, iş yerləri yaradılır.

Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq. Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır.

Bu gözəl yaşayış yerini özəl sektor inşa edib. Bu da bir yenilikdir. Çünki bu günə qədər 100-dən çox şəhərciyi Dövlət Neft Fondunun xətti ilə tikmişik. Mən çağırış etmişdim ki, Azərbaycanda böyük şirkətlər sosial məsuliyyət daşımalıdırlar. Demişdim ki, imkanlı sahibkarlar ağır vəziyyətdə yaşayanlara əl uzatmalıdırlar və şadam ki, mənim çağırışıma özəl qurumlar müsbət reaksiya verib. "Qobu-1", "Qobu-2" və bu gün tikilməkdə olan "Qobu-3" yaşayış kompleksləri 100 faiz özəl sektorun hesabına salınıbdır. Mən bu fürsətdən istifadə edərək, bütün Azərbaycan şirkətlərinə, - kimin böyük imkanı var, kimin o qədər də böyük imkanı yoxdur, - deyirəm ki, həmrəylik göstərməlidirlər, sosial məsuliyyət daşımalıdırlar. Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır. Yoxsulluqla bağlı mübarizə indi görün, nə qədər gözəl nəticə verir. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bunu qeyd edir. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, o da olmamalıdır. Amma biz bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə yoxsulluğun səviyyəsi 10-15 faizdir. Yəni, bu, sadəcə olaraq, necə deyərlər, müqayisə üçün səslənən rəqəmdir.

Ona görə özəl sektor daha da məsuliyyətli olmalıdır. Dövlət bu qədər kömək göstərir, kreditlər verir, şərait yaradır, infrastruktur layihələrini icra edir. Ona görə özəl sektor gərək bu işlərə qoşulsun və Dövlətqaçqınkoma müraciət etsin, desin ki, mən istəyirəm köçkünə bir, beş, yüz mənzil verim. Bu, olmalıdır. Əminəm ki, bu sözlərimdən sonra Dövlətqaçqınkoma ediləcək müraciətlərin sayı çox olacaq. Sizi bir daha təbrik edirəm".

Fəridə Cabbarovanın qardaşı Elxan Qasımov: Çox sağ olun.

Prezident İlham Əliyev: Siz bu günə qədər harada yaşayırdınız?

Elxan Qasımov: Lökbatan qəsəbəsində.

Prezident İlham Əliyev: Kirayədə?

Elxan Qasımov: Xeyr, müvəqqəti verilmiş fin evlərdə.

Prezident İlham Əliyev: O evlər nə vaxt tikilmişdi - bəlkə də 50-60 il bundan əvvəl. Onlar indi söküldü?

Rövşən Rzayev: Bəli, qamış evlərdə yaşayanların hamısı "Qobu Park-1"ə köçürüldü. Mən məruzə etmişdim. Mehriban xanımın tapşırığı var idi, ən çətin vəziyyətdə, zirzəmilərdə, həm də qamış evlərdə yaşayanların hamısı son nəfərə qədər köçürüldü və indi "Qobu Park-1"də yaşayırlar.

Prezident İlham Əliyev: Bu problemi mən çoxdan bilirəm. Çünki mən ilk dəfə Qaradağ rayonundan deputat seçilmişdim. Hələ o vaxt mənim təşəbbüsümlə "Ümid" qəsəbəsi salındı. Mən o vaxt millət vəkili idim. "Ümid" qəsəbəsində təqribən, 300 mənzil inşa etmişdik. Sonra növbəti mərhələdə daha da genişləndi.

Rövşən Rzayev: İndi orada 500 mənzil var.

Prezident İlham Əliyev: Eyni zamanda, Lökbatan qəsəbəsində mənim təşəbbüsümlə bir beşmərtəbəli bina da tikilmişdi və o binanın açılışına ulu öndər Heydər Əliyev də gəlmişdi. O vaxt bu, bir yenilik idi. Çünki dövlətin o qədər də böyük vəsaiti yox idi. Ona görə o vaxt mən təşəbbüs göstərmişdim, bu təşəbbüsə qoşulanlar da oldu, bu addımları atdıq. Yadımdadır, o qamış evlər həmişə narahatlıq yaradırdı. Çünki onlar vaxtilə müvəqqəti tikilmişdi və yaşamaq üçün tamamilə yararsız idi.

Rövşən Rzayev: Mehriban xanımın tapşırığı ilə mən orada olmuşdum və bütün şəkilləri təqdim etmişdim. İndi onlar "Qobu Park-1"də yaşayırlar. Bütün ailələr hər zaman təşəkkürlərini bildirirlər.

Fəridə Cabbarova: Cənab Prezident, Sizi xoş gördük. Siz bilirsiniz ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər, o cümlədən bütün Azərbaycan vətəndaşları Sizi çox istəyir, Sizin fəaliyyətinizə çox böyük dəyər verirlər. Mən yuxumda belə görməzdim ki, Sizinlə, Mehriban xanımla görüşərəm, bir süfrə arxasında əyləşərəm. Bu gün mənim üçün ikiqat bayramdır ki, həm bizə ev verildi, həm də Sizinlə - Ali Baş Komandanımızla bir çay süfrəsi arxasında əyləşmişik. Sizə böyük təşəkkür edirik.

Siz bizim qürur yerimizsiniz. Sizin cəsarətiniz danılmazdır. Bu yaxınlarda beynəlxalq tədbirdə Dağlıq Qarabağ haqqında cəsarətlə dediyiniz sözlərə görə, Sizinlə fəxr edirik. Qürur duyuruq ki, bizim arxamızda Sizin kimi dəyərli Vətən oğlumuz, qardaşımız var.

Sizə bütün qaçqınlar, məcburi köçkünlər, şəhid ailələri adından böyük təşəkkür edirik. Sizin daimi diqqətiniz şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin üzərindədir. Bunu heç kim dana bilməz. Bunu danmaq üçün gərək kar, kor olasan ki, bu gözəllikləri, bu diqqəti hiss etməyəsən.

Özüm haqqında deyim ki, biz əslən laçınlıyıq. Faciədən doqquz ay öncə Xocalı şəhərinə köçmüşdük. Yoldaşım təhsilli idi, o vaxt Xocalı gözəlləşir demişdilər, ora iş üçün getmişdi. Bir aydan sonra dedi, mən utanaram xocalılılardan ki, burada vəzifə axtarım. Mən hərbçi olacağam. Həmin gün Xocalı özünümüdafiə batalyonuna yazıldı və son damla qanına qədər döyüşdü. Övladlarımız Nicat doqquz aylıq idi, Fuad isə iki yaşında. Yoldaşım dedi ki, "Fəridə, səni qohumlarım çıxaracaq. Mən arxada döyüş yoldaşlarımızın üzünə baxa bilmərəm, bir kişi kimi başımı qaldıra bilmərəm".

O gündən də Vətəni üçün getdi, heç məzarı da yoxdur. Övladlarım atalarına layiq böyüdülər, təhsil, hərbi xidmətlərini kişi kimi başa vurub, çavuş rütbəsi ilə gəldilər. Hər ikisinə təhsil vermişəm, Fuad ixtisasca qarmon müəllimidir, Nicat universitet bitirib. Aprel döyüşlərində mən gecə saat 4-də bildim ki, hər iki övladım eyni döyüş bölgəsindədir. Mənə demədən bir-birinə məsləhət ediblər. Fuad deyib, "Nicat, sən subaysan, sən getmə, anamı, ailəmi saxla, mən gedim". Nicat da deyib ki, "Yox, Fuad, sən anaya, ailə-uşağa bax, mən gedim". Yəni, mən fəxr edirəm ki, onları atalarına layiq böyüdə bilmişəm. Nəinki mənim oğlanlarım, şükür Allaha ki, bütün şəhid övladları layiqli vətənpərvər oğullardırlar. İnşallah torpaqlarımız sülh yolu ilə alınsın, amma belə olmasa, onların hər biri Sizin əmrinizlə torpaqlarımızı azad etməyə hazırdır.

Çox sevindim. Bugünkü sevincimi bəlkə də 27 ildə yaşamamışdım. Bəlkə də mənim gözlərim sevincdən bu günə qədər dolmamışdı. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Çox sağ olun. Gözəl övladlar böyütmüsünüz, onlar Vətən uğrunda vuruşmağa hər an hazırdırlar. Azərbaycan gənclərinin mütləq əksəriyyəti vətənpərvərlik ruhunda tərbiyə alır, Vətənə bağlıdır və Vətən üçün hər bir addım atmağa hazırdırlar.

O ki qaldı, şəhid ailələrinin sosial müdafiəsinə, bu, daim diqqət mərkəzindədir. Şəhid ailələri üçün həm maddi təminat təşkil edilib, eyni zamanda, onlara mənzillər verilir. Minlərlə şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin edilib. Qarabağ döyüşlərində fiziki imkanlarını itirmiş soydaşlarımıza bu il 600 avtomobil, son illərdə isə minlərlə avtomobil verilib. Mən deyə bilərəm ki, Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət tərəfindən göstərilən qayğı doğrudan da bir örnəkdir. Çünki bu gün biz də, siz də bütün dünyada gedən prosesləri izləyirik, görürük ki, müxtəlif ölkələrdə qaçqınlar böhranı yaşanır, o cümlədən Avropada və o qaçqınlar hansı vəziyyətdə yaşayırlar. Onların bir çoxu dənizdə batır, bir çoxu isə elə bil ki, xüsusi qəfəs içində saxlanılır. Onlara qeyri-insani münasibət göstərilir, şəxsiyyəti alçaldılır və bir çoxları tamamilə yararsız yerlərdə yaşayır. Televizorda bunu görürük. Mən 2003-cü ildə vəd etmişdim ki, prezident seçilərəmsə, ilk növbədə, qaçqın şəhərciklərini ləğv edəcəyəm. Çünki tamamilə bizə yaraşmayan bir mənzərə idi. Düzdür, o vaxta qədər bizim maddi imkanlarımız yox idi ki, bunu edək. Ona görə bunları biz 2007-ci ildə ləğv etdik, bir dənə də qalmadı. Ondan sonra keçdik yataqxanalara, məktəblərə, uyğunsuz binalarda yaşayan soydaşlarımızın problemlərinin həllinə. İndi hər il bu məqsədlə ancaq tikinti üçün yüz milyonlarla manat ayrılır. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Biz hamımız əminik ki, Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa edəcəkdir. Bizim gücümüz də artır, əhalimiz də artır. Bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. İllər keçəcək, əhalimiz daha da artacaq, gücümüz daha da artacaq və istədiyimizə nail olacağıq.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin. Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında bu cəfəng sözləri demişdir. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin - canlı efirdə, Rusiyada, mötəbər "Valday" Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam.

Fəridə Cabbarova: Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz.

Prezident İlham Əliyev: Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin.

Birinci xanım Mehriban Əliyeva: Artıq bilirsiniz nə zaman olacaq?

Prezident İlham Əliyev: Tarixi məlumdur?

Fəridə Cabbarova: Bəli, deyərik.

Prezident İlham Əliyev: Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik.

Birinci xanım Mehriban Əliyeva: Böyük məmnuniyyətlə gəlib iştirak edərəm.

Prezident İlham Əliyev: Bilirsiniz ki, Mehriban xanım da bu məsələ ilə çox ciddi məşğuldur. Onun yeni fəaliyyət dövründəki ilk tədbiri məhz məcburi köçkünlərin problemlərinə həsr edilmişdir. Bu məsələni daim diqqətdə saxlayır və bu şəhərciklərin ərsəyə gəlməsində də onun böyük əməyi vardır.

Fəridə Cabbarova: Bəli, biz onu bilirik. Mehriban xanım keçən dəfə də buraya gəlmişdi. Hətta onu o qədər öpdülər ki, mən dedim, ay Allah Mehriban xanımın nə qədər səbri var. Çox sağ olsun, Mehriban xanımın da gördüyü işlər danılmazdır. Hər ikinizə minnətdarıq, Allah Sizləri Azərbaycana çox görməsin. Həmişə Sizi bir yerdə görək, ölkəmizin başında olasınız və xalqımız Sizinlə daim fəxr etsin, qürurlansın.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Elxan Qasımov: Yeni evimizdə ilk qonaq Siz olduğunuz üçün çox sağ olun. Sizin sözləriniz bizə ruh verir. Biz Sizin rəhbərliyinizlə Qarabağı azad edəcəyik, səhhətimdə problem olsa da, Sizin hər bir əmrinizə hazıram. Sağ olun.

Fəridə Cabbarovanın nəvəsi: Doroqoy Prezident, ya vas uvajayu i vas lyublyu.

Prezident İlham Əliyev: Nə gözəl uşaqdır.

Fəridə Cabbarova: Birinci sinfə gedir, rus dilində oxuyur.

Demokratikmusavat.com

Xəbər Lenti

Ermənilərin hücumuna məruz qalan azərbaycanlı jurnalist danışdı - ŞOK TƏFƏRRÜAT - VİDEO

Prezident İlham Əliyev: Ümid edirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlar

Günün qoroskopu: çox işləmək lazım gələcək

Almaniya üçün yeni rəqiblər - İspaniya və İtaliya

Azərbaycan Prezidenti: Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır

Prezident İlham Əliyev: Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar

Bakıda 5 evdən oğurluq edən şəxs saxlanıldı

Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Prezident İlham Əliyev: “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli mexanizmlərdən biridir

Bu şəxs xəstəliyi səbəbindən gülə bilmir

Dünyanın ən məşhur SOUSLARI -SİYAHI

ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi tərəflərini əlavə humanitar tədbirlər görməyə çağırır

Nevrozu təbii vasitələrlə YOX EDİN

Millimizin oyunlarında da VAR olacaq

Daxili qanaxma nədir? - Əlamətləri, səbəbləri və ilkin tibbi yardım

"Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş

"Traktor" autsayderlə bacarmadı

BDU tələbələrinin toksiki zəhərlənməsi nə deməkdir? – Qızları qəsdən zəhərləyiblər VERSİYASI

Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır

Mbappe 10-luqda

"Salah vingerdən eqoist hücumçuya çevrildi"

Şenol Günəş Olimpiya Stadionunda - FOTO

"İtaliyada mənə "qaraçı" deyirdilər" - Zlatan

Bakıda "Viva Opera" adlı qala konsert keçiriləcək

Professor: “Bu millətin mayası qəddarlıqdan yoğrulub” - Müsahibə

Yatmaq formanız xarakterinizdən xəbər verir

Bu 5 xəstəliyin səbəbkarı telefonunuzdur – Müasir smartfon sindromları

Hikmət Hacızadə: “Ərdoğan bu oyundan qalib çıxdı” – Müsahibə

KXCP parlament seçkilərində iştirak edəcək

Bakının Abbasqulu Abbaszadə küçəsində hərəkət məhdudlaşdırılacaq

Xidmət iti sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı

“Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

Damarların əsas düşməni bunlardır - SİYAHI

Hazard "El Klassiko"nu buraxacaq

Parisdə ara qarışdı, polislə aksiyaçılar toqquşdu - FOTO

Pakistan gözəli faciəli şəkildə öldü - FOTO

Prezident İlham Əliyevin müsahibəsi “Rossiya-24” telekanalının “Bakutel-2019” sərgisi ilə bağlı reportajında yer alıb - FOTO

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard manatdan çox olub

İzmirdə silahlı atışma: 10 nəfər yaralandı - FOTO

Klopp 100-ə çatdı

Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

“Barselona” 17 yaşlı futbolçuya 170 milyonluq avro qiymət qoydu

Prezident İlham Əliyevin parlamentin buraxılması barədə sərəncamı Azərbaycanın rifahına yönəlib - Ekspertlər

"İnstaqram əxlaqsızları müğənni edib"

Ərdoğan Londonda məscidin açılışını etdi - Avropada ilk - FOTO

"Liverpul"dan yeni rekord

Ankarada xüsusi əməliyyat - 20 tondan artıq saxta spirtli içki müsadirə edildi

Daxili orqanında 142 metadon həbi aşkar edildi

Opera və Balet Teatrında "Viva Opera" adlı qala konserti keçiriləcək

Falkao "Qalatasaray"dan ayrılır?

Sevgilisindən Ronalduya dəstək: "Sən ən yaxşısan"

Onlar necə formada qalırlar?

Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub - FOTO

Nazirlik bələdiyyə sədrinə “məcburi göstəriş” verdi - FOTO

Gülnarə Kərimovanın həbs müddəti uzadıldı

Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib

Gürcüstandan gələn avtomobildə narkotik tapıldı

"Azərbaycandakı oyunlarda ev sahibi kimi olacağıq" - "Fənərbağça"nın futbolçusu

Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib - FOTO

"Qarabağ"ın futbolçuları universitetin qonağı oldu - FOTO

Azərbaycanla Finlandiya arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO

Türkiyədə axtarışda olan 7 İŞİD üzvü həbs olunub

Beynəlxalq Muğam Mərkəzi “Muğam dünyasına səyahət” adlı layihəsini bu dəfə Pirallahıda reallaşdırdı

Elmar Məmmədyarov: "Azərbaycan vasitəçilərdən öz mandatlarına uyğun ciddi fəaliyyət göstərmələrini gözləyir" - FOTO

“Pirotexniki vasitələr, xüsusən uşaqlar və yaşlı insanlar üçün təhlükəlidir...” - Ekspert

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gedib - FOTO

Azərbaycan Kubokunda 1/4 final oyunlarının vaxtı açıqlandı

“Narınc Rüstəmova qardaşım uşaqlarına saxta sənəd düzəltmişdi”

Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub

Atanın dovşana tuşladığı güllə oğlunu öldürdü - FOTO

İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrlə bağlı Komissiya yaradılıb

Heydər Əliyev Fondu Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonuna görə xüsusi mükafata layiq görülüb - FOTO

Lavrov: “Soyuq müharibə”dən sonra NATO və Rusiya arasında gərginlik bu həddə olmayıb”

Medvedev: "Rusiya “Youtube”a qadağa qoymayacaq"

Çavuşoğlu: "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır”

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

Elxan Ələsgərov: "Yeni parlamentə vacib qanunvericilik qərarları qəbul edəcək gənc kadrlar cəlb etmək lazımdır" - VİDEO

Dənizdə FACİƏ: yüzlərlə ölü və yaralı var

Prezident büdcədən İlham Əliyev 11,8 milyon manat ayırdı

Prezident İlham Əliyev Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

20 yaşlı qızı öldürən şəxsdən şok açıqlama: "Peşman deyiləm"

Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək

Miroslav Layçak: "ATƏT prinsipləri münaqişələrin qarşısının alınması üzrə işin əsasında dayanmalıdır"

Vağzaldan üz döndərən sakinlər - Buna səbəb nədir? - VİDEO - FOTO

Milli Məclis buraxıldı, seçkinin vaxtı təyin olundu: bəs müxalifət nə edir?

Əli Əhmədov: "YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırır"

Fransada genişmiqyaslı tətil keçirilir - Nəqliyyat sistemi iflic oldu

Cütlük bir gün fərqlə həyatla vidalaşdı

Yasamalda kişi meyiti tapıldı - FOTO

Milli Məclisə növbədənkənar seçkilərin VAXTI bilindi - SƏRƏNCAM

Argentina səfiri: AZƏRTAC-ın ispan dilində xəbər yayması təqdirəlayiqdir - FOTO

"İnsan insanı bu qədər sevərmi?" - Zaurdan Günaya

Qız təlim maşını ilə zəncirvari qəzaya səbəb oldu

"Radikal müxalifətin qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək"

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır"

ABŞ Suriyanın şimal-şərqindəki qoşunlarını çıxardı

“Bir nəfər mənə yazmışdı ki, bizi qoyub, hara gedirsiniz?”

Miroslav Layçak: "Dağlıq Qarabağ münaqişəsinin real eskalasiya təhlükəsi mövcuddur"

Türkiyəli bloqer həbs olunacaq

Şenol Günəş Bakıya gəldi - FOTO

Premyer Liqamızda ilin son turunun hakimləri

YAP seçkilərə BU namizədlərlə GEDƏCƏK - Siyavuş Novruzov AÇIQLADI

"Günay anama onu etsə, üstündən xətt çəkərəm" - FOTO

Azərbaycanda qətl törədib Rusiyaya qaçdı, başqa cinayətdən həbs olundu

İspaniya Superkuboku oyunlarının vaxtı açıqlandı

Komitə sədri: "Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir"

Türkiyə futbolunun əfsanəsi Bakıya toya gəlibmiş

"Milyonçu"nun aparıcısının həyətindən insan sümükləri tapıldı - FOTO

Səfir: "Qazaxıstan və Azərbaycanı uzunmüddətli iqtisadi münasibətlər birləşdirir"

Meyxanaçı Ağamirzə illər əvvəl - FOTO

“Yeganə ifaçıyam ki, daydayım yoxdur” - Əməkdar artist - VİDEO - FOTO

Azərbaycanlı məşhur efirdə ÇİY YUMURTA İÇDİ - Halı pisləşdi - FOTO

Azərbaycan Ermənistanla eyni səbətdə - Millətlər Liqası

"Yeni ilə iPhone ilə" kampaniyası davam edir

Liverpul derbisində 7 qol - VİDEO - FOTO

DİN başçısı işdən çıxarıldı, başı qırxıldı, üzr istədi - VİDEO

Azərbaycanlı qadın İsveçdə deputat oldu - FOTO

Azərbaycana qarşı informasiya savaşını kimlər aparır? - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Cütlük ikinci dəfə eyni yerdə sevişərkən tutuldu - Metroda biabırçılıq - FOTO

Millimizin futbolçusu həbs oluna bilər

Yerevanda nazir müavini ilə klub prezidenti saxlanıldı

İranın yol və şəhərsalma nazirinin müavini Bakıya gəlir

"Çelsi" "Aston Villa"ya belə qalib gəldi - VİDEO - FOTO

Qadın metroda iki kişiyə təcavüz etdi - Kuryoz olay - VİDEO - FOTO

"Qalatasaray" evdə 3-cü liqa klubuna belə uduzdu - VİDEO - FOTO

Niyam Salami anası itirdi

Neymarla Mbappe PSJ-yə qələbə qazandırdı - VİDEO

Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir

"Mançester Yunayted" Mourinyonu məyus etdi - VİDEO - FOTO

"Əndamın yansın, Roza" - Aparıcı efirdə özünü saxlaya bilmədi - FOTO

Azərbaycanın mülki aviasiyası: Gələcəyə inamlı baxış - FOTO

Rəşad Sadıqovla azarkeş arasında gərginlik: "Başın gedib sənin?" - VİDEO

Tatarstanda neftdoldurma stansiyasında partlayış: yaralananlar var - VİDEO

Sürücü ona yol verməyən taksi sürücüsünü güllələdi - VİDEO

İtkin düşən modelin çimərlikdə meyiti tapıldı

Azərbaycanın tanınmış aktrisası qızını uşaq evinə atıb

İran və Azərbaycan münasibətlərin inkişafı istiqamətində çoxlu müsbət addımlar atıblar

Nişan üzüyünü udan qadın öldü - FOTO

“Ehtiyatlı ol, son cinayətim sən ola bilərsən”

Qanlı bayram: Nepalda 100 min heyvan qurban kəsildi – FOTO

Bu gün ATƏT Nazirlər Şurasının 26-cı görüşü işə başlayır

Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı artıb

"Ağdaşda açılan yol sayəsində məhsullar tez və xarab olmadan istehlakçıya çatdırılır ki, bu da öz növbəsində vətəndaşların sosial rifahına müsbət təsir edir" - FOTO

"Zirə"də yeni rekordçu

Hələbin atəşə tutulması zamanı 10 nəfər həlak olub

Çində 4,5 bal gücündə zəlzələ baş verib

Füzulidə top mərmisi tapılıb - FOTO

"Mançester Yunayted" "Tottenhem"i uddu

Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək

Nizami Gəncəvinin türk dilində nəşr olunan “Xəmsə”sinin təqdimatı keçiriləcək

Pike Kataloniyanın ən yaxşı futbolçusu seçildi

Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

“Qalatasaray” “Tuzlaspor”a uduzdu - Türkiyə kubokunda

“Xalça diyarına səyahət” uşaq festivalı keçiriləcək

Kriştianu və Messi rəqabəti bitib?

Bakıda avtobus sürücüsü piyadanı döyüb

Bakıda motosiklet yük maşını ilə toqquşub, xəsarət alan var

5 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələrinə təslim olub

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib