Təsərrüfatsızlıq yoxsa...

 

 

Kənd Təsərrüfatı Nazirliyinin fəliyyəti dövlət konsepsiyasına ziddir

Bəyənmədiyimiz sovet dövründə təsərrüfat sahələrində istifadə edilən mineral kübrələrin böyük bir qismi demək olar ki, Azərbaycanda istesal olunurdu. Çox az növ  gübrələr başqa ölkələrdən gətrilirdi. Sovet təsərrüfat sistemi dağıdılandan sonra kübrə istehsalı da sıradan çıxdı.

Sonradan bəzi rayonlarda kübrə zavodları açılsa da, görünən odur ki, bu zavodlar təlabatı ödəmir. Xaricidən gətirilən kübrələrin tərkibi kimyəvi maddələrlə zəngindir və buna görə də təhlükəli hesab olunurlar. Bu kübrələr məhsulları daha tez yetişdirir, tez xarab olmasının qarşısını alır.

Buna görə də, bu növ kübrələr bizim iqlimə, torpağa uyğun deyil. Yaxşı olar ki, kübrələr ölkənin daxili potensialı hesabına istehsal olunsun. Azərbaycanda belə imkanlar da var, bazar da, sadəcə, maraq yoxdu. Əgər xaricidən 8 ay ərzində 80 milyon dollar civarında kübrə idxal olunsa, bunu 3 rübə vursaq, təqribən 240 milyon dollar vəsait edir. Hansı ki, kübrə istehsalı yüksək texnologiya tələb edən məhsulu deyil, ən primitiv sahədir.

Əkinçilik sahəsində baş ağardan qocaman aqranomlar, söhbət əsasında qeyd etdilər ki, digər sektorlarda olduğu kimi, gübrəçilik sahəsinin inkişafı üçün də dövlətin biribaşa dəstəyi olmalıdır: "Çünki heç kim küllü miqdarda vəsait qoyub kübrə istehsalı müəssisəsi yaratmağa risk etmir. qeyd etmək lazımdır ki, gübrə istehsalı həm də biribaşa qida təhlükəsizliyi ilə bağlı məsələdir. Buna görə də dövlət ən azı bu sahənin inkişafına stimul yaratmalıdır. Hesab edirik ki, torpağın strukturundan, faydalı yeraltı sərvətlərdən istifadə edərək bu sahəni inkişaf etdirmək mümkündür. Bu gün Kənd Təsərrüfatı Nazirliyi nə işlə məşğul olur ki, hər il öluəyə idxal olunun kənd təsərrüfatı məhsularının, kübrəni həcmi artır?

Təəssüfdoğurucu haldır ki,  Qafqazın ən böyük pambiqçılıq respublikalarından biri olan ölkəmiz tekstil məhsullarını xaricidən alır. Baxmayaraq ki, bu məhsullar hələ keçən əsrin əvvəllərində ölkəmizdə istehsal olunub.

Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan ölkəmizdə gübrə istühsalı müəssisələrinin olmaması sadəcə, ayıbdır. Əgər ölkədə illik 240 milyon dollarlıq gübrə bazar varsa, bir neçə gübrə zavodu açmaq hesab edirik ki, heç də böyük vəsait tələb etməz. Əgər bunu yerli sahibkarlar etmirsə, heç olmasa dövlət etsin".

Söhbətləşdiyim bəzi kənd təsərrüfatı mütəxəsislərinin, fermerlərin və torpaq  mülkü-yətcilərinin sözlərinə görə, bu gün Kənd Təsərrüfatı Nazirliyi aqrar sahənin öhdəsindən gələ bilmir: " Təsəvvür edin ki, KT Nazirliyin təqdim etdiyi rəqəmlər heç vaxt Dövlət Gömrük Komtəsinin rəqəmlərinə uyğun gəlmir. Baxmayaraq ki, son illər kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramları qəbul olunub, dövlət bu proqramları daim dəstəkləyib, müsbət nəticə hələ də gözə dəymir. Əgər bu proqramları həyata keçirmək üçün hər şey xaricdən alınacaqıdırsa, onda bu ölkənın öz istehsalı necə olsun?

İndi neft-qaz gəlirləri hesabına hər şeyi xaricdən ala bilirik. Sabah neftin qiyməti aşağı düşsə və yaxud istehsal azalsa, idxalı, daxili təlabatı necə qarşılamaq olar? Yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi son 10 ildə gübrə idxalının azaldılması istiqamətində hansı işlərin görüldüyü bardə ictimaiyyətə məlumat verəydi. Digər tərəfdən nə üçün ölkədə kiçik müəssisələrin yaradılması təşəbbüsləri yoxdur? Hər dəfə Gömrük Komitəsinin idxal barədə açıqladığı rəqəmlər Kənd Təsərrüfatı Nazirliyində mövcud olan rüsvayçılığı açıq şəkildə ortaya qoyur.

Ölkədə kim nə istəyir əkir, satır, gətirir. Kartof-söğanın ixracına qadağa qoymaqla qiymətləri tənzimləmək olmur. Heç bir digər sahədə, aqrar sahədə olan potensial, işçi qüvvəsi, torpaq fondu, iqlim və s. Imkanlar yoxdur. Kabinetlərdə oturmaq əvəzinə sahələrə çıxıb fermerlərin problemləri ilə maraqlanmaq lazımdır. Yuxarıda qeyd etdiyimiz cətinliklərin nəticəsidir ki, kəndçi-fermer məhsulunu baha satmaq məcburiyyətində qalır.

Ölkədə kənd təsərrüfatı məhsullrının bahalığının əsas səbəblərindən biri də yerli istehsalçıları kübrə, texnika və  dərmanlarla təmin edən dövlət orqanlarının olmamasıdır. Bir sözlə, yerli istesala dəstək yoxdur. Bu gün ölkə bazarında satılan kartofun 70 faizi xaricidən ixrac olunur. Kənd Təsərrüfatı Nazirliyinin fəliyyəti dövlət konsepsiyasına ziddir və aqrar sahədə həyata keçirilən islahat proqramları ilə bağlı çox zəif işləyirlər. Bazarın ixrac-idxal imkanları düzgün hesablamır. Əsil reallıq isə Dövlət Gömrük Kömitəsinin rəqəmlərində öz əksini tapır.

Əlizadə Nəhmədağaoğlu

0.18728303909302