AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Repetitorluq...

  5

Dərsdə deyilməyən, fərdi hazırlıqlarda öyrədilən

Hazırda ölkənin istənilən orta məktəbində yuxarı, yəni 11-ci sinif şagirdlərini gündüz çıraqla da görmək mümkün deyil. Əlbəttə, bunu orta məktəblərdə dərslərin başlanmaması və şagirdlərin də məktəbə gəlməməsi ilə izah etmək olar. Lakin “hazırda” sözünü bu məqamda vaxt deyil, ümumi anlamda işlədirik. Buna səbəb də ölkə boyu bütün orta məktəblərdə yuxarı sinif şagirdlərinin birmənalı olaraq tədrisi məktəblərdən kənar, repetitor hazırlığında keçməsidir.

İllərdir ki, bu problemlə bağlı araşdırmalar, az qala elmi məqalələr səviyyəsində tədqiqatlar aparılır. Lakin problemin həlli arzulanan deyil, «lazımi» səviyyədə həyata keçirilib. Yəni orta məktəblərdə şagirdlərin dərsini yalnız öz müəllimlərindən alması, biliklərə elə öz siniflərində yiyələnməsi istəyi elə arzu olaraq qalıb. Əvəzində isə repetitorluq bir sistem olaraq rəsmiləşdirilib. Orta məktəbdə qeyri-rəsmi, bəzən də direktora rüşvət verməklə aparılan bu xidmət növü artıq neçə müddətdir öz qanuni həllini tapıb. Şagirdin repetitora ödədiyi müəyyən məbləğin bir hissəsi indi məktəbə, direktora çatır. Nəticədə, orta məktəblərdə repetitorluq sistemi qanuni şəkil alaraq, kiminsə ona yerli-yersiz müdaxilə imkanlarını sıfıra endirir.

Xatırlayanların yadında olar, on illər öncəsi, lap elə bəyənmədiyimiz sovet təhsil sistemində belə xidmət növünə çox az, demək olar, cüzi şəkildə rast gəlmək olardı. Bunu da kimsə açıqlamazdı, ən azından orta məktəb müəllimlərinə hörmətsizlik, yəni onların biliyinə, pedaqoji təcribəsinə, səriştəsinə, bacarığına etimadsızlıq kimi göründüyündən, sözügedən məsələdən geniş, açıq bəhs etməzdilər. Fəqət zaman dəyişdi, onunla birgə təhsil sistemimizdə köklü dəyişiklik baş verdiyindən, bu gün repetitor yanında hazırlığa getməyən şagirdə az qala müasir dünyanın sürətindən, inkişafından geridə qalmış kimi baxırlar.

Şagirddən tutmuş valideynədək, müəllimdən başlamış direktoradək, hamı repetitor olmadan təhsilin bir yerdə dayanıb duracağından, passivləşəcəyindən danışır. İşin məğzinə də diqqət edən yoxdur. Deyən yoxdur ki, repetitorluq edən müəllim də elə orta məktəb, lisey müəllimidir. Ayrıca hazırlaşdırdığı şagirdlərlə hər gün bir məktəbdədir, günün bir yarısını - istər səhər, istərsə də günorta növbəsində onlara elə sinifdə dərs keçir. Demək olar ki, məktəbə müəllim kimi gəlir, lakin valideynlərin əksəriyyəti onları repetitor kimi tanıyır. Görəsən, müasir dünyanın gedişatından, hazırkı dövranın gərdişindəndirmi ki, şagirdlər yalnız repetitorların xidmətindən istfadə etməklə təhsil ala, biliklərə yiyələnə bilərlər?

Repetitorluq sisteminin olmadığı zamanlar kiminsə yadına düşməsə belə, həmin dövrlərin yetirmələri, hər sahə üzrə aparıcı şəxsləri, alimləri, tədqiqatçıları, tanınmış isimləri bu gün də dövrün kamil, bitkin, səviyyəli mütəxəssisləri kimi fəaliyyət göstərir, elmin, texnikanın, istənilən sahənin inkişafına öz töhfələrini verir. Məgər onlar hamılıqla repetitor hazırlığından keçib, xüsusi tutulmuş müəllimlərdənmi dərs alırdılar? Sual, hər halda, ritorikadan çox uzaqdır.

Bugünün valideyni, şagirdi isə orta məktəbə elə adından göründüyü kimi, icbari təhsil müəssisəsi kimi baxır. Orta məktəbə getməsə, şəhadətnamə ala bilməz, yuxarı sinfə adını yazdırmasa, o, attestat kimi əsaslı sənəd alıb məzun ola bilməz. Bizim orta məktəblərə ümumi baxışımız belədir. Bütün bunlarla müqayisədə, repetitor hazrlığından keçməsə, yararlanmasa, “heç kimin uşağı öz başıyla ali məktəbə qəbul ola bilməz”. Valideynlərin təhsilə hazırkı yanaşması da bax, budur.

İndi təkcə yuxarı deyil, məktəbə ilk qədəmlərini atan ibtidai sinif şagirdlərinin də repetitor hazırlığına ən vacib, günün təxirəsalınmaz məsələsi kimi baxılır. Belə olmasaydı, birincilərin valideynləri elə indidən “hazırlığa qoymaq üçün ən yaxşı müəllim görəsən, kimdir” sualına cavab axtarmazdı. Halbuki, övladının bundan sonra gedəcəyi məktəbdə yaxşı oxuyacağı, yaxud, “axsayacağı” belə, hələ sual altındadır. Amma valideyn indidən özünə əl qatıb, övladını hazırlaşdırmaq üçün yaxşı, savadlı müəllim axtarır. Tanışlarla, qohumlarla virtual, ya da, üzbəüz danışıqlar aparır, internetdə axtarışlara baş vurur, uşağına ən yaxşı repetitor seçimini az qala ölüm-qalım məsələsinə çevirir.

Bəlkə də valideyn haqlıdır, ən azından, kurrikulumu, Boloniya sistemini qəbul etməyənlərin nəzərində yeni təhsil metodları onların övladlarına yüksək təhsil vəd etmir. Ona görə də, vaxt itirmədən övladını repetitor hazırlığına göndərməyi ən böyük qazancı bilir.

Böyük əksəriyyətin razılaşdığı məqam isə budur ki, ən birinci hesab edilən məsələ təhsilə qoyulan sərmayədir. Onu da həqiqətən dərk etməklə, məğzini bilməklə həyata keçirmək lazımdır. Repetitor hazırlığına da kor-koranə, küll halında, zamanın tələbi kimi deyil, öz övladının qabiliyyətini nəzərə almaqla yanaşmaq lazımdır. Əks halda, o, orta məktəb dərsləri kimi, boş vaxt itkisi hesab olunacaq, ödənişli olan bu tədris növündən fayda götürən olmayacaq; əlbəttə ki repetitorları çıxmaq şərtiylə.

Hərdən düşünürsən ki, elə orta məktəblərin hamısını ödənişli əsaslarla etsəydilər, əlavə kurslara, repetitor hazırlığına, başqa-başqa ünvanlara, evdə müəllim hazırlıqlarına ehtiyac qalmazdı. Çünki il boyu belə hazırlığa yönəldilən vəsaiti elə orta məktəblərin bazasına yatırmaq da işin asanına hesablanardı. Bəlkə onda müəllimlər də dərsdə demədiyini, kurslara, fərdi hazırlıqlara saxladığını elə ümumtəhsil məktəblərin siniflərində şagirdlərə öyrədərdi.

Yazıda qeyd edilənlər sözsüz ki, müəllim adını hələ də müqəddəs tutanlara, o böyük məsləkin daşıyıcılarına qətiyyən aid deyil. Zatən, həmin müəllimlərin hesabına, bu gün fərdi hazırlıqlara, repetitor yanına getməyə ailəsinin maddi imkanı olmayan şagirdlər qəbul imtahanıında yüksək bal yığır, müəllimlərinə, valideynlərinə, tanıyıb-tanımayanların hamısına qürurverici sevinc yaşadırlar. Hər halda, belə faktlar az deyil və xüsusi hazırlıqsız tələbə adı alan gənclərin gündəmə gəlməsi, onların tanıtımı da təəssüf ki, çoxluq təşkil etmir. Təbii ki, repetitorluğun təbliği baxımından...

P.S. Bu mövzuda diskussiya açmaq istəyənlərin fikirləri də bizim üçün maraqlıdır.

Nigar Orucova 

Xəbər Lenti

Məşhur futbolçu dostlarına hər ay 11 min avro MAAŞ VERİR

Yeddinci sinif şagirdinin aksiyada emosional çıxışı...

Deputatın başını kərpiclə yardılar

Bill de Blazio 2020-ci il prezident seçkilərində mübarizəni dayandırdığını bildirib

Bakıdakı gimnastika arenası heyrətləndirici təəssürat yaradıb - estoniyalı tamaşaçı

AXCP üzvlərindən Əli Kərimliyə rədd cavabı - troll şəbəkəsi Fuadın müdafiəsindən imtina edir - SENSASİON SƏS YAZISI

Günün qoroskopu: Əlavə işlərlə ifrat dərəcədə məşğul olmayın

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatından ən maraqlı anlar - FOTO

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb

İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək

Bütün il nə üçün çalışdığımızı bilirdik- qrup hərəkətlərində Azərbaycan komandası

Antalyada rusiyalı turistləri daşıyan avtobus aşıb

"Keşlə" karyerası məni geri saldı" - Amil Yunanov

"Qəbələ" Bayılda xal qazandı, "Sabah" yenə uduzdu - YENİLƏNİB

Ölkə əzazisində faktiki hava açıqlanıb

Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

“Yuventus” 621 milyon avro qazandı

Gülgünü vurub öldürən şəxslə bağlı ilginc faktlar - FOTO

"Hiss edirdim ki, alınacaq" - Sertan Taşqın

Ayxan Abbasov qələbəni şərh etdi

"Mançester Siti"dən qol şousu

"Qəbələ" qalib gəlir, "Sabah" "Sumqayıt"a uduzdu - YENİLƏNİR

Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı alimlərin Bakı Forumu keçiriləcək

ABŞ-da gecə klubunda açılan atəş nəticəsində iki nəfər ölüb

Rusiya Dövlət Akademik Orkestrinin baş dirijoru Dmitri Xoxlov Bakıda çıxış edib - FOTO

Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb - FOTO

Məşhur aktyor aparacılığa başlayır

Erməni nazir Türkiyə ilə bu məsələdə razılığa gəldi

ABŞ-a demişik ki, şərtlər yerinə yetirilsə... - Ərdoğan

İranda sərnişin təyyarəsi təcili eniş edib

Abşeronda qəzaya düşən avtomobil yanıb - FOTO

Güclü külək toz dumanı yaratdı

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

Bakıda "KamAz" 54 yaşlı piyadanı vurub öldürdü

Bakıda 5 top ilə qrup hərəkətlərində dünya çempionatının finalçıları müəyyənləşib

"Hücumçularımızın heç biri yüksək səviyyədə deyil" - "Sabah"ın məşqçisi

"Səbail" "Qəbələ"yə qarşı, "Sabah" "Sumqayıt"a uduzdu - YENİLƏNİR

Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası”adlı konsert təqdim olundu - FOTO

Azərbaycanın qrup komandası dünya kubokunun finalına çıxıb

Rusiyanın qrup komandası Bakıda dünya çempionatının qızıl medalını qazanıb

Azərbaycan nümayəndəsi ATƏT-ə cağırış edib - VİDEO

Millimiz yenə uduzdu

“Taktiki işləri həyata keçirə bilmədik” - millimizin baş məşqçisi

Millimizin üzvü növbəti oyuna çıxdı

"Sumqayıt" qalib gəlir - YENİLƏNİR

Azərbaycanın qrup komandası Olimpiya Oyunları-2020 üçün lisenziya qazanıb - FOTO

“Peres Ronaldonu komandada istəmirdi” - “Real”ın sabiq prezidenti

ABŞ qida və dərman almağımıza da əngəl olur - Zərif

Ukrayna AŞPA-nın sessiyasında iştirakdən imtina etdi

Milli Gimnastika Arenasında dünya çempionatı çərçivəsində qrup hərəkətlərdə komanda yarışları davam edir - FOTO

Aygün Bəylər uzun fasilədən sonra efirdə - FOTO

Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində VİDEOçarx hazırlanıb

Ağdaş sakini heroinlə "ilişdi" - FOTO

Zaqatalada fındıq oğruları ələ keçdi

Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub - FOTO

Qazaxıstanlı gimnastlar: "Bakıya döyüşə hazır vəziyyətdə gəlmişik"

Bir zamanlar Rövşən Lənkəranskinin nəzarət etdiyi bazar sökülür

Paşinyan istədiyi adamları vəzifəyə təyin edə bilmir - Erməni KİV

Azərbaycanlı aktrisadan cazibədar FOTOSESSİYA

İranda sərnişin təyyarəsi təcili eniş etdi

"Liverpul"un zədəlisi qayıtdı

Alman gimnast: "Milli Gimnastika Arenası xoş təsir bağışlayır"

"Bunları ki, ərəblər etmir" - Rövşanə çimərlikləri tənqid etdi

Rövnəq Abdullayev: "Əsrin müqaviləsi" həm neft, həm də qeyri-neft sektorunun canlanmasına güclü təkan verib"

Futbolçuya xəyanət edən arvadı ilə bağlı yeni iddia - FOTO

Azərbaycanlı müğənni ata oldu

Şəbnəm onu öpmək istəyən Zauru pərt etdi - "Məni öldürtdürmə"

"Qarabağ"ın qapıçısının əlcəyi hərraca çıxarıldı

Alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək

Cenevrədə BAMF-ın qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanatı yayılıb

“Barselona”nın yeni forması belə olacaq

Bakıda köməksiz vəziyyətdə qalan azyaşlıya görə cinayət işi açılıb

Gizli proses: Netanyahu siyasətdən gedir - Sensasion səbəblər

"Tualet kağızı da məşhurdur" - Faiq Ağayevdən qəribə müqayisə

Tramp ABŞ-ı Kiyevdən uzaqlaşdırır - KİV

Hər zaman qapalı geyimlərdə görməyə öyrəşdiyimiz Türkan bu dəfə açıq paltarda - FOTO

Azərbaycan gimnastlarına azarkeşlik edirəm - Tamaşaçı

Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava - VİDEO

Rusiyadan öldürücü bəyanat: "S-400"lər "F-35"lərin işini poza bilər

Azarkeş: "Azərbaycanlı gimnast Zöhrə Ağamirova gənc idmançılar üçün örnəkdir"

Bu ölkədə toylar nəzarətə götürülür - Şok qadağalar

Güləşçilərimiz dünya çempionatının FİNALINDA

Nə eşq olaydı, nə aşiq... - Azərbaycanın səhnədə can verməyi arzulayan “KOR ƏRƏB”i - VİDEO

Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası” adlı konsert - FOTO

Giriş qadağandır! - Xaricdə avtomobil sıxlığı ilə necə mübarizə aparılır? - FOTO

Firuzə İbadovanın aktrisa bacısı - Məhbəs həyatı yaşamış Rəhilə İbadova - FOTO

UFO mövcuddur - Amerikalılar “51-ci zona”ya hücuma hazırlaşır

62 ildir insan yaşamayan bu kənd görənləri heyrətə gətirir - FOTO

Bakıda bədii gimnastika üzrə dünya çempionatının 6-cı günü start götürüb - FOTO

Zidanın yerinə üç namizəd

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

"İmelda" fırtınasının qurbanlarının sayı artır - 4 ölü

Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Rüşvət alan polis qandallanacağını hiss edib iki həmkarını güllələdi - VİDEO

Oyundan əvvəl atası ölən futbolçu qol vurdu - VİDEO

Dilarənin Maldiv sərgüzəştləri - FOTO

PSJ-də Mbappe sevinci

Fuad getdi, sən də get, Əli Kərimli! - Oktay Hacımusalı

Sorğuda sovrulanlar - Onlara "yox" deyildi

İzzət Bağırov yenidən Kərbəlaya getdi - FOTO

Keçmiş əsgər polisə məxsus PUA-nı vurub çaya saldı - VİDEO - FOTO

13 il əvvəl Moskvada azərbaycanlını öldürmüş gürcü Polşada həbs edildi

Azərbaycan Avrasiya Ölkələri Parlament Sədrlərinin IV konfransında təmsil olunacaq

Kredit borcuna görə bütün ailəsini qətlə yetirdi - VİDEO

Azərbaycan Olimpiya Oyunlarına 5-ci lisenziyanı qazandı

Ötən gün 13 cinayətin üstü “isti izlər”lə açılıb

Əli Əhmədov: "Ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir" - FOTO

Analitik: "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır

İranda ağır qəzada ölənlərin sayı artıb: 13 nəfər - YENİLƏNİB - VİDEO

Xatirə İslam verilişə dar geyimdə gəldi - Alt paltarı göründü - FOTO

İranda ağır qəza: 8 ölü, 18 yaralı - VİDEO

Prezident İlham Əliyev Musa Şəkiliyevi təltif etdi

“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı”

Azərbaycan cüdoçusu Qran-Pridə gümüş medal qazandı

UEFA-dan Rebiçə sərt cəza

Tanınmış aktyor metropolitenin işini tənqid etdi - FOTO

Həkimlər qadının qolundan ona yeni dil tikdilər - FOTO

Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb - FOTO

İtmiş Gültəkinin nağılı: xəyanət, yalan, şər...

Son dörd güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı

"Mançester Yunayted"də 3 itki

İkinci dəfə ərə gedən Sevinc Dubayda - Bikinidə BELƏ POZ VERDİ - FOTO

Avropa İttifaqı: Plastik torbalar ödənişli olsun

Şadlıq evi cinayət yerinə döndü: Bəyin boğazı kəsilərək öldürüldü, anası bıçaqlandı

Gəncədə ata döyüldü, iki oğlu isə bıçaqlandı

"Arvadla məni baş-başa qoyur, xəbəri olur ki..." - Tacirdən efirdə ŞOK ETİRAF - FOTO

"Barselona"nı şoka salan fakt: yalan ifşa olundu

Gömrükdə böyük əməliyyat: İrandan Azərbaycana heroin keçirənlər saxlanıldı - FOTO

Beyl "Real"ın simvolunu saxlamaqdan imtina etdi - VİDEO

İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu

Türkiyənin energetika naziri: "TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib"

"Çox istəyirəm ki, bəxtim açılsın, amma hacı olmasın"

Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi açıqlanıb

Azərbaycanlı məşhur yeni doğulan körpəsini EFİRƏ GƏTİRDİ - FOTO

Dadaşov oynadı, komandası ilk qələbəsini qazandı

Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

Bu ölkədə də avtobus qəzası: 3 ölü

Turist avtobusunun qəzası nəticəsində 4 nəfər ölüb

Namiq Qaraçuxurlu yarıçılpaq FOTOsundan danışdı: Camaat gözləmirdi...

Azərbaycanlı futbolçu rəmzi komandada yer aldı - FOTO

İraqda avtobus partlayıb, qurbanlar var

Bu gün Azərbaycanın qrup komandası Bakıda bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə qatılır

"Sabah" "Sumqayıt"a, "Qəbələ" "Səbail"ə qarşı

22 yaşında dördüncü dəfə xərçəng olan bloqer vəfat etdi

Rus gimnastı Dina Averina Azərbaycan tamaşaçılarının dəstəyindən danışdı

Bakıda yarışlar hər zaman ən yüksək səviyyədədir - Asiya Gimnastika İttifaqı Texniki Komitəsinin prezidenti

Bədii Gimnastika üzrə Dünya Çempionatının Bakıda keçirilməsi çox qürurvericidir

“Anglo Asian Mining” Azərbaycanda yeni yataqlarda hasilata başlamağı planlaşdırır