AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Şövkət Ələkbərova heç kimin onu elə görməsini İSTƏMƏDİ - Məşhurların son günü...

  10

Demokratikmusavat.com bildirir ki, Modern.az "Məşhurların son günü" adlı rubrikada növbəti təqdimatı görkəmli sənətkar, Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovaya həsr olunur.

Rubrikamızda hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına, dostlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır.

Arayış:  Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub.

15 yaşında musiqi müsabiqəsində qalib gəlib. Bəstəkar Üzeyir Hacıbəyov və müğənni Bülbül onun istedadını qiymətləndirib.

Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlayıb.

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyub və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub. 

Peşəkar müğənni karyerasına Üzeyir Hacibəyovun dəvəti ilə Azərbaycan Dövlət Xorunda başlayıb.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. Böyük Vətən müharibəsi illərində cəbhəyə qastrol səfərlərinə gedərək orada vətənpərvərlik mahnıları ifa edib.

1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb.
Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.

Keçmiş SSRİ-nin bir çox şəhərlərində,  Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına "Segah", "Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

Azərbaycan mahnıları və muğamları ilə bərabər, türk, fars və ərəb dillərində də mahnılar oxuyub.

Onun ailə həyatı çox ağır olub. İki dəfə ailə qurub. Birinci nikahından qızı Natella dünyaya gəlib. Həyat yoldaşı çox cavan rəhmətə gedib.

İkinci evliliyindən oğlu Bəşir doğulub. Bəşir dünyaya gələndən  bir neçə il sonra ikinci həyat yoldaşı - rejissor Lətif Səfərov intihar edəb.

Şövkət Ələkbərova 7 fevral 1993-cü ildə (70 yaş) vəfat edib və Bakıdakı Fəxri Xiyabanda dəfn edilib.

Şövkət Ələkbərova ilə bağlı suallarını onun gəlini - Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru Gülnarə Səfərova cavablanıdırıb.

"Şövkət Ələkbərova səhnədə daim xanım-xatun, gülərüz olub. Evdə isə Şövkət xanım çox sadə, mehriban və qayğıkeş bir ana olub. Şövkət xanımın bir qızı, bir oğlu olub. Lakin övladlarından başqa Şövkət xanım öz qardaşı uşaqlarına da baxıb. İkinci Dünya Müharibəsi zamanı Şövkət xanımın böyük qardaşı Mir Ələkbər itkin düşüb və yoldaşı da dünyasını dəyişib. Onların qızı Validə isə onda bir neçə aylıq körpə olub və Şövkət xanım ona öz qızı kimi baxıb, böyüdüb, boya-başa çatdırıb. Validə üçüncü sinifdə oxuyarkən məktəbdə öyrənib ki, Şövkət xanımın öz qızı deyil. Lakin Şövkət xanım ona "qızım, düzdür, mən sənin əslində bibinəm, amma səni anan kimi çox istəyirəm, sən mənim doğma balamsan" deyib. Validə Şövkət xanımın tərbiyəsini alıb böyüdü və Şövkət xanım onu gəlin köçürdü. Validə xanım həmçinin Şövkət xanımdan musiqi savadı alıb.

Validədən başqa Şövkət xanım qardaşı Mir Şəfehin 2 övladı - Sevda və Eldara da baxıb, evində saxlayıb. Bu isə o deməkdir ki, Şövkət xanım 5 uşaq tərbiyə edib. O, həmişə hamıya əl tutub".

Müsahibimiz deyir ki, Şövkət Ələkbərova nəinki səsiylə, insanlığı, humanistliyi, yardımsevərliyi ilə seçilən şəxsiyyət olub.

"Şövkət Ələkbərova həm də gözəl müəllimə idi. O, Azərbaycanın hər qarışını diyar-diyar gəzib istedadlı uşaqları seçib Bakıya gətirirdi".

Gülnarə xanım deyir ki, Şövkət Ələkbərovanın Bakıya gətirdiyi həmin uşaqlar Bülbül adına orta ixtisas məktəbidə və Asəf Zeynallı adına musiqi texnikumunda təhsillərini davam etdiriblər:

"Şövkət xanımın dərs dediyi uşaqlar onun ana qayğısı altında təhsil alırdılar. O, həmişə deyirdi ki, bu uşaqların anaları burda yoxdur, deməli onların anası mənəm. Həmin uşaqları evə gətirəndə birinci növbədə onlar üçün özü yemək bişirərdi. Daim tələbələrinin problemlərini öyrənib onlara köməklik göstərərdi".

Gülnarə xanımın Şövkət Ələkbərovadan danışarkən dərin xəyala dalması, həsrət və özləmin səsində yaratdığı titrəmə sanki onun gəlini ilə deyil, qızıyla danışdığımızı hiss elətdirirdi.

Gülnarə xanım:

"Mən Şövkət xanıma qayınana kimi baxmamışam. Mən həmişə ona Azərbaycan Xalq artisti Şövkət Ələkbərova kimi baxmışam. Bizim aramızda çox böyük hörmət olub. Mən onu həmişə "Şövkət xanım" deyə səsləyirdim. Amma o, mənə qarşı olduqca sadə, mehriban və qayğıkeş yanaşırdı. Mənə qarşı çox diqqətcil idi, maraqlanırdı. Əhvalım olmayan kimi dindirib-danışdırardı. Məni özüylə məşqlərə aparardı, özüm də musiqiçi olduğum üçün məşqlərdə iştirak etmək mənə maraqlı idi və o, bunu bilirdi. Çox xoşbəxtəm ki, Şövkət xanımın evində olmuşam.

Mən onun evinə gələndə 18 yaşım var idi. Həmişə deyirəm ki, anam məni həyata gətirib, tərbiyə verib, amma mən həyat dərsini Şövkət xanımdan almışam. Bizi yaxından tanıyanlar həmişə deyir ki, sən necə Şövkət xanıma bənzəyirsən... Buna səbəb o idi ki, məndən aslı olmadan onun hansısa sözlərini, hərəkətlərini, xasiyyətin hansısa çələngini baxıb götürmüşəm. Ola bilər ki, bu oxşarlıq ondan qaynaqlanır.

Məşq üçün evimizə şedevr bəstəkarlar - Tofiq Quliyev, Cahangir Cahangirov, Ramiz Mirişli, Vasif Adıgözəlov və digərləri gəlirdi. Şairlərimiz gəlib deyirdii ki, "Şövkət xanım, bu şeirə kim yaxşı mahnı bəstələyə bilər7". Ya da cavan bəstəkarlarımız gəlirdi ki, "məni hələ heç kim tanımır, Şövkət xanım, mahnı bəstələmişəm, kim oxuya bilər. O, isə deyirdi ki, "bəyənsəm, mən oxuyaram". Bunların hamısı mənim gözümün qabağında olub deyə, qeyd edirəm ki, Şövkət xanımdan musiqi və ən əsası həyat dərsi keçmişəm. Bəstəkarlar başa düşürdü ki, onların mahnılarını Şövkət xanım ifa etsə, o mahnı yaşayacaq.

Şövkət Ələkbərova  bir çox mahnıların ilk ifaçısı olub. Polad Bülbüloğlunun mahnılarının ilk ifaçısı Şövkət xanım olub. Bəlkə də bunu heç kim bilmir. Şövkət xanım solo konsertlərində böyük sevgi ilə deyirdi ki, "Polad Bülbülün oğlu". Demirdi ki, Polad Bülbüloğlu, Bülbülün oğlu deyirdi. Çünki o, Bülbülü çox sevirdi, ona böyük hörməti var idi".

Çox vaxt müəllim tələbəsi ondan yüksəkdə olmasın deyə, sənətin bütün sirlərini açmır. Şövkət Ələkbərova elə bir müəllim idi ki, sənətin bütün sirlərini tələbələrinə çatdırıb, peşəsinin hər incə detalını bircə-bircə öyrədib. Məhz buna görə də Şövkət xanımın tələbələri hamsı "Xalq artisti" adını alıb.

Sənətkarın gəlini:

"Şövkət xanımın sənəti ilə şəxsiyyəti vəhdət təşkil edirdi. O, bəzi müğənnilər kimi -  hansı ki, sənəti var, amma şəxsiyyəti yoxdur - deyildi. Şövkət xanımı yaxından tanımayanlar üçün onun mahnısına qulaq asmaq bəs edir. Onun ifasında qəmginlik, həzinlik var. İfalarından daxili aləmi görünür".

Musiqi Şövkət xanımın həyatına da yansımışdı. O, musiqini sadəcə işidi deyə yox, onun xarakterini ifadə etdiyinə görə sevib. Çünki indi də tayı-bərabəri olmayan "Şövkət Ələkbərova səsi" sanki onun insanlığından, xarakterindən də xəbər verir. Səsindəki hüzur və məlahətdən anlamaq olur Şövkət Ələkbərova necə bir insan olub.

Gülnarə xanımla Şövkət Ələkbərovanın tanışlığına səbəb də elə musiqidən keçib.

"Mən Asəf Zeynallı adına musiqi texnikumunda birinci kursda, Fortopiano sinfində təhsil alırdım. Şövkət xanım isə orada muğam dərsləri deyirdi. Biz həmişə onun yanından keçəndə salam verirdik. Bir dəfə isə o, bizi saxladı və bir-bir maraqlanmağa başladı, dərslərimizi, müəllimlərimizi soruşdu. Şövkət xanım məni orda bəyənmişdi və oğluna göstərib deyib ki, o qız mənim cavanlığıma oxşayır. Sonra anam, atamla tanış oldu.

Şövkət xanım həmişə deyirdi ki, mən çox xoşbəxt biriyəm ki, əlli ildən çox xalqıma xidmət etmişəm. Onun son günlərində biz ruh düşkünlüyü yaşayırdıq. O, bizi çağırıb dedi ki, siz niyə məyussunuz? Mən xoşbəxt qadınam ki, məni xalqım sevir və mən bu xalq üçün 50 ildən çox xidmət göstərdim, mən hər evin laylası olmuşam".


Gülnarə xanım qeyd edir ki, Azərbaycan Şövkət Ələkbərovanın səsinə hələ də həsrət qalıb.

""XX əsrin qadın və kişi müğənnisi" adlı yarışma keçirlirdi. Qadınlar arasında Şövkət Ələkbərova, kişilər arasında Rəşid Behbudov birinci yerə çıxdı.

Azərbaycan indi Şövkəti, Rəşidi axtarır, amma tapa bilmir. Hətta mən deyərdim ki, Şövkət Ələkbərovanı, Rəşid Behbudovu heç vaxt əvəzləyən olmayacaq. Bəlkə də Şövkət xanıma oxşayacaqlar, amma Şövkət xanım kimi heç vaxt olmayacaqlar. Mən indi də deyirəm ki, bəli, Şövkət xanım xoşbəxt qadın idi ki, onun ifası bu gün də hər evin laylasıdır.

Xarici bir şirkət "Dünya laylaları" adlı böyük bir proyekt hazırlayırdı. Şirkət nümayəndələri sadəcə qulaq asır, xoşlarına gələn laylanı həmin proyektə əlavə edirmişlər. Sonra bizə zəng etdilər ki, Şövkət xanımın ifasını bəyəniblər, razılıq verin. Bu insana qürur verir.

Mənim 6 aylıq nəvəm hər gün Şövkət Ələkbərovanın laylası ilə yuxuya gedir. Bu xoşbəxlikdir. Mən bütün analara üzümü tutub deyirəm ki, körpələrini bu laylayla yatırtsınlar. "Yutube"da Şövkət xanımın mahnlarının altındakı rəylərə baxıram, yazanların çoxu gənclərimizdir. Hamısı Şövkət xanıma rəhmət diləyir. Bir dəfə 20 yaşlı oğlan rəydə yazmışdı ki, "Allah mənim ömrümdən alaydı, amma Şövkət xanımı geri qaytaraydı". Mən onu oxuyanda çox kövrəldim. 28 ildir Şövkət xanım yoxdur, amma xalqın gözü hələ də onu axtarır".

Gülnarə xanımın sözlərinə görə, Şövkət Ələkbərovanın qızından iki oğlan nəvəsi var:

"O qədər qayğıkeş nənə idi ki! Öz uşaqlarına qarşı çox tələbkar idi, amma nəvələrinə qarşı yox. Övladları həmişə bunu dilə gətirəndə deyirdi ki, "siz mənim uşağımsız, onlar nəvələrim". "Tərbiyəni övladlarınıza siz verin" deyirdi. Mən bunu nəvəm olandan sonra anladım. Mən də eynilə övladlarıma qarşı tələbkar idim, amma nəvəm istəyirəm ərköyün olsun. Nəvə şirin olurmuş. Şövkət xanım çox gözəl nənə idi. Mənim qızım dünyaya gələndə o çox sevinirdi. İstəyirdi ki, qız nəvəsi olsun. Qızım dünyaya gələndə dedi ki, mən nəvəmə öz adımı verəcəm. Sonra mənə baxırdı ki, birdən narazı olaram. Deyirdi ki, "mənim adımın çox gözəl mənası var, bilirsən?! Mənim adımın mənası şan-şöhrət deməkdir". Mən də deyirdim ki, siz necə məsləhət görürsnüz elə olsun".

Şövkət xanımın birinci həyat yoldaşından olan qızı Natella çox gənc yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının dərdi ilə yanan Şövkət Ələkbərova gəlinin sözlərinə görə, çox az yaşaya bilib. Şövkət xanım qızının ölümündən sonra bir daha  mahnı oxumayıb.

"Şövkət xanım qızımı çox az gördü. Hər gün nəvəsinə laylay oxuyardı. Mən ona deyirdim ki, Şövkət xanım, yorulmadınız? Deyirdi: "Ay qızım, mənim ömrümə çox az qalıb. Qoy, doyunca laylay deyim balama". Qızından sonra Şövkət xanım çox "düşdü". Dərd sındırdı onu.

Şövkət xanım övladlarını və nəvələrini bu sənətdə görmək istəmirdi. Qızım bələkdə olanda ağlamağından deyirdi ki, "bu çox istedadlı uşaq olacaq. Amma nəbadə onu oxumağa qoyasan. Çünki xalqı qane etmək çox çətindir. Bu çox böyük məsuliyyətdir. Mən o çətinliyi görmüşəm, istəmirəm mənim balaca balam o çətinliyi görsün". Mənə elə gəlir ki, Şövkət xanım haqlı idi. Artıq Şövkət Ələkbərova bir zirvə kimi var və o zirvəyə qalxmaq çox çətindir. Mənim qızım bəli, istedadlıdır, amma o, "Şövkət Ələkbərova zirvəsi"ni fəth edə bilməzi, onun kölgəsində qalacaqdı".  

Gəlininin sözlərinə görə Şövkət xanımın son günündə yanında ailə üzvlərindən başqa heç kimi istəməyib.

"Şövkət xanım çox ağır xəstə idi və heç kimin onu elə görməsini istəmirdi. O, özünə qapanmışdı, bvə eləcə də rəhmətə getdi".

Demokratikmusavat.com

Xəbər Lenti

Krasnoyarskda matəm elan olunacaq

UEFA “Neftçi”ni 40 min avro cərimələdi

Türkiyə kürdləri barışığı pozmaqda ittiham etdi

Merkel: "G7 sammitinin keçiriləcəyi yeri seçmək Trampın hüququdur"

Bakıda taksi sürücüsünü döyərək pulunu və telefonunu apardılar

Rusiyadakı yanğında ölənlərin sayı 7 nəfərə çatdı

Bakıda bank əməkdaşının başına oyun açdılar: müştəri kimi gələn qadın onu evə çağırıb... - TƏFƏRRÜAT

Güləşçilərimiz Hərbçilərin Dünya Oyunlarında mübarizə aparacaq

Kartel silahlıları "El Çapo"nun oğlunu polisdən azad edib

Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...

Respublikaçılar da Trampa qarşı: "Suriyadan ordunun çıxarılması strateji səhvdir"

Türkiyədə müəmmalı qəza: rus nüvə mühəndisləri həlak oldu - FOTO

ABŞ radiosu İran-Ermənistan əlaqələrinə dair sensasion material yaydı

"28 May" istiqamətində 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib

Deputat: "İnsanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları yüksək qiymətləndirir"

Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı

Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı

Kataloniyada dünən keçirilən aksiyalarda 182 nəfər xəsarət alıb

UEFA "Neftçi"ni 40 min avro cərimələdi

Yaponiyada məktəbliləri aparan mikroavtobus qəzaya uğradı: yaralananlar var

“İki qardaşın millidə birgə oynaması adi məsələ deyil” - Rüfət Dadaşov

Fatma ilə Ramal barışdılar

Müxalifətin mitinqinə ehtiyac varmı? - SORĞU - VİDEO

Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Bakıya gələn müğənni çantasını SƏHV SALDI - İçindən çıxanlar ŞOK ETDİ - FOTO

Relslərin üzərinə düşən qadın son anda xilas edildi - Stansiyada qorxulu anlar - VİDEO

Elxan Ələsgərov: "Türk Şurasının Bakı sammiti türk birliyi yolunda mühüm mərhələdir" - VİDEO

Türkan Vəlizadə: "Dəmir parçasına görə “Maşın”ın iştirakçıları mənliklərini satdılar"

FETÖ-nün axtarışda olan “Meksika imamı” saxlanılıb

Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək

Əli Kərimli yalan vədi və samovarını satan cəbhəçi

Qurdla sevgili olduğu deyilən Aysun: Axırıncı dəfə dünən gecə görüşmüşük - FOTO

“Suna artıq mənim üçün yoxdur...”

"Sonuncu Pərdə" filminin qala gecəsi keçirilib - FOTO

Kataloniyada döyüş hazırlığı: barrikadalar qurulur - ŞOK GÖRÜNTÜLƏR - FOTO

Dünya ölkələrində qanunsuz aksiyaların qarşısı necə alınır? - ARAŞDIRMA - FOTO

"Olanları anana demə, yoxsa məni tutarlar" - Aparıcı 10 yaşlı qızı zorladı - FOTO

Türkiyədə yük qatarı relsdən çıxıb

"Neftçi"nin futbolçusu qol vurduqdan sonra əsgər salamı verdi - FOTO

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

Ərdoğan və Tramp telefonda danışdı

Kataloniyada etirazlar: 128 nəfər saxlanıldı, 207 polis yaralandı

Azərbaycanlı məşhurun qızından dərin yarıqlı geyimdə EHTİRASLI RƏQS - VİDEO

PSJ səfərdə böyük hesabla qalib gəldi - VİDEO

28 yaşlı qadın 11 yaşlı oğlandan hamilə qaldı, uşaq doğdu - FOTO

"Qalatasaray"dan çətin qələbə - VİDEO - FOTO

Radikalların mitinq mərəzi yenə şiddətlənib - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Keçmiş məhkum narkotiklə tutuldu

Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı - Əli Kərimli elan verdi - FOTO

Azərbaycanlı aparıcı ƏMƏLİYYAT OLUNDU - Bu da əməliyyatdan dəqiqələr öncə... - VİDEO

Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Cəbhədən XƏBƏR: düşmən yenə pulemyot və snayperləri işə saldı

"Qarabağ" "Qəbələ"yə, "Keşlə" "Sabah"a qarşı

Yerə nəhəng asteroid yaxınlaşır

Həftənin ən yaddaqalan görüntüləri - FOTO

Roza Zərgərli udduğu maşını avtobusla dəyişib qazilərə bağışladı

67 yaşlı təqaüdçü erotik masaj zamanı öldü

"Maşın"ı türkiyəli apardı

Rusiyada damba uçdu: 12 nəfər ölüb, 13 nəfər itkin düşüb - YENİLƏNİB

Rusiyada damba uçdu: 10 nəfər öldü, 15 itkin var

Beyrutun mərkəzindəki nümayişlərdə iştirak edən 70 nəfər tutuldu

Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçərək qəza törədib - FOTO

Nazarov Almaniyada növbəti qolunu vurdu

“Ronaldo məni əsgər salamı ilə qarşıladı” - türk futbolçu

"Qalatasaray"dan qələbə

"Qarabağ"la 55-ci duel

Millimizin sabiq futbolçusu "Turan"ın baş məşqçisi oldu

PSJ 4 qolla qalib gəldi

"MY" 18 yaşlı hücumçu ilə müqavilənin müddətini uzatdı

Rusiya və Kosovo eyni qrupda olmayacaq - UEFA açıqladı

"El Klassiko" nə vaxt oynanılacaq? - dekabrın 4-ü, yoxsa 18-i?

Beynəlxalq Muğam Mərkəzində “Solistlər ansamblı”nın konserti keçirilib - FOTO

BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var

Alyaskada sərnişin təyyarəsi təcili eniş edib: ölən var

Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

Suriya ordusu Latakiyada silahlıların iki dronunu vurub

Türkiyədə 20-dən çox qanunsuz miqrant saxlanılıb

Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Günün qoroskopu: özünüzdən bədgüman olmayın

Tanzaniyada 40-a yaxın məktəblini ildırım vurub

Evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşıb

"Aydın Süleymanlı güclü potensiala malik idmançıdır" - FOTO

YATAĞIMIZDAKI QATİL: onu necə tanıyaq? - Psixiatr yazır

Leyla Abdullayeva: Azərbaycan bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib

12 həftəlik hamilə olduğunu düşündü, qarnından şiş çıxdı

Avropadakı diaspor təşkilatları Azərbaycana qarşı təxribatçı çağırışlara etiraz edir

Azərbaycan hüquq mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib - FOTO

Millimizin sabiq futbolçusu baş məşqçi oldu

Kataloniyada kütləvi tətillər başladı - Yollar, aeroportlar, mağazalar bağlandı

Çinin bazar tənzimləyicisinin rəhbəri Tim Kuk ilə görüşüb

Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olundu - FOTO

Təyyarə avtomobillə toqquşdu, pilot öldü

Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib - FOTO

Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı

Azərbaycanlı iş adamını Moskvada bankdan çıxarkən amansızlıqla qətlə yetirib, 50 min dollarını aparıblar - ANBAAN VİDEO

Moskvada uşaq evi yandı, 80 azyaşlı təxliyə olundu - VİDEO

Dünyanın sonunu gözləyərək illərdir zirzəmidə yaşayıblar - FOTO

“Barselona”nın “Yeni Messi” planı

“Ronaldu məni əsgər salamı ilə qarşıladı”

Zidan Poqbayla görüşdü - FOTO

Avropadakı diaspor təşkilatları təxribatçı çağırışlara etiraz edir

Yoxsulluğun həddi

"Uşaqpulu" olacaq?!

“Züymedia”,  yoxsa  “zurnalistika”

Prezident hədəfləri göstərdi, növbə medianındır

Mübariz dəyişdi, amma “ənənə” dəyişmədi

Messi çox yeməkdən özünü zorla saxlayır

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Məşhurlar yeni FOTOlarını yaydılar

Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır

Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq

Yunker ağlayaraq vidalaşdı

“Trampın o məktubunu unutmayacağam, zamanı gələndə...” - Ərdoğan

Hansı şəhər və rayonlar gələn il dövlət büdcəsindən dotasiya almayacaq? - SİYAHI

"Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək

ARDNF Milandakı ofis binasını satıb

Türkiyəli dünya çempionu Azərbaycanı təbrik etdi - Himnimizin sözləri ilə - FOTO

KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir - FOTO

Kataloniyada tətillər davam edir

Ata övladını xilas etmək üçün özünü avtobusun altına atdı - VİDEO

Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb

Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti ilə görüşüb - FOTO

Qayınanası canlı yayımda Elnarə barədə GÖRÜN NƏ DEDİ - Zaur MƏƏTTƏL QALDI - FOTO

Futbolçuların evlərini qarət edən banda tutuldu - FOTO

“Çəyirtkəyə siqaret ver” - Ruhəngizdən qəribə paylaşım - VİDEO

Məşhur klub fəaliyyətini dayandırdı

Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

Azərbaycan Prezidenti: "Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır"

Ölkənin magistral qaz kəmərləri ilə 19 milyard 916,9 milyon kubmetr qaz nəql olunub

İcra başçısının müavini: "Abşeronlular 650 min ağacın əkilməsi təşəbbüsünə həvəslə hazırlaşırlar"