AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Kanadalı xanımlarla azərbaycanlı xanımlar arasında hansı fərqlər var? - Kanadada iş quran azərbaycanlı danışır

  16

Bir insanda xarakterin çox önəmli olduğunu düşünür. Bu xarakterlə Zimbabveyə də getsə, orada cücərib üzə çıxacağını bildirir. Çox istəyir ki, Kanadada yaşayan Azərbaycan xanımları bir yerdə dayanmasınlar, öz işlərini  qursunlar. Bunun üçün hətta onlara köməyini də təklif edir. 

Mehriban Əliyeva 15 ildir Kanadanın Toronto şəhərində yaşayır və şəhərin mərkəzində fəaliyyət göstərən La Dira Dəriyə qulluq butikinin sahibidir.

Demokratikmusavat.com Modern.az-a istinadən Kanadada yaşayan azərbaycanlı jurnalist Lalə Musaqızı ilə müsahibəni təqdim edir. 

- Bir az keçmişdən başlayaq. Nə vaxt Kanadaya köçmək qərarına gəldiniz?

- Əksər azərbaycanlı ailələrdə olduğu kimi, mən də övladlarımın mənim çəkdiyim əziyyətləri çəkməyini, eyni həyatı yaşamağını  istəmədim. Onların daha çox seçim imkanlarına malik olması üçün 2004-cü ildə ailəmlə buraya üz tutduq. Demirəm, biz Kanadaya gəlməklə Azərbaycanı tamamilə tərk etdik. Vətənlə bağımız qopmayıb, gediş-gəlişimiz var. Bəlkə övladlarım nə vaxtsa peşəkar olaraq Azərbaycana qayıda bilər. 

- Deyəsən, gələrkən ingilis dili ilə bağlı çətinliyiniz olub.

- Bəli, dillə bağlı böyük çətinliyimiz oldu. Buna görə Kanadaya  gəlmək istəyənlərə ilk tövsiyəm o olur ki, əlavə stresə düşmək istəmirlərsə, mütləq dili öyrənsinlər. İndi yadımıza düşəndə kədərləndiyimiz qədər də güldüyümüz bir əhvalatı sizinlə paylaşmaq istəyirəm. Kanadaya gələndə ev üçün bazarlığa getmişdik. Market çox böyük olduğundan duz tapmadıq və  ingiliscə duza nə deyildiyini bilmədiyimizdən heç kimdən yerini soruşa bilmədik. Evə qayıdıb duzsuz vermeşil bişirib yedik. Dili bilmədiyimizə görə itərik deyə, evdən çox uzaqlaşa bilmirdik. Çox çətin günlər idi...    

- Nə zaman dil baryerini aşdınız?

- 3 ildən sonra yavaş-yavaş danışmağa başladım. Heç nə asan deyil. O zaman ki, Allah səbr verir, adama güc gəlir, hər şeyə qadir olursan. Amma onu da etiraf edim ki, itirdiklərini qadir olduqların əvəzləmir. Yaxınlarını görmürsən, kökündən uzaqlaşırsan, vətəndən ayrı qalırsan. Vətəndən ayrı qalmaq o qədər də asan deyil. 

- İngilis dilini bilməsəniz də, boş oturmamısınız, gələndən bir il sonra Kanadada fəaliyyət göstərən Azərbaycan televiziyasında işləmisiniz. Bir az bu barədə danışardınız. Necə oldu, AzCan TV-də çalışmağa başladınız?

- Mənim jurnalistika ilə yaxından, uzaqdan heç bir əlaqəm yox idi, kameranın, işığın nə olduğunu bilmirdim. Ürəyimdəki vətən sevgisi, Azərbaycanı tanıtmaq istəyi 2005-ci ildə məni Rogers OMNİ TV-nin tərkibində fəaliyyət göstərən AzCan TV-yə apardı və 4 il orada könüllü əsaslarla aparıcı, reportyor kimi çalışdım.

Qeyd edim ki, hər həftə Rogers OMNİ TV-də Kanadadakı bir çox millətlərin dilində 30 dəqiqəlik verilişlər, süjetlər və s. verilirdi. Bizdə hər şey həvəskar səviyyədə idi, mikrafonumuz da, işığımız da, kameramız da... Hətta AzCan TV-də İranın keçmiş folklorunu göstərirdilər. Soruşdum ki, bu, Azərbaycan deyil axı, niyə vətənimizlə bağlı materiallar vermirsiniz. Əllərində materialın olmadığını dedilər.

Televziya ölkənin üzüdür. Nə yazıq ki, müxtəlif dillərdə verilən proqramlar arasında indi Azərbaycan dilində efir vaxtı yoxdur. Təəssüflər olsun ki, Azərbaycanın Kanadadakı keçmiş səfirliyi,  indiki nümayəndəliyi ölkəmizin tanıdılması üçün heç nə etmir. Azərbaycanı tanıtmaq üçün hər cür şərait olsa da, köməyimiz yoxdur. 

- Deyəsən, Azərbaycan adına Kanadada keçirilən tədbirlərdə də aparıcı olmusunuz...

- Bəli. Elə televiziyada işlədiyim müddətdə buradakı bütün şənliklərə aparıcı kimi qatılırdım. Mən çox fəal azərbaycanlıyam və Azərbaycanı utandıracaq azərbaycanlı deyiləm. 

- Kanadaya gələn miqrantların əksəriyyəti adətən yeni gələrkən öz sahələri üzrə çalışmırlar. Televiziyadan başqa,  hansı sahələrdə çalışdınız?

- Mənim əlimdə sənətim olduğundan yeni gələrkən başqa yerlərdə işləməyə ehtiyacım olmadı. Bakıdaykən saç ustası idim. Bura gələndə də evdə saç kəsiminə başladım. Amma yoldaşım ailəni saxlamaq üçün özünə aid olmayan fərqli bir sahədə çalışdı. Qeyd edim ki, əgər Kanadaya əlində bir sənət olmadan gəlirsənsə, ailəni saxlamaq üçün tamamilə fərqli, sənə yad olan sektorlarda işləməyə məcbursan.

Sonradan mən də özümü müxtəlif sahələrdə sınadım. Yeniliyə, öyrənməyə açıq, bir yerdə dayanmağı sevməyən adamam. Həmişə də zarafatla deyirəm ki, kimin kor qızından əskiyəm, gedib öyrənəcəm. Madam ki, başqa ölkəyə gəlmişəm, tısbağa kimi öz qınımda qalmağı deyil, yayılmağı sevirəm. Dostlarımın 95 faizi başqa ölkələrdəndir.  

İşlədiyim hər bir iş yerini dostlarımın sayəsində tapmışam. Müştərilərlə yaxşı anlaşma qura biləcəyimi deyib, müxtəlif iş təklifləri edən dostlarım olub. Amma həmişə istəmişəm ki, çalışdığım yerdə kor-koranə çalışmayım, təhsilini də alım, nəzəriyyəsini də bilim. Kanadada belə şeylərdə məhdudiyyət yoxdur. 3 aylıq, 6 aylıq kursları bitirmək üçün dövlət təhsil haqqını ödəyir.

Sırf ingilis dilimi inkişaf etdirmək üçün mağazada da çalışmışam. Bundan başqa, fitnes klubda mühasib işləmişəm. Rina Qrin adlı moda dizayneri ilə əməkdaşlıq etmişəm. Onun keçirdiyi moda şoularında modellərin makiyajını, saçını  hazırlamışam. Avanqard, qlamur stillərinə üstünlük verdiyimdəm Rina Qrin mənimlə əməkdaşlığa üstünlük verirdi.

Son çalışdığım iş yeri isə daşınmaz əmlak agentliyi olub. İşə başlayandan üç ay sonra əmlakın idarə edilməsi üzrə menecer olmaq üçün kurslara getməyə başladım.  Xarakterim, ünsiyyətcilliyim, hər adamla dil tapa bilməyim, təqdimat bacarığım, özgüvən hissim, görünüşüm bu işdə çalışmağıma imkan verirdi. İki kursu bitirdim, üçü qalmışdı. İşini bilməyən insanlardan yoruldum. Bəlkə də bu, illərin yorğunluğu idi. Artıq o səviyyəyə çatdım ki, heç kiminlə işləmək istəmədim... 

- Beləcə, öz işinizi qurdunuz...

- Bəli. Onsuz da 1995-ci ildən gözəllik sferasında idim, qadınlarla işləyirdim. Yenə də qadınlarla işləməyə qərar verdim. Dedim ki, mənim bacarmayacağım iş yoxdur, bunu da bacaracağam və işlək vəziyyətdə olan SPA mərkəzi aldım. 8 ay müddətində buradakı işçilərdən işin xırdalıqlarını öyrəndim. Maşınları işlətmək üçün kurslara getdim, sertifikatlar aldım. Kanada  Gözəllik Kollecində(Canadian Beauty Collage) kurs keçdim. A.P.L lazer, saç tökülməsi üzrə lisenziya aldım. İndi sırf cild baxımı, dəriyə qulluq üzərində işləyirəm. Çox da gözəl nəticələr alıram. Bilirsiniz ki, bu gün Kanadada biznesi olanlar üçün müştərilərin Googla girib həmin biznes haqqında mənfi, yaxud müsbət rəy yazması çox önəmlidir. Kanadada biznesi olan adamın bacarığını,  müştərilərin Googlda yazdığı fikirlərinə (review) görə qiymətləndirmək mümkündür. Kiməsə pul verib yaxşı rəy yazdıra bilmirsən. Çünki Google böyük bir şirkətdir və bütün İP adreslərini yoxlayır. Əgər sən özün özünə rəy yazırsansa, onu qəbul etmir. 3-4 rəy eyni İP-dən gələndə isə, sənin səhifən, ümumiyyətlə, bağlanır. Googlda sənin biznesin haqqında rəylərin bağlanması biznesini bağlamaqdan daha betərdir. Əgər La Dira adını axtarışa verib baxsanız, görərsiniz ki, biznesim haqda çox gözəl rəylər var.

- Biznesinizə yeni başlayanda sizə çətin olmadı ki?

- Xeyr, çətin olmadı. Çünki bacarıqlarım, xarakterim işi aparmağıma, müştəriləri ələ almağıma imkan verdi. Bundan başqa, mən özümü çox şanslı bir xanım hesab edirəm. Çünki başqa işlərdə olduğu kimi, bu işdə də həyat yoldaşım məni dəstəklədi, arxamda durdu, irəli getməyim üçün yardımını əsirgəmədi. Yoldaşım həmişə deyir ki, o iş ki səni xoşbəxt edir, get, çünki bütün ailənin xoşbəxtliyi evdəki qadından asılıdır. Qadın xoşbəxt deyilsə, o ev də xoşbəxt olmayacaq. 

- Müştəriniz olan  kanadalı xanımları necə xarakterizə edərdiniz?

- Kanadalı müştərilər ən sadə və ən çox gəlir gətirən müştərilərdir. Mənim daimi üz baxımına gələn azərbaycanlı müştərim yoxdur.

Kanadalılar çox sadə, hər şeyə təşəkkür etməyi bacaran sadə insanlardır. Sən onlar üçün balaca bir şey etsən, 100 dəfə sənə təşəkkür edəcəklər. Mənim bir gülər üzüm, komplimentim onlar üçün kifayətdir. Deyirlər, sən bizim günümüzün gözəl başlamasına səbəb oldun. Kanadalı xanımlar bir komplimentə  möhtacdırlar. Biz kapitalizmdə yaşayırıq və kapitalizmdə yaşamaq çox da asan deyil. Çünki belə cəmiyyətlərdə insanlar hara nə xərclədiklərini çox yaxşı bilirlər. Amma sən ki, onların etimadını doğruldur, təmiz qəlblə yanaşırsan, səni buraxmazlar və elədiyinin onqatını verərlər. Harada görmüsünüz ki, 120 dollarlıq prosedurda 100 dollar "çayavoy" versinlər. Yeni ildə iş  otağım hədiyyələrlə dolur.

Kanadalı müştərilərlə çalışanda gərək professional olasan, xarakterin doğru olsun, onları aldatmayasan. Əgər bircə dəfə aldatsan, heç vaxt imkan verməzlər, işin getsin. Bir var, pul verib özünü relam edəsən, bir də var, səni başqalarına tövsiyə edələr. Üçcə nəfər Googlda girib sənin biznesin haqqında pis bir şey yazsa, heç kim qapını açmayacaq.

Qeyd edim ki, evimlə işim arasındakı məsafə 60 km-dir. Hər gün yay-qış evimdən bura gəlmək üçün gözümü də qırpmıram. Mən də müştərilərimi sevirəm, buraya yalnız işim kimi deyil, vaxtımı keçirəcəyim, əyəncəli, pozitiv bir məkan kimi yanaşıram.
 

- Kanadada bir xanmın iş qurması nə dərəcədə rahat, nə dərəcədə çətindir?

- Kanadada təzə iş quran insanlardan üç il çox cüzi miqdarda vergi tutulur. Üç il imkan verirlər ki, şirkət özünü tutsun, ayaqda dura bilsin.

Harada olmağından, cinsindən asılı olmayaraq, biznesini qurarkən sənin öz ideyan olmalıdır. Kiminsə etdiyini təkrarlasan, alınmayacaq. Fərqlilik yoxdursa, belə bir sual ortaya çıxır; səndən biri də orada var, mən niyə sənin müştərin olmalıyam ki? Fərqlilik həm də hər şeyin başında duran xarakterindir, müştərilərlə xüsusi davranışın, duruşundur. Bir də özünə güvənin varsa, alınacaq deməkdir.

Bundan başqa, işinin qazanc gətirməsi üçün özünə zaman verməlisən. Azərbaycanlıların əksəriyyəti biznesə başlayan kimi pul qazanmaq sevdasına düşür. Ən böyük yanlış da buradadır. Gərək işə pul qoyasan ki, sonra qazanasan. Başlayan kimi pul qazanmaq istəyənlər bir az gedib, dayanırlar. Kanada hökuməti sənə ayağa durmağın, özünü tutmağln üçün 3 il zaman verir, sən özünə 5 ay belə vermirsənsə, haradan pul qazanacaqsan? Səbirsizlik bizimkiləri irəli getməyə qoymur.

- Biznesinizi artıq üçüncü ildir işlədirsiniz. Heç müxtəlif dövlət qurumlarından indiyədək neçə dəfə gəlib fəaliyyətinizi yoxlayıblar?

- Xoşbəxtlikdən burada elə bir şey yoxdur.  Azərbaycanla fərq də bundadır. Mən Azərbaycanda gözəllik salonunda işləyirdim. "Həftə səkkiz, mən doqquz" bir adam gəlirdi. Müdirdən onun kim olduğunu soruşurdum, deyirdi, sanepidemstansiyadandır. Burada isə sözügedən qurumdan ildə bircə mütəxəssis gəlib yoxlayır. Sonuncu dəfə keçən il fevralda yoxlayıblar. Artıq 1 il 6 ay vaxt keçib, amma gəlməyiblər. Axırda özüm onlara zəng edib gəlməməklərinin səbəbini soruşdum. Dedilər, narahat olmayın, texniki göndərəcəyik. Dediyim kimi, bu biznes məndən əvvəl də işləyib. Əgər bir biznes 10-15 il ərzində hər yoxlanışdan qüsursuz keçirsə, ən sağlam, təhklükəsiz SPA mərkəzləri sırasına adlayır. Əgər iki dəfə nəsə qüsur tutsalar, o zaman ildə bir dəfə gələ bilərlər.

Ümumiyyətlə, Kanadada məmurlarla canlı təmasda olmursan. Dövlət qurumlarının sözü olanda məktubla müraciət edirlər. 30 gün ərzində məktubu cavablandırmalıyıq. Bir də lisenziya üçün də ildə bir dəfə özümüz gedib 300 dollar verib dəyişirik. Bundan başqa, heç kim gəlib səni yoxlamır. 

- Müştəriləriniz əsasən kimlərdir?

- Əsasən oturuşmuş kanadalılardır. Aralarında 70-80 il əvvəl Almaniyadan gələnlər, yəhudilər, avropalılar, burada dünyaya gələnlər  var. Bu tip müştərilərimin kifayət qədər qazancları olduğundan sırf üz baxımına deyil, vaxt keçirməyə gəlirlər.

- Kanadalı xanımlarla azərbaycanlı xanımlar arasında hansı fərqlər var?

- İnciməsinlər, Azərbaycanlı xanımlar çoxluq olaraq tənbəldirlər. Hər şeyi həyat yoldaşlarından gözləyirlər. Çox vaxt deyirlər ki, yoldaşım imkan vermədi, yoxsa filan şey edərdim. Yalan danışırlar. Yoldaşı icazə versəydi də, heç bir şey edə bilməzdi. Belələrinə sual vermək lazımdır ki, heç olmasa evdə özün yoldaşının köməyi olmadan bir şey etmisənmi? Yox. Bizim qadınlar burada da tənbəldirlər.

- Kanadada yaşayan xanımlarımıza nə tövsiyə edərdiniz?

- Oturmasınlar. Kanada onlara çalışmaq, özlərini inkişaf etdirmək üçün hər cür şərait yaradır. Biznes kreditləri verilir, adamlar tanıyıram ki, onlarla əlaqələndirə bilərəm, biznes kreditləri alarlar. Əlbəttə, qeyri-qanuni işə əl qoymuram.

Çox istərdim ki, xanımlarımız öz işlərini qursunlar, mətbxdən çıxsınlar, kotleti hamı bişirə bilir. Amma iş qurmamışdan əvvəl mütləq ingilis dilini öyrənsinlər, inkişaf etdirsinlər. Bu problemi yaşadığım üçün deyirəm, yaşadığın cəmiyyətdə dili bilməmək adamı mənəvi baxımdan yıxır. Evə qapılıb depressiyaya girmək isə çıxış yolu deyil. Evdən çıx, danış, yolda danışdığın adamlardan da bir-iki söz öyrənəcəksən. Amma evdə otursan, heç bir şey bilməyəcəksən, öyrənməyəcəksən.

Mənim buraya necə gəldiyimi bilən insanlar şir ürəyi yediyimi deyirlər. Özüm özümə baxanda bəzən düşünürəm ki, necə olub  həyatdayam, sağam. İnanın, sabahısı çemodanımı yığıb Zimbabveyə də getsəm, orada cücərib üzə çıxacağam. Bir insanda xarakter çox önəmlidir. 

Həyat insana bir dəfə verilir, gərək hər şeyi sınayasan. Hər şeyi sınayasan deyəndə, dar düşüncəli insanlar başqa cür düşünəcəklər yəqin... Hər şey dediyim pis şeylər deyil, bir insan, şəxsiyyət olaraq özünü sına. Məsələn, mən bu bizneslə kifayətlənmirəm, başqa bir biznesin də təməlini qoymağı, özümü başqa biznesdə də sınamağı düşünürəm.

- Öz biznesinizin olması həyatınızda nəyi dəyişdi?

- Öz biznesimin olmasının ən böyük üstünlüyü ailəmə daha çox zaman ayıra bilməyimdir. Mənim üçün yoldaşımla vaxt keçirməyin qiyməti yoxdur. Şənbə günü axşam, bazar gününü ancaq yoldaşımla, uşaqlarımla keçirirəm. Oğlum yeniyetmədir, 18 yaşı var, ona daha çox vaxt sərf edirəm. Həftə sonları şəhərin mərkəzində mənim zövqümlə heç bir əlaqəsi olmayan konsertlərə - rep, pop və s. gedirik. Oğluma ayaq uydurmalıyam. Arada hipi ana oluram (hip-hopu nəzərdə tutur - L.M.). Mən hara, hip-hop hara (gülür - L.M.).

Öz biznesimin sayəsində özümə ayırmağa daha çox vaxtım olur, çoxlu bilgilər əldə edirəm. Çünki vaxtım var. Məni heç kəs kontrol etmir, kimin üçünsə işləmirəm. Bir sözlə, özüm özümün ağasıyam. İşimdən razıyam, bəzi adamların bir ayda qazandığını mən bir həftədə götürürəm.

Bir də öz biznesinin olması asılılığını azaldır. Burada hər şey adamı sıxır, dəxli yoxdur, 16 ildir, ya 30 ildir gəlmisən, bura sənin deyil. Hələ sən böyük bir ailədən çıxıb gəlmisənsə, mənəvi baxımdan əziyyətin daha çox olur. Biz çox böyük bir nəsil, sülaləyik. Heç kim mənə bacılarım, anam qədər yaxın ola bilməz.

- Bir az övladlarınızdan danışardıq...

- İki övladım var. Oğlumun 18, qızım 23 yaşındadır. Qızım bir il öncə azərbaycanlı oğlanla ailə qurub. Hazırda kollecdə tibbi əczaçılıq fakültəsində oxuyur. Oğlum isə bu il Laurentian Universitetinin biologiya fakültəsinə daxil olub.

Qızım xaraktercə azərbaycanlı xanımıdır. Oğlum isə daha çox kanadalılara bənzəyir. Qızımın xarakteri burada böyüyən azərbaycanlılarla tutmur. Bəzən məəttəl qalır ki, filankəs ata-anasıyla necə danışdı. Çünki mənim evimdə elə tərbiyə görməyib. 

- Kanadaya köç edənlər, övladları 12-13  yaşa çatanda onlarla bacara bilmədiklərindən şikayətlənirlər. Övladlarınızı itirməmək üçün siz nə edirsiniz?

- Övladlarını itirmək istəmirlərsə, gərək ailədə valideynlər bir-biri ilə mehriban olsunlar. Onsuz da qərib ölkədir, uşaqlar üstəlik sizin stresinizi görüb daha da "dağılırlar". 25 ildə bir dəfə də  yoldaşm üstümə qışqırmayıb, heç vaxt övladlarımızın diqqətini çəkən, onları incidən səviyyədə dava etməmişik. Ətrafımızdakı həmyerlilərimizin çoxu bizə övladalarımızın yanında çox açıq olduğumuzu irad tuturlar. Deyirəm, övladlarım niyə görməsin ki, onların atasını sevirəm, onun boynunu qucaqlayıram. Valideynlərin övladlarının gözləri qarşısında bir-birini qucaqlaması yaxşı deyil, amma atanın ananı döyməsi normaldır? Mənim oğlum görür ki, atasının mənə bir ana, bir qadın, ömür-gün yoldaşı kimi münasibəti necədir. Biz övladlarımıza nümunə olmalıyıq və çalışmalıyıq ki, günlərini dostlarından çox bizimlə keçirməkdə maraqlı olsunlar. Oğlumun bütün dostlarını  tanıyıram və balamın xatirinə onlarla da dostam. Onlarla o qədər boş-boş işlərlə məşğul oluram, bərabər harasa gedirik ki... Uşaqlara daim diqqət lazımdır. "Vaxtım yoxdur" deyə bilməzsiniz.

Nə qədər pul qazanmağından asılı olmayaraq, dünyada ana-övlad məhəbbətini pulla almaq mümkünsüzdür. Çox adamın bədbəxtliyi ondadır ki, başı işə qarışır, gözünü açıb görür ki, övlad yoxdur. Övladlarıma həmişə kifayət qədər vaxt sərf etmişəm. Birlikdə onlar üçün maraqlı olan yerlərə gedirik. Onların marağı nəyədirsə, ona da qol qoyuram. Valideyn var, deyir, Niki Minaj kimdir, ona qulaq asa bilmərəm, onun mahnıları başımı ağrıdır. Niki Minaj sənin üçün heç kimdir, amma bu dəqiqə övladının maraq dairəsindədirsə sən də maraqlarını ona uyğunlaşdırmalısan. Mən özümü deyil, övladlaırmı fikirləşirəm. Mənim bu dəqiqə özümü itirən yaşım deyil, amma 18 yaşlı oğlumun özünü itirən yaşıdır.

Mənim ən böyük uğurum odur ki, övladlarımı qoruya bildim, pis vərdişlərə yiyələnmədilər, cəmiyyyət üçün tərbiyəli, xeyirli övladlar oldular. Özüm də, yoldaşım da heç vaxt yıxılmadıq, həmişə ayaqda olduq, heç bir pis xarakterimiz yoxdur.

Düşünürəm ki, övladlarımızla bağlı missiyamızı yerinə yetirmişik. Onlara dünyaya girmək üçün giriş kartı vermişik. Kanadanın pasportu 183 ölkəyə vizasız getmək imkanı verir. Bundan sonra necə həyat istədiklərini özləri bilər. Mən və həyat yoldaşım isə qış aylarını  isti ölkələrdə yaşamağı planlaşdırırıq.

Demokratikmusavat.com

Xəbər Lenti

Bu etirafdan sonra Fuad Qəhrəmanlı və Əli Kərimli dərhal siyasətdən getməlidir - Nahid Cəfərov

Avropa Liqasında ilk həftənin rəmzi komandası - FOTO

Ermənistan müdafiə nazirindən Dilqəm və Şahbazın dəyişdirilməsinə münasibət - Mümkündür

Bu ölkədə qadınlar küçədə sinəsi açıq gəzə biləcəklər - FOTO

Almeyda "Astana" ilə müqaviləni pozdu

Muğam Mərkəzində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Bu uşaq "Qarabağ" - "Sevilya" matçından əvvəl etdiyi hərəkəti ilə gündəm oldu - VİDEO

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının 5-ci günü start götürüb - FOTO

Lopeteqi "Qarabağ"ın futbolçuları ilə görüşdü - FOTO

Uşaqlar üçün qadağan olunmuş siqaretlər satılır - VİDEO - FOTO

Aygün Kazımova : "Bu dünya həm acı, həm də şirindir" - VİDEO

Azərbaycanda "İrəvan" klubu yaradıldı, ermənilər təşvişə düşdü

Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən dərmanlar aşkarlandı - FOTO

Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

"Çelsi"də yeni müqavilə

Efirdə Vasifdən 30 min istədi - Xatirəni pərt edən cavab

Deputatdan borc qalmaqalı ilə bağlı AÇIQLAMA

Ayı kişini parçaladı

Saxalində ayı 1 nəfəri parçaladı

Rafael Cəbrayılova töhmət verilə bilər

Messi öz geyim brendini yaratdı

Bakıda azyaşlı oğlana təcavüz edildi - MƏHKƏMƏ

Bu gün Zöhrə Ağamirova Olimpiya oyunlarına vəsiqə üçün mübarizə aparacaq

Azərbaycanlı aparıcı bacısının DOĞUM ANINI KAMERAYA ÇƏKDİ - FOTO

Bakı sakinini vurub öldürən sürücüyə hökm oxundu

İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq

“Qarabağ”a görə ağladı - Günün şəkli

Qazaxıstanda iki nüfuzlu beynəlxalq məhkəmə assosiasiyasının iclasları keçirildi - FOTO

Dadaş Dadaşlinski əslində o imiş - FOTO

Nazir: "Azərbaycan və Çin traktor və digər kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisələr yaradacaq"

İƏT-in Baş Katibi: "Ermənistan rəhbərliyinin bəyanatı regional sülh və təhlükəsizliyə hədədir"

"Sevilya"lılar paltardəyişmə otağında şou göstərdilər - VİDEO

Qəzaya düşən Sayqa Cahid canlı yayımda səhhətindən DANIŞDI - VİDEO - FOTO

Aynur VİDEO paylaşdı, lağa qoyuldu

Əli Kərimli və Cəmil Həsənlinin yeni "mitinq" şousunun gizlinləri - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Neft ehtiyatı ən çox olan ölkələr - SİYAHI

Çin Azərbaycanda şin zavodu tikəcək

Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi - CƏDVƏL

Elza Seyidcahan bu şəxslə sevgilidir? - ÖZÜ AÇIQLADI

Zabit Səmədov “Diriliş Osman”ın çəkiliş meydanında - FOTO

Ukraynada məktəbdə 53 şagird zəhərləndi

Əməkdar artist oğlunun ölümündən DANIŞDI: “40-ı çıxmamış səhnəyə çıxdım” - VİDEO - FOTO

Rusiyada Afrika taunu yayılıb

15 yaşlı qızın dayaz hovuzda boğulma anı - VİDEO (+18)

Nailə İslamzadənin aparacağı veriliş bəlli olub

6 qadın və 1 kişi insanların gözü qarşısında şallaqlandı - Səbəb

MDB-dən nə əldə etdik?

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir

"Bazel" "Krasnodar"a 5 qol vurdu - VİDEO - FOTO

Hacı Əliyev dünya çempionatını medalsız başa vurdu

19 bıçaq zərbəsi alan bloqer qan içində FOTOlarını paylaşdı

"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO

Bakıda gəlin 70 yaşlı qayınanasını öldürüb qaçdı - TƏFƏRRÜAT - FOTO

"Beşiktaş" əlavə vaxtda şok yaşadı - VİDEO - FOTO

81 yaşlı qadın pulunu oğurlamaq istəyən gənc qızı döydü - VİDEO - FOTO

Qəzadan son anda qurtuldu - VİDEO

"Ludoqorets" ÇSKA-nı qol vurmağa peşman etdi - VİDEO - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

Keçmiş nazir 23 yaşlı kollec tələbəsini intim videoları ilə şantaj edərək zorlayıb - Ölkədə qalmaqal - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

"Başakşəhər" İtaliyada darmadağın oldu - VİDEO

"Nargis" Fondunun dəstəyi ilə Samsung şirkətinin yeni layihəsi işıq üzü görüb

Avropa Liqası: ən yaxşı adına 4 namizəd

Orxan Aysunla sevgili olması xəbərindən danışdı: "Anasından, bacısından xəbəri olmayan binamuslar..." - VİDEO

Baş prokurorun müavini Beynəlxalq Prokurorlar Assosiasiyasının tədbirində iştirak edib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum oldu

Dodağını kiçildən və piyini çıxartdıran Könül TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞDİ - FOTO

"Arsenal"ın Frankfurt zəfəri - VİDEO - FOTO

"İlk qola qədər yaxşı oynamırdıq" - Çiçarito

Məleykə fotoşopun "ağını çıxartdı", yenə bəyənilmədi - FOTO

Kapital Bank dünya nəhəngi ilə memorandum imzaladı

"Mançester Yunayted" "Astana"nı bir qolla məğlub etdi - VİDEO - FOTO

"Ağadadaş Ağayev məni gecə 2-də evə buraxırdı..." - Afət Fərmanqızı

Bakıda 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı

Sirli görüş - Tramp Facebook-un rəhbərini Ağ evdə qəbul etdi

Alış-veriş mərkəzinin damında cəsəd tapıldı - Ölən şəxs aktrisadır - FOTO

Ukraynada ən uzun tramvay istifadəyə verildi - FOTO

Elmira Rəhimova illər sonra - FOTO

"Qarabağ" "Sevilya"ya belə uduzdu - VİDEO - FOTO

“Facebook”un ofisində intihar

"TikTok" ulduzu canlı yayımda öldü - FOTO

8 ton ot bağlaması yanıb

Vaşinqtonda atışma nəticəsində bir nəfər ölüb

Rusiyada Azərbaycan vətəndaşları olan mikroavtobus qəzaya uğrayıb

İstanbulda bazarda bomba haqqında yalan məlumat verən şəxs saxlanılıb

Yəməndə avtobusun partlaması nəticəsində 5 nəfər ölüb

Ağstafada təhlükəli tapıntı - FOTO

Elmar Məmmədyarov Peter Siyarto ilə görüşüb - FOTO

Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI

Bakı dünya çempionatında İsrail komandasına uğur gətirib

Azərbaycanda gimnastika sürətlə inkişaf edir - tamaşaçı

"Beşiktaş" uduzdu, "Arsenal" və "Roma" darmadağına sevindi

"Əsrin Müqaviləsi"nin 25 ili tamam olur

Günün qoroskopu: Məntiqi unutmayın

Bakı Şəhər Ticarət və Xidmət Departamenti sahibkarların qəniminə çevrilib - Eldar Əzizov hara baxır?

Elmar Məmmədyarov Çingiz Aydarbekov ilə görüşüb

Bakıda bədii gimnastika üzrə dünya çempionatı finallarının qalibləri mükafatlandırılıb - FOTO

APOEL - "Dudelanj" matçında gözlənilməz nəticə

"Qarabağ" - "Sevilya" oyununda ÜÇ QOL VURULDU - YENİLƏNİB - FOTO

"Qarabağ" "Sevilya"ya qarşı - ÜÇÜNCÜ QOL VURULDU - FOTO - YENİLƏNİB - CANLI YAYIM

"Qarabağ" "Sevilya"ya qarşı - İKİNCİ QOL VURULDU - FOTO - YENİLƏNİB - CANLI YAYIM

Səfir: Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir

"Qarabağ" "Sevilya"ya qarşı - HESAB AÇILDI - FOTO - YENİLƏNİB - CANLI YAYIM

Bakının "almaz boyunbağı" - FOTOREPORTAJ

Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

Dina Averina dünya çempionatında lentlə hərəkətlərdə birinci yeri tutub

İrandan heroin alıb satan qadın ifşa olundu

"Qarabağ" "Sevilya"ya qarşı - YENİLƏNİB - CANLI YAYIM

"Qızıl top" nə vaxt veriləcək?

Bakıda arvadına 18 bıçaq vurub sonra başını kəsən şəxsə HÖKM OXUNDU

Dina Averina qızıl medalını qazandı

"Real"dan Mbappe üçün fantastik məbləğ

Milli Paralimpiya Komitəsinin baş katibi beynəlxalq forumda çıxış edəcək

Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI

18 yaşlı qızı qaçıran, onu atıb, başqası ilə evlənən meyxanaçı indidə də modellə... - FOTO

Neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilib

"Mançester Yunayted"də 5 illik müqavilə

"Yoldaşımın xəbəri yoxdur, ora çox toxunmadıq" - Bütün bədəni göyərən müğənni - VİDEO - FOTO

Mərkəzi Elmi Kitabxanada "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib - FOTO

Prezident İlham Əliyev Kərim Kərimovla bağlı sərəncam imzaladı

70 minə yaxın mənzil istiliklə təmin edilməyəcək - VİDEO - FOTO

Fati milli seçimini etdi - İspaniya, yoxsa Portuqaliya?

Təkrar mənzillər paytaxtın daha çox hansı hissəsində satılır?

Rusiyalı tamaşaçı: "Gimnastlara Bakıda çıxış etmək çox rahatdır"

İstanbulda antiterror əməliyyatı: 8 İŞİD-çi saxlanıldı

Ana yatmayan övladına heroin verdi: uşaq öldü - FOTO

Murad ATA OLDU: Həyəcan, gərginlik hamısı bir-birinə qarışıb - FOTO

Öldürülən qadınların sayı qədər binadan ayaqqabı asıldı - VIDEO - FOTO

Milli Gimnastika Arenasında Aliyə Qarayeva ilə görüş keçirilib - FOTO

Məşhur klubdan porno ulduza sürpriz dəvət - FOTO

Tunisin eks-prezidenti Səudiyyə Ərəbistanında öldü

FHN 168 yaşayış binasının istifadəsinə rəy verib

Bədii gimnastika üzrə dünya çempionatında Rusiya komanda hesabında birinci oldu

"Liverpul"dan Maneyə yeni müqavilə

“Profilim oğurlanmayıb” - Selcan atasını təkzib etdi - VİDEO

Bakıda bədii gimnastika üzrə dünya çempionatı azarkeşlər üçün bayramdır - FOTO

ARB-nin işdən çıxarılan aparıcısı yarıçılpaq, şalvarsız FOTOsunu yaydı

Cənubi Koreyada tələbələr aksiya keçirirlər

Məşhur məşqçi qovuldu

Nanə və Üzeyirin bu FOTOsu çox bəyənildi - Aparıcı şərhləri bağladı

Bədii gimnastika üzrə dünya çempionatında lentlə hərəkətlərdə finalçılar məlum olub

GÜCLÜ ZƏLZƏLƏ: ölkə iki dəfə silkələndi

“Art Tower” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisinin açılışı olacaq

Lukaşenkodan oğulları ilə bağlı xəbərə münasibət

Nazirlikdən işsiz vətəndaşlarla bağlı AÇIQLAMA

Günel BOŞANDI?

Çimnaz ehtiraslı pozlar verdi - FOTO

Gəncə hadisələrində təqsirləndirilən 7 nəfərə hökm oxundu - 81 il

Aparıcıdan “Qarabağ”a dəstək - Efirə belə çıxdı - VİDEO

Tahir Gözəl “Sevilya”nın prezidenti ilə görüşdü - FOTO

Bakıda AZAL-ın dəstəyi ilə “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilib

"Saudi Aramco"ya hücum: görünən və görünməyən faktorların fonunda

Taleh Şahsuvarlı Azərbaycan kəşfiyyatının rəhbərlərinə səsləndi - "Böhtan atıramsa, məni həbs edin, ya da..."

Putin Paşinyanın görüş təklifini rədd etdi

Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Fuad Qəhrəmanlının həyat yoldaşı boşanma ilə bağlı məhkəməyə müraciət edib

Afaq Aslan toya elə geyindi ki, yarığı "göbəyinə çatdı" - FOTO

Bakı metrosundan Avropa Liqası açıqlaması

Aliyə Qarayeva: "Azərbaycanda olan şərait başqa heç yerdə yoxdur"

Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi" Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı"

"Bir zənglə istənilən ölkəyə girə bilərik..." - Tramp

“Cavan qız uşağı diskotekada nə işin var idi?”

Zərifdən xəbərdarlıq: "Əgər İran vurulsa..."

Makron açıq şəkildə Kiyevi Putinə satır - Sensasion iddia

"Ramal Mələkxanımı biabır etdin" - Elarizdən sərt cavab

Hacı Əliyevlə Mahir Əmiraslanov üçün bürünc medal şansı

Tramp Meksika ilə sərhəddə tikilən divara imza atdı

Sabaha manatın məzənnəsi

Ronaldunun "Atletiko"ya jestinin mənası - VİDEO

Nazir: "OPEK+ ölkələrinin təcili iclasını çağırmağa ehtiyac yoxdur"

Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib - FOTO

Əli Əhmədov: ""Əsrin müqaviləsi" Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir"

Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıblar

"ABŞ-a qarşı sərt addımlar atılacaq"

Azərbaycan gimnastları: "Biz bir-birimizi dəstəkləyirdik" - FOTO

"Strateji inkişaf yolunun başlanğıcı - “Əsrin müqaviləsi""

Ronaldudan həssas açıqlama

Futbolçu avtomobilində güllələnərək öldürüldü - Şəhərin ortasında DƏHŞƏTLİ OLAY

Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı

Belçika qırıcısı Fransada qəzaya uğradı

Arvadını öldürən Qurbanova 18 il həbs verildi

Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

Qobustana gələn turistlərin sayı artıb

Oyun zamanı futbolçuları ildırım vurdu - VİDEO

Daha 4 güləşçimizin rəqibi bilindi - Dünya çempionatı