AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

İqtidarla müxalifət bir araya gəldi

  8

Söyüşü yaşam modelinə çevirənlərin, sadəcə, hakimiyyəti hədəfə aldığını düşünməyin: bu məxluqat müxalifətə də nifrət edir. Onlar, ümumiyyətlə, onlarla olmayan hər kəsə nifrət bəsləyirlər. Çünki Azərbaycanın dövlət kimi mövcudluğunu istəmirlər. Çıxış yolu var və o, iqtidarla müxalifət arasında normal dialoqda, siyasətçilərlə dövlət adamlarının cəmiyyətlə təmaslarının maksimum genişləndirilməsindədir. Bu işdə hər kəs öz məsuliyyətini dərk etməlidir. Bütün problemləri iqtidarın üzərinə atmaq olmaz.

Bu gün iki önəmli hadisə yaşanıb. Yaşananların hər biri ölkənin daxili siyasi arenasında ciddi dəyişikliklərə səbəb olmaqla yanaşı, Azərbaycanın mövqelərinin bir daha bəyan edilməsi üçün vəsilədir.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskyenin Azərbaycana rəsmi səfəri başlayıb.

İkigünlük səfər çərçivəsində AŞPA prezidentinin Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.

Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsi və İntizam Komissiyasının üzvləri ilə görüşlər keçirəcəyi planlaşdırırlıb.

Eyni zamanda L.M.Paskye sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək "Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa" adlı konfransda iştirak edəcək.

Konfransın adı, gerçəkdən də, maraqlı və eyni zamanda, məzmunludur.

Çünki hüquqlarımız və azadlığımız olmadan, Avropa əsla bizim ola bilməz.

Avropa ölkəsi Azərbaycan da Strasburq və Brüssellə şaquli yox, üfüqi münasibətlərin inkişaf etdirilməsində maraqlıdır.

Avropa Birliyini və Avropa Şurasının rəhbərliyi çox gec olsa da, anlayıb ki, Azərbaycanla təzyiq, pressinq, ultimatumlar vasitəsilə danışmaq, rəsmi Bakıya nəyisə qəbul etdirmək və ölkənin siyasətini hansısa formada göstərişlərlə müəyyənləşdirmək, sadəcə, mümkün deyil.

Lilian Mori Paskyenin səfərinin məntiqi sonuclanmasına şübhə yox, çünki Bakı Avropa Birliyi və Şurası ilə əlaqələrin inkişafında maraqlıdır.

Necə ki, ölkə hakimiyyəti müxalifətlə normal münasibətlərin qurulmasında maraqlıdır.

Bu gün Bakıda keçirilmiş "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi"  mövzusundakı dəyirmi masada müzakirə edilmiş məsələlərin sayı, məcmusu və ən başlıcası, məzmunu da böyük əhəmiyyət əksb edir.

YAP sədrinin müavini - icra katibi Əli Əhmədovun tədbirdəki çıxışı zamanı "istənilən siyasi partiya ölkənin daxili maraqlarını üstün tutaraq, fəaliyyət göstərməlidir" söyləməsi, əslində, rəsmi Bakının həm ölkədəki radikal müxalifətdə bərqərar olub xaricdəki çoxsaylı fondlar və qüvvələrdən müxtəlif dəstəklər alaraq vətəndaş qarşıdurmasına can atanlara xəbərdarlıq, həm də Azərbaycanın yürütdüyü tam müstəqil siyasətin davam etdiriləcəyinin növbəti təsdiqi idi.

O qeyd edib ki, son illər xaricdə fəaliyyət göstərərək, mühacir qismində sığınacaq alan şəxslərin çox məhdud dövlət yardımı ilə fəaliyyət göstərib, geniş siyasi təbliğat mexanizmi yaratmaq şansları yoxdur:

"Onlar mütləq maliyyə dəstəyinə ehtiyac duyurlar. Ona görə bunda maraqlı olan xarici qüvvələrə xidmət etməyə başlayırlar. Onlar xarici xüsusi xidmət orqanları tərəfindən asanlıqla əldə olunan, istənilən istiqamətə yönəldilən qrupa çevrilirlər. Halbuki, hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hansısa xarici qüvvənin yox. Mühacirlərin əsas işi Azərbaycan dövlətini, Prezidentini nüfuzdan salmaqdır. Çünki Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı "demokratik", Azərbaycan isə "anti-demokratik" göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir.

Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var. Bu mənada o insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəlidir, həm də yolverilməzdir", - Əli Əhmədov deyib.

Politoloq Eldar Namazovsa hesab edir ki, iqtidar və müxalifət arasındakı müzakirələr davamlı olmasa, bu tədbir xalqımız, millətimiz üçün heç bir xeyir verməyəcək".

"Artıq internet əsri hansı fəsadlara gətirib çıxarır, anlamalıyıq. Dövlət başçılarına qarşı təhqiramiz addımlar artıq trendə çevrilib. Əsas problem isə kiminsə bu addımı atması deyil, insanların sosial şəbəkələrdə buna dəstək verməsidir. Bu ciddi problemi aradan qaldırmaq üçün çalışmalıyıq", - E.Namazov deyib.

Müzakirələrə AXCP sədri və bloqer Əli Kərimlinin qatılmaması təəccüblü deyil.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının dediyinə görə, Əli Kərimlidən başqa hamını bu tədbirə dəvət edibmiş.

Əli Kərimliyə dəvət yollanması və ya onun dəvətsiz qalması müstəsna önəmli məsələ deyil. Aydındır ki, o, müzakirələri də aqressiv ritorika üzərində köklənmiş suçlamalara meydan etməyə çalışacaqdır.

Müsavat Partiyasının başqanı Arif Hacılı və KXCP sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, "dəyirmi masa"ya qatılmamışdılar.

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi, siyasi partiyalar, media və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş "dəyirmi masa"da Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, habelə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, REAL TV-nin rəhbəri Mirşahin Ağayev və başqaları iştirak ediblər.

Tədbirdə qəbul olunan bəyanatda deyilir:

"Biz, "Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi" mövzusunda təşkil edilmiş "dəyirmi masa"nın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə:

- Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir,

- siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir,

- ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır,

- vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır,

- respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk".

Müzakirələrdə xüsusilə vurğulanıb ki, ölkəni tərk edib mühacirətə yollanan, sığınacaq qismində Avropa Birliyi ölkələrini, Rusiyanı və ABŞ-ı seçən, siyasi əxlaq və mənəviyyatdan çox uzaq, radikal-anarxist mövqe nümayiş etdirən şəxslər özlərini "mühacirətdəki müxalifət" və ya "mühacir müxalifəti" adlandırırlar.

Əksəriyyəti qeyri-adekvat və səbatsız, iradəsiz insanlar olan bu şəxslərin xaricdəki xüsusi xidmət orqanlarının birbaşa nəzarətində fəaliyyət göstərmələri də ciddi ehtimal olunur.

Bu adamlar özüyeriyən söyüş mexanizmlərinə çevriliblər. Hədəfləri də Azərbaycan, ölkənin istisnasız olaraq bütün siyasətçiləri, müxalifətdə və iqtidarda olanlar, vəzifəlilər, məmurlar, millət vəkilləri - bir sözlə, hamımızıq. Onlar aldıqları əmrlərlə göstərişləri icra edərək Azərbaycanda bədgümanlıq, xof, ümidsizlik mühiti yaratmağa çalışırlar, dövləti vurmaq istəyirlər.

Siyasi şüurları və ümumiyyətlə, intellektləri debilizm səviyyəsində olanlar da var.

Məsələn, belə şizoidal təfəkkür daşıyıcılarından biri "Ermənistandan Gəncəyə yeraltı tunel çəkirlər, düşmən Gəncəyə girəcək" marazmını tirajlayır.

Bir başqası - çox hiyləgər, intriqan və bic olanı - "bir payız axşamı" deyibən susmaq bilmir, "hamınız cavab verəcəksiniz, nə qədər gec deyil, keçin biz tərəfə" deyərək öz aləmində guya bizi qorxudur.

Onların, sadəcə, hakimiyyəti hədəfə aldığını düşünməyin: bu məxluqat müxalifətə də nifrət edir. Onlar, ümumiyyətlə, onlarla olmayan hər kəsə nifrət bəsləyirlər.

Çünki Azərbaycanın dövlət kimi mövcudluğunu istəmirlər.

Çıxış yolu var və o, iqtidarla müxalifət arasında normal dialoqda, siyasətçilərlə dövlət adamlarının cəmiyyətlə təmaslarının maksimum genişləndirilməsindədir.

Bu işdə hər kəs öz məsuliyyətini dərk etməlidir. Bütün problemləri iqtidarın üzərinə atmaq olmaz.

Məsələn, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn dialoq tərəfdarı olduğunu qeyd edib: "Görüş olarsa, qucaq açılarsa hamıya, bu zaman o söyüş müxalifətinin təsir effektivliyi qat-qat azalar".

Ümumiyyətlə, ölkəmizdəki və ölkədən kənardakı bütün milli qüvvələr Azərbaycana qarşı xarici müdaxiləyə qarşı vahid mövqedən çıxış etməlidir.

Bu vətən hamımızındır.

Əsla unutmamalıyıq.

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

"Qəbələ" APOEL-ə qarşı - YENİLƏNİR

Türkiyə SQ PKK terror təşkilatına qarşı əməliyyat keçirib

Meksikada emalatxanada partlayış baş verib

"Barselona", "Liverpul" və "Çelsi" səfərdə, "İnter" evdə qalib gəldi

ABŞ-da iki təyyarə toqquşub: ölənlər var

Lənkəranda itkin düşmüş uşaq tapılıb

Türkiyədə 140-a yaxın qanunsuz miqrant saxlanılıb

Səudiyyə kralı yeni xarici işlər naziri təyin edib

Tramp yaxın gələcəkdə Ərdoğanla görüşə bilər

Günün qoroskopu: məqsədə aparan yolda səd və maneələr az olmayacaq

Arvadını güllələyən tanınmış futbolçumuzun atası imiş

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib

Zibil qutusundakı küçə iti barmağını dişlədi, barmağı kəsildi - VİDEO

Azərbaycan-CAR münasibətləri müzakirə edilib - FOTO

Çempionlar Liqasında iki oyun bitdi

Yığmamız Moldovaya qalib gəldi

Azərbaycanda şəkər istehsalı 80 faizədək artıb

"Təcili yardım gələnə qədər atam canını tapşırdı" - Məşhurların son günü - Məhəbbət Kazımovun oğlu - FOTO

Şeydayev "Dinamo"dan ayrılır?

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib

Bakıda mağazadan 8 min manat oğurlayan şəxs tutulub

Qubalı dələduz ələ keçdi - Sakinlərin 40 min manatdan artıq pulunu...

Paşinyan mühafizə xidmətinin rəisini işdən çıxardı

Publik hüquqi şəxslər 1 il ƏDV-dən azad ediləcək

Son 5 ildə dövlət büdcəsinin sosialyönlü xərcləri 1,7 dəfə artırılıb

Suriyada terrorçular hücuma keçdi - 3 ölü, 10 yaralı

Elmar Məmmədyarov iraqlı həmkarı ilə görüşüb

Bakıda qadını intim görüntüləri ilə şantaj edən müğənnidən ŞİKAYƏT

ABŞ-ın sensasion planı: Türkiyəni müharibəyə sürükləyib...

Prezident İlham Əliyev: "Biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun"

Rusiya bu ölkələrə 4 milyardlıq silah göndərir

İranda naməlum PUA qəzaya uğrayıb

Macar caz ulduzu Aron Talasın Bakı çıxışı - FOTO

Keçmiş səfir: "Azərbaycan Qoşulmama Hərəkatına rəhbərliyi dövründə regionda sülh və təhlükəsizliyin təmin olunmasında böyük addımlar ata bilər"

Opera sevənlər üçün - "Vaqif" tamaşası keçiriləcək

Elmar Məmmədyarov: "Azərbaycan Fələstin xalqını dəstəkləyir və İslam həmrəyliyinə sadiqdir" - FOTO

"Arvaddan qorxmayan kişi deyil" - Xalq artisti ETİRAF ETDİ - FOTO

Əhməd Bilalovla bağlı ABŞ-dan - Açıqlama

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Prezident İlham Əliyev İranın Xarici İşlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Bekhem klubu üçün 970 milyonluq stadion tikdirir - FOTO

Prezident İlham Əliyev: "İqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir"

Prezident İlham Əliyev: "Biz elə etməliyik ki, iqtisadi inkişaf dayanıqlı olsun"

Azərbaycan Prezidenti: "Elə bir şərait yaradılmalıdır ki, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun"

Prezident İlham Əliyev: "Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək"

Prezident İlham Əliyev: "Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alınıb"

Azərbaycan Prezidenti: "Biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq"

Prezident İlham Əliyev: "Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür"

“Day-day gücünə qabağa gedirlər” - Xalq artisti - VİDEO - FOTO

Yeganə oğluna görə İstanbuldan köçdü

Ermənistanda “Rusiya Dəmir Yolları”nın maşinistləri tətil edirlər

“Gecələr maşın yuyurdum” - Əməkdar artist çətin günlərindən DANIŞDI - VİDEO - FOTO

Elmar Məmmədyarov venesuelalı həmkarı ilə görüşüb - FOTO

Bakı sakinini avtomobilə mindirərək bıçaqlayan şəxslərdən XƏBƏR VAR

Mələk bacısının ərini siçan dərmanı ilə öldürdü - Onu zorlayıbmış - FOTO

Niyam Aqşini hədələdi: "Səni insanlıqdan çıxararam"

Azərbaycan millisinin futbolçuları oteldə siqaret çəkiblər - AFFA təsdiqlədi

Britaniyalı analitik: "Taxıl bazarına investisiyalar heç vaxt olmadığı qədər cəlbedicidir"

Kəmalə Laləyə söz atdı: "Gərək ağlayardım"

Azərbaycan və İran XİN rəhbərlərinin görüşü olub

Qoşulmama Hərəkatının fəal iştirakçısı olmaq diplomatiyamızın tarixi nailiyyətidir

"İcazəsiz mitinqi idman camiəsi də pisləyir" - Firdovsi Umudov

Avropanın mərkəzində tədbir: Bakıdan kimlər gedir?

Türkiyə klubunun mətbuat konfransına silahlı basqın - VİDEO

Dövlət və İqtisadiyyat

"Saqqala görə bir-birini qırırlar"

Həftəsonu Sumqayıt Dövlət Dram Teatrında 6 tamaşa nümayiş olunacaq...

"Aramızda gizli bir şey qalmayıb" - Qara Qarayev

Mikayıl Cabbarov: "İqtisadiyyatı inkişaf etdirmək dövlət və vətəndaşların gəlirlərinin və imkanlarının artırılmasının yeganə yoludur"

Azərbaycan Prezidenti: "Sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər, vergidən başqa heç bir ödəniş ola bilməz"

Rüşvətlə yoğrulan hər bir cəsədin yeri cəhənnəmdir

Prezident İlham Əliyev: "Kadr islahatları labüddür, bu, qaçılmazdır"

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD CƏFƏR PİŞƏVƏRİ

 

Azərbaycan Prezidenti: "Bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır"

Hər dövrün öz “ad-soyadı”...

ADPU-nun Quba Filialında Azad Nəbiyev adına “Bilgə ocağı”nın açılışı olub - FOTO

"Müxalifət"in Avropa İttifaqı ilə strateji sazişə qarşı çıxmaqda marağı nədir?

Prezident İlham Əliyev: "Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafı bizim əsas prioritetimizdir"

Təxirə salınan “el-klasiko”nun vaxtı müəyyənləşdi

Prezident İlham Əliyev Ramiz Mehdiyevi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq etdi

Bu da 64 yaşında əkiz uşaq anası olan AZƏRBAYCANLI QADIN VƏ KÖRPƏLƏRİ - VİDEO

İranlı cüdoçular bütün yarışlardan kənarlaşdırıldılar

Prezident İlham Əliyev Lyudmila Duxovnayanı “Şöhrət” ordeni ilə təltif edib

Akif Əli Zadə “Əmək” ordeni ilə təltif edildi

Ronaldu İnstaqramdan 44 milyon qazandı

Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və onu "Heydər Əliyev" ordeni ilə təltif edib - FOTO

Azərbaycanda kölgə iqtisadiyyatını necə işığa çıxaraq?

Fərda aparıcılığa qayıtdı

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edildi - FƏRMAN

Prezident İlham Əliyev Ramiz Mehdiyevi "Heydər Əliyev" ordeni ilə təltif etdi

Prezident İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib - FOTO

Yeni İqtisadiyyat nazirinin DOSYESİ

Azərbaycan güləşçisi erməniyə gözünü açmağa imkan vermədi

Rusiya Nigerə 12 ədəd Mi-35 hərbi vertolyotu satacaq

Hikmət Hacıyev: "Aİ-nin Azərbaycandakı mitinqlə bağlı tələsik bəyanatı həqiqəti əks etdirmir"

Deputat: "Azərbaycan xarici siyasətinin prinsiplərini Qoşulmama Hərəkatına üzv ölkələrin diqqətinə çatdıracaq"

Türkiyə Suriyadakı hərbi əməliyyatları dayandırdı

Prezident İlham Əliyev Vergilər Nazirliyini ləğv etdi - FƏRMAN

Prezident İlham Əliyev Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin etdi

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilir - FƏRMAN

AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Turun oyunçusu o oldu - FOTO

Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edildi - SƏRƏNCAM

Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM

AZAL "Payız endirimləri" adlı aksiya elan edir

Yük avtomobilinin içərisindən 39 cəsəd tapıldı

Azərbaycan Premyer Liqasında 8-ci turun rəmzi komandası - FOTO

Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatdı

Nazarovdan Almaniyada yeni rekord

Rusiyada 5 nəfər dəm qazından öldü - Biri uşaqdır

Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Peskov: "Kürd qruplaşmaları geri çəkilməsə, Türkiyə ordusunun zərbəsi altına düşəcək"

Hacı İsmayılov: "Afaq Bəşirqızı bir neçə sənətçi ilə ağız-ağıza verib, qanqaraçılıq yaradır"

Yusif Mustafayev qadınların döyülməsi ilə bağlı: "Yaxşı at özünə qamçı vurdurmaz""

Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi xarici siyasət kursumuzun çoxşaxəli olmasını bir daha sübut edir - FOTO

Toy yasa döndü: qızın atası bəyin boğazını kəsdi - VİDEO - FOTO

"Qarabağ" - APOEL oyununa biletlər tükənir

"Hamımız qələbə gözləyirik" - Qurban Qurbanov

Seda Sayan Bakıya gəlir

Rusiya Taxıl İttifaqının vitse-prezidenti: "Azərbaycan sübut edib ki, daxili sosial-iqtisadi vəzifələri yerinə yetirə bilir"

Azərbaycan silahlanır və hazırlaşır. Bəs Ermənistan?

İstanbulda film kimi oğurluq: cibindən azərbaycanlının 10 minlik telefonu çıxdı - VİDEO

“O kişilər evdəki xanımlarını düşünməyib küçəyə çıxanlardır” - FOTO

Azərbaycanlı müğənninin bacısı YATAQ FOTOSUnu paylaşdı: Qızlar yazıqdır

Bakıda “ağ ölüm” yayan narkotacirlərdən biri həbs edildi - FOTO

Afaq Bəşirqızından barəsində səsləndirilən iddialara cavab

Klub rəsmisindən futbolçuya: "Qardaşım qızına mesaj yaza bilərsən" - FOTO

İsrailin pilotsuz uçuş aparatı Livanda düşdü

Ramos Çempionlar Liqasının tarixinə düşdü

Azərbaycanlı müğənnidən oğlunun toyunda QƏRİBƏ ADDIM - Belə kişilər var - FOTO

Rusiya Taxıl İttifaqının vitse-prezidenti: "Azərbaycan regionlararası taxıl logistikasında xüsusi yer tutur"

"Atletiko"dan çətin qələbə - VİDEO - FOTO

"Bavariya" Yunanıstan səfərindən 3 xalla dönür - VİDEO

Aybəniz Haşımova o qədər fotoşop etdi ki... - FOTO

PSJ "Brügge"ni darmadağın etdi - VİDEO - FOTO

Bakıda 120 ölkə görüşür: Azərbaycana qlobal dəstək

"Cinə oxşayırsan"

"Yuventus" sürprizə imkan vermədi - VİDEO - FOTO

"Tottenhem"dən 5 cavabsız qol - VİDEO - FOTO

Sterlinq het-trik, Aquero dubl etdi - VİDEO - FOTO

Kafedə panda əvəzinə boyanmış itlərlə baş aldatdılar - FOTO

"Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionla təhlükəsizliyə təhdid yaradır"

Panda-kafedə ayı əvəzinə boyanmış itlərlə baş aldatdılar - FOTO

Kapital Bank UNEC-də "Karyera Günü" keçirib

Mbappe Messiyə məxsus rekordu yenilədi

Çempionlar Liqasında növbəti oyunlar - "Borussiya" "İnter"ə, "Çelsi" "Ayaks"a qarşı

ABŞ senatı Şimali Makedoniyanın NATO-ya üzv olmasını təsdiqlədi

"Elə bildim böyrəyimin biri yoxdur" - VİDEO

"Qalatasaray" evdə "Real"a uduzdu - VİDEO - FOTO

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin XİN rəhbərlərinin görüşü keçirilir

"Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionla təhlükəsizliyə təhdid yaradır"

Konfransda qalmaqal: Afaq Bəşirqızı zalı tərk etdi - "Hacıbala Abutalıbovdan nümunə götürsünlər"

Atəşkəsi pulemyotlar və snayperlər pozdu - Cəbhədən XƏBƏR VAR

Yaponiya Çin arasında vacib görüş

Misirdə turizm xərcləri 12,6 milyard dollara çatıb

Rusiyanın şimalında mədən qəzasında azı 3 nəfər ölüb

İndoneziyanın sahillərində güclü zəlzələ baş verib

İsrail prezidenti Nazirlər kabinetinin qurulmasını Beni Ganza həvalə etmək qərarına gəlib

Kelli Enn Şou vəzifəsindən azad olur

Tusk "Brexit"-in uzadılmasını tövsiyə edəcəyini söylədi

Tramp: "Görünür, Türkiyə..."

Ərdoğan: "ABŞ-ın verdiyi vədlər..."

Hotellərdə gecələyənlərin sayı artıb