AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Strateji inkişaf yolunun başlanğıcı - “Əsrin müqaviləsi""

  13

Ötən əsrdə beynəlxalq münasibətlər sistemində baş verən mühüm dəyişikliklərdən biri böyük dövlətlərin inkişaf etməkdə olan ölkələrə qarşı tətbiq etdiyi birbaşa hərbi müdaxilələrin "yumuşaq güc"lə əvəz olunması, kommumikasiyadakı keyfiyyət transformasiyasının günümüzün reallığına çevrilməsidir. Yalnız çox böyük təcrübəyə, beynəlxalq nüfuza, xalqın arasında yüksək və sarsılmaz etimada malik olan ayrı-ayrı liderlər sayəsində kiçik dövlətlər bu cür miqyaslı təziqi zərərsizləşdirərərk "böhranı fürsətə çevirməyin" rasional yolunu göstərə bilir. Necə ki, Azərbaycana həmin mürəkkəb dövrdə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev beynəlxalq güc mərkəzlərindən gələn təzyiqi və daxili çətinlikləri uğurla həll edərək, onları nəinki netrallaşdırdı, həm də toqquşan maraqları uzlaşdıraraq ölkəmizi amansız rəqabət meydanı yox, ictimai-siyasi sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevirdi.

Bu baxımdan, 1994-cü il Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Ulu öndər məhz həmin il "Əsrin müqaviləsi"ni bütün maneələrə baxmayaraq reallaşdıra bildi. Belə ki, həmin ilin sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.

"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür. "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.

O zaman bu hadisənin geosiyasi çalarları heç də hər kəs üçün bütünlükdə aydın deyildi. Yalnız böyük strateji təfəkkür sahibi olan Heydər Əliyev gözəl bilirdi ki, ölkənin müstəqillik tarixində yeni bir dönəmin bünövrəsi qoyuldu. Bu yolda Azərbaycana qarşı təzyiqlər də oldu, qarayaxma və ləkələmə kampaniyaları da aparıldı, müxtəlif iftiralar da uyduruldu. Lakin müstəqil Azərbaycan dövlətinin memarını heç kim, heç bir qüvvə tutduğu yoldan döndərə bilmədi, Heydər Əliyev müstəqil dövlətçilik dəyərini hər şeydən üstün tutdu.

Keçən müddət ərzində Azərbaycan "Əsrin müqaviləsi"ndən geniş bəhrələndi. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici tam olaraq formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi. Bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır. Dövlət quruculuğunun bütün istiqamətləri üzrə demokratik islahatlar durmadan davam edir. Əldə olunan nailiyyətlər ölkə və xarici KİV-də geniş işıqlandırılır. Analitiklər və ekspertlər Azərbaycanın sürətli tərəqqisinin müxtəlif səbəblərini kifayət qədər dərindən araşdırıblar.

Lakin uğurların sırasında olduqca əhəmiyyətli məqamı Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanma mərasimindəki dərin məzmunlu nitqində ifadə edib. Ölkə rəhbəri vurğulayıb: ""Əsrin kontraktı" bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün".

Dövlətçilik fəlsəfəsi baxımından "Əsrin müqaviləsi"nin başlıca məqamını təşkil edən bu cəhət üzərində geniş dayanmağa ehtiyac vardır. Məsələ ondan ibarətdir ki, Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, zəngin neft ehtiyatı hələ ölkənin zəngin olması anlamına gəlmir. Müasir dövrdə böyük dövlətlər arasında gedən nüfuz və maraq savaşı ehtiyatsız atılmış bir addım ucbatından zənginliyi başağrısına çevirə bilər. İndi enerji ilə zəngin ərəb ölkələrinin bəzilərində müşahidə edilən proseslər bunun bariz nümunəsidir. Həmin dövlətlərdə müharibə, ixtilaflar, silahlı toqquşmalar səngimək bilmir. Üstəlik, onların dövlətçiliyi belə ciddi təhlükə qarşısındadır.

Ölkə başçısının vurğuladığı məqamın başqa tərəfi Cənubi Qafqaz regionunda geosiyasi dinamikanın böyük ziddiyyətlərə düçar olması ilə bağlıdır. Sirr deyil ki, müstəqilliyin ilk illərindən başlayaraq böyük güclər Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə ən azından göz yumdular. Bu, Azərbaycana bir siqnal idi və belə gedişatla ölkəmizin real olaraq müstəqil dövlət kimi formalaşması çox çətin olacaqdı. Heydər Əliyev hakimiyyətə yenidən dəvət edilənə qədər bu təhlükə getdikcə böyüdü. Çünki Ulu öndərdən əvvəl ölkəyə başçılıq edən AXC-Müsavat cütlüyü düzgün, dövrün tələblərinə uyğun daxili və xarici siyasət yeridə bilmədikləri üçün düşmən bu fürsətdən maksimum yararlandı. Nəticədə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi ciddi təhlükə altına düşdü. Həmin kontekstdə "Əsrin müqaviləsi"nin imzalanması dövlət quruculuğu yolunda çox güclü təsiredici faktor oldu. Bir neçə dəfə onun baş tutmasını pozmağa çalışsalar da, Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət hətta ən güclü beynləlxalq oyunçuların belə fitnəkarlıqlarını darmadağın etdi.

Bütün bunlar inkişaf üçün zəmin hazırlayırdı, lakin ən əsası müqavilənin yaratdığı yeni tarixi şəraitdən və imkanlardan optimal qaydada istifadə olunması idi. Qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan rəhbərliyi neft kapitalını insan kapitalına çevirə bildi və bu, müstəqilliyini əldə etmiş gənc dövlətlər sırasında bəlkə də yeganə müsbət nümunədir.

Bu ideyanın arxasında çox məqamlar yatır. Əsas tezis bundan ibarətdir ki, ölkə rəhbərliyi neftdən gələn gəlirləri vətəndaşın sosial-mədəni, iqtisadi, mənəvi və fərdi inkişafına sərf etməyə imkan verən idarəetmə sistemi ortaya qoydu. Qazanılan kapital hər şeydən öncə Azərbaycan vətəndaşının rifahına və ordu quruculuğuna xərclənməkdə davam edir. Dövlət başçısı cənab İlham Əliyev bu kontekstdə fikirlərini belə vurğulayıb: "Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır".

Ötən 25 il ərzində "Azəri-Çıraq-Günəşli"dən 492 milyon ton neft hasil edilib. Həmin müddətdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayrılıb. 250 min köçkün yeni salınan 100-ə yaxın qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin edilib.

Bunlardan başqa, Azərbaycan rəhbərliyi sazişin imzalanmasından sonrakı 25 il müddətində elm və təhsilə, vətəndaşların sosial təminatına böyük miqdarda vəsait ayırıb. Onlar ölkədə elm, təhsil, texnologiyanın inkişafına ciddi təkan verməkdədir. Çünki aydın həqiqətdir ki, şəxsiyyətin hərtərəfli inkişafı üçün lazım olan şəraitin yaradılması ilk növbədə elm və təhsilin inkişafı ilə əlaqəlidir.

Dövlət başçısı bir ölkənin inkişafını intellektual potensialının müəyyən etdiyini hər zaman ayrıca vurğulayıb. İnnovasiyaların, texnologiyaların inkişaf etdiyi ölkələr dünya miqyasında aparıcı mövqe tuturlar. Ölkə rəhbəri qeyd edir ki, "Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək... Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur".

Yuxarıda vurğulanan bütün məqamlar onu təsdiq edir ki, Azərbaycan rəhbərliyi 25 il ərzində enerji layihələrindən əldə edilən gəlirləri əsas olaraq Azərbaycanın sosial-mədəni, intellektual, mənəvi, iqtisadi və ekoloji inkişafına sərf edib. Və onların hamısının kökündə "Əsrin müqaviləsi" dayanır! Bu, müasir mərhələdə müstəqil dövlət quruculuğunun ən səmərəli yoludur və Azərbaycan təcrübəsi bunu tam təsdiqləyir. Çox vacib məqamdır ki, ölkə rəhbərliyi iki il əvvəl həmin istiqamətdə prinsipial əhəmiyyətli yeni bir addım atdı.

Belə ki, 2017-ci il sentyabrın 14-də Bakıda ölkəmiz üçün tarixi əhəmiyyətli bir hadisə baş verdi. Azərbaycan 6 ölkənin 11 şirkəti ilə - BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TP, "Itochu" və "ONGC Videsh" şirkətlərinin iştirakı ilə "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi imzalandı. Bununla da Azərbaycan hökuməti ilə BP başda olmaqla dünyanın böyük enerji şirkətləri arasında uzunmüddətli əməkdaşlığın davamına qərar verildi. Keçən müddət ərzində əldə edilən təcrübə təsdiqləyir ki, tərəflər bir-birinə tamamilə etibar edir və həmin səbəbdən, imzalanan yeni saziş Azərbaycanın geosiyasi nüfuzunun yüksəlməsi, müstəqil dövlət quruculuğu prosesinin uğurla inkişaf etdirilməsi baxımından olduqca qiymətlidir.

Bu saziş şübhəsiz ki, 1994-cü ildə imzalanmış müqavilənin yalnız zaman baxımından deyil, həm də geosiyasi, iqtisadi, mədəni və siyasi aspektdə davamıdır. Ölkə başçısı yeni sazişin imzalanması mərasimində söylədiyi nitqində bunu xüsusi ifadə edib. Yuxarıda təsvir edilən faktlardan da görünür ki, 1994-cü il müqaviləsi strateji məzmun kəsb edib. 2017-ci ildə imzalanan müqavilə də məhz bu prizmadan olduqca vacib hadisədir.

Maraqlı məqam ondan ibarətdir ki, yeni sazişin imzalanmasından bir neçə gün əvvəl bir sıra Avropa ölkələrinin KİV-i və qeyri-hökumət təşkilatları Azərbaycana qarşı çirkin təbliğat kampaniyasına başladılar. O zaman ekspertlər belə qiymət verdilər ki, bu kimi qarayaxma kampaniyası adətən Azərbaycanın hansısa əhəmiyyətli addımı ərəfəsində konkret dairələr tərəfindən aparılır. Məsələn, 1994-cü ildə "Əsrin müqaviləsi"nə mane olmaq üçün çox dəhşətli hadisələr - dövlət çevrilişinə cəhdlər, dövlət adamlarına qarşı sui-qəsdlər planlaşdırıldı. Hətta o zaman ölkəyə rəhbərlik edən Heydər Əliyevə sui-qəsd etməyə cəhd göstərildi.

İndi də eyni ssenari təkrarlanır. Lakin bu dəfə düşmənlər 1994-cü ildə olduğu kimi, yeni, zəngin və qüdrətli Azərbaycanda sui-qəsdlər və terror aktları təşkil edə bilmirlər. Çünki "Əsrin müqaviləsinin imzalanmasından sonra ölkəmiz bütün istiqamətlərdə sürətlə inkişaf edib və təhlükəsizliyini tam təmin edə bilir. Bu səbəbdən də yeni enerji sazişinin imzalanması ərəfəsi müəyyən dairələr yalnız ideoloji kampaniya aparmağa çalışdılar ki, onun da qarşısını Prezident İlham Əliyev öz müdrik addımları ilə dərhal aldı və sevindirici haldır ki, indi dünyanın hər yerində Azərbaycanda həyata keçirilən islahatlardan danışırlar.

Bu gün təbii resurslar uğrunda böyük dövlətlər ölüm-dirim savaşı aparırlar. Demək olar ki, dünyanın bütün regionlarında təbii ehtiyatların bölgüsü prosesi gedir. Bunu gizlətmək mümkün deyildir. Belə bir şəraitdə Azərbaycan dünyanın nəhəng dövlətlərini təmsil edən şirkətlərlə milli maraqlara uyğun saziş imzalayırsa, deməli, həqiqətən də bu kontrakt Azərbaycan üçün ciddi uğur sayılmalıdır.

Sazişin əsas parametrlərinə diqqət yetirsək görərik ki, ölkəmizə xarici sərmayəçilər tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Müqayisə üçün deyək ki, 2017-ci ildə Ermənistanın konsolidasiya olunmuş büdcəsinin gəlir hissəsi 2,6 milyard ABŞ dolları həcmində nəzərdə tutulub. Göründüyü kimi, Azərbaycanın yeni enerji sazişindən alacağı yalnız bonus Ermənistanın büdcəsinin gəlir hissəsindən çoxdur! Onu da qeyd edək ki, məhz bu kimi faktlara görə Ermənistan və onun havadarları Azərbaycanın atdığı hər uğurlu addımdan təlaşa düşür, Azərbaycanla bağlı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla özlərinə təsəlli verməyə çalışırlar. Ancaq təcrübə göstərir ki, bu kimi hərəkətlər Azərbaycan rəhbərliyini seçdiyi yoldan qətiyyən yayındıra bilmir, bilməyəcək də. Prezident İlham Əliyev təmkinli, uzaqgörən və düşünülmüş siyasəti ilə qarşıya çıxarılan bütün maneələri keçir və ölkəni yeni zirvələrə doğru aparır.

İkincisi, SOCAR-ın "AzAÇG" şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Bu o deməkdir ki, SOCAR artıq dünyanın ən güclü enerji şirkətləri ilə bərabər əsasda işbirliyindədir. O, podratçı kimi yeni enerji layihəsində iştirak etməklə həm təcrübə qazanır, həm də beynəlxalq miqyasda nüfuzunu daha da artırır. Şübhəsiz ki, bundan sonra SOCAR-ın başqa böyük layihələrdə iştirakı heç kəsi təəccübləndirməməlidir.

Üçüncüsü, "SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək". Bu, çox əhəmiyyətli şərtdir. Çünki hazırkı dönəmdə Azərbaycanın Dövlət Neft Şirkətinin beynəlxalq layihədə payı 2 dəfədən çox artırılır, ölkəyə çatacaq mənfəət səviyyəsi 75% təşkil edir və Azərbaycan faktiki olaraq beynəlxalq enerji layihəsində mövqeyini xeyli möhkəmləndirir.

Deməli, "Yeni əsrin müqaviləsi" Azərbaycana qarşı aparılan çirkin təbliğata da ciddi zərbə vurmaqdadır. Faktlar göstərir ki, Azərbaycanda neft ehtiyatları böyükdür və ən güclü dövlətlərin şirkətləri ölkəmizlə əməkdaşlığa can atırlar. Onlar Azərbaycanın müstəqillik yolunda qətiyyətli addımlar atdığını, demokratikləşməyə, elmi-texnoloji inkişafa ciddi önəm verdiyini birbaşa ifadə edirlər.

Bütün bunların fonunda bir məqamı da xüsusi vurğulamaq yerinə düşərdi. "Əsrin müqaviləsi" imzalandıqdan sonrakı 25 il müddətində həyata keçirilən neft strategiyası sayəsində çox mühüm hadisələr baş verib. 1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan "Şahdəniz" yatağı üzrə kontrakt imzalanıb. "Çıraq" platformasından ilk neft 1997-ci ildə çıxarılıb. 1998-ci ildə bu neft fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlayıb. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib. 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. 2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atılıb. 2013-cü ildə TAP layihəsi Avropaya ixracda əsas qaz kəmərindən biri kimi seçilib. Əsasən, uğurla həyata keçirilən neft strategiyası nəticəsində əldə olunan gəlirlər hesabına Azərbaycan 50 milyard ABŞ dolları həcmində valyuta ehtiyatlarına malikdir və bu faktor beynəlxalq maliyyə böhranları zamanı ölkəmizin iqtisadi təhlükəsizlik dayanıqlı inkişafının təminatçısı kimi çıxış edir.

Beləliklə, "Əsrin müqaviləsi" Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrdən biridir. O, faktiki olaraq dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasını ifadə edən faktorlar sırasındadır. Bu prosesin geosiyasi aspektdə çox vacib cəhəti ondan ibarətdir ki, geosiyasi təbəddülatlara məruz qalan regionda sabitlik adası olan Azərbaycan müstəqil dövlət quruculuğunu beynəlxalq aləmdə nüfuzunu sürətlə yüksəltməklə inkişaf etdirir. Artıq ölkənin etibarlı tərəfdaş obrazı formalaşıb. Bütün bu deyilənlərin məntiqi nəticəsini ölkə başçısı nitqində çox lakonik və mükəmməl ifadə edib. Prezident İlham Əliyev vurğulayıb: "Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur".

Siyavuş Novruzov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini

Trend.az

Xəbər Lenti

Pərvin sevgilisini rəfiqəsi ilə OTELDƏ "TUTDU" - Qızın xəbəri yoxdur ki, mən bilirəm - FOTO

"Qalmaqalların, brilyant alıb, kimisə tərifləməyin təməlini İlhamə Quliyeva qoyub"

Ərdoğan və Putin arasında görüş başladı - Soçidə

İran səfirinin qızı intihar etdi

AFFA-dan Təmkin Xəlilzadəyə sərt cəza

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Bakıda arvadını bıçaqladı, özü intihara cəhd etdi - TƏFƏRRÜAT

Tolik bahar qızı olacaq - "Rafael və Coşqundan artıq kişi deyiləm"

Hacıqabulda evdən məişət avadanlıqları oğurlanıb

Ermənilər Rusiyada keçirilən yarışda dava salıblar

Anardan plastik əməliyyat etirafı: "Yanaqlarımı çıxartdırmışam"

Futbolçunun arvadı çılpaq şəklini paylaşdı - FOTO

Venesuela prezidentinin Bakıda Qoşulmama Hərəkatının sammitində iştirakı gözlənilir

Bakıda radikallar iflasa uğradılar - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Azərbaycanda tikinti materiallarının istehsalı 70 faizdən çox artıb

Azarkeşlər arasında dava düşdü, futbolçular meydandan qaçdılar - VİDEO

Xuraman evindəki gizli kameraya düşən həmin kadrları PAYLAŞDI - Əri ... - VİDEO

Şəki sakinlərindən narkotik vasitə götürülüb

Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Elcan “Ər və arvad”dan getdi

HUAWEI şirkəti 2019-cu ilin III rübü üzrə maliyyə hesabatını dərc edib

Bakıda kişi tanışının boğazını kəsdi

Qız sevgilisinin telefonunda elə şəkillər gördü ki, özünü asdı - FOTO

Rüşvət alan vəzifəli şəxslərlə bağlı qərar verildi

Bir sıra aparıcı xarici KİV-lər AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini yayıb

“İnstaqramın hesabına məşhur olublar” - Xatun həmkarlarına söz ATDI - VİDEO - FOTO

Pərvin Abıyevanı QAÇIRMAQ İSTƏYİBLƏR - Bəxtimə ağ eşşəkli oğlan gəlib çıxıb - FOTO

Azərbaycanlı aktrisa İspaniyanın nüfuzlu kino festivalında - FOTO

Dünyanın DƏHŞƏTLİ ÜZÜ: Ana 11 yaşlı qızını 1 butulka arağa seks köləliyinə verir

Azərbaycanlı model soyunan həmkarlarını qınadı: "Tutuzdura bilmək üçün..." - MÜSAHİBƏ

Azərbaycanla Polşa arasında yeni saziş təsdiq edildi

Bahar Muradova: "Azərbaycan vətəndaşlarının həmrəyliyi okytabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özünü göstərdi"

Lev Yaşin mükafatına namizədlər - SİYAHI

Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Mərkəzi Seçki Komissiyasına yeni üzv seçilib

Vitse-spiker: "Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir"

Nazir müavini Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində PRİORİTETLƏRİ barədə

Bakıda Qoşulmama Hərəkatının sammitində dörd sənəd qəbul olunacaq

Azərbaycan XİN Ermənistanın Qoşulmama Hərəkatının sammitində iştirakı barədə

Əməkdar artist 30 il sonra arzusuna çatdı - VİDEO - FOTO

Bu gündən Formula 1 Azərbaycan Qran Prisinin biletlərinin satışına başlanılır

Səməd Seyidov: "Destruktiv elementlər Azərbaycanda bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular"

Ukraynada keçmiş nazir vertolyot qəzasında öldü - FOTO

Deputat: "Özləri aldıqları ianələrlə dəbdəbəli həyat sürür, başqalarını küçə yürüşünə çıxmağa vadar edirlər"

Ailə səhvən yeni doğulmuş körpəni dəfn etdi

Almaz Ələsgərlinin qızı yenə hamilədir

Siyavuş Novruzov: "Radikal müxalifət “Sərbəst Toplaşmaq Haqqında” qanunu və Konstitusiyanın maddələrini pozub"

Əli Kərimlinin qaragüruhu yeni saxtakarlığa əl atdı - Bu ağ yalana İNANMAYIN - FOTO

Bu ölkədə də zəlzələ oldu: 6 bal

Tünzalə Ağayeva: "Reytinqli verilişlərdə səviyyəsizliyi, ucuz söhbətləri görəndə utanıram" - MÜSAHİBƏ

Tolik intim görüntüsü yayılan məşhurla görüşmək istədi - PEŞİMAN OLDU - FOTO

Böyük rəzalət! Məşhur futbolçuların 18+ məclisi ilə bağlı şok faktlar açıqlandı

Təranə Qumral qızını PƏRT ETDİ: “Bu paltarı küçədə pis insanlar geyinmir” - VİDEO - FOTO

Siyavuş Novruzov: "Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi"

“Arsenal” “Şeffild Yunayted”ə məğlub oldu - VİDEO - FOTO

“Qalatasaray” Zidanı qovdura bilər

Azərbaycan hər hansı bir ölkənin və ya diplomatik nümayəndəliyin öz daxili işlərinə qarışmasını yolverilməz hesab edir

Üç azərbaycanlını öldürən şəxs ələ keçdi: 17 il sonra

“Çempionlar Liqasında qalib olmaq üçün hazır deyilik” - Qvardiola

Diş ağrılarından bezən kişi özünü asdı

“Qızıl top”a namizəd futbolçuların adları açıqlandı - SİYAHI

Rusiyada qadını öldürüb meyitini gizlədən azərbaycanlı tutuldu

"Qalatasaray" "Real" qarşısına Falkaosuz çıxacaq

İki dəfə boşanan Rəvanın BÖYÜK QIZI - Gözəlliyi ilə təəccübləndirdi - FOTO

Türkiyə futbol tarixində İLK: Qapıçı 20-ci saniyədə... - VİDEO

Adam öldürməkdə şübhəli bilinən aktyor itkin düşdü

Əminənin qatil ərinə ömürlük həbs cəzası verildi

İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir - FOTO

Politoloq: "Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu"

"Real"da həmişəlik qalmaq istəyirəm" - Zidan

Ana qızını oğullarına qısqanıb, boğub öldürdü - İyrənc cinayət - FOTO

"Qalatasaray" "Real"a, "Yuventus" "Lokomotiv"ə qarşı

"Final Yağları" finala qədər "Maşın Şou"nu dəstəklədi

"Qalatasaray" "Real"a, "Yuventus" "Lokomotiv" qarşı

"Səs uşaqlar"ın münsifləri bəlli oldu

Trüdonun Liberal partiyası parlament seçkilərində qalib gəldi

Çilidə hərbi yük maşını etirazçını vurub

"Final Yağları" finala qədər "Maşın Şou"-nu dəstəklədi

Bakıda yaddaş pozuntusu olan 58 yaşlı kişi itkin düşdü

Tramp Türkiyəni sanksiyalarla hədələyib

Türkiyədə avtomobil yolunda partlayış olub: 7 yaralı

Ərdoğan: Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur

Saatlıda minik avtomobili yanıb

Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq (

Pompeo lazım olduğu halda Turkiyə ilə muharibəyə hazır olduqlarını bildirib

Daha 11 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

ABŞ-Çin ticarət danışıqlarının yeni mərhələsi 25 oktyabrda keçiriləcək

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək

Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib - FOTO

Günün qoroskopu: Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın

Makron Suriyada atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulayıb

Frankonun nəşinin ekshumasiyası oktyabrın 24-də olacaq

Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi

Prezident İlham Əliyev: Sizin istefanız iqtidar komandasında təmsil olunan digər yoldaşlara da yaxşı bir örnək olacaqdır

Prezident İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb

"Moskvada görüşərik, axmaq" - Həbib və Makqreqor arasında söyüşlü DAVA

Çin varlıların sayına görə ABŞ-ı keçdi - İLK DƏFƏ

YPG/PKK indi də İsraildən yardım istədi: Təzyiq göstər...

Aygün küsülü olduğu həmkarlarını təbrik etdi - FOTO

Keçmiş həyat yoldaşını zorlamaq istədi, sonra bıçaqladı - Bakıda şok cinayətin TƏFƏRRÜATI

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

4 nəfərə qarşı dələduzluq edən şəxs tutulub

Bir neçə saatları qalıb, yoxsa əməliyyat yenidən başlayacaq - Çavuşoğlu

Azərbaycana yeni zubrlar gətiriləcək

Pentaqon rəhbəri gözlənilmədən Səudiyyəyə getdi

Tarixdə iz qoyanlar: Cazı Azərbaycana gətirən BƏSTƏKAR

Koçaryan yenidən həbsxanaya qaytarıldı

Əsəd qüvvələri Türkiyə ordusunu mühasirəyə aldı - Müharibə RİSKİ

Paşinyanın adamı Qarabağda inqilab etmək üçün partiya yaratdı

Türk ordusu terrorçulara aid tunellər sistemini aşkarladı

"Traktor"dan darmadağın

Bu ilin 9 ayında qeyri-neft tranzit daşımaları 43% artıb - Nazir

Tünzalə Ağayeva: "Ad günümdə belə bir hədiyyə almağım qürurvericidir"

Belçika caz qrupu seminar və master-klass təqdim etdi

Bakıda 21 yaşlı bacısını öldürən qardaş hakim qarşında

9 ayda narkotikə görə 2618 nəfər həbs edildi, 199 fəhlə, 69 qadın

Ölkəyə 15 kq-dan artıq narkotik vasitə keçirilməsinin qarşı alındı - FOTO

Azərbaycan futbolunda daha bir şok - Bu klub danışılmış oyunlarda iştirak edib

Bu ölkədə təyyarə avtomobillərin üzərinə düşdü - Ölənlər var

Millinin oyunları “İdman” TV-də

Denge qızdırmasından ölənlərin sayı 70-i keçib

Yurgen Klopp VAR-dan şikayətləndi

Xalq artisti həyat yoldaşının ölümündən DANIŞDI: “1 il idi xəstə idi” - VİDEO - FOTO

“Qarabağ” - APOEL: mətbuat konfransı və açıq məşqin vaxtı

Azərbaycana gələn turistlərin sayı 9,5 faiz artıb

Azər Axşamın həyat yoldaşı canlı yayıma çıxdı: Mübarizlə bağlı danışdı

“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsi açıldı

"Milli Şura" və AXCP-nin əsas məqsədi nədir? - Vüqar Rəhimzadə açıqladı

“Liverpul”la döyüşə gedirsiniz, ancaq tuneldə dayanıb, öpüşürsünüz” - Roy Kin

"Şirin" arzusundan DANIŞDI: “Killer olmaq istəyirəm” - VİDEO - FOTO

Nazir: "Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8% artıb"

Zaura əsəbiləşib, efiri tərk etdi

Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil, sizindir"

Röya Xalq artisti adı almasından İLK DƏFƏ danışdı - "Bu ad mənim deyil, sizindir"

Ölkəni kilosu 3-4 manata satılan “kərə yağları” bürüyüb

Sosial müdafiə  sahəsində nümunəvi ölkə

Azarkeşlər meydana “kəsilmiş əl” atdılar - FOTO

Qənirə Paşayeva: "Hər bir azərbaycanlı düşmən dəyirmanına su tökən addımlardan uzaq olmalıdır"

Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

“Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir” - FOTO

Robota bənzəyənlər...

Xatirəylə xanəndə Elnarə bir arada - Küsülü idilər - VİDEO

Türkiyə XİN rəhbəri Azərbaycana səfər edəcək

"Real" Mourinyo ilə danışıqlara başladı

Türkiyə səfiri: "Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün önəmlidir"

Röya, Tünzalə, Mir Yusifə “Xalq artisti” fəxri adı verilidi - SƏRƏNCAM

"Hisslərimə hakim olmağı öyrənməliyəm" - Təmkin Xəlilzadə

Nigardan qırmızı, cazibədar geyim - FOTO

Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib

Hacıbala Abutalıbov vəzifəsindən azad edildi - SƏRƏNCAM

Əli Həsənov vəzifəsindən azad edildi - SƏRƏNCAM

Kataloniyada böhran: 58 jurnalist döyülüb, 3 nəfərin gözü çıxıb, 182 yaralı, 83 nəfər həbs...

"Real" "Qalatasaray"la oyun üçün heyətini açıqladı - 2 ulduz yoxdur

Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə 3,5 milyon manat ayrıldı - SƏRƏNCAM

Maşın qaçıran şəxs sərhəddə tutuldu - FOTO

"Qanunsuz mitinq keçirməyə cəhd edənlərin istəkləri nədir?"