AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

İtmiş Gültəkinin nağılı: xəyanət, yalan, şər...

  11

Azərbaycan ədəbiyyatında, nəsrində və nəzmində böhran yaşandığı danılması mümkün olmayan gerçəkdir. Əsas problem də süjet sayılır.

Halbuki gündəlik həyatda elə hadisələr yaşanır ki, onlar dahi yazarların əsərlərindəki süjet kolliziyalarını belə geridə qoyur.

Bəşər övladının xislətinin varoluşdan bəri dəyişməsinin bariz nümunələri çoxdur. Onların arasında ədalətdən danışıb ədalətsiz yaşayan və bunu norma sayanlar da az deyil, əfsuslar.

Özünün ikili, üçlü, beşli maskalarını dəyişərək yaşadığı həyatını başqalarına yük edən, öz yükünü daşıya bilməyib başqalarını əzən və bununla da yetməyib, başqalarına ağıl öyrətməklə məşğul olan insan kimdir?

Sosial ədalət arayan, demokratiya uğrunda mübarizə apardığını deyən, vicdan və şərəfini loqotipli geyim təki vücudunda oynadan adam nə istəyir?

Çətin suallardır, amma cavab sadədir. Çox sadə. Həmin adamın şüuru və istəkləri kimi.

Şəxsi həyata müdaxiləni əsla sevməm və bunu edənləri də əsla təqdir etməm. Fəqət, bəhs etdiyim adam şəxslərə və həyatlara müdlaxilə edib, edir və davranışından görünən də odur ki, edəcək.

Bu adam Gültəkin Hacıyevadır. Daha doğrusu, özünü təqdim etdiyi təki, Gültəkin Hacıbəylidir.

Onun ailə həyatı barədə yazmaq, boşandığı əri Mahmud Mehdiyevlə  "münasibət"lərindən, oğlu Toğrulu 2006-cı ildən bəri sabiq ərinə təzyiq vasitəsi kimi istiadə etməsindən bəhs etmək istəmirəm.

Həmin hadisələr baş verəndə G.Hacıyeva millət vəkili idi, ötkəmdi, məhkəməyə meydan oxuyurdu və bu səbəbdən də məhkəmənin qərarı elə kağız üzərində qalmışdı, kağız da solmuşdu.

Tanış olun - Gültəkin Hacıyeva, sonra da Hacıbəyli

Gültəkin xanım qətiyyətli, ötkəm və iradəli xanım təsiri bağışlamaq istəyir. Ola bilsin ki, öz dünyasında belədir. Fəqət, reallıq bir qədər fərqli, yaşadığı həyat və mövqeyi isə bambaşqadır.

Əvvəlcə rəsmi tərcümeyi-hala baxaq.

Deyilir ki, Gültəkin Hacıbəyli 1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq və hüquq fakültələrini bitirib. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir.

1995-1997-ci illərdə BDU-nun ərəb filologiyası kafedrasının müəllimi olub. 1996-2002-ci illərdə Qərb Universitetində ingilis dili və hüquq kafedralarının müəllimi işləyib. 2002-ci ildən BDU-nun beynəlxalq hüquq kafedrasının müəllimidir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur.

Azərbaycan Respublikası Milli Məclisinin (2-ci və 3-cü çağırış) deputatı seçilib. Deputatlıq dövründə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olub.

Amma stop, bir anlıq dayanaq.

Gültəkin Hacıyevanın özü barədə dedikləri, onun barəsində söylənən və yazılan "demokratik mədhiyyə"lər yalandır azı.

Gültəkin Hacıyeva Bakıda yox, Goranboyun Xanqərvənd kəndində dünyaya gəlib. Adi, hətta bir qədər yoxsul ailədə. Atası Yusif kişi ziyalıdır, jurnalistdir.

Azərbaycanla Avropa Şurası arasında əlaqələr yeni yarananda Bakıdakı Qərb Universitetinin bir qrup müəllimi, o cümlədən 25 yaşlı Gültəkin Hacıyeva Prezident Administrasiyasının məmurlarına Avropa strukturları ilə yazışmaları tərcümə etməyə yardım göstərirdi. Məmurlar gənc pedaqoqun bacarığını gördülər, dəyərləndirdilər və beləcə, G.Hacıyeva siyasətə atıldı.

O zaman savadlı, poliqlot, mütərəqqi gənclər irərli çəkilirdi. Gültəkin Hacıyeva da seçilmişlər arasında idi. Millət vəkili oldu, AŞPA-dakı nümayəndə heyətinin tərkibində yer aldı, hətta xarici əlaqələr komissiyasının sədr müavini oldu.

2003-cü ilin may ayında isə Baş Prokurorluğun müstəntiqi Mahmud Mehdiyevlə ailə qurdu. Toydan iki həftə əvvəl isə Heydər Əliyev gənc deputata Səməd Vurğun küçəsi, 92a ünvanında üçotaqlı mənzil hədiyyə etmişdi.

Ailədə uşaq dünyaya gəldi və gənc, ambisioz deputat ərini evdən qovdu. Elə həmin vaxt Gültəkin Hacıyeva soyadını dəyişib "Hacıbəyli" etdi.

Daha da fəallışdı. Hakimiyyətin bütün tədbirlərində, mitinqlərdə, toplantılarda, G.Hacıyeva ön plandadır. Danışır, müxalifəti "darmadağın" edir, iqtidarı ikiəlli dəstəkləyir, təbliğ edir.

Ölkədə tam və absolyut demokratiya olduğunu, siyasi məhbusların olmadığını vurğulayır.

Bir sözlə, ulduz kimi parlayır.

Xəyalına belə gətirmədiyi zirvəyə yüksələn xanım artıq ətrafını əvəlki baxışlarla seyr etmirdi. O, artıq qəddarlaşmışdı.

İş o yerə çatmışdı ki, əmisi İdrisin "Emil" şirkətini əlindən aldı. Daha sonra gips mədənini.

Ahıl kişinin ürəyi dözmədi, vəfat etdi.

Səbəbkar? Özünüz qərar verin.

Goranboy rayonunda, onun deputat seçildiyi məkandakı iş adamlarını dinləyəndə istisnasız olaraq hamısı "Bu qadına nifrət edirik!" deyirlər.

Səbəb? Gültəkin Hacıyev "haqq" yığır, xərac toplayır, bir sözünü iki edənin az qala dərisini soydururdu. İş adamları bir yana - məmurlar da ona "haqq" ödəyirdilər.

Hətta sabiq icra başçıları Musa Musayev və Novruz Novruzov da G.Hacıyevannın xərac aldıqları adamlar arasında idi.

Goranboy və Naftalan "Gültəkin xanımın obyektləri" sayılırdı.

Bakıda da fəaldı, bir dəstə məmura və iş adamına "analıq" edirdi. Məsələn, Sucayev qardaşları kimi.

Vaxt ötürdü və Gültəkin Hacıyeva üçüncü dəfə deputat seçilmək istədi. Alınmadı, rədd etdilər.

Əvvəlcə "siyasətdən usandım, elmlə məşğul olmaq istəyirəm" dedi. Sonra onun primitiv şeirləri elə o primitivlikdə olan saytlarda peyda oldu.

Alimliyi və şairəliyi bir quruşa dəyməyən G.Hacıyevada ifrata varan eqoizm, mərəz səviyyəsində ambisiya olduğundan müxalifətə atıldı və oldu "Milli Şura" adlı marionet dərnəyin "Kuraj anası".

Əvvəllər prezidenti ilə fəxr etdiyini zikr kimi təkrarlayan G.Hacıyeva maskasını dəyişəndən sonra Qərb liderləri ilə qürur duyduğunu təkralamağa başladı.

Əgər əvvəl "ölkədə siyasi məhbus yoxdur" deyirdisə, "Milli Şura"nı "nur"landıran kimi ölkədəki "siyasi məhbusların məşəqqətləri"indən ağlamsınaraq vaysınmağa başladı.

Maskalar dəyişsə də, xislət həmindi, dəyişməmişdi.

Yəni bu qədər qısa, amma dolğun həyat. Poliqlot, alim, millət vəkili, siyasətçi və ən başlıcası, iqtidardakı Yeni Azərbaycan Partiyasının ən fəal funksionerlərindən biri, hakimiyyətin orta səviyyəli təbliğatçılarından biri.

Olub axı bunlar, danılmazdır, aksiomatik məsələlərdir.

On illik millət vəkilliyi dövründə G.Hacıbəyli siyasətlə yanaşı, bizneslə də məşğul olub. Daha doğrusu, əsla və əsla zəngin sayılmayacaq ortamda, Goranboy rayonundakı Xanqərvənd kəndinin sakini Yunis kişinin ailəsində doğulmuş Gültəkin Hacıbəyli iş adamı deyildi, olmayıb.

O, millət vəkilliyindən sui-istifadə edib, bəs deyincə yararlanıb, mənimsəyib, mənimsəməyə göz yumub, pul alıb, pul verib, pul bölüb, pul bölünəndə payını alıb və beləcə, sərvət toplayıb.

İş o yerə çatıb ki, doğulduğu Goranboy rayonunda daş karxanasından tutmuş, ölkənin müxtəlif yerlərində biznes obyektləri, evlər, villalar, imarətlər, mənzillər, avtomobillər, torpaq sahələri alandan sonra Türkiyəyə "açılıb" və orada da eyni prosesi davam etdirib.

Mülklərin natamam siyahısı

Gültəkin Hacıbəylinin daşınan və daşınmaz əmlakına nəzər saldıqda, xanımın "aktiv"liyi maraq doğurur.

Həmin əmlakın natamam, qısa siyahısını təqdim edirəm:

- Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa.

-Abşeron rayonu , Xırdalan şəhərində 60 sot torpaq sahəsi.

-Goradil kəndində 30 sot torpaq sahəsi.

-Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla, 3 yerdə torpaq sahəsi.

-Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi.

-Şamaxı rayonu, Qalebuğurd kəndində 12 sot torpaq sahəsi.

-Səbail rayonu, Şeyx Şamil küçəsində ofis.

-Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil.

- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil.

- Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil.

-Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil.

-Bakı şəhəri , Nəsimi rayonu , Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil.

-Goranboy rayonu, Nadirkənd kəndində 5 hektar, torpaq sahəsi

-Goranboy rayonu, Borsunlu kəndində 6,25 hektar, torpaq sahəsi

-Goranboy rayonu, Aşağı Ağcakənd kəndində 1,76 hektar, torpaq sahəsi

-Goranboy şəhəri 58-ci məhəllədə hər biri 8 sot olmaqla, 2 torpaq sahəsi.

"Səni mənim qədər bu ölkədə çox az adam tanıyır"

Cabiq millət vəkili Gülər Əhmədovanın mimikriya və maskadəyişmə ustası Gültəkin Hacıyeva ilə bağlı yazdığı sakramental açıqlama var.

"Gültəkin getsin, yazsın ki, niyə 10 il deputat olanda həmin istiqlalçı qadın deputatın hayına getməyib, amma ölkədə əl qoymadığı biznes, ev almadığı bina, torpaq almadığı bələdiyyə qalmamışdı. Gültəkin yazsın görək, niyə mitinqə gələn bu qədər müxalıfətçini aldadırdı ki, guya AŞPA və digər Qərb institutları ilə gözəl münasibətləri var. Gültəkin harda, hansı siyası qüvvənin yanında olubsa qeyri-səmimi və riyakar davranıb.

... Səni mənim qədər bu ölkədə çox az adam tanıyır və mən sağam, sənə də gözləmədiyin çox mətləbləri xatırladaram ki, AŞPA-nın üzünə bağlanan əbədi qapıları bu mətləblərin qarşısında yalan olar. Sən heç vaxt Gülər Əhmədova kimi davrana bilməzsən. Sənin başına mənim yaşadıqlarım gəlsəydi, indi çoxdan Avropada siyasi mühacir statusu alıb, dünən sənə arxa duranlara şər-böhtan yağdırırdın. Sən özündən başqa heç kimi sevə bilməyən, təkəbbür və nifrətdən boğulan, hər dəqiqə vəzifə və mandat üçün bütün yollara baş vuran bir əqidəsizsən. Sən illər keçsə də, nə heç kimlə dost ola bildin, nə də kimsəyə yaxşılıq etdin. Yalnız şəxsi çıxarıların ucbatından kiməsə "dost" kimi görünə bilərsən. İqtidarda olarkən müxalıfətə, müxalifətdə ikən iqtidara şpionluq etmək ən böyük siyasi fəaliyyətindir. Belə də davam elə... Dünyasını dəyişmiş bir qadınla alverin alınmadı. Sağkən bir addım atsaydın, bu gün sənə kimsə inanardı...Gecikdin...Həyatda hər bir məsələdə olduğu kimi, yenə də gecikdin..."

.. İllər keçsə də, dəyişməyən insanlardan fərqli olaraq, hər il dəfələrlə dəyişənlər də var. Belələrini həmişə maraqla izləmişəm. Buqələmunu belə geridə qoyacaq uyğunlaşma sürəti, merkantil maraqları guya təmsil etdiyi insanların mənafeyi kimi qələmə vermək, olmadığı kimi görünmək və göründüyü kimi olmadığını iddia etmək... Yaramaz davranışdır, razıyam. Amma nə edəsən ki, bəşər övladı xəlq olandan bəri belələri olub, var və əfsuslar, olacaq".

Sabiq millət vəkili, indi "Demokratik Qüvvələrin Milli Şurası", qısaca "Milli Şura" adlanan marionet, fantasmaqorik qurumda təmsil olunan Gültəkin Hacıyeva nə yazıq, iradəli və bütöv xislətli insan deyil.

Tam tərsinə, az qala sümüyünün iliyinədək merkantil xanımdır.

Potensial opponentlər dərhal buyura bilərlər ki, Gültəkin Hacıbəyli xanımdır, niyə onunla bağlı bu qəzər yazılır, deyilir və ən əsası, bu qədər zəif siyasətçidirsə, niyə müzakirə olunur?

Tanış ittihamlar, bəlli suçlamalar, artıq köhnələn ibarələrdir.

Tam əminəm ki, Gültəkin Hacıbəyova üçüncü dəfə deputat seçilsəydi, yenə hakim partiyanın və hakimiyyətin adından danışacaq, indi nifrət etdiyini az qala bağıraraq dediyi şəxslərə mədhiyyələr oxuyacaqdı.

O, tam 10 il hakimiyyəti tərifləyib. On il... Olmaya şüursuz edib bunu, beynində qapanma olmuşdu uzunmüddətli?! Nə əcəb həmin illərdə G.Hacıyeva hakimiyyətin "cinayətkar xislətindən və planlarından" xəbərdar olmamışdı, duyuq düşməmişdi?!

Komik və faciəli mənzərədir.

Hacıyeva deputat olsaydı, indiki hikkəsi, nifrəti, hiddəti, qarğışları, zəqqum və zəhəri batinində qalacaqdı, çünki basdıracaqdı hisslərini parçalanmış qəlbinə.

Vətənpərvər olduğunu təkrarlayır zəhlətökənlik səviyyəsində, Vətənini və xalqını sevdiyini deyir. Halbuki, unudur ki, vətənpərvərliklə bağlı boşboğazlıq yaramazların son sığınacaq yeridir həmişə.

Onun kimliyini AŞPA-da görmüşdüm.

Əvvəlcə nümayəndə heyətinin üzvü, professor Naira Şahtaxtinkskaya ilə münaqişəyə başladı. Abır-həya unudulmaqla.

Naira xanım abrına qısılıb heyəti tərk etdi.

Daha sonra G.Hacıyeva erudit Asim Mollazadəyə hücum etdi. O da heyətdən getdi.

Sakitləşməyən Gültəkin Hacıyeva növbəti dəfə Aynur Camalqızına tərəf şığıdı, sonra Qənirə Paşayeva ilə söz güləşdirməyə, energetik vampir kimi davranmağa başladı.

Xəbərçilik, aqressiya, çuğulluq, satqınlıq, xəyanət, şər, böhtan - Gültəkin Hacıyeva AŞPA-dakı nümayəndə heyətində idarəolunmaz, kompleksli insan kimi davranırdı.

... Bir zamanlar mənsub olduğu, sayəsində varidatını və adını, hətta "Hacıbəyli" soyadını qazandığı hakimiyyəti o, indi hədəfə alıb, hədələyir, ironiya ilə gülümsəyir, isteriyaya qapılır, hətta Azərbaycanı dünyanın ən bərbad ölkələri ilə müqayisə edərək həzz alır.

Bu odurmu, əcəba?! Yoxsa adamın vücudunda "Alien" filmindəki kimi fərqli varlıq onu dəyişməyə vadar edib?

Dediyinə görə, özüdür ki, var.

Gültəkin Hacıyevanı anlamağa çalışıram. Deputat mandatı ilə bahəm, gəncliyi və məlahəti də gedib. Qalan hikkə, eqoizm, sürəkli yalanlar, qəddarlıq və yaşamından narazılıqdır.

Balzak yaşındadır. Anlaşılandır...

P.S. Gültəkin Hacıyevanın mülklərinin sadəcə, cüzi qisminin mülkiyyət sənədlərinin fotolarını əlavə edirəm...

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

Yeni qayda təqribən 1 milyon uşağı pulsuz yeməkdən məhrum edə bilər

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Günün qoroskopu: Tərəfdaşlar və həmkarlarla münasibətləri daha da inkişaf etdirin

Sara Qədimovanın xatirə gecəsi keçiriləcək

"Qalatasaray"da ciddi itkilər

Avro-2020-də bu topla oynayacaqlar - FOTO

Millimiz Moldova ilə iki oyun keçirəcək

Slovakiya - Azərbaycan oyununun stadionu dəyişdirildi

"Maşın" tarixində ilk - Əsas finalçılar bəlli oldu

ABŞ və Türkiyə Suriyada atəşkəs məsələsində razılığa gəliblər - Maykl Pens

“Sülh çeşməsi” antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib - Mövlud Çavuşoğlu

Tramp Ərdoğana təşəkkür etdi

“Barış bulağı”: 8 gündə 702 terrorçu zərərsizləşdirilib

Türkiyə Suriyadakı əməliyyatını dayandırır

Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTO

Bakıda 29 yaşlı oğlan itkin düşdü

Azərbaycanda qızıl yenidən bahalaşdı

Bakıda şagird idarəetmə sistemi yaradılıb

Tramp Putinə müharibə meydanı verdi

Ərdoğan ABŞ-ın vitse-prezidentini pərt etdi

Ər üç uşaq anasını kəmərlə boğub öldürdü - Təfərrüat

Ərdoğan Trampın məktubunu zibil qutusuna atdı

Uşaq hüquqları aylığına start verilir

“Mançester Yunayted” Demiral üçün 30 milyon təklif etdi - “Yuventus” razılaşmadı

Gürcüstanda iqtidar savaşı: “İngilis agenti” “rusun adamı”na qarşı - Yeni gəlişmə

Roza Cəlilova aylar sonra... - FOTO

Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi

MLS-də forması ən çox satılan futbolçu

Ermənistanda yaşayış binası çökdü

Politoloq “Barış çeşməsi” haqqında: bu, işğal deyil

Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?

Tanınmış şirkətin əmlakını ələ keçirən işçi həbs edildi - İş məhkəmədə

Ərdoğan Trampın təhqiramiz məktubunu zibil qutusuna atdı

General Türkiyəyə qurulan tələni deşifrə etdi

Paşinyanın xanımı geyiminə görə təhqir olundu - FOTO

Ağdaşda 15 yaşlı qıza təcavüz edildi, valideynləri... - TƏFƏRRÜAT

Rusiya ballistik və qanadlı raketlər atdı

Texniki Universitetdən şok AÇIQLAMA - İstanbulda güclü zəlzələ olacaq

Notariat kontorunun rəisinin evindən yarım milyonluq oğurluq edən şəxslərə hökm oxundu

Əsəd ordusu türklərlə savaşa başlayır - Rus general planı açıqladı

Gürcüstanda məktəb binası yanıb

Brilliant bu dəfə yaxtada rəqs etdi - VİDEO

23 yaşında karyerasını bitirməli oldu

Şəkidə 16 yaşlı qızda hamiləlik aşkarlandı, polis araşdırmalara başladı

Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir

ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə gəliblər

Şimal marallarının ovlanması qadağan edilə bilər

Azərbaycanlı ər həyat yoldaşını boğaraq qətlə yetirdi

Rusiya XİN-dən Zatulinin Dağlıq Qarabağa qanunsuz səfəri haqqında AÇIQLAMA

ATƏT Minsk qrupunun həmsədrləri regiona səfərləri ilə bağlı bəyanat yaydı

"Yuventus" Ronaldu ilə rekord qırdı

“Şarm” yenidən qayıdır

Hikmət Babaoğlu: "Azərbaycan mediası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir"

Nazir Druskininkay şəhər meri ilə görüşüb

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28 ili tamam olur

Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb

Müdafiə naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil

Prezidentin çıxışı "reket jurnalistika"ya qarşı mübarizəmizə mənəvi dəstək oldu

Son müşavirə bütün sahələrdə müsbətə doğru ciddi dönüşün başlanğıcı olacaq

Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların siyahısında dəyişiklik edilib

Azərbaycan Prezidenti: "Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır"

“Həyasızlığın adını cəsarət qoyublar” - Aqşin Fateh - VİDEO - FOTO

Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin mühafizəsi ilə bağlı əlavə tədbirlərə 790 min manat ayrılıb

Azərbaycanda rüşvət alan vəzifəli şəxslər həbs edilib

“Ayaqların sınsın...” - Nigar Camal - VİDEO

Ermənistan Şahbaz və Dilqəmi əsirlikdə saxlamaqla... - Deputat

Millimizə viza verilmədi, dünya çempionatından kənarda qaldı

Prezident İlham Əliyev Faiq Qarayevi ordenlə təltif edib

Salah qızı üçün bunu etdi - FOTO

Tunisə yeni prezident seçildi - 72,7 faiz səs

TAP layihəsinin 89,8 faizi reallaşdırılıb

Zülfiyyə Bayramova yenidən xəstəxanada

Zaxarova: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə razılaşdırılmış sənədlərimiz var"

Filippin prezidenti motosikletdən yıxıldı

Muğam mərkəzində pulsuz konsert olacaq - Sara Qədimovaya həsr edilir

Rus sevgilisinin üstündə arvadına işgəncə verdi, qadın özünü asdı - Tərtərdə şok olay

18 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis

24 yaşlı Esmeraldanın betonlanmış cəsədi tapıldı - Mayda itkin düşmüşdü - FOTO

Aşıq Samirədən keçmiş həyat yoldaşına ETİRAF: “Sevirəm” - VİDEO

FBI Ermənistanda fəallaşdı - İfşalar olacaq

Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib - FOTO

"Qarabağ"da Xayme Romero sevinci - FOTO

Təranəyə hədiyyə göndərən şəxs kimdir? Musa YERƏ ÇIRPDI - Sən kimsən ki... - FOTO

Söyüş müxalifətinin dərdi tapıldı - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Deputatdan "Qarabağ"a çağırış: "Traxtor"un futbolçusunu transfer edin!"

Əli Əhmədov: "Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur"

Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur

“Şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur” - VİDEO - FOTO

Özil "Arsenal"da qalacağını açıqladı

Klinsmannın yeni iş yeri müəyyənləşdi

"Qarabağ" - APOEL oyununun biletləri satışda

Bakıda ikiarvadlı kişinin törətdiyi dəhşətli qətlin təfərrüatı: arvadı yad kişi ilə olan şəklini ona göndərib

Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur

Azərbaycanda kişi üç uşaq anası olan məşuqəsinə görə bıçaqlandı - FOTO

"Rəşad Sadıqovun rekordunu qırmaq istəyirəm" - Dmitri Nazarov

"Ona kişi demək olarsa" - Manaf canlı yayımda həmkarını TƏHQİR ETDİ - FOTO

22 yaşlı ana doğuşdan sonra öldü - Həkim səhvən qadınlıq orqanını çıxarıbmış - FOTO

Ürəkparçalayan kadr: uşaq küçədə acından karton yeyir - FOTO

Heç kim bizə mane ola bilməz

Yaralılar yaddan çıxıb, sağ qalanlar təşvişlə qaçışırlar... - Suriyadan atılan raketin Türkiyəyə düşmə anı - VİDEO

Ali Məhkəmədən Röyanın şəriki barədə qərar

Venesuelada Su-30 qəzaya uğradı

"Uşağın uşağım deyil, yoldaşın yoldaşım deyil" - Elnarə efirdə ÖZÜNDƏN ÇIXDI - FOTO

Türkiyədə deputatın oğlu faciəvi şəkildə öldü

Minsk Qrupunun rusiyalı həmsədri regiona səfərinin nəticələrindən danışdı

"El Klassiko"nun vaxtı dəyişdirilir

Bakıda arvadı ilə qayınanasını qətlə yetirib yandırdı - Qaçanda avtobusun altında qaldı - YENİLƏNİB

"Volk Qədir” meşədə tutuldu - FOTO

Kapital Bank-ın Baş Pərakəndə Satış inzibatçısı Ramil İmamov: "Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir"

Fransa və Almaniya silah ixracı üzərində nəzarət haqqında saziş imzalayıblar

Bank Respublika və İnnoland tərəfindən keçirilən "Open Banking Lab" layihəsinə seçimlər başa çatıb

Telli "Maşın" şouda iştirakdan niyə İMTİNA ETDİ? - TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA - FOTO

Boksçu rinqdə aldığı zərbədən öldü - VİDEO

“Maşın”dan sonra dağlara çəkilib - FOTO

AVRO-2020-nin seçmə mərhələsində həftənin rəmzi heyəti açıqlandı

"Mən özümə İlhamə Quliyevanın ölümündən arzulayıram" - FOTO

Lalə və Suna arasında dava - “Üzünü çox yaxşı göstərdin” - VİDEO

Pərvin gələn il ərə gedir

Türkoloq: "Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır"

Əfsanəvi futbolçu canlı yayımda göz yaşı tökdü - VİDEO

Azərbaycanlı məşhur dünyasını dəyişən həyat yoldaşının FOTOlarını paylaşdı

Mövqelərimiz minaatanlardan atəşə tutuldu

Türkiyənin Suriyada zərələşdirdiyi terrorçuların sayı 650-ni keçib

Dostunun toyunda silahdan atəş açan azərbaycanlı ilə bağlı qərar verildi

“Real”ın təklifini üç dəfə rədd etmişəm” - Venger

Bakıda arvadı ilə qayınanasını qətlə yetirib yandırdı - Qaçanda avtobusun altında qaldı

"İkardinin arvadmla evlənməsi artıq məni narahat etmir" - Maksi Lopes

Klub prezidenti futbolçulara sosial şəbəkələri qadağan elədi

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

"Hagibis" qasırğasının qurbanlarının sayı artıb

ABŞ Türkiyəni yeni sanksiyalarla hədələyib

Zinçenkodan Olimpiya stadionunda evlilik təklifi - FOTO

Bakıda qardaş qardaşı bıçaqlayıb

İbrahimoviç İtaliyaya qayıdır?

Pompeo Türkiyəni dialoqa qayıtmağa çağırıb

Şeydayev üçün polşalı məşqçi

"Sülh bulağı": 630-dan çox terrorçu məhv edildi

"Liverpul"a qarşı oynamayacaqlar

Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb - FOTO

Sançes əməliyyat olundu

Aquero qəzaya düşdü - FOTO

Tramp: PKK İŞİD-dən daha artıq təhlükəlidir

Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?

Zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub: 36 ölü, 4 yaralı

Etirazçılar Barselonada küçələri zibil konteynerləri ilə bağlayırlar

Sumqayıtda zenit top mərmisi aşkar edilib - FOTO

Ərdoğan Rusiyaya səfər edəcək

Sanksiya təhdidləri və qınaq Türkiyəni haqlı mübarizədən imtina etməyə məcbur edə bilməz