AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

700 balları itirməklə nə qazandıq?

  10

Ekspertlər qəbul imtahanlarında yeni modeldən imtina olunmamasını, amma təkmilləşdirmə işlərinin də aparılmasını istəyirlər

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Artıq ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. Tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 
Statistikaya görə, bu il tələbə adını qazanmış abituriyentlər keçən illərə nisbətən zəif nəticə göstəriblər. Hətta ötən il 29 abituriyent 700 bal topladığı halda, bu il o rəqəm sıfır olub. Nəticələrin zəif olmasını Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də təsdiqləyib: "I, II və IV ixtisas qruplarında bütün bal intervalları üzrə azalma müşahidə etmək olur. Yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı nisbətən çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərin sayının az olmasına təsir edən amillərdən biri ola bilər".

Bəs tələbələrin qəbul ballarına əsaslı təsir edən yeni model bizə nə verəcək? Yeni təhsil modeli üzərində təkmilləşdirilmə aparılmalıdırmı?

DİM sədri deyir ki, 3 abituriyentin nəticəsinə görə, qəbulla bağlı fikir söyləmək düzgün deyil. Onun sözlərinə görə, nəticələr elan olunduqdan sonra onun üzərində il ərzində işlənilir və elmi tədqiqatlar aparılır: "Mütəxəssis olaraq qeyd edə bilərəm ki, nəticələr elan olunduqdan sonra dərhal hər hansı fərqli fikirlər söyləməyə tərəddüd edirəm. Biz il ərzində işləyirik, elmi tədqiqatlar aparırıq. Ona görə də bir gündə kütləvi qəbul prosesi ilə bağlı nəticələri dərhal deyə bilmərəm. Təhsil sistemində hansı proseslər gedir və imtahan nəyi göstərdi - bax bunu elmi tədqiqat aparandan sonra demək olar. Mən indi ancaq ilkin nəticələri, statistik göstəriciləri deyə bilərəm. İstərdim ki, bir il keçdikdən sonra ali təhsil müəssisələrində çalışan müəllimlərlə görüşüb qərara gələk ki, razılıq olsa, I qrupda oxuyan tələbələr üçün monitorinq imtahanı keçirək. Bu zaman həmin gənclərin akademik nəticələrinin özünü necə doğrultduğunu bilmək olar. Nəticədə onlardan əvvəlki tələbələrdən nə kimi fərqlərinin olduğunu deyə bilərik. Yalnız bundan sonra kütləvi prosesi qiymətləndirmək olar".
 
"İnqilabi dəyişiklik hesab etmirəm"
 
Təhsil eksperti Etibar Əliyev deyir ki, mərhələ-mərhələ bacarıqlara uyğun olaraq, qiymətləndirmə metodologiyası dəyişməlidir. Onun sözlərinə görə, bu, inqilabi dəyişiklik deyil: "Kurikulumlar 11-ci sinfi tam əhatə etdiyi üçün yeni imtahan modeli tətbiq olundu. DİM bu situasiyadan yayına bilməzdi. Mütləq kurikulumlarda qoyulan yeni bacarıqların ölçülməsi gərək idi. Bu baxımdan imtahanın modeli dəyişdirildi, buraxılış və qəbul imtahanlarının nəticəsi toplandı. Mən ekspert olaraq, bunu inqilabi dəyişiklik hesab etmirəm. Sadəcə olaraq, 30 ənənəvi qapalı tipli test tapşırıqlarının 8-i açıq tipli test tapşırıqlarına verildi. Açıq tipli test tapşırıqlarından irəli gələn bacarıqların qiymətləndirilməsi nəticəsində 700 bal toplayan olmadı. Əvvəlcədən də demişdik ki, 700 bal təhsilin keyfiyyətinin göstəricisi deyil və bu, 2006-cı ildən başlayaraq dəyişən rəqəmlərlə ifadə olunub. Ən pik həddi isə keçən il müşahidə olmuşdu. 29 abituriyent 700 bal topladı. Bu il isə 1 nəfər belə, 700-ü toplaya bilmədi. Bu, birmənalı şəkildə yeni bacarıqların qiymətləndirilməsindən qaynaqlandı. Məktəb, müəllimlər, repetitorlar, hazırlıq kursları dəyişməz olaraq qalıb. Sadəcə, sistem dəyişib. Nəticənin zəifliyini təhsilin keyfiyyətinin aşağı düşməsi kimi qiymətləndirmək düzgün deyil. Düzdür, 700 ballar olmadı, ancaq 3-cü ixtisas qrupunda 400 baldan 600 bala qədər toplayan abituriyentlərin sayı kəskin şəkildə dəyişdi. Ona görə də fikir verirsinizsə, üçüncü ixtisas qrupunda demək olar ki, boş yer qalmadı. Digər ixtisas qruplarında situasiya bir qədər fərqlidir".
 
"Dərsliklərdə ciddi dəyişikliklər aparılmalıdır"
 
Ekspert hesab edir ki, məktəb kurikulumla bağlı gələn yeni situasiyaları uşaqlara təlqin etməlidir və uşaqlar bu bacarıqları qazanmalıdırlar: "Əvvəlki təhsil sistemində sual belə qoyulurdu ki, "nəyi bilirik?". İndi isə kurikulumun tələbi "nəyi bilirik" deyil, "nəyi bacarırıq"dır. Ona görə də artıq bacarıqların qazanılmasında müəllimlər və məktəb çox ciddi şəkildə çalışmalıdır. Bunun üçün çoxsaylı vəsaitlər də dərc olunmalı, dərsliklərdə ciddi dəyişikliklər aparılmalıdır. Bu gün dərsliklərin demək olar ki, tam əksəriyyətində açıq tipli tapşırıqlara yer verilmir. Ona görə də bunun üzərində müəllimlər çalışmalıdırlar. Qarşılıqlı çalışmalar növbəti tədris ilində boşluğu aradan qaldıra bilər. Hesab edirəm ki, bu ilki qəbulda elə bir faciə baş verməyib. 700 bal olmasa belə,  600-dən 700-ə qədər bal toplayanların sayı ötən ilkindən o qədər də kəskin şəkildə fərqlənmir".
 
Yeni model tələbələrin robotlaşmasının qarşısını alırmı?
 
Müsahibimizin fikrincə, növbəti tədris illərində mərhələ-mərhələ bacarıqları inkişaf etdirən açıq tipli tapşırıqların sayı artırılmalıdır: "Yəni istər məktəb, istərsə də müəllimlər, repititorlar, hazırlıq kursları bunu təlqin etməlidir. Bəli, haqlısınız, abituriyentlər qapalı tipli test tapşırıqlarına alışmışdılar və bunu çətinlik çəkmədən, müəyyən metodlarla həll edirdilər. Bu artıq vərdişə çevrilmişdi. Ancaq açıq tipli test tapşırıqları müəyyən dərəcədə düşüncə, məntiq tələb edir. Eyni zamanda, açıq tipli test tapşırıqlarının fəlsəfəsi fənlərin mövzular üzrə ardıcıl olaraq mənimsənilməsi faktorunu ortaya qoyur. Hesab edirəm ki, növbəti beş ildə qəbul prosesində hər hansı bir dəyişiklik olmasa, məktəb, müəllimlər, repititorlar və şagirdlər buna da adaptasiya olacaqlar. Bu gün dəyişən dünyanın başqa çağırışları var. Kurikulumlar dəyişən dünyanın çağırışlarına cavab verməlidir. Təhsil açıq bir sistemdir və biz istər təhsil keyfiyyətində, istərsə də qiymətləndirmə prosesində xarici təcrübələri öyrənməliyik".
 
Sanki fəlakət baş verib...
 
Təhsil eksperti Nadir İsrafiov balların aşağı olmasını faciə adlandıranları qınayır. Ekspertin sözlərinə görə, test üsulu əzbərçilik yaratdığı üçün imtahana açıq sualların salınmasının tərəfdarıdır: "Son günlər 700 balın toplanmaması, ümumiyyətlə, balların aşağı olması ilə bağlı böyük ajiotaj yaranıb. Sanki fəlakət baş verib. Mən bunu belə qiymətləndirməzdim. Balın aşağı vaxtı da olur, yuxarı vaxtı da. Təəssüf edirəm ki, keçid balının azlığını təhsilin keyfiyyətinin aşağı düşməsi kimi qiymətləndirənlər var. Bu düzgün deyil. Təhsil bir ildə nə kəskin şəkildə aşağı düşə, nə də yüksələ bilər. Bunun üçün 10 illiklər tələb olunur. Balların bu il aşağı düşməsi yeni modelin tətbiqi ilə bağlıdır. Mən yeni modeli dəstəkləyirəm. 90-cı illərdə bizim cəmiyyətdə testə ifrat dərəcədə aludəçilik yarandı. Sonra məlum oldu ki, test məntiqi təfəkkürü azaldır və əzbərçilik yaradır. Məzunların yazı vərdişləri, şifahi nitq qabiliyyəti zəifləyib. Buna görə də bu məsələyə münasibət dəyişdi. Biz baloniya prosesinə qoşulduqdan sonra ali məktəblərdə artıq şifahi, yazılı imtahanlar keçirilir. Burada da problem yaranır, çünki orta məktəbdə uşaqlarda yazılı və şifahi alışqanlığı yoxdur. Bu səbəbdən qəbul imtahanlarına açıq testlər salındı. Açıq testdə abituriyent hər hansı məsələnin həllini yazılı formada ifadə edir. Açıq testə alışmadıqları üçün məzunlarda problemlər yaranır. Aşağı bal toplamaq açıq suallara görədir. Ona görə də burada mənfi fikir söyləmək düzgün deyil. Bu il aşağı olar, gələn il yuxarı. Əsas odur ki, bu sahədə işlər inkişaf etdirilsin. Ötən illər biz 9-cu siniflərdə esse tətbiq elədik. Amma bir il keçmədən, göstəricilər aşağı olduğu üçün esseni ləğv etdik. Bu düzgün qərar deyildi. Hazırda da göstəricilərin aşağı düşməsini əsas gətirib, bu modeldən imtina etməyə ehtiyac yoxdur. Sadəcə, yeni model gələcəkdə təkmilləşdirilə bilər".

Demokratikmusavat.com

Xəbər Lenti

Yediyimiz dönərlər... - Leş yığanlar əti 50 qəpiyə alırlar - VİDEO - FOTO

"Söyüş mühacirəti"nin yalanlarından Almaniya da bezdi - "Politşou" təqdim edir - VİDEO

Azərbaycanda radio sahəsində ilk

"Energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb" - Nazir müavini

Nazir: ""Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub"

Keçmiş sevgilisini qısqandırmaq istəyən qadın həbs olundu - FOTO

Samirənin beyin əməliyyatı keçirən oğlu - VİDEO

Yerfındığı yığırdılar, bomba partladı: 30 ölü var

Avropa Liqasında qrup həyəcanı başlayır

Bakıda 70 yaşlı qadını gəlini öldürübmüş

Nazir müavini: "Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək"

Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi - VİDEO - FOTO

“Aygün Kazımova dedi ki, seksualam, mənə baxın”

"Qarabağ" - "Sevilya": Aldığı bileti itirənlər nə etməlidir?

Qızıl oğrusu tutuldu - FOTO

Sloveniya gimnastı: "Milli Gimnastika Arenasında hər şey gözəldir"

"Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir" - Xələf Xələfov

"Lokomotiv"in Almaniya zəfəri - VİDEO - FOTO

Saç əkdirən əməkdar artist tanınmaz dərəcədə dəyişdi... - VİDEO

"Sabah"da müvəqqəti baş məşqçi

"Dinamo" "Atalanta"nın debütünü korladı - VİDEO - FOTO

Ana 10 aylıq körpə qızını boğub öldürdü - Ağdamdakı dəhşətli qətlin təfərrüatı

"Mançester Siti"dən səfərdə asan qələbə - VİDEO - FOTO

Əsrə meydan oxuyan "Əsrin Müqaviləsi": milli uğur strategiyası

"Bavariya" 3 xalı 3 qolla qazandı - VİDEO - FOTO

Krım administrasiyasında bütün rəhbərlər istefa verdilər

"Hamı günahkardır" - Zidan məğlubiyyəti şərh etdi

Hacı Əliyevi uduzdurdular, hakimi vurmaq istədi, araya polis girdi

Çempionlar Liqasında ən yaxşı adına 4 namizəd

"Qalatasaray" Belçika səfərindən 1 xalla dönür - VİDEO - FOTO

Türkiyədə sürət qatarı relsdən çıxdı: ölənlər var

"Tottenhem" "Olimpiakos"la bacarmadı - VİDEO - FOTO

Mehriban Zəki “Sprut” serialının ulduzu ilə - FOTO

43 yaşlı pornoaktrisa evində ölü tapıldı

Dilarə hələ bu qədər açıq-saçıq geyinməmişdi - FOTO

Noyer milli karyerasını bitirir

"Atletiko" - "Yuventus" matçında 4 qol - VİDEO - FOTO

"Qarabağ" "Sevilya"ya qarşı

Gülaydan Kamillə ayrılıq xəbərlərinə cavab - FOTO

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının 4-cü günü start götürüb - FOTO

PSJ "Real"ı darmadağın etdi - VİDEO - FOTO

Mövqelərimiz snayperlərlə atəşə tutuldu

Manatın bu günə məzənnəsi

Deputatın avtomobili yaxınlığında partlayış olub: ölənlər var

Bakının mərkəzində qan töküldü: "X5""Daewoo"ya yol vermədi, dava düşdü

Bakının mərkəzində qan töküldü: "X5”“Daewoo"ya yol vermədi, dava düşdü

Meksikaya "Lorena" təhlükəsi

Türkiyədə 2 PKK-çı zərərsizləşdirildi

Los-Ancelesdə atışma: ölən və yaralananlar var

Mağazadan 3 min manatlıq oğurluq edən şəxs saxlanılıb

4 otaqlı ev yanıb

Tramp Cerom Pauelli tənqid edib

ABŞ iki gün ərzində İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Əfqanıstanda güclü partlayış: 7 ÖLÜ, 85 YARALI

11 ildir dünyaya SƏS salan İnformasiya Agentliyi

Çempionlar Liqası: "PSJ" "Real"ı, "Mançester Siti" "Şaxtyor"u məğlub edib, "Qalatasaray" isə... - NƏTİCƏLƏR

Moldova səfiri: Azərbaycan Gimnastika Federasiyasını Dünya Çempionatının gözəl təşkili münasibəti ilə təbrik edirəm

Məryəm Səfərova: Bu mənim ilk Dünya Çempionatımdır, yarışlarda çıxış etməkdən xoşum gəldi

Günün qoroskopu: Ehtiyatlı olun, fundamental səhvdən uzaq durun

İspaniya prokurorluğu rusiyalı oliqarx Fridmanı həbs etmək istəyir

"Qalatasaray" və "Tottenhem"dən heç-heçə, “Real” məğlub olur - YENİLƏNİR

Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi

Tramp İranla müharibə etmək fikrində deyil

Azərbaycan neftinin QİYMƏTİ dəyişdi

Veronika Qudis Dünya Çempionatında lentlə hərəkətləri Müslüm Maqomayevin kompozisiya ilə təqdim etdi - VİDEO - FOTO

10-15 gün oynamayacaq - "Barselona"nın futbolçusu

"Qalatasaray" və "Tottenhem"dən heç-heçə - YENİLƏNİR

Bədii Gimnastika üzrə Dünya Çempionatının üçüncü günü Azərbaycan gimnastları üçün necə başa çatıb? - FOTO

Lənkəranda "Mercedes" "07" ilə toqquşdu, sürücü öldü

Bakıda keçirilən Bədii Gimnastika üzrə Dünya Çempionatının üçüncü günündən ən maraqlı anlar - FOTO

Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Əflatun Amaşov QDİƏT PM-in komitəsinin iclasında çıxış edib

"Mançester Yunayted"də yeni müqavilə

"Qələbə qazanmağa çalışacağıq" - "Sevilya"nın futbolçusu

"Brügge" - "Qalatasaray": Heyətlər

"Qalatasaray" "Brügge"yə, "Tottenhem" "Olimpiakos"a qarşı - YENİLƏNİR

"Mənim üçün çox özəl oyun olacaq" - Miçel

Moldovanın Azərbaycandakı səfiri bədii gimnastika üzrə dünya çempionatı çərçivəsində idmançılarla görüşüb - FOTO

18 yaşlı gənc məşhur həkimi bıçaqladı - dişi keyləşmədiyi üçün - FOTO

Məşhur rus şərhçidən Azərbaycan millisi ilə bağlı ŞOK SÖZLƏR

Bakıda kirayə qalan 32 yaşlı qadın küçədə ürəyindən bıçaqlandı

Amputasiyalı şəxslər də idmanla məşğul ola biləcəklər

Hamilə gəlin toy günü öldü - VİDEO

Hindistanda ildırım 17 nəfəri öldürdü

Rusiyalı tamaşaçı: "Görünür gimnastlar Bakıda çıxış etməyi xoşlayır"

ABŞ Ruhanini ölkəyə buraxmır? - VİZA PROBLEMİ

Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib

Özbəkistan gimnastı: "Biz azərbaycanlı gimnastların uğurlarını izləyirik"

"Həkimlər ağzımı əydi" - Aparıcı Fira

Tramp İrana qarşı zərbə planını açıqladı - 3 variant var

Elmar Məmmədyarov: "Minsk Qrupunun üzvü kimi İtaliyanın Qarabağ münaqişəsini diqqətdə saxlaması vacibdir"

"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib

"Qarabağ"a qarşı ən yaxşı heyətimiz oynayacaq" - Lopetegi

İspanlar erməniləri yerlə-yeksan etdi

Bu ölkə yasa büründü - Məktəb yandı, 30 şagird öldü - FOTO

Əfqanıstanda partlayış - 10 ölü

Bakıda anasını və qardaşını yatdıqları yerdə yandıran şəxsə HÖKM OXUNDU

Bu da Samirənin gələcək həyat yoldaşı Həci - İLK DƏFƏ EFİRDƏ - VİDEO - FOTO

Ərdoğan ABŞ-a iki həftə vaxt verdi

Bakıda Yana Batırşinanın gimnastika lenti hərracda 2500 avroya satıldı - FOTO

Türkiyə-Rusiya-İran "üçlüyü": Suriyada bir addım da irəli

Arvadının kişilərlə intim hərəkətini yaydı... - Ərin etdikləri HƏR KƏSİ DƏHŞƏTƏ GƏTİRƏCƏK

AÇG üzrə sazişin imzalanmasının 25-ci ildönümü - Xəzərin texnoloji mərkəzi

Lətifə Soyuöz sponsorunun kimliyini AÇIQLADI - VİDEO - FOTO

Aygün Kazımovanın qızı tanınmaz hala düşdü - FOTO

ABŞ İrana hücum edə bilər? - Türkiyəli ekspert

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı davam edir - FOTO

Azərbaycan Premyer Liqasında 4-cü turun rəmzi heyəti - FOTO

İrandan XƏBƏRDARLIQ: ABŞ hər hansı addımı atarsa, dərhal reaksiya veriləcək

Anqola gimnastı: "Mİlli Gimnastika Arenasında çıxış etmək mənim üçün şərəfdir"

Yana Batırşina Milli Gimnastika Arenasında ustad dərsi keçdi - FOTO

Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb

Beqoviç turun ən yaxşısı oldu

Bakıda Türkiyə "Genclik Ödülleri" 2019 mükafatlandırma mərasimi keçirildi - FOTO

Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü - FOTO

İspaniyada hərbi təyyarə qəzaya uğradı - İki ölü

Cüdo üzrə paralimpiya yığma komandası beynəlxalq yarışa yola düşür

Afət Fərmanqızının Hacısı CANLI EFİRDƏ

Azərbaycanlı həkim Türkiyədə həbs edildi - Səbəb

“Muğanbank” Bakcell “Ulduzum” proqramının partnyoru oldu

96 yaşlı müharibə veteranı arvadını boşayıb kişi ilə evləndi - Dünya təəccüb içində - FOTO

Bako Saakyan dindirilməyə çağırıldı

Elektron siqaretdən 7-ci adam öldü - Həyəcan təbili çalındı

Bahar 9 il internatda birlikdə böyüdüyü dostunu axtarır

"Qalatasaray" dünən həbsdən çıxan futbolçunu transfer etmək istəyir

Pensiyaya çıxmaq üçün saxta sənəd düzəltməyə söz verdi, 15 min manata görə döyüldü

"İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazana bilərik" - Qurban Qurbanov

Mariya Stadnik dünya çempionu oldu

Ağır xəstəlikdən əziyyət çəkən xalq artisti canlı EFİRDƏ: “Bakıya qayıtmaq istəyirəm” - VİDEO - FOTO

Mehriban Əliyeva sayəsində Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılıb - İrina Viner-Usmanova

Futbol dünyasını yasa boğan xəbər - Riksen vəfat etdi

10 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarıldı

Hindistanda "buynuzlu" şəxsi əməliyyat etdilər

"Aldadılan qadın oldum"

Oğlu Samirənin ərə getməsindən DANIŞDI: “Anamı dəstəkləyirəm” - VİDEO - FOTO

Cəmil Həsənli radikal müxalifətin əsl üzü və astarı kimi - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Hakimiyyətin işsizliklə bağlı uzunmüddətli hədəfləri

"Corcinamla seks bundan daha ləzzətlidir" - Ronaldu

İstanbul və Ankaradan Azərbaycana ixrac 630 milyon dolları keçib

Fərqli ölkələrdə yaşayan iki bacı eyni gündə öldü - FOTO

Messiyə görə İkardi "qara siyahıda"

Gəlinlə bəy qızıl satıcısının başını qatdı, QAYINANA ÜZÜYÜ OĞURLADI - VİDEO

“Artıq Ukraynada özümə ev almışam” - Qvardiola

"Keçmiş sevgilimlə sevişmək üçün evinə gedirdim" - Qəzaya düşən qızdan...- FOTO

"Mən Musanın vəhşiliyini, dəliliyini sevmişəm” - Təranə Qumral

Təmas xəttində yoxlama keçirildi

İncisözlük və uludağsözlük satıldı!

İsrail gimnastı: "Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb"

Xalq artisti tədbirə əlil arabasında gətirildi - FOTO

Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı

Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı İtaliyada müzakirələr aparılıb

Sürücülər tibbi çantaya niyə biganə yanaşırlar? - VİDEO

Dünya çempionatında daha 4 güləşçimizin rəqibi müəyyənləşdi

Tanınmış aparıcı nazirin səsini bəyənmədi - VİDEO

Aİ və BMT İnkişaf Proqramı Azərbaycanda gender bərabərliyi sahəsində layihəni davam etdirir - FOTO

Azərbaycan Premyer Liqasında 5-ci turun təyinatları açıqlandı

“Mənə baxanlar yerindən qalxa bilmir” - Nura Suri - VİDEO - FOTO

“Mən indi "Real"ı yox, yalnız “Qarabağ”ı düşünürəm" - "Sevilya"nın prezidenti

İşlədiyi şirkətin 74 min manatını mənimsəyən şəxsə 8 il cəza verildi

Divanda üç nəfərin davası, şou və "Qoca" qayıdışı

Bakıda nəvə babasının evindən 15 min manatlıq qızıl oğurladı

Evlərdən pul və yataq dəsti oğurlayan şəxs saxlanıldı - FOTO

Özünü Talıb Talenin keçmiş sevgilisi kimi təqdim edən xanım: "Məni aldatdı, almadı"

“Millətin zövqünü korlamayın” - Ramaldan Elarizlə Fatiməyə SƏRT MESAJ - VİDEO - FOTO

SON DƏQİQƏ: Türkiyədə dəri fabriki yanır

"Beqoviçin "Qarabağ"a keçidi ən yaxşı qərardır" - "Bornmut"un baş məşqçisi

Bakının mərkəzində qadına bıçaq çəkdilər

“Xaş-xaş 2019” əməliyyatı: 593 kq narkotik bitki məhv edildi - FOTO

"Barselona" Qrizamanna görə azarkeşsiz qala bilər

Lempard "Çelsi"nin tarixinə keçdi

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının üçüncü günü start götürüb - FOTO

Talıb Talenin keçmiş sevgilisi: "Məni aldatdı, almadı"