AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Rektor Cəfər Cəfərov ADPU-nu darmadağın etməyi sanki qarşısına bir məqsəd qoyub

  49

ADPU-in 15 əməkdaşı Prezident İlham Əliyevə müraciət edib

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 15 nəfər professor, müəllim və digər əməkdaşı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Mətbuat vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

“Böyük elmi və elmi-pedaqoji ənənəyə malik qocaman pedaqoji təhsil ocağı olan Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilin vəziyyəti son dərəcə təhlükə qarşısındadır. Universitet pedaqoji statusunu itirmək təhlükəsi ilə üzləşmişdir. Rektor Cəfər Cəfərov Ulu Öndər Heydər Əliyevin qurub- yaratdığı ölkəni və yüksək dəyər verdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetini darmadağın etməyi sanki qarşısına bir məqsəd qoymuşdur.

Cəfər Cəfərov Universitetə rektor təyin olunduqdan 3 il keçməsinə baxmayaraq, məlum olur ki, o, XX əsrin sonlarında dünya təhsil sisteminin keçirdiyi qlobal böhranlardan və onun davamı olan son elmi inqilabdan, dərketmənin müasir XXI əsr strategiyalarından və qabaqcıl ölkələrin təhsil sahəsindəki təcrübələrindən xəbərsiz olub, universiteti klassik “kor uçuş” qaydası  ilə idarə etməkdə davam edir. Onu qınamaq da olmaz. Çünki onun özünün elmi-tədqiqat işinin də elm və təhsil sistemi ilə heç bir əlaqəsi olmamışdır.

Belə ki, onun işi “Azərbaycan Sovet kəndinə” aiddir. C.Cəfərov, görünür, bunları nəzərə alaraq universitetin pedaqoji kadr potensialını “gücləndirmək” məqsədi ilə tədris sahəsində böyük təcrübəsi və tədris təşkilatçısı olan mütəxəssisi tədris işləri üzrə prorektorluqdan azad edərək, onun yerinə pedaqoji təhsil sistemi ilə əlaqəsi olmayan politoloq Eldar Aslanovu, tədris işləri üzrə şöbə rəhbərliyinə isə ərzaq sahəsi üzrə mütəxəssis olan, özünün əvvəl çalışdığı Turizm və Menecment İnstitutundan gətirdiyi Sənan Əliyevi təyin etmişdir.

“Fizika və texnologiya” fakültəsinin dekanını (şöhrət ordenli, əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor) dəyişərək, onun yerinə BDU-nun laborantı, 50 yaşı olan və bir gün belə müəllim işləməmiş, həyat yoldaşının xalası oğlu Arzu Daşdəmirovu əmrlə dekan təyin etmişdir. O, fakültənin elmi şurasına və metodiki şuraya rəhbərlik etməli olmuşdur.

Cəfər Cəfərov Pedaqoji Universitetin rəhbər kadr potensialını beləcə məhv edərək, onları turizm eksperti, əmtəəşünas, ərzaq sənayesi üzrə mütəxəssis, gömrük içşisi və s. kimi qeyri-ixtisasçı qohumları ilə əvəz etmişdir. Onun “gücləndirdiyi kadr siyasəti” budur.

Rektor C.Cəfərov bu vəzifəyə gələrkən özü ilə cəzaçəkmə müəssisələrində nadzor işləmiş Aftandil Bayramovu universitetə “İnsan resursları” şöbəsinə müdir təyin etmişdir ki, o da universitet əməkdaşlarına divan tutmaqla məşhurlaşmışdır. Çox çəkmədi ki, çirkin əməllərinə görə işdən uzaqlaşdırılmışdır.

C.Cəfərov tədrisin keyfiyyətindən və insanlara qayğıdan məhrum olan bir insandır. Digər universitetlərdən fərqli olaraq, ADPU-da məqsəd əməkdaşların nəinki maddi vəziyyətini yaxşılaşdırmaq, universitetin qazandığı pulları təmir adı ilə göyə sovurmaq və maddi imkanları zəif olan əməkdaşları süni yollarla incitməklə onları dövlətimizdən narazı salmaqdır. Hətta C.Cəfərov eyni ailədən işləyən iki əməkdaşın işdən azad edilməsindən zövq alan “rəhbərdir”. Onun vəzifəsi ancaq öz yaxın və səriştəsiz qohumlarını işə düzəltmək və öz maraqlarını rəhbər tutaraq, universitetin müəllim və tədris köməkçi kadrlarının potensialını məhv etməkdir.

C.Cəfərov bibisi nəvəsi olan Ümid Mehdiyevi universitetin təsərrüfat işləri üzrə prorektoru gətirmiş və qısa müddətdə maliyyə pozuntularına yol verdiyinə görə   həmin vəzifədən çıxarmaq əvəzinə, sanki  “cəzalandıraraq” onu özünə  2-ci müşavir təyin etmişdir. Təhsil nazirinin belə, bir müşaviri olduğu halda C.Cəfərovun iki müşaviri var. Görəsən, Cəfərov nədən belə çətinlik çəkir?

ADPU-nun rektoru qardaşı qızının əri olan Xəlilov Vüsalı Tələbələr şöbəsinə müdir, bibisi nəvəsinin əri olan Çinar Qaybalıyevi Təsərrüfat işləri üzrə prorektorun müavini və şöbə müdiri,  onun dayısı olan Afət müəllimi komendant, öz xalası oğlu Araz Xəlilovu İdman klubuna müdir təyin etmişdir. Bundan başqa,  rektor kimliyi məlum olmayan Aydın Kərimov adlı yaxın adamını qeyri-rəsmi olaraq universitetin baş hüquqşünası və eyni zamanda attestasiya komissiyasının sədri, Orxan Novruzovu isə qeyri-rəsmi olaraq baş mühasibin müavini kimi işlədir.

C.Cəfərov ölkəmizin kadr siyasətinin əksinə gedərək, 20-dən çox qabaqcıl, xarici ölkələrdə məktəb keçmiş və doktorluq müdafiə etmiş professorları, əməkdar müəllimləri, elm xadimlərini, yüksək dövlət mükafatları adına layiq görülmüş pedaqoji kadrları və yüksək peşəkar qabiliyyətli ixtisasçı əməkdaşları müxtəlif bəhanələrlə öz işlərindən, kafedra müdirliyi və fakültə dekanlığından uzaqlaşdıraraq, qeyri-peşəkar yaxınları ilə əvəz etmişdir. Kadrların seçilməsinə dair rektorun özünəməxsus “qaydaları” vardır ki, bu qaydalar dövlət qanunlarından, Prezident Administrasiyası yanında Ali Attestassiya Komissiyasının qərarlarından kəskin fərqli tutulmuş, analoqu olmayan qanunsuzluqlar tətbiq olunmuşdur. Çox vaxt seçkilər zamanı elmlər doktoru, professor adlarına məhəl qoyulmamış, hətta bu elmi adlar və elmi vəzifələr magistr adları ilə eyniləşdirilmişdir. Bütün bunların acı nəticəsi olaraq yüzlərlə əməkdaş öz işini itirməli olmuş, insult və infarkt nəticəsində bir neçə əməkdaş öz həyatını itirmişdir.

Məsələn, haqsız olaraq ixtisara düşmüş “Botanika” kafedrasının baş laborantı Arzu Əliyev bu məlumatı eşitdikdə rektorun qəbul otağının qarşısında infarktdan vəfat etmişdir. BDU-nu qırmızı diplomla bitirmiş “Fizikanın tədrisi metodikası” kafedrasının baş laborantı Nurlana Hüseynova ixtisara düşməsi məlumatını aldıqdan bir neçə həftə sonra infarkt olaraq dünyasını dəyişmişdir. Eyni qayda ilə kitabxana işçisi olan İradə xanım ixtisara düşdüyündən sonra dözə bilməyib, infarktdan vəfat etmişdir. Fizika fakültəsinin “Ümumi fizika” kafedrasının dosenti İltifat Dadaşovun müsabiqədə iştirakına icazə verilməmiş və ona bildirilmişdir ki, rektorun müqaviləsi ilə istədiyin vaxta kimi işlə təmin olunacaqsan. Lakin dərs yükü bölünərkən rektorun ona verdiyi sözün yalan olduğunu və özünün aldadıldığını bildikdən sonra dözə bilməyərək, dünyasını dəyişmişdir.

Belə faktları davam etdirmək də olardı. Budurmu rektorun “humanizmi”, onun əməkdaşlara “qayğısı və diqqəti”?

C.Cəfərov onun barəsində Təhsil Nazirliyinə, Prezident Administrasiyasına və digər yuxarı təşkilatlara yazılan şikayət məktublarına və ərizələrinə utanmadan yalan cavab verir. Yuxarı təşkilatlara yazılan şikayət ərizələrinin isə bir cavabı vardır: “Ərizəniz baxılmaq üşün Təhsil Nazirliyinə göndərilmişdir”. Cavab isə yoxdur, quyuya düşmüşdür.

İnanmaq istəyirik ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun hazırda davam edən  ƏDALƏTSİZ  hərəkətlərinin qarşısını almaq üçün təcili olaraq dövlət səviyyəsində qəti tədbirlər görüləcək və kütləvi şəkildə hüquqları pozulan universitet əməkdaşlarının hüquqlarının bərpası üçün təcili əməli tədbirlər görülərək, rektor C.Cəfərovun özbaşınalığına son qoyulacaqdır.

Yuxarıda göstərilənləri öz imzalarımızla təsdiq edirik.

 

Azərbaycan Dövlət
Pedaqoji Universitetinin
sabiq əməkdaşları:

Murquzov Mirzəli İsmayıl oğlu, “Şöhrət” ordenli əməkdar müəllim, professor;

Əliyeva Nərminə Əli qızı, Fizika-riyaziyyat elmləri namizədi;

Məmmədova Rəna Feyzulla qızı, Fəlsəfə elmləri doktoru, dosent;

Əliyeva Arzu Əsəddin qızı, Baş laborant;

Vəlimedova Olqa Viktorovna, Fəlsəfə elmləri doktoru, dosent;

Hüseynova Südabə Ələsgər qızı, Laboratoriya müdiri;

Abbasova Mətanət Xosrov qızı, Fransız dili müəlliməsi;

Əhmədov Ramin Muxtar oğlu, Filologiya elmləri doktoru;

Rəhimova Nurlana Məqafil qızı, Laborant;

Hüseynov Vidadi Fərzəli oğlu, Böyük dispetçer:

Osmanov Vahid Yolçu oğlu, Laboratoriya müdiri;

Əlıiyeva Şüküfə Balaca qızı, Mətbəə işçisi;

Əbilova Arzu Zakir qızı, Baş laborant;

Şəfiyeva Elmira Məmmədəli qızı, Laboratoriya müdiri;

Əliyeva Qəmər Allahverdi qızı, Laborant”.

Tahir Abbaslı

Redaksiyadan: Yazıda qeyd olunan faktlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbər Lenti

Mehriban Əliyeva ailə, dəyərlər və xoşbəxtlik haqqında

Günün qoroskopu: Uğurlu gündür, xeyli yaxşı imkanlarınız yaranacaq

Zərif G7 sammiti çərçivəsində Makronla görüşüb

Turabov Super Liqada debüt etdi

Suriyaya sutka ərzində 1,4 mindən artıq qaçqın qayıdıb

Ramil Quliyev ikinci oldu

Yük maşını yanıb

"Fənərbağça" 6 il sonra bunu bacardı

116 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkarlanıb - FOTO

Azərbaycanlı müğənni ərə getdi - FOTO

30 yaşlı kişi bıçaqlandı

Təyyarə qəzaya uğrayıb, ölənlər var

Vaqif Aydınoğlu ikinci dəfə evləndi - FOTO

"Baku Steel Company" yaxınlığında baş vermiş yanğın söndürülüb

"Sabah" - "Keşlə" oyununda 1 qol vuruldu

Ağsuda mürəkkəb relyefi dağlıq ərazidə yanğın başlayıb

Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb - FOTO

"Salah yenə öz səviyyəsini göstərdi"

Ev əşyaları ilə birlikdə yanıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir

5 otaqlı ev yanıb

Makron: "Bütün "G7" iştirakçıları İranla münaqişədən..."

İspaniyada təyyarə helikopter ilə toqquşub, ölənlər və yaralananlar var

İspaniyada vertolyot təyyarə ilə toqquşdu - 5 ölü

Türkiyə üç şəhid verdi

Boccia idmanı növü üzrə paralimpiyaçımız Avropa çempionatında iştirak edəcək

Şotlandiya klubu: "Qarabağ" qapıçımız üçün təklif göndərib"

Qəbələdə transformator yanıb

İkram Rəhimovu Owen Jones, "Reallıq.info"nu "The Guardian" səviyyəsində təqdim edənlər

Ukraynada avtomobil körpüsü uçdu

Kompaniyə növbəti zərbə

Tramp Putinlə bağlı sualı cavablandırdı: "Bu, tamamilə mümkündür"

“Bizim Ronaldo və Messimiz yoxdur" - Qvardiola

2 otaqlı ev yanıb

Husilərdən Səudiyyəyə zərbə: Hava limanı və baza vuruldu

Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib...

Ukrayna boksçusu rusiyalılarla döyüşməkdən imtina etdi

Sumqayıtda yanan şadlıq evindən çıxarılan bəy və gəlindən YENİ XƏBƏR

Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI

“Böyük yeddilik” İranla bağlı qərar verdi

"Arsenal"ın futbolçusu "Real Sosyedad"a keçməyə yaxındır

ABŞ Avropanı şantaj edir: Böyük savaş başlayır

İsrail Suriyadakı İran obyektlərinə zərbələr endirdi

İranda məktəblilərə Azərbaycan türkcəsi tədris olunacaq

İsrail təyyarələri Livanın hava məkanını pozub

"Aygündən bir də dünyaya gəlməyəcək" - Kazımova özü haqda

“Beşiktaş” Kuarejmayla yolları ayırmaq qərarı verdi - Rəsmi

"İbrətamiz həyat yaşayıram" - Samira

Rusiyanın Xalq artisti reanimasiyaya düşdü

Hamını şoka saldılar: cinayətkar şəbəkənin 4 milyonluq FIRILDAĞI - FOTO

Türkiyədən ƏMƏLİYYAT: 9 terrorçu məhv edildi

Renat Dadaşov Portuqaliya Premyer Liqasında debüt etdi

“Qardaşımın o avtomobildən çıxması bir möcüzə oldu” - FOTO

Meksikada daha bir jurnalist öldürüldü

Meksikada daha bir jurnalist öldürüldü

Kraliçadan şikayət: Tramp qazonumu məhv etdi

Elektrik işçisini 6 min voltluq cərəyan vurdu - ŞOK VİDEO

"Fiorentina" "Napoli" oyununda "qol yağışı" - VİDEO

Yəhudi alimdən İsrailə ağır ittiham

Dünya futbolunda nadir hallarında rast gəlinəcək FOTO Türkiyədə çəkildi

“Qarabağ” bizim qanımızı içmək istəyəcək” - “Linfild”in baş məşqçisi

“Mən ailəyə baxan insanam, onları dolandırmalıyam” - Xəstəlikdən əziyyət çəkən aktyor

Bu, ABŞ-ı dünya hegemonluğundan məhrum edəcək - SENSASİON İDDİA

Moskva aeroportlarında nə baş verir? - 30-dan artıq reys...

Bu məkana istirahətə getməyin! - Fövqəladə vəziyyət

65 yaşlı kişidən DƏHŞƏTLİ CİNAYƏT: arvadı və qızını güllələdi, sonra...

Millimiz Hollandiyaya qarşı - Avropa çempionatı

"Qarabağ" "Qəbələ"yə, "Sabah" "Keşlə"yə qarşı

ABŞ-da 6 nəfəri ildırım vurdu

Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

Azərbaycan və Rusiya birgə turizm layihələrinin inkişafı variantlarını öyrənirlər

"Real" doğma meydanda xal itirdi

Dəməşqdə partlayışlar

Azərbaycanlı futbolçuların komandasından gözlənilməz qələbə

Şamaxıda yanğın olub

"Fənərbağça" "Başakşəhər"i məğlub edib

G7 sammitinin rəsmi açılışı olub

"Liverpul" - "Arsenal" oyununda 4 qol - FOTO

Mariana Vasileva Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən "əməkdar məşqçi" diplomu ilə təltif olunub

İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən tanınmış azərbaycanlı aparıcıdan ETİRAF: Vaxtında... - VİDEO

Türkmənistan və İran arasında birbaşa dəniz nəqliyyatı marşrutu yaradılacaq