AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycanda “Edip inqilabı”?

  12

(Əli Kərimi tanımayanların Əli Kərimliyə taksi çağırması barədə)

Ad çəkməyəcəm, aylardır Avropadan Azərbaycan xalqını bir payız axşamı kəsici alətlərlə inqilaba səsləyənlərdən ikisinin elə özləri tərəfindən yayılan dialoqundakı bir məqama yönəldəcəm diqqətinizi:

-Azərbaycanca Əli Kərim adında bir şair olub, tanıyırsan onu?

-... (Uzun pauza) Yox, tanımıram!

Xeyli zamandır ki, ən müxtəlif vasitələrlə cəmiyyəti radikallaşdırmaq, xaosa, iğtişaşa sürükləmək üçün qabıq qoyurlar, Avropada sığınacaq almaq, pul toplamaq, qarşısında öhdəlik götürdükləri kəşfiyyat strukturlarının təlimatlarını yerinə yetirmək üçün min hoqqadan çıxırlar. Ağızları soyuq ölkələrdə isti yerdə olanların, "gəlin yığışaq, gedin hakimiyyətin üstünə" çığıra-çığıra öz aləmlərində Azərbaycan iqtidarını dəyişmək üçün "açdıqları cığıra" ən vulqar söyüşlər nəqş edilmiş "xalı" döşəyənlərin bəlli bir zamandan sonra özlərini ifşa edəcəklərini, bumeranqın tərs təpəcəyini həmin tendensiya hələ təzə-təzə başlayanda yazmışdım. Budur, artıq bizim nələrisə araşdırmamıza, təhlil və təxmin etməyimizə elə bir ehtiyac qalmayıb. Maraqları bir balaca toqquşan təki bir-biri ilə danışıqlarını, sövdələşmələrini, necə və hansı məqsədlə uzlaşmalarını ortaya çıxarırlar. Hər dəfə yenidən məlum olur ki, söyüşün birini bir qəpik edənlərin ən böyük amalı, ən ali məqsədi qarınlarını və daxıllarını doldurmaq imiş.

Картинки по запросу qurban məmmədov

Emin Milli haradadır, nə işlə məşğuldur, biləniniz varmı? Başa düşürəm, media quruluşu idarə etmək pulsuz-parasız başa gəlmir. Amma bu ölkədə nə qədər istəyirsinizsə, sizə jurnalist göstərim, bir ay yox, iki ay yox, illərlə bir qəpik qonorar almadan, kasıb atasının, yoxsul qayınanasının, usta qardaşının göndərdiyi azuqə ilə dolanıblar. Emin Milli isə Azərbaycan hakimiyyətindən bu və ya digər şəkildə aldığı ianə gözünə az görünən kimi, inqilabçı çəkməsi geyinib Avropaya rəvan oldu, pula pul, qranta qrant demədi. Bəs, axırı? Məlum oldu ki, onun almış olduğu yaxşı təhsil də, süni yollarla şişirdilmiş menecerlik qabiliyyəti də, heç zaman olmamış jurnalistlik istedadı da, ən başlıcası, Azərbaycan siyasi səhnəsindəki effektli-effektsiz bütün fiqurlara psevdo-intellektual baxışları da qarınqululuğundan sonrakı məsələlər imiş.

Картинки по запросу emin milli

Bəli, ingiliscə danışmaq hələ Azərbaycanı tanımaq, cəmiyyətin norma və davranışlarını bilmək, yaxın və uzaq keçmişinə bələd olmaq, tarix bilinci və gələcək haqqındakı təsəvvürləri arasındakı bağlarla ölkənin maraq və mənafelərinə sarılmaq demək deyil. Sevinc Mirzəyevanı yada salaq. Çoxdanın söhbəti deyil, lap elə bu yaxınlarında üzündən-gözündən həsəd, tamahkarlıq, istər məişət, istərsə də məmləkət məsələlərində hər cür intriqaya qoşulmasına rəvac verən nadan cəsarətinin çoxsaylı əlamətləri tökülə-tökülə Azərbaycan hakimiyyətinə, şəxsən prezident İlham Əliyevə moizə oxuyurdu. İşim elədir ki, ideya bazarını izləmək məcburiyyətindəyəm və bu məcburiyyətdən irəli gələrək Sevinc Mirzəyevanın öyündüyü baxış sayını yaradanlardan biri də mən olmuşdum. İsa Qəmbərin Ayaz Mütəllibovun dövründə Azərbaycan parlamentinə rəhbərlik etdiyini söyləyir, bu faktı Azərbaycan hakimiyyətinə "gözünüzə su verin" anlamında misal kimi göstərirdi.

Картинки по запросу sevinc mirzəyeva

Allah xatirinə, İsa Qəmbər Ayaz Mütəllibovun hakimiyyəti dönəmində parlament sədrimi olub? Bu suala cavab tapması üçün axı heç bir jurnalistin və sıravi vətəndaşın qalaq-qalaq tarix kitabları oxumasına gərək yoxdur?!. Bu ölkədə yaşı qırxı adlamış kimdən soruşsanız, Ayaz Mütəllibovun 1992-ci ilin mart ayının 6-da istefa verdiyini, may ayının 14-də hakimiyyətə yenidən qayıtmağa cəhd göstərdiyini, niyyətini gerçəkləşdirə bilməyib ölkəni tərk etdiyini, İsa Qəmbərin isə məhz bu olaylardan sonra- 18 may 1992-ci ildə Ali Sovetə sədr seçildiyini nəql edər. Əskiklik kompleksi də elə budur: bilmədən danışmaq, bilgi sahibi olmadan fikir sahibi kimi görsənmək, oxumadan, vacehinə yetmədən, dərinliyinə enmədən ordan-burdan eşitdiyin və səni ağıllı göstərə biləcək rəyləri improvizasiya etmək və həmin improvizasiyaları süni təbəssümlə cəmiyyətə sırımaq! Bu mənada Azərbaycan ədəbiyyatına olduqca möhtəşəm yaradıcılıq nümunələri bəxş eləmiş, xalqımızın ədəbi düşüncə tarixinə və tarix şüuruna "Babəkin qolları" kimi misilsiz töhfə vermiş Əli Kərimi tanımayan QABİLiyyətsizlərlə Sevinc Mirzəyevanın da üzvlərindən biri olduğu mobil ideoloji diversiya qrupunun qalan üzvləri arasında elə dərin intellektual fərq yoxdur. Bu isə olduqca mühüm məqamdır.

Söhbət ondan gedir ki, tarixən bir ölkəni siyasi əqidəsinə görə ilk növbədə intellektualar tərk edib. Səbəb sadədir: hakim rejimlər qalan bütün sosial kəsimlərdən çox ziyalılara basqı edir, təzyiq göstərir ki, onlar öz fərqli ideyalarını cəmiyyətdəki digər zümrələrə aşılamasınlar, kütləvi dalğalanmalar yaratmasınlar. Əgər onlar gerçəkdən ziyalılıq missiyasını daşıyan, daşımağa cüzi də olsa potensialları olan fərdlər olsaydılar, demirəm aralarından Albert Eynşteyn, yaxud Henri Kissincer çıxardı (bu şəxslərin siyasi qaçqın olduqlarını yəqin bilirsiniz), heç olmasa, Vladimir Nabokovun "Lolita"sı həcmində (məzmun bir qırağa) cızma-qara ortaya çıxarardılar. Amma bunlar nə edir? AXCP sədri Əli Kərimlinin "İnqilab" adlı əmizadəsinin kefinin kök vaxtında başlarına atdığı şabaşdan vəcdə gəlib "kuyi-meyxanəyik" deyirlər... Çox pakizə, bəs, görəsən, o adamlardan nədən bircəciyini ictimai-siyasi proseslərdən az çox məlumatlı olan şəxslər "milli adam" deyə xarakterizə eləmirlər? Qənimət Zahid, Qurban Məmmədov, Orduxan Teymurxanlı, Sevinc Mirzəyeva, Arif Məmmədov, Səid Nuri, canım sizə desin, Leyla Yunus və digərləri... görəsən, niyə bu adamların hər birinin adı ayrı-ayrı ölkələrin kəşfiyyat institutları ilə əlaqələndirilir?

Ən əsası, bu "inqilab" söhbəti o kəşfiyyatlardan hansının başının altından çıxdı və necə oldu ki, bu qədər fərqli siyasi qiblələrə malik olanlar tez-tələsik kimin tutduğu bilinməyən bir çətirin altına doluşdular?

Psixoloqlar üçün sual budur: hansı fərd və qruplar inqilabi aktivlik göstərərlər və niyə göstərərlər? Bu suala cavab axtarılanda bəlli olub ki, inqilab ideyasının daşıyıcıları arasında çox sayda ortaq xüsusiyyətlər mövcuddur və bu xüsusiyyətlər onların davranışlarında həm fərdi, həm də kollektiv səviyyədə üzə çıxır. Ayrı-ayrı inqilab liderlərinin və fəallarının psixikasının təhlili göstərib ki, yuxarıda səslənən suala Ziqmund Freydin nəzəriyyəsi çərçivəsində, "Edip kompleksi" adlanan psixoloji travmalar silsiləsində axtarmaq lazımdır. Bu prizmadan baxanda Avropadakı "18+" diversiya qrupunun söyüşünün də, döyüşünün də mahiyyəti tamamən aydın olur. Onlar öz seksual ehtiraslarını bu dəfə "inqilab" kəlməsi ilə ana vətənə yönəldiblər...

Картинки по запросу isa qəmbər

Azərbaycanda inqilab üçün heç bir zəmin, inqilabi şəraitin heç bir əlaməti yoxdur, olacağı da gözlənilmir. Sosial-siyasi nəzəriyyələrdə inqilablarla bağlı 6 (altı) əsas konsepsiya var. Kim istəyirsə, həmin konsepsiyaların hər biri üzrə həm ayrılıqda, həm də cəm şəklində xalqın gözü önündə mübahisəyə hazıram, üstəlik, ən müxtəlif ölkələrin təcrübəsinə də istinad edə bilərik, amma haradan və hansından baxsaq, Azərbaycanda inqilabi proses üçün sosial, siyasi, iqtisadi, mədəni baza görməyəcəyik. Həvəsiniz varsa, buyurun, bir beyin həmləsi olaraq, Azərbaycanda inqilab məsələsini Emil Dürkheym, Talkott Parsons və Robert Merton kimi məşhur sosioloqların irəli sürdüyü "sosial sistem" konsepsiyasına əsasən incələyək və öz təhlilimizdə "İnqilab və sosial sistem" adlı kitabın müəllifi, məşhur siyasətşünas Conson Çalmersə istinad edək.

Bu ölkədə bircə sosial təbəqə göstərin ki, Yeni Azərbaycan Partiyasının iqtidarı dövründə gerçəkləşmiş sosial-iqtisadi dəyişikliklərdən qıraqda qalmış olsun, sistem tərəfindən yadlaşdırılsın, ümumi düzəndən kənara itələnsin? Bu ölkədə ən yoxsul insan belə sistemin bir parçasıdır, dövlətdən ən azı minimum ehtiyaclarını ödəyəcək şəkildə dəstək alır, onun qarşısında cəmiyyətin digər seqmentlərinə inteqrasiya olunmaq üçün heç bir hüquqi, siyasi, mədəni sədd yoxdur.

Bu yazını böyük xəyal qırıqlığı ilə oxuyacaqlarına şübhə etmədiyim opponentlərə düşüncələrimi elmi kontekstdən çıxarmaq üçün əsas vermiş olsam belə, çox sadə bir misal da çəkim. Bu gün Azərbaycanda elə bir rayon varmı ki, orada neçə-neçə dəbdəbəli şadlıq evi tikilməsin? Məhz bu örnəyi göstərməyə ona görə meyil edirəm ki, şadlıq evləri ölkədə təkcə sosial-iqtisadi yox, həm də mədəni dəyişikliklərin hər kəsin rahatlıqla qavraya bildiyi nəticələrindəndir, paralel olaraq, milli adət-ənənələrin sərbəst bazar iqtisadiyyatına keçid şəraitinə uyğunlaşmasının, cəmiyyətin sosial paylaşım ənənələrinin bariz nümunəsidir. Dövlət başçısının və onun komandasının konseptual hədəfinin Azərbaycanı istehlakçı toplumdan istehsalçı topluma çevirmək, insan kapitalını inkişaf etdirmək və işğal edilmiş torpaqlarımızın azad etmək olduğunu da yada salsaq, əminliklə deyə bilərik ki, cəmiyyətin tarazlığını pozacaq heç bir katastrofik vəziyyət gözə dəymir və gözlənilmir.

Əlbəttə, heç bir cəmiyyət problemlərdən xali deyil, Azərbaycanda da spesifik tarixi inkişaf yolundan doğan, o cümlədən prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurlarını müşayiət edən çox ciddi, çox dərin problemlər öz həllini gözləməkdədir. Ancaq bu problemlər də cəm şəklində inqilabi şərait yarada bilməz ona görə ki:

a) Onların ən dərin və əhəmiyyətli hissəsi nəinki müstəqillik illərində meydana çıxıb, hətta sovet dövrünə məxsus deyil, səbəbləri daha dərin qatlardadır;

b) Hələ bu günə qədər Azərbaycanda elə bir problem olmayıb ki, Prezident və onun komandası həmin hadisəyə reaksiya verməsin, müdaxilə etməsin, aradan qaldırılması yönündə əməli addımlar atmasın, politoloqların təbirincə desək, iqtidar zəifliyi göstərilsin.

Картинки по запросу ilqar məmmədov

Sadəcə, bu il baş verən olayları yada salaq. Azərbaycanda və Azərbaycanla bağlı hansı hadisə baş verib ki, İlham Əliyevin həmin olaya əl qoyması reytinqinin yüksəlməsinə yox, enməsinə rəvac verib? İstər ciddi sosioloji sorğular, istərsə də gündəlik müşahidələr göstərir ki, Prezident Əliyevin hər bir çıxışı, hər bir görüşü, hər bir qərarı cəmiyyətdə şövqlə, təqdirlə, məmnunluqla qarşılanır. Əgər bir ölkənin əldə etdiyi bütün uğurların arxasında hakim qüvvənin innovativ layihələri dayanırsa, iqtidarın bütün sosial qruplarla kommunikasiya xətti açıqdırsa, idarəçilik aparatı mobil və çevikdirsə, birinci şəxsin siyasi nüfuzu və administrativ avtoriteti kritik məqamlarda belə azalmır, əksinə artırsa, o məmləkətdə inqilabdan söz açmaq, mümkün qədər nəzakətli ifadə edəcəm, absurddur, cəfəngiyatdır!

Bu günlərdə AXCP sədri Əli Kərimlinin sosial şəbəkədə yayımlanan son müsahibələrindən biri qarşıma çıxdı. Axıracan izlədim. Müzakirələrə həvəssiz qatılması aydın görünsə də, əsas tezisi bu idi ki, biz Suriyadakı, Livandakı, Misirdəki inqilablardan yox, Ermənistandakı, Gürcüstandakı, Ukraynadakı inqilablardan istəyirik. Doğrusu, siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı, PR-çısı Natiq Ədilov, təşkilatçısı Gözəl Bayramlı, siyasi texnoloqu Mehman Əliyev olan bir partiya sədrindən bundan daha dərin açıqlama gözləməyə də dəyməz. Əli Kərimlinin bir siyasətçi kimi bütün cəhdləri önə çıxmağa, bütün yerli və xarici qüvvələrə özünü etiraz elektoratının əsas lideri kimi göstərməyə yönəlib, bu, təbii və başadüşüləndir. Ancaq Əli Kərimlinin elə öz düşərgəsində nəzərə almağa həvəs göstərmədiyi bir gerçəklik də var: bu gün müxalifət düşərgəsində suyun altına enmiş və üzə çıxmaq üçün əlverişli məqam gözləyən xeyli isim mövcuddur və onların cinahdaxili siyasi təsir imkanları AXCP sədrindən heç də az deyil. Məsələn, bu yaxınlarda Müsavatın faktiki lideri İsa Qəmbər "kim inqilab etmək istəyirsə, öncə ölkəyə qayıtsın" deyə üstüörtülü şəkildə olsa da, Rəsul Quliyevə "çayı keçmək istəyirsənsə, gəl, suyun qırağında çırman" mesajı verdi. Bu mesaj həmçinin Müsavat Partiyasının Əli Kərimli ilə eyni qayığa minmək istəməsindən xəbər verir. Əlbəttə, Müsavat ı da, elə Əli Kərimli də fərqindədir ki, nə Qubad İbadoğlunun ABŞ-dan Rəsul Quliyevin imzası ilə gətirdiyi təlimat, nə də həmin təlimatın bir bəndi kimi, sabiq səhiyyə naziri Əli İnsanovla mümkün işbirliyi müxalifətin indiyə qədər yaratdığı çoxsaylı konfiqurasiyalardan biri olmaqdan o tərəfə gedə bilməz. Ona görə gedə bilməz ki, siyasət ölü diriltmək sənəti deyil, sosial şəbəkələr hər nə qədər "möcüzəli" kommunikasiya vasitəsi olsa da, Mark Zükkerberqdə İsus Xristos qüdrəti yoxdur, "Azərbaycan Xalq Hərəkatı" adı verilmiş siyasi qəbiristanlıqda da "Azerifreedom"un mikrafonu kimsəyə can vermədi.

Картинки по запросу əli kərimli

Həm də bu təcrübəni nəzərə alaraq Əli Kərimlinin önə çıxa bilməsi üçün atmalı olduğu ən zəruri addım Milli Şura buxovundan azad olmasıdır. Hər nə qədər zahirən AXCP-nin vitrini, Kərimlinin əlini gücləndirən faktor kimi görsənsə belə, Milli Şura həm onun manevr imkanlarını azaldır, həm də əlavə və əsaslı suallar qarşısında qoyur. Fəxri sədri Rüstəm İbrahimbəyov Bakıda ola-ola gəlib qurumun iclasında iştirak etmirsə, deməli, Milli Şura da artıq Demkonqress, SİDSUH, "Azadlıq" bloku kimi tarixin axivindədir. Yaxud, AXCP-nin ilk sədri Əbülfəz Elçibəyi "DTK agenti" adlandıran Leyla Yunusun hələ də Milli Şura üzvü olaraq qalması Əli Kərimlinin liderlik iddiaları baxımından tam bir fiasko nümunəsidir. Amma bir anlıq fərz edək ki, Əli Kərimli əvvəlcə Leyla Yunusu Milli Şuradan qovdu, ardınca Milli Şura öz fəaliyyətinə xitam verdi, daha sonra müxalifət yeni konfiqurasiya yaratdı, Gültəkin Hacıbəyli də "rəngli inqilablar"ın formal əlamətlərindən biri olan qadın lider kimi yeni birliyə rəng qatdı... Bu zaman AXCP sədrinin elan etdiyi "kurs" Azərbaycanda reallaşa bilərmi?

Əvvəla, SSRİ dağıldıqdan sonra nə Gürcüstanda, nə Ukraynada, nə Qırğızıstanda, nə də Ermənistanda heç zaman heç bir inqilab baş verməyib. Oradakı hadisələr inqilabın klassik forma və dinamikasına, səciyyəvi xüsusiyyətlərinə malik deyil. Həmin olayları "rəngli inqilablar" adlandırmaq akademik yox, mediatik yanaşmadır. Odur ki, Əli Kərimlinin "biz elə yox, belə inqilab istəyirik" deyə bir bəyanat verməsi, özünü belə bir açıqlama vermək məcburiyyətində hiss etməsi konseptual olaraq yanlışdır və bu yanlışlıq AXCP-nin timsalında müxalifətin ideya istehsal etmək potensialının olmamasının göstəricisidir.

Digər yandan, həmin proseslərin aşağı-yuxarı eyni parametrlərlə baş verə bilməsi üçün istənilən ölkədə "seçki və legitimlik" problemi üzə çıxmalıdır. Başqa sözlə, AXCP sədrinin təbirinə uyğun desək, rəngli inqilabçılığa başlamazdan öncə Əli Kərimli prezident seçkilərində, yaxud müxalif partiyalar parlament və ya bələdiyyə seçkilərində hakim qüvvəyə qalib gəlməli, iqtidarın legitimliyini əsaslı şəkildə şübhə altına salmalıdırlar. Yuxarıda adı çəkilən keçmiş SSRİ ölkələrində də belə olub, əvvəlcə seçkilər udulub, daha sonra seçkinin gerçək nəticələrini qəbul etdirmək üçün milyonlarca insan meydana çıxıb, sonda meydan administrasiyaya qalib gəlib, yaxud başqa formada iqtidarın qanuniliyi mübahisəyə çevrilib. Ancaq iş ondadır ki, bu gün iqtidarın deyil, Əli Kərimlinin özünün AXCP sədri kimi legitimliyi şübhə altındadır. Üstəlik, Əli Kərimlinin özünün və təşkilatının siyasi rəqabətə hazırlılıq göstəricilərini nəzərdən keçirəndə heç bir ciddi resursa malik olmaması üzə çıxır və məlum olur ki, günü sabah ölkədə hər hansı səsvermə keçirilsə, AXCP sədri siyasətdə həmişə asanlıqla tapılan bəhanələrdən birinə sığınıb nəinki İlham Əliyevin, hətta İlham Əliyevin başçılıq etdiyi partiyanın onuncu, iyirminci dərəcəli funksionerlərinin qarşısından yenə qaçacaq! Bəlkə də 2005-ci ildə olduğu kimi "Qələbə" kinoteatrının qarşısında dövrə vuraraq qaçacaq! Bir sarı taksidə... O taksinin maqnitofundan isə məhz Flora Kərimovanın səsi gələcək: "Bir axşam taksidən düşüb payıza, bilmədik haraya hayana gedək..."

Taleh Şahsuvarlı,
AzNews.az

Xəbər Lenti

Avropa Liqasında ilk həftənin rəmzi komandası - FOTO

Ermənistan müdafiə nazirindən Dilqəm və Şahbazın dəyişdirilməsinə münasibət - Mümkündür

Bu ölkədə qadınlar küçədə sinəsi açıq gəzə biləcəklər - FOTO

Almeyda "Astana" ilə müqaviləni pozdu

Muğam Mərkəzində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Bu uşaq "Qarabağ" - "Sevilya" matçından əvvəl etdiyi hərəkəti ilə gündəm oldu - VİDEO

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının 5-ci günü start götürüb - FOTO

Lopeteqi "Qarabağ"ın futbolçuları ilə görüşdü - FOTO

Uşaqlar üçün qadağan olunmuş siqaretlər satılır - VİDEO - FOTO

Aygün Kazımova : "Bu dünya həm acı, həm də şirindir" - VİDEO

Azərbaycanda "İrəvan" klubu yaradıldı, ermənilər təşvişə düşdü

Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən dərmanlar aşkarlandı - FOTO

Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

"Çelsi"də yeni müqavilə

Efirdə Vasifdən 30 min istədi - Xatirəni pərt edən cavab

Deputatdan borc qalmaqalı ilə bağlı AÇIQLAMA

Ayı kişini parçaladı

Saxalində ayı 1 nəfəri parçaladı

Rafael Cəbrayılova töhmət verilə bilər

Messi öz geyim brendini yaratdı

Bakıda azyaşlı oğlana təcavüz edildi - MƏHKƏMƏ

Bu gün Zöhrə Ağamirova Olimpiya oyunlarına vəsiqə üçün mübarizə aparacaq

Azərbaycanlı aparıcı bacısının DOĞUM ANINI KAMERAYA ÇƏKDİ - FOTO

Bakı sakinini vurub öldürən sürücüyə hökm oxundu

İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq

“Qarabağ”a görə ağladı - Günün şəkli

Qazaxıstanda iki nüfuzlu beynəlxalq məhkəmə assosiasiyasının iclasları keçirildi - FOTO

Dadaş Dadaşlinski əslində o imiş - FOTO

Nazir: "Azərbaycan və Çin traktor və digər kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisələr yaradacaq"

İƏT-in Baş Katibi: "Ermənistan rəhbərliyinin bəyanatı regional sülh və təhlükəsizliyə hədədir"

"Sevilya"lılar paltardəyişmə otağında şou göstərdilər - VİDEO

Qəzaya düşən Sayqa Cahid canlı yayımda səhhətindən DANIŞDI - VİDEO - FOTO

Aynur VİDEO paylaşdı, lağa qoyuldu

Əli Kərimli və Cəmil Həsənlinin yeni "mitinq" şousunun gizlinləri - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Neft ehtiyatı ən çox olan ölkələr - SİYAHI

Çin Azərbaycanda şin zavodu tikəcək

Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi - CƏDVƏL

Elza Seyidcahan bu şəxslə sevgilidir? - ÖZÜ AÇIQLADI

Zabit Səmədov “Diriliş Osman”ın çəkiliş meydanında - FOTO

Ukraynada məktəbdə 53 şagird zəhərləndi

Əməkdar artist oğlunun ölümündən DANIŞDI: “40-ı çıxmamış səhnəyə çıxdım” - VİDEO - FOTO

Rusiyada Afrika taunu yayılıb

15 yaşlı qızın dayaz hovuzda boğulma anı - VİDEO (+18)

Nailə İslamzadənin aparacağı veriliş bəlli olub

6 qadın və 1 kişi insanların gözü qarşısında şallaqlandı - Səbəb

MDB-dən nə əldə etdik?

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir

"Bazel" "Krasnodar"a 5 qol vurdu - VİDEO - FOTO

Hacı Əliyev dünya çempionatını medalsız başa vurdu

19 bıçaq zərbəsi alan bloqer qan içində FOTOlarını paylaşdı

"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO

Bakıda gəlin 70 yaşlı qayınanasını öldürüb qaçdı - TƏFƏRRÜAT - FOTO

"Beşiktaş" əlavə vaxtda şok yaşadı - VİDEO - FOTO

81 yaşlı qadın pulunu oğurlamaq istəyən gənc qızı döydü - VİDEO - FOTO

Qəzadan son anda qurtuldu - VİDEO

"Ludoqorets" ÇSKA-nı qol vurmağa peşman etdi - VİDEO - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

Keçmiş nazir 23 yaşlı kollec tələbəsini intim videoları ilə şantaj edərək zorlayıb - Ölkədə qalmaqal - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

"Başakşəhər" İtaliyada darmadağın oldu - VİDEO

"Nargis" Fondunun dəstəyi ilə Samsung şirkətinin yeni layihəsi işıq üzü görüb

Avropa Liqası: ən yaxşı adına 4 namizəd

Orxan Aysunla sevgili olması xəbərindən danışdı: "Anasından, bacısından xəbəri olmayan binamuslar..." - VİDEO

Baş prokurorun müavini Beynəlxalq Prokurorlar Assosiasiyasının tədbirində iştirak edib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum oldu

Dodağını kiçildən və piyini çıxartdıran Könül TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞDİ - FOTO

"Arsenal"ın Frankfurt zəfəri - VİDEO - FOTO

"İlk qola qədər yaxşı oynamırdıq" - Çiçarito

Məleykə fotoşopun "ağını çıxartdı", yenə bəyənilmədi - FOTO

Kapital Bank dünya nəhəngi ilə memorandum imzaladı

"Mançester Yunayted" "Astana"nı bir qolla məğlub etdi - VİDEO - FOTO

"Ağadadaş Ağayev məni gecə 2-də evə buraxırdı..." - Afət Fərmanqızı

Bakıda 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı

Sirli görüş - Tramp Facebook-un rəhbərini Ağ evdə qəbul etdi

Alış-veriş mərkəzinin damında cəsəd tapıldı - Ölən şəxs aktrisadır - FOTO

Ukraynada ən uzun tramvay istifadəyə verildi - FOTO

Elmira Rəhimova illər sonra - FOTO

"Qarabağ" "Sevilya"ya belə uduzdu - VİDEO - FOTO

“Facebook”un ofisində intihar

"TikTok" ulduzu canlı yayımda öldü - FOTO

8 ton ot bağlaması yanıb

Vaşinqtonda atışma nəticəsində bir nəfər ölüb

Rusiyada Azərbaycan vətəndaşları olan mikroavtobus qəzaya uğrayıb

İstanbulda bazarda bomba haqqında yalan məlumat verən şəxs saxlanılıb

Yəməndə avtobusun partlaması nəticəsində 5 nəfər ölüb

Ağstafada təhlükəli tapıntı - FOTO

Elmar Məmmədyarov Peter Siyarto ilə görüşüb - FOTO

Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI

Bakı dünya çempionatında İsrail komandasına uğur gətirib

Azərbaycanda gimnastika sürətlə inkişaf edir - tamaşaçı

"Beşiktaş" uduzdu, "Arsenal" və "Roma" darmadağına sevindi

"Əsrin Müqaviləsi"nin 25 ili tamam olur

Günün qoroskopu: Məntiqi unutmayın

Bakı Şəhər Ticarət və Xidmət Departamenti sahibkarların qəniminə çevrilib - Eldar Əzizov hara baxır?

Elmar Məmmədyarov Çingiz Aydarbekov ilə görüşüb

Bakıda bədii gimnastika üzrə dünya çempionatı finallarının qalibləri mükafatlandırılıb - FOTO

APOEL - "Dudelanj" matçında gözlənilməz nəticə

"Qarabağ" - "Sevilya" oyununda ÜÇ QOL VURULDU - YENİLƏNİB - FOTO

"Qarabağ" "Sevilya"ya qarşı - ÜÇÜNCÜ QOL VURULDU - FOTO - YENİLƏNİB - CANLI YAYIM

"Qarabağ" "Sevilya"ya qarşı - İKİNCİ QOL VURULDU - FOTO - YENİLƏNİB - CANLI YAYIM

Səfir: Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir

"Qarabağ" "Sevilya"ya qarşı - HESAB AÇILDI - FOTO - YENİLƏNİB - CANLI YAYIM

Bakının "almaz boyunbağı" - FOTOREPORTAJ

Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

Dina Averina dünya çempionatında lentlə hərəkətlərdə birinci yeri tutub

İrandan heroin alıb satan qadın ifşa olundu

"Qarabağ" "Sevilya"ya qarşı - YENİLƏNİB - CANLI YAYIM

"Qızıl top" nə vaxt veriləcək?

Bakıda arvadına 18 bıçaq vurub sonra başını kəsən şəxsə HÖKM OXUNDU

Dina Averina qızıl medalını qazandı

"Real"dan Mbappe üçün fantastik məbləğ

Milli Paralimpiya Komitəsinin baş katibi beynəlxalq forumda çıxış edəcək

Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI

18 yaşlı qızı qaçıran, onu atıb, başqası ilə evlənən meyxanaçı indidə də modellə... - FOTO

Neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilib

"Mançester Yunayted"də 5 illik müqavilə

"Yoldaşımın xəbəri yoxdur, ora çox toxunmadıq" - Bütün bədəni göyərən müğənni - VİDEO - FOTO

Mərkəzi Elmi Kitabxanada "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib - FOTO

Prezident İlham Əliyev Kərim Kərimovla bağlı sərəncam imzaladı

70 minə yaxın mənzil istiliklə təmin edilməyəcək - VİDEO - FOTO

Fati milli seçimini etdi - İspaniya, yoxsa Portuqaliya?

Təkrar mənzillər paytaxtın daha çox hansı hissəsində satılır?

Rusiyalı tamaşaçı: "Gimnastlara Bakıda çıxış etmək çox rahatdır"

İstanbulda antiterror əməliyyatı: 8 İŞİD-çi saxlanıldı

Ana yatmayan övladına heroin verdi: uşaq öldü - FOTO

Murad ATA OLDU: Həyəcan, gərginlik hamısı bir-birinə qarışıb - FOTO

Öldürülən qadınların sayı qədər binadan ayaqqabı asıldı - VIDEO - FOTO

Milli Gimnastika Arenasında Aliyə Qarayeva ilə görüş keçirilib - FOTO

Məşhur klubdan porno ulduza sürpriz dəvət - FOTO

Tunisin eks-prezidenti Səudiyyə Ərəbistanında öldü

FHN 168 yaşayış binasının istifadəsinə rəy verib

Bədii gimnastika üzrə dünya çempionatında Rusiya komanda hesabında birinci oldu

"Liverpul"dan Maneyə yeni müqavilə

“Profilim oğurlanmayıb” - Selcan atasını təkzib etdi - VİDEO

Bakıda bədii gimnastika üzrə dünya çempionatı azarkeşlər üçün bayramdır - FOTO

ARB-nin işdən çıxarılan aparıcısı yarıçılpaq, şalvarsız FOTOsunu yaydı

Cənubi Koreyada tələbələr aksiya keçirirlər

Məşhur məşqçi qovuldu

Nanə və Üzeyirin bu FOTOsu çox bəyənildi - Aparıcı şərhləri bağladı

Bədii gimnastika üzrə dünya çempionatında lentlə hərəkətlərdə finalçılar məlum olub

GÜCLÜ ZƏLZƏLƏ: ölkə iki dəfə silkələndi

“Art Tower” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisinin açılışı olacaq

Lukaşenkodan oğulları ilə bağlı xəbərə münasibət

Nazirlikdən işsiz vətəndaşlarla bağlı AÇIQLAMA

Günel BOŞANDI?

Çimnaz ehtiraslı pozlar verdi - FOTO

Gəncə hadisələrində təqsirləndirilən 7 nəfərə hökm oxundu - 81 il

Aparıcıdan “Qarabağ”a dəstək - Efirə belə çıxdı - VİDEO

Tahir Gözəl “Sevilya”nın prezidenti ilə görüşdü - FOTO

Bakıda AZAL-ın dəstəyi ilə “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilib

"Saudi Aramco"ya hücum: görünən və görünməyən faktorların fonunda

Taleh Şahsuvarlı Azərbaycan kəşfiyyatının rəhbərlərinə səsləndi - "Böhtan atıramsa, məni həbs edin, ya da..."

Putin Paşinyanın görüş təklifini rədd etdi

Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Fuad Qəhrəmanlının həyat yoldaşı boşanma ilə bağlı məhkəməyə müraciət edib

Afaq Aslan toya elə geyindi ki, yarığı "göbəyinə çatdı" - FOTO

Bakı metrosundan Avropa Liqası açıqlaması

Aliyə Qarayeva: "Azərbaycanda olan şərait başqa heç yerdə yoxdur"

Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi" Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı"

"Bir zənglə istənilən ölkəyə girə bilərik..." - Tramp

“Cavan qız uşağı diskotekada nə işin var idi?”

Zərifdən xəbərdarlıq: "Əgər İran vurulsa..."

Makron açıq şəkildə Kiyevi Putinə satır - Sensasion iddia

"Ramal Mələkxanımı biabır etdin" - Elarizdən sərt cavab

Hacı Əliyevlə Mahir Əmiraslanov üçün bürünc medal şansı

Tramp Meksika ilə sərhəddə tikilən divara imza atdı

Sabaha manatın məzənnəsi

Ronaldunun "Atletiko"ya jestinin mənası - VİDEO

Nazir: "OPEK+ ölkələrinin təcili iclasını çağırmağa ehtiyac yoxdur"

Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib - FOTO

Əli Əhmədov: ""Əsrin müqaviləsi" Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir"

Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıblar

"ABŞ-a qarşı sərt addımlar atılacaq"

Azərbaycan gimnastları: "Biz bir-birimizi dəstəkləyirdik" - FOTO

"Strateji inkişaf yolunun başlanğıcı - “Əsrin müqaviləsi""

Ronaldudan həssas açıqlama

Futbolçu avtomobilində güllələnərək öldürüldü - Şəhərin ortasında DƏHŞƏTLİ OLAY

Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı

Belçika qırıcısı Fransada qəzaya uğradı

Arvadını öldürən Qurbanova 18 il həbs verildi

Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

Qobustana gələn turistlərin sayı artıb

Oyun zamanı futbolçuları ildırım vurdu - VİDEO

Daha 4 güləşçimizin rəqibi bilindi - Dünya çempionatı

ABŞ senatoru uşaq pornosu ilə tutuldu

Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

"Real" 578 oyun sonra