AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan

  7

101 il öncə bu gün- sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxtına çevirilməsində misilsiz tarixi rol oynadı. O dövrdə milli müstəqilliyimiz yenicə elan olunmuşdu. Dövlət institutları hələ formalaşmağa macal tapmamış məmləkətimiz və onun sərvətləri uğrunda gedən geopolitik savaşda, qanlı maraqlar toqquşmasında Bakısız qalmış Azərbaycan, Xalq Cümhuriyyətinin qurucuları tərəfindən haqlı olaraq başsız bədənə bənzədilirdi. Azərbaycan fiziki bütövlüyünə- öz başına qan və inanc qardaşları ilə çiyin-çiyinə verərək, Bakıdakı özbaşınalıqlara, hərc-mərcliyə, talan və repressiyalara son qoyaraq qovuşdu. Baş şəhər də daxil olmaqla, ölkəmizin dörd bir yanı zəfər təntənəsinə büründü. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakıya daxil olması müqəddəs Qurban bayramı günlərinə təsadüf edirdi. Bu səbəbdən də təkcə Bakıda və bölgələrimizdə deyil, qalibiyyətin sorağını alan bütün türk-islam dünyasında bayram-bayrama qarışmışdı. Bakıda türk ordusunun adına qurbanlar kəsilmiş, şəninə ziyafətlər verilmiş, məşhur milyonçu, öz xeyriyyəçiliyi ilə xalqımızın yaddaşına əbədi həkk olunmuş Hacı Zeynalabdin Tağıyev indiki Dövlət Filarmoniyasının binasında təmtəraqlı süfrə açaraq Nuru paşanı əhali adından salamlamış, ona yüksək ehtiram göstərmişdi.

Nuru paşanın xatirəsi, Qafqaz İslam Ordusunun rəşadəti ötən əsrin sonlarında öz müstəqilliyini yenidən qazanmış Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində xüsusi ehtiramla yad edilir. Bu ehtiramın ən bariz təcəssümü Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna ucaldılan abidədir. Bu abidə böyük Heydər Əliyevin "bir millət, iki dövlət" fəlsəfəsinin həm yaxın tariximizdəki əsaslarını, həm də gələcək hədəflərinin gerçəkləşməsi baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan fədakarlıq tələbini simvolizə edən bir əsərdir. Bu abidənin layihəsi 1918-ci ildə hazırlanmış, ADR parlamentinin 15 sentyabr 1919-cu ildə Bakının azad olunmasının 1 ili münasibəti ilə keçirilən xüsusi iclasından sonra hökumət üzvləri, millət vəkilləri Çəmbərəkənd qəbiristanlığına gedərək türk əsgərinin heykəlinin qoyulması üçün özül inşa etmişdilər. Lakin 28 aprel ilhaqı bu abidənin ucaldılmasına imkan vermədi. Müstəqilliyin bərpasından sonra Azərbaycan və Türkiyə hökumətlərinin razılaşmasına əsasən həmin layihə davam etdirildi. Abidənin yeni təməli 1999-cu ildə qoyuldu, bir il sonra isə Azərbaycan prezidenti Heydər Əliyevin və Türkiyə prezidenti Süleyman Dəmirəlin iştirakı ilə açılış mərasimi keçirildi. Bildiyiniz kimi, ötən il Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı bir çox rəsmi, elmi və mədəni tədbirlər təşkil olundu. Azərbaycan prezidenti cənab İlham Əliyevin və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirak və qəbul etdikləri əzəmətli hərbi paradda xalqlarımız və dövlətlərimiz arasındakı bağların qırılmazlığı, zamanın qardaşlıq duyğularımızı daha da gücləndirdiyi, torpaqlarımızın işğaldan azad edilməsi üçün yenə də birgə iradə ortaya qoymağımız bütün dünyaya nümayiş olundu.

Bəli, 1918-ci ilin sentyabr ayının 15-də Bakının azad edilməsi ilə kulminasiya nöqtəsinə çatan Osmanlı ordusunun Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir. Onunla örnəkdir ki, Qafqaz İslam Ordusu qurularkən məqsəd nə Osmanlı dövlətinin torpaqlarını müdafiə etmək, nə də yeni ərazilər zəbt etmək olmuşdu. Bu, sözün əsl mənasında qardaşın qardaşa haraya gəlməsi, heç bir maddi və siyasi mənfəət güdmədən onu zamanın qəddar sərvət ovçularının, uşaqlara, qadınlara, qocalara rəhmi gəlməyən amansız qatillərin caynağından xilas etmək məramı idi. Buna rəğmən, hərəkatın uğurla başa çatacağı və davamlı olacağı halda, həm qocaman, həm də gənc qardaş elə əlverişli mövqe sahibinə çevriləcəkdi ki, 20 əsrin tarixi də, coğrafiyası da yaşadığımızdan tamam fərqli şəkil alacaqdı.

Qafqaz İslam Ordusu Birinci Dünya Müharibəsinin sonlarına doğru qurulmuşdu. Ordunun qurulması prosesinin başlanğıcında 12 maddəlik bir təlimatnamə tərtib edilmiş, birliyə komandan təyin olunan Nuru paşa Killigilə bu sənəd üzrə Osmanlı dövlətinin Qafqazdakı baş təmsilçisi vəzifəsi həvalə olunmuşdu. Osmanlı hakimiyyətinin son dərəcə konspirativ, hətta öz müttəfiqlərindən də gizli şəkildə yaratdığı bu hərbi birləşməyə "islam" adının verilməsi tərkibinin tamamilə müsəlmanlardan ibarət olması ilə bağlı idi. Sıravi əsgərlərindən tutmuş əsas komandirlərinə qədər bütün şəxsi heyətində bircə nəfər də olsun qeyri-müsəlman olmayan ordunun tək vəzifəsi vardı- Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə hərbi yardım göstərmək, xalqımızın və torpaqlarımızın üzləşdiyi təcavüzləri dəf etmək!

Nuru paşanın başçılıq etdiyi ordu mayın 16- da Naxçıvana, 25- də isə Gəncəyə daxil oldu. Üç gün sonra Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi və islam aləmindəki ilk demokratik respublikanın paytaxtı Gəncə oldu. ADR hökumətinin üzləşdiyi çox sayda dərin problemlər vardı. İlk növbədə ölkənin ərazi bütövlüyünün təmin olunması labüd idi. Bunun üçün formatını tez-tez dəyişən, mahiyyət olaraq isə erməni daşnak zehniyyətinə xidmət edən inqilabçı dəstələrin hökmranlığına son qoymaq lazım idi. Bu zərurətə əsaslanaraq 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum anlaşması imzalanmışdı. Müqavilənin dördüncü maddəsində nəzərdə tutulurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin istəyi ilə daxili asayişin təmin olunması üçün Osmanlı hökuməti ölkəmizə hərbi yardım göstərməyi öz üzərinə götürür. Bu sənəd Qafqaz İslam Ordusunun Bakıya yürüşü üçün hüquqi əsas oldu. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri ilə birlikdə Nuru paşanın başçılığı altında Göyçayda, Salyanda və digər ərazilərimizdə qarşısına çıxan düşmən qüvvələri darmadağın edərək qısa müddətdə Bakıya yaxınlaşdı, 1918-ci ilin avqustun 1-dən etibarən burada hakimiyyəti ələ keçirmiş daşnak və menşeviklər tərəfindən qurulan Sentrokaspi diktaturasına ultimatum verdi. Ultimatum yerinə yetirilmədiyindən 14 sentyabr gecəsi Nuru paşanın əmri ilə hücum təşkil edildi və ertəsi gün saat 15 radələrində qələbə fişəngi atıldı. Beləliklə, Nuru paşa tarixə adını Birinci Dünya Müharibəsində Osmanlının qazandığı üç zəfərdən (Çanaqqala və Kütül Amarə zəfərləri ilə yanaşı) birinin sərkərdəsi, eyni zamanda, xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırdı.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi

Xəbər Lenti

"Araz və Elvin bəxtsiz futbolçulardır" - Qurban Qurbanov

"Keşlə" qalib gəlir, Qəbələ" "Qarabağ"ı dayandırdı - YENİLƏNİR

Baxşiyev "Qarabağ"dan necə xal almalarından danışdı

Millimizin üzvü üçün 90 dəqiqə və sarı vərəqə

Şamaxıda 3 otaqlı ev yanıb

Böyük Yeddilərin növbəti sammiti Trampın mülkündə keçiriləcək

Livanda on minlərlə insan küçələrə çıxıb

Sibirdə mədəndə bənd çöküb: 15 ölü

Siyavuş Novruzov: Radikal müxalifət bir daha biabırçı uğursuzluğa düçar oldu

Xalq artistinin qızı göz yaşı tökdü: “Şokdayam, yaşananlara inanmıram” - FOTO

Roza oğlanlarına ev alıb

“Neymarın “Barselona”ya qayıtmasını istəməyən insanlar var” - Messi

Radikal müxalifətin ikinci oktyabr iflası

Fransa məhkəməsi separatçılarla imzalanmış daha bir “xartiya”nı ləğv edib

"Mançester Siti" və PSJ diskvalifikasiya olunmalıdı"

Avtobuslar əvvəlki hərəkət sxeminə qayıtdı

"Qanunsuz aksiya ictimaiyyətdən heç bir dəstək almadığına görə paytaxt sakinlərinin gözü qarşısında tam fiaskoya uğradı" - Siyasi ekspert

Kərimlinin qanunsuz cəhdinin qarşısını Bakı aldı

BŞBPİ: Qanunsuz aksiyada 60 nəfər saxlanılıb

Falkao "Real"a qarşı oynayacaq? - Terimdən açıqlama

XİN: Fransa məhkəməsinin Şuşa şəhəri ilə bağlı qərarını alqışlayırıq

Tramp CNN-ni məhkəmə ilə hədələdi

"AXCP və "Milli Şura" adlı təşkilatların məqsədi aksiya deyil, ölkədə çaxnaşma yaratmaq, təxribat törətməkdir" - Deputat

"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olundu

"Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər"

Qurban Qurbanov “avtoşluq” edən futbolçunu belə cəzalandırdı

"Qanunsuz aksiya cəhdinin qarşısı polis tərəfindən qətiyyətlə alınıb, saxlanılanlar var"

“Ağ xalatlı qatilləri” güllələmək istəyənlərin güllələnməsi - Stalin 1 ay gec ölsəydi... - FOTO

Krasnoyarskda matəm elan olunacaq

UEFA “Neftçi”ni 40 min avro cərimələdi

Türkiyə kürdləri barışığı pozmaqda ittiham etdi

Merkel: "G7 sammitinin keçiriləcəyi yeri seçmək Trampın hüququdur"

Bakıda taksi sürücüsünü döyərək pulunu və telefonunu apardılar

Rusiyadakı yanğında ölənlərin sayı 7 nəfərə çatdı

Bakıda bank əməkdaşının başına oyun açdılar: müştəri kimi gələn qadın onu evə çağırıb... - TƏFƏRRÜAT

Güləşçilərimiz Hərbçilərin Dünya Oyunlarında mübarizə aparacaq

Kartel silahlıları "El Çapo"nun oğlunu polisdən azad edib

Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...

Respublikaçılar da Trampa qarşı: "Suriyadan ordunun çıxarılması strateji səhvdir"

Türkiyədə müəmmalı qəza: rus nüvə mühəndisləri həlak oldu - FOTO

ABŞ radiosu İran-Ermənistan əlaqələrinə dair sensasion material yaydı

"28 May" istiqamətində 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib

Deputat: "İnsanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları yüksək qiymətləndirir"

Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı

Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı

Kataloniyada dünən keçirilən aksiyalarda 182 nəfər xəsarət alıb

UEFA "Neftçi"ni 40 min avro cərimələdi

Yaponiyada məktəbliləri aparan mikroavtobus qəzaya uğradı: yaralananlar var

“İki qardaşın millidə birgə oynaması adi məsələ deyil” - Rüfət Dadaşov

Fatma ilə Ramal barışdılar

Müxalifətin mitinqinə ehtiyac varmı? - SORĞU - VİDEO

Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Bakıya gələn müğənni çantasını SƏHV SALDI - İçindən çıxanlar ŞOK ETDİ - FOTO

Relslərin üzərinə düşən qadın son anda xilas edildi - Stansiyada qorxulu anlar - VİDEO

Elxan Ələsgərov: "Türk Şurasının Bakı sammiti türk birliyi yolunda mühüm mərhələdir" - VİDEO

Türkan Vəlizadə: "Dəmir parçasına görə “Maşın”ın iştirakçıları mənliklərini satdılar"

FETÖ-nün axtarışda olan “Meksika imamı” saxlanılıb

Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək

Əli Kərimli yalan vədi və samovarını satan cəbhəçi

Qurdla sevgili olduğu deyilən Aysun: Axırıncı dəfə dünən gecə görüşmüşük - FOTO

“Suna artıq mənim üçün yoxdur...”

"Sonuncu Pərdə" filminin qala gecəsi keçirilib - FOTO

Kataloniyada döyüş hazırlığı: barrikadalar qurulur - ŞOK GÖRÜNTÜLƏR - FOTO

Dünya ölkələrində qanunsuz aksiyaların qarşısı necə alınır? - ARAŞDIRMA - FOTO

"Olanları anana demə, yoxsa məni tutarlar" - Aparıcı 10 yaşlı qızı zorladı - FOTO

Türkiyədə yük qatarı relsdən çıxıb

"Neftçi"nin futbolçusu qol vurduqdan sonra əsgər salamı verdi - FOTO

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

Ərdoğan və Tramp telefonda danışdı

Kataloniyada etirazlar: 128 nəfər saxlanıldı, 207 polis yaralandı

Azərbaycanlı məşhurun qızından dərin yarıqlı geyimdə EHTİRASLI RƏQS - VİDEO

PSJ səfərdə böyük hesabla qalib gəldi - VİDEO

28 yaşlı qadın 11 yaşlı oğlandan hamilə qaldı, uşaq doğdu - FOTO

"Qalatasaray"dan çətin qələbə - VİDEO - FOTO

Radikalların mitinq mərəzi yenə şiddətlənib - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Keçmiş məhkum narkotiklə tutuldu

Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı - Əli Kərimli elan verdi - FOTO

Azərbaycanlı aparıcı ƏMƏLİYYAT OLUNDU - Bu da əməliyyatdan dəqiqələr öncə... - VİDEO

Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Cəbhədən XƏBƏR: düşmən yenə pulemyot və snayperləri işə saldı

"Qarabağ" "Qəbələ"yə, "Keşlə" "Sabah"a qarşı

Yerə nəhəng asteroid yaxınlaşır

Həftənin ən yaddaqalan görüntüləri - FOTO

Roza Zərgərli udduğu maşını avtobusla dəyişib qazilərə bağışladı

67 yaşlı təqaüdçü erotik masaj zamanı öldü

"Maşın"ı türkiyəli apardı

Rusiyada damba uçdu: 12 nəfər ölüb, 13 nəfər itkin düşüb - YENİLƏNİB

Rusiyada damba uçdu: 10 nəfər öldü, 15 itkin var

Beyrutun mərkəzindəki nümayişlərdə iştirak edən 70 nəfər tutuldu

Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçərək qəza törədib - FOTO

Nazarov Almaniyada növbəti qolunu vurdu

“Ronaldo məni əsgər salamı ilə qarşıladı” - türk futbolçu

"Qalatasaray"dan qələbə

"Qarabağ"la 55-ci duel

Millimizin sabiq futbolçusu "Turan"ın baş məşqçisi oldu

PSJ 4 qolla qalib gəldi

"MY" 18 yaşlı hücumçu ilə müqavilənin müddətini uzatdı

Rusiya və Kosovo eyni qrupda olmayacaq - UEFA açıqladı

"El Klassiko" nə vaxt oynanılacaq? - dekabrın 4-ü, yoxsa 18-i?

Beynəlxalq Muğam Mərkəzində “Solistlər ansamblı”nın konserti keçirilib - FOTO

BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var

Alyaskada sərnişin təyyarəsi təcili eniş edib: ölən var

Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

Suriya ordusu Latakiyada silahlıların iki dronunu vurub

Türkiyədə 20-dən çox qanunsuz miqrant saxlanılıb

Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Günün qoroskopu: özünüzdən bədgüman olmayın

Tanzaniyada 40-a yaxın məktəblini ildırım vurub

Evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşıb

"Aydın Süleymanlı güclü potensiala malik idmançıdır" - FOTO

YATAĞIMIZDAKI QATİL: onu necə tanıyaq? - Psixiatr yazır

Leyla Abdullayeva: Azərbaycan bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib

12 həftəlik hamilə olduğunu düşündü, qarnından şiş çıxdı

Avropadakı diaspor təşkilatları Azərbaycana qarşı təxribatçı çağırışlara etiraz edir

Azərbaycan hüquq mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib - FOTO

Millimizin sabiq futbolçusu baş məşqçi oldu