AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar" - Rasim Balayev

  11

Xalq artisti, görkəmli aktyor Rasim Balayev "Yeni Müsavat"a müsahibə verib.

Demokratikmusavat.com xəbər verir ki,  R.Balayev müsahibədə "Nəsimi" filmi haqda tənqidlərdən, kinonun bu günündən, telekanalların vəziyyətindən, rejissor Rüstəm İbrahimbəyovun sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) fəaliyyətindən və digər aktual mövzulardan danışıb. Müsahibəni təqdim edirik:

- Rasim müəllim, Şeyx Əbdül deyir ki, "Nəsimi" filmi dünyanın 138 ölkəsində nümayiş olunub. Bu, həqiqətdirmi?

- Mənim bundan xəbərim yoxdur. İlk dəfə eşidirəm. Şeyx Əbdül statistikanı haradan əldə edib bilmirəm. Amma sovet vaxtı "Daşkənd" film festivalı varıydı. Bu festivala 80 ölkə gəlirdi.

Mən orada olanda eşitmişdim ki, 40-a yaxın ölkə "Nəsimi" filmini alıb. Sovet vaxtı "Eksport" film şirkəti varıydı, onlar filmləri alırdılar.

- "Nəsimi"nin satışına görə sizə qonorar və ya mükafat ödənilirdi?

- Bir qəpik də verilmirdi. Düzü, buna görə səlahiyyətimiz yox idi.

- Bu film şairin şəxsiyyətinə yoxsa yaxşı kino işinə görə belə şöhrət qazanmışdı?

- Vallah, nə deyim... Görünür, baxımlı film alındı ki, indi də baxırlar. Yaxşı aktyor və rejissor işi var idi. İlk növbədə filmin uğuru rejissor işindən asılıdır. "Nəsimi" filmində də böyük rejissor ustalığı və gözəl aktyor heyəti yer almışdı. Bu gün də baxılırsa, deməli, ortalığa nümunəvi sənət işi qoyulub.

- Amma "Nizami" haqda da film çəkilib, belə baxımlı olmayıb.

- Bunun səbəbləri çoxdur, gərək oturub bütün incəliklərini xırdalayasan. Təhlil edəsən ki, nə üçün uğur qazanmadı, günah aktyor, rejissor işindəydi, yoxsa ssenarisi zəif idi, təbliği olmadı, yəni hamısı müzakirə edilməlidir. Yəni uzun söhbətin mövzusudur ki, niyə o film baxımlı alınmadı.

- Firudin Qurbansoy isə sizin yaratdığınız Nəsimi obrazını bəyənmir, edam səhnəsində "Məndə sığar iki cahan" qəzəlinin yeri olmadığını düşünür, həm də guya əruz ritmini pozmusunuz...

- Əşi, bu film 50 il qabaq çəkilib, uğur qazanıb, bu gün də sevə-sevə baxılır. Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı "Nəsimi" filmi çəksin. Biz nə deyirik ki? Danışır ki, guya Nəsiminin şeirləri filmdə düzgün oxunmayıb.

Mənim müəllimim Əli Fəhmi olub, onun dırnağı Firudin Qurbansoydan min qat istedadlı idi. O, getsin Əli Fəhmidən öyrənsin, sonra gəlsin. Bu gün tamaşaçı "Nəsimi" filmini sevə-sevə izləyir. Bu da "çevir tatı, vur tatı" danışır, özünün guya intellektini, ağıllı olmasını göstərir. Belə oğulsan, get yaxşı ssenari yaz, ortaya qoy, biz də deyək ki, afərin!

Məsələ bəyənməmək deyil axı?! Gərək ortaya iş qoyasan, sonra danışasan. Bir tənqidçi və yaxud Nəsimişünas ortaya daha yaxşı əsər qoysun, çəkilsin, sübut eləsin ki, indiki daha yaxşıdır, nəinki bizim oynadığımız. Bəyənmirsən, cəhənnəmə bəyən...

- Bəziləri deyir ki, Nəsimi dinə qarşı olub. Sizcə, Nəsimi din adamıydı?

- Bu sualların cavabını mən verə bilmərəm. Biz Nəsimini görməmişik, onun haqqında gəlib çatan məlumatlar da azdır. Biz onun əsərlərindən çıxış edərək şəxsiyyətini xarakterizə eləmişik. Heç vaxt bilməmişik ki, Nəsiminin boy-buxunu necə olub, ibadət edib-etməyib.

Amma Əli Fəhmi onun şeirlərini mənə öyrədəndə deyirdi ki, Nəsimi ən dindar şair olub. Məsələn, onun şeirlərini oxuyurdu, mənə deyirdi ki, bax, bu yerdə Quranda filan ayəyə istinad edib.

Nəsiminin Allaha, peyğəmbərə mədhiyyələri var. Amma insana çox qiymət verirdi, bütün canlılardan Allaha ən yaxın insanı görürdü. Deyirdi ki, insan ən böyük xaliqdir.

Təsəvvür edin ki, bu gün də mövhumatçılıq var, onda daha dəhşətli bir xurafat olub. Ona görə Nəsiminin insana təriflərini, verdiyi qiyməti qəbul etməyiblər, xoşlarına gəlmirdi, insana belə qiymət bəyənilmirdi, kafir adlandırırdılar ki, ənəlhəqq demək olmaz.

- Siz özünüz necə, inanclı birisinizmi, ibadət edirsinizmi?

- Bəli, Qurandan ayələr oxuyuram. Quranı 3 dəfə oxumuşam. Namaz qılmağa hazırlaşıram. Hər gün Allaha dualar edirəm, hədislər oxuyuram, yəni inanan adamam. Mən Allahın yeri-göyü yaradan qüvvə olduğuna inanıram.

- Bəs bu gün elə bir filmimiz varmı "Nəsimi" kimi dünyanın 138 ölkəsinə nümayiş olunsun?

- Onu kim sayıb e, vallah nə deyim...

- Rasim müəllim, 80-90-cı illərdə teletamaşalar varıydı, vaxtaşırı AzTV yenə göstərir, bu gün teletamaşa çəkməyə ehtiyac varmı? Sizcə, internet dövründə insanlar təzədən baxarmı?

- Bunu zaman göstərər. Amma əsas məsələ budur ki, bu gün camaatın zövqü korlanıb. Telekanallar bərbad vəziyyətdədir, insanların zövqünü korlamaqla məşğuldurlar. Artıq hiss edirəm ki, az adam televiziyaya baxır. Bu televiziyalara elə gəlir ki, alçaq dağları yaradıblar. Problem bundan ibarətdir, efirdə səviyyəsiz verilişlər var. Ümumiyyətlə, dünyanın çox yerində televiziya hörmətdən düşüb, bizdə isə lap çox düşüb. O da həmin bayağılığa, səviyyəsizliyə, şitliyə görədir. Əgər insanların çoxu televiziyaya baxmırlarsa, deməli iyrəniblər, beziblər.

- Bu gün Fərda, Elməddin, Müşviq kimi cavanlar filmlər təqdim edirlər, müəyyən auditoriya da izləyir. Heç baxırsınızmı?

- Baxmıram, onlar antisanitariyadırlar. Efiri bu antisanitariya bürüyüb. Dərd odur ki, onlar meymunluğu sənətlə səhv salıblar.

- Bəlkə günah elə sizdədir, yəni vaxtında Rasim Balayev, Yaşar Nuri, digər sənətkarlar özləri yaxşı cavan aktyorlar yetişdirməliydilər?!

- Bizim nə günahımız var? Mən televiziyaya tapşırıq vermirəm ki, bunu elə edin, onu belə edin. Səbəblər çoxdur. Amma bu gün yaxşı əsərlər var, çəkilmir. Telekanallar tamaşaçı zövqünü korlayıb. Mən bunu hamıya şamil eləmirəm. Ziyalısı da var, yaxşı ilə pisi ayırd edən də... Sadəcə, kütlə zövqü korlanıb.

Bu gün düşük, yüngül, hır-hır, axmaq, mənasız sözlərlə, hətta söyüşlə insanlarda maraq yaratmağa çalışırlar. Lakin inanıram ki, çox çəkməyəcək, bu da keçib gedəcək. Əgər ortada sənət yoxdursa, "sabun köpüyü"dür, yoxa çıxacaq.

- Yeri gəlmişkən, artıq Ədliyyə Nazirliyi AKİ-də rəhbər orqanlara səlahiyyətləri təsdiqlədi. Rüstəm müəllimin başçılığı ilə kinomuzun dirçəlişi mümkün olacaq?

- Bu bir ictimai təşkilatdır, elə səlahiyyəti yoxdur. Biz yalnız tövsiyə edə bilərik. Bir söz var, pulu verən sifarişi verir. Pul Mədəniyyət Nazirliyindədir. Onlar kiməsə istəsə filmi sifariş edirlər. Biz ancaq ictimai təşkilat kimi rəy yarada bilərik. Amma bunu çəkmə, onu çək deyə bilmərik.

- Ancaq Ayaz Salayev, Şeyx Əbdül heç cür Rüstəm İbrahimbəyovun kino ittifaqını qəbul eləmir. Üstəlik, ətrafında olanları qınayırlar ki, "Qafqaz triosu" filmini çəkən birinin yanında olmamalıydınız...

- Özləri bilərlər, şəxsi düşüncələridir. "Qafqaz üçlüyü"nə gəldikdə, o filmə baxmışam. O filmdə nə var ki?! Sən deyən heç nə yoxdur.

- Sizcə, iki kino ittifaqı bir arada mümkün olacaq?

- İki kino təşkilatı ola bilməz. Azərbaycan balaca respublikadır, iki kino ittifaqı var. Dünyada belə şey yoxdur. Rusiya kimi böyük ölkədə bir kino ittifaqı var. İndi zaman göstərəcək ki, bu iki ittifaqdan hansı qalacaq. Bu gün əsas məsələmiz odur ki, tamaşaçıları razı salan filmlər çəkilməlidir. Yaxşı əsərlər olmalıdır...

Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: İllüziyalara və fantaziyalara qapılmayın

Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatı ilə görüşüb - FOTO

Rusiyalı deputat iclasdan sonra öldü

“Restoranlar ağzına qədər doludur...” - İlqar Məmmədov

İcra başçısı müavinini işdən çıxardı

“Hərcai”nin qəhrəmanının 120 kiloqram çəkidə - FOTO

Bakıda “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdü - FOTO

İsmayılovlar erməni casusun "qolları arasında" - FOTO

"İnter" məğlubiyyətdən qaçdı, Lionda bərabərlik - YENİLƏNİR

Ölkədə qızıl-gümüşü ucuzlaşdı

Əsrarəngiz təbiətə malik Kiş - FOTO

Rusiyalı tamaşaçı: Bakıda bədii gimnastika üzrə dünya çempionatı parlaq keçir

KXDR-ə məxsus gəminin ekipajı Rusiya sərhədçilərinə hücum edib

Mərkəzi Bank hərrac keçirib - Manat sabitdir

"Qarabağ" "Atletiko"nu Çempionlar Liqasından kənarlaşdırdı" - Lopeteqi

“Messi bizə qarşı oynasa, çox xoşbəxt olardım"

"Mançester Siti"də ciddi itki - 1 ay oynamayacaq

"MLS tarixinin ən yaxşı futbolçusuyam" - İbrahimoviç

Bakıda keçmiş məhkum kafedə ürəyindən bıçaqlandı

Dina Averina bədii gimnastika üzrə dünya çempionatında topla hərəkətlərdə birinci olub

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

Hindistan yeni raketi sınaqdan keçirdi

"Uşaqlarımın dayəsi, həkimi, sürücüsü, aşpazıyam" - Elnarə

AÇG-nin 25 illiyi faktlarda

Son 45 ilin ən uğursuz göstəricisi

Yekaterina Seleznyova bədii gimnastika üzrə dünya çempionatının halqa ilə hərəkətlərdə qızıl medalını qazanıb - FOTO

Hacı Nuranın arxiv FOTOsu

Nazir müavini: "Azərbaycan xaricdə növbəti şərab evi açacaq"

İsrail gimnastı: "Milli Gimnastika Arenasında bütün şərait yaradılıb"

Oktardan şikayət edənlərə inanılmaz şantaj - İnternetdə fotoların yayılar

Bakıda bədii gimnastika üzrə dünya çempionatının finalı başlayıb - FOTO

Rəhimov dünya çempionatının medalçısını qəbul etdi

Əsrin müqaviləsi - Milli uğur strategiyası

UEFA Neymarın cəzasını azaltdı

"Valensiya"da boykot - Klubda aləm qarışdı

7 il qabaq arvadını öldürüb su hövzəsinə atdı - Bakıda qandonduran olay

Rövşanə efirdə ağlayan aparıcıları ələ saldı

"Qarabağ" - "Sevilya" matçına 2 min bilet qaldı

Nadir Çində timsah və qurbağa yedi - VİDEO

Paşinyanın əsgər oğlunun gəzintisi etiraza səbəb oldu - VİDEO

Ramaldan QALMAQALLI AÇIQLAMA: Fatimə ilə Elariz mahnı oxumasın

Abşerondakı hoteldə 21 yaşlı sevgilisini öldürdü - TƏFƏRRÜAT

Balıqçı 800 metr dərinlikdən “yadplanetli” tutdu - FOTO

Bədii gimnastika üzrə dünya çempionatında topla hərəkətlərdə finalçılar məlum olub

"Neftçi" üzərində qələbənin mükafatı - 60 min manat

"Sevilya" Bakıya tam heyətlə gəlir - SİYAHI

Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

Tanınmış aktyor ata oldu

“Saber Junction - 19” təlimi davam edir - FOTO

Beynəlxalq Muğam Mərkəzinin solistləri bu dəfə Suraxanı rayonunda çıxış etdilər - FOTO

Kokorin və Mamayev azadlıqda

Azərbaycanla Qazaxıstan arasında Xəzər üzrə ikitərəfli məsləhətləşmələr keçirilib

Bakıda 32 yaşlı ata azyaşlı qızına təcavüz etdi - TƏFƏRRÜAT

“Əsgər yoldaşımı güllələyəndən sonra şokdaydım”

Messi oynaya bilər - Həkimlər razılıq verdi

Azərbaycan Prezidenti çilili həmkarını təbrik edib

Mədəniyyət xadimlərinə fəxri adlar verilib - SİYAHI

Prezident İlham Əliyev mədəniyyət xadimlərini “Tərəqqi” medalı ilə təltif edib

Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM

Mədəniyyət xadimləri Prezidentin fəxri diplomu ilə təltif ediliblər

AFFA klubları cərimələdi

Gömrükdə ƏMƏLİYYAT: 2 milyon manatlıq... - VİDEO - FOTO

Ramil Qasımovun "Bizi birləşdirən mədəniyyət " verilişində ilk qonağı Əbülfəs Qarayev oldu

Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub

"Bu ölkə yox olacaq..." - Vanqanın gerçəkləşməyə başlayan proqnozları

"Bu ölkə yox olacaq..." - Gerçəkləşməyə başlayan Vanqanın proqnozları

Tərtər sakinlərindən odlu silah götürüldü

Gələn ilin dövlət büdcəsi kifayət qədər praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanıb

Almaniya klubu Nazarovla müqavilə imzalamağa hazırlaşır

İranda silahlı insident - Polis öldü

Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib - FOTO

“Qarabağ”da şok itki - “Sevilya” ilə oyunu buraxır

Aygün yenidən Filipplə bir araya gələcək

Cavanşir Məmmədov yol qəzasına düşüb - Arxadan gələn maşın...

Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

Dəmir arakəsmələr can alır, yoxsa xilas edir? - VİDEO - FOTO

AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar

Hikmət Hacıyev: "Azərbaycan türkmən qazının öz ərazisindən tranziti imkanını nəzərdən keçirə bilər"

Toyda qeyri-adi cinayət: “Ağacdan düş, yoxsa...” - Təfərrüat

Heydər Əliyevin doğum günü ilə bağlı YAP-ın keçirdiyi müsabiqənin qalibləri ilə görüş olub - FOTO

Bolqarıstan gimnastı dünya çempionatında çıxışı barədə təəssüratlarını bölüşüb

Beynəlxalq Muğam Mərkəzində tanınmış amerikalı caz ifaçısı Mişel Uoker çıxış edəcək

"Söyüş müxalifəti"ndə pul didişməsi başlanıb - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Həbib onun futbolkasını 100 min dollara satdı

"Fatimə oxuyanda başqa ölkədə də baxıb deyirlər ki, Azərbaycan musiqisi bu gündədir"

"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yolları ayırdı

Azərbaycan gimnastları topla hərəkətlərdə çıxışlarından razı qalıblar - FOTO

Stadnik dünya çempionatının finalında

"4-5 aylıq körpələrimi itirdim, hamısı da oğlan uşağı idi" - Xalq artistindən ŞOK AÇIQLAMA - FOTO

Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək

Bədii gimnastika üzrə dünya çempionatının ikinci günündən maraqlı anlar - FOTO

Britaniyanın yeni attaşesi Zakir Həsənovla görüşdü - FOTO

“Ermənilər ora girib, hamını öldürüblər” - "Neftçi"nin futbolçusu Xocalı haqda

Xalq artisti özəl telekanallara XƏBƏRDARLIQ ETDİ: Xəcalət çəkirəm - FOTO

Rusiya gimnastı: "Bakıda yarışlar yüksək səviyyədə təşkil edilib"

Virtual müxalifətin mitinq oyununun gizlinləri: söyüşlə tamah birləşdi

Siyəzən təbii gübrəsinin faydası

Dövlət qulluğunda 578 vakant vəzifə var

Emil Balayev yenə ən yaxşılar sırasında

TAP layihəsinin 89,3 faizi reallaşdırılıb

“ASK Arena”da iki yeniyetmədən 1400 manat oğurlandı

Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq - FOTO

Ucar sakinindən 5 kq narkotik götürüldü - FOTO

Məhkəmə Koçaryanla bağlı qərar verdi

Avstraliya gimnastı: "Ümid edirəm ki, bizdə də bu cür gözəl zallar olacaq"

Ərdoğan Putin və Ruhani ilə əncir yedi - FOTO

Paşinyan ən reytinqli məmuru istefaya göndərdi - Ölkə qarışdı - FOTO

Manana bu dəfə əri ilə FOTOlarını paylaşdı

Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı

“Kalinka” yağı markası Azərbaycanın bölgələrində konsertlərə start verdi

Litva gimnasti: "Dünya çempionatının açılış mərasimi ecazkar idi"

"Qurban Qurbanovu yerli Zidan saymaq olar" -

Aysu tanınmış evli meyxanaçıyla eşq yaşayırmış - FOTO

İran ABŞ-la danışıqlara nöqtə qoydu

Qubada əmisi oğlunun arvadını qaçıranı döyüb öldürənlər məhkəməyə çıxarılırlar - VİDEO

Diqqətsiz sürücü avtomobili ilə havada “uçdu” - VİDEO

Brilliant Dadaşovanın oğlu: "Vacibdir ki, bilsinlər, sən mənim anamsan?!"

"Çıxarıb ofisanta 50 manat verdim. Hər kəs öz qiymətini verir".

Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib - FOTO

Şamaxıda azyaşlının ölümü ilə bağlı cinayət işi açıldı - Saxlanılan var

Əfqanıstan prezidentinin çıxışı zamanı PARTLAYIŞ: 24 ölü

""Liverpul" Avropanın ən güclüsü deyil..." - Klopp

"Qarabağ" Xayme Romeronun qardaşını transfer etdi

Avstraliya gimnastı: "Bakıda biz nağıllar aləminə düşürük"

Təmas xəttində növbəti monitorinq keçiriləcək

“Real”da daha bir ciddi itki - PSJ-yə qarşı oynamayacaq

54 saat suda qalan qadın quruya çıxdı - 4 dəfə dayanmadan La Manş boğazını keçdi- FOTO

“Molla dua oxuyanda anam qəbirə pıçıldadı”

Brilliant Dadaşova: "Madonnanı müğənni hesab etmirəm, sıfırdır"

Soyunmağı sevən "Azərbaycan gözəli" - Bu dəfə sinəsini kitabla örtdü - FOTO

Keçmiş həyat yoldaşını öldürməyə cəhd edən şəxs tutuldu

Zöhrə Abdullayevaya bədbəxtlik gətirən BU SÖZ OLDU? - Zaur yadına saldı - VİDEO

"Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur"

PA rəsmisi: "Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər"

Azərbaycanda verilən kreditlərin məbləği 13 milyard manatı keçib

Hikmət Hacıyev: "Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib"

""Borussiya"nın azarkeşləri xoşuma gəlir" - Messi - FOTO

İldırım hərəkətdə olan “Toyota”nı vurdu - VİDEO

Rusiya gimnastı: "Bura doğma zaldır, doğma xalçadır, doğma Bakıdır"

Trend-in baş direktor müavini Rusiyanın "Vesti-24" kanalında - VİDEO

Komanda yoldaşları arasında gərginlik - Futbolçular kəllə-kəlləyə gəldilər - VİDEO

"Yemin"də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?

Canavara "Zayes" deyən Şəbnəm: "Orada böyük bir şey yox idi"

"Sözünü deyən, xarakterli kişi olsa, ərə gedərəm" - Afaq Gəncəli

Bakıda ər 31 yaşlı arvadını bıçaqladı

Hikmət Hacıyev: "Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır"

Bakı metrosunda qanlı dava - Stansiyanın girişində damarını kəsdi

27 yaşlı gənc 3 nəfərlə birləşib bacısının baldızını OĞURLADI - Azərbaycanda ŞOK OLAY

"Alanyaspor"dan "Fənərbağça"ya 3 qol - VİDEO - FOTO

"Onun görüm mənim kimi ruhu ağrısın" - Oğlunu itirən Zöhrə Abdullayeva - VİDEO

Göyçayda dəhşət: oğul 79 yaşlı atasını ölümcül bıçaqladı

Bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir - FOTO

Konor Makqreqor rinqə qayıdır - Dekabrda döyüşü olacaq

Samirənin oğlunu hovuza atıblar - “Başı pis vəziyyətdə idi”

İsraildə parlament seçkiləri keçirilir

“Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər" - Taleh Yüzbəyov

Müdafiə Nazirliyi cəbhədəki vəziyyət barədə məlumat yaydı

Putin suala "Quran"dan sitat gətirərək cavab verdi

Çempionlar Liqasında yeni mövsüm başlayır

Aİ Gürcüstanda Avropa Məktəbi açdı - PULSUZ TƏHSİL - REPORTAJ - FOTO

Dövlət qulluğuna qəbulla əlaqədar növbəti müsahibələrin TARİXLƏRİ açıqlandı

“Həkim dedi ki, balanın 5 ay ömrü qalıb” - Zöhrə Abdullayeva uzun zaman sonra efirdə

Yaponiyada ağır qəza: azı 10 nəfər yaralanıb

Şeydayev yenə ehtiyatda qaldı

Fransada liberal peşə sahibləri yeni pensiya islahatına qarşı etiraz edib - FOTO

Emenike Belçika klubunda

Türkiyədə hərəkətdə olan yük qatarı relsdən çıxıb

"Fənərbaxça" liderə uduzdu

Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir

“Dəli Domrul” tamaşasının premyerası olacaq

Azərbaycan Parisdə “Çay şəhərciyi”ndə təmsil olunacaq - FOTO

Elmar Məmmədyarov Vatikanın katibi ilə görüşüb - FOTO

Avropanın ən böyük araşdırma parkı açılacaq - FOTO

Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq Qapı Günləri” olacaq

Xəstəsinə qan köçürülməsini istəyənlər donor axtarmalıdır?

Qazaxda silah-sursat tapılıb - FOTO

Yeniyetmə və gənc karateçilərimiz Macarıstanda 3 qızıl və 5 bürünc medal qazandılar

Türkiyədə 3,3 bal gücündə zəlzələ olub

Meksikada pirotexniki şou zamanı 12 nəfər yaralanıb

Ağstafada 3 ədəd top mərmisi tapılıb - FOTO