AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Səhnəmizin təkrarsız Məcnunu - Baba Mahmudoğlunu niyə həbs ediblərmiş?...

  17

Bənzərsiz səs sahibi Baba Mahmudoğlu (Mirzəyev)... Yaşlı və orta nəsil onu yaxşı xatırlayar... Baba Mahmudoğlu yoxluğu ağır qəbul olunan sənətkarlardandır. O, Azərbaycan klassik musiqisində özünəməxsus və təkrarsız iz qoyub getdi.  

Baba Mahmudoğlu aşıq, bəstəkar, xalq mahnılarını, muğamları öz tərzində, öz üslubunda ecazkar səslə oxuyardı. O, bütün mahnıları ifa edərkən obraza girir, mahnını hərəkətlərində, üz cizgilərində, bütün varlığında yaşayır, səhnə jestləri ilə tamaşaçını ofsunlayırdı...
Məcnun, Koroğlu, Qaçaq Nəbi obrazları Baba Mahmudoğlunun ifasında xüsusi orijinallıqla ifa olunub. 

Demokratikmusavat.com bildirir ki, Modern.az xanəndə Baba Mahmudoğlu haqda maraqlı məqalə ilə çıxış edib. 

O Baba Mahmudoğlu ki, qüdrətli və məlahətli səsi bü gün də qulaqlarda cingildəyir...

Baba Mahmud oğlu Mirzəyev 1940-cı il noyabrın 7-də Qazax rayonunun Muğanlı kəndində sadə bir ailədə anadan olub. O, orta məktəbi əla qiymətlərlə başa vurub. 16 yaşında Bakıya gəlib, daha sonra o vaxtkı Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mexanika fakültəsinə imtahansız qəbul olunub.

1961-ci ildə institutu bitirib mühəndis ixtisasına yiyələnib və Səttarxan adına zavodda aparıcı konstruktor kimi işləməyə başlayıb. Hələ tələbəlik illərində institutun, işə daxil olduğu vaxtdan isə zavodun Mədəniyyət sarayının mahnı və rəqs ansambllarının solisti kimi sənət addımları atmışdı.

Sənaye İnstitutunda oxuduğu illərdə tələbə yoldaşlarının tövsiyəsi ilə A.Zeynallı adına Musiqi Texnikumunun səs sinfinə gələrək, Seyid Şuşinskinin muğam dərslərində iştirak etmişdi. Həmin vaxt o, Asəf Zeynallı adına Musiqi Məktəbində Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə muğamları öyrənib. Bu dərslər gənc Babaya çox şey vermiş və o, muğamlarımıza yaxından bələd olmuşdu.

Onun zirvəyə doğru gedən sənət yolu, professional səhnə taleyi isə Opera və Balet Teatrından başlayıb. 

Mərhum sənətkar öz xatirələrində də bunu vurğulayıb: "Bir gün eşitdim ki, Opera və Balet Teatrında "Gözəl səslər" müsabiqəsi keçirilir. Açığı özüm buna çox can atırdım, dostlarım da məsləhət gördülər ki, həmin müsabiqədə iştirak edim. Beləliklə, 1962-ci ildə maestro Niyazinin rəhbərliyi ilə keçirilən həmin müsabiqədə iştirak edən 153 nəfər içərisindən 1-ciliyi qazanaraq, Opera və Balet Teatrına solist qəbul olundum".

Baba Mahmudoğlunun taleyinə xanəndəlik sənəti yazılmışdı... Bu bir alın yazısıydı və ondan qaçmaq olmazdı...

Baba Mahmudoğlu opera səhnəmizə "Leyli və Məcnun"da oynadığı Məcnunla gəlmişdi. Amma sonradan "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Gəlin qayası", "Xanəndənin taleyi" operalarında da baş rolların ifaçısı oldu. 

Sənətə həvəs Baba Mahmudoğlunu hətta M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirməyə də sövq etmişdi. 

Baba Mahmudoğlu görkəmli bəstəkar, dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestri, xalq artistləri Əhməd Bakıxanovun, Baba Salahovun, əməkdar artist Əhsən Dadaşovun idarəsi ilə fəaliyyət göstərən xalq çalğı alətləri ansambllarının müşayiəti ilə oxumuşdu. 
O, düz 10 il R.Behbudovla Mahnı Teatrının tərkibində xarici ölkələrin səhnələrində çıxış etmişdi. 

1979-cu ilə kimi hamı onu xanəndə Baba Mirzəyev kimi tanıyırdı. 1979-cu ilin sentyabr ayında isə özünə "Dastan" folklor ansamblı yaradaraq, o andan Baba Mahmudoğlu kimi çıxış etməyə başladı. B.Mahmudoğlu sənət yolunu bu ansamblla davam etdirib. "Dastan" folklor ansamblı ilə o, bir çox xarici səfərlərdə də çıxış etmiş və Azərbaycan musiqisinin gözəlliyini digər xalqların nümayəndələrinə ən gözəl şəkildə çatdırmışdı.

B.Mahmudoğlu 1992-ci ildə Xalq artisti titulu aldı. 2005-ci ildə Opera və Balet Teatrından təqaüdə göndərildi. 

Sənətkar 2005-ci ilinin noyabrında xəstələnib, insult keçirib. Bir müddət sonra özünü yaxşı hiss etsə də, 2006-cı ilin yayında vəziyyəti yenidən pisləşib və həkimlər ona rayonda yaşamağı məsləhət görüblər. Bu səbəbdən B.Mahmudoğlu ilin təxminən beş ayını Şamaxı rayonunun Çuxuryurd kəndində keçirib. Daha sonra Bakıya qayıdıb.

2006-cı il dekabrın 6-da Azərbaycanın xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edib.

Demokratikmusavat.com modern.az-a istinadla görkəmli xanəndənin sənət yoldaşlarının onunla bağlı  xatirələrini təqdim edir.

Musiqişünas Səadət Təhmirazqızınin xatirələrir: "O, elə yeniyetmə çağlarından fəlsəfi düşüncələri, sənətə olan böyük məhəbbəti və bu məhəbbət naminə zəhməti, fədakarlığı ilə yaşıdlarından seçilərmiş. Baba müəllimlə söhbətlərimiz zamanı o həmin illəri belə xatırlayardı:

"Musiqiyə sevgim kəndimizin füsunkar təbiətindən başlayıb. O romantik aləmdə böyümək, bülbüllərin cəh-cəhindən zövq almaq və milli musiqi sədaları, ulu saz-söz sənəti təbii ki, insanı cuşa gətirir. Mən də belə məqamlarda öz hisslərimi avazımla ifadə etməyə başladım. Bunu eşidən dost-tanışlar dedilər ki, "Ayə, nə yaxşı oxuyursan". Açığını deyim ki, əvvəllər bu məni bir qədər təəccübləndirdi. Sonralar hiss etdim ki, doğrudan da içimdə bir oxumaq eşqi, həvəsi var. Odur ki, Bakıya gəlib instituta daxil olsam da, xanəndəliyə meyil məni rahat buraxmadı. Bu həvəs getdikcə daha da artdı. Beləliklə, mən təhsil aldığım institutun özfəaliyyət ansamblında oxuyur, qeyri-rəsmi tələbə və dinləyici kimi ustad xanəndə Seyid Şuşinskinin dərslərinə gedir və hətta L.Şmidt (indiki Səttarxan) adına zavodda işə düzəlmişdim. Orada da özfəaliyyət ansamblının solisti idim".

Yaradıcılığının əsas hissəsi Opera və Balet Teatrına bağlı olan Baba Mahmudoğlu milli operalarımızda baş qəhrəmanların obrazlarını çox məharətlə yaradıb. Onun dahi Üzeyir bəyin "Leyli və Məcnun" operasında Məcnun, "Əsli və Kərəm"də Kərəm, Z.Hacıbəyovun "Aşıq Qərib" operasında Qərib, M.Maqomayevin "Şah İsmayıl"ında Şah İsmayıl, Şəfiqə Axundovanın "Gəlin qayası" operasında Camal obrazları unudulmaz və yaddaqalandır".

Tədqiqatşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlı: "Baba Mahmudoğlu taleyinə, bəxtinə, uğurlarına arxayın olub heç vaxt qürrələnmir, özünü yuxarı tutmur, yolunu azmır və öz keçmişini unutmurdu. Müxtəlif mədəniyyət və tədris müəssisələrinə aldığı dəvətlərdə, televiziya, radio verilişlərində, ona həsr olunmuş yaradıcılıq gecəsində öz keçmişini, uşaqlıq dövrünü, kasıb yaşadıqları zamanı xatırlayır, ağır, məşəqqətli 1941-1945-ci illər müharibə illərində, ondan sonrakı çağları xatırlayır, heç bir şəraiti olmayan, qazmada yaşadıqlarını dilə gətirirdi...

...1969-cu ildə Firudun Səfərov Mirzə Fətəli Axundov adına Akademik Opera və Balet Teatrına baş rejissor təyin olunur. O, "Leyli və Məcnun" tamaşasını yeni quruluşla hazırlayır. Leyli obrazı üçün gənc Nəzakət Məmmədova ilə məşqlər aparır və Məcnun rolunda da daha bir gənci görmək istəyir. Nəzakət xanım sevincək ona belə bir ifaçının olduğunu bildirir: "Səhnə görkəmi Məcnuna uyğun, səs imkanları çox geniş, sənətə böyük həvəsi olan bir oğlan var, Baba Mirzəyevdir. Çox istedadlıdır".

Baba həmin vaxtlar Elmi Tədqiqat Təhlükəsizlik Texnikası İnstitutunda işləyirdi. Truppa müdiri, iş yerinə zəng edərək onu teatra dəvət edir. F.Səfərov söhbət aparır və onunla bir ay sınaq müddətində çalışacağını bildirir.

Baba Məcnun obrazının mətnini, Füzuli yaradıcılığını dərindən dərk etsin deyə ədəbiyyatşünas alimlərdən Həmid Araslı və Əli Fəhmi ilə görüşür. Bu böyük alimlər, xeyirxah insanlar bu işdə Babaya kömək edirlər. Gənc xanəndə Opera Teatrının müşyiətçi tarzəni, böyük muğam bilicisi Bəhram Mansurovla məşqlərdə onun çalğısı, tövsiyə və tapşırıqları vasitəsi ilə çox şey əxz edir, səsini muğam parçalarına uyğunlaşdırır, Məcnun roluna aid olan oxuma üslubunu mənimsəyir. Firudin Səfərov Babanı yoxlamaq üçün bir ay sınaq müddətinə iki həftə də əlavə edir və çox gözəl nəticə alınır. Baba əsl Məcnun kimi səhnəyə çıxarılır. İlk tamaşa uğurlar qazanır və dövrü mətbuatda işıqlandırılır. Məcnun və Leyli rolunun gənc ifaçıları, tamaşanın yeni quruluşu haqqında müsbət fikirlər bildirilir. Təbii ki, teatrşünaslar və tənqidçilərin məqalələrində tamaşa haqqında müxtəlif fikirlərə rast gəlmək mümkün idi.

1908-ci il "Leyli və Məcnun" milli operasının ilk tamaşasından bu günə qədər xeyli sayda Məcnun və Leyli rollarında çıxış edənlərimiz olub. Lakin Məcnun obrazının uğurlu ifaçıları arasında Baba obraza öz yanaşması, doğru münasibəti, əsas xüsusiyyətləri,  mahiyyəti, ideyanı açıb göstərməsi, bir sözlə, öz Məcnununu yaratması ilə seçilib. Həqiqətən bu obrazda o, əsl Məcnun idi.

Baba mənimlə söhbətlərində dəfələrlə demişdi: "Mən mühəndis kimi də öz yerində olanlardan idim. Az-çox iş görüb müəyyən qədər tanına bilər, lakin gec-tez itib-bata bilərdim. Lakin müğənni kimi tale mənə böyük xöşbəxtlik, ad-san, şöhrət, fəxri adlar, tamaşaçı sevgisi, xalqın məhəbbətini bəxş etdi. Səsim opera səhnəsindən, qrammofon vallarından, radio və televiziyalardan gəldi. Dünyanı gəzdim, böyük səhnələrdə çıxış edərək milli musiqimizi təmsil etdim. Bütün bunları mənə Ulu Yaradanın verdiyi tale bəxş elədi"".

Xalq artisti Teymur Mustafayev Baba Mahmudoğlunu böyük sənətkar kimi  xatırlayır:

"İlk olaraq onu deyim ki, çox böyük sənətkar idi. Bir məsəl var deyirlər ki, insanı yolda tanıyarlar. Bax mən onu yolda tanıdım. Baba ilə xaricə qastrollara tez-tez gedir, dövlət hesabına konsertlər verirdik. Qızıl kimi
xasiyyəti var idi, həm də öz yerini bilən adam idi. Yol yoldaşlığına da söz ola bilməzdi. Təsadüfə bax ki, yol yoldaşlığından sonra da qonşu  olduq. Ailəsinə qarşı da həddən artıq diqqətcil idi. Oğlum da bir neçə dəfə onunla birlikdə xaricə səfərlərə gedib. Gəlib ancaq onun yaxşılığından danışırdı".

Teymur əmi xanəndə ilə ölümünə az bir vaxt qalmış görüşdüklərini bildirib:

"Baba Mahmudoğlu ilə axırıncı dəfə hardasa ölümünə az bir vaxt  qalmış,  Heydər Əliyev Sarayında birlikdə  konsertdə olduq. Əcəl onu bizdən tez  aldı. Həqiqətən ürəklə deyə bilərəm ki, onun ölümü incəsənətdə bir faciə oldu. Baba mənim qəlbimdə sənət yoldaşı kimi hər zaman yaşayacaqdır. İndi də baxmayaraq ki, özü aramızda deyil, amma ailəsi ilə çox yaxşı  münasibətdəyik. Nəvələri tez-tez  bizə gəlir".

Teymur Mustafayev sənətkarın toylara getməyindən də danışıb:

"Onunla nə qədər toyda olmuşuq. Toyu çox qəribə aparırdı, necə idarə edirdisə, heç yorulmurdu. Səs tonu, fərqli diapozonu isə çox yüksək idi. Öz janrı vardı. Muğamı çox zildən oxuyar, həm də ki qorxmadan uzadardı. Əgər özü sağ olsaydı, müəyyən bir sözlər var, onları rahat deyə bilərdim. Ancaq dünyasını dəyişmiş bir şəxs haqqında müəyyən məsələləri danışmağı düzgün hesab etmirəm".

Xalq artisti sənət yoldaşı ilə bağlı bir əhvalat da nəql edib:

"Bir gün Filarmoniyada konsert vermək üçün  məşq edirik, bir adəti vardı muğam oxuyanda, həm gözlərini yumurdu, həm də elə hey uzadırdı. Şirin də səsi var idi, səmimi deyirəm, o oxuyanda ləzzət alırdım. Deməli, musiqiçilər gördü ki, Baba yenə gözlərini yumub, səsini də uzadır, tez alətləri yerə qoyub bayıra çıxdılar. Mən də baxıram ki, görəsən bunlara nə oldu, niyə hamısı birdən çıxdı. Sən demə, əvvəlcədən öz aralarında danışıblar ki, Baba ifa edəndə durub getsinlər. İndi onlar gedirlər, Baba da elə oxumağına davam eləyir. Mən də tez əl-ayağa düşdüm ki, əşi, hara gedirsiniz, görmürsünüz kişi hələ oxuyur? Bunlar mənə qulaq asmadan getdilər. Birdən təsnifə keçəndə gözlərini açdı, baxdı ki, otaqda məndən başqa heç kim yoxdur. O qədər güldü ki, dedim Baba, nolub sənə? Dedi ki, bax elə mən bu vəziyyəti istəyirdim. İnanırsınız, çox zarafatcıl, həm də şən adam idi.

Operada obrazları elə gözəl oynayırdı ki... Məcnun rolunu ifa edəndə elə bil özü idi. O qədər içdən oynayırdı ki, elə bilirdin səhnədə Məcnunun özüdür. Bax əsl sənətkar odur ki, istər  musiqini, istərsə də oynadığı rolu tamaşaçıya belə çatdıra bilsin".

Xalq artisti, muğam ifaçısı Canəli Əkbərov Baba Mahmudoğlu ilə yaxın dost olub:

"Baba ilə həm dostluq etmək, həm də bir səhnədə tərəf-müqabil olmaq böyük xoşbəxtlik idi. O qeyri-adi bir insan və sənətkar idi. Odur ki, sənət dostları Babadan çox şey öyrənib. Açığını deyim ki, biz onunla bir səhnədə olanda Babanın yüksək peşəkarlıqla yaratdığı obraz o qədər diqqətimi cəlb edirdi ki, bəzən mən səhnədə olduğumu unudaraq sanki bir tamaşaçıya çevrilirdim. Bu böyük istedad Babaya Tanrının bəxşişi idi. O, bu bəxşişi qorudu, mühafizə etdi və onu daha da təkmilləşdirib sənətin yüksək zirvəsinə ucaldı. Yaxşı sənətkar olmaq sözsüz ki, həm də yaxşı insanlıqdan başlayır. Baba çox gözəl insan idi. Həm ailəsində, həm dostları içərisində əvəzsiz yeri və böyük hörməti vardı. Bu gün də o hörmət onun ruhuna ünvanlanıb...

...Demək olar ki, eyni vaxtda sənətə gəlmişik. Məndən yaşda 7-8 ay balaca idi. Həmişə zarafatla deyirdim ki, mənim yanımda sənətdən böyük-böyük danışma (gülür). Demək olar ki, biz həmişə bir addımlamışıq. Bir vaxtda Bakıya gəlmişik, o, Opera Teatrına, mən isə Filarmoniyaya qəbul olunmuşam. 

Elə oldu ki, Zakir  Bağırovun tapşırığı ilə məni də Opera Teatrına göndərdilər. O vaxt mən Operaya gələndə orada iki böyük sənətkar baş rollarları ifa edirdi. Onlardan biri Arif Babayev, digəri isə Baba Mahmudoğlu idi. Biz burda üçlük olduq".

C.Əkbərov Baba Mahmudoğlu ilə birlikdə ezamiyyətlərdə olmaqlarından da danışıb:

"O vaxtlar Opera Teatrının direktoru Azər Rzayev idi. Bizi nazirlik tərəfindən Naxçıvana ezam elədilər. Naxçıvanda düz 13 tamaşa oynadıq.  Sonra ordan Bakıya gəldik. Təzədən bizi Lənkərana ezamiyyətə göndərdilər və orda da 11 tamaşa oynadıq. Mən özüm lənkəranlı olduğum üçün Azər müəllim mənə dedi ki, get bu işləri təşkil et.

İnanırsınız, o günlər üçün o qədər darıxıram ki, bir yerdə çörək  yeyirdik, birlikdə gülürdük. Bəhram Mansurov da bizim üçlüyə qoşuldu. Necə xoş günlərimiz keçirdi, bir oturub-bir durardıq. Heyif o günlərdən.

Maraqlı və əyləncəli günlər idi...

Bir dəfə "ezamiyyət vaxtıdır" dedik, bizim  kəndimizə getdik. Baba çox aktiv adam idi. Bir yerdə durmurdu. Həyətimizə çatandan az sonra gördük yoxa çıxdı. Arif Babayev dedi ki, əə, bura hara getdi? Evimizin arxasına keçib gördük ki, yoncalıqda uzanıb yatıb. Yonca o qədər hündür idi ki, Baba içində itib-batırdı. Arif dedi ki, sən tut ayağından, mən də başından, bunu yaxınlıqdan keçən kanala ataq. 

Elə də yatıb daş kimi... Nəysə, bunu qaldırdıq, apardıq kanala tərəf, birdən ayıldı. Başladı bizə yalvarmağa: "Başınıza dönərəm, məni kanala atmayın". 
O qədər saf idi ki, o dəqiqə inanmışdı. 

Gəldik ki, atam həyətdə bir süfrə açıb ki, stolda nə desən tapmaq olar. Qəndab Quliyeva, Raziyə Şirinova, Səkinə İsmayılova da bizə qonaq gəlmişdi. Yaxşı yedik-içdik, hərə də bir ağız zildən oxudu. Baba orda necə oxudusa, həqiqətən deyirəm, hamıya ləzzət elədi.

Baba Mahmudoğlu çox nikbin insan idi. Həmişə çalışırdı ki, hər kəsə xoş aura ötürsün. Bax buna görə, hamı onu çox istəyirdi".

Əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman):

"Baba Mahmudoğlunun istedadına söz ola bilməzdi. O qədər savadlı idi ki, hardan deyirdin ordan cavab verirdi. Dünya klassiklərin əzbər bilirdi. İnanın ki,  Füzulinin qəzəllərini elə gözəl təhlil edirdi ki, biz ona öz aramızda "Kəllə" deyirdik. O vaxtı hər adamın işi deyildi ki, Füzulini dərindən bilsin. Həyat yoldaşı Amaliya xanım da özü qədər savadlı qadın  idi".

Müsahibimiz deyir ki, Baba Mahmudoğlu Məcnun rolunu o qədər canlı oynayırdı ki, o səviyyəyə heç kim çata bilməz:

"Bu insanda marağa baxın ki, Məcnunu oynamazdan əvvəl Maştağaya ruhi-əsəb dispanserinə gedib ordakı dəlilərə tamaşa edirdi. Məqsədi o idi ki, obrazı istədiyi şəkildə tamaşaçıya çatdıra bilsin. İnanın, adam onun ifasına baxanda heyrətə gəlirdi. Obrazı necə oynayırdısa, elə bilirdik ki, bu insan həqiqətən dəli olub. Mən onun kimi dəqiq və obrazlı oynayan ikinci bir Məcnun tanımıram".

Ustad xanəndə Baba Mahmudoğlunun çətin vaxtlarından da söz açıb:

"Sovet höküməti vaxtında koperativ ev aldığına görə onu həbs etmişdilər. Baba da mənim yaxın dostum idi  deyə, tez-tez yanına gedirdim. Bir dəfə də çətin vaxtlarında cibinə yüksək məbləğdə pul qoydurmuşdum. Hər dəfə müsahibələrində onu söyləyirdi ki, "Süleyman Abdullayev kimi sənətkar mənim ən çətin günümdə yanımda olub". Bax o elə etibarlı bir oğul olub. Heç vaxt haqq itirməzdi. Nəsə eləsən, on qat əvəzin qaytaran adam idi...

...Muğamları da çox dəqiq bilirdi. "Xanəndənin taleyi" adlı bir opera da yazmışdı. Orada Mir Seyid obrazını necə oynayırdısa, baxanlar deyirdi ki, bu insan anadan doğulandan aktyor imiş. Deyərdim ki, o dövr xanəndələr arasında ən talantlısı Baba Mahmudoğlu idi".

Dədə Süleyman deyir ki, Baba Mahmudoğlu geyimə qarşı da çox həssas adam idi. Zövqlü geyimin tərəfdarı olub. Həmişə istəyirmiş ki, səliqəli və müasir geyinsin:

"1968-ci ildə Zeynəb Xanlarovadan sonra ikinci Türkiyəyə gedən mən olmuşam. Ordan özümə bir dəst kostyum almışdım. Pencəyin sinə hissəsi yamaqlı idi. Bax indi nətər dəbdədir, o vaxtı da elə kostyumlar dəbdə idi. Baba kostyuma bir təhər baxdı, yaxınlaşıb dedi ki, "ə kopooğlu, bunu hardan tapmısan? Gözəl kostyumdur, ancaq burdakılar bu sinəndəki yamağı başa düşməyəcəklər". Dəbdən yaxşı anlayırdı. Elə bil bu günün dəbin əvvəlcədən görürdü. İnanırsınız ki, indiki gənclərin geyiminə baxıram, gülmək məni tutur. O dəqiqə xəyalım həmin vaxtlara gedir ki, Baba bu günün dəbin bilirmiş. O vaxt hamı mənə lağ eliyirdi ki, ə bu nədi, yamaqlı geyinmisən... Onda Baba mənə deyirdi ki, sənə lağ eliyənlər savadsızdılar, nə bilirlər tərz nədir...".

Demokratikmusavat.com

Xəbər Lenti

"Qarabağ"dan gözlənilməz məğlubiyyət - YENİLƏNİB

Ağsuda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib - VİDEO - FOTO

"Qarabağ" 3-cü qolu buraxdı - YENİLƏNİR

Günün qoroskopu: gərgin, ağır və mürəkkəb intellektual fəaliyyət üçün yararlı zamandır

"Qarabağ"ın yeni transferi ilk qolunu vurdu

"Qarabağ" uduzur - YENİLƏNİR

Azərbaycandan olan gənc fəal BMT-nin sammitində iştirak üçün '"Yaşıl bilet" qazanıb

Ağsuda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib - FOTO

"Traktor" yeni mövsümə heç-heçə ilə başladı

"Qarabağ" qalib gəlir - YENİLƏNİR

Müharibəni başlayan biz olmayacağıq, lakin... - ABŞ-a XƏBƏRDARLIQ

Estetik əməliyyatlarla dəyişən məşhurlarımız - FOTO

"Liverpul"da yeni müqavilə

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

“Spirtli içkilər içir” - Zəncirlənən uşaqla bağlı açıqlama

Tikinti materialları bazarındakı yanğın söndürülüb

Sarri ilk oyunu buraxacaq

"Linfild" - "Qarabağ": heyətlər

Binəqədidə mağazadan 20 min manatlıq avtomobil təkəri oğurlanıb

Əliməmməd Nuriyevdən Ermənistanla bağlı ÇAĞIRIŞ

Leyla Abdullayeva: İşğal olunmuş ərazilərdə “seçkilər”ə vəsait ayıran Ermənistan Dağlıq Qarabağa nəzarəti həyata keçirdiyini etiraf etmiş olur

İranda 2 deputat saxlanılıb

“Kənddən Şəhərə” yarmarkası Yasamalda

Kompani məşqçi vəzifəsindən uzaqlaşdırıldı

"Real" yeni transferini icarəyə göndərdi

Birinci divizionda yeni mövsüm başladı

"Neftçi" bəyanat yaydı

Dabonun təhqirinə görə "Neftçi" rəhbərliyini ittiham etdi

Bakıda əcnəbi vətəndaşı döyüb pulunu və mobil telefonunu aldılar

Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir

Deputat: "Bu qüvvələrin məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir"

Ölkəyə qanunsuz yolla 50 minə yaxın siqaret keçirmək istədi, tutuldu - FOTO

"Neftçi"dən bəyanat: Təhqir yolverilməzdir!

Merkel və Conson Rusiyanın G8-ə qayıtmasına qarşı çıxdı

Pərvin bu dəfə Türkiyədə - Daha cazibədar... - FOTO

İsrail İrana bağlı qruplaşmanı vurdu, Əbu Mehdi Mühəndis ABŞ-ı hədələdi

Polşada turistləri ildırım vurdu - Ölənlər var

Nanədən yeni FOTOSESSİYA

Futbolçuları aparan avtobus qəzaya uğradı - Gənc futbolçu öldü

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan böyük uğurlar qazanıb - Əli Əhmədov

Azarkeşlər istədi, "Beşiktaş"ın məşqçisi istefaya getdi

Rəqqasə Fatimə bikinidə alış-verişə çıxdı - FOTO

Mourinyo ilə bağlı sürpriz iddia

"Koutinyonu almağa pulumuz çatmadı" - Klopp

İyulda dəmir yolu ilə daşınan sərnişinlərin STATİSTİKASI

Vüqar Rəhimzadə: "Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"

“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək - FOTO

"Twitter" qaradərili futbolçuların hesablarını izləyəcək

"Qarabağ" fransalı hücumçuya 1,4 milyon manat verəcək

Trampa şok təklif: 1 avro verin, sizin olsun

Yaqub Zurufçu Bakıda solo-konsert verəcək

Tramp düşündü ki, İran 3 aya süqut edəcək - Ruhani

Mixail Kruqun qətli ylə bağlı YENİ TƏFƏRRÜAT

"Pilotun xəsarət ala bilməsinə lağ-lağı etmək sadəcə avamlıq və avaraçılıq deyil, aqressiv nadanlıqdır" - Hərbi ekspert

Bakıda otuz qadına qarşı əxlaqsızlıq edən bu imiş - FOTO

Bəhruz Quliyev: "Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik"

Rəsmi məlumatı şübhə altına almaq təyyarə qəzasını ilk dəqiqələrdən siyasiləşdirməyi qarşısına məqsəd qoyan fəaliyyətin tərkib hissəsidir - Ekspert

"Hələ restoranı batırmayıb?" - Samir Niyamı ələ saldı

ABŞ əsas düşmənini açıqladı: Rusiya deyil...

Əli Əhmədov: "Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb"

İdman jurnalisti öldürüldü

Nazirlik: Biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib

"S-300"ün alternativi təqdim olundu - VİDEO

8 ölü, 6 yaralı, 23 itkin - Çində fəlakət

"Neftçi"də Dabo qalmaqalı böyüyür - "Bu ölkədən rədd olmalısan!"

XİN BMT Baş katibinə etiraz məktubu ünvanladı - Ermənistanın təxribatına cavab olaraq

İkinci dəfə keçirilən Luxury Awards mötəşəm anlarla yadda qaldı - FOTO

Əli Əhmədov: "Kimsə qiyməti süni şəkildə artırmağa çalışarsa, hökumət iqtisadi tədbirlər görməlidir" - FOTO

1 ildən sonra tapılan avtoxuliqan DANIŞDI: “Hər gün saxlama əmri verilirdi” - VİDEO - FOTO

İspaniya klubu "Neftçi"nin gənc futbolçusunu transfer etmək istəyir

Çindən ABŞ-a xəbərdarlıq: Bunu edənlər cəzalanacaq

İsrail səhvən öz təyyarəsini vurdu

57 yaşlı qadın tanış olduğu gənc oğlanı bir gecəlik evinə çağırdı... - Sonrası HAMINI ŞOK EDƏCƏK

Atasını qətlə yetirən oğulun ETİRAFI: "Kartı vermədiyinə görə öldürdüm" - VİDEO - FOTO

Əsəd qüvvələri türk əsgərlərinə hücuma keçdi

Suares MLS klubuna keçir

Tofiq Yaqubluya ciddi xəbərdarlıq edildi

Azərbaycanın istedadlı rəqqasları Red Bull Dance Your Style yarışmasına hazırdırlar - FOTO

Azərbaycan millisinin sabiq baş məşqçisi vəfat etdi

Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

Bakıda itkin düşən qız tapıldı - FOTO

1912-ci ildə batan Titanik gəmisi illər sonra - FOTO

Bağışla onları, Rəşad...

Baş katib: "Dindən istifadə edərək ədavət, qorxu və nifrət yayanlara müqavimət göstərməliyik"

Azərbaycan Premyer Liqasında 3-cü turun oyunlarının saatı açıqlandı

Türkiyədə balıqçılar beş metrlik akula tutub - FOTO

Berdiməhəmmədov azərbaycanlı müğənnilərə hədiyyə verib - VİDEO - FOTO

52 yaşlı Aybəniz Haşımovaya gecəyarı sürprizi - VİDEO

Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək

Avropa Liqası: Pley-off mərhələsinə start verilir

Əli Həsənov: "Hamı Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi"

Navas "Real"dan ayrılmaq istəyir - klub rəhbərliyinə bildirdi

İki əmioğlu 24 yaşlı qızı bağ evinə apardılar - Soyundurub 4 saat... - ŞOK İDDİA

Təranə Qumral sinəsini çəkdi, ALT PALTARI GÖRÜNDÜ - FOTO

Sevgilisi fahişə çıxan oğlanın intiqamı ağır oldu - FOTO

Vüqar Rəhimzadə: "Dağıdıcı müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər kimi anlayışlar çoxdan yadlaşıb"

Metroda çəkdirdiyi fotolarla gündəm oldu - VİDEO - FOTO

"Bahalı" zəncirvari qəza - "Jaguar", "Audi","Porsche" və başqa maşınlar toqquşdu - FOTO

"Sabah" Türkiyə klubunun futbolçusunu transfer etdi

Hacı Samir Bağırovu TƏBRİK ETDİ - Ne yaptın, Hacı abi - FOTO

SOCAR sürücülərin LPG probleminə aydınlıq gətirdi - FOTO

Sən bir onun çamadanına bax!

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib

Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

Araz Ağalarovun qardaşı qızının evi qarət olundu

Leyla Mustafayevanın çimərlik - FOTOları

Müğənninin oğluna hökm oxundu

Azərbaycanlı aktyor Bollivud filminə baş rola çəkilir

"Trabzonspor" ingiltərəli hücumçunun transferini açıqladı

“Yaxın 2-3 ildə karyeramı bitirmək qərarı verə bilərəm” – Klopp

İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır

“Qalatasaray” icarəyə götürdüyünü icarəyə verdi

Dabo "Neftçi" azarkeşlərini təhqir etdi: Şərhlərinizi arxanıza soxun -FOTO

Efirdə Üzeyir Mehdizadəyə görə dava düşdü

Bakıda gənc qız ölümlə hədələnib

“Qarabağ” – “Linfild” oyununun biletləri satışa çıxarılıb

Böyük Britaniya Putin haqda film çəkəcək

Azərbaycan Ordusunun tam modernləşdirilmiş döyüş maşını

“Keşlə” Futbol Klubunda kadr dəyişikliyi olub

Husilər Səudiyyə Ərəbistanın Hamis-Muşayt şəhərinə hücum edib

Əfqanıstanda zəlzələ baş verib

Göygöldə yanğın baş verib

ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat söz verdi

“Çelsi”nin futbolçusu rəsmən “Roma”da

ABŞ doğuşa görə vətəndaşlığın verilməsi hüququnu ləğv edilməsini nəzərdən keçirir

"Olimpiakos" "Krasnodar"ı darmadağın etdi

Əfqanıstanda iki ABŞ əsgəri öldürülüb

"Beşiktaş" "Tottenhem"in futbolçusunu transfer edir

Peres Neymara görə kredit götürdü

Messi sağaldı

"Linfild"lə oyuna yaxşı hazırlaşmışıq" - Qurban Qurbanov

"Qarabağ" "Linfild"ə qarşı - YENİLƏNİR