AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycanda yayılan xəyanət hallarının 10 səbəbi - Daha çox qisas məqsədilə edilir

  8

Son zamanlar Azərbaycanda boşanmaların artması və səbəblərilə bağlı müzakirələrə çox rast gəlmək olur.

Sosial məsələlər üzrə təhlilçilər artan boşanmaların səbəbləri arasında yer alan əsas amillərdən birinin xəyanət olduğunu bildirirlər. Bəs, ölkədə kişilər və qadınlar niyə xəyanət edirlər?

Demokratikmusavat.com bildirir ki, BBC News Azərbaycancaya danışan kişilər və qadınlar etdikləri xəyanətləri qisas almaq, mentalitet, iradə zəifliyi, özünü sübut etmək, maraq və digər amillərlə izah ediblər.

Evlilikdən cəmi bir il sonra edilən xəyanət

29 yaşlı Samirə deyir ki, xəyanət etməsi oğlunun doğulmasından sonrakı vaxta - evləndikdən cəmi bir il sonraya təsadüf edib.

Xəyanətin səbəbi kimi o, hamiləlik vaxtı və doğuşdan sonra həyat yoldaşının ona qarşı olan soyuq rəftarını göstərir.

"Evləndik, bir-iki ay normal keçdi. Elə ki, hamiləlik və həkimin "ilk və son üç ay risklidir" xəbərdarlığı oldu, ondan sonra problemlər başladı. Orqanizmimdəki dəyişiklər, ətrafa verdiyim fərqli təpkilər, onu yemirəm, bunu yemirəm nazları, "yemək bişirmirəm, qoxusu gəlir" söhbətləri və bunların fonunda qarşı tərəfin anlayışsızlığı evliliyimizə mənfi təsir etdi. Daha sonra uşaq doğuldu, "vücudum dəyişdi", uşağın səsi onu narahat etməyə başladı və beləliklə bu kimi bir çox narazılıqların fonunda münasibətlərimiz soyudu.

Nişanlılıq, yeni tanışlıq dönəmindəki səni qorumağa çalışan o adam bu dəfə "yenə oran-buran ağrıyır" deyib, səni azarlayan yad adama çevrildi. Gecələr həyat yoldaşımın telefonuna gələn zəngləri gördükdə özümə nifrət edirdim ki, buna görəmi bu qədər əziyyətdən keçdim? Həmin zənglərin kimdən gəldiyini soruşanda da deyirdi ki, "sənə nə?". Bunları görəndə istər-istəməz mən də soyuyurdum. Sonra hiss etdim ki, mən bu adamın yanında xoşbəxt deyiləm.

Anlatmağa çalışdım, baxdım ki, olmur, buraxdım başını. Geyinib-bəzənməyə, özümə baxmağa, özümlə maraqlanmağa başladım. Axtardığım diqqəti başqalarında tapdım. Bəlkə də diqqət göstərən adam evdə öz həyat yoldaşına diqqət göstərmirdi, amma nə olsun, sən bəzəklisən deyə sənə baxır, səninlə maraqlanır. Bir yerinin ağrıdığını deyirsən, deyir dərman alım gətirim. Diqqətini çəkir və istər-istəməz xəyanət qaçılmaz olur. Qadın xəyanət edərkən buna ad qoyurlar, kişi xəyanət etdikdə isə bu, normal qarşılanır. Ancaq "ailənin başçısı kişidir" demirlərmi? Kişi ailəsini qorumalıdır, axı.

Xəyanət etməmişdən bir müddət əvvəl qaramsallığa(bədbinliyə-red.) düşdüm, içim-içimi yedi ki, yox, mümkün deyil, mənə xəyanət etməz. Ancaq getdikcə əmin oldum ki, xəyanət edir. Artıq onun üçün heç bir dəyərimin qalmadığını anlayanda mən də xəyanət etməyə başladım.

Məqsədim onu qısqandırmaq idi.

İki-üç ay eyni evdə, amma ayrı otaqlarda qaldıq. Yemək bişirmirdim. Bişirdiyim yeməyi yemirdi, evə gec gəlirdi, mənə zəng vururub soruşurdu ki, "hardasan?", deyirdim ki, "sənə nə var, mən səndən soruşanda hesabat vermirsənsə, sən də məndən soruşma". Beləliklə də, hörmətsizliklər son həddə çatdığında mən artıq onu evin içində görmək istəmirdim. Adamı evdə görəndə iyrənirdim. Xəyanətdən iki ay sonrayadək belə davam etdi və biz boşandıq. Ancaq hələ də düşünürəm ki, boşanmağa əsas səbəb onun soyuqluğu oldu.

Biz evlənəndə on doqquz yaşım var idi, tanışlıqdan 4-5 ay sonra evlənmişdik. Biz avropalı olsaydıq, evlilikdən öncə bir evdə yaşayıb, bir həyatı paylaşsaydıq bir-birimizi daha yaxşı tanıya bilərdik. Ümumiyyətlə belə bir şansımız olsaydı, bəlkə də ölkəmizdə bu qədər boşanma olmazdı. Tanımadığımız şəxslərlə evlənirik, axırı da belə olur. Bircə şeyə heyfslənirəm ki, övladım atasız böyüyür, el-aləm mənə "boşanmış", "tək" damğası vurub. Bu səbəblərdən dolayı deyirəm kaş ki, fərqli olaydı. Hərdən hətta düşünürəm və peşmanlıq çəkirəm ki, kaş boşanmazdım. O zaman da düşünürəm ki, o həyata nə qədər dözə bilərdim?"

Səlimin 33 yaşı və iki övladı var. Səlim deyir ki, qardaşı özbaşına evlənib valideynlərini məyus etdiyi üçün o, valideynlərinin seçimi ilə evlənməyə "özünü məcbur edib".

"Evlisən, amma həyat yoldaşın adlanan şəxslə aranda qəribə bir ciddiyyət var. Gözəgörünməz divar var. Sanki bir məcburiyyətiniz və bir-birinizin qarşısında öhdəlikləriniz var. Onları yerinə yetirirsiniz və bitdi. Axı, ürəyin də istəkləri var. İnsan sadəcə intim tələbat yox, mənəvi istəyin qarşılanmasını da istəyir. Birlikdə gəzmək, deyib-gülmək, zarafatlaşmaq istəyirsən. Ancaq valideynlərinin aldığı qadın buna razı deyil. Nəsə istəyirsən, zarafat edirsən, "məni nə hesab edirsən, ya da məni aşağıladın" deyir. Halbuki həyat yoldaşındır, ən yaxınındakı, ən etibar etdiyin - ya da etməli olduğun qadındır. Ancaq heyf ki, bu qadınla səni birləşdirən heç nə yoxdur. Nə ortaq marağınız var, nə təhsiliniz uyğundur. Dünyagörüşündən heç danışmayaq. Aranızdakı yeganə bağ uşaqlardır. Belə olan halda adam xoşbəxtliyi başqa qadında axtarıb tapır.

Bəzən sadəcə evdən uzaqlaşmaq, dincəlmək üçün başqa qadınla görüşürəm. Ancaq o da yetmir. Sevmədiyin adamla evli olanda xoşbəxt olmursan. Boşanmaq çıxış yolu kimi görünə bilər, ancaq deyil, çünki uşaqlar var. Ondan da başqa valideynlər var. Boşanmaq istəsən, birinci onlar etiraz edəcəklər.

28 yaşlı Gülnarın xəyanəti isə "maraq" səbəbilə baş verib.

"26 yaşımda həyat yoldaşımı özüm seçib evləndim, amma elə ilk gecədən sonra ona olan marağım itdi. Toyumuzdan bir ay keçmişdi. Keçmiş iş yoldaşım hələ toydan bir neçə ay əvvəl mənə birlikdə olmağı təklif etmişdi. O zaman razılaşmamışdım. Həyat yoldaşıma marağım itdiyi üçün qərara gəldim ki, iş yoldaşımın təklifini qəbul edim. Getdim, bir dəfə birlikdə olduq. Bu bir az da əmin olmaq istəyi idi. Xəyanət etməklə onunla başqasının, daha yaxşı olduğunu düşündüyüm adamın arasındakı fərqi bilmək istəyirdim. Bizim qızlar ailə qurana qədər başqası ilə bərabər ola bilməzlər. Məncə, bu doğru deyil, çünki sənin ehtiyacların fərqli ola bilər, qarşındakı şəxs səni qane etməyə bilər. Ancaq ən pisi budur ki, biz bütün bunları evləndikdən sonra anlayır, başa düşürük. Onda isə gec olur.

Bütün bunların da səbəbi mentalitetdir. Mentalitet basqısı ilə böyüyən, müəyyən mənada iqtisadi azadlığı olmayan qorxaq qadınlar qadağalar zəncirini qıra bilmədikləri üçün ömrü boyu gözləri nəyisə, kimisə axtarır.

Düzü, mənim heç vaxt iqtisadi asılılığım da olmadı, amma mən də o zənciri qıra bilmədim və deyəsən mən də sanki kimisə, nəyisə gözləyirəm.

"Hərdən düşünürəm ki, görəsən, evləndiyim bu şəxslə öncədən birlikdə yaşamaq imkanım olsaydı, necə olardı? Onunla evlənərdimmi?"
 
 Xəyanət kişilərin təbiətidir?

Həsənin 46 yaşı var. O deyir ki, əvvəllər xəyanət etməsinə səbəb "gəncliyin bir növ özünü sübut etmək istəyi, cəhdi" olub.

Həsən kişilərin xəyanətinin onların təbiətindən irəli gəldiyini deyir.

"Biz kişilər təbiətcə poliqamıq, yəni, yalnız bir partnyorla kifayətlənmirik. Bəlkə də buna görədir ki, həyatı boyunca tək bir qadın tanımış kişi tapmaq müşkül məsələdir. Başqa sözlə desək, biz kişilər ovçu təbiətliyik və bu, genetik yaddaşdır. İbtidai icma quruluşundan bəri güclü cinsin nümayəndələrinin bir növ missiyasıdır.

Xəyanətə gəlincə, məncə, bu anlayışı da təsnif etmək lazımdır, yəni, söhbət mənəvi, yoxsa fiziki xəyanətdən gedir? Əksər qadınlardan fərqli olaraq, biz kişilər heç bir hiss, bağlılıq olmadan fiziki yaxınlığa yol verə bilirik. Gənc yaşlarda bu özünütəsdiqin bir formasıdır. Daha çox sayda qızı "başdan çıxara bilmiş" gənc, yaşıdlarının arasında seçilir və daha bacarıqlı hesab olunur. Bunun mənəvi tərəflərini araşdırsaq, tamam fərqli mənzərə yaransa da, həmin yaşda mənəvi məqamlar kölgədə qalır. İrəli yaşlarda, yetkin insanlarda xəyanət, yaxud macəra axtarışının səbəbləri başqadır və bunun həm mənəvi, həm də fiziki əsasları var.

Kişi ailəsindən narazıdırsa, həyat yoldaşından yataqda istədiyini ala bilmirsə, həmin "istədiklərini" kənarda axtarmağa başlayır.

Əlbəttə, bu məsələdə kişinin özünü də günahlandırmaq olar, çünki uzun illər birlikdə yaşadığın qadınla uyğunlaşmaq, qarşılıqlı istəkləri gerçəkləşdirməyə çalışmaq mümkün olmalı idi. Lakin bəzən bu, heç cür mümkün olmur və bizdə "sola" meyllik yaranır. Əvvəl qeyd etdiyim fiziki və mənəvi xəyanətə gəlincə, bir çoxları sevgi olmadan fiziki yaxınlığı xəyanət hesab etmir, amma bu, daha çox bəhanəyə oxşayır. Yəni, hər bir hala konkret şərtlər daxilində baxsaq, daha yaxşı olar. Bu məsələdə ümumiləşdirmə səhv nəticələrə gətirib çıxarar".

Hazırda partnyoru ilə yaşayan Həsən düşünür ki, iki şəxs arasında sevgi olanda xəyanət olmur.
 
Diqqətsizlik, laqeydlik

Azadə adlı xanım artıq 4-cü ildir ki, ailəlidir və evliliklərinin 2-ci ilindən həyat yoldaşına xəyanət etməyə başlayıb.

"Xəyanət etdim, çünki mənə qarşı diqqətsiz və laqeyd idi. Qadın diqqət tələb edən, sevgi istəyən məxluqdur. Ona görə də sevgilisindən, nişanlısından, həyat yoldaşından bunları görməyəndə başqasına qaçır, ona sığınır. Mən də mənə hörmət edən birini gördükdə ona sığındım. Sevgi gördüm, qayğı gördüm, mənimlə söhbət etdi, mənə qadın olduğumu xatırlatdı.

Evliliyim monoton şəkildə irəliləyirdi. Kobud, anlayışsız, heç bir şəkildə mənə hörmət qoymayan ər, körpə uşaq, bir sözlə, bezmişdim. Bir gün sosial şəbəkədə bir oğlan yazdı mənə, əvvəlcə cavab vermədim. Evli qadın idim axı. Ərim hörmət qoymasa da, məni qadın gözündə görməsə də mən qadın idim və ərimin namusunu qorumalı idim.

Sonra necə oldusa həmin oğlan iş yerimi tapdı. Hər gün arxamca düz qapıya kimi gəlirdi. Axırda məcbur olub ona cavab yazdım. Bu ərəfələrdə evdə vəziyyət pisləşmişdi. Hər gün dava-dalaş, söz-söhbət. Sanki mənə yazan oğlanda rahatlıq tapırdım. 3-4 ay sonra məni çay içməyə dəvət etdi. Beləcə, gizli həyatım başladı. Hər gün ona yazmasam və ya o mənə yazmasa elə bil həmin gün yemək yeməmiş kimi olurdum. Bağlılıq yaranmışdı məndə. Yoldaşım isə həmişəki kimi laqeyd, vurdum-duymaz idi. Bir-iki dəfə də qızla tutdum, təmiz soyudum. Və xəyanət etməyə başladım. İndi mən də öz həyatımı yaşayıram. Həyat yoldaşım olaraq görmürəm heç ərimi. Mən onun xəyanətlərinin bilsəm də, o məni bilmir".

Azadə deyir ki, əri xəyanətini bilsə, öyrənsə, onun vecinə olmaz, çünki onu xəyanətə həyat yoldaşı adlandırdığı, övladının atası olan şəxs vadar edib.

"Bilsə nəyə yarayacaq ki?! Öz günahıdır. Mən xəyanət etməyi nə vaxtsa ağlımın ucundan belə keçirməmişdim. Özü məni buna məcbur etdi".

Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın

Makron Suriyada atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulayıb

Frankonun nəşinin ekshumasiyası oktyabrın 24-də olacaq

Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi

Prezident İlham Əliyev: Sizin istefanız iqtidar komandasında təmsil olunan digər yoldaşlara da yaxşı bir örnək olacaqdır

Prezident İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb

"Moskvada görüşərik, axmaq" - Həbib və Makqreqor arasında söyüşlü DAVA

Çin varlıların sayına görə ABŞ-ı keçdi - İLK DƏFƏ

YPG/PKK indi də İsraildən yardım istədi: Təzyiq göstər...

Aygün küsülü olduğu həmkarlarını təbrik etdi - FOTO

Keçmiş həyat yoldaşını zorlamaq istədi, sonra bıçaqladı - Bakıda şok cinayətin TƏFƏRRÜATI

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

4 nəfərə qarşı dələduzluq edən şəxs tutulub

Bir neçə saatları qalıb, yoxsa əməliyyat yenidən başlayacaq - Çavuşoğlu

Azərbaycana yeni zubrlar gətiriləcək

Pentaqon rəhbəri gözlənilmədən Səudiyyəyə getdi

Tarixdə iz qoyanlar: Cazı Azərbaycana gətirən BƏSTƏKAR

Koçaryan yenidən həbsxanaya qaytarıldı

Əsəd qüvvələri Türkiyə ordusunu mühasirəyə aldı - Müharibə RİSKİ

Paşinyanın adamı Qarabağda inqilab etmək üçün partiya yaratdı

Türk ordusu terrorçulara aid tunellər sistemini aşkarladı

"Traktor"dan darmadağın

Bu ilin 9 ayında qeyri-neft tranzit daşımaları 43% artıb - Nazir

Tünzalə Ağayeva: "Ad günümdə belə bir hədiyyə almağım qürurvericidir"

Belçika caz qrupu seminar və master-klass təqdim etdi

Bakıda 21 yaşlı bacısını öldürən qardaş hakim qarşında

9 ayda narkotikə görə 2618 nəfər həbs edildi, 199 fəhlə, 69 qadın

Ölkəyə 15 kq-dan artıq narkotik vasitə keçirilməsinin qarşı alındı - FOTO

Azərbaycan futbolunda daha bir şok - Bu klub danışılmış oyunlarda iştirak edib

Bu ölkədə təyyarə avtomobillərin üzərinə düşdü - Ölənlər var

Millinin oyunları “İdman” TV-də

Denge qızdırmasından ölənlərin sayı 70-i keçib

Yurgen Klopp VAR-dan şikayətləndi

Xalq artisti həyat yoldaşının ölümündən DANIŞDI: “1 il idi xəstə idi” - VİDEO - FOTO

“Qarabağ” - APOEL: mətbuat konfransı və açıq məşqin vaxtı

Azərbaycana gələn turistlərin sayı 9,5 faiz artıb

Azər Axşamın həyat yoldaşı canlı yayıma çıxdı: Mübarizlə bağlı danışdı

“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsi açıldı

"Milli Şura" və AXCP-nin əsas məqsədi nədir? - Vüqar Rəhimzadə açıqladı

“Liverpul”la döyüşə gedirsiniz, ancaq tuneldə dayanıb, öpüşürsünüz” - Roy Kin

"Şirin" arzusundan DANIŞDI: “Killer olmaq istəyirəm” - VİDEO - FOTO

Nazir: "Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8% artıb"

Zaura əsəbiləşib, efiri tərk etdi

Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil, sizindir"

Röya Xalq artisti adı almasından İLK DƏFƏ danışdı - "Bu ad mənim deyil, sizindir"

Ölkəni kilosu 3-4 manata satılan “kərə yağları” bürüyüb

Sosial müdafiə  sahəsində nümunəvi ölkə

Azarkeşlər meydana “kəsilmiş əl” atdılar - FOTO

Qənirə Paşayeva: "Hər bir azərbaycanlı düşmən dəyirmanına su tökən addımlardan uzaq olmalıdır"

Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

“Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir” - FOTO

Robota bənzəyənlər...

Xatirəylə xanəndə Elnarə bir arada - Küsülü idilər - VİDEO

Türkiyə XİN rəhbəri Azərbaycana səfər edəcək

"Real" Mourinyo ilə danışıqlara başladı

Türkiyə səfiri: "Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün önəmlidir"

Röya, Tünzalə, Mir Yusifə “Xalq artisti” fəxri adı verilidi - SƏRƏNCAM

"Hisslərimə hakim olmağı öyrənməliyəm" - Təmkin Xəlilzadə

Nigardan qırmızı, cazibədar geyim - FOTO

Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib

Hacıbala Abutalıbov vəzifəsindən azad edildi - SƏRƏNCAM

Əli Həsənov vəzifəsindən azad edildi - SƏRƏNCAM

Kataloniyada böhran: 58 jurnalist döyülüb, 3 nəfərin gözü çıxıb, 182 yaralı, 83 nəfər həbs...

"Real" "Qalatasaray"la oyun üçün heyətini açıqladı - 2 ulduz yoxdur

Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə 3,5 milyon manat ayrıldı - SƏRƏNCAM

Maşın qaçıran şəxs sərhəddə tutuldu - FOTO

"Qanunsuz mitinq keçirməyə cəhd edənlərin istəkləri nədir?"

Xatirə İslam FOMO-dan əziyyət çəkir

İranda güclü zəlzələ oldu - 5,6 bal

“Onlar bir-birini necə tapıb?” - Aygünlə Nigar haqda

Rusiyada faşist Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya hazırlanıb

"Qarabağ" - APOEL oyununa neçə bilet satılıb?

Ərdoğan: “Türkiyənin heç kimin torpağında gözü yoxdur”

"Xalqın formalaşmış fikrini 3-4 dələduzun FB statusu ilə dəyişmək olmaz"

Azərbaycanlı hakim Avropa Liqası matçına təyinat aldı

"Qarabağ" - APOEL oyununun hakimləri açıqlandı

Təmkin hakimə niyə hücum edib? - "Sabah"dan açıqlama

"Sən özünü çox yekə aparma" - Aşıq Əli Elnarəyə əsəbləşdi

NATO kontr-admiralı: "Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlıq səviyyəsi onların güclü olduğundan xəbər verir" - VİDEO

Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib

TAP Avropa iqtisadiyyatının proqressiv dekarbonizasiyasına böyük töhfə verəcək

“Aqşin Fatehi sənətçi kimi qəbul etmirəm”

Rusiyalı tarixçi: "Qaregin Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal göstərərək, ermənilərin türklərə və müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib"

Təranə Musanın aldığı 8 minlik şubanı dəhlizə atıb - VİDEO - FOTO

Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaq - FOTO

Zenfira efirdə etiraz etdi: “Anar mənim 2-ci ərimdir” - VİDEO - FOTO

“Altın kelebek”də məşhurlarımızın səsverməsi başladı - FOTO

“Qonşular deyirdi ki, Eldar gəlsin, bizdə çimsin”

Ana yeri isladan oğlunu qaynar suda yandırdı - FOTO

"Biz müstəqil, hüquqi dövlət qurmuşuq"

Təmas xəttində yoxlama keçiriləcək

“Azərbaycanla oyun çox çətin olacaq”

Bakıda tanışları taksi sürücüsünə hücum etdilər, boyunbağını və pulunu apardılar

21 oktyabr 1987-ci il Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və anti-Azərbaycan senarilərinin işə düşməsi

Səfir: "Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü Azərbaycan xalqının ədəbi-mədəni irsə verdiyi qiymətin təzahürüdür"

Azərbaycanın İsveçrəyə investisiyaları qarşı tərəfin investisiyalarından üç dəfə çoxdur - AZPROMO

Topaz tərəfindən texniki problemlərin həlli ilə bağlı müraciət (18+) VİDEO

YAP-da Milli Şuranın oktyabrın 19-da icazəsiz keçirdiyi aksiya ilə bağlı tədbir keçirilir

ROYAL HOLDİNG şirkəti Azərbaycanı ümumdünya investisiya forumunda təmsil edib

“Onları kişi saymıram” - Oksananı döyüblər

Azərbaycanlı keçmiş sevgilisini və onun rəfiqəsini bıçaqladı - TƏFƏRRÜAT

Təranə Qumralın qızı etiraf etdi: "Anam bizə ev və maşın alıb" - VİDEO - FOTO

Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən papiroslar aşkarlandı - FOTO

Dövlət qulluğuna növbəti test imtahan keçiriləcək

Azərbaycanda məşhur aşıq futbol klubunun SPONSORU OLDU - FOTO

"Əli Kərimli qanun qarşısında cavab verməlidir" - RƏYLƏR

Levandovski Obameyanqa çatdı

Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

“Səhnəyə sərbəstliyi ilk dəfə mən gətirdim” - Xalq artisti - VİDEO - FOTO

“Əliyarın 2 yox, 1 “Galendewagen”i var" - YENİLƏNİB

Abşeronda evlərə girən seksual manyak peyda olub

“Homoseksuallar güllələnməlidir” - Şeyx Əbdül

Qadınlara qarşı zorakılıq Azərbaycana 764 milyon dollara başa gələ bilər - BMT

İran Prezidenti Bakıya gəlir

Kestutis Yankauskas: "Azərbaycanda ağac əkilməsi tədbirləri ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür"

"Müşfiqə 16 şirvanlıq nisyə kostyum almışdım, pulunu 6 aya ödədim" - FOTO

Gecə səsə ayılan qadın dəhşətə gəldi - Evinə girən qız oğlunu soyundurub... - FOTO

Aşıq Əli bu qadın məşhurla SEVGİLİ İMİŞ? - Efirdə çətin vəziyyətdə qaldı - FOTO

"Fənərbağça"dan səfər qələbəsi - VİDEO - FOTO

Teymur əmiyə AĞIR İTKİ

""26-lar" kafesinin sahibinin oğlunu niyə bıçaqlanıb? - FOTO

Türk Şurasında inteqrasiya prosesləri regionun iqtisadi artımına xidmət edir

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon

Yeni baş məşqçi Ramil Şeydayevi ehtiyatda saxladı

"Liverpul" "Mançester Yunayted"lə sülh bağladı - VİDEO - FOTO

İlkin Misgərli illər öncə - VİDEO

"Arvadımı məndən aldığı üçün ona təşəkkür edirəm" - FOTO

Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı: "Ölkəmiz müharibədədir"

"Qatil" maşın: avtomobil özbaşına hərəkət edib sahibini vurub öldürdü

"Beşiktaş"da yeni prezident

Əbu-Dabidə sərgidə ən qədim inci nümayiş etdiriləcək

Boliviyada keçirilən prezident seçkilərinə Morales liderlik edir

Çilidəki etirazlar nəticəsində ölənlərin sayı 10-a çatıb

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Suriyanın Ras Ələyn şəhərindən terrorçular geri çəkilməyə başlayıb

Kanadada 43-cü parlament seçkiləri keçiriləcək

Bakıda iki avtomobil toqquşub

Türkiyədə 170 qanunsuz miqrant saxlanılıb

Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb

Azərbaycanda 9 ayda 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib

"Qürbətdə vətənlə bağlı hər bir duyğu şirindir"

"3 günlük məşhurluq mənə lazım deyil" - Debüt - FOTO

Xocavənddə 2 ədəd top mərmisi tapılıb - FOTO

13 yaşlı aktyor, rəqqas və... - Portret - FOTO