İnqilab yaxşı şey olsaydı, nə vardı...

 

Xalq sərsəm çağırışa baş qoşmaz

Azərbaycanın xarici və daxili düşmənləri indiyədək ölkəmizə qarşı apardıqları qatı düşmənçilik metodlarının iflasa uğradığını görüb, yeni çürük, perspektivi olmayan taktika seçiblər. Uzun illər ölkəmizə qarşı hər cür təxribat, çirkin əməllər törədənlər məqsədlərinə çata bilməyəcəklərini hiss edib, ölkəmizi müxtəlif səbəbdən tərk etmiş, xaricdə yaşayan vətəndaşlar arasından törətdiyi hadisənin mahiyyətini qanmayan, dayaz düşüncəli, maddi maraq naminə hər şeyi satmağa hazır olanları dövlətimizə qarşı yalan, böhtan, şantaj, təhqir püskürməyə cəlb ediblər.

Bu azmış kimi, özünü ata, ana, nə bilim, daha nə müxalifət adlandıran başıpozuq parçalanmış daxili qüvvələr də xarici düşmənlərin əlində ölkəmizə qarşı əks təbliğat vasitəsinə çevrilmiş sapı özümüzdən olan əbləhlərə qoşulublar. Bu sırada AXCP sədri Əli Kərimlinin fəallığı daha çox diqqət çəkir. Xarici havadarlarının tapşırıqlarını yerinə yetirə bilməyən və buna görə də xaricdən aldığı payın getdikcə azaldığını görən sədr var gücü ilə hərəkətə keçmək üçün dəridən-qabıqdan çıxır.

Tez-tez Sevinc Osmanqızının " Osmanqızı TV"-də, "Üç Palma" restoranın "əxlaqsız qəhrəmanı" Qənimət Zahidin "Azərbaycan saatı"nda, Turan TV-də, Xalq TV-də və bu kimi xarici düşmənlərin əlində Azərbaycana qarşı xəyanət dəyənəyinə çevrilmiş internet televiziyalarının ulduzuna çevrilən Əli Kərimli ölkəmizə qarşı yalan, böhtan kampaniyasından hələ də əl çəkmir və təxribatçı çıxışları ilə xalqın sabit və sakit həyatını pozmağa, aranı qarışdırmağa təşəbbüs edir.

Əli Kərimlidən soruşan yoxdur ki, əgər hökumət kürsüsündə əyləşmək istəyirdinsə, sənin dövlət katibi vəzifəsini tutduğun AXC hakimiyyəti özün kimi avara və yaramazların hərəkətləri nəticəsində süqut etməyə niyə imkan verirdin? Belə vətənpərvər və xalqa canıyanan adam idinsə, bəs niyə həmin hakimiyyətin ali kürsüsü üzərində əyləşən Əbülfəz Elçibəy kimi vətənpərvər liderini kənar atıb, onun kürsüsündə özün əyləşməyə can atırdın?

Bəlkə qeyd etdiyim mənfur və yaramaz, danılmaz eybəcər hərəkətlərinin qarşısında indi diz çöküb onları səmimi etiraf edib, çıxıb gedib özün bacardığın bir işin qulpundan tutub vicdanla yaşasan bundan daha yaxşı olmazmı? Bu ölkədə sənin kimi vecsiz, bacarıqsız, xəyanətkar siyasətçi xalqı aldadıb yenidən kürsü tuta bilməz, Əli Kərimov. Çünki həyatda şans insana bir dəfə verilir. O, şans da sən və sənin kimi bacarıqsızlara 1992-ci ildə verildi, amma sizlər bunun son şans olduğunu başa düşmədiniz. Tarix sizləri öz amansız mancanağında zibil kimi əzdi, doğradı, yerin yeddi qatına soxdu, amma sən və sən ağılda olanlar hələ də bununla barışmaq istəmirsiniz.

Xaricdə oturub Azırbaycan dövlətinin əlehinə hər gecə təhqir, yalan, bötan üyüdən yaramazlarının dediklərinə görə, eşitmişəm təzə eşqə düşmüsən, özü də inqilab eşqinə. Eşqə düşmək yaxşı şeydir, amma eşqin də tərsi, avandı olduğunu bilmək lazımdı, Əli Kərimli. Özün hüquqşünas olsan da, inqilabın baş verməsi üçün hansı şərtlərin olduğundan məlumatın yoxdu, deyəsən. İnqilabı xalq edir, biləsən. Axı, neçə dəfə mitinq keçiribsənsə, bu xalq sənin çağırışına reaksiya verməyib, hansı ağılla bu eşqə düşmüsən, anlamıram. Ölkədə inqilab edib, hakimiyyətə necə gələcəksənsə, bəlkə, bu barədə bir az açıqlama verəsən, xalq öyrənsin görək, sən inqilabı necə və kimlərlə edəcəksən, xalqa nə vəd edəcəksən, olarmı?

Deyəsən, bu dünyada hər şeyin gücə bağlı olduğunu unudubsan, bəy əfəndi. El gücü, sel gücü deyib atalar. Axı sənin arxanda belə bir el gücün ( xalq ) yoxdur. Bəs, o zaman məqsədini hansı güclə gerçəyə çevirə biləcəksən, bəy? Bəy olanda nə olar, adam rəhbərlik edəcəyi xalqa məram və məqsədi barədə heç olmasa, planlarının müəyyən hissəsini açıqlamalıdır, ya yox? Əlbəttə, açıqlamalıdır. Amma sən bu şərtə əməl etmədiyinə görə, xalq da çətin ki, sənə dəstək versin.

Sizin üçün ən yaxşısı bilirsiniz nədir? Hakimiyyətə gəlmək istəyirsənsə, gedib xaricdə internet televiziyaları açıb, təhqir, yalan, böhtan püskürüb, camaatı özünüzə güldürməkdənsə, gedin, öncə xalqın etibarını qazanın, milyonlardan dəstək alın, hakimiyyətə gəlin, inqilab, üsyan, nümayiş kimi baş tutmayan işlərə baş qoşub, vaxtınızı boşa verməyin, bəy Əli.

Mahir Abbaszadə

0.1355299949646