AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Nə eşq olaydı, nə aşiq... - Azərbaycanın səhnədə can verməyi arzulayan “KOR ƏRƏB”i - VİDEO

  25

Demokratikmusavat.com Modern.az-a istinadən Məmmədəli Əliyev haqdamaraqlı yazını oxucularına təqdim edir. 

Kor ərəb yandırıb-yaxırdı... Məmmədəlini də bu oda qalamışdı. Görəsən, sənət yanğısıydı, yoxsa bir ərəbin kor bəxtinəmi ağı deyirdi?! Bəlkə, öz dərdləriydi onu belə oxudan?!   Bircə himə, bəhanəyə bəndiymiş kimi. Kimsə bilməz, özündən savayı...

...Əliqulu kişi bu dünyadan köçəndə gözü arxada qaldı. Uşaqları hələ körpəydi, heç birinin əli çörəyə çatmamışdı. Gümanı təkcə ömür-gün yoldaşı Xədicə xanımaydı. O gündən  Xədicə xanım yeddi körpəylə bir dam altında qaldı.

...Məmmədəli uşaqlarının ilkiydi.  Amma anası onun da, balacaların da ixtiyarını qızların böyüyünə vermişdi.

Bacısı Töhfə Əliyeva:

-Anam hər səhər uşaqları yuxulu-yuxulu qoyub işə gedirdi. Uşaqlar da, ev-eşik də mənə baxırdı. Anam tapşırırdı ki, mən gələnə kimi uşaqları həyətə çıxmağa qoyma.  Kim sözünə baxmasa, cəzasını ver. Məmmədəli heç vaxt dəcəllik eləmirdi. Məni hamıdan çox istəyirdi. İş-gücdə də dadıma çatırdı. Özü də qız kimi səliqəliydi, tökdüyünü yığışdıranıydı. Dükan-bazara da onu göndərirdim. İşimizi yerbəyer eləyəndən sonra  başlayırdıq "Çilikağacı", "Gizlənqaç", "Qaçdı-tutdu" oynamağa"...

Tanrı bu ailəyə ayrıca istedad, bacarıq  vermişdi, evdə hər kəsin gözəl səsi vardı.

- Atamdakı səs Allah vergisiydi. Avazıyla, dərvişliyiylə tanınardı. Çoxunun toyunu, xeyir işini o yola vermişdi. Adına Dərviş Əliqulu deyərdilər. Onun şirin səsi qardaşıma da keçmişdi. Məmmədəli balacalığından oxuyanıydı. Bir iş görən kimi zümzümə eləməyə başlayırdı. Özü də səsini atama oxşadırdı. Həmişə anam deyirdi ki, atan oxuyanda Məmmədəli oturub diqqətlə qulaq asırdı. Sən demə, atamın hərəkətlərini, necə oxuduğunu bala-bala yığışdırırmış. Mən də Məmmədəlidən "oğurlayırdım".  O oxuyan kimi bir yerə girib gizlənirdim.  Dinməzcə qulaq asırdım. Fikirləşirdim, görəsən, mən də onun kimi oxuya bilərəm? Xəlvətə düşəndə onu yamsılayırdım. Görəndə ki alınır, sevindiyimdən atılıb-düşürdüm. O vaxtlar İsmayıl Rzayev-Ağabacı Rzayevanın atası bizə gəlib-gedirdi. O çalırdı, Məmmədəli də oxuyurdu. Mən də, bacım Leyla da qulaq asırdıq.

Məmmədəlinin söz düzüb-qoşmağı da vardı. Təxəllüsü "Sail"idi.  Bu imzayla 300-ə qədər şeir yazmışdı. 

- O vaxt imza sirrini təkcə bacım Leylaya  demişdi. Bir gün mən də öyrəndim. Soruşdum ki, ay Məmmədəli, niyə şeirlərini "Sail" adıyla yazırsan? Dedi,  "Sail" "avara", "dərdli" deməkdi. Elə mən də dərdin avarasıyam. Fikir eləyirdi, kasıbçılığımızı ürəyinə salırdı. Anamın əzab-əziyyətinə dözə bilmirdi. Yazıq arvad bizdən ötrü saçını da kəsib satmışdı..."

Məmmədəlinin oxumağından məktəbdə də xəbər tutmuşdular. Bir tədbir olan kimi onu axtarırdılar:
 

- Müəllimləri anama tapşırmışdı ki,  nəbadə oğlunu başqa sənətə qoyasan. Ondan yaxşı xanəndə çıxacaq. Bu sözü Əhməd Bakıxanov da deyirdi. Qonşumuzuydu, ailəmizə də yaxın adamıydı. Görürdü ki, Məmmədəlinin istedadı var. Mənim də səsimi bəyənmişdi. Hər dəfə evimizə gələndə ordan-burdan söhbət eləyib axırda sözü gətirirdi  bizim üstümüzə.

1940-41-ci illəriydi,  axır ki, anamdan icazə alıb bizi öz ansamblına gətirdi. Qardaş-bacı bir yerdə oxuyurduq. 42-ci ildə Məmmədəlini cəbhəyə göndərdilər. 45-də yaralanıb qayıtdı. Sonra Milli Dram Teatrına getdi. Mənsə daha oxumadım...


...Axır vaxtlar bacıları Leylanın, Töhfənin Məmmədəlidən gözü su içmirdi. Oğlan nəsə dəyişmişdi elə bil. Bacılar bir də ayıldılar ki, Məmmədəliylə xalası qızları Böyükxanım bir-birinə aşiqdilər. Bu sevda hamının ürəyindən xəbər verdi. Evləndilər. Amma sevgiləri qısaömürlü oldu, ayrıldılar.

Yenə sevgi... yenə həyəcan...Məmmədəli teatrda qəşəng bir qıza vurulmuşdu. O  qız Zöhrəxanım idi:

- Dava vaxtıydı, qızları da cəbhəyə çağırırdılar. Mənə də "poveska" gəlmişdi. Qardaşım döyüşdəydi, anam da xəstə. Özümsə tələbəydim. Bir dəfə təsadüfən qəzetdə oxudum ki, Milli Dram Teatrında teatr studiyası açılıb. Orda işləyənləri əsgərliyə çağırmırdılar. Getdim,  yoxladılar.  Etüd göstərdim, rəqs elədim, şeir dedim. Xoşlarına gəldi. Amma Azərbaycanca yaxşı danışa bilmədiyimə görə bir az tərəddüd elədilər. Sonra dedilər, gözəlsən, teatrda saxlamaq olar. O gündən işləməyə başladım. Məmmədəlini də orda gördüm. Qaraqaş, qaragöz oğlanıydı. Hiss eləyirdim ki, mənə meyli var. Bir gün yaxınlaşıb məni sevdiyini dedi. Özümü itirdim. Sonra dedim ki, mənim qardaşım davadadı, o qayıtmayınca ərə getmək istəmirəm. Amma ürəyimə girmişdi. Evdə anama danışdım, gördüm, narazıdı. Sonra bir  söz demədi. Mən də Məmmədəliyə "hə" verdim.
 

Bacısı Töhfə Əliyeva:
 

- Məmmədəli də gəlib evdə demişdi ki, istədiyi qız var. Anamın ağzını arayırdı, görsün, nə deyir.  Anam da qayıtmışdı ki, elə şey yoxdu, birincidən gördüyümü görmüşəm.

Bir gün hamımız evdə oturmuşduq, qapı açıldı. Gördük, Məmmədəli bir qəşəng qızın əlindən tutub içəri girdi. Hamımız məəttəl  qaldıq. Anam  daha bir söz demədi.

Xudmani məclis quruldu, qohum-əqrəba cavanların başına yığışdı...

Dünyaya beş uşaq gətirdilər. Bir-birindən gözəl...

Həyat yoldaşı Zöhrəxanım:

- Yaman uşaqcanlıydı, hara gedirdisə, hədiyyəsiz geri qayıtmırdı. Məni də çox istəyirdi, "ulduzum" deyirdi. Qoymazdı bazar-dükana çıxam. Axşamdan soruşurdu ki, sabah nə bişirmək istəyirsən,  gedim  bazarlıq eləyim. Könlümə nə düşürdüsə, səhər tezdən hazır olardı. Qonşular deyirdilər ki, sən dünyanın ən bəxtəvərisən, Allah sənə belə kişi qismət eləyib.

Həm də qısqancmış...
 

- Küçəylə gedirdik, hiss eləyirdi ki, mənə baxırlar. Az qalırdı, ürəyi partlasın. Deyirdi, istəyirəm, məndən başqa səni heç kəs görməsin. Mən də onu qısqanırdım. Yaraşıqlıydı axı. Qızların gözü ondaydı. Tez-tez evə zəng eləyib aramızı vurmaq istəyirdilər. Dəstəyi götürürdüm, başlayırdılar ki, heç bilirsən, ərin hardadır? Bu saat qəşəng bir qızla qol-boyundu.  Mən də başlayırdım ağlamağa. Məmmədəli evə gələn kimi onu sorğu-suala tuturdum. Deyirdi, ay dəli, səni cırnadırlar. Könlümü alırdı, hər şeyi unudurdum.

...Məmmədəli Əliyev düz 22 iliydi ki, teatrda işləyirdi. "Xosrov və Şirin"də Özanı,  "Qatır Məmməd"də Aşığı, "Vaqif"də xanəndəni, "Hind gözəli"ndə arabaçını, "Seyx Sənan"da Kor ərəbi oynamışdı. Kor ərəb bir səs-küy qoparmışdı ki! Özünün də ürəyindəniydi, lap tikanını çıxarmışdı. "Deyirdi, mən o mahnını oxuyub qurtaran kimi Bülbül səhnəyə çıxdı, əllərimi sıxıb dedi ki, sağ ol, Məmmədəli, nə gözəl oxudun!"

"Hind gözəli"ndəki arabaçının mahnısını  ruhuna daha yaxın bilirmiş. Deyirmiş, o mahnıda yanğı, kövrəklik, hiss çox güclüdü, elə bil öz ömrünü oxuyur... 

Amma bu ömrün sonu teatrdan iraq düşdü. Səhnədə can verməyi arzulasa da, kamına çatammadı...
 

"Bütün günü teatrdaydı.  Aldığı maaş isə  heç çörəkpuluna da bəs eləmirdi. Bir yandan da qədir-qiymətini bilmədilər. Məşqlərdən macal tapsaydı, toylara gedərdi. Təki balaları korluq çəkməsin. Çox götür -qoydan sonra fikirləşdi ki, teatrdan çıxıb getsə, yaxşıdı. 1968-ci ildə qərarını verdi. Elmlər Akademiyasında işə düzəldi. Hərbi kafedranın müdiri idi. Hərbdən başı çıxırdı, müharibədə komandir olmuşdu axı..."

Amma onun soyuq hərblə "dostluğu"  17 il çəkdi. Ürəyi tıncıxırdı, nəsə çatışmırdı. Çatışmayan nəğməydi, musiqinin isti nəfəsiydi. Ürəyi soyuğa, şaxtaya tablaşmadı, susdu...

Töhfə xanımsa yaddaşlarda "Simayi-Şəms" in ən gözəl ifaçısı kimi qaldı.
 

-  Müharibə illərində bu mahnını o qədər oxumuşam ki! Yadımdadı, xəstəxanalardan birində konsert verirdik. "Simayi-şəms"i orda oxudum.  Mahnı bir yaralı əsgərin çox xoşuna gəlmişdi. Sonra mənə məktub yollamışdı. Yazmışdı ki, Töhfə xanım, siz elə oxudunuz ki, mənim bütün yaralarım sağaldı...

Gün gəldi, onun yaraları sağaldan səsi səhnəyə həsrət qaldı. Bu həsrətsə Töhfə xanımın ürəyində yaraya  döndü...

1998

Redaksiyadan: Azərbaycanın tanınmış müğənnisi Məmmədəli Əliqulu oğlu Əliyev (ədəbi təxəllüsü Sail) "Kor ərəbin mahnısı"nın ilk ifaçısı olub. M.Əliyev 8 mart 1936-cı ildə Baklıda dünyaya gəlib.

Uşaqlıqdan gözəl səsi vardı. Bundan əlavə, Məmmədəli şeir, qəzəl də yazırdı. Şeirlərini "Sail" (dərdli avara) təxəllüsü ilə qələmə alırdı. Bu imzayla 300-ə yaxın şeir, qəzəl, müxəmməs, təmsil, qoşmalar yazıb
1940-1941-ci illərdə Əhməd Bakıxanov Məmmədəlini və bacısı Töhfəni öz ansamblına gətirib.
1942-ci ildə Məmmədəlini cəbhəyə göndəriblər. 1945-də yaralanaraq qayıdıb. Sonra Milli Dram Teatrına işləyib. Məmmədəli Əliyev 22 il teatrda çalışır. Əksər tamaşalarda oxuyur.
O, iki dəfə ailə qurub. İkinci evlilikdən 5 uşağı dümyaya gəlib.
Məmmədəli Əliyev ömrünün sonlarına yaxın teatrdan uzaqlaşır. Səhnədən uzaqlaşandan sonra 1968-ci ildə Elmlər Akademiyasına işə düzəlir. Hərbi kafedranın müdiri olur.
Məmmədəli Əliyev 1983-cü ildə vəfat edib.
Müğənni İlqar Sail onun oğludur.

Demokratikmusavat.com

Xəbər Lenti

Müqavimət göstərməkdən başqa çarəmiz yoxdur - Həsən Ruhani

Əri ilə yataq sirrlərini açıqladı: "Yaxşıdır" - FOTO

Onlar bizi "hədə"ləyirlər

“Atamın mahnılarına siyasi rəng verirdilər, o da hirsini anamın üstünə tökürdü” - Xalq artisininin oğlu

“APOEL düşündüyüm futbolu oynamır” - Tomas Doll

Canlı yayımda intihar edib

Bu ölkədə də zəlzələ baş verdi - 5,2 bal

Deputat: "Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi"

Kin, xəyanət və məkr: Bakının mərkəzində yad ssenarili iflas

AVRO-2020-nin himninin müəllifi məlum oldu

126 milyonluq transfer sıradan çıxdı

Pentaqondan Suriya açıqlaması: Vəziyyət sabitləşir

Məşhur idmançıya qarşı təcavüz iddiası - Qızın 20 yaşı var

Perm sakini canlı yayımda intihar edib

Deputat: "Ölkədə qarşıdurma yaratmağa cəhd edən radikal müxalifət növbəti dəfə xalq tərəfindən boykot edildi"

Əli Əhmədov: "Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir"

Elnarə Abdullayevadan qalmaqallı sözlər: "Gəlin qayınananın sözünü “yeyə” bilmirsə, çıxıb getsin" - VİDEO

Renat Dadaşovdan qələbə qolu

Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq - VİDEO

Putin Merkellə danışdı

“FIDE Grand Swiss 2019”: Şahmatçımız Nicat Abbasov 9-cu turu qələbə ilə başa vurdu

YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi

Məşhur müğənninin qızını huşsuz hala gətirib evini soydular - FOTO

Əli Kərimlinin hospitalda müayinəsi zamanı səhhətində problem olub? - RƏSMİ AÇIQLAMA - VİDEO

“Nəyim vardı səndən ötrü dəyişdi” - Xatirə İslam

Meksikada FACİƏ: çox sayda ölən və yaralanan var

“Qvardiola məşqçi kimi fenomendir, insan kimi isə...” - İbrahimoviç

“Ded Xasan”ın qətlinin üstü açılır - Sifarişçi məlum oldu...

"İzdihamlı mitinq" imitasiyası, hesablanmış taktika

Qənirə Şəmmədqızı: Tənqidlərə görə bu sənətdən gedirəm, daha efirə çıxmayacam

Ya rədd olub gedəcəklər, ya da... - Yıldırım

Trampdan yenə sərt sözlər: “Hillari Klinton ağlını itirib”

Politoloq: "Azərbaycanın bu günə qədər əldə etdiyi uğurların coğrafiyası genişdir"

"Türkiyə diz çökdü" deyənlərə Feyzioğludan gözəl cavab

Kürəkənləri Təranə Qumrala ad günündə bahalı hədiyyə verdi

Terrorçular atəşkəsi pozdu, türk əskəri Suriyada şəhid oldu

Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar - Bəhruz Quliyev

Polşa BMT-nin İnsan Haqları Şurasına üzv seçilib

İranı 18.4 milyard dollara yola gətirmək cəhdi

Suriya hökuməti üç vilayətdə neft yataqları üzərində nəzarəti təmin edib

Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək

Rusiyanın “ən təhlükəli” hərbi gəmisi bəlli oldu

Bu ölkədə iğtişaşlar zamanı supermarket yandırılıb: 3 ölü

Çində fabrikdə yanğın: 4 ölü, 3 yaralı

"Bavariya"dan xal itkisi

"Barselona"dan böyükhesablı qələbə, "Real" uduzdu - VİDEO

Pompeo teraktla bağlı bəyanat verdi

"Barselona"dan böyükhesablı qələbə, "Real" uduzdu

“Yuventus” və “Napoli”dən növbəti qələbə - VİDEO

Bu ölkədə prezident və parlament seçkiləri keçirilir

"Brexit" yanvarın 31-dək təxirə salına bilər

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

Pompeo terakt haqda bəyanat verdi

Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar

Berlində qatarda yanğın: xəsarət alan var - VİDEO

Vuçiç Putinlə görüşməyi planlaşdırır

Mərziyyə Məhərrəmova Avropa birinciliyindəki çıxışlarımıza start verdi

Bu ölkədə etiraz aksiyası zamanı 308 nəfər saxlanılıb

Makron Consonu "Brexit" üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb

Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib

BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb

Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı PROQNOZ

Ayla Bəhramqızı: Bir dəfə istədim dəftərə 100 arzumu yazım, 3 dənədən artıq tapa bilmədim... - Debüt - FOTO

"Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər" - Mənim balam - FOTO

Daşınmaz əmlak dövriyyəsini sivil formaya salacaq addım

Bütün Azərbaycanın haqqında danışdığı oğlan - Portret - FOTO

İmperatorun taxta çıxması ilə əlaqədar cinayətkarlar əfv olunacaq

Kuba prezidenti Azərbaycana səfər edəcək

Günün qoroskopu: tələsik, düşünülməmiş qərarlar qəbul etməyin

Putin və Merkel arasında telefon danışığı olub

Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib

Azərbaycan Mətbuat Şurası mitinqdə jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb

İnək kişini ölümcül vurdu - Gəncədə

Merkel Putinlə 4 məsələni müzakirə etdi

Dünyadakı yanlış sistem çat verir - Ərdoğan

ABŞ-ın Suriyada olmasının məqsədi bilinmir - Zaxarova

"Qəbələ" "Qarabağ"ı dayandırdı, "Sabah" növbəti xalı qazandı - YENİLƏNİB

Ərdoğan: Terrorçuluğa qarşı səmimi mübarizə aparan hər kəs Türkiyəni dəstəkləməlidir

"Araz və Elvin bəxtsiz futbolçulardır" - Qurban Qurbanov

"Keşlə" qalib gəlir, Qəbələ" "Qarabağ"ı dayandırdı - YENİLƏNİR

Baxşiyev "Qarabağ"dan necə xal almalarından danışdı

Millimizin üzvü üçün 90 dəqiqə və sarı vərəqə

Şamaxıda 3 otaqlı ev yanıb

Böyük Yeddilərin növbəti sammiti Trampın mülkündə keçiriləcək

Livanda on minlərlə insan küçələrə çıxıb

Sibirdə mədəndə bənd çöküb: 15 ölü

Siyavuş Novruzov: Radikal müxalifət bir daha biabırçı uğursuzluğa düçar oldu

Xalq artistinin qızı göz yaşı tökdü: “Şokdayam, yaşananlara inanmıram” - FOTO

Roza oğlanlarına ev alıb