AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi" Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı"

  13

"Azərbaycanın bugünkü reallıqları "Əsrin müqaviləsi"nin iqtisadi və siyasi əhəmiyyətinin aydın mənzərəsini yaradır.   1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyinin ilk illərinin  xaosundan, anarxiyasından, iqtisadi tənəzzülündən xilas etdi.  Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi tanınması, əlverişli biznes mühtinin yaradılması ölkəmizin   böyük investisiya məkanına çevrilməsini şərtləndirdi. 1994-cü il sentyabrın 20-də  ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkəmizin iqtisadi müstəqililyinin, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev "Əsrin müqaviləsi"nin imzalandığı dövrün iqtisadi və siyasi vəziyyətinin mürəkkəbliyini və bu çətinliklər fonunda   atılan addımın əhəmiyyətini belə dəyərləndirir: "Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin kontraktı"nın imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik".

Demokratikmusavat.com xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Əsrin müqaviləsi"nin 25 illiyi ilə bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi  rəhbərin  uzaqgörən siyasətinin nəticəsidir: "Dahi şəxsiyyət neft sənayesini ölkə iqtisadiyyatının onurğa sütunu  kimi dəyərləndirirdi.  1994-cü ildən neft strategiyasının uğurlu icrası nəticəsində əldə olunan inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür, həm də bu reallıq statistik rəqəmlərdə öz əksini tapıb. Son 25 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq investisiya yatırılıb. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri 42 milyard dollardan çoxdur. Bu vəsaitin təyinatı üzrə xərclənməsinin nəticəsi olaraq ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafına geniş imkanlar açılıb. Bu rəqəmi də xüsusi qeyd etməliyik ki, bu günə qədər ümumi daxil məhsul  3 dəfədən çox artıb. 2020-ci ilə qədərki dövr üçün nəzərdə tutulan hədəflər sırasında inkişaf etmiş ölkələr sırasında addımlamaq, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək istəyimizin əsasında da Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrası dayanır. Bu gün Azərbaycan dünyanın ən islahatçı, təhlükəsiz, xoşbəxt ölkəsi kimi tanınır, reytinq cədvəlində öncül yerlərdə dayanır".

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu  layihələrin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da büdcəmizin  sosialyönümlülüyünü artırır, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını şərtləndirir: "Təkcə cari ilin  arxada qalan aylarında sosial  rifahın yüksəldilməsi yönündə atılan addımlara diqqət yetirmək kifayətdir. Ölkə Prezidenti tərəfindən təsdiqlənən iki sosial paket  4,2  milyon insanı əhatə edib, bu məqsədlə  4 milyard manata yaxın vəsait xərclənib".

"Azərbaycan postneft dövrünə qədəm qoyub. Enerji sektorundan asılılığın azaldılması istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir", - söyləyən V.Rəhimzadə əlavə edib ki, bu kimi mühüm uğurlara imza atılmasında Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəyə xidmət edən yeni-yeni layihələrin uğurlu icrası əhəmiyyətli rol oynayır: "Ulu öndər Heydər Əliyevin birinci şah əsəri kimi dəyərləndirilən "Əsrin müqaviləsi"nin ardınca ikinci şah əsəri olan BTC neft kəmərinin istifadəyə verilməsi, üçüncü şah əsəri kimi dəyərləndirilən "Şahdəniz" yatağının kəşf edilməsi və sair kimi biri-birindən  böyük uğurlar Azərbaycanın dünyanın enerji  xəritəsini zənginləşdirməsini şərtləndirdi.  2017-ci ildə  "Yeni əsrin müqaviləsi"nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyununda   TANAP-ın istifadəyə verilməsi, gələn il açılışı nəzərdə tutulan TAP layihəsi  Azərbaycanın etibarlı  tərəfdaş kimi nüfuz qazanmasına yol açdı.  Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki,  Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib".

Baş redaktorun sözlərinə görə, 1994-cü ildə  30 il müddətinə bağlanan müqavilənin əhəmiyyətini öncədən dəyərləndirən ulu öndər Heydər Əliyev bildirmişdi ki, "Əsrin  müqaviləsi"ni reallaşdırmaqla   dünya iqtisadiyyatı üçün açıq ölkə olduğumuzu nümayiş etdirdik:  "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının bir hissəsinin müştərək işlənməsini nəzərdə tutan həmin  müqavilənin imzalanması ilə bugünkü  iqtisadi inkişafın təməlini qoyan  Azərbaycan yeni sazişlərin imzalanmasına nail oldu.  Ötən  25 ildə 35 müqaviləyə imza atılıb. 25 illik yol, eyni zamanda,  "Yeni əsrin müqaviləsi"nin imzalanmasını zərurətə çevirdi. Belə ki,  "Əsrin müqaviləsi"nin  imzalanmasının 23 illiyi ərəfəsində "Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə yeni sazişin imzalanması ilə müqavilənin müddətinin  2050-ci ilə qədər uzadılması təbii ki, Azərbaycanın iqtisadi uğurlarına, ötən dövr ərzində beynəlxalq münasibətlər sistemində artan yeri və roluna,  etibarlı tərəfdaş kimi  nüfuzunun möhkəmləndirilməsinə əsaslanır".

"Əsrin müqaviləsi" mahiyyətcə iqtisadi xarakter daşısa da onun siyasi əhəmiyyətinin daha önəmli olması ilk gündən diqqəti cəlb etdi" söyləyən baş redaktor qeyd edib ki, ötən 25 ildə  Azərbaycana inam artdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin coğrafiyası genişləndi: "Azərbaycan yeni-yeni dostlar, tərəfdaşlar qazandı. Beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi. Məhz bütün bunların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə  hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Tərəfdaş dövlətlərin coğrafiyasının genişləndirilməsinin bariz nümunəsi olaraq 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu, 4 il sonra, 2018-ci ildə rəsmi açılışı oldu. Göründüyü kimi, ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə birgə səylərin artırılması sayəsində nail olub. Dövlətimizin başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə  xalqımıza  təbrikində bu reallığı bir daha diqqətə çatdırıb ki, "Əsrin müqaviləsi" imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin deyildi".

Vüqar Rəhimzadə onu da  vurğulayıb ki, beynəlxalq səviyyədə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin seçdiyi düzgün yolun ölkəmizi davamlı inkişafa apardığı etiraf olunur, inkişafın Azərbaycan modeli  təqdir edilir və öyrənilməsinin vacibliyi bildirilir: "Bu reallıq da hər zaman önə çəkilir ki, dünyada elə dövlət yoxdur ki, müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərə, strateji əhəmiyyətinə görə fərqlidir. Amma bu gerçəklik də inkaredilməzdir ki, təbii ehtiyatlardan düzgün istifadə edildikdə  o zəngin sərvətə çevrilir. Neft strategiyasının əsasını da məhz bu prinsiplər təşkil edir. Bu gün böyük fəxr və inamla qeyd edirik ki, Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir və bu gün qarşıda duran  bütün vəzifələri həll etməyə qadirdir. Məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması sayəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranını hiss etmədi, əksinə iqtisadi inkişafı ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qorudu. Ölkəyə xarici investisiya axınının sürətləndirilməsi, əlverişli sərmayə mühitinin yaradılması, böyük enerji şirkətlərinin marağını cəlb etmək neft strategiyasının başlıca tələbləri kimi bu gün də aktuallığını qoruyur. Azərbaycanda  böyük sahibkarlar sinfi formalaşıb, qeyri-neft sektorunun inkişafını sürətləndirmək üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə  Dövlət proqramları uğurla icra edilir".  

V.Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, bu gün neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələri ilə diqqət çəkən,  beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən SOCAR-ın adı nüfuzlu xarici şirkətlər sırasında çəkilir: "Ötən ilin mühüm uğurları sırasında yer alan "Star" neft emalı zavodunun istifadəyə verilməsi bir daha bu reallığı təsdiqlədi ki, hazırda SOCAR Türkiyənin ən böyük investoruna çevrilib.  Dövlətimizin başçısı İlham Əliyev "Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə  yeni sazişin imzalanması mərasimində Azərbaycan neftçilərinin əməyini yüksək dəyərləndirərək, ayrı-ayrı dövrlərdə onların göstərdikləri fədakarlıqdan, peşəkarlıqları ilə cəmiyyətdə qazandıqları  hörmətdən  geniş bəhs edib. SOCAR-ın qazandığı etimad fonunda möhtərəm Prezidentimiz İlham Əliyev bildirib: "Əsrin kontraktı"nın ömrü artıq sona çatır. Əlbəttə ki, kontraktın müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni kontrakt imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki, bugünkü seçimi şərtləndirdi. Mən buna çox şadam. Əminəm ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər".

"Təbii ki, qeyd etdiklərimiz son  25 ildə keçilən yolun yalnız çox az hissəsidir", - söyləyən V.Rəhimzadə bildirib ki, reallıq budur ki, "Əsrin müqaviləsi" Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirdi, bugünümüz üçün möhkəm təməl yaratdı: "Bu gün Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəliyə doğru addımlayır. İslahatların zamanın tələbinə uyğun təkmilləşdirilməsi, yeni-yeni hədəflərin gündəmə gətirilməsi təbii ki, möhkəm bazaya əsaslanır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq, yeni-yeni layihələrə yol açacaq".

Demokratikmusavat.com

Xəbər Lenti

"Qanunsuz aksiya cəhdinin qarşısı polis tərəfindən qətiyyətlə alınıb, saxlanılanlar var"

“Ağ xalatlı qatilləri” güllələmək istəyənlərin güllələnməsi - Stalin 1 ay gec ölsəydi... - FOTO

Krasnoyarskda matəm elan olunacaq

UEFA “Neftçi”ni 40 min avro cərimələdi

Türkiyə kürdləri barışığı pozmaqda ittiham etdi

Merkel: "G7 sammitinin keçiriləcəyi yeri seçmək Trampın hüququdur"

Bakıda taksi sürücüsünü döyərək pulunu və telefonunu apardılar

Rusiyadakı yanğında ölənlərin sayı 7 nəfərə çatdı

Bakıda bank əməkdaşının başına oyun açdılar: müştəri kimi gələn qadın onu evə çağırıb... - TƏFƏRRÜAT

Güləşçilərimiz Hərbçilərin Dünya Oyunlarında mübarizə aparacaq

Kartel silahlıları "El Çapo"nun oğlunu polisdən azad edib

Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...

Respublikaçılar da Trampa qarşı: "Suriyadan ordunun çıxarılması strateji səhvdir"

Türkiyədə müəmmalı qəza: rus nüvə mühəndisləri həlak oldu - FOTO

ABŞ radiosu İran-Ermənistan əlaqələrinə dair sensasion material yaydı

"28 May" istiqamətində 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib

Deputat: "İnsanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları yüksək qiymətləndirir"

Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı

Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı

Kataloniyada dünən keçirilən aksiyalarda 182 nəfər xəsarət alıb

UEFA "Neftçi"ni 40 min avro cərimələdi

Yaponiyada məktəbliləri aparan mikroavtobus qəzaya uğradı: yaralananlar var

“İki qardaşın millidə birgə oynaması adi məsələ deyil” - Rüfət Dadaşov

Fatma ilə Ramal barışdılar

Müxalifətin mitinqinə ehtiyac varmı? - SORĞU - VİDEO

Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Bakıya gələn müğənni çantasını SƏHV SALDI - İçindən çıxanlar ŞOK ETDİ - FOTO

Relslərin üzərinə düşən qadın son anda xilas edildi - Stansiyada qorxulu anlar - VİDEO

Elxan Ələsgərov: "Türk Şurasının Bakı sammiti türk birliyi yolunda mühüm mərhələdir" - VİDEO

Türkan Vəlizadə: "Dəmir parçasına görə “Maşın”ın iştirakçıları mənliklərini satdılar"

FETÖ-nün axtarışda olan “Meksika imamı” saxlanılıb

Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək

Əli Kərimli yalan vədi və samovarını satan cəbhəçi

Qurdla sevgili olduğu deyilən Aysun: Axırıncı dəfə dünən gecə görüşmüşük - FOTO

“Suna artıq mənim üçün yoxdur...”

"Sonuncu Pərdə" filminin qala gecəsi keçirilib - FOTO

Kataloniyada döyüş hazırlığı: barrikadalar qurulur - ŞOK GÖRÜNTÜLƏR - FOTO

Dünya ölkələrində qanunsuz aksiyaların qarşısı necə alınır? - ARAŞDIRMA - FOTO

"Olanları anana demə, yoxsa məni tutarlar" - Aparıcı 10 yaşlı qızı zorladı - FOTO

Türkiyədə yük qatarı relsdən çıxıb

"Neftçi"nin futbolçusu qol vurduqdan sonra əsgər salamı verdi - FOTO

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

Ərdoğan və Tramp telefonda danışdı

Kataloniyada etirazlar: 128 nəfər saxlanıldı, 207 polis yaralandı

Azərbaycanlı məşhurun qızından dərin yarıqlı geyimdə EHTİRASLI RƏQS - VİDEO

PSJ səfərdə böyük hesabla qalib gəldi - VİDEO

28 yaşlı qadın 11 yaşlı oğlandan hamilə qaldı, uşaq doğdu - FOTO

"Qalatasaray"dan çətin qələbə - VİDEO - FOTO

Radikalların mitinq mərəzi yenə şiddətlənib - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Keçmiş məhkum narkotiklə tutuldu

Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı - Əli Kərimli elan verdi - FOTO

Azərbaycanlı aparıcı ƏMƏLİYYAT OLUNDU - Bu da əməliyyatdan dəqiqələr öncə... - VİDEO

Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Cəbhədən XƏBƏR: düşmən yenə pulemyot və snayperləri işə saldı

"Qarabağ" "Qəbələ"yə, "Keşlə" "Sabah"a qarşı

Yerə nəhəng asteroid yaxınlaşır

Həftənin ən yaddaqalan görüntüləri - FOTO

Roza Zərgərli udduğu maşını avtobusla dəyişib qazilərə bağışladı

67 yaşlı təqaüdçü erotik masaj zamanı öldü

"Maşın"ı türkiyəli apardı

Rusiyada damba uçdu: 12 nəfər ölüb, 13 nəfər itkin düşüb - YENİLƏNİB

Rusiyada damba uçdu: 10 nəfər öldü, 15 itkin var

Beyrutun mərkəzindəki nümayişlərdə iştirak edən 70 nəfər tutuldu

Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçərək qəza törədib - FOTO

Nazarov Almaniyada növbəti qolunu vurdu

“Ronaldo məni əsgər salamı ilə qarşıladı” - türk futbolçu

"Qalatasaray"dan qələbə

"Qarabağ"la 55-ci duel

Millimizin sabiq futbolçusu "Turan"ın baş məşqçisi oldu

PSJ 4 qolla qalib gəldi

"MY" 18 yaşlı hücumçu ilə müqavilənin müddətini uzatdı

Rusiya və Kosovo eyni qrupda olmayacaq - UEFA açıqladı

"El Klassiko" nə vaxt oynanılacaq? - dekabrın 4-ü, yoxsa 18-i?

Beynəlxalq Muğam Mərkəzində “Solistlər ansamblı”nın konserti keçirilib - FOTO

BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var

Alyaskada sərnişin təyyarəsi təcili eniş edib: ölən var

Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

Suriya ordusu Latakiyada silahlıların iki dronunu vurub

Türkiyədə 20-dən çox qanunsuz miqrant saxlanılıb

Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Günün qoroskopu: özünüzdən bədgüman olmayın

Tanzaniyada 40-a yaxın məktəblini ildırım vurub

Evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşıb

"Aydın Süleymanlı güclü potensiala malik idmançıdır" - FOTO

YATAĞIMIZDAKI QATİL: onu necə tanıyaq? - Psixiatr yazır

Leyla Abdullayeva: Azərbaycan bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib

12 həftəlik hamilə olduğunu düşündü, qarnından şiş çıxdı

Avropadakı diaspor təşkilatları Azərbaycana qarşı təxribatçı çağırışlara etiraz edir

Azərbaycan hüquq mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib - FOTO

Millimizin sabiq futbolçusu baş məşqçi oldu

Kataloniyada kütləvi tətillər başladı - Yollar, aeroportlar, mağazalar bağlandı

Çinin bazar tənzimləyicisinin rəhbəri Tim Kuk ilə görüşüb

Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olundu - FOTO

Təyyarə avtomobillə toqquşdu, pilot öldü

Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib - FOTO

Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı

Azərbaycanlı iş adamını Moskvada bankdan çıxarkən amansızlıqla qətlə yetirib, 50 min dollarını aparıblar - ANBAAN VİDEO

Moskvada uşaq evi yandı, 80 azyaşlı təxliyə olundu - VİDEO

Dünyanın sonunu gözləyərək illərdir zirzəmidə yaşayıblar - FOTO

“Barselona”nın “Yeni Messi” planı

“Ronaldu məni əsgər salamı ilə qarşıladı”

Zidan Poqbayla görüşdü - FOTO

Avropadakı diaspor təşkilatları təxribatçı çağırışlara etiraz edir

Yoxsulluğun həddi

"Uşaqpulu" olacaq?!

“Züymedia”,  yoxsa  “zurnalistika”

Prezident hədəfləri göstərdi, növbə medianındır

Mübariz dəyişdi, amma “ənənə” dəyişmədi

Messi çox yeməkdən özünü zorla saxlayır

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Məşhurlar yeni FOTOlarını yaydılar

Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır

Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq

Yunker ağlayaraq vidalaşdı

“Trampın o məktubunu unutmayacağam, zamanı gələndə...” - Ərdoğan

Hansı şəhər və rayonlar gələn il dövlət büdcəsindən dotasiya almayacaq? - SİYAHI

"Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək

ARDNF Milandakı ofis binasını satıb

Türkiyəli dünya çempionu Azərbaycanı təbrik etdi - Himnimizin sözləri ilə - FOTO

KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir - FOTO

Kataloniyada tətillər davam edir

Ata övladını xilas etmək üçün özünü avtobusun altına atdı - VİDEO

Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb

Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti ilə görüşüb - FOTO

Qayınanası canlı yayımda Elnarə barədə GÖRÜN NƏ DEDİ - Zaur MƏƏTTƏL QALDI - FOTO

Futbolçuların evlərini qarət edən banda tutuldu - FOTO

“Çəyirtkəyə siqaret ver” - Ruhəngizdən qəribə paylaşım - VİDEO