AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Alma bizə dəmir verirmi?

  52

GMO tərkibli meyvə bağları məhv edilməlidir

Müasir dönəmdə çox maraqlı vəziyyət yaranıb: yediyimiz ət, yağ, pendir, alma, armud, pomidor, xiyar və digər qida məhsulları heç də illər əvvəl qəbul etdiyimiz qidaların analoqu deyil. Onlar daha gözəl görünüşə, daha yüksək dada və digər vizual keyfiyyətlərə malik olsalar da, "gəl məni gör, dərdimdən öl" məhsullarımızın qida zənginliyi sıfra bərabərdir.

Bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzov bəyanatla çıxış etdi ki, ölkə əhalisinin bir qismi qidalarda vitamin və mineral çatışmazlığından əziyyət çəkir və bu problem bir sıra xəstəliklərin inkişaf etməsinə yol açır. Agentlik sədri onu da vurğuladı ki, bu problem tək bizdə deyil, bəs demə, dünya əhalisinin üçdə bir hissəsini əhatə edən mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı səbəb olur. Bunlardan ən geniş yayılanı isə dəmir çatışmazlığıdır. Azərbaycanda isə 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı var. Bu səbəbdən də 5 yaşadək uşaqların 24,2 faizində anemiya, yəni qanazlığı müşahidə olunur. Son araşdırmalara görə, qadınlar arasında bu göstəricilər daha yüksəkdir - qadınlar arasında dəmir çatışmazlığı 34,1 faiz, anemiya 38,2 faiz olub. Hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb. AQTA rəhbəri  əhali arasında geniş yayılan vitamin və mineralların çatışmazlığının aradan qaldırmasının ən səmərəli üsulu kimi, qida məhsullarının zənginləşdirilməsini təklif edir.

Mütəxəssislər bildirir ki, dəmir böyümə, nevroloji inkişaf, hüceyrələrin işləməsi və bəzi hormonların sintezi üçün vacib elementlərdən biridir. Qidada dəmir hem və qeyri-hem formasında olur. Bitki və dəmirlə zəngin olan qidalarda yalnız qeyri-hem (non-hem) dəmiri var. Ət, dəniz məhsulları və quş ətinin tərkibində həm hem, həm də qeyri-hem dəmiri olur. Qeyri-hem dəmirin əsas qaynaqları qaraciyər (ancaq hamiləlik zamanı istifadə edilməsi məsləhət deyil), ət, paxlalı bitkilər, qoz-fındıq, quru meyvələr, tam taxıllı məhsullar, alma, yumurta sarısı, kələm, qırmızı çuğundur, kök, sarımsaq, soğan, noxud, balıq və balıq məhsulları, səhər yeməyi üçün bərkidilmiş dənli bitkilər, soya unu, tünd-yaşıl yarpaqlı tərəvəzlərdir.

Göründüyü kimi, sıralanan ərzaq məhsullarının heç biri respublikamızda qıt deyil, hətta, elə məhsullar var ki, statistik göstəricilərə görə onların miqdarı ölkəda normadan 1,5 dəfə çox tədarük edilir. Məsələn, rəsmi statistikaya görə ölkəmizdə yerli tələbatı ödəyəcək qədər ərzaq buğdası istehsal edilir, tələbatın yarısı qədər isə xaricdən idxal olunur. Bəs onda, ölkə əhalisinin bu qədər böyük kəsiminin mineral və vitamin çatışmazlığına səbəb nədir?

Qoyulan suala aydınlıq gətirməzdən əvvəl onu qeyd edim ki, heç də AQTA sədrinin dediyi kimi, bütün dünya əhalisi sözügedən problemdən əziyyət çəkmir. Bu problem əsasən dünyanın inkişaf etməkdə olan, kasıb ölkələrində, o cümlədən də post-sovet məkanıda geniş yayılıb. Məsələn, Avropa ölkələrində, ABŞ, Kanada, Avstraliya, Yaponiya, hətta, Pribaltika dövlətlərində belə ciddi bir problem yoxdur.

Doğrudan da, respublikamızda mineral və vitaminlərlə zəngin olan qida məhsulları kifayət qədər istehsal edilir və ya idxal olunur. Lakin problemin səbəbi ondan ibarətdir ki, Azərbaycanda istehsal edilən və gətirilən məhsulların tərkibində ənənəvi mitneral və vitamindər çox azdır. Buna səbəb isə qida mənşəyi olan bitki və məhsulların qeyri orqanik üsullarla yetişdirilməsidir. Bu tendensiya hələ sovetlər dönəmində - ötən əsrin 70-si illərində bitkilərin selleksiyası və hibridləşdirilməsi ilə başlayıb. Hibridləşdirmə və selleksiyanın əsas hədəfi daha məhsuldar ərzaq buğdası sortları və daha gözəgəlimli - iri, ətli və dadlı meyvə-tərəvəz növləri yetişdirmək idi. Sovet selleksiyaçı alimləri yeni məhsuldar sortlar yetişdirərkən bitkinin tərkibinin dəyişməsinə - onların vitamin və mineral zənginliyinin azalmasına diqqət yetirmirdilər, çünki hədəf yuxarıda qeyd etdiyimiz kimi, başqa idi. Beləcə son 50 il ərzində hibridləşdirmə nəticəsində ərzaq buğdasının məhsuldarlığı 20 sentnerdən 60-70 sentnerə qaldırılsa da, onun tərkibindəki vitamin və mineralların xüsusi çəkisi kəskin azalıb. 50 il əvvəl bir hektardan yığılan 20 sentner ərzaq buğdanın tərkibindəki vitamin və mineralların heç yarısı indi istehsal edilən 60 sentner məhsulun tərkibində yoxdur. Meyvə-tərəvəz sahələrində isə vəziyyət daha  acınacaqlıdır. Bazar üçün daha gözəgəlimli peyvənd meyvə-tərəvəz yetişdirilməsi prosesində müasir texnologiyaların - əsasən də gen mühəndisliyinin tətdiqi kütləvi surətdə geni dəyişdirilmiş (GMO) məhsulların istehsalına təkan verib. Hibridləşmə nəticəsində qida məhsullarının tərkibindəki vitamin və mineralların xüsusi çəkisi azalırdısa, GMO məhsullarda bu qəbildən olan komponetlər ümumiyyətlə yoxdur, bu məhsullar sadəcə aldadıcı görüntüdür, desək daha dəqiq ifadə etmiş olarıq.

Ət, toyuq və balıq istehsalında da eyni vəziyyət höküm sürməkdədir. Bakı şəhəri Xəzər dənizinin qoynunda yerləşsə də, bazarlarda dəniz balığı tapmaq müşkül məsələdir. Satılan balıqların böyük əksəriyyəti sənaye üsulu ilə yetişdirilən, tərkibində balıq ətinə xas olan vitamin və minerallar olmayan məhsullardır. Toyuq istehsalı haqqında da eyni fikri söyləmək olar. Yalnız yerli ət istehsalında hələlik GMO mənşəli yemlərdən az istifadə edilir, amma bu istiqamətdə də genişlənmə mühahidə olunur. Lakin ölkəyə idxal edilən ətin böyük əksəriyyəti GMO mənşəli yemlərlə yetişdirilən heyvan ətlərindən ibarətdir. Bəla burasındadır ki, xaricdən idxal edilən belə ucuz ət və ət məhsulları əsasən hərbi təyinata yönəldilir. Yəni vətəmizin müdafiəsində dayanan əsgərlərə tərkibində heç bir qida zənginliyi olmayan ət və ət məhsulları yedirdirik.

Problemdən çıxış yolu kimi əl atılmalı olan tədbirlərdə birini Qoşqar Təhməzov təklif edib - qidaların zənginləşdirilməsi. Tutaq ki, yüksək məhsuldarlıqlı ərzaq buğdasının tərkibini dəmir, yod və bu məhsula xas olan başqa vitaminlərlə zənginləşdirmək olar. Lakin bu uzun müddət üçün nəzərdə tutula bilməz. Qida məhsullarına yod əlavə edilməsi ucuz başa gəlsə də, dəmir və digər vitaminlərin əlavə edilməsi olduqca baha başa gəlir. Ona görə də düşünürük ki, Azərbaycanda son 50 ildə vüsət alan tendensiyanın istiqamətini dəyişmək lazımdır. Başqa sözlə desək, respublikada GMO tərkibli qidaların istehsalı və idxalı qadağan edilməli, bütün GMO tərkibli meyvə bağları məhv edilməlidir. Selleksiyaçı alimlərin qarşısında zəngin tərkibli, orqanik meyvə-tərəvəz və digər tarla bitkiləri sortlarının yetişdirilməsi hədəf kimi qoyulmalıdır. Əlbəttə, proses uzun müddəti, bəlkədə onillikləri əhatə edə bilər. Bununla belə, bu gün biz fəaliyyətimizin istiqamətini dəyişməli, əhalinin tərkibi zəngin qida mənbələri ilə təmin edilməsini bir problem kimi qarşıya qoyaraq çözüm yollarını tapmalıyıq.

Respublikanın bütün ərazilərində yaşayış məntəqələrinin yaxınlıqlarındakı dövlət fondu torpaqlarında çır (şulu), meyvə meşələri salınmalıdır ki, tərkibi vitamin və minerallarla zəngin olan meyvələr əhali üçün əlçatan olsun.

O ki qaldı qidalarımızın tərkibində vacib sayılan minerallarda olan yod çatışmağlığının aradan qaldırılmasına, mütəxəssislərin fikrincə, ölkə boyu bütün əhalinin içdiyi suyu yodlaşdırmaq lazımdır. Məsələn, hal-hazırda Avropa ölkələrində içməli su bütünlüklə yodlaşdırılıb. Qeyd edim ki, içməli suyun yodlaşdırılması ucuz başa gələn prosesdir, sadəcə əhali bu istiqamətdə maarifləndirilməlidir.

Akif Nəsirli

Xəbər Lenti

Günün qoroskopu: Ailə üzvləri ilə qayğıkeş olun, səmimi davranın

ABŞ-da naməlum şəxs insanlara atəş açıb, ölən və yaralanan var

Yaponlar yayda maska taxmaqdan imtina edəcək

"Yaşıl yanacaq" Avropa İttifaqında yenidən gündəmə gəlir

Paris-Karakas diplomatik gərginliyi davam edir

Almaniya vətəndaşlığı alan əcnəbilər arasında türklər liderlik təşkil edir

Daha 18 ölkənin vətəndaşlarına Yaponiyaya gəlmək qadağan edilir

Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib

İtaliyada koronavirusa yoluxanların sayı 234 min nəfəri ötüb

Çində daha bir qadağa aradan götürüldü

Dünyada ilk dəfə cümə namazı futbol meydançasında qılındı

Ermənistanda bu günədək 100-ə yaxın polis işçisi koronavirusa yoluxub

Corc Floydun ailəsinə yardım fondu təxminən 13 milyon dollar toplayıb

ABŞ “Taliban” mövqelərinə atəşkəsdən sonra ilk zərbələr endirib

Borca görə hamilə rəfiqəsini qəbirstanlıqda öldürdü - VİDEO

ABŞ-da koronavirusdan ölənlərin sayı 110 mini keçib

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

Cahangir Əsgərov: Sizin nümayiş etdirdiyiniz mənəvi və peşəkar xüsusiyyətlər Azərbaycan aviatorları üçün nümunədir

"Başımda nankorlar əvəvzinə gəlinciklər otursun" - Elza Seyidcahan

Ronaldo ilk milyarder futbolçu oldu

Bakı narkotik alverçilərinə qarşı əməliyyat: saxlanılanlar var

Macarıstan infeksiyanın yayılmasının qarşısını necə alır?

Məzarıma bir cüt ayaqqabı qoyun...

Azərbaycan müğənnilərinin "Şirinçay mahnılar"ı

Hubeydə daha COVID-19 xəstəsi yoxdur

İtaliyada gölün dibində qalan kənd üzə çıxarılacaq

"Oğlum arvadını tövlədə başqa kişi ilə tutdu" - Keçmiş gəlinini yaba ilə öldürən qayınata

ABŞ-da ATIŞMA: 7 nəfər öldü

Tanınmış baş həkim koronavirusdan öldü - 3 həftə mübarizənin sonu

Qardaş 17 yaşlı bacısını tüfənglə öldürdü - Səbəb dəhşətə gətirir - FOTO

Bərbərxanalar və gözəllik salonları onlayn növbə sisteminə keçməlidir - VİDEO

Rusiyanın Xalq artisti koronavirusdan öldü

Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Harda qalacağınıza bu gün qərar verin - Sabahdan bağ evinə getməyə icazə yoxdur - RƏSMİ

Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq - TƏLİMATLAR

Madaqaskarın təhsil naziri 2 milyon dollarlıq konfet almaq istədiyi üçün işdən çıxarıldı

AMEA: Mərkəzi Elmi Kitabxananın direktoru İsa Həbibbəylinin bibisi qızı deyil

Yazmaram ürəyim sizi anmasa...

Tamam Cəfərova: Prezidentin AİB rəhbərliyi ilə görüşü Azərbaycanın qlobal maliyyə mərkəzləri arasında ciddi nüfuzumuzun göstəricisidir

Böyük Britaniyada ictimai nəqliyyatda maska taxmaq məcburi olacaq

Slovakiya və Çexiya bəzi ölkələrlə sərhədləri açdı

TƏBİB: Onlayn alış-verişə üstünlük verin

Meksikada polis zorakılığına qarşı etirazlar başladı

Aybəniz Haşımovanın səhhətində problem yaranıb

Gürcüstan əhalisinin sayı 3 milyon 716 min nəfərdir

"Arsenal"ın yeni səfər forması - FOTO

73-cü Kann Festivalı: Rəsmi seçim üçün saxlanılan 56 filmin siyahısı açıqlandı

Ermənistanda bir gündə 600-ə yaxın şəxs koronavirusa yoluxdu, 7 nəfər öldü

İki günlük qadağada zibil də atmaq olmaz - Rəsmi

Polis Bakıda əməliyyat keçirdi, evdən silah aşkarlandı

"Direktor vəzifəsinə qəbul olmaq istəyənlər üçün hazırlıq prosesi təşkil oluna bilər"

İspaniyada son 80 ildə ən aşağı doğum göstəricisi qeydə alınıb

Azərbaycanda iki vəzifəli şəxs pozuntulara görə işdən çıxarıldı

İki günlük qadağa Bakıda marketlərdə izdiham yaratdı - VİDEO

"Verilən qərarların məcburi xarakter daşımasına baxmayaraq əhali bu xəstəliyə hələ də laqeydliklə yanaşır"

Tarixçi: "AXC dövründə Azərbaycan torpaqlarının Ermənistana verilməsi acı tarixdir" - FOTO

Məcburi köçkün Nadejda Quliyeva: "Şuşaya piyada qayıtmağa hazıram" - VİDEO

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclisdən olan yeni üzvləri məlum oldu

Ünvanlı sosial yardımda hansı yeniliklər olacaq?

Bu muzey və sərgi zalları saat 14:00-dan fəaliyyətini dayandırır

Bill Qeyts koronavirusla bağlı əsas hədəfini açıqladı

"Liverpul"a yox, "Çelsi"yə keçir

Azərbaycanda koronavirus xəstələrində ən çox hansı simptomlar olur? - AÇIQLAMA

Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ

Azərbaycan polisi qanunu və demokratiyanı qoruyur: bunu anlamaq gərək - "Politşou" təqdim edir - Videolayihə

"Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasəti bu dövlətin faşist və terrorçu mahiyyətinin birbaşa davamıdır"

Manatın bu günə məzənnəsi

Dünya bazarlarında təbii qaz bahalaşıb

Həftəsonu küçəyə çıxmaq 2000 manatadək cərimə və ya həbslə nəticələnə bilər - RƏSMİ

Mövqelərimiz snayperlərdən atəşə tutuldu

Arvadını bıçaqlayıb polisə təslim oldu

Pandemiya dövründə Bakıda ödənişli xidmətlərin dəyəri azalıb

Britaniyanın Biznes nazirinin koronavirus testinin nəticəsi açıqlandı

ABŞ koronavirusa qarşı beynəlxalq tədbirlər üçün 11 milyard dollar ayırır

Elon Mask "Amazon"u inhisarçı adlandırdı

Qətərdə dünya çempionatına hazıralanan üçüncü stadion istifadəyə verildi

Ötən sutka Nyu-Yorkda 300-ə yaxın etirazçı həbs olundu

ABŞ-la Meksika sərhəddində 10 tona yaxın narkotik tutulub

Verner "Çelsi"yə transfer edilə bilər

Moskvada koronavirusdan ölənlərin sayı 2 800 nəfəri keçib

MEDEF: Azərbaycan və Fransa şirkətləri azı 4 sektorda əməkdaşlıq üçün real imkanlara malikdir

Sabirabadda yük avtomobili yanıb

"Gizli daşıyıcılar" koronanın ikinci dalğasını başlada bilər

Dünyanın ən çılğın azarkeşlərinə məxsus stadionlar - SİYAHI

Yaponiya koronavirusa qarşı vaksinin hazırlanmasına 300 milyon dollar ayıracaq

Ağrıkəsici koronavirusun müalicəsində istifadə olunacaq - ARAŞDIRMA

Yunanıstan hökuməti koronavirusa yoluxduğu halda turistlərin tibbi xərclərini ödəyəcək