AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Xaricdə özünü səfir kimi görən azərbaycanlı - FOTO

  10

Tural Abdulla: "Xaricdə yaşamaq insanı həyata hazırlayır, dünyaya baxışını dəyişir"

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Baltik dənizi ətrafı ölkələri araşdırmağı, öyrənməyi çox sevir. Xaricdə təhsil üçün ilk müraciətində Macarıstanı seçsə də, 2-ci dəfə Estoniyaya gedir. Artıq bir neçə ildir ki, orada yaşayır. Deyir ki, estonlar çox sakit və soyuqqanlı xalqdır. Gözlərinin qarşısında yıxıl öl, veclərinə olmaz. MüsahibimizEstoniyada Beynəlxalq münasibətlər üzrə təhsil alan Tural Abdulladır. Tural ilk ali təhsilini Azərbaycan Xəzər Universitetində regionşünaslıq fakültəsində Avropaşünaslıq üzrə alıb. Universiteti bitirdikdən sonra 6 ay Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində təcrübə keçib. Təcrübə müddəti bitdikdən sonra isə biliklərini artırmaq üçün xaricdə təhsil almaq qərarına gəlir. Həmsöhbətim deyir ki, xaricdə təhsil üçün Macarıstan, Avstriya, Estoniyaya müraciət edir və hər üç ölkəyə də qəbul olmaq şansı qazanır: "İlk dəfə 2011-ci ildə bu hər üç universitetdən qəbul cavabı aldım. Amma ailəmin və tanışların təkidi ilə Macarıstanı seçdim. Lakin oradakı təhsil məni qane etmədiyi üçün yarımçıq qoyub, ölkəmizə qayıtdım. Bir ilə yaxın Fövqəladə Hallar Nazirliyində işlədikdən sonra təhsil almaq üçün yenidən Estoniya müraciət etdim və qəbul oldum. Qeyd edim ki, təhsilimi Estoniya Xarici işlər Nazirliyi "Eastern Partnership" proqramı çərçivəsində maliyyələşdirirdi. Bu çərçivədə qəbul olduğum Tartu Universitetində təqaüd alan 2 tələbədən biri idim".

- Maraqlıdır, nə üçün 2-ci dəfə başqa ölkəni yox, məhz Estoniyanı seçdiniz?

- Baltik dənizi ətrafı ölkələrini öyrənmək mənim üçün daha maraqlı idi. Düşünürdüm ki, balaca bir ölkə necə olub ki, bu qədər inkişaf edib, ciddi nailiyyətlər əldə edə bilib. Həm də azərbaycanlıların seçmədiyi bir ölkəni seçmək istəyirdim. Çünki gənclərimiz xaricdə təhsil üçün daha çox Almaniya, İtaliya, İngiltərəni seçirlər. 
 
- Necə düşünürsünüz, xaricdə təhsil almaq şərtdirmi?

- Xaricdə də olmasa təhsil mütləqdir. Amma xaricdə təhsil almağın üstünlükləri çoxdur. Bir növ dünyaya baxışınızı dəyişir. Mənim üçün xaricdə təhsil almaq, sadəcə yeni biliklər qazanmaq deyil, həmçinin ölkəmizi dünyaya tanıtmaqdır. Harada olursa olsun başqa ölkədə olduğum zaman özümü Azərbaycanın gənc səfiri kimi görürəm (gülür). Bundan başqa, xaricdə təhsil özünü həyata hazırlamaqdır. Çünki burada tək qalırsınız və tanımadığınız bir diyarda özünüzü hərtərəfli təkmilləşdirirsiniz. Öz fikirlərinizi heç kimin təzyiqi olmadan formalaşdırırsınız. Səhv də edə bilərsiniz, sadəcə, əsas odur ki, səhvi təkrarlamayasınız. Yaşadığınız ölkədə hər bir millətdən insanla qarşılaşırsınız və onların mədəniyyətləri ilə tanış olub, diskussiyalar aparırsınız.
 
- İki ölkənin təhsilinə bələd olan biri kimi, hansı fərqləri müşahidə etdiniz?

- Azərbaycanda Xəzər Universitetində təhsil almışam. Bura bizim ən prestijli universitetlərdən sayılır. Amma iki ölkə arasında təhsil fərqləri çoxdur. Düzdür, hər 2 universitetdə təhsil ingilis dilindədir, amma dərs keçmə metodları çox ayrıdır. Azərbaycanda təhsildə əsasən mühazirə tipli olur, yəni dərslər daha çox müəllimlər tərəfdən izah olunur, sonra evə tapşırıq kimi eyni materiallar oxunmağa verilir və əzbərçiliklə eynisi soruşulur. Tartu Universitetində isə mövzular əsasən ev tapşırıqları əsasında öyrənilir, növbəti dərsdə bu mövzular müzakirə şəklində müəllimin müşayiəti ilə genişləndirilir. Beləcə, tələbələr arasında diskussiya olur və bilmədiyimiz bir şeyi müzakirə edərək əlavə bilik kimi əldə edirik. Ekskursiyalar təşkil olunur. Məsələn, konfliktologiyayla bağlı Kiprə ekskursiya etmişik. Beləcə, həm dərsi, tarixi, həm də hər iki tərəfin (həm yunan, həm türk tərəfinin) maraqlarını öyrənirik. Diplom işinə gəldikdə isə, Azərbaycanda mən diplom işimi 2-3 aya yazıb qurtarmışdım. Burada isə bu qeyri-mümkündür. Kimdən soruşsanız ən azı 1-2 semestr saxlayıblar. 
 
- Xarici ölkəyə gedən tələbələrin mətbəxə öyrəşmək məsələsi də var. Estoniya mətbəxinə alışmaq çətin olmadı ki?

- Azərbaycan mətbəxindən sonra Eston mətbəxinə öyrəşmək çox çətindir. Estonların demək olar öz milli yeməkləri yoxdur. Almansayağı mətbəx desək daha doğru olar. Əsas yeməkləri: qan sosisi, kartof, bişirilmiş kələm və selyodka. Ətlərdən daha çox donuz əti yeyilir, amma əlbəttə ki, mən bir azərbaycanlı olaraq donuz ətindən uzaq qaçıram. Evdə yemək bişirməyən mən burada yemək bişirməyi öyrəndim (gülür). Bəzən evdə anamdan milli yeməklərin reseptini soruşanda, "indi də aşpazlığa keçəcəksən" deyə zarafat edir. Amma inanın mənə bu heç də çətin iş deyil. Məncə, hər kəs yemək bişirməyi, paltar yumağı bilməlidir. Onu da qeyd edim ki, bu yaxınlarda plov bişirməyi öyrəndim. Çox gözəl də alındı, xarici dostlarım bəh-bəh ilə yeyirlər.
 
- İlk getdiyiniz dövrlərdə çətinlikləriniz oldumu?

- Əlbəttə, hər bir yerə getdiyimiz zaman çətinliklər üzə çıxır. Ən əsaslardan biri yemək olsa da, bir digər məsələ Estoniyanın qışı idi. Hava gün ərzində cəmi 4 saat işıqlı olur, qalan vaxt qaranlıq. Buna hələ də öyrəşə bilmirəm. Bundan başqa, havanın temperaturu qışda -25-30 dərəcəyə qədər enir. Başqa öyrəşə bilmədiyim isə yataqxanada otağı bölüşməkdir. Bəzən eyni otaqda qaldığın şəxslə xarakterlər tərs mütənasib ola bilər. O zaman çox çətin olur. Bir də əlbəttə ki, ailə və gözəl yurdunun həsrəti. Başqa yerdə olduqda insan doğmaları üçün tez darıxır.
 
- Maraqlıdır, xərclərinizi necə qarşılayırsınız?

- Xərclərim təhsil aldığım zaman Estoniyanın Xarici İşlər Nazirliyi tərəfindən ödənilirdi. Təhsil haqqından tam azad idim və aylıq 400 euro pul məvacibi alırdım. Bu isə Tartu kimi balaca şəhərdə yaşamağa bəs edirdi. Sonradan işlə bağlı Tallinə köçdüm.
 
- Bir az da yaşadığınız ölkədən danışaq. Estoniyanı bizə təsvir edə bilərsiniz?

- Estoniya 1.5 milyonluq balaca bir ölkədir. Baltik ölkələrinin hamısı bir yerdə əhali sayı Bakımıza çatar, ya çatmaz. Bizim kimi postsovet ölkəsi olsa da, bizdən çox qabaqdadır. Əlbəttə, burada ən əsas səbəb Avropa ölkələrinə yaxın olmaları və müstəqillik qazanandan sonra böyük yardımlar almalarıdır. Ölkə informasiya texnologiyaları üzrə çox inkişaf edib. Hər şeyi çox asanlıqla internet vasitəsilə edə bilərsiniz. Hətta, səsverməni belə internetlə bir neçə dəqiqədə etmək olar. Onu da qeyd edim ki, yaşama hüququ almaqla Tallində bütün nəqliyyatlardan pulsuz istifadə edə bilirəm. Ən çox model qızlar bu ölkədən çıxır (gülür) . Ölkədə 2000 dən çox balaca ada var. İstifadə etdiyimiz Skype, Taxify (Bolt) bu ölkənin məhsullarıdır. Sevdiyimiz Karlssonun illüstrasiyasını hazırda İsveçdə yaşayan eston İlon Wikland yaradıb. Burada dinə elə də inanmırlar və ölkə əhalisinin hardasa 30% -i ruslardır.
 
- Estonların özləri necədir, gəlmələrə münasibətləri necə olur?

- Estonlar ümumilikdə sakit və soyuq millətdir. Qarşılarında yıxıl öl, veclərinə olmayacaq (gülür). Xaricilərə münasibətləri yaxşıdır, sayları az olduqları üçün əhalini çoxaltmaq üçün xaricilərin burada yaşamasına önəm verirlər. 
 
- Hansısa fərqli bir adət-ənənələri varmı?

- "Jaanipäev", yəni 'midsummer' gününü qeyd edirlər. Bizim Novruz bayramımızın eynisidir. Bu zaman bizdəki kimi böyük tonqal qalanır və tonqalın ətrafında mahnı oxunulur, rəqs edilir. Yelləncəkdə fırlanmaq, ərlərin qadınları daşıması kimi qəribə milli oyunları da var. Hər 4-5 ildən bir Tallində  Estoniya mahnı festivalı təşkil olunur. 

- Təhsiliniz bitdikdən sonra qalmağı düşünürsünüz, ya qayıtmağı?

- Hazırda 5 illik yaşama hüququ aldığımdan geriyə qayıtmağı düşünmürəm. Əlbəttə, ölkəmi sevirəm, amma, məncə, burada özümü şəxsi və professional cəhətdən daha da inkişaf etdirə bilərəm.
 
- Xaricdə təhsil almaq istəyən gənclərə məsləhətiniz?

- Əgər doğurdan da məqsəd ixtisas artımıdırsa gəlsinlər, amma dəyişimə də hazır olsunlar. Burada bir çox azərbaycanlı görmüşəm ki, gəlir, amma ölkəyə uyğunlaşmaq, inteqrasiya etmək istəmir. Bu isə Azərbaycan haqqında neqativ fikirlər yarada bilər. Bəzi tələbələr hətta universitetə qəbul olsunlar deyə motivasiya məktublarını başqalarına yazdırırlar. Məncə, onlar gəlməsə daha yaxşıdır (gülür). Çünki əgər motivasiya məktubunu çətinliklə yazırlarsa, dərslərdə 5-10 səhifəlik yazıları kimə yazdıracaqlar? Ən əsası, xaricdə yaşamaq sizləri həyata hazırlayacaq. Xaricdə insanlar artıq yetkinlik yaşına çatdıqda ailələrindən ayrılaraq bunu edirlər. Biz də isə bu, yalnız xaricdə təhsil aldıqda mümkün olur.

Demokratikmusavat.com

Xəbər Lenti

Bakı dünya çempionatında İsrail komandasına uğur gətirib

Azərbaycanda gimnastika sürətlə inkişaf edir - tamaşaçı

"Beşiktaş" uduzdu, "Arsenal" və "Roma" darmadağına sevindi

"Əsrin Müqaviləsi"nin 25 ili tamam olur

Günün qoroskopu: Məntiqi unutmayın

Bakı Şəhər Ticarət və Xidmət Departamenti sahibkarların qəniminə çevrilib - Eldar Əzizov hara baxır?

Elmar Məmmədyarov Çingiz Aydarbekov ilə görüşüb

Bakıda bədii gimnastika üzrə dünya çempionatı finallarının qalibləri mükafatlandırılıb - FOTO

APOEL - "Dudelanj" matçında gözlənilməz nəticə

"Qarabağ" - "Sevilya" oyununda ÜÇ QOL VURULDU - YENİLƏNİB - FOTO

"Qarabağ" "Sevilya"ya qarşı - ÜÇÜNCÜ QOL VURULDU - FOTO - YENİLƏNİB - CANLI YAYIM

"Qarabağ" "Sevilya"ya qarşı - İKİNCİ QOL VURULDU - FOTO - YENİLƏNİB - CANLI YAYIM

Səfir: Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir

"Qarabağ" "Sevilya"ya qarşı - HESAB AÇILDI - FOTO - YENİLƏNİB - CANLI YAYIM

Bakının "almaz boyunbağı" - FOTOREPORTAJ

Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

Dina Averina dünya çempionatında lentlə hərəkətlərdə birinci yeri tutub

İrandan heroin alıb satan qadın ifşa olundu

"Qarabağ" "Sevilya"ya qarşı - YENİLƏNİB - CANLI YAYIM

"Qızıl top" nə vaxt veriləcək?

Bakıda arvadına 18 bıçaq vurub sonra başını kəsən şəxsə HÖKM OXUNDU

Dina Averina qızıl medalını qazandı

"Real"dan Mbappe üçün fantastik məbləğ

Milli Paralimpiya Komitəsinin baş katibi beynəlxalq forumda çıxış edəcək

Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI

18 yaşlı qızı qaçıran, onu atıb, başqası ilə evlənən meyxanaçı indidə də modellə... - FOTO

Neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilib

"Mançester Yunayted"də 5 illik müqavilə

"Yoldaşımın xəbəri yoxdur, ora çox toxunmadıq" - Bütün bədəni göyərən müğənni - VİDEO - FOTO

Mərkəzi Elmi Kitabxanada "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib - FOTO

Prezident İlham Əliyev Kərim Kərimovla bağlı sərəncam imzaladı

70 minə yaxın mənzil istiliklə təmin edilməyəcək - VİDEO - FOTO

Fati milli seçimini etdi - İspaniya, yoxsa Portuqaliya?

Təkrar mənzillər paytaxtın daha çox hansı hissəsində satılır?

Rusiyalı tamaşaçı: "Gimnastlara Bakıda çıxış etmək çox rahatdır"

İstanbulda antiterror əməliyyatı: 8 İŞİD-çi saxlanıldı

Ana yatmayan övladına heroin verdi: uşaq öldü - FOTO

Murad ATA OLDU: Həyəcan, gərginlik hamısı bir-birinə qarışıb - FOTO

Öldürülən qadınların sayı qədər binadan ayaqqabı asıldı - VIDEO - FOTO

Milli Gimnastika Arenasında Aliyə Qarayeva ilə görüş keçirilib - FOTO

Məşhur klubdan porno ulduza sürpriz dəvət - FOTO

Tunisin eks-prezidenti Səudiyyə Ərəbistanında öldü

FHN 168 yaşayış binasının istifadəsinə rəy verib

Bədii gimnastika üzrə dünya çempionatında Rusiya komanda hesabında birinci oldu

"Liverpul"dan Maneyə yeni müqavilə

“Profilim oğurlanmayıb” - Selcan atasını təkzib etdi - VİDEO

Bakıda bədii gimnastika üzrə dünya çempionatı azarkeşlər üçün bayramdır - FOTO

ARB-nin işdən çıxarılan aparıcısı yarıçılpaq, şalvarsız FOTOsunu yaydı

Cənubi Koreyada tələbələr aksiya keçirirlər

Məşhur məşqçi qovuldu

Nanə və Üzeyirin bu FOTOsu çox bəyənildi - Aparıcı şərhləri bağladı

Bədii gimnastika üzrə dünya çempionatında lentlə hərəkətlərdə finalçılar məlum olub

GÜCLÜ ZƏLZƏLƏ: ölkə iki dəfə silkələndi

“Art Tower” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisinin açılışı olacaq

Lukaşenkodan oğulları ilə bağlı xəbərə münasibət

Nazirlikdən işsiz vətəndaşlarla bağlı AÇIQLAMA

Günel BOŞANDI?

Çimnaz ehtiraslı pozlar verdi - FOTO

Gəncə hadisələrində təqsirləndirilən 7 nəfərə hökm oxundu - 81 il

Aparıcıdan “Qarabağ”a dəstək - Efirə belə çıxdı - VİDEO

Tahir Gözəl “Sevilya”nın prezidenti ilə görüşdü - FOTO

Bakıda AZAL-ın dəstəyi ilə “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilib

"Saudi Aramco"ya hücum: görünən və görünməyən faktorların fonunda

Taleh Şahsuvarlı Azərbaycan kəşfiyyatının rəhbərlərinə səsləndi - "Böhtan atıramsa, məni həbs edin, ya da..."

Putin Paşinyanın görüş təklifini rədd etdi

Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Fuad Qəhrəmanlının həyat yoldaşı boşanma ilə bağlı məhkəməyə müraciət edib

Afaq Aslan toya elə geyindi ki, yarığı "göbəyinə çatdı" - FOTO

Bakı metrosundan Avropa Liqası açıqlaması

Aliyə Qarayeva: "Azərbaycanda olan şərait başqa heç yerdə yoxdur"

Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi" Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı"

"Bir zənglə istənilən ölkəyə girə bilərik..." - Tramp

“Cavan qız uşağı diskotekada nə işin var idi?”

Zərifdən xəbərdarlıq: "Əgər İran vurulsa..."

Makron açıq şəkildə Kiyevi Putinə satır - Sensasion iddia

"Ramal Mələkxanımı biabır etdin" - Elarizdən sərt cavab

Hacı Əliyevlə Mahir Əmiraslanov üçün bürünc medal şansı

Tramp Meksika ilə sərhəddə tikilən divara imza atdı

Sabaha manatın məzənnəsi

Ronaldunun "Atletiko"ya jestinin mənası - VİDEO

Nazir: "OPEK+ ölkələrinin təcili iclasını çağırmağa ehtiyac yoxdur"

Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib - FOTO

Əli Əhmədov: ""Əsrin müqaviləsi" Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir"

Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıblar

"ABŞ-a qarşı sərt addımlar atılacaq"

Azərbaycan gimnastları: "Biz bir-birimizi dəstəkləyirdik" - FOTO

"Strateji inkişaf yolunun başlanğıcı - “Əsrin müqaviləsi""

Ronaldudan həssas açıqlama

Futbolçu avtomobilində güllələnərək öldürüldü - Şəhərin ortasında DƏHŞƏTLİ OLAY

Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı

Belçika qırıcısı Fransada qəzaya uğradı

Arvadını öldürən Qurbanova 18 il həbs verildi

Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

Qobustana gələn turistlərin sayı artıb

Oyun zamanı futbolçuları ildırım vurdu - VİDEO

Daha 4 güləşçimizin rəqibi bilindi - Dünya çempionatı

ABŞ senatoru uşaq pornosu ilə tutuldu

Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

"Real" 578 oyun sonra

Nazir: "Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır"

17 ildir şəkər xəstəsi olan xalq artistimiz: "Belə qalmağımın səbəbi..."

Bakının əksər hissəsini işıqla təmin edən yarımstansiyalar yenidən qurulur - VİDEO - FOTO

“Biz Orxanı silmişik, bizim üçün öldü” - Meyxanaçının arvadı - FOTO

“Maşın” şouda onlar yarışacaqlar - Siyahı

Ukraynalı tamaşaçı Milli Gimnastika Arenası barədə: "Mən bu cür zal görməmişdim"

Aygün Səmədzadə: "Elə bildim ki, Əhməd Cavad və Şükriyyə xanımı real həyatda gördüm" - FOTO

“Mən o müğənnilərə artist deyə bilmərəm” - Murad Arif

"Əsrin müqaviləsi" - Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə

Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək

İsmayıllıda baş verən hadisə ilə bağlı işçi qrupu yaradıldı

Bakıda cibgir qadın saxlanıldı

Yaxın dövr ərzində KOB-lar yeni investisiya təşviq mexanizmlərdən geniş istifadə edəcək - FOTO

Bakıda qətl törədən 22 yaşlı keçmiş məhkumun məhkəməsi başladı

Çempionlar Liqasında het-trik edən futbolçu Azərbaycanda oynamaqdan imtina edib

7 yaşlı oğlan çayda gizli xəzinə tapdı

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb - FOTO

Rektor: "Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır"

"Ən böyük arzum ölməməkdir" - Ramiz Əzizbəyli

"Adam evində ayaqqabı ilə oturur?"

Yaşar Nurinin ailəsində ÖZƏL GÜN - FOTO

"Ramalın acığına..." - Fatimədən cavab - VİDEO

İranda yenə zəlzələ oldu

""Sevilya"ya qalib gəlmək iddiamız olmasa, heç oyuna da çıxmarıq” - Xayme Romero

Mahir də uduzdu, əsəbiləşdi - VİDEO

Moldova gimnastı: "Bakı möhtəşəm şəhərdir"

"50 əməliyyat eyləyir, bədən də "otkaz" eyləyir" - VİDEO

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Hacı Əliyev barədə hakimlər son qərarını açıqladılar - RƏSMİ

Bədii gimnastika üzrə 37-ci dünya çempionatında yarış həyəcanı - FOTO

Bakıda 13 yaşlı oğlan anasına mesaj yazan 27 yaşlı gəncə 7 bıçaq vurdu

"Elə ucqar kəndləri var ki, son 15 ildə orada ali təhsil alan bir qız belə yoxdur" - Komitə rəsmisi

Hacı Əliyev nədən məhrum oldu?

Bəhruz Quliyev: ""SƏS" İnformasiya Agentliyi 11 il ərzində ətrafında oxucu ordusu cəmləyib"

Azərbaycan millisi yerində sayır - FİFA reytinqi

"Azərbaycanda elə ailələr var ki, sanki cəmiyyətdən təcrid olunublar"

Yediyimiz dönərlər... - Leş yığanlar əti 50 qəpiyə alırlar - VİDEO - FOTO

"Söyüş mühacirəti"nin yalanlarından Almaniya da bezdi - "Politşou" təqdim edir - VİDEO

Azərbaycanda radio sahəsində ilk

"Energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb" - Nazir müavini

Nazir: ""Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub"

Keçmiş sevgilisini qısqandırmaq istəyən qadın həbs olundu - FOTO

Samirənin beyin əməliyyatı keçirən oğlu - VİDEO

Yerfındığı yığırdılar, bomba partladı: 30 ölü var

Avropa Liqasında qrup həyəcanı başlayır

Bakıda 70 yaşlı qadını gəlini öldürübmüş

Nazir müavini: "Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək"

Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi - VİDEO - FOTO

“Aygün Kazımova dedi ki, seksualam, mənə baxın”

"Qarabağ" - "Sevilya": Aldığı bileti itirənlər nə etməlidir?

Qızıl oğrusu tutuldu - FOTO

Sloveniya gimnastı: "Milli Gimnastika Arenasında hər şey gözəldir"

"Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir" - Xələf Xələfov

"Lokomotiv"in Almaniya zəfəri - VİDEO - FOTO

Saç əkdirən əməkdar artist tanınmaz dərəcədə dəyişdi... - VİDEO

"Sabah"da müvəqqəti baş məşqçi

"Dinamo" "Atalanta"nın debütünü korladı - VİDEO - FOTO

Ana 10 aylıq körpə qızını boğub öldürdü - Ağdamdakı dəhşətli qətlin təfərrüatı

"Mançester Siti"dən səfərdə asan qələbə - VİDEO - FOTO

Əsrə meydan oxuyan "Əsrin Müqaviləsi": milli uğur strategiyası

"Bavariya" 3 xalı 3 qolla qazandı - VİDEO - FOTO

Krım administrasiyasında bütün rəhbərlər istefa verdilər

"Hamı günahkardır" - Zidan məğlubiyyəti şərh etdi

Hacı Əliyevi uduzdurdular, hakimi vurmaq istədi, araya polis girdi

Çempionlar Liqasında ən yaxşı adına 4 namizəd

"Qalatasaray" Belçika səfərindən 1 xalla dönür - VİDEO - FOTO

Türkiyədə sürət qatarı relsdən çıxdı: ölənlər var

"Tottenhem" "Olimpiakos"la bacarmadı - VİDEO - FOTO

Mehriban Zəki “Sprut” serialının ulduzu ilə - FOTO

43 yaşlı pornoaktrisa evində ölü tapıldı

Dilarə hələ bu qədər açıq-saçıq geyinməmişdi - FOTO

Noyer milli karyerasını bitirir

"Atletiko" - "Yuventus" matçında 4 qol - VİDEO - FOTO

"Qarabağ" "Sevilya"ya qarşı

Gülaydan Kamillə ayrılıq xəbərlərinə cavab - FOTO

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının 4-cü günü start götürüb - FOTO

PSJ "Real"ı darmadağın etdi - VİDEO - FOTO

Mövqelərimiz snayperlərlə atəşə tutuldu

Manatın bu günə məzənnəsi

Deputatın avtomobili yaxınlığında partlayış olub: ölənlər var

Bakının mərkəzində qan töküldü: "X5""Daewoo"ya yol vermədi, dava düşdü

Bakının mərkəzində qan töküldü: "X5”“Daewoo"ya yol vermədi, dava düşdü

Meksikaya "Lorena" təhlükəsi

Türkiyədə 2 PKK-çı zərərsizləşdirildi

Los-Ancelesdə atışma: ölən və yaralananlar var

Mağazadan 3 min manatlıq oğurluq edən şəxs saxlanılıb

4 otaqlı ev yanıb

Tramp Cerom Pauelli tənqid edib

ABŞ iki gün ərzində İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Əfqanıstanda güclü partlayış: 7 ÖLÜ, 85 YARALI

11 ildir dünyaya SƏS salan İnformasiya Agentliyi

Çempionlar Liqası: "PSJ" "Real"ı, "Mançester Siti" "Şaxtyor"u məğlub edib, "Qalatasaray" isə... - NƏTİCƏLƏR

Moldova səfiri: Azərbaycan Gimnastika Federasiyasını Dünya Çempionatının gözəl təşkili münasibəti ilə təbrik edirəm

Məryəm Səfərova: Bu mənim ilk Dünya Çempionatımdır, yarışlarda çıxış etməkdən xoşum gəldi