AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Üç qadının sevdiyi rejissor...

  10

Demokratikmusavat.com Modern.az-a istinadən Hüseynağa Atakişiyev haqda maraqlı yazını təqdim edir:

Heç vaxt müəllim işləməyib, amma "müəllim" adını qazanıb. Yetirmələri "müəllim"dən sevgi və ağrı ilə söhbət açırlar. 

"Aktyor evinin" birinci mərtəbəsində, qapısı arxadan açılan soyuq, şəraitsiz yerdə özünün yaratdığı və rəhbərlik etdiyi Dövlət Gənclər Teatrında 20 ildən artıq bir müddətdə ard-arda tamaşalar hazırladı, istər klassik, istər müasir əsərlərə səhnə quruluşu verdi. Neçə-neçə gənc aktyorluğu, səhnə məharətini ondan öyrəndi. İstedadlara qapıları taybatay açdı, gənc yazıçılar onun etibar göstərib əsərlərinə səhnə həlli verməsi, bununla da qarşılarındakı maneələri götürməsi sayəsində dramaturq oldular.

Qısa ömründə yalnız öz işi ilə məşğul oldu və yetirmələrinə də bunu tövsiyə etdi. Hazırladığı tamaşalar bəlkə bu gün Azərbaycan teatr tarixinin bir küncünə belə yazılmayıb, amma yetişdirdiyi sənətkarlar nəsli hələ uzun illər fəaliyyət göstərəcək, sonra da yetirmələrinin yetirmələri yetişəcək. Hüseynağa Atakişiyev - deyiləndə hələ uzun illər onların gözləri dolacaq, hələ uzun illər  "bir başqa kişi idi" deyəcəklər.

İlk məsuliyyət

Hüseynağa Atakişiyev 1949-cu ilin sentyabrında Bakıda Çəmbərəkənddə kasıb bir ailədə dünyaya gəlmişdi. Atası sürücü, anası evdar qadın idi. Ailədə üç uşaq vadı-bir qız, iki oğlan... Xudmani dolanırdılar. Ata axşam işdən gəlir, ailə süfrə arxasına yığışır,  Allah verəndən yeyib-içib, bir-biriləri ilə söhbətləşir, şad-xürrəm yaşayırdılar. Ana dünyasını dəyişənə qədər. 

Ananın gənc yaşında həyatdan köçməsi balaca tifillərin də, bu ailənin də tifağını dağıtdı. Tezliklə ata yenidən ailə qurdu.
Uşaqların yükü onlardan bir az böyük, cəmi-cümlətanı 12 yaşı olan Hüseynağanın boynuna düşdü. 

Bacısı Elmira Atakişiyeva danışır, daha doğrusu göz yaşlarına boğulduğundan danışa bilmir. Qırıq-qırıq söylədiklərindən anlaşılır ki, Hüseynağa çox qayğıkeşmiş, onların dərsləri ilə maraqlanmaqdan tutmuş, əyin-başlarına, yemək-içməklərinə qədər hər şeyi öhdəsinə götürübmüş. Həm işləyir, həm oxuyur, həm də bacı - qardaşının qayğısına qalır.

Teatrda işə işıqçılıqdan başlayır
 

12 yaşında uşaq iş axtarmaqdan haldan düşüb, arzusuna rəğmən bəlkə teatrda bir iş tapılar-deyə ora baş vurur. Əslində bu binaya ali təhsilli aktyor kimi işləməyə gəlmək ən böyük arzusudur. Onun əsl teatr adamı olduğunu işə götürən şəxs də başa düşür:

"Gəl, bizim işıqçıya ehtiyacımız var, hələlik bundan başla, sonra təhsil də alarsan, baxarıq". 

Bu minvalla teatr aləminə işıqçı kimi daxil olur. İllər keçir, balaca Hüseynağa böyüdükcə teatrda ən müxtəlif işlərdə çalışır, hamısının da sirlərinə yiyələnib ustalaşır. 

1975-ci il...  Nəhayət günlərin bir günü Hüseynağa teatra aktyor kimi daxil olur... Şəki Dövlət Teatrına. Çox keçmir ki, həmin teatrda həm də baş rejissor olur.
 

Şəki Teatrı

Bu teatr artıq Hüseynağa Atakişiyev adlı bir sənətkarın varlığını ortaya qoyur. 1975-85-ci illərdə əvvəlcə rejissor, sonra baş rejissor olduğu truppa ilə Azərbaycan və dünya dramaturgiyasının şah əsərlərini tamaşaya qoyur. Şəki Teatrı ölkədən kənarlara çıxır, qastrollarda uğurlu tamaşalar göstərir. 1974-cü ildə 9 tamaşa ilə Moskvada qastrolda olması isə teatr tarixinin qırmızı səhifələrindəndir.   

Bu uğurlara görə həmin il əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. Sonra onu Milli Dram Teatrına baş rejissor dəvət edirlər. Gəlir, amma Şəkidə qazandığı uğurları nədənsə bu teatrda əldə edə bilmir. Çox keçmir ki, Gənclər Teatrını yaradır.

"Kaş bu dünyadan köçəndə ..."

Gənclər Teatrının aktyoru, indi Milli Dram Teatrında çalışan Ayşad Məmmədovu dinləyək:

"Kaş bu dünyadan köçəndə tamaşalarımın musiqilərini özümlə apara biləydim". Bir dəfə bu sözü mənim yanımda demişdi. Hər an fikrimdə dolanır, yaman tutub o söz məni. İlk sənət addımlarımı onun yanında, onun özülünü qoyduğu teatrda, o əllərimdən tutmaqla atmağa başlamışam. 3-cü kursda oxuyurdum, gəldim yanına ki sizinlə işləmək istəyirəm, dedi, gəl. Mənə ilk dəfədən "Romeo və Cülyetta"da Romeo rolunu verdi. Mənə, yetirmələrinə onsuz çox çətindir. Hüseynağa müəllim bizə səhnədən tamaşaçı ilə canlı tellərlə bağlanmağı öyrətmişdi, onun ruhu ilə yetişmişik. İndi harda işləməyimdən asılı olmayaraq çox çətindir".

"Hamımızın üstündə əməyi var, hamı da bunu bilir və qiymətləndirir" 

Gənclər Teatrının aktyoru, indi Gənc Tamaşaçılar Teatrında çalışan Qurban İsmayılovun dedikləri:

"Onunla 17 il bir yerdə işləmişəm, nə dostluğumuz olub, nə qardaşlığımız. İş vaxtı bədii rəhbərim olub, düşəndə bir məclisdə yeyib-içmişik. Əvvəl başqa teatrda çalışırdım, amma "Qətl günü" tamaşasına baxanda dostlara demişdim ki, çox istəyərdim Gənclər Teatrının aktyorları ilə işləyim. Dostlar da-Abbas Qəhrəmanov, Ayşad Məmmədov Hüseynağa müəllimə demişdilər, razı olmamışdı, çünki məni heç tanımırdı. Sonra elə oldu ki, premyeraya üç gün qalmış teatrdan gedən bir aktyorun yerinə məşqlərə çağırdılar. İlk tamaşadan sonra Hüseynağa Atakişiyev dedi, sənədlərini götür, gəl. Mənə həmişə baş rollar etibar edib. Başqa düşüncənin yiyəsi idi. Məsələn, hamı elə bilirdi ki, Hamleti Ayşada verəcək, amma gözlənilmədən mənə verdi. Dedi, indiki zamanda romantik Hamlet olmaz, bir az kobud, hadisələrə real baxan biri olmalıdır. 

Əməli ilə sözü eyni olan, sözü bütöv, danışmaqdan çox iş görən bir insan kimi yadımda qalıb, sevmişəm onu. İndiyə qədər həyatımda, sənətimdə yeri görünür, çox çətindir onsuz. İnanın, ikiüç dəfə məni başqa teatra dəvət etdilər, getmədim. Gənclər Teatrının çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq onunla işləmək zövqünü başqa heç bir şeylə əvəz etmək olmazdı. İlin cəmi 4 ayını tamaşa göstərirdik, soyuq ayları geyinib-qıfıllanıb məşq elətdirərdi bizə ki, formadan düşməyək. Hamımızın üstündə əməyi var, hamı da bunu bilir və qiymətləndirir". 

"Çoxdan heç nəyə təəccüblənmirdi"

Dramaturq Əli Əmirli: "Meydan" adlı əsərimin ilk tamaşasından sonra Gənclər Teatrı ilə mənim uzun çəkən əməkdaşlığım başladı- Hüseynağa müəllim on beş ilin içində daha yeddi pyesimi səhnələşdirdi. Bir qayda olaraq mən pyesi verirdim, bir neçə gündən sonra o mənə premyeranın nə vaxt olacağını deyirdi, heç vaxt da sözü yalan çıxmırdı. Pyeslərim haqqında fikir demirdi, ancaq qəzetlərə müsahibələr verəndə qiymətləndirdiyi iki-üç dramaturqun adını çəkirdisə, onlardan biri mütləq mənim imzam olurdu. Hüseynağa müəllim öz qiymətini çox yaxşı bilən təvazökar insan idi. Çox da qürurlu idi, amma onu həmişə gizlətməyə, göstərməməyə çalışırdı. Ömrünün axır illərində hiss olunurdu ki, onu çox şey sıxır, çox şey darıxdırır, amma on beş ildən çox davam edən tanışlığımız, dostluğumuz, işbirliyimiz müddətində onun nə şikayətləndiyini, nə gileyləndiyini gördüm. O çox mərd insan idi, gözü tox, təmənna sözü ona yad idi.

Hüseynağa Atakişiyevlə tanış, dost olduğum on beş ildə hər həftə onunla Aktyor Evindəki qapısı hamının üzünə açıq iş otağında görüşürdüm, daha doğrusu mən onu görməyə gəlirdim, işim olanda da, olmayanda da, əslində bu bir mənəvi ehtiyac idi. O özü heç yerə, heç kimin görüşünə getməzdi, onu görmək istəyənlər və ya getməyə başqa yeri olmayanlar da gəlirdi bu hücrəyə. Hamıya xoş üz göstərirdi. Əslində bu iş otağı onun əsas evi, mənziliydi, səhər gəlib axşamdan neçə saat keçənəcən burda olurdu. 

Teatr haqqında az danışardı, teatra gələn pyesləri müzakirə etməz, özündən söz salmaz, uzun söhbətləri xoşlamazdı, hərdən əhvalının yaxşı məqamlarında Şəki xatirələrindən əhvalatlar, məzəli hadisələri yada salardı. Həyatdan yorulmuş adam təsiri bağışlayırdı, çoxdan heç nəyə təəccüblənmirdi. 

Şəkidəki uğurlarına görə Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdü, davamı çoxdan olmalıydı, olmamışdı. Üzə vurmazdı, amma içində sıxıntı, bəlkə də pərtlik hiss olunurdu, axı gözü-könlü nə qədər tox olsa da, o da bu mühitin əhatəsində idi. İçində haqlı sualların baş qaldırması təbii idi. 

Amma şikayətlənməyi, istəməyi, qəbullara getməyi bacarmırdı. Heç çoxdan onu incidən xəstəliyindən də danışmağı sevməzdi, yüz altmış, yüz səksən qan təzyiqi ilə işə gəlirdi, elə bil məqsədli şəkildə ölümünə doğru gedirdi, onun gəlişini sürətləndirirdi. Ətrafında olanlar da bunu görürdü, amma o məsləhəti, illah da öyüdnəsihəti heç sevmirdi. 

Üzeyir Hacıbəyov rolunda - Anarın "Uzun ömrün akkordları" filmində görüb yadda saxlamışdılar. Onu tanıyanların və sevənlərin xatirində Hüseynağa Atakişiyev elə o işıqlı, xeyirxah, mehriban, məlahətli təbəssümü ilə qalır".

 Ömrü boyu katibəsi olmadı,  qapısının üstündə bədii rəhbər yazdırmadı

Sərvər Əliyev (Gənclər Teatrının aktyoru, indi Gənc Tamaşaçılar Teatrında çalışır):

"Qara qutu" tamaşasının birinci hissəsini tam hazırlamışdı. Bu onun yaradıcılığında ilk dəfə təsadüf olunan bir hal idi, əsasən o tamaşanın skeletini hazırlayırdı, sonra ona can verirdi. Bu dəfə isə martın 28-i idi, dedi ki, birinci hissə hazırdır, uşaqlar bir az istirahət etsin, sonra ikinci hissəni qurarıq. Məşqdən sonra yemək yeməyə hazırlaşırdıq, dedi ki, göyərti al gətir, o, yazqabağı göyərti ilə atlamanı xoşlayardı. Göyərtini doğramağım xoşuna gəlmədi, aldı əlimdən başladı özü doğramağa. 

Birdən elə bıçaq əlində dedi, əlim işləmir, oturdu stula, dedim, o biri əlini qaldır görüm, cəhd etdi o əli də qalxmadı. Həsən müəllimə dedim ki, təcili yardım çağır, müəllim dedi, lazım deyil, biz yenə çağırdıq. Apardılar, Həsən müəllim onunla getdi, mən aktyorlarla Gənc Tamaşaçılar Teatrına, oranın səhnəsini icarəyə götürüb Əli Əmirlinin "Kişi və qadın" əsərinin tamaşasını oynayırdıq. Onu çatan kimi reanimasiyaya aparmışdılar. Tamaşanı oynadıq, Nəsibə xanım (sonuncu həyat yoldaşı-R.Q.) səhnədə olmalı idi və tamaşanı bitirincəyə qədər ona bildirmədik. 

Çox böyük şəxsiyyət idi, ömrü boyu yalnız başını aşağı salıb işi, sevdiyi sənəti ilə məşğul oldu. Bizə deyirdi ki, siyasətimiz sənətimizdir, başını aşağı sal işini gör, hər şey yaxşı olacaq. Adama böyük ümidlər verərdi, amma gəlişigözəl sözlər, vədlər verməyi xoşlamazdı. 

Bir əsəri tamaşaya qoymazdan əvvəl kollektivlə uzun müzakirələr aparardı, hamı həmin mövzunu artıq həzm edəndə məşqlərə başlayardı, qalırdı sadəcə mizan vermək. Gözəl insan idi, hamının kədərinə öz kədəri kimi baxardı. Bir dəfə Həsən müəllim danışdı ki, bir həmyerlisi ilə rastlaşıb. Kişi ona danışıb ki, oğlugilə gedib, gəlin qapını açmayıb. Müəllimin gözləri doldu, həmin adamı tapdırıb onu dinlədi, dərdinə şərik oldu. Sonra da o mövzuda "Axırı sakitlikdir" adlı bir tamaşa qoydu ortaya, ssenarisini də Elçin Hüseynbəyliyə həvalə etmişdi.

 27 mart teatrımızın 18 yaşı tamam olurdu, ona çox təntənəli hazırlıq gördü, elə bil hiss etmişdi. Elə bil özünə vida mərasimi keçirdi. Ayşad iştirak etmədi, dedi, yorulmuşam, ona da zəng elədi ki, niyə burda yoxsan. İnsanlığı sənətindən də yüksək idi, hamıya yaxşılıq edirdi. 

Onun otağının qapısına nə direktor, nə bədii rəhbər yazıldı.

Ömrü boyu katibəsi olmadı, qapısı hamının, onu deyib gələnlərin üzünə açıqdı, dərdlərin paylaşanların otağıydı. Bir dəfə bir nəfər gəldi ki, bir sinifdə oxumuşuq, müəllim onu dinlədi, maddi kömək göstərdi, o, gedəndən sonra dedi ki, tanımıram, sinif yoldaşım-filan deyil, insandır də". 

 Kəlbətinli rejissor

"Bir dəfə hansısa tamaşasının premyerası idi, teatrın binasında xətlərdə nasazlıq ucundan işıqlar sönmüşdü. Hamı düşünürdü ki, premyeranın taleyi necə olacaq. Tamaşanın başlanmasına sanılı dəqiqələr qalmış işıqlar yandı, bir də gördüm ki, Hüseynağa Atakişiyev əlində kəlbətin foyedən keçir, xətti bərpa edib, indi də tamaşanı başlamaq üçün pərdə arxasına keçir. Məni görüb gülümsündü: "Həmişə də sən gələndə fövqəladə hal baş verir". Belə deyildi. O binada elə vəziyyətlər çox olurdu, o zülmlə, üstəlik də icarə haqqı ödəyib teatrı yaşadırdı. 

Tez-tez yolumuz bir düşərdi, "Xalqlar dostluğu" metro stansiyasından "Sahil" metrosuna qədər bir yerdə gələrdik. Maraqlı söhbətlər edirdi, ömrü boyu kasıbçılıqla yaşayan bu insanda çox böyük daxili zənginlik vardı.  

"Hamlet" tamaşasını tənqid etmişdim, ətrafından mənə mesajlar gəldi, düşündüm ki, yəqin Hüseynağa müəllim bir daha üzümə baxmaz. Bir gün yeni tamaşasına getdim. Həmişə olduğu kimi gülərüzlə qarşıladı məni, üstəlik, "sağ ol ki, bizi diqqətdən kənarda qoymursan", -dedi". 

Üç dəfə ailə qurub, üçü də... 

Nə bilək, uğurlu, ya uğursuz, yalnız özü bilib. Bu adamı üç dəfə evlənməyə nə vadar etdi, bilən olmadı, o sirr onunla qəbir evinə getdi. 2006-ci ilin aprelin 9-da həyatından artıq sevdiyi-teatrdan-həyatdan köçdü. Çox az sənətkarlardandır ki, ətrafındakı hər kəsin həyatında yeri görünür. 

Demokratikmusavat.com

Xəbər Lenti

Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Bakıda arvadını bıçaqladı, özü intihara cəhd etdi - TƏFƏRRÜAT

Tolik bahar qızı olacaq - "Rafael və Coşqundan artıq kişi deyiləm"

Hacıqabulda evdən məişət avadanlıqları oğurlanıb

Ermənilər Rusiyada keçirilən yarışda dava salıblar

Anardan plastik əməliyyat etirafı: "Yanaqlarımı çıxartdırmışam"

Futbolçunun arvadı çılpaq şəklini paylaşdı - FOTO

Venesuela prezidentinin Bakıda Qoşulmama Hərəkatının sammitində iştirakı gözlənilir

Bakıda radikallar iflasa uğradılar - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Azərbaycanda tikinti materiallarının istehsalı 70 faizdən çox artıb

Azarkeşlər arasında dava düşdü, futbolçular meydandan qaçdılar - VİDEO

Xuraman evindəki gizli kameraya düşən həmin kadrları PAYLAŞDI - Əri ... - VİDEO

Şəki sakinlərindən narkotik vasitə götürülüb

Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Elcan “Ər və arvad”dan getdi

HUAWEI şirkəti 2019-cu ilin III rübü üzrə maliyyə hesabatını dərc edib

Bakıda kişi tanışının boğazını kəsdi

Qız sevgilisinin telefonunda elə şəkillər gördü ki, özünü asdı - FOTO

Rüşvət alan vəzifəli şəxslərlə bağlı qərar verildi

Bir sıra aparıcı xarici KİV-lər AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini yayıb

“İnstaqramın hesabına məşhur olublar” - Xatun həmkarlarına söz ATDI - VİDEO - FOTO

Pərvin Abıyevanı QAÇIRMAQ İSTƏYİBLƏR - Bəxtimə ağ eşşəkli oğlan gəlib çıxıb - FOTO

Azərbaycanlı aktrisa İspaniyanın nüfuzlu kino festivalında - FOTO

Dünyanın DƏHŞƏTLİ ÜZÜ: Ana 11 yaşlı qızını 1 butulka arağa seks köləliyinə verir

Azərbaycanlı model soyunan həmkarlarını qınadı: "Tutuzdura bilmək üçün..." - MÜSAHİBƏ

Azərbaycanla Polşa arasında yeni saziş təsdiq edildi

Bahar Muradova: "Azərbaycan vətəndaşlarının həmrəyliyi okytabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özünü göstərdi"

Lev Yaşin mükafatına namizədlər - SİYAHI

Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Mərkəzi Seçki Komissiyasına yeni üzv seçilib

Vitse-spiker: "Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir"

Nazir müavini Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində PRİORİTETLƏRİ barədə

Bakıda Qoşulmama Hərəkatının sammitində dörd sənəd qəbul olunacaq

Azərbaycan XİN Ermənistanın Qoşulmama Hərəkatının sammitində iştirakı barədə

Əməkdar artist 30 il sonra arzusuna çatdı - VİDEO - FOTO

Bu gündən Formula 1 Azərbaycan Qran Prisinin biletlərinin satışına başlanılır

Səməd Seyidov: "Destruktiv elementlər Azərbaycanda bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular"

Ukraynada keçmiş nazir vertolyot qəzasında öldü - FOTO

Deputat: "Özləri aldıqları ianələrlə dəbdəbəli həyat sürür, başqalarını küçə yürüşünə çıxmağa vadar edirlər"

Ailə səhvən yeni doğulmuş körpəni dəfn etdi

Almaz Ələsgərlinin qızı yenə hamilədir

Siyavuş Novruzov: "Radikal müxalifət “Sərbəst Toplaşmaq Haqqında” qanunu və Konstitusiyanın maddələrini pozub"

Əli Kərimlinin qaragüruhu yeni saxtakarlığa əl atdı - Bu ağ yalana İNANMAYIN - FOTO

Bu ölkədə də zəlzələ oldu: 6 bal

Tünzalə Ağayeva: "Reytinqli verilişlərdə səviyyəsizliyi, ucuz söhbətləri görəndə utanıram" - MÜSAHİBƏ

Tolik intim görüntüsü yayılan məşhurla görüşmək istədi - PEŞİMAN OLDU - FOTO

Böyük rəzalət! Məşhur futbolçuların 18+ məclisi ilə bağlı şok faktlar açıqlandı

Təranə Qumral qızını PƏRT ETDİ: “Bu paltarı küçədə pis insanlar geyinmir” - VİDEO - FOTO

Siyavuş Novruzov: "Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi"

“Arsenal” “Şeffild Yunayted”ə məğlub oldu - VİDEO - FOTO

“Qalatasaray” Zidanı qovdura bilər

Azərbaycan hər hansı bir ölkənin və ya diplomatik nümayəndəliyin öz daxili işlərinə qarışmasını yolverilməz hesab edir

Üç azərbaycanlını öldürən şəxs ələ keçdi: 17 il sonra

“Çempionlar Liqasında qalib olmaq üçün hazır deyilik” - Qvardiola

Diş ağrılarından bezən kişi özünü asdı

“Qızıl top”a namizəd futbolçuların adları açıqlandı - SİYAHI

Rusiyada qadını öldürüb meyitini gizlədən azərbaycanlı tutuldu

"Qalatasaray" "Real" qarşısına Falkaosuz çıxacaq

İki dəfə boşanan Rəvanın BÖYÜK QIZI - Gözəlliyi ilə təəccübləndirdi - FOTO

Türkiyə futbol tarixində İLK: Qapıçı 20-ci saniyədə... - VİDEO

Adam öldürməkdə şübhəli bilinən aktyor itkin düşdü

Əminənin qatil ərinə ömürlük həbs cəzası verildi

İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir - FOTO

Politoloq: "Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu"

"Real"da həmişəlik qalmaq istəyirəm" - Zidan

Ana qızını oğullarına qısqanıb, boğub öldürdü - İyrənc cinayət - FOTO

"Qalatasaray" "Real"a, "Yuventus" "Lokomotiv"ə qarşı

"Final Yağları" finala qədər "Maşın Şou"nu dəstəklədi

"Qalatasaray" "Real"a, "Yuventus" "Lokomotiv" qarşı

"Səs uşaqlar"ın münsifləri bəlli oldu

Trüdonun Liberal partiyası parlament seçkilərində qalib gəldi

Çilidə hərbi yük maşını etirazçını vurub

"Final Yağları" finala qədər "Maşın Şou"-nu dəstəklədi

Bakıda yaddaş pozuntusu olan 58 yaşlı kişi itkin düşdü

Tramp Türkiyəni sanksiyalarla hədələyib

Türkiyədə avtomobil yolunda partlayış olub: 7 yaralı

Ərdoğan: Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur

Saatlıda minik avtomobili yanıb

Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq (

Pompeo lazım olduğu halda Turkiyə ilə muharibəyə hazır olduqlarını bildirib

Daha 11 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

ABŞ-Çin ticarət danışıqlarının yeni mərhələsi 25 oktyabrda keçiriləcək

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək

Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib - FOTO

Günün qoroskopu: Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın

Makron Suriyada atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulayıb

Frankonun nəşinin ekshumasiyası oktyabrın 24-də olacaq

Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi

Prezident İlham Əliyev: Sizin istefanız iqtidar komandasında təmsil olunan digər yoldaşlara da yaxşı bir örnək olacaqdır

Prezident İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb

"Moskvada görüşərik, axmaq" - Həbib və Makqreqor arasında söyüşlü DAVA

Çin varlıların sayına görə ABŞ-ı keçdi - İLK DƏFƏ

YPG/PKK indi də İsraildən yardım istədi: Təzyiq göstər...

Aygün küsülü olduğu həmkarlarını təbrik etdi - FOTO

Keçmiş həyat yoldaşını zorlamaq istədi, sonra bıçaqladı - Bakıda şok cinayətin TƏFƏRRÜATI

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

4 nəfərə qarşı dələduzluq edən şəxs tutulub

Bir neçə saatları qalıb, yoxsa əməliyyat yenidən başlayacaq - Çavuşoğlu

Azərbaycana yeni zubrlar gətiriləcək

Pentaqon rəhbəri gözlənilmədən Səudiyyəyə getdi

Tarixdə iz qoyanlar: Cazı Azərbaycana gətirən BƏSTƏKAR

Koçaryan yenidən həbsxanaya qaytarıldı

Əsəd qüvvələri Türkiyə ordusunu mühasirəyə aldı - Müharibə RİSKİ

Paşinyanın adamı Qarabağda inqilab etmək üçün partiya yaratdı

Türk ordusu terrorçulara aid tunellər sistemini aşkarladı

"Traktor"dan darmadağın

Bu ilin 9 ayında qeyri-neft tranzit daşımaları 43% artıb - Nazir

Tünzalə Ağayeva: "Ad günümdə belə bir hədiyyə almağım qürurvericidir"

Belçika caz qrupu seminar və master-klass təqdim etdi

Bakıda 21 yaşlı bacısını öldürən qardaş hakim qarşında

9 ayda narkotikə görə 2618 nəfər həbs edildi, 199 fəhlə, 69 qadın

Ölkəyə 15 kq-dan artıq narkotik vasitə keçirilməsinin qarşı alındı - FOTO

Azərbaycan futbolunda daha bir şok - Bu klub danışılmış oyunlarda iştirak edib

Bu ölkədə təyyarə avtomobillərin üzərinə düşdü - Ölənlər var

Millinin oyunları “İdman” TV-də

Denge qızdırmasından ölənlərin sayı 70-i keçib

Yurgen Klopp VAR-dan şikayətləndi

Xalq artisti həyat yoldaşının ölümündən DANIŞDI: “1 il idi xəstə idi” - VİDEO - FOTO

“Qarabağ” - APOEL: mətbuat konfransı və açıq məşqin vaxtı

Azərbaycana gələn turistlərin sayı 9,5 faiz artıb

Azər Axşamın həyat yoldaşı canlı yayıma çıxdı: Mübarizlə bağlı danışdı

“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsi açıldı

"Milli Şura" və AXCP-nin əsas məqsədi nədir? - Vüqar Rəhimzadə açıqladı

“Liverpul”la döyüşə gedirsiniz, ancaq tuneldə dayanıb, öpüşürsünüz” - Roy Kin

"Şirin" arzusundan DANIŞDI: “Killer olmaq istəyirəm” - VİDEO - FOTO

Nazir: "Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8% artıb"

Zaura əsəbiləşib, efiri tərk etdi

Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil, sizindir"

Röya Xalq artisti adı almasından İLK DƏFƏ danışdı - "Bu ad mənim deyil, sizindir"

Ölkəni kilosu 3-4 manata satılan “kərə yağları” bürüyüb

Sosial müdafiə  sahəsində nümunəvi ölkə

Azarkeşlər meydana “kəsilmiş əl” atdılar - FOTO

Qənirə Paşayeva: "Hər bir azərbaycanlı düşmən dəyirmanına su tökən addımlardan uzaq olmalıdır"

Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

“Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir” - FOTO

Robota bənzəyənlər...

Xatirəylə xanəndə Elnarə bir arada - Küsülü idilər - VİDEO

Türkiyə XİN rəhbəri Azərbaycana səfər edəcək

"Real" Mourinyo ilə danışıqlara başladı

Türkiyə səfiri: "Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün önəmlidir"

Röya, Tünzalə, Mir Yusifə “Xalq artisti” fəxri adı verilidi - SƏRƏNCAM

"Hisslərimə hakim olmağı öyrənməliyəm" - Təmkin Xəlilzadə

Nigardan qırmızı, cazibədar geyim - FOTO

Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib

Hacıbala Abutalıbov vəzifəsindən azad edildi - SƏRƏNCAM

Əli Həsənov vəzifəsindən azad edildi - SƏRƏNCAM

Kataloniyada böhran: 58 jurnalist döyülüb, 3 nəfərin gözü çıxıb, 182 yaralı, 83 nəfər həbs...

"Real" "Qalatasaray"la oyun üçün heyətini açıqladı - 2 ulduz yoxdur

Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə 3,5 milyon manat ayrıldı - SƏRƏNCAM

Maşın qaçıran şəxs sərhəddə tutuldu - FOTO

"Qanunsuz mitinq keçirməyə cəhd edənlərin istəkləri nədir?"

Xatirə İslam FOMO-dan əziyyət çəkir

İranda güclü zəlzələ oldu - 5,6 bal