Mənə ilk zərbəni erməni vurdu.

 

Milli Mətbuatımızın banisi- Həsən bəy Zərdabi

 

Zaman öz axarındadır. Bəşər boyu bu axar çoxlarını həyatından aparıb. Amma "gedənlərin" arasında elələri olub ki, sadəçə dünyasını dəyişblər. Müqəddəs ruhları, xidmətləri isə həmişəyaşarlıq qazanıb. Belələrindən biri də, adı cəkiləndə qürur hissi duyduğumuz, Milli Mətbuatımızın öndəri Həsən bəy Səlimbəy oğlu Məlikov Zərdabidir. O, 1837-ci ilin noyabr ayında Göyçay qəzasının Zərdabi kəndində anadan olub, İlk təhsilini doğma kəndində və Şamaxıda alıb.

Sonra Tiflis gimnaziyasına qəbul olunub, 1861-ci ildə orada təhsilini gümüş medalla başa vurub . Moskva Universitetinin riyaziyyat fakultəsinin Təbiət şöbəsində təhsil alıb. Ali təhsil aldığı müddət başa çatanda ona Universitet Elmi Şurasının qərarı ilə professorluğa namizədlik dərəcəsi verilib və xüsusi təyinatla Gürcüstana göndərilib. Lakin Çar hökumətinin idarələrində işləyərkən sağlam ideyasına, amalına görə sıxışdırılıb, işdən çıxarılıb. O, 1869-cu ildə Bakıya gəlib, Gimnaziyada müəllim işləyib, azərbaycanlıların təhsil almalarına var gücü ilə çalışıb. Tələbələrə maddi yardım göstərmək üçün "Cəmiyyəti-Xeyriyyə" qurumu yaradıb. Pedaqoji fəaliyyətlə yanaşı, doğma xalqının ictimai şüurunu formalaşdırmaq, maarifləndirmək məqsədilə Azərbaycan dilində qəzet nəşr etmək qərarına gəlib. Üc illik əziyyətdən sonra, nəhayət, 1875-ci ildə "Əkinçi"nin çapına icazə alıb. Amma yenə ürəkdən sevinməyib. Çünki, özü yazdığı kimi :-"Pulu yox , yazıçı, yoldaş yox, çapxana yox, hürüfat yox. Qəzet nəşr etmək üçün Həsən bəyə kömək edən insanlar da olub. A. Bakıxanovun Qubada yaşayan qardaşı Cəfərqulu xan Bakıxanova məktub yazaraq onu bu xeyrixah niyyəti münasibətilə təbrik edib və qəzetin çapı ücün maddi kömək göstərəcəyini bildirib. Beləliklə, 1875-ci ilin yulun 22-də "Əkinçi"nin ilk sayı işıq üzü görür. Döğma dildə qəzetin nəşri H. Zərdabinin dostlarının, dövrün ziyallarını fərəhləndirib. Demokratik ideyalar haqqında yazıları rəğbətlə qarşılanıb. Müxtəlif ünvanlardan, Omskdan, Orenburqdan, Ufadan Volqaboyu əyalətlərdən, Krımdan, Dağıstandan təbriklər, məqalələr abunələr gəlməyə başlayıb. M. F. Axundov "Əkinçi"yə xüsusi qayğı göstərib. Zərdabinin Rusiyada təsil alan tələbələri N.Vəzirov və Ə.Gorani qəzetin nəşrini fərəhlə qaşılayıblar. Həsən bəyə böyük köməyi o zaman Bakının general-qubernatoru Staroselski edib. O, qəzeti kənar hücumlardan qorumaq üçün senzuradan kənar elan etmişdi. Lakin qəzetin mövzusu ilə bağlı fəaliyyət dairəsini daraltmışdı. Milli dircəlişdən, Vətən, yurd sevgisindən yazmaq olmazdı. Əkinçilik işlərindən başqa mövzuda material dərc edilə bilməzdi. Təbii ki, belə bir qadağa ürəyi daim yenilik , tərəqqi həvəsi ilə döyünən naşiri qane etmirdi. Tarixi mənbədə qeyid olunur ki, H. Zərdabi hürufat olmaq ücün İstanbula gedir. Qəzetə kömək məqsədilə əldə edilən vəsait "Əkinçi"nin daha oxunaqlı olmasına, geniş yayılmasına xərclənir. Ana dilində yığıcı mürəttib olmadığından Həsən bəy mətbəədə işləmək ücün erməni Minasovu işə götürür. Az kecmiş həmin erməni bacısı oğlulunu da yanına gətirir. Redaktordan aslı olmayaraq , texniki işlər ermənilərin əlinə kecir. Staroseliski də vəzifədən uzaqlaşdırılır. Bakıya yeni qubernator təyin olunur. Vəziyyət günbəgün çətinləşir. Qəzetdə Nəcəf bəy Vəzirovun bir yazısı dərc edilir. Materialda vurğulanır ki, bir dərviş kücələrdə gəzib adamları maarifə, həmrəyliyə çağırır. Bu barədə Həsən bəy yazıb: "Qəzetin həmin nömrəsi çap olunub satışa

gedəndən az sonra məni qubernatorun yanına apardılar. Gördüm ki, həmin Minasov da ordadır. Qubernator buyurdu : Minasov deyir ki, dərvişin sözlərinin qeyri mənası var. Ona gorədə nömrəni (qəzetin) bağladıb sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən: - Cavab verdim ki,qeyri nömrə çıxara bilmərəm... Mənə ilk zərbəni erməni vurdu". Doğrudan da erməni hər yerdə hər zaman ermənidir. 1877-ci ildə başlayan rus-türk müharibəsinin qoxusu "Əkinçi"nin də başı üstünü aldı. Rusdilli qəzetlər müharibənin gedişi barədə ətraflı məlumat verdiyi halda, bu haqa yazmaq Həsən bəyə qəti qadağan edilmişdi. Senzura "Əkinçi"nin üzərində nəzarəti daha da gücləndirmişdi. Bu və ya digar səbəblər qəzetin nəşrinə əngəl törədir, oxucuları tədricən uzaqlaşdırdı. Nəhayət, "Əkinçi"nin bağlanması haqqında qərar verildi. Hakimiyyət Həsən bəydən yenə əl çəkmədi. O, işlədiyi realnı məktəbindən də uzaqlaşdırıldı. Ona təklif olundu ki, gedib Rusiyanın hansısa bir əyalətində işləsin. Həsən bəy bu barədə yazıb: "Mən ərizə verib qulluqdan çıxdım. Çünki, Bakıdan, müsalman işlərindən ayrılmağı özümə ölüm hesab edirdim". Haqsızlığa, ədalətsizliyə dözə bilməyən Həsən bəy çarəsiz qalmışdı. Şikayətini kimə desin, başına nə çarə qılsın bilmirdi. Son ümidi "Bakinskiy izvesti" qəzetində dərc etdirdiyi elana çatdı. "Real məktəbin müəllimi Həsən bəy Məlikov 1878 ci il 20 noyabrdan istefaya çıxaraq xüsusi mühəsisələrdə işlər müdiri, kantorçu, müəllim və s. bu kimi vəzifələrdə işləmək üçün yer axtarır". Elanı oxuyanlar onun qayğısına qalmağa çalışırdı. Təəssüf ki, həmişə olduğu kimi, zəmanə zalımların, zülümkarların ixtiyarında idi. Necə istəyirdilər elədə hökum veridilər. İmkansız qalan, işsizlikdən bezən Zərdabi doğma obasına qayıdır. Ömrünün 16 ilini orada yaşayır. Dostları, həmkarları mütamadi olaraq onu yad edirlər. Ancaq o rahatlıq tapa bilmirdi. "Mən bu müsibətə ducar olmuşam" yazırdı. Bir qədər sonra H.Zərdabinin yenidən Bakıya qayıtması təsadüf nəticəsində mümkün olur. Bakı Dumasına növbəti seçkilər zamanı bacısını itirmiş varlı, imkanlı ailəyə qəyyum təyin edilməklə Dumaya seçilir. İmkani daxilində yetim uşaqlara, elmə, təhsilə marağı olanlara qayğı göstərir. Hazırda adı təkcə maarifpərvər, xeyriyəci kimi yox, həm də "Əkinçi" qəzetinin redaktoru, Milli Mətbuatımızın banisi kimi tarixə yazılıb. Bir əsrdən artıqdır ki, dünyasını dəyişsədə, o, yenə bizimlədir. "Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilməsi başlıca prinsipləri-maariflənmə təfəkkür saflığı, ümumimilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənlərlə vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv ışıqlandırılması, Azərbaycanda Milli demokratik mətbuatın gələcək inkişafı ücün təməl daşları rolunu oynadı. Başı qarlı dağlar uzaqdan diqqəti çəkir . Milli mətbuatımızın banisi həmişə tərəqqipərvər, qədirbilən xalqımızla bir yerdədir Həsən bəy Zərdabi də zirvəyə ucalanlardan biridir. O, yox- ikən var olduğu üçün əbədi yaşayacaq.

 

Əlizadə Nəhmədağaoğlu

0.22617101669312